Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.
Sayfa sayısı 90 sayfa
16+
Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.
Kitap hakkında
Anton Çexovun 1899-1901-ci illərdə yazdığı 4 pərdəli «Üç bacı» dramında müəllif müxtəlif sinif və təbəqələrdən olan ziyalıların ailə münasibətləri, əxlaqı, dünyagörüşü haqqında müşahidələrinə, düşüncə və mühakimələrinə yenidən qayıtmışdır. Aydın görünür ki, ədib bu pyesində əvvəlki əsərlərində onu düşündürən müasir həyat məsələlərinə, məişətə və şüurlara daha ətraflı və dərindən nüfuz etməyə çalışmış, «insan üçün əsl səadət nədir?» sualına özünün realist və materialist anlayışına görə cavab verməyə səy etmişdir. “Üç bacı”da iştirak edənlərin əksəriyyəti universitet, institut və ya gimnaziya qurtarmış dvoryan nəslindən olan ziyalılardır. Əsərdəki əhvalat əyalət şəhərlərindən birində baş verir.
