Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Sur üfürülənə qədər Sarı Saltuk Baba», sayfa 3

Yazı tipi:

Ən yaxın yoldaşı, köməkçisi, qədər ortağı Dəniz bəyin sillə kimi sözləri şəhərin əmirini özünə gətirdi. Oturduğu yerdən qalxdı. Gedib Dəniz bəyin yanında gəzişməyə başladı. Belindəki qılıncın qulpunu qoparacaq kimi tuturdu. “Allahdan bu söhbəti bir adam eşitməmişdi. Nələr düşünmüş, nələr demişdi. Allahım, sən məni bağışla, sən mənə sahib çıx, nəfsimin əlində məni oyuncaq etmə. Qorxdummu mən, bunlar necə başıma gəldi? Ürəyimə sükunətini endir”, – deyə dua etdi. Birdən ciyərləri yanmış, dəli kimi susamışdı. Ağızı qurumuş nəfəs ala bilməyəcək kimi olmuşdu. Qalxıb dolçanı başına çəkdi. Ağızını xaltının qoluyla silib əmr gözləyən xalqa tərəf dönüb danışmağa başladı:

– Ey xalq! İslam dini yolunda çalışana qarşı belə etmək olarmı? Siz necə peyğəmbər nəsilindən olanı kafirə verə bilərsiniz? Hamımızı qırsalar da, bunu edə bilmərik. Bir gün Həzrəti Osmanın xəlifəliyi zamanında bir adam Həzrəti Əlini söydü. Osman dilinin kəsilməsini əmr etdi. Əli özü xahiş edərək günahkarı qurtardı. Həzrəti Ömər xilafətdə ikən bir münafiq Həzrəti Həsən ilə Hüseynə pis gözlə baxıb pislik etmək istəyəndə onların gözləri çıxarıldı. Həzrəti Əbubəkr Həzrəti Həsən ilə Həzrəti Hüseyni görəndə ayağa qalxar, dizinin üstə alar, onları oxşayardı. Həzrəti Rəsul onlara “gözümün nuru” deyərdi.32 Siz onun nəsilini necə kafirə verə bilərsiniz, necə münafiqlərin tərəfində ola bilərsiniz?

Qapı qarşısında gözləyən gözətçilərə sərt şəkildə səslənərək elçilərin zindandan gətirilməsini əmr etdi. Elçiləri tez-bazar, az qala yumruqlayaraq gətirdilər.

Tərcüməçi çıxışın son qisimini elçilərə çevirməmişdi, çevirəcək halı qalmamışdı. Qorxuyla nə olacağını anlamağa çalışırdı. Hər kəsin ayağa qalxması, taxtında oturan bəyin əsəbiləşməsi elçiləri dəhşətə saldı. Başlarına yaxşı şeylər gəlməyəcəyini anlamağa başladılar. Gənc bəy ayaq üstə dayandığı yüksək yerdən enərək elçilərin yanına qədər gəldi. Onun mühafizəçiləri olan igidlər də elçilərin yanına qədər yaxınlaşdılar. Əlləri qılınclarının qəbzəsində idi. Əmrə müntəzir idilər. Elçilər qorxuyla olduqları yerdə öz ətraflarında dönməyə başladılar. Kimin haradan başlarına qılınc endirəcəyi qorxusuyla qan-tər içində inləyərək dönürdülər. Bir az əvvəl fərman oxuyan təlxək olduğu yerdə daş döşəmənin üzərində qıvrılır ətrafına murdar qoxu yayırdı. İyrənərək yanına yaxınlaşan Sinop Əmiri Osman elçinin yaxasından tutub başını yerə əyərək qışqırmağa başladı:

– Ey kafir! Tırbanosun kafir itləri, haydı rədd olun gedin. Xəbər verin bəyinizə, o bizə tərəf gəlməsə, biz ona tərəf gedəcəyik. Dünyanın neçə bucaq olduğunu ona göstərəcəyik!

Əmrin sözləri bitmədən və tərcüməçilər son sözləri çevirməyə çalışarkən elçilər evdən çıxıb çölə doğru atılmış, məmləkətlərinə doğru dəlicəsinə qaçırdılar. Bütün bu bunlar baş verəndə Şərif hər şeydən xəbərsiz məscidin altındakı çiləxanada yatırdı. Səhər namazını qıldıqdan sonra yemək belə yemədən çiləxanaya getmişdi. Orada gah zikr edir, gah istirahət edirdi. Bura onun malikanəsi idi. Hər səfərdən dönəndə çiləxanasına sığınar, burada ibadət edər, yatar, ruhən istirahət edərdi. Günorta namazının yaxınlaşdığı vaxtlarda məscidə qalxdı. Məscid boş idi. Çölə çıxıb ağac novdanda dəstəmaz aldı. Məscidin yanındakı yalçın qayalar arasından axan büllur sular, ağac novdanla məscidin önünə qədər çəkilmişdi. Buz kimi suyla dəstəmaz almaq istəyənlər bura gələrdi.

Böribek səhər namazı sonrası oradan ayrılmamış, istirahət etməsi üçün dəvət edildiyi xanalara keçməmiş, məscidin qapısının qarşısında Şərifin çıxmasını gözləyərkən ordaca yatmışdı. Çox dərin yuxuya giriftar olmuşdu. Şərif dəstəmaz aldığı soyuq sudan iki ovucunun içini doldurub yol yoldaşının üzünə çırpdı. Yarı yunanca yarı türkcə nəsə qışqırıb ayağa sıçrayan Böribek nəyisə tutmağa çalışan adam kimi vurnuxdu. Kənara çəkilib gülərək onu seyr edən Şərif sevinmişdi. Uzanıb iki qoluyla yoldaşını möhkəmcə qucaqladı. Əlləriylə yüzündəki suyu sildi.

– Sabahi-şəriflər xeyirli olsun. Özünə gəldin, mənim gənc dava yoldaşım! Gəl, yanımda otur görüm, gəl, içəri məscidə keçək.

– Necə məsləhətdir, ağabəy…

– Yemək yemisən?

– Xeyr, sən yemədin deyə mənə verilənləri yemədim, səni gözlədim.

– Ay səni çox yaşayasan! Niyə yemədin, gərək yeyəydin. Gəl görüm, otur yanımda, indi izah et görüm, nə etmək istəyirsən? İstəsən, sənə burada qalacaq yer, aş, iş tapım. Burada məskunlaş, buradakı müsəlmanlar sənə sahib çıxsınlar. Səhər namazını qılmısan?

– Qılmışam, amma düz olduğunu bilmirəm.

– Mənimlə qalmaq istəsən, mənim yerim-yurdum yoxdur. Allah ömür verdiyi müddətcə rum elinin və ardındakı müsəlman olmayan ölkələrin İslam diyarı edilməsiylə və qarşılaşdığımız hər qula “mömin olsun, Əhli-Salibdən olsun” Allah və Rəsulunu tanıtmaqla vəzifələndirildik. İnsanları pislik etməkdən, pis olmaqdan qorumağa çalışacağıq.

– Yaxşı, mən də sənə xidmət edərəm.

– Dayan görüm, bunu bir daha müzakirə edək. Haydı indi gedək, bizə nə yedirəcəklər görək. Acmamısan? Mən çox acam.

– Həm də necə acmışam. Həm də necə… Süd də var, elə deyil?

– İnşaallah olar. Olmasa da, özümüz taparıq.

Məsciddən çıxar-çıxmaz şəhərin bəyinin adamları atlarıyla qapıda düzülmüş şəkildə gözlədiklərini gördülər. Sərvərin gəldiyini görüb hamısı hörmət göstərib hüzura dəvət etdilər. Şərif və Böribek atlarına minmədən yüyənləri əllərində şəhərin küçələrini gəzərək iqtidar sahibinin xanəsinə doğru ətrafı seyr edərək getdilər. İsti qarşılanma və xoş-beşdən sonra Sərvər bəyin kefinin qaçdığını, nəyəsə əsəbiləşdiyini hiss etdi. Sözün özbaşına açılmasını gözləyərkən xanədəki digər başbilənlərin də üzlərinin dümağ olduğunu fərq etməsi uzun çəkmədi. Heç kəs heç nə deməsə də, səbəbin özü olduğunu anladı.

– Əmir Həzrətləri sizdə bir iş var, nədir bu halınız? Allah xeyirə calasın, inşaallah!

– Xeyirdir, ya Şərif, yaxşı olacaq, inşaallah.

– Deyin, görək, biz də bilək bu yaxşılıqları, xeyirləri.

– Amasiya təkfuru bizə cihad qapısı açıb, küçükləri də bunun xəbərini gətirmişdi.

– Hımmm çox yaxşı… Yerimizi tez tapdılar, sizdən bizi istədilər, siz də igidlik nədir onu isbat etdiniz. İndi bir igidlik də bizim etməyimiz şərt oldu. Haynup xalqı çox zəifdir. Bu kafirin gürzünü qarşılaya bilməz. Biz gedib bu işə bir çarə düşünək…

– Haşa, qətiyyən belə şey olmaz. Bu sənin bəhs etdiyin iş üzümüzü qara edər. Türk adətində qardaş düşmənə verilərmi?

Sən heç kəsi verməyəcəksən. Sakitləş, bəyim. Bizə bir tikə yemək verin. Gün günorta olub, hələ nəsə yeməmişik. Günlərdir küffar elindəyik. Yaxşı yeməsək, kafir qarşısında necə dayanarıq?

Gülüşmələr, qəhqəhələr ortalığı istilətdi. Xidmətçilərin təlaşlı şəkildə süfrə açdılar, keçisüdü gətirdilər.

Şərif önünə qoyulan bir qab südü başını çəkdi. Böribekə baxdı, o da böyük qardaşına baxırdı. Hər ikisi də gözləriylə “əlhəmdülillah” dedi. Yeməklərin birlikdə yeyilməsi azanın eşidilməsinə qədər davam etdi. Camaaata doğru gedərkən bəyin ağılında Şərifi necə sakitləşdirəcəyi, ona necə mane olacağı vardı. Təsbihatın bitiməsi ilə ayağa qalxan bəy arxasına baxdı. Şəriflə Böribek məsciddə yox idilər. Çölə atıldı. Çəkmələrini geymədən corabla sağa-sola vurnuxdu. Bütün camaat nə olduğunu anlamadan çöldə kimisə axtarırdı. Əmir Osman bir sıçrayışla atının belində oturdu. Ayaqlarında corab şəhərinin çıxışına doğru atını sürməyə başladı.

Quş qəfəsdən uçalı çox olmuşdu. Dünya gözüylə son dəfə gördükləri Şərifin arxasınca hamısı ağlamaya başladılar. Bir damlanın dənizi udması necə mümkün deyilsə, onların da küffar içindən canlı dönmələri mümkün deyildi.

Tâ bu mertebe sâhib-i uzlet Bâyezîd-i velî iken

Kal’a-i Kili ve Akkirmân kal’alarına müteveccih olduklarında

Babadağı’na gelüp “aya Babadağın niçün derler”

deyü su’âl buyururlar.

