Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «46 bənövşə», sayfa 2

Yazı tipi:

– Yaxşı yol, qızım, çalış, çox ləngimə.

Məni gülmək tutudu. Fikirləşdim: "O, Dəryanın insafından asılıdır."

Daş pillələri endikcə tuflilərimin dabanından çıxan səslər divarlarda tıqqıldayırdı. Yoldaşlarım haqlı imiş. Neçəsi mənə demişdi: "Könül, sən becid gedəndə dabanlarını yerə elə bərk vurursan ki, üzünün əti titrəyir". Qızların sözündə həqiqət varmış. Axı niyə tələsirəm. Vaxta hələ xeyli qalır ki. Küçəyə çıxcaq qonşumuz Qönçəbəyimin oğlu ilə rastlaşdım. O, bu fürsəti çoxdan gözləyirmiş kimi sevincək ayaq saxladı:

– Salam, Könül…

– Salam.

– Kefin necədir?

Dinc durmadım. Şıltaqlıqla:

– Əladan da bir az o yana, – dedim və qəhqəhə çəkib güldüm.

Qönçəbəyimin oğlu belə dil-dil ötdüyümə heyran qaldı:

– Təki olsun…

Qolumdan tutub məni qırağa çəkdi.

– Könül, nə vaxtdır səninlə məxsusi bir söhbətim var. Ancaq… bura yeri deyil. Özüm də görürəm tələsirsən. Eləmi?

– Bəli. Səhv etmirsən. Qızlarla vədələşmişik… – Saatıma baxdım, – Beş-on dəqiqəyə instituta çatmalıyam.

– Yaxşı, onda yubanma, intizara söhbət haramdır, bizimki sonraya qalsın.

Qönçəbəyimin oğlu ayrılanda məni elə qəribə, mənalı nəzərlərlə süzdü ki, onu aldatdığıma utandım. Həm də barmaqlarımın ucunu ovcunda bərk-bərk sıxıb pıçıldadı: "Şeytan qız!" Sonra əlini qaldırıb çiyninin üstündə yellədi:

– Müvəffəqiyyətlər.

Uzaqlaşanda gözümün ucu ilə sezdim: təəssülə geri qanrıldı… Belə birtəhər oldum. O cür danışdığım üçün peşmançılıq çəkdim. Qorxdum, düşünər ki, ona acıq verirəm. Mənə elə gəlirdi, hər kəs bircə kərə üzümə baxsa, hara getdiyimi əlüstü biləcəkdi. Eləcə də bu. İndicə görüşdüyüm oğlanın adı Emindir. Bizdən üç-dörd qapı aralı olur. Evimizdə ondan söhbət düşəndə həmişə "Qönçəbəyimin oğlu" deyirlər. Tərbiyəli ailədəndir. Atası məşhur kimyagərdir – elmlər doktoru, professor…

Eminin özündən böyük bir bacısı da var. Ərdədir. O, qardaşına oxşamayıb. Qaynayıb-qarışan deyil. Qönçəbəyim əczaçıdır. Ancaq çoxdandır işləmir. Emin institutu inişil bitirib. Jurnalistdir. Özü də istiqanlı oğlandır. Qəzetlərdə vaxtaşırı imzasına rast gəlirəm. Maraqlı şeylər tapıb yazır. Hamısını da oxuyuram.

Mən Emini neçə illərdir tanıyıram. Yaz-qış hələ papaq qoyduğunu görməmişəm. Qarlı-çovğunlu günlərdə də başıaçıq gəzir. Ancaq çox təmiz, səliqəli geyinir.

Məhəlləmizdə bu barədə Eminə çatan olmaz. Uzun boyundan, girdə sifətindən, yerişindən, danışığından eynən atasına oxşayır. Saçları da, göz-qaşı da, bığları da onunku kimi qaradır. Eh… Emin… Emin… Hər dəfə səninlə qarşılaşanda uşaqlığın əziz, şirin bir xatirəsi yadıma düşür…

4

"Bakı Soveti" metro stansiyasına yaxınlaşanda Dərya gülə-gülə məni qarşıladı. Ehmalca dirsəyimə toxunub:

– Axşamınız xeyir, – dedi.

Cavab vermək istədim, ancaq gecikdim. Sonra da… eskalatorla enəndə az qala yıxılacaqdım. Çəkməmin dabanı i lişdi, büdrədim. Yaxşı ki, Dərya dərhal qolumdan yapışdı:

– Yavaş, Könül!

Mən güldüm:

– Tuflim sürüşdü.

Dərya ayaqlarıma ötəri bir nəzər fırlatdı, üzümü yana tutmuşdum. Yuxarı qalxan pilləkəndən qohum, tanış təsadüfən məni görə bilərdi. Rəfiqələrimdən birinin sözü yadıma düşdü: "Sevginin ləzzəti oğlanla qorxa-qorxa, xəlvəti gəzməkdədir. Nişanlanandan sonra adam arasına nənəm də çıxar.

"Biz hara gedirik?" – deyə Dəryadan soruşmaq istədim. Dilim gəlmədi. O, mənə lap yaxın dayanmışdı. Nəfəsindən papiros qoxusu hiss edirdim. Bu da Emin təki başıaçıq olduğundan bayırdakı külək dalğalı, qara saçlarının səliqəsini pozmuşdu. Dəryanın çiyinləri bu gün mənə dünənkindən enli görünürdü. Pencəyinin altından qalın, yun köynək geymişdi, yəqin ondandı. Əyninə biçilmiş boz ratin paltosu bir qədər köhnəlmişdi.

– Uzaqdan sizi güclə tanıdım, Könül, – deyə Dərya aradakı sükutu pozdu.

– Ola bilər…

– Anna Kareninaya oxşayırdınız…

– Yaşda, görkəmdə?

Dərya tutuldu:

– Əlbəttə, görkəmdə. Sizin nə yaşınız var ki. Uşaqlıq çağından srağagün ayrılmısınız…

Neon lampaları ilə gündüz kimi işıqlanan bərli-bəzəkli, mərmər divarlı stansiyaya düşcək hündür sütunlardan birinin arxasına çəkilib dayandıq. Mən gözümü Dəryaya zilləmişdim. Sifətində bir az kobudluq vardı. Ancaq iti baxışları adamın ürəyinin dərinliyinə nüfuz edirdi. Alnına dartılmış enli, qara qaşları ona ciddi bir görkəm verirdi. Mən bərkdən danışanları sevmirəm, bunu da bir növ mədəniyyətsizlik əlaməti hesab edirəm. Dərya çox astadan danışırdı. Az qala pıçıldayırdı, bundan xüsusi zövq alırdım:

– Könül, mən istəyirəm, bizim görüşlərimiz boş, mənasız keçməsin. Vaxtımız heyfdir. Dünən sizinlə məsləhətləşmədim. Bu günə hazırlıq görməmişəm. Kinoya da, teatra da, sirkə də gedə bilərik.

O, bu sözləri asta-asta dedikcə, dodaqları arasında qızıl dişi parıldayırdı.

– Hər halda… bayırda gəzməli deyilik, Könülcan. Belə baxıram, hava qarlayacaq.

Oğlan dilindən birinci kərə idi "Könülcan" kəlməsini eşidirdim. Adım heç zaman bu qədər xoşuma gəlməmişdi. Ürəyimdə anama təşəkkür etdim.

Şəhərin kino-teatrlarında təzəliklə iki hissəli "Spartak" filmi göstərilirdi. İnstitutda yoldaşlarım çox tərifləyirdilər. Məmnuniyyətlə ona baxardım. Ancaq niyyətimi bildirməyə çəkindim.

– Mənimçün təfavütü yoxdur, – dedim, – Xətriniz hara istəyir… Təki maraqlı bir şey olsun.

Dərya gözlərini qıyıb, alnını ovuşdurdu.

– "Spartak"ı görməmisiniz? – Soruşdum.

– Yox. Siz necə?

– Mən də görməmişəm. Bəlkə, elə…

– Getdik! Ən yaxşısı odur.

Qatara minib, "26 Bakı komissarı" stansiyasına yollandıq. Bilet alınca qaş qaraldı. Kino zalında yerimiz arxa cərgədə idi. Dərya solumda əyləşmişdi. Paltomu çıxaranda o mənə canıyananlıq etdi.

– Sizə soyuq olmaz ki, Könülcan?

– Xeyr.

– Onda salın çiyninizdə qalsın.

İşıqlar söndü. Ekran canlı, geniş bir həyat səhnəsinə çevrildi… Film başlanandan Dərya sol əlimi ovcundan buraxmadı – sığalladı, sıxdı, barmaqlarımı şıqqıldatdı. Mənə xoş gəlirdi onun bu nəvazişi. Fikrimi yayındırsa da, müqavimət göstərmirdim… Birdən qolumun büküyünə, sanki od basdılar. Diksindim və cəld əlimi çəkdim; Dəryaya tərəf döndüm.

Sərxoş kimi gözləri axırdı. Biləyimi öpdüyündən elə məmnun idi ki… Gülümsəyirdi, kirpikləri titrəyirdi. Qaranlıqda bir anlığa özümü qərib hiss etdim. Dərya mənim üçün başqalaşdı, yada döndü. Bədənim əsdi. Sümüklərim eyməndi. "O niyə belə etdi?" – deyə qəzəbli baxışlarımı gizlətməyə çalışsam da, bacarmadım.

– İncidiniz məndən?

Cavab vermədim. Dərya məyus oldu. Sonra filmin axırınadək danışmadıq. Onu incitməyi özümə rəva görmədim. Ürəyini almağa bir bəhanə axtardım. İşıqlar yandı, ayağa qalxıb paltomu geyəndə soruşdum:

– Siz Rafaello Covanyolinin "Spartak"ını oxumusuz?

– Xeyr.

– Məsləhət bilirəm, oxuyun. Romanla bu filmin arasında çox fərq var.

Dəryanın eyni açıldı. Sifətindəki pərtlik tədricən çəkilib yox oldu.

Evə gəlincə hər şey unuduldu. Bayırda hava dəyişmişdi. Külək yatmışdı. Şəhərə sanki göy qübbəsi boyda ələkdən xırda-xırda qar ələnirdi. Səkilər, yollar ağappaq idi.

– Bir də haçan görüşək, Könülcan, – deyə o, küçəmizin tininə çatanda yavaşıdı. Mən güldüm:

– Hələ heç ayrılmamışıq ki… – sonra çiyinlərimi çəkdim.

– Nə bilim…

Dərya telefon nömrəmi götürdü.

– İnstitutdan nə vədə gəlirsiniz?

– Saat ikidə, üçdə…

– Çox gözəl.

– Ancaq… Xahiş edirəm, bizə axşam yeddidən gec zəng çalmayın.

– O da gözüm üstə.

Dərya, olsun ki, məni başa düşmədi. Atamdan ehtiyat edirdim, işdən o vaxtlar qayıdırdı.

– Ayrılaq?

Onun bu sorğusuna çox könülsüz və soyuq cavab verdim:

– Ayrılaq…

Əlimi tutdu.

– İndi icazənizlə olarmı?..

Mən utandım. Üzümü yana döndərdim. Dodaqlarınn istisi bu dəfə əvvəlcə əlimin dalını, sonra isə bir-bir barmaqlarımı yandırdı.

– Gecəniz xeyrə qalsın, Könül!

– Xeyrə qarşı, – dedim.

Mən öz otağıma keçəndə, saat on birə az qalırdı. Anama zəng çalmaq tamam yadımdan çıxmışdı.

5

Biz beşmərtəbəli binanın ikinci qatında oluruq. Mənzilimiz üçotaqlıdır. Bayırdan qapımızın çərçivəsindəki ağ düyməni basanda, dəhlizə cingiltili zəng səsi deyil, əsəbləri səkitləşdirən xoş bir musiqi sədası yayılır. Sol tərəfdə gözlük şüşələri naxışlı geniş qapı adlandırdığımız qonaq otağına açılır. Tünd-şabalıdı rəngli mebellərimiz son müasir dəbdə olmasa da, yaraşıqlıdır. Anam qəsdən otaqlarımızı bir növ qədim qaydada bəzəyib. Bu, mənim də xoşuma gəlir. Evimizdəki əşyaları on il qabaq necə qoymuşuqsa, indi də yerlərini dəyişməmişik. Zala döşəmə boyu xalı sərmişik. Ortadakı uzunsov, dördkünc yemək stolunun ətrafında altı yumşaq kreslo qoyulub. Sağ divarda, piano ilə servant arasında yataq otağına qapı var. Bu yanda bufet, divan, yuxarı küncdə isə "Rubin-106" televizoru durur. Zal, küçə balkona açılan ikitaylı qapının şüşə gözlüklərindən işıqlanır. Divanın arxasındakı "Tarantello" İtaliya xalçası üstündən oymalı, zərli haşiyədə tanımadığım rəssamın canlı bir mənzərə əsəri vurulub. Şəkildə, yaşıl meşə qoynundakı ucqar kənddən çıxan süvarilərin, sıldırım dağlarda ilan kimi qıvrılan müdhiş yollarda qalxdığı təsvir olunur. Üzbəüzdə isə atamın fotoşəklidir. Qapıların pərdələri də divarlara çəkilmiş kağıza uyğun mavi güllüdür. Axşamlar, hündür tavandan asılan iri büllur çilçırağın şam-lampaları yananda zal zül-zül edir; "Tarantello" xalçasındakı rəqqasə qadını ortaya alan oğlanların, qızların əlvan geyimləri gündüzkü rəngini dəyişərək, bərq vurur. Mənim otağım dəhlizin sağ səmtindədir. Telefon da orda, yazı stolumun sol böyründədir. Divardan bir oyuncaq meymun asılıb. Bunu mənə ad günümdə Qönçəbəyimin oğlu hədiyyə gətiribdir. Həyətə çıxan balkonun qabağında qollubudaqlı yabanı yasəmən ağacı əkilib; baharda açılan çəhrayı çiçəkləri çox gözəl, lakin ətirsiz olur. Sadə otağımı zənginləşdirən, ancaq kitablarımdır. Bütün bunlardan başqa bir də mətbəxin böyründə balaca, xudmani aynabəndimiz var. Yayda səhər və axşam sərinliyində çay içməyə, çörək yeməyə ora yığışırıq. Vəssalam. Bizim mənzilimiz belədir.

Metin, ses formatı mevcut
₺56,80
Yaş sınırı:
16+
Litres'teki yayın tarihi:
28 ekim 2022
ISBN:
978-995-256-631-4
Telif hakkı:
Hədəf nəşrləri
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 5, 1 oylamaya göre
Metin
Ortalama puan 4,3, 3 oylamaya göre
Metin
Ortalama puan 5, 1 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Metin, ses formatı mevcut
Ortalama puan 0, 0 oylamaya göre
Metin, ses formatı mevcut
Ortalama puan 5, 1 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 5, 1 oylamaya göre
Metin, ses formatı mevcut
Ortalama puan 0, 0 oylamaya göre