Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Dərbənddən başlanan əzablı yol»

Yazı tipi:

Ağababa Rzayev

Dərbənddən başlanan əzablı yol

3

Kazan və Peterburq universitetlərinin professoru, Peterburq universitetində Şərq fakültəsinin yaradıcısı və ilk dekanı, Şərq filologiya elmləri üzrə fəxri doktor, əməkdar professor, Azərbaycan dilinin ilk elmi qrammatikasının müəllifi Mirzə Kazımbəy həmçinin bir çox xarici ölkə

akademiyalarının və elmi cəmiyyətlərin ‒ Londonda Britaniya Kral Asiya Cəmiyyəti, Kopenhagen Kral Şimal Antikvariyaları Cəmiyyəti, Parisdə Asiya Cəmiyyəti, Amerika Elmlər Akademiyası, Berlində Almaniya Şərqşünaslıq Cəmiyyətinin üzvü, Peterburq Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.

Kitabda Mirzə Kazımbəyin Dərbənd, Həştərxan, Kazan, Peterburq şəhərlərindəki elmi fəaliyyətindən söhbət açılır, Azərbaycan alimlərinin Berlində, Parisdə, Londonda apardığı tədqiqatlardan danışılır. Həmçinin Kazımbəyin L.İ.Toystoy, İ.Nekrasov, İ.Q.Çernışevski, A.Humbolt, P.İ.Melnikov (Andrey Peçerski), A.S.Puşkin, M.D.Topçubaşov, Şeyx Şamil və başqaları ilə görüşlərindən söhbət gedir.

4

5

Proloq



Böyük alim can üstəydi. Çarpayısının başında sevimli qızı Olqa ayaqlarına qədər uzanan qara libasda heykəl kimi durmuşdu. Mirzənin oğlu da buradaydı. Onun sərt üzündən, nüfuzedici baxışlarından ürəyin təlatümü oxunurdu. Çar-payının sol tərəfində Rusiya Maarif naziri ucaboy, enlikürək qraf Dmitri Tolstoy dayanmışdı.

O, gah xəstəyə, gah da xəstəyə doğru əyilmiş

qocaya heyrətli nəzərlərlə göz gəzdirirdi. Qoca məşhur həkim idi.

Peterburq universitetinin professoru, altmış

səkkiz yaşlı Mirzə Kazımbəy can verirdi. Ölümün ağırlığı altında yumulmuş gözlərini aça bil-6

mirdi, amma huşu özündə idi, ətrafdakı ehtiyatlı, həyəcanlı pıçıltıları belə eşidir, həkimlərin latınca dediklərini özlüyündə götür-qoy edir və

düşünürdü ki, həyat dedikləri bu iztirab də-nizindən insanı asanlıqla çıxmağa qoymayan nədir? Birdən xəstə gözlərini açdı və dumanlı ba-xışlarını dolandırıb qraf Tolstoyun üzündə saxladı. Hamı otağı tərk etdi. Qraf Mirzənin ya-tağına yaxınlaşıb oturdu, astaca xəstənin əlini əlinə aldı. Mirzə ağır-ağır nəfəs alırdı.

‒ Mən əminəm ki, siz sağalıb ayağa duracaqsınız, qabaqda sizi çox işlər gözləyir, ‒ deyə

qraf, nəhayət, sözə başladı.

Mirzənin üzündən xəfif bir kölgə keçdi.

‒ Başa düşürəm, qraf, amma ölüm ayağında kişiyə təskinlik verməzlər. Ölüm haqdı və haqq olduğu üçün qorxulu deyil… Əbədiyyətə gedən yollar iztirab dağlarından keçir… Və bir ömür əbədiyyətə qovuşursa… qorxulu deyil. Yaxşı olardı ki, yaxanı ölümün əlinə verməyəsən, amma…

‒ Yox, professor, sizi böyük işlər gözləyir.

Qraf bir məmur kütlüyü ilə dərk edə bilmirdi ki, ölən adama xoşbəxtlikdən, bəxtəvərlikdən dəm vurmaq olmaz.

7

‒ Yox, qraf, mən bir də qalxmayacağam…

Ölüm qorxulu deyil. Qorxulu olan nəsillərin məhkəməsidir. Gərək elə yaşayasan ki, gələcək nəsillər səni dar ağacına çəkməsin. Mən Rusiya imperiyası üçün az işlər görməmişəm…

‒ Siz ki, çox gözəl həyat sürmüsünüz, Aleksandr Kasimoviç, hər əsəriniz bir abidədir…

‒ Mən həmişə havayı keçən günlərimi dü-şünmüşəm, qraf… Həştərxandan Kazana getmək üçün səmərəsiz keçən illər… Peterburqa getmək üçün neçə-neçə nazirin icazəsi… Qabağıma kimlər çıxmayıb… Yermolov… Nesselrode…

Lanski… Qolitsin… Nə bilim, daha kimlər…

‒ Sizin gözəl yaddaşınız sübut edir ki, mütləq ayağa duracaqsınız. Ölümdən danışmaq qəba-hətdir, professor, ‒ deyə Dmitri Tolstoy söhbətin istiqamətini dəyişmək istədi.