“A’yân-ı kübbâr-ı memleket eydür pâdişâhım,

zamân-ı kadîmde bu şehr içre

Sarı Saltık nâm bir türbe-i pür-envâr var idi.

Münkerîn türbesin münhedim edüp üzerine hâr [u] hâşâk-ı muzahrefât dökerek kabr-i şerîfi gâ’ib oldu” dediklerinde hemân Bâyezîd-i veli ol mahal-i mezbelistâna varup bir seccâde üzre Kara Şemseddîn ile ikişer rek’at namâz kılup istihâre niyyetiyle hâb-âlûd olurlar.

Hemân ân Saltık Sultân asferü’l-levn ve’l—lıhye yeşil imâmesiyle zâhir olup “Bâyezîd hoş geldin! Salsal tahtı olan Akkirmân ve Kal’a–i Kili ve tîh-i kamere’l-kum olan vilâyetleri Boğdan küffârı destinden bilâ-cidâl ‘fetahtâ’ târîhinde (889) feth edüp evlâdun Mekke Medîne sâhibi olup beni hâk-i mezelletden halâs edersin” dedikde derhâl

Şemseddîn ile Bâyezîd hân hâbdan bîdâr olup

Bâyezîd hân eydür “efendi, istihârende müşâhade etdiğimizi birer kâgıza yazup şeyhülislâma gönderelim” deyü

Bâyezîd [hân] ve Şemseddîn [sultân] birer künc-i vahdetde gördükleri [vâkı’aları] tahrîr edüp memhûrlu şeyhülislâma gönderirler.

Hikmet-i hudâ ikisinin de gördükleri bir menâm!

Hemân müftî-i hümâm “pâdişâhım, ol mahalle bir âsîtâne-i kübrâ edesiz!” deyü buyurduklarında hemân seccâde yerin tathîr ederken bir mermer sanduka nümâyân olup sanduka üzre “hâzâ kabru Saltık Bay Seyyid Muhammed Buhârî” deyü Tatar hattıyla bir gûne hattı-ı kadîm tahrîr olunmuş.

Hemân mi’mârân ü mühendisânları cem’edüp

türbe-i pür-envâra ve bir câmi’e ve sâ’ir hayrât [u] hasenâta şüru ‘edüp Bâyezîd hân Kili ve Akkirmân’ı hakkâ ki “fetahtâ” târîhinde bilâ-cidâl feth edüp fâtih-i taht-ı salsal u kamere ‘l-kum olup yine mansûr [u] muzaffer avdetde Babadağı’na gelüp bir sene anda kışlayup cânib-i erba’aya nizâm [u] intizâm buldurunca Babadağı şehrin imâr edüp cümle hayrât [u] hasenâtları Baba Sultân’a hîbe eyleyüp hâlâ Babadağı,

Baba Sultân hâssıdır.33

İman və nəsib

Borabay gölünün sahilində qurulan çadırlar ətraflarındakı ağaclardan seçilmirdi. Heç bir canlı hərəkət etmirdi ki, təkfur oyanmasın. Sanki quşlar səs çıxarmamaları üçün təlimatlandırılmışdı. Çadırların ağızları gölə doğru qurulmuşdu. Göl və meşənin gözəl havası çadırlarda yatan əsilzadələri məst etmişdi.

Çadırlar arasından keçən bir dovşan olsa eşidilər, tutulardı, amma kiçik uşaq o qədər yaxşı təlim almışdı ki, heç bir əsgərə görünmədən Tırbanosun çadırına girməyi bacardı. Böribek təkfurun şeylərini bir-bir sahildəki ağacın başına daşıdı. Qılıncı, oxu, xəncəri, çəkmələri, paltarları və ən son da xalatı ağacın hündür budaqlarına çıxıb asdı. Bütün bunlar baş verərkən əsgərlərin ruhu belə duymadı.

Bütün çadırı boşaltdıqdan sonra sərxoş təkfurun yanında bardaş qurub gözləməyə başladı. Əlinə aldığı çubuqla kafirin burnunu, gözlərini qurcaladı. Nəhayət, oyanan Tırbanos yanında oturan uşağı görüncə əvvəl qorxdu. İçindən “bu olsa-olsa bir meşə cinidir”, – dedi. “Yoxsa bu dağ başında bu qədər əsgəri aşıb çadırımın yanına necə gələ bilərdi!” Böribek səs çıxarmadan təkfurun gözlərinin içinə baxırdı. Uzun müddət hərəkətsiz nə olacağını düşündü. Təkfur dərin qorxu çuxurunun içinə diyirlənib düşmüşdü. Eləcə nə olacağını gözlədi. Sonra yavaşca ətrafına baxaraq çölə çıxdı. Çadırın ətrafındakı əsgərlərdən birinin qılıncını götürüb önünə gələn əsgərlərin boyunu vurmağa başladı. İyirmiyə qədər əsgəri yatarkən məhv etdikdən sonra əlindəki qanlı qılıncla dönüb çadırın içinə girdi. Çöldə qiyamət qopur, səslərə oyanan əsgərlər qaçışır, öldürülən yoldaşlarının yanında vurnuxurdu.

Bəli, indi danış görək insənmi, cinsənmi, burada nə axtarırsan, əşyalarımı hara aparmısan?

– Sənin kimi insanam. Göl sahilində üzməyə gəlmişəm. Balıq tutub anama aparacağam. Gülünc halınızı görüüb əylənmək istədim.

– Demək, mənimlə əylənirsən, eləmi? Kim olduğumu bilmirsən?

– Yox, bilmirəm, amma bu qədər əsgər, bu qədər gözəl paltarlar…

Sən bu diyarların hökmdarı zalım Tırbanos olmalısan.

Kiçik bir uşağın bu cür məşəqqətli iş etməsi yanında bu qədər adamı öldürməsinə baxmayaraq, qəti qorxmaması Tırbanosun ağılını başından almışdı. “Nə olur, olsun bu uşağı qazanmalıyam, mənim yavərim olmalıdır,” – deyə içindən keçirdi.

– Elə, ya da belə buradan çıxışın yoxdur artıq, hər şəkildə mənimləsən! Ananla danışsaq, ona pul, qızıl, mal versək, səni bizə verərmi?

– Mən istəsəm verər, niyə verməsin ki? Verməsə, nə olar ki, sən qəddar Tırbanossan hər istədiyini ala bilirsən.

– Əşyalarımı sən oğurlamısan? Sən oğurlamısansa, harada gizlətmisən?

– Mən oğurlamışamsa, tapa biləcəksən?

– Mənim yavərim olarsan? Bundan sonra işləməyinə gərək qalmaz, yalnız mənimlə gəzər, əylənərsən, sənə gözəl paltarlar alaram. Ananın da müşkülatı qalmaz. Tez ol, mənə indi cavab ver.

– Yaxşı, yaxşı o zaman, qəbul etdim. Yavərin olum, amma sən də söz ver, dediklərini edəcəksən.

– Yaxşı, qalx, çıxıb meşənin dərinliklərinə gedək. Mənə izah et görüm kimsən, nəçisən? Kiçik şeytan səni tanımaq istəyirəm.

Tırbanos çadırdan çıxdığı zaman bütün birliklərin onu gözlədiyini gördü. Yüzlərlə, minlərlə əsgər yatdıqları yerdən qalxmış, ölüm qorxusuyla ən dinc duruşlarıyla əmr gözləyirdi. Heç kəslə danışmadan meşənin dərinliklərinə doğru uşaqla birlikdə getməyə başladı. Ov etmək üçün gəldikləri bu meşənin dərinliklərində Böribeklə yox oldular. Heç bir gözətçi qorxudan arxalarınca getmədi. Onlara əmr verilməmişdi. Sual verəcək halları yox idi.

Tırbanos çaya, kolların altına endi. Böribekə yanına gəlməsini söylədi. Böribek bunu fürsət bilib yanına endi. “Tırbanos lain34 nəzərdə tutdu ki, uşağa əl uzada, pislik edə. “35 Lut qövmüylə günahda yarışacaq adam idi. Bu azğın kafir ümid etmədiyi işlə qarşılaşdı. Meşənin dərinlərində qonaqları vardı. Çayın içindən yuxarıdan-aşağıya doğru əyilərək onlara doğru gələn adamın heybətindən ürəyi dayanacaq kimi oldu. Nəfəsi kəsildi. Bir anlıq bu kolların arasından yuxarıya doğru qaçıb əsgərləri çağırmaq istədi. Qaçmaq üçün yer axtarırdı ki, uşaq əlindəki zəncirlə gözlərinin üstündən elə vurdu, dünya qaraldı, çayın içinə diyirləndi.

Çayın içində ayağa qalxmaq üçün vurnuxan kafirin başının üstünü kəsdirən Şərif gülümsəyərək gözləriylə uşağa salam verdi, “Afərin!” dedi. Heç danışmadı, əyilib suyun içində vurnuxan təkfurun başını bir dəfəyə kəsib çiyinində gətirdiyi heybənin içinə qoydu. Uşaq qabaqda Şərif arxasınca çay boyunca onları gizlədən kolların altında ayaq izi buraxmadan suyun içində qeyri-müəyyən istiqamətə doğru çıxıb getdilər.

Tırbanosun əsgərləri aşağıda göl sahilində ağalarının gəlmələrini gözləyərkən oyanan əsgərlərdən biri dərənin qanlı axdığını fərq edib dərə yatağından yuxarı doğru qaçmağa başladı. Başı kəsilmiş hökmdarlarını görəndə donub qaldılar. Çadırları da toplamadan cəsədi götürüb Amasiyaya qaçdılar.

“Konstantinopola xəbər çatanda çərşənbə axşamı idi. Vəziyyəti bildirdilər. Krala bu xəbəri o gün çatdırdılar. Kral lənətə gəlmiş Ədirnədə idi”.

Dünyası başına uçan kral buyurdu:

– Ordu hazırlaşıb yola çıxsın. Kıravan məliyi və Yunan bəyinin oğlu qabaqda getsin. Gedin türklərdən ellərinizi geri alın. Yunan taxtı Kayseridədir.36

İlk dəfədə təxminən qırx min əsgər toplandı. Dənizləri aşıb İstanbul ətrafında gözləməyə başladılar. Bu tərəfdə Əmir Osman sultana xəbər göndərdi, vəziyyəti bildirib himmət gözlədiklərini ifadə etdi.

Amasiya xalqı yas tutdu. Tırbanosun yerinə oğulu Şemmas atasının yerinə keçdi. Minlərlə əsgər yığıb Cezireyi-Uşşak ətrafında toplandılar. Müsəlman xalq qalaya sığındı. Şərif qalanı əhatə edən küffarın türklərə və dinlərinə söyərək təhqir etdikləri üçün bürclərə çıxaraq Tırbanosun kəlləsini ən yaxşı görə biləcəkləri yerdən asdı.

