Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Bir dəqiqə müdriklik», sayfa 2

Yazı tipi:

MEDİTASİYA

Bir gün şagird yuxuda cənnətə düşdüyünü və burada Ustadın başqa şagirdlərlə birgə meditasiya etdiyini görür.

– Cənnətin bütün gözəlliyi elə bundan ibarətdir?

– deyə şagird heyrət içərisində qışqırır. – Biz bunu elə yerdə də edirdik.

Elə bu zaman o, Səs eşitdi:

– Axmaq! Sən düşünürsən ki, onlar cənnətdədirlər? Tamamilə əksinədir: cənnət onlardadır.

UZAQGÖRƏNLİK

Bir qumarbaz Ustada gileyləndi:

– Dünən məni fırıldaqçılıq edərkən yaxaladılar və döyüb pəncərədən atdılar.

Ustad qumarbazı başdan-ayağa süzüb dedi:

– Sənin yerində olsaydım, mən yalnız birinci mərtəbədə oynayardım.

Şagirdlər təəccüblə Ustada baxdılar.

– Sən ona qumar oynamaqdan əl çəkməyi niyə tövsiyə etmədin?

– Çünki mən bilirəm, əl çəkən deyil, – Ustad cavab verdi.

SÖHBƏT

Şagird bazarda eşitdiyi dedi-qodunu Ustada çatdırmaq üçün səbirsizlənirdi.

– Dayan, – Ustad onu saxladı. – Söyləyəcəyin əhvalat həqiqətdir?

– Düşünürəm ki, yox.

– Kiməsə bir fayda gətirəcək?

– Yox, əlbəttə.

– Bəs gülməlidir?

– Xeyr.

– Onda ona niyə qulaq asım ki?

RAHATLAŞMA

Ustad hesab edirdi ki, pis söz olmur: hər şey şəraitdən asılıdır.

Şagirdlərdən birinin ədəbsizcəsinə söyüş söydüyünü eşidəndə o bildirdi:

– Bəzən nalayiq sözlər duaların verə bilmədiyi rahatlığı gətirir insana.

DEDİ-QODU

Bir şagird Ustada etiraf etdi ki, onun dedi-qodunu başqalarının yanında təkrarlamaq kimi pis bir vərdişi var. Müəllim istehza ilə cavab verdi:

– Təkrar etmək elə də böyük bir günah deyil; əsas odur ki, özündən heç nə əlavə etməyəsən.

HƏRƏKƏT

Şagirdlər inadla Ustaddan onlara müdrikliyi öyrətməyi xahiş edirdilər. Bir dəfə Ustad onlara dedi:

– Müdrikliyi sözlərlə ifadə etmək olmaz. O, əməllərdə özünü göstərir.

Şagirdlər fikirləşmədən hərə bir işlə məşğul olmağa başladılar. Bunu görən Ustad ucadan gülüb dedi:

– Bu, əməl deyil. Bu, hərəkətdir.

ZİNDAN

– Sən öz intellektinlə çox fəxr edirsən, – Ustad şagirdə dedi. – Bununla sən mənə öz kamerasının genişliyi ilə fəxr edən məhbusu xatırladırsan.

BİRLƏŞMƏ

– Allahla hansı yolla birləşmək olar?

– Nə qədər çox səylə buna çalışırsan, o qədər də çox Ondan uzaqlaşırsan.

– Bəs bu məsafəni necə adlamaq olar?

– Heç bir məsafənin olmadığını dərk etməklə.

– Bu, Allahla mənim bir vahid olduğumuz anlamına gəlir?

– Yox, vahid deyilsiniz, amma iki də deyilsiniz.

– Bu necə ola bilər?

– Günəş və onun işığı, okean və dalğalar, müğənni və mahnı – bir deyillər. Amma iki də deyillər.

FƏRQLƏNDİRMƏ

Bir nəfər Ustada sevgilisinin xəyanətindən şikayət edir:

– Mən elə yandım ki, daha bir də heç kəsi sevməyəcəyəm.

– Sən bir dəfə təsadüfən qaynar plitə üzərində oturduqdan sonra bir daha heç nəyin üstündə oturmayacağına and içən adama oxşayırsan, – Ustad gülümsəyərək cavab verir.