‒ Yaddaşımdan heç vaxt şikayət etməmişəm, qraf… Məni narahat edən yarımçıq qalmış

işlərimdir… Peterburqda Mərkəzi Asiya institutunun layihəsi məsələsində siz də yaxanızı ələ vermədiz, qraf. İngilislər bütün Şərqi əllərinə

keçirdiyi bir zamanda, mənim Şərqi öyrənməkçün atmaq istədiyim kiçik bir addıma heç kim yaxın durmadı… Böyük Rusiya impe-riyasının 8

mənafeyi keşiyində duran xarici işlər nazirliyi, onun məmurları Senyavin, Demezon özlərini elə

apardılar ki, guya maarif nazirliyi onlar üçün ya Buxara əmirliyidir, ya da Kazan xanlığı… Nə siz, qraf, nə sizdən əvvəlki nazirlər bu işə yaxın durmadınız… Bir əsrdən sonra Şərq dünya siyasətinin bir nömrəli probleminə çevri-ləcək.

Biz yüz ildən sonra bugünkü kütbeyin mə-murların ucbatından bu siyasətdən kənar qala-cağıq.

Mirzə dərindən ağır-ağır nəfəs aldı, sözünün arxasını deməyə gücü çatmadı.

Qraf Dmitri Tolstoy xəstənin yanından çox məyus getdi… Amma bir şeyə ürəyində sevindi ki, onların söhbətini eşidən olmadı… Qraf nə biləydi ki, pərdənin arxasında göz yaşı tökən Mirzənin qızı Olqa bunları öz gündəliyinə yazacaqdı…

Gecəyarı xəstənin halı tamamilə dəyişdi. Qız-dırmasını ölçmək istədilər, qoymadı. O, artıq heç bir şey eşitmirdi ‒ nə bayırda qiyamət qoparan tufanı, nə otaqda ürək yandıran hıçqırıqları ‒ heç nəyi. “Bircə dəfə balalarımın üzünü görə bil-səydim” ‒ fikri bir də Mirzənin xəyalından keçdi.

Və birdən, onun üzündə təbəssüm göründü.

9

Qulağına anası Şərəfnisənin səsi gəldi… Yox, Mirzə səhv etmirdi, bu onun anasının səsiydi…

Səhv edə bilməzdi. Şərəfnisə oğluna laylay deyirdi: “Lay-lay dedim yatasan…” Şərəfnisənin səsi heç dəyişməmişdi, təravətliydi. Altmış illik ayrılıqdan sonra anası yenə də onun yanına gəlmişdi… Necə gəlmişdi? Dərbənd hara, Peterburq hara… Amma gəlmişdi. “Yəqin ki, anam köməyimə çatar” ‒ fikri Mirzənin ağlına gəldi.

Amma Şərəfnisə bu çox qəmli idi, layladan başqa oğluna bir kəlmə də söz demədi. Mirzə gücünü toplayıb anasına dedi ki, “yox, ana, layla demə, indi yatsam, bir də oyanmaram”. Sonra Şərəfnisə

oğlunun qolundan tutub qəmgin-qəmgin, ağır addımlarla harasa getdi. Məhəmmədəli də

anasının arxasınca yollandı, uşaq həvəsiylə… Onlar getdikcə yol daralır, hava qaralır, nəfəs təng-ləşirdi… Bir anlığa çox uzaqda tüstünün içiylə

gedən atası Hacı Qasımı gördü. O, boğuq səslə

Şərəfnisənin dalınca qışqırıb deyirdi: “Burax onun əlini, əl çək o kafirdən, o bizi bütün Dərbənddə biabır edib”. Sonra daha nə isə dedi, qa-tılaşan tüstünün içində yol oldu…

Dayan! Dayan! Bəs o çilçıraq nədir belə? Yoxsa, göydən qəlbimə işıq süzülür? O çay kimi axan 10

xəyal nədir? Hə… O ki, Gülnardır… Mənim nişanlım. Gözəllik ilahəsi Gülnar… O, üzünü yana çevirib Mirzəyə tərəf baxmadı, tüstünün içində yox olub getdi. Onun əlindən yerə düşmüş yaylığı Məhəmmədəli qaldırmaq istədi, gü-cü çatmadı…

Qəflətən Şərəfnisənin gözlərindən axan yaş

ulduza dönüb yerə tökülməyə başladı. Mirzə işıq selinə qərq oldu. Bu işıq selində Şərəfnisə gözdən itdi. Mirzə gözlərini açıb anasını axtardı… Başı üstündə durmuş oğlunu, ağlayan qızını gördü.

Nəzərləriylə başa saldı ki, ağlamasınlar.

Bu, Mirzə Məhəmmədəli Kazım bəyin dünyaya son vida baxışı idi.