Ərəbistandan, Xorasandan, Misirdən sultana kömək üçün İslam əsgərləri toplanmağa başladı. Səlibçilər Papanın liderliyində gəlib Sinop ətrafında yığıldı. Kafir ləşkərinin ucu-bucağı görünməz oldu. Sultanın əmriylə Sinop sahilinə gəmilər çıxarıldı. Ordular dağılsa, müsəlman qadın və uşaqları buradan götürüb başqa müsəlman diyarına aparmaq üçün iki yüz gəmi qalanın ətəyinə, dəniz sahilinə gətirildi.

Qalanın arxa tərəfində dənizlə divarlar arasında olan iç qaladan tüstü yüksəlirdi. Necə olmuşdusa, içəriyə girən təxribatçılar qalanın içindəki bir neçə dükanla evi yandırıb xalqın içinə qorxu salmağa çalışırdı. Qışqırıqlar və ağlaşmalar arasında cəng üçün toplanan əsgərlərin də köməyi ilə çox qısa müddətdə yanğın söndürüldü. Yaralananların, ölənlərin daşınması, əsgərlərin yerlərinə dönməsi kiçik sahənin içindəki bu qədər əhalini əməlli-başlı böhrana salmışdı. Müharibə hələ başlamadan xalqın və döyüşçülərin şövqü qırılmağa başlamışdı. Minarələrə çıxan müəzzinlər hamısı bir ağızdan azan oxumağa başladılar.

Dalğa-dalğa iç qaladan qalaya, oradan şəhərə yayılan salavatlar göyü inlədirdi. Qala xaricində təpələrdə hücum əmri gözləyən küffar əsgərləri dəhşətlə diksindi. Ölüm səs dalğalarının kürəyinə minib, divarları aşıb, düzənliyi yalayaraq keçmiş, küffarların üzərində fırlanmağa başlamışdı. Nə olduğunu anlaya bilməyən ləşkər qısa müddətdə yığışıb qorxuyla qılınclarını qalxanlarına vuraraq inanılmaz ürpərdici səslər çıxarmağa başlamışdı. Bir addım yandakının dediyini eşitmək mümkün deyildi. On minlərlə qılınc cingildəyərək eyni anda qalxıb eyni anda divarların üzərinə enirdi.

Bu qədər yüksək səslə düzənlikləri inlədən qılınc səslərini basdıran, qulaqları partladacaq, ağılları qaçıracaq başqa bir səs düzənlikdəki, dağlardakı, dənizdəki hər şeyi və hər kəsi əzərək üstlərinə gəlməyə başladı. Qaladakılar və düzənliklərdə, dağlarda növbə çəkənlər qorxuyla nə olduğunu anlamağa çalışırdı.

Məğribdəki dağların üzərindən; insanlardan, fillərdən, atlardan ibarət sel düzənliyə doğru axmağa başlamışdı. Yüzlərlə, minlərlə təbilin eyni anda vurulması düzənliyin yelləndiyi, zəlzələ olduğu hissini verirdi. Ağacların budaqları arasında gizlənən quşlar naməlum istiqamətdə uçmağa başlamışdı. İtlər acı-acı ulayır, yerdə və göydəki heyvanlar sığınacaq tapmaq üçün çırpınırdı. Düzənlikdə növbə çəkən Səlib ordularının əksinə bu gələn birliklərin geyimləri zirehli deyildi. Yaxınlaşdıqca ikibaşlı qartal bayraqları toz buludlarının arasından təkbir səsləriylə birlikdə yüksəlirdi.

Qalanın önünə doğru manevr etməyə başlayan İslam ordusunun yerləşmə səyləri Səlibçilərin yığışıb kürəklərini məşriqə çevirmələrinə və geri çəkilmələrinə səbəb oldu. Nəfəs almaq mümkün deyildi, hər iki ordu eyni anda böyük düzənliyin üzərində qıvrılıb dayanırdı. Yer-göy bir-birinə qarışmış, toz-torpaqdan bir nərdivan göylərə ucalmışdı. Düzənliyin ortasında iki nəhəng şahmaran gözlərini bir-birindən ayırmadan qarşılıqlı rəqs etməyə başlamışdı. Gözlər, qulaqlar, ağızlar bağlanmış, qiyamət qopmuşdu, hər kəs canını qurtarmaq nigaranlığı ilə nə olacağını düşünürdü.

Sonsuz ümidsizlik gəlmiş, qaladakılarla küffar orduları arasına oturmuşdu. Yerləşmə saatlarla davam etdi. Musanın əsası dəymişcəsinə ikiyə yarılan türk ordusunun iki cinahının arasından ətrafı süvarilərlə əhatələnmiş qırx filin ortasında, taxt-rəvan üzərindəki sultan qala qapısına doğru hərəkətə keçdi. Qalanın baxıma möhtac köhnə qapıları cırıldayaraq açılanda ilk olaraq Əmir Osmanla birlikdə Şərif piyada çölə doğru atıldılar.

Toz dumanı arasında qaladan çıxan əsgərlərlə, döyüşə gələn alplar başlarında olan komandirlərinin verdiyi təlimatlarla nizam-intizam dərdinə düşmüşdülər. Yerə diyirlənənlər, bir-biri ilə toqquşanlar, bir-birini itələyənlərin qarışıqlığı hər dəqiqə daha çox artırırdı.

Sərvərin ürəklərə qorxu salan qışqırığıyla birdən bütün təbiətə sus əmri verilmişdi. Fillər, atlar, dəvələr, əsgərlər, komandirlər, bəylər, sultan nəfəs almadan gözləməyə başladı. Olduğu yerdə qibləyə döndü:

Rəsulullah Əfəndimiz, əhli-beyti, övliya, ənbiya, şühəda və ümməti Məhəmmədin ruhları üçün əl Fatihə!

