Kitabı oku: «Günahsız günahkar. Roman. Hissə – 1», sayfa 5

Yazı tipi:

Ramiz otağa gəlib telofonu Kamilə qaytardı, yanında əyləşib – Aylına: bu dəqiqədən sonra daha sənə toxunmayacaq o, Aylın Ramizin çiyninə əlini qoyub dərindən nəfəs alaraq, – Ramizə: ananı acılamadın inşallah. Ramiz təcüblə baxaraq – Aylına: sıgalmı çəkəcəkdim ona bütün bu etdiklərindən sonra? Aylına xəcalət oldu. O sənin anandı səni çox istəyir, onun işi mənimlədir səninlə deyil, sən qarışma xayiş edirəm, Ramiz Kamilə baxdı nə deyəcəyini bilmədi. Kamil – Aylına: mənim ailəm səninlə tanış olmaq istəyir, söz verdim bir gün gətirəcəm səni bizə, o gün bu gün olsun, gedək mənimlə bizə bacımda var tanış olarsınız, oda sənin gəlməni çox gözləyir. Kamil Aylını özlərinə aparmaq istəyirdi ki, biraz evdən uzaqda qalsın başı qarışsın fikri dağılsın. Aylın – Kamilə: çox sağol, ailənə adımdan salamımı və təşəkkürümü çatdırarsan, qismətdirsə bəlkə bir gün gəlib tanışarıq yaxından. Kamil daha zor etmədi bilirdi qız çox kefsiz idi, Kamil – Ramizə: əlini elə qoymaq olmaz, mütləq həkim baxmalıdır yarası dərindir. Ramiz – Aylına: qalx canım üzmə məni gedək, çox qalmarıq tez qayıdarıq. Tanış həkimimiz var o baxsın əlinə, Aylın Ramizin sözünü yerə salmadı, həmdə evdən uzaqlaşmaq bəlkə yaxşı gələrdi ürəyinə az vaxlıqda olsa. Ramiz qolundan tutub Aylını oturduğu yerindən qaldırdı. Aylın gəldiyindən az yeyirdi, iştahmı qalardı adamda belə yerdə? olan qanınıda axıtmışdı, başı fırlandı gözləri qaraldı. Ramiz tez qolundan tutdu yardım etdi, anladı başı fırlandığını, – Aylına: yaxşısanmmı? – Ramizə: yaxşıyam narahat olma. Ramizin qolundan tutaraq, gedək gedəcəyimiz yerə, otaqdan çıxdılar ardlarıncada Kamildə çıxdı qapını örtdü.

Aylının əlinə həkim baxıb sarıdı bağladı, – Aylına: çox ciddi kəsmişsən qızım yaran dərindir, əlinə görə bir neçə ilac yazacam yaran tez sağalsın, həmdə ağrıları götürsün. Həkim – Ramizə: atan necədir oğlum? çoxdandır görmürəm imkanım olmur işdən çıxam harasa. Ramiz – həkimə: şükür yaxşıdı Davut dayı çox sağol, – Ramizə: salamımı çatdırarsan atana mütləq. Ramiz – həkimə: baş üstə Davut dayı deyərəm, həkim yazdıgı kağızı Ramizə verdi, buları alın mütləq işlədin, yarayada mikrob düşməməkçün ehtiyat etsin qorusun. Ramiz kağızı götürüb həkimə təşəkkür etdi bir daha, sagol Davut dayı Allah səndən razı olsun.

Aylın ayağa qalxıb otaqdan çıxarkən geri dönüb, – həkimə: sagolun, həkim – Aylına: ehtiyatlı ol qızım, gülümsədi. Həkim qapıdan çıxmamış yavaş səslə – Ramizə: sənin sevgilindirmi? – həkimə: yox Davut dayı rəhmətlik bibimin qızıdır, bizimlə yaşayır ailəsini maşın qəzasında itirdi. Həkim duyduğunda kədərləndi, – Ramizə: Allah rəhmət eləsin oğlum, olardan kəsən ömürlərini evladına versin, mən deyirəm bu qız niyə bu qədər üzgün – fikirlidir? of yazıq qız yetim qalmış. Ramiz – həkimə: amin sagolun Davut dayı ölənlərinizə rəhmət olsun, biz varıq yetimliyini hiss etdirməməyə çalışırıq, icazənizlə mən gedim. Həkim – Ramizə: buyur oğlum icazə sizindir.

Ramiz qapını örtüb Aylının ardınca yetişdi, Kamil maşının yanında söykənib gözləyirdi, Aylınla Ramizin gəldiyini görüb – olara: hər şey yaxşıdırmı? Ramiz – Kamilə: yaxşıdı indi. Tikdilər yarasını ən azından qanı az axar, Kamil tez sukan arxasına əyləşdi. Ramiz maşının arxa qapısını açıb Aylını otuzdurdu, özüdə yanında əyləşdib qapını örtdü. Kamil güzgüdən baxıb – olara: bəlkə bizə gedəyin? anamda nigarandı, məndə bayaq qaçaraq evi tərk etdim. Demədim çıxarkən nə olduğunu, sizi görsə çox sevinər nə deyirsiniz? Ramizdə istəmirdi Aylın tez evə getsin və atasıda görsün sarıqlı əlini. Ramiz – Aylına: gedək çanım Solmaz xala yaxşı insandır, mənim anama bənzəmir. Hələ bizim şıltaq Nərgiz bacımızı demirəm, mən onu görməyəni çox oldu, darıxdım gedək sevinəcək bizi gördüyündə. Kamil dərindən nəfəs alaraq – Ramizə: şıltaqlığından danışma dostum, imtahanlara elə bil o deyil mən hazırlaşıram. O qədər kömək edirəm hələ boynuma borç qoyub ki, imtahanı qazansam onu özü istədiyi yerə gəzməyə aparmalıyam, Ramiz gülümsədi. Kamil artıq soruşmadı Aylından gedək ya getməyək deyə, anlayırdı ki artıq Aylınada fərqi yox idi hara getsədə. Maşını işə salaraq qaza basdı getdilər, yol gedərkən Kamilə – Ramiz Aylının zarafat edərək başını qatmağa çalışırdılar. Kamil Ramizlə başlarına gələn hadisədən danışırdı. Aylın gülümsəməyə çalışırdı, ama olanları bir anlıqda olsa başından ata bilməsədə, bütün gücünü toplayaraq oları üzməməkçün dinləyirdi. Bu ikisinin başlarına gəlmiş hadisələri duyduqca, gülməməkdə mümkün deyildi. Ramiz arxadan Kamilin çiyninə vurub danışıb gülürdülər, çox yaramazlıq etdikləri anlaşılırdı, Aylın olara baxırdı.