QEYRİ-İRADİLİK

Bir dəfə Ustad şagirdlərindən müdrikliyin, yoxsa əməlin daha vacib olduğunu soruşdu.

Şagirdlər həmrəy idilər:

– Əlbəttə, əməl. Əməldə özünü göstərməyən müdrikliyin nə faydası?

– Bəs aydınlanmamış ürəkdən gələn əməlin nə faydası var? – öz növbəsində, Ustad soruşdu.

PƏRƏSTİŞ

Ustad ona pərəstiş edən şagirdə dedi:

– İşıq divarda əks olunub qayıdır. Divarın önündə diz çökmək nəyə gərək? Bütün diqqətini işığın mənbəyinə yönəlt.

MƏXFİLİK

Bir turist məbəddə keçmişdəki Ustadların şəkillərinə baxırdı.

– Yer üzərində, heç olmasa, bir böyük Ustad qalıb?

– Biri var, – bələdçi cavab verdi.

Ziyarətçi yalvardı ki, onları görüşdürsün. Ustadla görüşən ziyarətçi soruşdu:

– Böyük Ustadlar bu gün haradadırlar?

– Qərib! – Ustad səslədi.

– Ustad! – turist ehtiramla cavab verdi.

– SƏN haradasan?

TALE

Bir qadın Ustada öz taleyindən şikayət edirdi.

– Sən özün ona görə cavabdehsən, – Ustad dedi.

– Məgər mən qadın kimi dünyaya gəlməyimə cavabdehəm?

– Qadın olmaq – bu, tale deyil. Bu sənin qismətindir. Sənin taleyin isə ondan necə istifadə edəcəyindən asılıdır.

DİRÇƏLMƏ

– Keçmişini tamamilə unut və sən aydınlanmış olacaqsan, – Ustad dedi.

– Mən belə də edirəm, sadəcə, tədricən.

– Tədricən yalnız böyümək olar. Aydınlanma isə anidir.

Bir qədər sonra Ustad izah etdi:

– Sənə tullanmaq lazımdır! Kiçicik addımlarla uçurumu aşa bilməzsən.

YUXU

– Mən nə vaxt aydınlanmaya çatacağam?

– Görəndə, – Ustad cavab verdi.

– Nəyi görəndə?

– Gülləri, ağacları, ulduzları, ayı.

– Mən onsuz da onları elə hər gün görürəm.

– Xeyr. Sənin gördüklərin yalnız ağacın, gülün, ayın və ulduzların obrazlarıdır. Sən reallıqda yaşamırsan, sən sözlər və fikirlər dünyasında yaşayırsan.

Təsəlli üçün Ustad mülayim şəkildə əlavə etdi:

– Sənin həyatın kağızdandır, elə ölümün də kağızdan olacaq.

DƏYİŞMƏ

Həmişə başqalarını tənqid edən bir şagirdə Ustad dedi:

– Əgər mükəmməllik axtarırsansa, özünü dəyişməyə çalış, başqalarını yox. Özünün səndəl geyinməyin hər yeri xalça ilə örtməkdən daha asandır.

MEYDANOXUMA, YA PƏRƏSTİŞ?

Bir dəfə Ustaddan soruşdular ki, özünə şagirdləri hansı meyarlarla seçir. O cavab verdi:

– Mən özümü sadə və başıaşağı aparıram. Mənim sadəliyimə cavab olaraq özünü lovğa tutub meydan oxuyanları o saat rədd edirəm. Mənim sadəliyimə pərəstiş edənləri rədd edərkən isə heç də az qətiyyət göstərmirəm.

FƏLSƏFƏ

Bir nəfər mütləq həqiqi Ustadın şagirdi olmaq istəyirdi və seçiminin düzgün olduğunu yoxlamaq qərarına gələrək Ustada belə bir sual verdi:

– Mənə izah edə bilərsənmi, həyatın məqsədi nədir?

– Bilmərəm, – cavabı gəldi.

– Onda, heç olmasa, onun mənasının nə olduğunu deyə bilərsənmi?

– Bilmərəm.

