Cilt 144 sayfalar
Yeni il nəğməsi
Kitap hakkında
"Çarlz Dikkensin “Yeni il nəğməsi” novellası təkcə ingiltərədə deyil, bütün dünyada MİLAD BAYRAMI mövzusunda yazılmış ən məşhur əsərlərdən biridir. Əsər simic, qaraqabaq, qəlbiqara, bədbin bir sələmçi olan Ebenizer Skrucun keşməkeşli həyatından bəhs edir.
Ətrafındakı insanların ehtiyaclarına, hisslərinə tamamilə biganə qalan, hətta onların şənlənməsinə belə qıcıqlanan daşqəlbli Ebenizer Skruc səksəkəli yuxularında keçmiş günahlarını və özünün son aqibətini görür. Dikkens bizə demək istəyir ki, hətta ən pis insanın qəlbində də bir iman zərrəsi olur, bu işartı gah aşkar, gah gizli şəkildə onun daxili aləmini tam zülmətə qərq olmaqdan qoruyur.
Görəsən, Skruc vaxtilə onun kimi simic olan şərikinin – bu dünyada qazandıqlarını ağır zəncirlər, buxovlar kimi üstündə daşımağa və bu yüklə keçmiş günahlarını yumağa məhkum edilmiş Marlinin acınacaqlı aqibətini yaşayacaqmı?"
Türler ve etiketler
Yorum gönderin