Sənubər oyana – buyana gəzirdi, acığından nə edəcəyini bilmirdi, telefonu götürüb kiməsə zəng etdi, alo səninlə görüşməyim lazımdır. Bu gün mütləq vaxt tab mənimçün anladınmı? biraz qulaq asıb, mən birazdan gəlirəm, telefonu söndürdü. Xidməni səslədi, maşını hazırlasın şoferə bildir gəlirəm, xadimə baş üstə xanım getdi şoferə bildirsin, arvarda əsəblə yuxarı getdi.

Kamil gil evə çatmışdılar, Kamil anasını səslədi ana biz gəldik. Nərgiz gəldi qaçıb Ramizin boynuna sarıldı uşaq kimi qucaqladı, – Ramizə: xoş gəldin Ramiz qardaşım, hardasan bir aydır gəlmirsən niyə? Ramizdə Nərgizi bağrına basıb qucaqlayıb öpdü. Xoş günün olsun mənim gözəl bacım, bax həmdə kimlə gəldim deyəcəkdi, Nərgiz qoymadı Ramiz sözünü desin – Ramizə: dur mən tapım kim gəlmiş bizə. Nərgiz Aylına baxdı, Kamil qardaşımın bəhs etdiyi qızdır Aylındır, düz tapdımmı? Kamil – bacısına: hə Aylındır düz tapdın. Nərgiz mehribanlıqla yaxınlaşıb Aylının boynuna sarılıb, – Aylına: ayy gərçəkdən şirinsənmiş, qardaşım o üzdən adını tez – tez çəkir evdə. Sevindim gəldiyinə xoş gəldin gözləyirdik səni. Aylında bir əli ilə Nərgizi bagrına basaraq – Nərgizə: çox sagol xoş günün olsun, haqqında eşitdim yol gələrkən qardaşlarından. Həqiqətəndə şirin istəməli bir bacısanmış, səninlə tanışmama məmmun oldum, Aylın zarafatla – qıza: gərçəkdən qardaşlarının fəxrisən çox sevirlər səni, özləri eşitməsinlər. Nərgiz gülümsəyərək, – Aylına: məndə oları çox istəyirəm, ara – sıra incidirəm məni gəzməyə aparın deyə aparmırlar. Kamilnən Ramiz bir – birinə baxdılar, Nərgiz elə dediyində. Səndə qardaşımın anlatdığı kimi gözəl qızsanmış, buyurun keçin ayaqda qalmayın. Kamil bacısına baxdı ki, sus hər şeyi açıb ağartma anlamında. Nərgiz – olara: mən indi anama xəbər verim gəldiyinizi getdi. Kamil divanı göstərərək – Aylına: əyləşin buyurun çəkinməyin, Aylın keçib əyləşdi. Ramiz – Kamilə: mənim telofonumun enerjisi bitir, – Ramizə: get qoy otağımda enerji yığsın, atan zəng edər sönülü olmasın telefonun.

Ramiz gedirdi Solmaz xanımla rastlaşdı, – Ramizə: ayy mənim yaraşıqlı oğlum xoş gəldin, qucaqlaşıb görüşdülər, necəsən oğlum? Ramizdə arvadı qucaqlayıb mehribanlıqla, yaxşı olmağa çalışırıq anam. Siz necəsiniz? arvad mehribanlıqla gülümsəyərək, – Ramizə: qurban olaram mən sizə, səni gördüm dahada yaxşı oldum oğlum, nə yaxşı gəldin darıxmışdım. Kamilədən soruşurdum niyə gəlmir deyə, – arvada: mən telofonumu enerji yığmağa qoyub gəlirəm, danışarıq anam. Arvad mehribanlıqla – Ramizə: get qoy oğlum, Ramiz getdi. Aylın Kamilin anasının gəldiyini görub ayağa qalxdı. Arvad gülər üzlə gəlib sanki çoxdan tanıyırmış kimi – Aylına: xoş gəldin qızım, səni çoxdan gözləyirdik sevindim gəldiyinə. Aylını qucaqlayıb öpdü, Aylında arvadla quçaqlaşıb görüşdü, – arvada: sağ olun Solmaz xala xoş gününüz olsun, məndə sizinlə tanışmama çox sevindim. Arvad mehribanca Aylının əlindən tutaraq oğluna baxdıb, – Aylına: sən gəldiyindən deyirik bizi tanış et qızı qonaq dəvət et. Ancaq cavanlar belədirlər, tamam deyirlər sonra unudurlar, Aylın kəsik əlini ardında saxladı ki, arvad görməsin. Aylın – arvada: dəfələrlə təklif etdi Kamil çox sagolsun, çox tərbiyəli mərəfətli evladlarınız var. Sizin adınızıda Ramizdən duydum, gözlərimin şahidi oldum gərçəkdən adlarınıza layiq seviləcək insanlarsınızmış. Duymaq başqa, gözlə şahid olmaq başqa demişlər, – Aylına: qarşılıqlıdır fikirlərimiz qızım, tanışdığımıza çox sevindim. Gülər üzlə mehribanlıqla – Aylına: buyur keç əyləş qızım, öz evin bil. Aylının sarıqlı əlidə gözündən qaçmadı, keçib əyləşdi. Ramizdə gəldi, Solmaz – Ramizə: səni bir aydı görmürəm oğlum gərçəkdən çox darıxdım, gəlsənə mənimlə qəhvə hazırlayaq ikimiz. Ramizdə anladı, nələr olduğunu soruşmaqçün çagırdığını özüylə mətbəxtdə, canım anam məndə darıxmışdım sizinçün gülümsədi, gedək yardım edim sizə mətbəxtdə getdilər. Aylın sıxılırdı, Kamil anladı narahat olduğunu, – Aylına: indi atamda gələcək, səninlə oda tanış olmağa istəyirdi çoxdandı. Aylın yavaş səslə – Kamilə: mehriban – hörmətçil ailən var, Allah sizi qorusun. Kamil – Aylına: çox sagol, sənidə valideyinlərin çox tərbiyəli – hörmətçil böyütmüşlər, olarında ruhları şad olsun. Aylın ailəsinin adını duyduqda, dahada sıxıldı – üzüldü. Kamil analadı Aylının yarasını təzələdiyini, – Aylına: bağışla səni incitmək istəmədim. Aylın – Kmilə: yox incitmədin narahat olma, məcburən alışıram artıq yoxluqlarına.

Ramiz mətbəxtdə Solmaz anasına anlatırdı olanlar bir – bir. Ramiz anlatdıqca əsəbləşirdi, köynəyinin boynunu dartırdı ürəyi sıxılırdı, arvatda duyduqlarından dəhşətə gəlirdi, əlini ağzına tutub dinləyirdi. Ramizin anasının bu çürə qəddarlıqlarına inana bilmirdi. Ramiz əlini danışdıqca yanmışdığından, masanın kənarına vururdu yavaş – yavaş. Bütün olanlar Ramizi sarsıltmışdı çox xəcalət çəkirdi üzülürdü, arvatda başını narazılıqla sirkələyərək, əlini gah ağzına tutur, gahda ürəyinin üstünə qoyurdu.

Atası gəldi Aylını görüb Kamilə baxdı, haqqına duydugum Aylın xanımdırmı? Kamil – atasına: hə ata, ayağa qalxdılar ikisidə. Atası yaxınlaşıb əlini uzatdı mehribanlıqla – Aylına: xoş gəldin qızım səni görməyimə şadam. Aylında kişinin əlini sıxaraq – kişiyə: məndə sizi görməyimə şadam Nadir bəy. Kişi – Aylına: Nadir dayı deyə bilərsən qızım, bəy sözü ailə üzvülərinə ait deyil. Aylın bir anlıq sarsıldı başqalarından gördüyü mülayim davranışdan, özünü toparlayıb – kişiyə: çox sağol Nadir dayı. Atası – Kamilə: hanı mənim gözəl qızım? Nərgiz gəldi, burdayam atacan gəlib atasını qucaqladı uşaq kimi, atası qızını sinəsinə sıxaraq alnından öpüb – Aylına: bax buda mənim ərköyün şıltaq qızım. Nərgiz – atasına: biz tanış olduq Aylınla, sevdim onu görən kimi çox şirindir, atası – qızına: çox gözəl qızım, sevindim tanışmışsınız. Əyləşin buyurun ayaqda qalmayın, Aylınla – Kamillə oturdular. Nərgizdə gəlib Aylının yanında əyləşdi, başını çiyninə qoyub baxdı. Atası – olara: anan yoxmu? Kamil – atasına: Ramizlə mətbəxtdədilər. Atası oturmadan – olara: mən bir baxım Ramizi görməyən bir aydır, darıxdım oğlumçün getdi.

Nərgiz Aylının əlini sarıqlı görüb, əlinə nə olub? Aylın əlinə baxıb – Nərgizə: ehtiyatsızlıqdan qab yuyarkən kəsdim. Aylın Kamilə baxdı ki, başqa söz deməsin Nərgizin yanında. Kamil dərindən nəfəs alıb kənara baxdı. Nərgizin ürəyi yandı Aylının əlinin kəsilməsinə – Aylına: ayy yazıq çox acıtmışdır, ehtiyat et birdə kəsmə tamammı? Aylın Nərgizə baxıb gülümsədi. Tamam olaram ehtiyatlı sən üzülmə, Nərgiz – qardaşına: Aylınla məni gəzməyə aparacaqsınızmı? Kamil bacısına kefsiz baxdı. Aylın tez cavab verdi Kamiln əvəzinə, – Nərgizə: nə hünərləri var bircəcik bacılarını aparmasınlar. Sən hara desən aparacaqlar, elə deyilmi qardaşı? Kamilə baxdı ki, qızın xətrinə dəyməsin. Kamil sevindi Aylının bir anlıq başqa bir şeydən danışaraq, fikrini dağıta bildiyinə görə. Kamil – Aylına: əlbətdə səndə gələcəksənsə gedərik, apararam hara istəsəniz. Nərgiz uşaq kimi şad oldu Aylına qısılıb qucaqladı, urra nə yaxşı gəzməyə gedəcəyik birlikdə, qardaşım hara desək aparacaq. Aylın Nərgizin çiynindən tutub özünə sıxaraq, şiltaqlığına baxaraq gülümsədi.

