Kitabı oku: «Son hadisə», sayfa 3
Bu mənasız adamın görünüşünün məndə oyandırdığı ikrahı və dəhşəti sizə izah edə bilmərəm. Lampanın işığının altında dayanarkən üzünü daha dəqiq görə bilirdim. Uzun və iti üz xətlərinə və ifadəsiz, baxımsız, kiçik bir keçi saqqa-la sahib idi. Danışarkən başını mənə doğru uzadırdı və do-daqlarıyla gözqapaqları durmadan qırpılırdı. Eyni zamanda qəribə, narahat gülüşünün də bir sinir xəstəliyindən qay-naqlandığını düşünməyə bilməzdim. Üzünün qorxuncluğu gözlərində gizlənirdi; polad rəngli gözlərinin təhdidkar və soyuq baxışlarından xəbislik və mərhəmətsizlik fışqırırdı.
– Danışsanız bunu öyrənərik – dedi, – Hər yerdə qulağı-mız var. İndi çöldə sizi gözləyən bir araba var, yoldaşım sizi aparacaq.
Sürətlə holdan çıxarılıb arabaya mindirildim və ətrafım-da ağaclarla dolu bağça olduğunu xəyal kimi görə bildim. Cənab Latimer dərhal arxamca gəlirdi və heç söz demədən qarşımdakı kresloya əyləşdi. Arabanın şüşələri bağlı idi. Da-nışmadan uzun səfərimizə başladıq və gecə yarısı olmamış ünvana çatdıq.
– Burada enəcəksiniz cənab Melas, – dedi yol yoldaşım. – Sizi evinizdən bu qədər uzaqda düşürdüyüm üçün təəssüf edirəm, amma başqa çarəm yoxdur. Hər hansı şəkildə araba-nı izləməyə cəhd etsəniz özünüzə zərər vurarsınız.
Adam danışa-danışa qapını açmışdı və sürücü atı qam-çılayıb təkrar yola düşdüyü üçün az qala enə bilməyəcək-dim. Böyük narahatlıqla ətrafıma baxdım. Qatırdırnağı kol-larıyla qapalı açıq bir ərazinin ortasında idim. Çox uzaqda, dağınıq halda işıqları yanan evləri seçə bilirdim. Digər tərəf-də isə bir qatar yolunun qırmızı siqnal lampaları vardı.
– Məni bura gətirən avtomobil çoxdan gözdən itmişdi. Ətrafıma baxıb harada olduğumu müəyyənləşdirməyə çalı-şırdım ki, qaranlıqda birinin mənə doğru gəldiyini gördüm. Tam yaxınlaşanda, dəmir yolunun gözətçisi olduğunu yəqin etdim.
– Buranın hara olduğunu mənə deyə bilərsinizmi? – so-ruşdum.
– Vandvors Kommon, – cavab verdi.
– Buradan şəhərə gedən bir qatar varmı?
– Buradan Klepthem keçidinə bir mil getməyiniz lazım-dır, – dedi, – İndi başlarsınız Viktoriayaya gedən son qatara çata bilərsiniz.
– Macəramın sonu belə idi, cənab Holms. Harada oldu-ğuma, kiminlə danışdığıma dair ən kiçik bir fikrim yoxdu. Bildiyim hər şeyi izah etdim sizə. Amma çirkin bir oyun oy-nandığını anladım; əlimdən gəlirsə, o bədbəxt adama kömək etmək istəyirəm. Ertəsi səhər cənab Maykroft Holmsa bütün hekayəni izah etdikdən sonra polislə də görüşdüm, amma onlar heç maraqlanmadı.
Bu maraqlı hekayəni dinlədikdən sonra hamımız bir müddət səssizcə oturduq. Sonunda Şerlok böyük qardaşına baxaraq səssizliyi pozdu:
– Hər hansı bir ipucumuz varmı? – soruşdu.
Maykroft, yan masadan “Daily Nevs” qəzetini götürdü.
– Afinadan gələn və ingiliscə danışa bilməyən Paul Kra-tides adlı yunanın harada olduğuna dair məlumat verə bilə-cək kəslər mükafatlandırılacaq. Eyni mükafat, ilk adı Sofi olan yunan bir qadınla əlaqədar məlumat verə biləcək kəslər üçün də etibarlıdır. Qəzetlərdəki məlumatlar bunlardan iba-rətdir. Cavab yoxdur.
– Yunan səfirliyindən maraqlandınızmı?
– Bəli, soruşdum. Heç nə bilmirlər.
– Afina polisinə bir teleqram göndərək.
– Ailənin bütün enerjisi Şerloka keçib, – Maykroft mənə dönərək dedi, – Hər nədirsə, sən bu işi qəbul et və nəticəsi barədə məni xəbərdar et.
– Oldu, – dostum kürsüsündən qalxaraq cavab verdi, –Sənə və cənab Melasa xəbər verərəm. Bu arada cənab Melas, sizin yerinizdə olsam çox diqqətli olub gözlərimi dörd açar-dım, çünki bu qəzet elanları sayəsində onlara xəyanət etdiyi-nizi öyrəniblər.