– Bəs ölümün mahiyyəti və o dünyadakı həyat haqqında bir şey deyə bilərsənmi?

– Bilmərəm.

Gümanında yanılmış qonaq çıxıb getdi. Şagirdlər çaşıb-qalmışdılar: onların Ustadı özünü belə xoşagəlməz şəkildə necə göstərə bilərdi?

Ustad onları sakitləşdirdi:

– Əgər həyatın dadını heç vaxt hiss etməyibsənsə, onun məqsədini və mənasını bilməyinin nə xeyri var? Piroq haqqında mühakimə yürütməkdənsə, onu yemək yaxşıdır.

ŞAGİRDLİK

Bir ziyarətçi Ustaddan onu şagirdliyə götürməyi xahiş edir. Ustad isə cavabında bunu deyir:

– Evimdə yaşaya bilərsən, amma mənim ardıcılım olma.

– Bəs onda kimin ardınca gedim?

– Heç kimin. Kiminsə ardınca gedəndə həmişə həqiqi Yoldan azırsan.

KORLUQ

– Sənin şagirdin ola bilərəm?

– Sən onsuz da şagirdsən, çünki sənin gözlərin bağlıdır. Nə vaxtsa onları açanda görəcəksən ki, sənə öyrədiləsi bir şey yoxdur – nə mənim, nə də bir başqasının.

– Onda Ustad nəyə lazımdır?

– Onun lazım olmadığına səni əmin etmək üçün.

VASİTƏÇİ

– Ustad sənin nəyinə lazımdır? – deyə müsafir şagirdlərin birindən soruşdu.

– Suyu qızdırmaq üçün su ilə od arasında qab olmalıdır, – cavabı gəldi.

HAVA

Şagird hər gün eyni sualı verirdi:

– Mən Allahı necə tapım?

Hər gün də eyni sirli cavabı alırdı:

– Arzu etməklə.

– Axı mən bütün qəlbimlə Allaha qovuşmaq istəyirəm! Bəs niyə indiyəcən Onu tapmamışam?

Bir dəfə Ustad və şagird çayda çimirdilər. Qəflətən Ustad şagirdin başını suya basaraq bir müddət beləcə saxladı. Biçarə var gücü ilə sudan çıxmağa çalışırdı.

Ertəsi gün Ustad şagirdinin suallarını qabaqlayaraq özü birinci soruşdu:

– Mən sənin başını suyun altında saxlayanda nə üçün müqavimət göstərirdin?

– Çünki havam çatmırdı.

– Allah sənə hava kimi lazım olanda onu mütləq tapacaqsan.

ASILILIQ

Bir şagird kitablardakı müdrikliyə çox böyük önəm verirdi. Ustad ona belə bir əhvalat danışır:

– Bir adam əlində siyahı bazara gəlir, amma onu itirir. Sonra siyahını tapır və çox sevinir. Alış-veriş etdiyi zaman tez-tez ona baxır, yoxlayır. Sonda isə siyahını lazımsız bir kağız parçası kimi atır.

SIĞINACAQ

Ustad hələ sağ ikən əfsanəyə çevrilmişdi. Deyirlər ki, bir dəfə Allahın özü məsləhət üçün ona müraciət etmişdi:

– Mən insanlarla gizlənqaç oynamaq istəyirəm. Öz mələklərimdən soruşdum ki, gizlənmək üçün ən yaxşı yer haradır? Mənə müxtəlif yerlər təklif etdilər: okeanın dibində, ən hündür dağın başında, ayın görünməyən tərəfində və uzaq bir ulduzda. Bəs sən nə təklif edərdin?

– İnsanın ürəyində gizlən. Ora baxmaq onun heç vaxt ağlına gəlməz.

SÜLHSEVƏRLİK

Bir kənddə ilan sancmasından o qədər adam zərər çəkdi ki, artıq heç kim çölə çıxmağa cürət etmədi. Deyilənə görə, bir Ustad ilanı ram etdi və onu sülhsevər olmağa razı sala bildi.

Tezliklə kənd sakinləri gördülər ki, ilan zərərsiz olmuşdur. Onlar ilanı daşa tutmağa və quyruğundan dartmağa başladılar.

