Kitabı oku: «Poeziya ulduzları», sayfa 3
Yazı tipi:
MƏNƏM
Bu fələyi yoxdan var edən həqqi-Rəhman mənəm,
Qiyamət günündəki o məhşəri-mizan mənəm.
Yerin, ərşin əsasın qoydum, xəlq etdim insanı,
Musa ilə İsanı, Əhmədi yaradan mənəm.
Mən laməkanam, həm də ki, ta əzəldən var idim,
O qüdsi taxtı-tacım olan ərşi-məkan mənəm.
Mənim zəatımdadır xəlq eylədiyim hər məfhum,
Bu böyük on səkkiz min aləmə sığmayan mənəm.
Ədalət bünyadımdadır, kamil elm də həmçinin,
Xəlq eylədiyim canlıya mehriban olan mənəm.
ƏSRAR DEYİLMİ?
Ey bəni-Adəm, xəlq olmağın zatı əsrar deyilmi?
Möcüzeyi-Rəbbin əsrar olması əsrar deyilmi?
Ünsüri-çardan künfəyakünlə yarandı Adəm,
Bir qətrə cünubdan insan doğulması əsrar deyilmi?
Atəşi-isnan maddəsindən yaranıbdı pak su,
Suyun atəşi-isnandan yaranması əsrar deyilmi?
Möcüzeyi-eşq pərvanədir, fırlanır əşaqətək,
Əhli-beyt eşqin qəlbə dolanması əsrar deyilmi?
Əlinin cəhanə, İmam Zamânın qeybə sığmağı
Rəsulallahın meraca qalxması əsrar deyilmi?
Möcüzə kəlmeyi-Rəbbin yerləşməsidi Quranə,
Ərşin yek kainatə sığışması əsrar deyilmi?
Məhəbbət lütfüdür bizi bizə təslim eyləyən,
Məhəbbətin yar qəlbinə sığmağı əsrar deyilmi?
Kəlmeyi-Bismillahın məkani-zəbanə sığması,
Dostun çar hərfdəki sirri-sifatı əsrar deyilmi?
Cəmi-cismin zatındadır kərdən genişlənmək,
Yürəyin istidən sıxılması əsrar deyilmi?
Gözəlliyin kiçicik zahirdə təşəkkül tapması,
Ətri-behiştin xəndanə sığmağı əsrar deyilmi?
Ey Fateh, ismi-əzəmdən bir hərf möcüzələr qılar,
Bir hərfin möcüzələr yaşatması əsrar deyilmi?
MƏNƏM, MƏN
Bu günahkar insan bilsin, daim haqq olan mənəm, mən.
Covşəni kəbirdəki min bir ad sahibi Rəhman mənəm, mən.
Mən İbrahiməm ki, Nəmrud atəşi məni yaxmaz,
Musa kimü dəryanı ikiyə paralayan mənəm, mən.
O zəatı əsrarla dolu əhd sandığı məndədir,
Davud mən idim, Zəburu yazan mənəm, mən.
Süleyman ibni Davudam ki, olun xəbərdar,
Bir üzüklə Bilqeysi qəlbə salan mənəm, mən.
Yusif ibn Yəqubam, nurani cəmal sahibiyəm,
Zəkəriyyayam, bir çöpü hərəkatə salan mənəm.
Mən məqbərdə olsam belə, yardım eyləyərəm,
Xızıram, hər zəman imdadə cəld qaçan mənəm, mən.
Ol İsmi-azəmin hər hərfindən xəbərdaram ki,
Bir beyt ilən möcüzəzat yaradan mənəm, mən.
Hər yaranan məxluqat fanidir bu həyatda,
Aləmlərdə sonsuz olaraq yaşayan mənəm, mən.
Zülqərneyn İskəndərəm, şücaətim pürrdür, bil,
Yəcuci-Məcucu həbsə pərçim salan mənəm, mən.
Eşq pərvanəsiyəm , bir sözlə aşiq oldu hamı mənə,
İqtidarı əzəl, heç kəsə möhtac olmayan mənəm.
Əhməd kimi məsumam ki, möcüzəm Quran,
Qəməri bölüb ərşdən fərşə qalxan mənəm, mən.
Mən o mənəm ki, mənim ismimi anda verənlər,
Məndən səvayı yox Tanrı tək olan mənəm, mən.
Nuhun gəmisiyəm ki, xilasın yolu məndədir,
İsayi Məsihəm, ölünü diri yapan mənəm, mən.
Fatihədən ta Nasadək ayət məzhərimdədir,
Ol müqəddəs haqq olan təhrifsiz Quran mənəm, mən.
Təxəllüsüm Fatehdir ki, bunu bilsin bu cəhan,
Bir beyt şeirlə xəlqi əfsunlayan mənəm, mən.
Ücretsiz ön izlemeyi tamamladınız.
₺63,38
Türler ve etiketler
Yaş sınırı:
0+Litres'teki yayın tarihi:
27 ekim 2022Telif hakkı:
Alatoran yayınları / Алаторан