11

Əlvida, Dərbənd



Uşaqlıq dünyasının bəxtiyarlığı arxada qalmışdı. Məhəmmədəli nə biləydi ki, anası Şərəfnisənin ölümündən başlayan qəm karvanı onu ömrünün sonuna qədər təqib edəcək… İndi isə

ömrünün on səkkizinci baharına qədəm qoyub və ömrünün on səkkizinci baharında uşaqlıq illərinin acılı-şirinli xatirələrini araşdırırdı.

Bayırda isə payız gecəsinin soyuq, şiddətli küləyi şəhəri ağzına alıb Dərbənd küçələrində

meydan sulayırdı. Məhəmmədəli şamın işığında başqa aləmə dalmışdı… Anası Şərəfnisə ona doğru gəlirdi… Onun üzündə həmişə qəmgin bir təbəssüm olardı, amma bu qəmgin təbəssüm o 12

qədər işıqlıydı ki, Məhəmmədəliyə qanad verirdi. Həzin səsində bir ümid, kədərli gözlərinin şirin baxışlarında dalğın bir həsrət… Hələ anasının laylaları…

Şərəfnisə öləndə Məhəmmədəlinin səkkiz yaşı vardı. Anasını dəfn edəndə atası Hacı Qasım icazə vermişdi ki, Məhəmmədəli də qəbiristanlığa getsin. Şərəfnisənin yerdən götürərkən verilən azan səsləri, mollaların oxuduqları “əl-rəhman”

indi də qulaqlarında səslənirdi. Bu oturduğu otaq, otağın səliqə-sahmanı, bu pərdələr, bu yor-ğan-döşək, bu palazlar, yerə salınmış, divardan asılmış xalçalar ona anasını xatırladırdı.

…Məhəmmədəli Qubadan Dərbəndə bu gün axşamüstü qayıtmışdı.

Müəllimi Əbdüləziz onu çox tərifləmiş, hətta məntiq dərslərini ona tapşırmışdı. Məhəmmədəlinin sonuncu dərsini dinləyən Əbdüləziz tələbəsinə demişdi: “Nə gözəl danışırsan! Səni dinlədikcə mənə elə gəlirdi ki, söz yox, dənizin dibinə baş vurub oradan mirvari çıxarırsan”.

Ondan bir gün qabaq da Molla Saleh Bilici Məhəmmədəlinin yazdığı “Ərəb qrammatikası üzərində təcrübələr”ini oxuyub ona parlaq bir gələcək vəd etmişdi. Müsəlman qanunlarından 13

dərs verən Şeyx Məhəmməd Bəhreyn isə Dərbənd məclisində Cümə namazından sonra Hacı Qasımı inandırmağa çalışmışdı ki, Məhəmmədəli bütün gələcəyini müsəlman qanunçuluğu ilə

bağlamalıdır.

Məhəmmədəli Quranın 28 surəsini, peyğəmbərlərin 30 min hədisini, Kərbəla faciəsi he-kayətlərini, neçə-neçə mərsiyəni əzbərdən bilir, onların məğzini açır, izah edir, müqayisələr aparır, yeri gəlmişkən öz münasibətini yazırdı. Əli oxuduğu kitabların, onları yazan alimlərin əsiri ola bilmirdi. O, tarixə öz ağlının, zəkasının gözüylə baxırdı.

Gecə səhərə kimi oxuduğu kitablar, əfsanələr, nağıllar yaddaşında ömürlük həkk olurdu. Onun yaddaşı da müəllimlər üçün bir sirr idi. Bir dəfə

gördüyünü heç vaxt gözlərindən qaçırmır, bir dəfə eşitdiyini qulağında ömürlük sırğaya çevi-rirdi…

Xaqaninin “Mədain xərabələri”, Nizaminin

“Sirlər xəzinəsi”, Füzulinin “Leyli və Məcnun”u, Firdovsinin “Şahnamə”si, Sədinin “Gülüstan”ı dilindən düşmürdü.

Bu dahilər dünyası və gündə 14-16 saat oxumaq onu elə yüksəklərə qaldırmışdı ki, o, ətraf-14

dakı mühit üçün bir sirr, bir müəmma ol-muşdu.

Görəsən, onu bu yüksəklərdə nə göz-ləyirdi?

Mədrəsədə bu gözəl, ucaboy, vüqarlı gənc bütün

müəllimlər

üçün

bir

müəmmaya

çevrilmişdi. Bu gənc… Aman Allah!.. Nə qədər ağıllı gözləri vardı. Səsi qətiyyətli idi. Bu, yalnız qüdrətli xarakterlərə məxsus bir qətiyyət idi.

…Məhəmmədəli atası ilə söhbət etmək ehtiyacı duydu. O, atasının otağının qapısını azca aralayıb baxdı.

Hacı Qasım bayaqdan pəncərə önündə dayanmışdı. Dərin düşüncələrə dalmışdı…

Dərbənd şeyxülislamı Dərbənd xalqının gözündə o qədər hörmət və ehtiram qazanmışdı ki, bu, rus generallarını narahat etməyə bilməzdi.

Hacı Qasım dünyanın min fitnə-fəsadlı oyununu görmüşdü və yaxın günlərdə fırtına qopacağı bəlli idi.