Bir dəfə gecə vaxtı döyülüb-əzilmiş, yarımcan vəziyyətdə olan ilan birtəhər Ustadın evinə sürünüb çatdı. Ustad onun gileyinə qulaq asıb dedi:

– Dostum, adamlar səndən daha qorxmurlar və bu da pisdir!

– Amma axı sən özün mənə zorakılıq etməməyi öyrətdin!

– Mən istəyirdim ki, sən dişləməyi atasan, daha fışıldamağı yox!

MÜBAHİSƏ

Bir dəfə şagirdlər arasında mübahisə qızışdı. Onlar nəyin ən çətin iş olduğu barəsində heç cür razılığa gələ bilmirdilər: İlahi vəhyi yazıya almaq, onu anlamaq, yoxsa anlayandan sonra digərlərinə də başa salmaq.

Ustaddan soruşdular. O cavab verdi:

– Mənim sizin o üç işinizdən daha çətin bir vəzifəm var.

– Hansı?

– Siz səfehlərə reallığı olduğu kimi görməyi öyrətmək.

EVƏ DÖNÜŞ

– İnkişafın üç mərhələsi var, – Ustad dedi, – fiziki, ruhi və ilahi.

– Fiziki mərhələ nədir? – şagirdlər səbirsizliklə soruşdular.

– Bu mərhələdə ağaclara baxanda yalnız onları görürsən, dağa baxanda dağı görürsən.

– Bəs ruhi?

– İkinci mərhələdə cisimlərin mahiyyətini görürsən – ağaclar daha ağac kimi görünmür, dağlar da dağ kimi.

– Bəs ilahi?

– Bax elə bu, aydınlanmadır, – Ustad dedi. – Ağaclar yenidən ağaca çevrilir, dağ da yenə dağ olur.

FAYDASIZLIQ

Ustadın elmi söhbətlərdən zəhləsi gedirdi. O bu cür söhbətləri “müdriklik inciləri” adlandırırdı.

– Əgər onlar incidirsə, onda sən nəyə görə onlardan imtina edirsən? – şagirdlər soruşdular.

– Siz heç bostanda becərilmiş mirvari görmüsünüz? – öz növbəsində, Ustad soruşdu.

SÜKUT

Bir dəfə Ustad şagirdlərə müraciət etdi:

– Sizin aldığınız təhsilin və göstərdiyiniz sitayişin nə faydası var? Məgər uzunqulaq kitabxanada yaşayarsa, bundan ağıllanar, yoxsa kilsədə yaşayan siçan müqəddəs olar?

– Bəs onda bizə nə lazımdır?

– Ürək.

– Bunu necə başa düşək?

Ustad cavab vermədi. Nə deyə bilərdi ki? Deməliydi ki, tədqiqat predmetinə çevrilmək və ya sitayiş obyekti olmaq lazım deyil?

GƏLİB ÇATMA

– Aydınlanmaya gedən yol çətindirmi?

– O nə çətindir, nə də asan.

– Niyə?

– Çünki heç bir yol yoxdur.

– Bəs onda məqsədə necə gedib çatmaq olar?

– Heç hara getmək lazım deyil. Bu, məsafəsiz yoldur. Getməyə ara ver və hədəfə çatacaqsan.

HƏDƏF

Ertəsi gün Ustad əlavə etdi:

– Amma, təəssüf ki, getmək dayanmaqdan asandır.

Şagirdlər izah eləməyi xahiş etdilər.

– Nə qədər ki siz hədəfə gedirsiniz, arzularınızda uçursunuz. Dayandıqda isə reallığa düşürsünüz.

– Nə arzu, nə də məqsəd varsa, onda biz necə dəyişək? – çaşmış şagirdlər soruşdular.

– Həqiqi dəyişiklik sifarişlə baş vermir. Reallıqda olun və o baş verəcək.

Ücretsiz ön izlemeyi tamamladınız.

Yaş sınırı:
16+
Litres'teki yayın tarihi:
07 ekim 2022
ISBN:
9789952242799
Telif hakkı:
Altun Kitab
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 5, 3 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre