Kitabı oku: «Səni içimdən tərk edirəm», sayfa 2
qayıtmaq üçün gedirəm
yaxamdakı qəhər bozumtul şəhərdi III
saçlarının ucsuzluğunda intihar qoxusu var
xəyalları çulsuz sevgilim ruhunda kədərli adamlar dolaşar IV
səninçün gizlənmişdim məni tapasan it gözü dəymədən öncə
köç göründü bizə
əlvida gizli bağça
əlvida həyatımın davamı 6
saçları yağışlı qız
kimsəsiz bir intihar məktubu qədər soyuqdu
saçları yağışlı qız
dilində çirkli söyüşlərlə
əzilmiş bir fəslin
yetim limanlarını axtarırdı ayaqları qorxulu yorğun gecəyə ilişdi yollarda yolsuz
yuxularda yuxusuz
dodaqlarına həzin nəğmələr sərilmişdi məni anlatmır vurun bu nəğmələri dedi bilirdi ki bu son payızdı indi hansı çəkməcədədir o yaralı şeirlər rəsmlərə yıxılmış o duruş
gözlərindən həsrət yağan o qərib uşaq hardaydı
yasaqlara çəkilmiş xırdalanmış günəşlərə
itmiş ünvanlara hardan gedilirdi 7
bir gecə
astaca axan bədbəxt bir ulduza aldandı zaman sözünü tutmadı
olmadı
xatirəmdəki yarımçıq adın indi ürəyimdə
bir qeyd
saçları yağışlı qız
8
daş
daş olsan dilə gələrdin bax elə sevmişdim
susacaq qədər belə yanımda deyildin çox gec hiss etdim
9
xəyallarımı məhv edən bu tənha baxışlar alovlandırır gecəni gözlərin əsir ovucların boş qalar indi özünü vur
unudulmuş bir şeirin son misralarında sonra
yarımçıq bir mahnı sifariş ver özünə
bu şəhərdə belə ölərlər yoxsuldun onsuz da
nəyin vardı ki bir ovuc kədərdən başqa indi saatın heçdə dayanmış
hər mövsüm dastanın yaşansa nə fərqi səsinə kilid vurulmuş
əslində biz
hər iqlimdə hər saat tamamında vardıq çoxlardaydıq
bax bitirdin içimi xəyallarımı məhv edən
sənə azaldım
bir quş kimi ölürəm hər gecə
sənli və nakam xəyallarımı satdım dəyəri olmadı
indi
hər döngə təsəllisiz dalanlara çıxır 10
yalnızlıq üstümə yıxılarkən mən qoluna girirəm
çünki şairəm
bilirsən yanımdaykən də qürbətim idin
11
get
indi gedirsən
get
halbuki səndən tək bir damcı istəmişdim sənə qocaman bir dəniz vermək üçün indi gedirsən