A nası gildə gəldilər əllərində qəhvə dolu sini ilə, Ramiz yardım etdi qəhvələri paylamağa. Ramiz – Solmaza: anam əyləş mən həll edərəm, atasıda keçib əyləşdiyində, Aylının kəsilmiş əlinə baxaraq dərindən nəfəs aldı. Mətbəxtdə arvadı anlatmışdı ərinə olanları, kimsə Aylının əli haqda soruşmadı artıq Nərgizdən başqa, hamı keçib əyləşdilər yerlərində. Solmaz – Aylına: bax qızım bu gündən səndə bizim qızımız sayılırsan, tez – tez gələcəksən bura, danışdıqmı? qızımda tək darıxır evdə, birlikdə vaxtınız geçər darıxmazsınız. Aylın – arvada: çox sağolun gələrəm Solmaz xala, əridə arvadının sözünə dəstək oldu – Aylına: öz evin bil qızım, utanmağnı – çəkinməyini istəmirik. Nərgiz Aylının qəhvəsini birazda yaxınına qoydu, sənin əlin yaralıdır mən qulluq edim sənə. Aylın Nərgizin uşaq kimi xasiyyətinə – danışığına baxıb gülümsəyərək, təşəkkür etdi. Aylın – Nərgizə: çox sağol bacım, artıq belə bacım var müharbəyə belə könüllü gedərəm, yaralanmaqdan da qorxmaram. Nərgizin sözündən hamı bi kef olsalarda, Aylının zarafatına gülümsəyərək baxdılar. Solmaz – Aylına: bu gün burda qalmanı bizimlə söhbət etməni istəyirik, yaxındanda tanış olarıq söhbət edərik, nə deyirsən qızım? Aylın – arvada: başqa vaxt gələrəm Solmaz xala. Birdən xatırladı nəyi isə – Ramizə: unutduq şirinyatı maşında. Ramiz tez ayağa qalxıb – Aylına: indi gedib mən gətirərəm, Kamildən maşının açarlarını götürüb getdi. Arvad – Aylına: nə şirinyatdı qızım? Kamil – anasına: yolda maşını zorla saxladıb şirinyat aldı bildiyində bura gəldiyini, qonaq gəlirəm əli boş olmaz deyə tutdurdu. Anası gülümsəyərək, – Aylına: qızım sənin gəlməyin bizi çox şad etdi, gərək deyildi zəhmət çəkmisən. Sən gəl şirinyatı məndən olsun, tamammı? – arvada: bir şey deyil Solmaz xala. Böyüklərimdən elə gördüm, adətimizdə var gedilən evə əli boş getməzlər deyərdilər. Əri gülümsəyib, arvadına baxaraq Aylının mətəfətindən – mədənyyətindən xoşu gəldiyini işarə etdi.

Ramizlə Aylın gec gəldilər evə hamı yatmışdı. Aylın – Ramizə: gecən xeyrə qalsın birdənəm, çox sağolun ikinizdə bu günkü günçün. Ramiz – Aylına: gecən xeyrə canım xoşdur, əlini gözlə yatarkən əzilməsin -acımasın. Çəkinmək yox nə isə lazım olsa məni oyat, tamammı? – Ramizə: Allah rahatlıq versin, lazım olsa deyərəm yat səndə, otagına getdi. Ramiz – Aylına: sənədə canım, otagının qapısını açıb otağına keçdi.

Kamildə yatagına uzandı dərindən nəfəs alıb fikirləşirdi, axlından çıxmırdı bu gün olanlar ürəyi sıxıldı, yerində oturdu. Dərindən nəfəs alıb telefonunu götürüb, bu günkü Aylınla – Sənubərin danışığına qulaq asdı təkrar. Qulaq asarkən gözlərini bir nöqtəyə zilləyib baxdı, öz – özünə: sən bunu belə qoymayacaqsan bilirəm pis qadın, yenə bir şeylər qarışdıracaqsan dayanmasan rahat əvəz çıxmadan. Yazıq qıza daha nələr edəcəyini bir Allah bilir, birdə pis əməlləri olan sən. Ramizə zəng etdi, alo yatmamısan ki? qulaq as nə deyirəm. Çoxda rahat yatma, gözün – qulağın Aylında olsun, anladınmı məni? mən çox narahatam bu gecədən. Kamil biraz qulaq asıb dərindən nəfəs aldı, – Ramizə: yaxşı sənədi ümidim gecən xeyirə qalsın, telefonu söndürüb kənara qoydu yatağına uzandı, ancaq gözünə yuxu getmədi baxa qaldı.

Səhər açılmışdı, Aylın yerindən qalxıb həyətə gəldi. Məlik həyətin qapısından çıxırdı ki, Aylın arxadan səslədi, Məlik dayı gözlə məndə səninlə gəlirəm. Kişi Aylını gözlədi, Aylın çatıb – kişiyə: sabahın xeyir Məlik dayı, mehribanlıqla – Aylına: sabahın xeyir qızım, xanım əsəbləşməsin yenə mənimlə gəldiyinə görə. Aylın əliylə Məliyin qolundan tutub – kişiyə: gedek sən ona fikir vermə, birdəki unutdunmu özün dedin səbir edim, bax edirəm sənin xətrinə, gülümsədi. Özün duydun o dəfə mənə dayım icazə verdi səninlə hara olsa gedə bilərəm dedi. Qapıdan çıxdılar Məlik Aylının əlinə baxdı, – Aylına: əlinə nə olub qızım? Aylın olduğu kimi dedi – Məliyə: xanım qabların içinə kəsik fincan qoyub ki, mən əlimi kəsim. Kişi Aylına baxdi dayanıb getdiyi yerindən ayaq saxladı, – Aylına: qızım anlayıram səni sevmir xanım, ama bu qədərinidə etməz, arxadan səs eşidildi – Məliyə: etdi düz deyir Məlik dayı. Aylınla Məlik dönüb baxdılar Ramiz idi gələn, yaxınlaşıb – kişiyə: Aylın düz deyir Məlik dayı anam etmiş bilərəkdən. Ancaq bundan sonra Aylına yan baxışlarıyla belə baxa bilməyəcək, əks halda bilir başına gələcəkləri. Kişi eşitdiklərindən baxa qalmışdı pərt, – Ramizə: necə yəni düz deyir? xanım bilərəkdənmi etmiş bunu? Ramiz kişinin qolundan tutub, gedəyin çoxdandır məndə getməyən dostuma – xalama. Məlik sağ – solunda özüylə məzarlığa doğru addımlayan Aylınla – Ramizə baxıb fəxr etdi. Gözlərində sevinc işığı göründü, eyni andada göz yaşlarına hakim ola bilmədi, gözlərinin yaşını qoluna sildi uşaq kimi. Aylınla Ramiz anladılar kişinin kövrəldiyini, Aylın bir qoluna, Ramizdə o bir qoluna -qollarını salaraq, mehribanlıqla yanınca getdilər.

