Kitap süresi 1 sa. 55 dk.
Taleyin töhfəsi
Kitap hakkında
Xalq şairi, Əməkdar incəsənət xadimi. “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru (1976-1990) vəzifəsində çalışıb. “Yadına düşəcəyəm ”, “Niyə demədiniz”, “Zümrüd quşu”, “Sən bağışladın”, “Kimin sualı var”, “Bütün millətlərə”, “Taleyin töhfəsi”, “Gəlimli-gedimli dünya”, “Poylu beşiyim mənim” və sair kitabların, “Nəriman”, “Midiya sarayı”, “Bəyanat”, “Həsrət”, “Vətənsiz”, “Şahid ol, günəş” kimi onlarla poemanın, “Nabat xalanın çörəyi” povestinin müəllifidir. Günümüzün ağrılarının , faciələrinin, qəhrəmanlıqlarının dastanını yazan şair Azərbaycan poeziyasının həqiqətən qiymətli nümunələrini yaradıb. Şair dilimizin zəngin söz xəzinəsindən məharətlə istifadə etməyi bacarıb. Şairin “Taleyin töhfəsi” kitabında bu cür zənginliklərə rast gəlmək olur. Bu kitaba şairin müxtəlif illərdə qələmə aldığı şeir və poemalardan seçmələr daxil edilmişdir. Xalq şairi 90 illik yubileyi münasibəti ilə 18 Fevral 2021-ci ildə ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə “İstiqlal” ordeni ilə təltif edilib. Şairin Audiokitab tətbiqində «Zümrüd quşu» kitabı da yer alıb.