…Ata ilə oğulun söhbəti gecəyarıya kimi çəkdi. Hacı Qasım qəlbindəki narahatlığı büruzə

verməmək üçün yenə də Dərbəndin tarixindən söhbət açdı.

‒ Deyirlər, bu yerlərdə altun çağlar olub. Hər adamın, hər ailənin öz yeri, yurdu, öz heyvanı, öz daxması olub. Hamısı işlək olub. İnsanlar bir-15

birinə sevgi ilə baxarmış. Qəlblərində vicdan, damarlarında qəhrəmanlıq qanı… İndi isə damar-lardan çirkab axır. Amma çox sonralar əli qələmli adamlar gəldi. Əkin yerlərini çərək-çərək böldülər. Heyvanları hesaba, ağacları, meynələri qələmə aldılar. Az qala salxımları da saydılar, daxmaları ölçdülər, quyulardakı suları hesaba saldılar. Hamısını haqq-hesaba vurdular: dax-maya vergi bu qədər, hər mala, hər qoyuna bu qədər, su pulu bu qədər… Vergi yazana da ver.

Bu pullar getsin xəzinəyə, hökmdar da oğlan-larımızı yığıb aparsın qırğına, özünü, hərəm-lərini qorumaqçün qala divarları tikdirsin…

Zəkat ver, fitrə ver… Ramazanda ver, orucluq qurtaranda ver… Nəzir ver, sədəqə ver, xərac ver… Belədir, oğul, eşitdiyin ədalət belə yaranıb.

Mən bunların çoxunu kitabdan oxumuşam, çoxunu da özüm görmüşəm… Sən də oxu, çox oxu, amma gördüklərinə inan, kitablardakı hər yazıya inanma. Onlarda həqiqətdən uzaq şeylər də çoxdur… Oxu, sonra da çalış mümkün olanı gözünlə

görəsən… Oxu, ancaq öz vicdanının səsinə qulaq ver. Ehtiyac üzündən sənə uzanan əlləri boş qay-tarma. Çörəksizə çörək ver, xəstəyə dərman. Eh-16

tiyac ağır şeydir. Ehtiyac ən böyük qəhrəmanlara diz çökdürür, dahilərə baş əydirir.

Məhəmmədəli bu sözlərin sehrindən qopa bilmirdi, amma atasının baxışlarında nə isə vardı ki, oğul yerindən qalxdı. Yorğun və kədərli baxışları ilə atasını oxşayaraq:

‒ Bağışla, ata, bəs yalanlar bəzən niyə çox güclü olur? Yalanlar öz gücünü-qüdrətini hardan alır?

Hacı harasa, uzaqlara baxaraq danışırdı:

‒ Yox, oğlum, yalanlar bir dərya olsa da, bir damla həqiqətə güc gələ bilməz. Nə olursa-olsun, həqiqəti daşlama, həyatda düz həqiqətin gözünün içinə bax. Çünki həqiqətlə ədalət bir xə-mirdən yoğrulub. Onu da bil ki, ədalətli söz acı olur, amma o da dərman kimi şəfavericidir…

Ədalətli sözlə dərmanın bir fərqi var ki, dərman vücudu müalicə edir, ədalətli söz isə qəlbi, ruhu, vicdanı… Müalicə uzun sürə bilər, sən ümidini itirmə, səbirli ol, özünə güvən… İnsanlara güvən… İnsanlardan ümidini kəsmə. İnsan tab gə-tirməyən qüvvəyə nə dağlar, nə də qalalar tab gətirə bilər.

17

Hacı Qasım acı həqiqətlərlə cavan oğlunun qəlbini alt-üst etmək istəmirdi. Ona görə də söhbəti elə burdaca bitirmək istədi:

‒ Vaxtını çox aldım, oğul, ‒ deyə Hacı Qasım oğlunun başını sığalladı, ‒ gecdir, gecə yarıdan keçib.

‒ Yox, ata, mən səninlə fəxr edirəm.

‒ Mən istərdim ki, səninlə fəxr edəm. Bir adama deyəndə ki, kimsə səndən ağıllıdır, acığı gələr, amma ataya desən ki, oğlun səndən ağıllıdır ‒ sevinər… Bugünlük kifayətdir. Vaxt gedir. O, qızıla bərabərdir… Amma bunların bir fərqi var: qızılı yığıb saxlamaq olur, vaxtı isə sax-lamağa heç kimin hünəri çatmır… At deyil ki, yəhərləyib saxlayasan… Hər günün bir quşdur, əlindən buraxdın, geri qayıtmaz. Keçən gecə mən sənə Dədə Qorquddan bir boy söylədim. Qış gecələri uzun olur, insan ömrü isə qısa…

Məhəmmədəli yataq otağına keçdi. Gözlərinə

yuxu getmirdi. Atasının dediklərini çox götür-qoy elədi…

Gecə yarıdan çoxdan keçmişdi.

Vıyıldayan külək aramsız olaraq evin pən-cərəsini döyəcləyirdi. Atasının gərginliyi (bunu nurani çöhrəsindəki müdrik təbəssümlü gizlətsə

18

də) oğlunun qəlbini didirdi. “Görəsən, nə olub?”

‒ deyə Məhəmməd yatağında qovrulur. Elə bu vaxt uzaqdan at ayağının tappıltısı eşidildi. Səs get-gedə yaxınlaşdı və nəhayət, qalın, taxta darvazanın yanında kəsildi. Məhəmmədəli yerindən sıçradı. Pəncərəyə tərəf atıldı. Bayırda göz gözü görmürdü. Elə bu zaman darvazanı bərk-bərk döyməyə başladılar. Kiminsə amiranə, hökmlü səsi qapının açılmasını tələb edirdi.

Cümə

namazından

yorğun

gəlmiş

bayaqdan oğlu ilə dünyanın gəlişindən-ge-dişindən söhbət açan Hacı Qasım yerindən qalxdı, geyinib-kecindi. Bayıra atılmaq istəyən oğlunun qabağını kəsib, əli tüfəngli əsgərlər həyətə

doluşdu. Qısa sorğu-sualdan məlum oldu ki, quldur kimi gecə xalqın evinə soxulan əsgərlər imperator həzrətləri adından Hacını həbs etməyə

gəliblər. Hacının sifətini nurani bir təbəssüm bürüdü.

‒ Gündüz qəlbimə çökən narahatlıq bu imiş.

Bütün haqsız və alçaq işlər gecənin qaranlığında görülərmiş.

Məhəmmədəli dəstənin dalınca yola düşdü.

Dəstə qalaya tərəf yol aldı. Narınqalanın önündə xeyli adam toplanmışdı. Əsgərlər adam-19

ları yara-yara Hacı Qasımı Narınqala qapısından içəri saldılar.

Məhəmmədəlinin ürəyi partlayırdı, amma bu fəryaddan kim xəbər tuta bilərdi, kim ona həmdəm ola bilərdi. Nə biləsən… “Gecənin xeyrindən səhərin şəri yaxşıdır”, ‒ deyə Məhəmmədəli kor-peşman evə qayıtdı.

Gecə həbsə alınmış Hacı Qasımın və onun on dörd nəfər yoldaşının məhkəməsi səhər, Qalanın divanxanasında başlandı.

Məhkəmə rus dilində aparılırdı. Hakimlərin hamısı hərbi paltardaydı. Nə Hacı Qasım, nə

Məhəmmədəli, nə də divanxanada ayaq üstə dayanmış camaat rus dilini bilirdi. Hakimlər öz-ləriylə üz-gözündən kütlük tökülən bir tərcüməçi də gətirmişdilər və Allah da bu başa-bəla tər-cüməçinin dediklərindən bir şey anlaya bilməzdi.

Hakim Yermalovun əmri ilə Dərbəndə gəlmiş

komissiyanın tərtib etdiyi sənədləri oxudu. Komissiyanın başçısı artilleriya podpolkovniki Mi-şenko yazırdı ki, Hacı Qasımın keçmiş Dərbənd xanı Şıxəlibəylə əlaqəsi var.

Hacı Qasımı İranın xeyrinə, Rusiya imperiyasının əleyhinə apardığı fəaliyyətdə təqsir-20

ləndirdilər. Hacı Qasım özünü “öldürdü”, əlin-dəki Qurana əl basıb and içirdi ki, bu yalandır, ağ yalan! Özü də, nəsli də Rusiya dövlətinin tərəfində olublar, can qoyublar, rusların Dərbənddə və Azərbaycanda hökmran mövqeləri üçün canlarını əsirgəməyiblər. Hacı Qasımın fər-yadlarına məhəl qoyan olmadı.

Məhkəmə çox tez qurtardı. Hacı Qasımın və

on dörd yoldaşının sürgün edilməsi barədə hökmü oxudular. Bütün əmlakı da müsadirə edilmişdi.

Divanxanadan Hacını həbsxanaya apar-madılar. Hacı Qasım Dərbənd camaatının gözü idi və rus despotizmi xalqın gözündə əziz olanları sürgünə də hörmətlə yola salırdı. Bu, rus imperiyasının Qafqaz xalqları qarşısında duyduğu qorxu və vahimə idi.

Hacı Qasımı yoldaşlarından ayırıb Narın-qalanın qapısından dənizə tərəf apardılar.

Camaat Dübarə küçəsi ilə axın-axın dəniz sahilinə tərəf üz tutdu. Hacı Qasımı Həştərxana aparmaq üçün göndərilmiş hərbi gəmi sahildə

gözləyirdi.

Əsgərlər Hacı Qasıma bircə Məhəmmədəli ilə

görüşməyə icazə verdilər. Ata-oğul bir-birinə sa-21

rıldı. Qəhərləndiklərindən danışa bilmirdilər.

Hacı Qasım bircə onu deyə bildi: ‒ “Özünü qoru.

Sən böyük bir nəslin son yadigarısan”.

Bəli, Məhəmmədəli tək idi və böyük bir nəslin son yadigarı idi.