Kamil gecəni yata bilməmişdi, anası gəlib yanında oturdu, oğlunun saçlarını sığallayıb mehribanlıqla – oğluna: oglum səhər yeməyinə qalxmadın, yatmadınmı sən gecə? Kamil gözlərini açıb anasına baxı. Anası – Kamilə: oğlum xəstələnməmisən ki? bu qədər yatmazdın sən heç, hər səhər qaçardın idman edərdin, bu gün qalxmadında yerindən. Kamil anladı yatıb qaldığını – anasına: yox anacan narahat olma, xəstə deyiləm. Bu gecə gec yatdım oyana bilmədim, anası oğlunun saçlarını mehribanca sığallayaq, Aylına olanlarla əlaqəlidir bilirəm narahatsan bu aralar, ancaq bax Sənubəri lazımı yerinə otuzdurdu Ramiz. Çalış artıq üzülmə, tamammı oğlum? Kamil yerində oturub əlini üzünə çəkib baxdı, – anasına: Aylın böyük təhlükədədir ana, bilmirsən sən. Sənubəri mən yaxşı tanıdım qıza təhtid edərək dediklərindən, dinç durmayacaq o qisas almağa yeni çirkin planlar quracaq. Qurmuşdur bəlkədə kim bilir? anası üzüldü – oğluna: vah – vah yazıq qızdan nə istəyir axı bu qadın? bu qədər qəddarlıq yetimə edilməz Allah cəzasını verər qısa zamanda. Kamil fikirli, fikirli, – anasına: elələrinə çox təssüf ki heçnə olmur ana. Anası ayağa qalxdı, – Kamilə: sən qalx oğlum əl – üzünü yu gəl yeməyini ye, bu haqda Ramizi bura çağırıb söhbət edərik. Qızın biraz vaxlıq bizimlə qalmasına atasını razı salsın. Kamil anasına baxaraq, gözəl fikirdir ancaq atası razı olmaz bunu bilirəm, anası mehribanca – oğluna: sən qalx məsləhətləşərik birlikdə, otaqdan çıxdı. Kamilə biraz ümid yeri oldu anasının deyi bu sözdən sonra, ancaq bilirdi bu xəyal idi alınmazdı dedikləri kimi. Üstündən yorğanı atıb tez qalxdı yerindən, köynəyini geyinib otaqdan çıxdı köynəyinin düymələrini bağlaya – bağlaya.

Sənubərə zəng gəldi kimdənsə, telefonu götürüb cavab verdi alo, biraz qulaq asıb, nə oğlumda olarladırmı? oğluma zərər gələrsə səni məhv edərəm bilirsən. İfritə oğlumuda aparmış özüylə demək ki səhər tezdən, başını qaşıyaraq əsəblə oyana – buyana gəzdi. Gözə görünmə tez uzaqlaş ordan, oğlum olmayan zaman dediklərimi edərsən, eşitdinmi? oğlum yanında olmadığı vaxtı, qulaqlarını aç dinlə məni diqqətlə. Telefonu hirslə söndürüb kənara atıb deyindi öz – özünə: sənə qurtuluş yoxdur məndən, telefona səsimi yazdıraraq mənə qalib gəlmişmi sanırsan özünü? indidə oğlumu aparmışsan yanında məzarlığa. Allah cəzanı versin yetim zibil, demək sən düşündüyüm qədərdə axılsız biri deyilmişsən, olsun bir günün geci – tezi sayılmaz mən səbir edərəm. Mətbəxtdə tərəf ağzını tutub səslədi xadiməni, mənə qəhvə hazırla tez ol yatma orda, keçib divanda əyləşdi əsəblə üzünü turşudaraq.

Məlik çox şad olmuşdu oğlunu arvadını ziyarətə Ramizlə Aylın gəlmişdilər deyə, Ramiz dostunun məzarının yanında oturmuşdu sakitcə baxırıdı. Artıq səhər açılmışdı çoxdan, Mılik sıxılırdı evə gec olmuşdular deyə, Ramiz tələsmirdi getməyə, dostunun məzarına baxıb fikirə getmişdi. Yavaş səslə Məlik əyilib Aylına tərəf, xanım bizi yaxşıca danlayacaq evə çatdığımızda. Ramiz gözünü məzardan çəkmədən, Məlik dayı anam bundan sonra nə səni, nədə Aylını danlamayacaq. Narahat olma sən inan dediklərimə, mən sözümü demişəm ona çiddi olduğumu yaxşı bilir. Məlik heçnə anlamadı, Ramiz nə demişdi anasına? kişiyə anasının Aylına etdiyi hədə – qorxusunu anlatmamışdılar ki, yazıq çoxda üzülməsin, Aylın kənara baxdı. Olanlara görə xəcalət çəkirdi, Ramizin anasına qarşı nə isə deməsini istəmirdi heç. Özü anasına həsrət qalmışdı, istəmirdi Ramiz özünə görə anasıyla tərs düşsün, aralarında düşmənçilik yaransın sonsuza qədər.