Birlikdə evə gedərkən, Holms bir teleqram bürosunda dayanıb bir neçə teleqram göndərdi.
– Gördüyün kimi, Vatson, – deyə sözə başladı, – gecəmi-zi heç də boşa keçirmədik. Ən maraqlı hadisələrimdən bəzi-ləri Maykroft vasitəsilə bu şəkildə gəlmişdir. İndi dinlədiyi-miz hadisənin də bir izahı olsa da, müəyyən fərqli nöqtələr var.
– Həlli tapmağa ümidin varmı?
– Bu qədər şeyi öyrəndikdən sonra yerdə qalanı həll edə bilməməyimiz qəribə olar. Sən də dinlədiyimiz hadisəni açıqlayacaq bir ehtimal düşünmüsən məncə.
– Qeyri-müəyyən fikirlərim var.
– Yaxşı, nə nəticəyə vardın?
– Bu yunan qızın Harold Latimer adlı gənc ingilis tərə-findən qaçırılması açıq-aşkar ortadadır.
– Yaxşı, haradan qaçırılıb?
– Bilmirəm, bəlkə də, Afinadan.
Şerlok Holms başını buladı:
– O gənc adam ingiliscə bilmirdi. Xanım isə dilimizdə çox yaxşı danışırdı. Bundan nəticə çıxararaq qadının bir müd-dətdir İngiltərədə olduğunu, amma adamın Yunanıstana heç getmədiyini deyə bilərik.
– Elə isə qadın İngiltərəyə ziyarət məqsədilə gəlib; Ha-rold da ona birlikdə qaçmağı təklif edib.
– Ola bilər.
– Sonra da böyük qardaşı Yunanıstandan gəlib vəziyyə-tə müdaxilə etmək istədi. Aralarındakı əlaqə bunu göstərir. Tədbirsiz davranıb, gənc adam və onun yaşlı yoldaşının əli-nə düşüb. Qızın mirasını, bəlkə də, adamın vəkili olduğu bir mirası təhvil verəcək bir sıra kağızlar imzalamağa onu məc-bur etdilər. O bunu etmədi, onunla bazarlıq etmək üçün bir tərcüməçiyə ehtiyac duydular və cənab Melası tapdılar. Bö-yük qardaşının gəlişindən qızın xəbəri yox idi və bunu tama-milə təsadüfən öyrəndi.
– Möcüzə, Vatson! qışqırdı Holms. Gerçəyə çox yaxın-laşdığını düşünürəm. Bütün kozrlar əlimizdədir. Yeganə qorxum, anidən bir vəhşilik edə biləcəkləridir. Bizə zaman versələr onları tutarıq.
– Yaxşı bəs evin yerini necə tapacağıq?
– Fərziyyəmiz doğrudursa və qızın adı, doğrudan da, Sofi Kratidesdirsə, onun yerini təyin etmək uşaq oyunca-ğıdır. Tək ümidimiz budur, çünki qardaşı buralara yaddır. Haroldla bu qızın əlaqəsi bu hala gələnədək, əvvəl heç ol-masa, bir neçə həftə zaman keçib, çünki Yunanıstandakı bö-yük qardaşı xəbəri alıb bura gəlmək imkanı tapıb. Bu müd-dət ərzində birlikdə yaşayıblarsa Maykroftun elanına cavab tapmaq ehtimalımız yüksəkdir.
Söhbətimizə davam edərkən, Beyker küçəsindəki evimi-zə çatmışdıq. Pilləkənləri ilk çıxan Holms oldu və otağımızın qapısını açanda narahatlıqla qışqırdı. Çiyninin üzərindən baxdığımda mən də eyni dərəcədə çaşdım. Böyük qardaşı Maykroft, kresloya çöküb qəlyan çəkirdi.
– İçəri gir, Şerlok! Siz də cənab, – çaşqın simalarımıza gülümsəyərək sakitcə dedi, – Mənim bu qədər cəld ola bilə-cəyimi düşünməzdin, elə deyilmi, Şerlok? Lakin nədənsə, bu hadisə xeyli diqqətimi çəkdi.
– Bura necə gəlmisən?
– Arabayla yanınızdan keçdim.
– Yoxsa bir irəliləyiş var?
– Elanıma cavab aldım.
– Aha!
– Bəli, siz ayrıldıqdan bir neçə dəqiqə sonra gəldi.
– Yaxşı, nə deyir?
Maykroft Holms cibindən bir kağız çıxardı.
– Bax buradadır, – dedi, – ən yaxşı keyfiyyətli kağızın üzərinə mürəkkəbli qələmlə zəif cüssəli, orta yaşlarında bir cənab tərəfindən yazılmışdır. Cənab deyir, bu günkü qəzet-də gedən elanınıza cavab olaraq, məlum gənc qadını çox ya-xından tanıdığımı bildirmək istəyirəm. Mənimlə görüşmək istəsəniz, xanımın kədərli keçmişiylə əlaqədar bir neçə mə-qamı sizin üçün işıqlandıra bilərəm. Bu anda Bikenhem Mi-telsdə yaşayır.