Babası Hacı Məhəmməd xan çoxdan ölmüş, əmisi İsmayıl bəy vətəndən uzaqlarda, yad ölkələrdə itkin düşmüşdü. Nə ölüsündən xəbər verən vardı, nə dirisindən. O biri əmisi İbrahim bəy Dağıstan dağlarına çəkilmişdi. Elə bil, dağlarda qeyb olmuşdu. Kiçik əmisi Məhəmməd Cəfər bəyi isə tayfalar arasında gedən vuruşmalarda öldürmüşdülər. Fətəli xan sağ olsaydı, belə olmazdı. Əmiləri Fətəli xanın nazirləri olub, onun bütün fikirlərinə şərik çıxıblar. Rusiya dövlətinə sədaqət göstəriblər, qüdrətinə arxalanıblar.

Bəs bu məhkəmə nədir? Atası da ruslara bel bağlayıb. Ona deyirdi ki, Rusiya bizə əmin-amanlıq gətirib, o xalqımızı dağılmaqdan qoruyacaq. Bəs bu məhkəmə nədir? Bu nə rəzalətdir? Bu nə

zülmdür? Bu nə ədalətdir?! Bu nə müsibətdir!

Məhəmmədəli gəmi gözdən itənə kimi sahildə

dayandı. Yoldaşları aralı, atların yanında onu gözləyirdilər. Məhəmmədəli sahildən uzaqlarda duman içində görünən Dərbənd qalasına baxdı.

22

Nələri, kimləri görməmisən, möhtəşəm qala! Nələrə sinə gərməmisən, nələr eşitməmisən, möhtəşəm qala divarları! Bu nəhəng qapılar dost üzünə açılıb, düşmən üzünə bağlanıb. Bu dağlarda insanların qanı sel kimi axıb, torpaqlar göz ya-şıyla suvarılıb.

Məhəmmədəli doğma şəhərinin tarixini yaxşı bilirdi, o bu tarixə bağlı idi. Çox sonralar “Dərbəndnamə” kitabını çap edərkən yazacaq ki:

“Dərbəndnamə” mənim öz vətənimə olan münasibətin sübutudur və mənim bu vətənə

olan hislərimin təcəssümüdür… Yaxşı yadım-dadır, mənim on dörd yaşım olanda qış

axşamları yaşıdlarımla yığışıb qədim əlyazmaları oxuyuruq, atalarımızın, babalarımızın əfsa-nələrdəki,

dastanlardakı

qəhrəmanlıqlarına

həsəd aparırdıq”.

Məhəmmədəli Xəzərin coşğun dalğaları arasında itib-batan gəmini axtarırdı. Amma gəmi, elə bil, dalğaların qəzəbində qərq olmuşdu.

Gənc coşğun sularda itib-batan son ümidini, arxasını ‒ atasını görməyib yenə doğma şəhərin qaranlıq tarixlərinə daldı. Ona elə gəlirdi ki, Xəzər nə qədər qədimdirsə, Dərbəndin də bir o qədər tarixi var, ikisi də bir yaranıb, əkiz do-23

ğulublar… Oxuduqlarından, eşitdiklərindən on-da elə bir təsəvvür yaranmışdı ki, sanki dünyada Dərbənd qədər saysız-hesabsız hücumlara məruz qalan ikinci bir şəhər olmayıb. Viranələri fəryad qoparan, yana-yana külün içindən qalxıb yenidən şöhrətlənən başqa bir şəhər yoxdur. Neçə-neçə nəhənglərə sinə gərmiş, Romanın, Par-fiyanın dəhşətlərindən qorxmamış, İranın, Vizan-tiyanın mühasirələrini dağıtmış, ərəb xilafətinin, Səlcuq dövlətinin, Qızıl Ordanın, Səfəvilərin, Türkiyənin ona qarşı apardıqları müharibələrdə

sarsılmamış bu möhtəşəm şəhərə o bütün varlığı ilə bağlı idi… Bu məğrur şəhər Ərəb xəlifələrinin ən görkəmli sərkərdələri Müslümə və Mervanın, Səlcuq sərkərdələri Say-Teqinin və Pağmanın, Çingiz xanın cəngavərləri Subudayın və Cəbinin, möhtəşəm Teymurun, Qızıl Orda hakimi Toxtamışın, Türkiyə Sultanlarının, İran hakimi Nadir şahın qılıncları qarşısında baş əy-məmişdi… Dünyanın ən görkəmli alimləri, şairləri ‒ Heredot, Strabon, Pliniy, Sekund, Qay Sve-toniy, Ptolomey, Kassiy, Dion, Tasit Dərbəndi vəsf etmişlər. Böyük Nizami “İsgəndərnamə”də

bu möhtəşəm şəhərin qəhrəmanlığını nəzmə çək-mişdir. Məhəmmədəli yaxşı bilirdi ki, onun doğ-24

ma şəhəri neçə-neçə nəsillərin yaranmasının, məhv olmasının şahidi olmuşdur.

İndi onun da ailəsi ağır bir müsibətə düçar olmuşdu.