Kamil yeməyini yeyib ayağa qalxdı, anası – Kamilə: oğlum Ramizi gətir bura mən söhbət edəcəm onunla, yaxşı ana gətirəcəm söz, üzündən öpüb getdi. Anası Kamilin acı çəkdiyini anlayırdı Nərgiz gəldi, anacan qardaşım getdimi? hə qızım getdi, vacib bir şeymi lazımıydı? Nərgiz əlindəki kitabı masanın üstünə qoyub əyləşd, i – anasına: gecmi gələcək? anası anladı ki, qızına kömək lazımdı dərs çlışmasıçün. Qardaşının biraz fikri dağınıqdır qızım, mən sənə kömək edim gəl yanıma. Nərgiz – anasına: yox ana sən anlamassan çətindir dərslərim, – Nərgizə: mən iki unversitet bitirdi qızım. Mən o qədərdə savadsız deyiləm, yardımımı istəmirsənsə o zaman qardaşının gəlməsini gözləyəçəksən, başqa çarən yoxdur. Ayağa qalxıb sinidəki qabları aparıb mətbəxtdə getdi. Nərgiz öz – özünə: iki unversitetmi bitirmisən? tez kitabını götürüb anasının ardınca mətbəxtdə getdi. Anacan niyə demirdin indiyə kimi? anası mətbəxtdə qabları sinidən götürüb yumaqçün qoydu gülümsədi, qızının özünün ardınca uşaq kimi tələsərək gəlməsinə ürəyi dözmədi, dönüb baxdı.

Aylın gildə gəlmişdilər evə, anası gəlib şirin dillə – oğluna: Məlikləmi getmişdiniz oğulum? Ramiz kefsiz – anasına: hə Məlik dayıyla getmişdik, bir narazılığınmı var yoxsa? anası tez dilləndi, – oğluna: yaxşı etmisiniz oğlum. Məndə bir ara vaxt tapıb gedim gərək ziyarətlərinə, oğlum axşama qonaqlarımız gələcəklər evdə ol xayiş edirəm. Ramizdə istəyirdi evdə hər şey yaxşı olsun söz – söhbət olmasın, atasıda üzülməsin xəstələnməsin. Anasının səhvini başa düşdüyünü düşünərək artıq onu kobutlmadı, – anasına: tamam evdə olacam. Anası şad oldu, – Ramizə: gedim axşama yemək hazırlasınlar tapşırım, sizdə yeməyinizi yeyin əyləşin, mənim işim çoxdur mənə baxmayın. Aylın arvadın hərəkətinə baxa qalmışdı, necə yəni? acı sözlərsiz zəhərini tökmədən yeni bir günün başlaması mümkün idimi? Aylın Ramizə baxdı. Ramiz – Aylına: gəl canım gedək yeməkyəmiizi yeyək, görünür artıq səhvini başa düşmüş anam. İnsanlar bəzən səhv edərlər, ancaq səhvlərini anlayaraq yarı yoldan dönəni bağışlamaq lazımdır, elə deyilmi? Aylın gülümsəyərək, – Ramizə: hə birdənəm. Allahda bağışlamağı sevir, biz ondan böyük deyilik ki? olan oldu keçdi. Ürəyinə rahatlıq gəldi Ramizin, dərindən nəfəs alıdı, Aylın anladı arvad özünə qarşı murdar əməlləri ilə hazırlaşırdı. Belə sifət edərək oğlunun gözünə girərək baş qatırdı ki, şüpələnməsinlər.

Kamildə gəldi Ramizlə əl verib görüşdü, – Aylına: salam sabahın xeyir, – Kamilə: salam sabahın xeyir olsun. Mən sizə qəhvə hazırlayım, getmək istəyirdi Kamil özündən bi ixtiyar qolundan tutub – Aylına: getmə sagol istəmirəm mən qəhvə. Ramizlə Aylın Kamilə baxdılar, Kamil biraz pərt olsada, sözünə tez düzəliş verdi – Aylına: yəni əlin yaralıdır o mənada dedim zəhmət çəkmə. Aylın gülümsəyərək, – Kamilə: biri sağdır hələki, narahat olma keç əyləş. Başını narazılıqla sirkələyib mətbəxtdə getdi, Kamil hiss etdi Ramizin nə isə üz ifadəsi başqa idi. Kamil – Ramizə: bilmədiyim bir şeylərmi var dostum? Ramiz dərindən nəfəs alaraq divana əyləşib, söykənib dərindən nəfəs aldı. Əyləşsənə ayaq üstə niyə dayanırsan, dəvətmi gözləyirsən? Ramizin yanında keçib əyləşdi. Ramiz – Kamilə: anam başqa cürə olmuş bugün, Kamil anlamadı Ramizin nə dediyini, – Ramizə: necə yəni başqa olmuş anlamadım. Ramiz biraz Kamil tərəfə əyilərək yavaş səslə, artıq Aylına söz demir, yəni Ayllın gəlincə qabaq evdə necə idisə, indidə elədir. Kamil Ramizə baxaraq düşündü, anladı ki anasının dəqiq başqa planı vardır Aylına qarşı, axlında olan fikir gerçəkləşirdi. Kamil dahada narahat oldu üzünün ifadəsi dəyişdi, – Kamilə: nə oldu sevinmədinmi? – Ramizə: sən bunlara inandınmı? Ramiz Kamilin nə demək istədiyini anladı. Dostum bax bilirəm haqlısan ancaq o mənim anamdır, mənə yalan danışmaz artıq bilir ki bağışlamaram onu. Sən nə düşünürsən, anam məni itirməsinə razı olarmı? Kamil deyə bilmədi ki, hə onuda edər sənin anan. Ramiz can dostu idi deyə bilmədi,

Aylın qəhvələri gətirdi sinidə bir əlində tutaraq, Kamil tez qalxıb Aylının əlindən sinini götürüb masaya qoydu. Kamil – Aylına: əlin sağalınca dayansana, onuda yandırıb acıdaçaqsan. Aylın – Kamilə: insanlar var əlsiz – ayaqsız iş görürlər və həyatlarındanda razıdırlar. Mənim əlimə biraz çızıq düşdü deyə şişirtməyin sizdə, Kamil – Aylına: cızıqmı? qızım sən çızıqla kanalı səhv salmısan deyəsən, zarafatlaşdılar. Ramiz hiss edirdi dostu Aylına hədindən çox qayğı göztərirdi. Aylın – onlara: sizə nuş olsun getmək istəyirdi, Ramiz – Aylına: yemək yeməyəcəksənmi? – Ramizə: yox mən oruc tutmuşam yeməyəçəm, getdi. Ramiz – Kamilə: orucmu dedi? orucluq ayıdırmı? mən unutdum ayımı – günümü son vaxtlar. Kamil anlamışdı Aylının zarafatını, Ramizə baxıb gülümsədi, – Kamilə: deyilmi orucluq. Aylın mənimi incitdi? ay səni dayan çıxaram əvəzini gülümsədi, Kamil başını narazılıqla sirkələyib baxdı Ramizə.

Axşam olurdu xanımın qonaqları gəlmək üzərə idi hər şey hazır idı, gözəl masa hazırlatmışdı, üstündə hər cürə meyvələr – şirinyatlar düzülmüşdü. Aylın Məliyin yanına gəldi ki, gələn qonaqların yanlarında arvad bir dadsızlıq çıxarmasın özünü sancaraq. Məlik həyətdə bir otaqda yaşayırdı. Aylın qapını döyüb içəri girdi, Məlik yox idi otağında. Aylın otağa keçib masanın üstə qoyulmuş rəsimə baxdı. Üçünün birlikdə çəkdirdiyi rəsimi vardı ailəlikcə, Aylın rəsimi əlinə götürüb baxdı. Məliyin arvadınına – oğluna baxdı üzüldü, dərindən nəfəs alıb rəsimi geri yerinə qoyub, keçib əyləşdi divanda.

Qonaqlar gəlmişdilər, Ramiz gəlib Aylının otağının qapısını döydü, səs gəlmədi səslədi. Aylın yatmısanmı? yenə səs gəlmədi qapının açıb baxdı, Ayıın yox idi otaqda. Öz – özünə: hara getdi bu? qapını örtüb gəlib vanna otağına baxdı ordada yox idi. Ramiz biraz dayanıb düşündü, tez Məliyin yanına getdi həyətə, Məlik həyərdə idi. Ramiz yanına gəlib – kişiyə: Məlik dayı Aylını görmədinmi? kişi – Ramizə: yox görmədim oğlum, evdə yoxmu? – Məliyə: baxmadığım yer qalmadı yoxdur hec yerdə, hara getdi bu? kişi naraht oldu baxdı ətrafa. Mən burdaydım bayaqdan Aylının həyətdən çıxdığını görmədim, Ramiz həyəcanlandı, off Aylın hara getdin sən? atam soruşsa nə deyəcəm? hara gedər axı tək başına? – Ramizə: anan xətrinə dəymədi ki oğlum. Ramiz başını qaşıyaraq baxdı, – kişiyə: yox Məlik dayı dəymədi əminəm, bir saat qabağa birlikdəydik, uçdumu bu? Ramiz getdi evə, Məlikdə narahat oldu. Əlindəki gördüyü işi tərgiyib Aylını axtarmağa getdi.

Aylın divanda oturduğu yerində yatmışdı Məliyin otağında, səhər tezdən oyanmışdı, həmdə əlinin acısından yatmamışdı gecə, o üzdəndə yuxu tutumuşdu yorğunluqdan. Kimsənin axlına gəlmədi ki orda olar deyə, Ramiz Kamilə zəng etdi, alo Kamil tez bura gəl. Aylını tapmaq lazımdır, biraz qulaq asıb, bilmirəm hardadır deyirəm gəl sual atəşinə tutma məni. Kamil Ramizə əsəbləşdi telefonda, Ramiz – Kamilə: mənimlə idi kimsə üzmədi sakit ol, bir saat qabağa otağına getmişdi baxdım yoxdur. Gəl atam bilincə tapaq yardım et məni günahlandırma bəsdi az danış, əsəbləşib telefonu söndürdü otaqdan çıxıb getdi,

Kamildə küçədə baxmadığı yer qalmamışdı, maşınla gəzirdi yaxın yerləri tapmırdı Aylını, düşünürdü bəlkə Aylın bir tərəfdə oturmuşdumü? sanki yer yarılıb yerə girmişdi, yox idi heç yerdə. Kamil öz – özünə: dedim axı inanmayın ona, bax yazıq qızı didərgın saldı evdən nə əməl etdisə, Allah bilir qızın başına nə oyun aÇmışdır. Kamil fikirli olduğundan az qaldı qarşıdan gələn maşınla toqquşsun maşını, qarşıdan gələn maşın şoferi siqnal edərək bildirdi. Kamil tez çəkdi maşını çarpışmadılar xətadan qurtardılar, şofer mşını saxlayıb xoş sözlər demədi Kamilə, axlı Aylının harda olmasındaydı. Kamil – şoferə: yaxşı görək açma… ağzın get yolunla, əsəblə maşının sürətini artıraraq getdi.

Qonaqlara başı qarışmışdı atasının, Ramiz özünə yer tapa bilmirdi Kamildə gəldi. Kamilə baxdı işarə etdi ki, tapdınmı? Kamil başıyla tapmadıgını bildirərək işarə etdi. Ramiz yumuruğunu divara vurub dişinə sıxaraq, bagırdı səsini içisə salıb ooff, yer yarıldı sanki yerə girdi bu qız. Kamil tərs – tərs baxıb – Ramizə: inşllah elə olmamışdır, közümüzə kül üfürüb biriləri aldatmamışdı şirin sözlərlə bizləri, elə deyilmi? Ramiz Kamilə nə isə demək istəyidi ki, Məlik səslədi oları. İkisidə tez getdilər,

