Kitap süresi 5 sa. 03 dk.
Kontramot
Kitap hakkında
Xaotik sistemdə qığılcım.
İnsanın öz fantaziyalarında nə qədər uzağa gedə biləcəyini öyrənmək.
Hər qələbədə bir məğlubiyyət, hər məğlubiyyətdə bir qələbə.
Uçmaq, yüksəlməyin inikası – kəpənək, qu quşları, yapon mifologiyasındakı qanadlı əjdahalar.
… Həyatı idarə edən proqramlardır.
– Bilmək istərdin, nə qədər yaşayacaqsan?
– Yox. Nəyə lazım bunu bilmək? Nə qədər ömrüm varsa, o qədər yaşayacam.
– Ay qorxaq. Bilirəm, sən qorxursan sonunu bilməkdən. Ölümdən qorxursan. Boynuna al görək....yalan deyirəm bəyəm?
– Lap elə də deyil. Sadəcə, yaşamaq istəyirəm. Səninçün yaşamaq istəyirəm. Qorxduğum səni tək qoyub getməkdir.
Həmsöhbətini cavab deyəsən qane etdi və əl çəkdi ondan. Kişi dərindən nəfəs alıb bığaltı gülümsədi, plaşının yaxalığını dikəldib cibindən siqaret çıxartdı.
Beləcə iki ahıl xiyaban cığırı ilə gedir, söhbətləşirdilər. Kişinin əlində şam ağacından əsa, qadının əlində “Wagasa” yapon çətiri vardı. Hər ikisi payız mövsümünə uyğun su keçirməyən nazik plaşda idilər. Kişinin papağı da üst geyimi kimi tünd göy, qadının başındakı dəbli fetr şlyapa əynindəkinin rənginə uyğun açıq boz idi. Qocanın çəkməsinin bağı açılıb yerlə sürünürdü, radikulit imkan vermirdi ki, əyilib bağlaya. O, tez-tez əlini papağına aparır, sanki küləyin onu uçuracağından qorxurdu. Külək papaq aparacaq qədər güclü olmadığından hiss olunurdu ki, bu sadəcə bir adətdir. Yorulanda dayanıb durur, alçaq, dəmir milli hasarla dövrələnmiş kiçik gölə tamaşa edirdilər…