Hacı Qasım sonralar, Həştərxanda sürgündə

olanda yanına gəlmiş oğluna hamısını nəql edəcək, başında oynaşan qara buludların sirrini aça-caqdı. Hacı Qasım Dərbənddə hakimiyyəti ələ

almaq üçün gecən çəkişmələrdən çox yaxşı xəbərdar idi. O, yaxşı bilirdi ki, onu sürgünə məhkum edənlərdən biri Lütərəlibəy idi. Lütərəli bəy Yermolov üçün casusluq edir, buna görə də yaxşı pul alır. Madam ki, casus var, deməli, cinayətkar da olmalıdır. Yermolov Tiflisdən Quba ma-halının rəisi general Vredaya göstəriş vermişdi ki, Lütərəli bəyi yaxşı qorusun, elə qorusun ki, müsəlmanlar onu öldürməsinlər, çünki müsəlmanlar arasında casus tapmaq çox çətindir. Bu məhkəmə oyunu da Lütərəli bəyin işidi, Hacı Qasımdan Yermolova yalan məlumatları da o yazmışdı, Hacı Qasımı Rusiyanın düşməni kimi qələmə verən də o idi. Çünki Dərbənd camaatı Şeyxülislamı çox sevirdi, onun dedikləri bir qanun idi. Hər yerdə, hər zaman yalnız həqiqəti söylər, dilinə yalan söz gətirməzdi. Hacı Qasım 25

deyəndə ki, ruslar Azərbaycana əmin-amanlıq gətirəcək, camaat buna inanırdı. Deyəndə ki, Ağa Məhəmməd şah isə xalqımızı dəhşətə, aclığa, zülmə məhkum edir, camaatın qəlbində İran şah-larına qarşı qəzəb tufanı qoparırdı.

Siyasət aləmində bu cür şəxslərin yüksəklərə

qalxması və xalq arasında hörmət kəsb etməsi təhlükə doğurmaya bilməz. Bu, xainlərin düşün-cəsi idi və Şeyxülislamı böhtan çirkabına atıb aradan götürmək lazım idi.

Sonralar, Həştərxanda sürgündə olarkən Hacı Qasım bu xəyanətin kökünü oğluna anladacaqdı.

…1759-cu ildə Fətəli xan Dərbənd xanlığını Quba xanlığı ilə birləşdirdi. Bu birləşmə könüllü deyil, silah gücünə başa gəlmişdi. Bu vuruşmalarda Qaraqaytaq hakimi, Fətəli xanın qaynı Əmir Həmzə onun müttəfiqi olmuş, ona kömək etmişdi.

Sonralar Fətəli xanla Əmir Həmzənin arası pozuldu. Əmir Həmzə Fətəli xana qarşı Azərbaycan və Dağıstan bəylərinin ittifaqını təşkil etdi. 1774-cü ilin iyul ayında Xudat yaxınlığındakı Gavduşan düzündəki döyüşlərdə Əmir Həmzə Fətəli xana qalib gəldi. Rusiya imperiyasının Şərq siyasətində Azərbaycanın işğalı ən 26

mühüm nöqtələrdən biri idi. Gələcəkdə Azərbaycanda öz mövqelərini möhkəmləndirmək üçün ruslar, Fətəli xanın köməyinə can atdılar.

1775-ci ildə qardaş qırğınları nəticəsində zəfər çələngi yenə Fətəli xanın başında parladı.

Amma Fətəli xan qalibiyyət çələngini başında çox saxlaya bilmədi.

Hər addımbaşı dəhşət, xəyanət, fitnəkarlıq…

Əmir Həmzə Dərbəndi Qubadan ayırıb özünə

tabe etmək istədi… Bu zaman Fətəli xan Salyanda idi, şəhərin hakimiyyəti arvadı Tuti Bikənin əlində idi. Bundan istifadə edən Əmir Həmzə

fitnəyə əl atdı, bacısı Tuti Bikəyə xəbər göndərdi ki, Gavduşan düzündəki vuruşmalarda Fətəli xan həlak olub… Bir tabut düzəltdirib, qo-şunlarıyla Dərbəndin qapılarına yaxınlaşdı. Tuti Bikə qardaşının hiyləsini başa düşdü, özü Qala qapısından bayıra çıxdı, öz doğma qardaşının qoşunlarına atəş açmaq əmrini verdi…

Bu cəsur qadın Dərbəndi xilas etdi…

Amma Fətəli xanın oğlu Şıxəli xan hakimiyyət başına gələndə fəlakət dumanları Dərbəndin başından çəkilməlidi. Bu həmin Şıxəli xandır ki, Ağa Məhəmməd şahla əlaqə saxlayır, ona qiymətli hədiyyələr göndərir, Dərbəndin qapı-27

larıı onun üzünə açmağa hazır olduğunu bildirirdi. 1796-cı ildə rus qoşunları Dərbəndə

ya-xınlaşanda o, Ağa Məhəmməd şaha xəbər göndərib ondan kömək istəmişdi…

Amma ruslar şəhəri işğal edəndə Şıxəli qılıncı boynundan asılmış vəziyyətdə qraf Zubovun qabağında başını əyib dayanmışdı. Xanın yaxın adamlarından Qədir bəy qrafa yalvarmışdı ki, Şıxəli xanla işi olmasın, onu öldürməsin, cavandır… Vuruşmalarda həlak olmuş minlərlə cavanın qanı isə heç kimin yadına düşmədi…

Fətəli xanın qızı Pəricə xanım qraf Zubovun yanına gəlib qardaşını ölümdən qurtardı…

Fətəli xanın ruslara sədaqəti öz rolunu oynadı və qraf Zubov şöhrət və hökmranlıq çələngini Pəricə xanıma bəxş etdi. Şıxəli xan isə

keşikçilərin sayıqsızlığından istifadə edib həbs-dən qaçdı. Qraf Zubova xəbər göndərdi ki, bacısını xanlıqdan götürüb, Şıxəli xanın xanlığını təsdiq etsin…

Qraf Zubov onun tələbini rədd etdi… Rədd cavabını alan Şıxəli xan qoşun düzəldib rusların əleyhinə hücumlar təşkil etdi. Hakimiyyət üstündə gedən vuruşmalarda min-min cavanın qanı Dərbənd qapılarında töküldü…

28

Dərbəndin başına gələn sonrakı hadisələr gözlənilməz oldu. 1796-cı ildə II Yekaterina öldü, yeni imperator I Pavel rus qoşunlarını Dərbənddən geri çağırdı… Şıxəli xan yenidən hərəkətə gəldi, 1799-cu ildə yenidən ruslardan xahiş etdi ki, onun xanlığını təsdiq etsinlər. 1803-cü ildə o, Dərbəndə sahib oldu. Bu həmin Şıxəli xandır ki, indi mən onun bəlasına düçar olmuşam.

Şıxəli xan çox ədalətsiz, çox kobud adamdı.

Nə edəsən, insan daş deyil ki, yonub düzəldəsən.

Bəzən daşı da yonub qurtarana yaxın bir də görürsən bir parçası qopub düşdü. Deməli, daşın özü qəlp imiş. Amma yonmaq lazımdır. Necə

yonmaq? O, ustanın işidir.

Heyf ki, Şıxəli xan o müdrik Fətəli xanın oğ-ludur. Nə atasına oxşadı, nə bacısına. Fətəli xan çox ağıllı, müdrik adam idi, dərin zəka, ağıl sahibi idi, o heç zaman insanların taleyi ilə oy-namırdı. Sənin baban Hacı Məhəmməd xan da müdrik kişi idi. O, Fətəli xanın siyasətini bəyənirdi, başa düşürdü ki, Azərbaycan xan-lıqları birləşməsə, xalqımız həmişə indiki kimi didərgin olacaq. Bizim böyük bəlamız onda olub ki, hər yerindən duran özünü şah elan edib, şah-lıq 29

iddiasında olub… Sənin əmilərin də Fətəli xanın tərəfdarları olublar. Fətəli xanın arzusu ürəyində qaldı, Azərbaycanı birləşdirməyi başa çatdıra bilmədi… Baban Hacı Məhəmməd xan öldü, əmilərin mənasız vuruşmalarda həlak oldular…

Mən hələ subay idim, baş götürüb vətəndən uzaqlaşdım. Məkkəyə, Mədinəyə üz tutdum, təhsil ardınca getdim, cəhd etdim ki, siyasətə qa-rışmayım… Axırı da bu… bu da mənim gü-nüm…

Nə vətən var, nə ev var, nə ailə… Mənim bütün arzularım puça çıxdı… Deyirdim ki, sənin də

təhsilini başa çatdıraram, səni də Məkkəyə, Qahirəyə göndərərəm, gedib böyük bir üləma olarsan, qoca atanın yerini tutarsan… Ümidimi bir sənə bağlamışam, oğul… Sən dünyaya gələndə çoxlu muştuluq paylamışdım… Böyük peyğəmbərin adını sənə qoymuşdum, Həzrət Əlinin adını da əlavə etdim… Məhəmmədəli…

Fikir etmə, oğul… İnsan ölüm yatağında da ümidini itirməməlidir.

***

Məhəmmədəli bütün gecəni iztirab içində keçirdi. O, yaxşı başa düşürdü ki, Lütərəli bəyin xain pəncəsindən qurtara bilməyəcək. Onu gec-30

tez böhtana salıb iftira selində qərq edəcəkdilər.

Lütərəli bəyin zəhərli nəfəsindən uzaq qaçmaq lazım idi. Məhəmmədəli uzaq, çox uzaq bir diyara gedəcək, o uzaq diyara vətənindən ayrılığın dərdlərini aparacaqdı. O, bilmirdi ki, bu gedişlə

içində ömür boyu bir həsrət daşıyacaq, ən yüksək şöhrət zirvələrində parlasa da, hər zaman qəlbini bir Dərbənd həsrəti didib parçalayacaqdı.

Türler ve etiketler

Yaş sınırı:
0+
Litres'teki yayın tarihi:
28 ekim 2022
Hacim:
220 s. 1 illüstrasyon
Telif hakkı:
Hədəf nəşrləri