Hörmətlə, J.Davenport.
– Aşağı Brikstondan yazılıb, – Maykroft dedi, – Dərhal ora gedib bəhs etdiyi xüsusları öyrənə bilərikmi, nə düşü-nürsən, Holms?
– Sevimli Maykroft, böyük qardaşının həyatı, qızın he-kayəsindən çox daha əhəmiyyətlidir. Məncə Skotland Yarda gedib müfəttiş Qreqsona xəbər versək daha yaxşı olar, ora-dan da birbaşa Bikenhemə keçərik. Adama işgəncə etdikləri-ni bilirik, keçən hər saat həyati əhəmiyyətlidir.
– Məncə, cənab Melası da özümüzlə aparmalıyıq, – deyə təklif etdim, – Bir tərcüməçiyə ehtiyacımız ola bilər.
– Haqlısan, – Şerlok Holms dedi, – Xidmətçini göndər, bir araba tapsın, dərhal yola çıxaq.
Danışa-danışa masasının siyirtməsini açdı; cibinə tapan-çasını qoyduğunu gördüm.
– Bəli, – baxışlarıma qarşılıq olaraq dedi, – eşitdiklərimi-zə əsasən, olduqca təhlükəli bir şəbəkəylə qarşı-qarşıya oldu-ğumuzu söyləyə bilərəm.
Nəhayət, cənab Melasın “Pall Mall”dakı evinə çatdığı-mız zaman, hava tam qaralmaq üzrəydi. Onun bizdən bir az əvvəl bir cənabın çağırışına getdiyini öyrəndik.
– Hara getdiyini söyləyə bilərsinizmi? – Maykroft soruş-du.
– Bilmirəm, cənab, – qapını açan qadın cavab verdi, – Bildi-yim tək şey – gələn cənabla birlikdə bir arabaya minib get-məsidir.
– Cənab adını söylədimi?
– Xeyr, cənab.
– Uzunboylu, yaraşıqlı, əsmər, gənc adam idimi?
– Xeyir, xeyr, cənab. Qısaboylu, eynəkli və çəlimsiz bir adam idi. Amma rəftarları çox xoş idi, danışarkən davamlı gülürdü.
– Dərhal gedək, – deyə Holms həyəcan içində qışqırdı. – Hadisə getdikcə ciddiləşir. Adamlar Melası təkrar ələ keçi-riblər. Cəsur bir adam olmadığını keçən gecədən sonra fərq ediblər. Bu avaralar, adamın qarşısına çıxdıqları anda onu dəhşətə sala bildiklərini bilirlər. Ondan ustaca faydalanmaq istədikləri aydındır, amma işləri bitəndə də, xəyanət etdiyi üçün onu cəzalandıra bilərlər.
Birlikdə Skotland Yarda doğru yola düşdük. Qatarla ge-dərək, yunan dostumuzun istifadə etdiyi atlı araba ilə eyni zamanda, hətta ondan əvvəl Bikenhemə çatmağı ümid edir-dik. Sonunda Skotland Yarda çatdıq, amma müfəttiş Qreqso-nu tapıb evə girməyimizi təmin edəcək axtarış icazəsini çı-xarmaq bir saatdan çox zamanımızı aldı. London körpüsünə çatdığımız zaman, saat ona on beş dəqiqə qalırdı; Bikhem stansiyasına çatanda isə onbirin yarısı olmuşdu. Faytonla ya-rım kilometrlik yoldan sonra Mirtlesə çatdıq; yolun sonunda böyük, qaranlıq bir ev vardı. Nəhayət, ora çatıb arabamızı yola saldıq və hamı birlikdə, evə gedən cığırdan yuxarı get-məyə başladıq.
– Bütün pəncərələr qaranlıqdır, – müfəttiş dedi.
– Ev tərk edilmiş görünür.
– Quşlarımız uçub və yuva boş görünür, – Holms dedi.
– Bu hardan çıxdı?
– Son bir saat içində yüklü ağır bir araba buradan çıxıb.
Müfəttiş güldü:
– Küçə lampasının işığında mən də təkər izlərini gör-düm, amma yükü olmasını haradan başa düşdünüz?
– Eyni arabanın əksinə istiqamətə gedən izlərini görmüş ola bilərsiniz. Amma evdən çıxan izlər o qədər dərindir ki, ağır yüklü olduğunu dəqiq söyləyə bilərsiniz.
– Bax, məni xəbərsiz ovladın, – müfəttiş çiyinini çəkərək dedi, – Qapı asan qırılana oxşamır, amma içəridən səs gəl-məsə bunu sınamaq məcburiyyətindəyik.
Ücretsiz ön izlemeyi tamamladınız.