Filin üzərindəki taxtında oturan sultan da nə olduğunu anlamağa çalışarkən birdən əllərini açıb Fatihə oxumağa başladı. Bu qısa dua arasında əhali özünə gəlmiş, qaç-qov dayanmış, qiyamətin yerini böyük sükut tutmuşdu. Fəlakət anlarında, intizam pozulduğunda, hər qarışıqlıqda müəllimi Əbdüləzizdən öyrəndiyi müsəlmanları sakitləşdirmək üçün etdiyi bu xəbərdarlıq yenə nəticə vermişdi. Qarışıqlıqda üstü-başı dağılan hökmdar Qiyasəddin Keyxosrov əsəbi şəkildə xalatını, sarığını düzəldərkən bu nərə çəkən qazini gözləriylə axtarmağa başlamışdı. Təlimçilər, üzərinə taxt qoyulan fili sakitləşdirmək üçün çalışırdı. Hirslənən və qorxan fili əllərindəki zəncirlərlə diz çökdürmək qeyri-mümkün görünürdü. Çiyinlərinə qədər saçları papaqlarının altından çıxan alpların bir anda sərt hərəkətlərlə dönməyə çalışması təkrar itələşmələrə səbəb oldu.

Əmir Osmanla Şərif Xıdırın filin yanına gəlib diz çökəndə sultan atılıb yerə endi. Başlarını qaldırmadan və üzünə baxmadan yaşıdları olan gənc sultanın əlini sırayla öpdülər. İkisindən başqa qala əhalisindən heç kəs sultanın ətrafındakı çevrənin içinə girə bilmədən divarlara doğru hərəkət başlandı. Heç kəs danışmırdı. Bir az əvvəlki intizamsızlıq sultanı, deyəsən, əsəbiləşdirmişdi.

Bir addım arxadan gələn bəy və Şərif başları aşağı irəliləyərkən göz-gözə gəldilər. Şərif uşaqcasına zəhlətökənliklə bəyə gülümsədi. Bu təbəssümün görüləcəyindən qorxan bəy birdən gözlərini başqa istiqamətə çevirib bütün ciddiliyiylə getməyə davam etdi. Bəyin alınından, peysərindən tər axırdı. Bütün bədəni qorxuyla titrəyərkən qorxusunu bildirməmək üçün çevrənin xaricindəki komandirlərinə təlimatlar yağdırırdı. Bir addım yanında çox sakit üz ifadəsiylə gedən qazı da onlara dua edən xalqa əli və başıyla salam verirdi. Bir-iki addım qabaqda gedən sultan xalqı salamlarkən arxasını dönmədən danışmağa başladı:

– Bu İsrafil suruna bərabər nərəni çəkən igidlə təkfur başını alan aslan eyni adamdırmı, Osman ağa?

– Doğru buyurdunuz, sultanım, elədir.

– Atasına çəkib, armud dibinə düşər. Ruhu şad, soyu əziz olsun inşallah.

– Amin, hökmdarım.

– Bax bu qədər ümməti-Məhəmməd, sən çağırdın deyə dünyanın dörd tərəfindən qalxıb gəldik. Göstər görüm, bu gün hünərlərini.

– Əstəğfürillah, əfəndim.

Sultan, bəylər, məliklər, komandirlər, uçbəyləri, üləma və bir neçə ağsaqqal xaricində qalaya heç kəs buraxılmadı. Ağır-ağır örtülən qapıdan başqa bir-birini yox etmək üçün gözləyən iki ordu təkrar əsəb pozan uğultu ilə bir-birlərinə qışqırmağa başlamışdı. İkindi azanı bu səslər arasında göyə yüksələrkən hazırlanan yeməklərdən dadması üçün sultana yer göstərilirdi.

Qaladakı məscidin qarşısında, böyük meydanda qurulan süfrəyə yaxınlaşan sultan əyilib iri bir çörək parçasını əlinə aldı, içini qovurma ilə doldurdu. O oturmadığı üçün heç kəs qurulan süfrələrdə oturmamışdı. Bir əlində çörək, digər əlində qab dolusu ayranla tələsik yeməyə çalışırdı. Saatlardır yol gəlmişdilər. Çox acmışdı, amma yeməyə olan aclığı, çöldə onu gözləyən hərb aclığına məğlub oldu. Yeməyini məscidin bağçasına gedərkən ayaq üstə sürətlə yeməyə davam etdi. Bu rəftarlarını görən şəhər xalqı qaçaraq yerdəki süfrələri, nimçələri toplamağa başladı. Sultan nizamsız və düstursuz təbiətini burada göstərmiş, qəribə rəftarından dolayı əhalinin yemək yeyə bilməməsinə səbəb olmuşdu.

Sultanın gəldiyindən xalq xəbərdar olduğu üçün azandan sonra vaxt keçsə də, məscidlərdə fərz namazlar qılınmamışdı. Hamı sultanı gözləyirdi. Ağac novdan axan su ilə sultanın üzərindəki zirehlərin çıxardığı səslər məscidin həyətində rəqs etməyə başlamışdı. Quşlar belə bu iki səsin ahəngini pozmamaq üçün susmuşdu. Polad və su məbədin həyətində kiçik uşaqlar kimi qaçdı-tutdu oynayırdı. Çəkmələrini geyinib uzun-uzadı əsnəyən hökmdar saatlardır at belində oturmaqdan yorulmuşdu. Necə yorulmasın, normal şərtlərdə üçgünlük yolu dördnala çaparaq boz ata minmiş kimi bir gündə gəlmiş, döyüşqabağı özlərini yetirmişdilər. Bunda da Allahın böyük hikməti vardı.

Məscidin içində, həyətdə, həyətin arxasında bütün şəhərdə cərgələr arasında rükuya və səcdəyə gedən qazi dərvişlərin ətrafında polad səsləriylə uca kəlamdan damlalar bir-birinə qarışmışdı.

Namazdan sonra gözlənilmədən sanki daha əvvəl dəfələrlə hazırlıqları görmüş kimi meydana doğru, meydandakı ordunun yanına minlər, onminlər axın etməyə başladı. Meşədə baş-başa qalmış aslanla kaftar diqqətlə bir-birlərinin ətrafında gəzməyə başlamışdı. Heç biri hücum etmir, qarşıdakının nə edəcəyini anlamağa çalışırdı. Ravilər rəvayət edir ki, qədim zamanlarda, böyük ordular vuruşmadan əvvəl xəzinələrini ortaya qoyar, nümayiş etdirərlərmiş. Ən nadir ərlərini çıxarar, bir-birlərini qırdırarlarmış. Bu o demək imiş ki, “Yol yaxınkən sizə dəstur verərik, bu adamınızı necə məhv etdiksə, hamınızın başına bu gəlmədən buradan çıxıb gedin!” Meydan qurulmuşdu və ilk sözü mayası ən möhkəm olanlar söyləyəcəkdi.

Sultanın gözü əvvəlcə türkün igid oğlu, qorxunun girmədiyi ürəyin sahibi Şərif Xıdıra düşmüşdü. Toyu olacaq gəlin özünü necə hiss edərdisə, Xıdır da o halda idi və gözləyirdi. Kafirin ən igidinin adı Alyon idi. Alyonun qalib gəlmək, məğlub olmaq kimi dərdi heç olmamışdı. Yalnız kimləri öldürəcəyini, neçə can alacağını düşünürdü. Bu meydanda heç bir qulun qılıncı Əzraili yer üzünə onunku qədər dəvət etməmişdi.

Sultan küffarın hücum etməsini gözləmədən ağ fil üzərindəki taxtından yanında əldə qılınc gözləyən Şərifə başıyla “meydana çıx” əmrini verdi. İki ordunun vuruşmağa başlamasından öncə qəhrəmanlar çıxıb meydan oxuyacaqdı. Nəhəng türk ordusu nadir inci olan Şərifi cihad meydanına göndərmişdi.

Ardıcıl olaraq sultanın üzünə baxan sərvər bir cəhddə at belinə sıçradı. Atının irəliləməsi üçün ən kiçik hərəkət etmədi. Bunu gözləməyən Zülcenah “irəliyə atıl” əmrini almadığı üçün bədlik edərək ətrafında dairələr çəkərək bir addım atıb kişnəməyə başladı. Nalları hər addımda yerdən torpaq qoparır, ortalığı toza boğurdu.

Zaman sanki dayanmışdı. On minlərlə, yüz minlərlə insan və ətrafındakılar bir anda yox olmuş, sonsuz səssizlik ətrafını bürümüşdü. Atı Zülcenahın üzərində böyük düzənliyin ortasında irəliləyərkən birdən atından enib yüyənindən tutaraq meydana doğru getməyə başladı.

Günəş göyün üzərindəki taxtından enmiş, kiçik addımlarla asta-asta dağların ardındakı evinə doğru yol almağa başlamışdı. Bir neçə ağ bulud, günəşin önünə və arxasına keçərək onunla oynayırdı.

Gün ərzindəki qaç-qovdan sonra tər içində qalmış bədəninin soyuduğunu hiss edib titrəməyə başlamışdı. Bu ola bilməzdi, hava soyuq da deyildi. İlıq bir dağ küləyi üzərindən keçərkən onun pak bədənini təvafmı etmişdi? Anası Rəbi vəfat edəndə ağladığını görməsinlər deyə dağın döşünə çıxar, saatlarla yamacda ağlar, həmişə belə üşüyər, titrəyərdi. Bu titrəmədən əlavə dağ kimi hüzn üzərinə çökdü. Ürəyi partlayacaq kimi oldu. Nəfəsi təngidi. Atının yüyənini əlindən buraxıb dizlərinin üstündə çökdü. Bəlkə də, minlərlə ildir burada tənha gözləyirdi, haradan gəlmiş, hara gedəcəyini belə bilməz şəkildə yalnız susur və hərəkət etmədən gözləyirdi. Damarlarındakı qan bədəninin içində dolanır, ay dünyanın, dünya da günəşin ətrafında dönürdü. Yaradılmış bütün obyektlər bir istiqamətə doğru dönür, axmağa davam edirdi. “Günəş də özü üçün müəyyən olunmuş yerdə seyr edər. Bu, yenilməz qüvvət sahibi olan, Allahın əzəli hökmüdür”37 ayəsini oxudu.

Rəbbinin sonsuz varlığını, qüdrətini idrak üçün hərəkət etmədən gözləmək, susmaq qədər gözəl hümmət ola bilməzdi. Şərif həm bu gün, həm də sabah üçün bacarmaq məcburiyyətində idi.

İki orduda da böyük uğultu başlamışdı. Qarşı tərəfin əsgərləri Şərifin nə etdiyini anlamaq üçün ona doğru bir neçə ox atdılar. Atılan oxlardan bircəsi də ona tuş gəlmir, ətrafında yerə düşürdü. Əbdüləzizdən başqa İslam ordusunda hamıda böyük narahatlıq vardı. Bir nalayiqin “Şərif zəhərlənib!” dedi-qodusu bir anda ağızdan-ağıza yayılıb bütün iman ərlərini qorxuya qərq etmişdi.

Taxtının üzərindən olanları izləyən sultan böyük narahatlıq və maraqla əslində nə baş verdiyini anlamaq üçün ətrafına baxırdı. Əndişəsini ətrafına bildirməməyə çalışırdı. Cihad bayrağının çıxdığı andan, xəbər verilən xalqın hər təbəqəsindən dəstək gəlmiş, gücü nisbətində hər mömin orduya qatılmışdı. Xəlvəti, Bektaşi, Nəqşi, Qədri, Rufai – hər rəng cihad bayrağını rəngləndirmək üçün yerini almışdı. Dərgah dərvişləri nə olduğunu anlaya bilmədikləri üçün zikr etməyə başladılar.

Şərifin torpaq üzərinə çaxılıb qaldığı yerdə buz kimi sıxılmış bədəni, ətrafında olanlardan qopmuş, yalnız sonsuz bir boşluq içərisində asılıb qalmışdı. Bütün kainat yalnız onun ətrafında dönür, o mərkəzdə Rəbbinin sonsuz qüdrəti qarşısında ruhuyla səcdə edirdi. Kimsə olanları anlamırdı. Şərif dəfələrlə bu kimi meydan oxumalarda dini-mubini şərəflə təmsil etmiş, döyüş meydanlarının haqqını vermişdi. Qarşısına çıxan döyüşçünün küffarın ən məşhur cəngavəri Alyoni-Rumi olması, Allah qorusun, ürəyinə qorxu salmışdı?

Cəzb olunmuşdu, amma bu cəzb nəyə qapı açacaq, arxasından nə zühur edəcəkdi? Dizlərinin üzərində nəfəs almadan titrəyirdi. Bütün bu təfəkkür dünyasındakı fırtınalara fitnə toxumunu əkən açıq-aşkar şeytan idi. Şeytanın, nəfsinin oyunları qarşısında sığına biləcəyi limanları vardı: İman, hidayət və təfəkkür. Fırtınalar içində sovrulan könül qayığının burnunu müqəddəs sığınacaqlara çevirib gözləməyə başladı.

“Sizinlə vuruşanlarla siz də Allah yolunda vuruşun, lakin həddən kənara çıxmayın. Allah həddi aşanları sevməz!”38 ayəsini dəfələrlə zikr etdi. Ürəyi rahatlığa qovuşdu… Bu andan etibarən ölmək, ya da öldürülmək deyə bir şey qalmamışdı, yalnız iman edib imanın ona əmr etdiyi şeyi ən gözəl şəkildə yerinə yetirməsi lazım idi. Yalnız müsəlmanlara deyil, ətraflarındakı hər kəsə qan qusduran bu zalımlar ordusu qarşılarında gözləyirdi.

Dəfələrlə qəhrəmanlıqlarını eşitdiyi, şöhrəti dünyanı bürümüş böyük komandir qarşısına gəlmiş, ona baxırdı. Mərdliyi aləmi bürümüş. “Kaş ki, – dedi, – kaş ki, imana gəlsin, bu aslan kimi igidi burada tələf etmək məcburiyyətində qalmayım”.

Pir həzrətlərinə üz tutub ondan hümmət istədi. Könülünə axan hikmətləri ahəstə-ahəstə söyləməyə başladı:

Dediyi sözü rəhmanı, görsənsə, üzü nurani,

Kafirləri qıran haqq aslanı Əlidir.

Hümmət qurşağı belində, Mövlam adı dilində,

Zülfiqarı əlində haqq aslanı Əlidir.

Minib çıxsa, Düldülə, yerə düşər zəlzələ,

Kafirlərə vəlvələ, haqq aslanı Əlidir.

Düşmənlərə müqabil, oldu kafirə qatil,

Edən qərblini zail Haqq aslanı Əlidir.

Rəhmət edə bir və var, hər nə etsə, gücü var,

Müəllim Əhmədə mədədkarhaqq aslanı Əlidir.39

Qarşılarına çıxan hər cür çətinlik qarşısında məsələlərin həlli barəsində gedəcəkləri ilk yol ağılları deyil, iman dairəsi içində ilahi əmrdə nə əmr edilir ona baxmaq, o istiqamətdə düşünmək, nəticəylə razılaşıb, kənara çəkilib seyr etmək idi. Nəfəs alıb-verdiyi hər an ən qiymətli xəzinəsi olan imanını, kaş ki bu qarşısında onu öldürmək üçün üzərinə gələn aslana hədiyyə edə biləydi. “Başqa bədəndə yaşıllaşacaq olan iman adlı cövhər kaş ki hər bədənə girə, kaş ki yer üzündəki bütün insanları qucaqlaya,” – deyə dua etdi.

Atının belinə sıçrayanda Alyoni-Ruminin o möhtəşəm vücudunu, heybətini yox etmək qorxusuyla yaşadığı bu tərəddüdlər sona çatmışdı. O özünə əmr ediləni edəcək, yəni təbliğ edəcək, iki tərəf də əməllərinin, razılıqlarının meyvələrini dərəcəkdi.

Ücretsiz ön izlemeyi tamamladınız.

Türler ve etiketler
Yaş sınırı:
0+
Litres'teki yayın tarihi:
16 kasım 2022
Hacim:
291 s. 2 illüstrasyon
Tercüman:
Telif hakkı:
Hədəf nəşrləri

Bu kitabı okuyanlar şunları da okudu