gəlib baxdılar Aylın Məliyin otağında yuxulayıb yatır. Kamil üzünü yuxarı tutub öz – özünə: Allahıma şükür sağ salamatdır. Ramiz əsəblə əlini – əlinə vurub – Məliyə: necə axlımıza gəlməmiş bura baxmağa. Ramiz əlini – əlinə vurduğunda Aylın səksənib yuxudan oyandı, üçünündə dayanıb özünə baxdığını görüb, gözlərini ovaraq yerində oturub – olara: nə isə olubmu? Ramiz – Aylına: soruşursan hələ bir nə isə olubmu? Aylın anlamadı yuxulu idi. Ayağa qalxdı gözlərini ovaraq uşaq kimi, – Ramizə: nə olub? həyəcanlandı, Ramiz Aylına acıqlana bilmədi əsəbindən, otaqdan çıxıb getdi. Kamil Ramizə ağır sözlər demişdi Aylını tapmadıqda, Kamildə peşmançılıq çəkdi Ramizi günahsız yerdə üzdüyüçün. Aylın – kişiyə: Məlik dayı çox üzür istəyirəm, burda oturduğumu xatırlayıram necə yatıb qaldığımı bilmirəm. Məlik gülümsəyərək, – Aylına: üzür istimə qızım nə vaxt istəsən yata bilərsən, heç narahat olma sən. Ançaq bizi qorxutdun neçə saatdır səni axtarırdıq, burda olduğun axlımıza gəlməmiş günah bizdədir. Kamil – Aylına: birdəkində otağında yat mümkandürsə, Aylın – Məliyə: nə oldu? elə bil 41 – 45 müharibəsini qaçırmışam kimi hər kəsin üzündə mənə qarşı dəyişiklər var, – Kamilə: dedim axı bilmədən yuxulamışam, dünyamı dağıldı. Kamil – Aylına: mənim Ramizə demədiyim sözlər qalmadı səni tapa bilmədiyimizdə, elə bildim anası yenə nəsə demiş inciyib çıxmısan evdən, baxmadığımız yer qalmadı tapılmadınki, tapılmadın. Qızım axlıma yüz fikir gəldi, qorxdum başına bir iş gəlmişdir deyə düşündüm, o üzdən dedim öz otağında yat nə qədər istəyirsənsə. Aylın – Kamilə: mən sənin qızın deyiləm, dedim axı bilmədən yuxuya getmişəm. Birdə Ramizi acılama, tamammı? otaqdan çıxıb getdi, Kamil üzünə əlini çəkib özünə baxan kişiyə baxdı, Məlik çiynini çəkərək bir söz demədən getdi otaqdan. Kamil Aylının xətrinə dəydiyiçün üzüldü, bagırıb masanın ayağına təpik vurdu ayağı acıdı, öz – özünə: ay mən edən yaxşılığın ortasına… olsun, ayağını çəkə – çəkə otaqdan çıxdı əsəblə.

Aylın otağa Ramizin yanına gəldi kefsiz oturmuşdu, yanında əyləşdi baxdı. Ramiz baxmadı Aylının üzünə, Kamil xətrinə pis dəymişdi görünür danlamışdı – acılamıdı yazığı. Aylın Ramizin çiyninə üzünü qoyub yavaş səslə, – Ramizə: bağışala içim keçmiş oturduğum yerdə. Ramiz Aylının günahsız olduğunu bilirdi, ancaq Kamilin haqsız sözləri yandırmışdı onu. Kamil gəldi otağa ayağını çəkə – çəkə, kecçb əyləşdi Ramizin o bir tərəf yanında. Ramizi nahaqdan üzdüyünü anlayırdı özüdə xəcalət çəkirdi. Ramiz – Aylına: oldu keçdi üzülmə sən canım, küskün – inçik Kamilə qandırdı, şükür kimsəyə bir şey olmamış anamın üzündən. Kamil kənara baxıb səsizcə dyandı. Dərindən nəfəs aldı, – Ramizə: bəsdi dostum vurma üzümə, görürsən qarşında xəcalət çəkirəm. Ramiz susdu bir şey demədi artıq Kamilə. Aylın – Ramizə: anlamadım nə deməkdir ananın üzündən bir şey olmamış? Kamilin Ramizə nə isə dediyini anladı. Tərs – tərs baxıb – Kamilə: birdə düşünmədən kimsəni söz deyib üzmə, tamammı? Kamil əsəbləşidi. Kamil – Aylına: bağışla Aylın xanım sənə deyilənləri qulağımla duyduğumdan sonra, başqa bir şey düşünə bilmədim. Səndə üstümə gəlmə tamammı? anlata bildimi fikirimi azda olsa, anladınızmı məni? ayağa qalxıb otaqdan çıxıb getdi ayağını çəkə – çəkə. Aylın Kamilində haqlı olduğunu anlayırdı, belə inciyib getməsinədə üzüldü. Birdənəm get onun dalınca dostundur inciməsin bizdən, belə getməsin küsərək. Ramizi yerindən qaldırdı zorla, get yetiş ardınca xayiş edirəm, dostundur hər zaman yanındadır. Mənə görə sənə bu qədər kömək etmiş axtarmış, gərçək dost danlayarda – acılayarda, ancaq küsülməz ki dostdan. Mənim xətrimə get xayiş edirəm nə olar yetiş, Ramiz tez otaqdan çıxdı getdi. Aylın geri yerinə oturub öz – özünə: mən necə yuxuya getdim axı orda? bu nədir Allahım mənim üzümdən hər kəs biri – birinə girir. İkki əlləriylə başını tutmaq istəyirdi yarası acıtdı, ofuldadı əlini aşağı salıb dodağını dişlədi, bundan artıq nə cazə olar ki? görəcək günlərim qabaqdadır.

Ücretsiz ön izlemeyi tamamladınız.

Yaş sınırı:
18+
Litres'teki yayın tarihi:
11 ağustos 2021
Hacim:
451 s. 2 illüstrasyon
ISBN:
9785005517289
İndirme biçimi:
Metin
Ortalama puan 5, 2 oylamaya göre
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 1, 1 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 5, 2 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre