Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Silsilə qətllər törədən qatillər», sayfa 3

Yazı tipi:

böldüm, bişirdim və yedim. Sobada bişən balaca yanı elə yumşaq və çox dadlı idi. Bütün bədənini yeməyim doqquz gün davam etdi.

Ona təcavüz etmədim, amma istəsəm bunu edə bilərdim. Bakirə

olaraq öldü.”

Fiş həbs olunduqda artıq polislər əllərində təsəvvür edilə bilinməyəcək azğın bir qatil olduğunu dərhal anladılar; bu adam bütün ömrünü həm özünə, həm də başqalarına iş-22

Silsilə qətllər törədən qatillər

Teymur Fərzi, Nəbi Hacıyev

gəncə verərək keçirmişdi. Digər silsilə qətllər törədən qatillər kimi Fiş də bir dini fanatik idi və günahlarının cəzasını özünə çox qəribə işgəncələr verməklə çıxarırdı. O, dəri qa-yışlarla və hər yerində mismarlar olan çubuqlarla özünü döyür, öz nəcisini yeyir, qasıqlarına tikiş iynələri sancırdı.

Bu sadəcə işgəncələrdən bir neçəsi idi. Onun əcaib zövq-lərinin arasında sidik yoluna gül kolu soxmaq da var idi.

Yaraladığı və öldürdüyü uşaqlar onun fikrinə görə Allaha verilən qurbanlar idi. Fişi müayinə etməsi üçün çağırılan Nyu Yorklu məşhur psixiatr doktor Fredrik Vertam qoca adamın “məlum olan hər cür cinsi azğınlığa” sahib olması ilə yanaşı, bu günə qədər kimsənin eşitmədiyi anormal-lıqlara sahib olduğunu da ifadə etmişdi. Həbsxanada çəki-lən qasıq hissəsinin rentgenində cinsi orqanının ətrafındakı sahəyə soxulmuş 29 iynə tapılmışdı.

1935-ci ildə keçirilən məhkəmə zamanı hakimlər onun dəli olduğuna qərar verməsinə baxmayaraq, yenə də elektrik stulunda edam edilməsinə qərar verdilər. Edam qərarı-nın açıqlanmasından sonra bu anormal qoca – “Elektrik stulunda ölmək nə qədər də böyük bir zövq olacaq! Bu dadaca-ğım ən böyük zövq olacaq. Bu indiyə qədər dadmadığım tək zövqdür" – demişdi.

16 Yanvar 1936-cı ildə 65 yaşındakı Fiş elektrik stulunda edam olundu. O, Sinq-Sinq şəhərində edam edilən ən yaşlı insan idi.

23

Silsilə qətllər törədən qatillər

Teymur Fərzi, Nəbi Hacıyev

* * *

“Rostov qaniçəni”, “Vətəndaş iks”, “Qırmızı kabus”

(Andrey Romanoviç Çikatilo)

“Mən təbiətin bir səhviyəm, dəli bir heyvanam”.

“Etdiklərimi cinsi ehtiyacımı təmin etmək üçün deyil, daha çox rahatlıq tapa bilmək üçün yerinə yetirdim”.

Doğum tarixi: 16 oktyabr 1936-cı il Ölüm tarixi: 14 yanvar 1994-cü il Cəza üsulu: güllələnmə

Qurbanların sayı: 53-65

Cinayətlərin tarixi: 1978-1990-cı illər Ölkə (ərazi): Rusiya (SSRİ)

ndrey Romanoviç Çikatilo oğlanları və gənc qızları hədəf olaraq seçmişdi. Çox vaxt onları A evlərinə ötürmək, qarınlarını doyuzdurmaq və

24

Silsilə qətllər törədən qatillər

Teymur Fərzi, Nəbi Hacıyev

kömək etmək bəhanəsiylə avtobus dayanacaqlarından, yol-lardan götürüb, kimsəsiz yerlərə, meşələrə aparardı. Burada onların başına ağlasığmaz oyunlar açırdı. Dillərini kəsir, məmə uclarını dişləyərək qoparır, cinsi orqanlarını yeyir, gözlərini çıxarırdı. Bu saydıqlarımız yalnız onun etdik-lərindən bir neçəsidir. 1984-cü ildə dörd həftəlik bir dövrdə

6 gənc insanı doğramışdı. Qətillər tarixinin ən böyük psixo-patlarından biri liman şəhəri Rostovda idi. Sovet maşınının

“Sosial təbəqəsiz bir cəmiyyətdə cinayət var ola bilməz” fikrini boşa çıxartmamaq üçün 1978-1990-cı illər arasında 12 il müddətdə bu vəhşi cinayətlər görməzdən gəlindi və cəmiyyətdən gizlədildi. Bu vəziyyətdə insanlar illərcə bu vəhşi silsilə qətllər törədən qatillə yan-yana yaşadıqlarını bilmədilər.

Xalq arasında bir çox söz-söhbət meydana gəldi. Bu vaxt təhlükəsizlik orqanları bir çox şübhəlini həbs etdi və şüb-həlilərdən biri Çikatilo adlı cinayətkar işlədiyi cinayətdən günahkar hesab olunub edam edildi.

Qurbanların əksəriyyəti fahişələr və uşaqlar idi. Cinayətlər daha çox qatar stansiyaları və avtobus dayanacaqları yaxınlığında olan meşəlik ərazilərdə işləndiyi üçün bütün stansiyalara yüksək rütbəli rəsmi məmurlar yerləşdirildi.

Bütün şübhəli vəziyyətlər nəzərə alınmağa başlandı. Çünki bir imperialist qərb xəstəliyi olaraq görülən və kommu-nizmdə heç bir zaman rast gəlinməyəcək bir cinayət növü olan silsilə qətllər törədən canilərə heç də hazırlıqlı deyil-dilər. Bundan başqa çarələri yox idi.

Əslində polis Çikatilonu 23 insanı öldürdükdən sonra 1984-cü ildə tuta bilmişdi. Cinayətlərin artmasını görən polis, fahişələrə yaxınlaşan şübhəli şəxsləri izləyərkən bir çox 25

Silsilə qətllər törədən qatillər

Teymur Fərzi, Nəbi Hacıyev

fahişəyə yaxınlaşmağa çalışan və onlardan birinin ictimai yerdə sinəsini əlləyən Çikatilonu nəzarətə götürmüşdü. Bu yeni cinayət növündən xəbərsiz olan polis onu araşdırdıqda sıravi bir insan olduğunu, Kommunist partiyasına üzv olduğunu və nizamlı bir həyatı olduğunu gördükdə sərbəst buraxdı. Təbii ki, buraxılmasının yeganə səbəbi bu deyildi.

O dövrdə polis orqanlarında cinayət dəlilləri düzgün araşdırılmamışdı. Dəlil olaraq qan və sperma nümunələri bir-birinə qarışdırılmışdı. Texnologiya qeyri-kafi, təşkilatın işçiləri isə bacarıqsız idi. Qatil sərbəst qalmışdı və tutulana qədər cinayətlərinə davam etmişdi.

Çarəsiz qalan dövlət məmurları bəyənmədikləri ame-rikan sisteminin silsilə şəklində törədilən cinayətlərdə istifadə etdiyi bir üsul olan fotorobot üsulunu istifadə etməyə

qərar verdi. Bu işi görmək üçün psixiatr doktor Aleksandr Bukanovski təyin olundu. Bukanovski sonradan fotorobot çəkəcək və Çikatiloya uyğun gəldiyi anlaşılacaqdı.

20 noyabr 1990-cı il tarixində bir polis meşəlik sahədən çıxan bir şübhəlini saxladı. Şəxsin üzündə qan ləkəsi var idi və ayaqqabılarını yuduğu hiss olunurdu. Yoxlama zamanı şübhəlinin Andrey Çikatilo olduğu aydın oldu. Aparılan araşdırma zamanı onun 54 yaşında Kommunist partiyasının üzvü, 2 uşaq sahibi və təhsilli bir adam olduğu aydın olduqda illər əvvəl olduğu kimi bir daha həyat tərzi və mövqe-yinə görə azadlığa buraxdılar. Ancaq sabahısı gün o bölgədə bir qız uşağının cəsədi tapıldı. Bu bölgəylə əlaqədar bir gün əvvəlki hesabatlar araşdırıldıqda artıq şübhələr Çikatiloya yönəlmişdi. 21 noyabr 1990-cı ildə o, ələ keçirildi və

həbs olundu.

26

Silsilə qətllər törədən qatillər

Teymur Fərzi, Nəbi Hacıyev

10 gün müddətdə o danışmadı. Nəzarət müddəti bitər-kən qatil polislərdən fərqli bir üsulla işləyən psixiatr doktor Aleksandr Bukanovskiyə hər şeyi etiraf etdi. Polis 36 cinayətdən şübhələnərkən, 17 cinayət də üzərinə əlavə olundu.

53 insanın öldürülməsini, cəsədlərinin parçalanmasını, zor-lanmasını və ətlərinin yeyilməsini ən incə detalına qədər izah etmək və maketlər üzərində göstərmək Çikatiloya ayrı-ca bir zövq verirdi. İzahat verərkən kəsərək yediyi cinsi orqanlar üçün – “Çox çəhrayı və elastik idi” – demişdir.

Çikatilo 1990-cı 53 insanın öldürülməsinə görə mühakimə olundu. Bu məhkəmə prosesi xalq arasında “Axmaq məhkəmə prosesi” adını aldı. Ancaq hər kəs bilirdi ki, qatilin qurbanlarının gerçək sayı daha çox idi. Çikatilonu qurbanların ailələrindən qorumaq üçün polad qəfəs içində

məhkəməyə gətirdilər. Hakim Leonid Akorzanovun onun haqqındakı ittihamları oxuması iki gün davam etdi. Hətta qəfəsdə olarkən hakim heyətinə hücum etmək istədi. Şalva-rını aşağı salaraq cinsi orqanını məhkəmə zalındakılara göstərdi. Ağlının yerində olmadığı təəssüratını yaratmağa çalışırdı. Amma o, dəli deyildi. Düz iki saat müddətində

ifadə verdi. İfadəsində hadisələr əsnasında özünü itirdiyini iddia etdi. Amma bunların faydası olmadı. Məhkəmə 6 ay davam etdi. 14 oktyabr 1992-ci ildə sona çatan məhkəmədə

o, edama məhkum edildi və 11 oktyabr 1994-cü ildə Rostov həbsxanasının bir hücrəsində sağ qulağının arxasına bir güllə vurulmaqla edam edildi.

Bu hadisə hər kəsi dəhşətə salmışdı. Mütəxəssislər Çi-katilonun bu cinayətləri işləyə biləcək vəziyyətə gəlmək üçün hansı mərhələlərdən keçdiyini və bir əzazilə necə

27

Silsilə qətllər törədən qatillər

Teymur Fərzi, Nəbi Hacıyev

çevrildiyini anlaya bilmək üçün keçmişindən izlər axtardılar və çox maraqlı faktlara rast gəldilər.

O, 1936-cı ildə Ukraynada Sum vilayətində anadan olmuşdu. Stalinin sərt siyasəti xalqı əzirdi. Aclıq hökm sürürdü. Kəndlilər bütün məhsullarını dövlətə verirdilər və insanlar aclıqdan ölürdü. Ac qalan insanlar ölüləri yemək məcburiyyətində qalmışdı və adamyeyənlər çoxalırdı.

Uşaqlıq illərində anası hər dəfə böyük qardaşının adamyeyənlər tərəfindən öldürülərək yeyildiyini danışırdı. 1943-cü ildə anası hamilə qalmışdı və atası illərdir cəbhədə idi.

Böyük ehtimalla anasının bir alman əsgəri tərəfindən zor-lanmasını seyr etmək məcburiyyətində qalmışdı.

Müharibə dövründə atası almanlara əsir düşür. 1949-cu ildə geri qayıtdıqda isə Stalin rəhbərliyi tərəfindən vətənə

xainliklə günahlandırılır. O dövrdə döyüşdə əsir düşən və

geri dönənlərə xain damğası vurmaq adət halını almışdı. Bu olanların təsirində uşaqlıq illərini tamamlayıb gənclik yaşlarına gəldikdə yaraşıqlı və diqqətçəkən gənc oğlan olmuşdu.

Gənc qızların diqqətini cəlb etməkdə çətinlik çəkmirdi. İlk cinsi təcrübəsində müvəffəqiyyətsiz oldu və bu vəziyyəti ətrafdan eşidən dostları onu lağa qoydular. Sonrakı sınaq-larda da müvəffəqiyyətsiz idi və ətrafındakılar bilirdi ki, o iqtidarsız biridi. İmpotensiya özüylə birlikdə ona lağ olun-mağı və alçaldılmağı gətirmişdi.

Bu mühitdən uzaqlaşa bilmək üçün Moskvaya gedərək Hüquq fakültəsini oxumağa qərar verdi. Ancaq imtahanda müvəffəqiyyətli ola bilmədi. Başqa bir ali məktəbə getmək məcburiyyətində qaldı. İmpotensiyanı arxa plana atmaq 28

Silsilə qətllər törədən qatillər

Teymur Fərzi, Nəbi Hacıyev

üçün başqa cəhətlərini inkişaf etdirmək istəyirdi. Sonra Kommunist Partiyasına üzv oldu.

1963-cü ildə bacısıyla eyni evdə yaşayan evdə qalmış

bir qızla bacısının təzyiqiylə evləndi. Cinsi həyatları yox idi.

Söhbət edir və bir-birlərinə dəstək olurdular. Uşaq dünyaya gətirmək üçün mastrubasiya kimi müxtəlif üsullar yoxla-yırdılar. 1965-ci ildə nəhayət buna müvəffəq oldular və ilk olaraq bir qızları və 4 il sonra da bir oğulları eyni üsulla dünyaya gəldi. Partiya üzvü idi, gəliri yaxşı idi, ailəsini yaxşı dolandırırdı. Sıravi və hörmətə layiq bir insan olmuşdu. 1970-ci ildə bir orta məktəbdə işə başladı. Ancaq bir müddət sonra şagirdləri tərəfindən ciddiyə alınmamağa və

alçaldılmağa başlandı. Şagirdlər onun yanında siqaret çəkir-dilər və ona “axmaq” mənasını verən bir ləqəb qoşmuş-dular. Bu da psixologiyasına mənfi təsir edirdi. Məktəbdə

eşqbazlıq edən şagirdləri gördükcə impotent olduğu yadına düşür və cəmiyyətə qarşı nifrəti artırdı. Kiçik yaşda qız və

kişi şagirdlərə əxlaqsız hərəkətlər etməyə başladı. Onlar onu alçaltmırdı və etiraz edə bilmirdilər. 1974-cü ildə bu səbəblə

məktəbdən qovulduğunda məktəb rəhbərliyi onu rüsvay olmamaq üçün ifşa etmək istəmədi. Yalnız özlərindən uzaq-laşdırdılar. Ancaq onun digər təhsil təşkilatlarında çalışması bunun sayəsində mümkün oldu.

Rostovda 33 nömrəli peşə məktəbində işə başladı. Burada işləyərkən ailəsinin də bilmədiyi bir köhnə ev satın aldı.

Bu ev bütün bu vəhşiliklərin başlanğıcı olan ilk cinayətin ye-ri idi.

1978-ci ildə 9 yaşındakı Yelena Zakadnovanı bir saqqız-la aldadaraq bu evə apardı. Uşağa cinsi təcavüz etdi. Uşaq 29

Silsilə qətllər törədən qatillər

Teymur Fərzi, Nəbi Hacıyev

buna etiraz edə bilmədi və o, özünü istədiyi hər şeyi edə

biləcək güclü bir kişi kimi hiss edirdi. Ancaq cinsi orqanıyla bir şey edə bilməyəcəyini anlayınca bıçaqla qızın cinsi orqanını kəsdi və yedi. Çoxlu sayda bıçaq zərbəsiylə qızı öldürdükdən sonra cəsədini evin yaxınlığındakı çaya atdı. Cəsəd tapıldıqda polislər evin yaxınında qan tapmaqlarına baxmayaraq ondan şübhələnmədilər. Çünki o, hər yeri yaxşı tanıyırdı və izləri harada gizlədəcəyini bilirdi. Başqa bir təcavüzkar bu hadisənin səbəbkarı olaraq tutuldu və edam edildi.

Çikatilo bu hadisədən sonra qorxuya düşdü. Müəllim-lik etməkdən imtina elədi. 2 il cinayət törətmədi. Sadə bir həyat yaşamağa qərar verdi və inşaat şirkətləri üçün təda-rükçülük işini görməyə başladı. Bir müddət belə yaşadıqdan sonra içindəki hirs onu rahat buraxmadı. O, 1981-ci il 3

Ücretsiz ön izlemeyi tamamladınız.