Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Fiesta», sayfa 2

Yazı tipi:

Bu zaman Bret də bara yaxınlaşdı.

– Hello, dostlar!

– Salam Bret, – mən dedim. Nə əcəb sərxoş deyilsən?

– Artıq içməyi tərgitmişəm. Dostlara konyak və soda verin.

O, əlində stəkan dayananda Konun ona baxdığını gördüm. O elə baxırdı ki, sanki həmyerlisi vəd edilmiş torpağa baxır. Əlbəttə, Kon daha cavan idi. Ancaq o, ümidə layiq bir həvəslə ona baxırdı.

Bret çox gözəl idi. O, hörmə jaket, tvid yubka geyinmiş, saçını oğlan kimi arxaya daramışdı. Bununla da hər şey başladı. Lakin, əynindəki yun sviter belə onun yarış yaxtasının korpusuna bənzəyən donqarını gizlətmirdi.

– Əla dostların var, Bret, – mən dedim.

– Çox istiqanlıdırlar, elə deyil? Özünə bir bax, əzizim! Onu haradan tapmısan?

– Napoliten kafesindən.

– Yaxşı vaxt keçirə bildiniz?

– Ah, misilsiz, – mən dedim.

Bret güldü.

– Səhvin var, Ceyk, bu heç yaxşı hərəkət deyil. Bu, bizim hamımız üçün təhqirdir. Bir baxın, Frensiz ilə Co da buradadırlar.

Bu Konun xeyri üçündür.

– Bu lap ağ oldu, – Bret dedi və yenə güldü.

– Arifə bir işarə də kifayətdir, – mən dedim

– Hə, bəlkə elə deyil? Bu cür dostların içində ürəyin istəyən qədər içə bilərsən.

Musiqi başladı və Robert Kon dedi:

– Mənimlə rəqs edərsiniz, xanım Bret?

Bret ona gülümsədi.

– Mən bu mahnını Ceykobla oynamağa söz vermişdim, o güldü. Sənin adını Bibliyadan götürüblər, Ceyk.

– Bəs növbəti mahnını necə? – Kon soruşdu.

– Biz artıq gedirik, – Bret dedi. Bizim Montmartrda görüşümüz var.

Rəqs zamanı mən Bretin çiyinləri üzərindən Kona baxdım və onun hələ də barda dayanıb Bretə baxdığını gördüm.

– Yeni bir qurban hazırdır, – mən ona dedim.

– Belə demə. Yazıq oğlan. Mən də indi fikir verdim.

– Yaxşı, – mən dedim. Elə bilirdim onların sayının artmağı sənin ürəyincədir.

– Cəfəng danışma.

– Əlbəttə, xoşuna gəlir.

– Hə, yaxşı, tutaq ki, belədir sonra?

– Heç nə, – mən dedim. Biz akkordion və banconun sədaları altında rəqs edirdik. Hava isti olsa da, özümü xoşbəxt hiss edirdim. Biz dəstənin başqa bir üzvü ilə rəqs edən Corcetin yanından keçdik.

– Onu bura gətirmək haradan ağlına gəldi?

– Bilmirəm, gətirdim də.

– Getdikcə axmaq romantikə oxşayırsan.

– Elə deyil, darıxırdım.

– İndi necə?

– İndi yox.

– Gəl, çıxaq buradan. Onun qayğısına qalan çoxdur.

– Doğrudan istəyirsən?

– İstəməsəm, niyə təklif edim ki?

Biz döşəmədən ayrıldıq, mən divardakı asılqandan paltomu götürüb geyindim. Bret barın yanında məni gözləyirdi. Kon ona nəsə deyirdi. Mən bara yaxınlaşıb bir zərf istədim. Müdir birini tapdı. Cibimdən əlli franklıq çek çıxarıb, zərfə qoyub möhürləyəndən sonra ona uzatdım.

– Mənimlə gələn qız məni soruşsa, zəhmət olmasa, bu zərfi ona verin, – mən dedim. Yox, əgər, bu bəylərdən biri ilə getsə, o zaman xahiş edirəm, bu zərfi mənim üçün saxlayın.

– C'est entendu, monsieur (Başa düşdüm, cənab, fr.), – bar sahibi dedi. Artıq gedirsiniz? Belə tez?

– Bəli, dedim.

Biz qapıya yaxınlaşdıq. Kon hələ də Bretlə nəsə danışırdı. Bret Konla sağollaşıb qoluma girdi.

– Gecən xeyrə, Kon, – mən dedim.

Küçəyə çıxıb, taksi axtarmağa başladıq.

– Elə bil, həmin əlli frankı salıb itirdin, – Bret dedi.

– Ah, elədir ki var.

– Bir dənə də taksi yoxdur.

– Biz Pantona qədər piyada gedib oradan birini tapa bilərik.

– Gəl, yolüstü istənilən pivəxanaya gedib içək, taksi üçün isə bir adam tapıb göndərək.

– Küçədə də gəzmək istəmirsən.

– Əgər çarə varsa, niyə də istəyim?

Biz ən yaxın pivəxanaya girdik və mən ofisiantı taksi tapmaq üçün göndərdim.

– Belə, – mən dedim, – biz onlardan uzaqlaşdıq.

Biz hündür bara söykənib heç bir söz demədən bir-birimizə baxırdıq.

Ofisiant gəlib taksinin bayırda olduğunu deməsi bizi özümüzə gətirdi. Bret mənim əlimi möhkəm sıxdı. Mən ofisianta bir frank verdim və biz oradan çıxdıq.

– Deyək, hara sürsün? – mən soruşdum.

– Ah, hara istəyirsə, ora da getsin.

Biz əyləşdik, qapını bağlayıb sürücüyə Monsori Parkına sürməsini söylədim. Bret küncdə gözləri yumulu, arxaya tərəf əyilmişdi. Mən onun yanında əyləşdim. Maşın yola düşdü.

– Ah, əzizim, mən elə bədbəxtəm ki! – Bret dedi.

4

Taksi təpəni yuxarı qalxıb işıqlı meydandan keçərək, üzüyuxarı qaranlığa girib, sonra San Etyen du Mont küçəsinin arxasındakı qaranlıq küçəyə daxil olaraq ehtiyatla üzüaşağı düşüb ağacların və Kontreskarpdakı avtobus dayanacağının yanından keçib, Muftar küçəsinin çay daşlari ilə örtülmüş yollarına doğru buruldu. Burada səhərə qədər barlar işıq gəlir, mağazalar açıq olur. Bir-birimizdən aralı otursaq da, köhnə küçəni üzü aşağı düşdükcə bir-birimizə yaxınlaşırdıq. Bretin şlyapası başından düşmüş, başını arxaya söykəmişdi. Mən bir anlığa mağazalardan düşən işığın altında onun çöhrəsini gördüm, sonra yenidən qaranlıq oldu, daha sonra biz Qabelin prospektinə çatdıq və mən onun üzünü daha aydın gördüm. Yol dağıldığından fəhlələr asetilen işığı altında yolda işləyirdilər. Bretin bəyaz çöhrəsi və uzun boynu parlaq işıq altında aydın görünürdü. Küçə yenidən qaranlıqlaşanda mən onu öpdüm. Bizim dodaqlarımız möhkəmcə bir-birinə yapışmışdı, ancaq o üzünü çevirdi və bacardığı qədər oturacağın küncünə tərəf sıxıldı. Başını aşağı salmışdı.

– Mənə toxunma, – o dedi. Xahiş edirəm, toxunma.

– Nə olub axı?

– Bacarmıram.

– Ah, Bret.

– Lazım deyil. Mən bacarmıram, vəssalam. Ah, əzizim, xahiş edirəm məni başa düş!

– Məni sevmirsən?

– Sevmirəm?! Sənin bircə toxunuşun kifayətdir ki, mən əriyim.

– Necə ola bilər ki, bunun bir çarəsi olmaya?!

O artıq qamətini düzəltmişdi. Mən qolumu ona dolamış, o isə mənə söykənib sakitcə oturmuşduq. O, gözlərini zilləyib mənə elə baxırdı ki, sanki bu gözlər onun deyildi. O, mənə baxanda sanki bütün dünya dayanırdı. O, elə baxırdı ki, sanki dünyada bu cür baxılası ikinci bir şey yoxdur, əslində isə o, həyatda çox şeydən qorxurdu.

– Əldən gələn bir şey yoxdur, – mən dedim.

– Mən bilmirəm, – o dedi. Yenidən o cəhənnəmi yaşamaq istəmirəm.

– Yaxşısı budur, bir-birimizdən uzaq duraq.

– Amma, mən sənsiz qala bilmirəm. Məsələ təkcə bunda deyil.

– Elədir, amma həmişə bura gəlib çıxır.

– Bu mənim səhvimdir. Məgər, hər insan öz əməllərinin cəzasını çəkmir?

O, elə hey mənim gözlərimin içinə baxırdı. Onun gözlərinin müxtəlif dərinlikləri olsa da, bəzən onlar tamamilə düz olurdu. Ancaq indi ora gedən bütün yollar görünürdü.

– Bəzən kişilərə nə qədər əzab verdiyimi fikirləşirəm. İndiyədək bunun cəzasını çəkirəm.

– Səfehləmə, – mən dedim. Məsələn, mən başıma nə gəlirsə, gülüşlə qarşılayıram. Heç vaxt keçmiş barədə düşünmürəm.

– Ah, buna şübhəm yoxdur.

– Yaxşı, gəl söhbəti bağlayaq.

– Mən özüm də nə vaxtsa onlara gülmüşəm. O, mənə baxmırdı.

– Qardaşımın dostu Monsdan belə vəziyyətdə qayıdıb. Bu bizə axmaq bir zarafat kimi görünürdü. Görəsən, doğrudan insan heç vaxt heç nəyi başa düşmür?

– Hə, – mən dedim. Heç kim hər şeyi bilə bilməz.

Mən bu mövzuda xeyli məlumatlıyam. Vaxtilə mən bu məsələyə mümkün olan müxtəlif aspektlərdən baxaraq müəyyən etmişəm ki, bəzilərində olan eyib və qüsurlar lağ yeri olsa da, həmin şəxs üçün ciddi problemdir.

– Bu, gülməlidir – mən dedim. Çox gülməlidir. Qəribə olsa da, eşqə düşmək də gülməlidir.

– Belə düşünürsən? – onun gözləri yenidən mənə zillənmişdi.

– Mən o mənada demirəm. Yəni ki, xoş bir hissdir.

– Yox, – o dedi. Məncə, bu yer üzündəki cəhənnəmdir.

– Yaxşı ki, görüşdük.

– Məncə, burada yaxşı bir şey yoxdur.

– Məni görmək istəmirsən?

– Buna məcburam.

İndi biz iki yad insan kimi oturmuşduq. Sağımızda Monsuri parkı var idi. Alabalıq hovuzu olan qaranlıq və bağlı restoranda əyləşib parka tamaşa etmək olardı. Sürücü başını bizə tərəf çevirdi.

– Hara getmək istəyirsiniz? – mən soruşdum. Bret başını yana çevirdi.

– Oh, de ki, kafe Selektə sürsün.

– Kafe Selektə sürün, – mən dedim, Monparnas Bulvarına.

Biz düz aşağı düşüb, Montruj tramvaylarına keşik çəkən Belfort şirinin ətrafında fırlandıq. Bret yola baxırdı. Raspay bulvarında, Monparnas işıqlarının önündə Bret dedi:

– Səndən bir şey istəsəm, etiraz etməzsən?

– Bu nə sözdür?!

– Çatmamışdan qabaq məni bir dəfə də öp.

Taksi saxlayanda mən düşdüm və borcumuzu ödədim. Bret şlyapasını başına qoyub aşağı düşdü. O, aşağı düşəndə əlini mənə uzatdı. Onun əlləri titrəyirdi.

– Çox səliqəsiz görünürəm?

O, kişi papağını xatırladan şlyapasını gözünün üstünə salıb bara sarı getdi. Bardan və stollardan başqa rəqs zalında olanların çoxu burada idi.

– Salam, dostlar! – Bret dedi. Mən içmək istəyirəm.

– Ah, Bret! Bret! – özünü hersoq adlandıran, hamının Zizi çağırdığı balaca yunan portret rəssamı onun gözünə girmək üçün canfəşanlıq edirdi.

– Sənə deyiləsi yaxşı xəbərlərim var.

– Hello Zizi, – Bret dedi.

– Səni bir dostumla tanış etmək istəyirəm, – Zizi dedi. Kök bir kişi bizə yaxınlaşdı.

– Qraf Mippipopolus, – rəfiqəm Eşli xanım.

– Salam, – Bret dedi.

– Yaxşı, ülyahəzrət Parisdə yaxşı vaxt keçirə bilir? – saat zəncirinə sığın dişi taxmış qraf Mippipopolus soruşdu.

– Belə də, – Bret dedi.

– Paris gözəl şəhərdir, – qraf dedi. Ancaq mən duşunürəm ki, Londonla bağlı daha gözəl xatirələriniz var.

– Oh, bəli, – Bret dedi. Möhtəşəm.

Bradoks stoldan məni səslədi.

– Barns, – o dedi. Gəl, iç. Sənin gətirdiyin qız yaman pis davaya düşdü.

– Niyə?

Patronun qızı onunla haqqında nə isə deyib. Biabırçılıq oldu. Amma, qoçaq qız öz sarı biletini göstərdi və qızdan da özününkünü göstərməsini tələb etdi. Yaman dava düşdü.

– Bəs axırı necə oldu?

– Kimsə onu apardı. Qəşəng qızdır. Qəribə ləhcəsi var idi. Əyləş, bir az içək.

– Yox, – mən dedim. Evə getməliyəm. Konu görən olmayıb?

– O, Frensizlə evə getdi, – xanım Bradoks gəldi.

– Yazıq oğlan, təmiz kefi pozuldu, – Bradoks dedi.

– Hə, hə, elədir ki, var, – xanım Bradoks dedi.

– Mən getməliyəm, – dedim. Gecəniz xeyrə.

Barda Bretlə də sağollaşdım. Qraf şampan sifariş edirdi.

– Bizimlə qədəhləri qaldırmağa nə deyirsiniz, cənab? – o soruşdu.

– Məni üzrlü sayın, çox minnətdaram. Artıq getməliyəm.

– Doğrudan gedirsən? – Bret soruşdu.

– Hə, – dedim. Başım yaman pis ağrıyır.

– Sabah görüşəcəyik?

– Ofisə gələrsən.

– Çətin.

– Yaxşı, bəs onda harada görüşək?

– Saat beş arası, harada olsa.

– Onda, şəhərin başqa tərəfində görüşərik.

– Yaxşı, saat beşdə Kriyonda olacam.

– Bax, sözümüz sözdür ha! – mən dedim.

– Narahat olma, – Bret dedi. Heç nə vaxtsa səni aldatmışam?!

– Maykdan bir xəbər var?

– Bu gün məktub gəlmişdi.

– Gecəniz xeyrə qalsın, cənab, – qraf dedi.

Mən səkiyə çıxıb, hələ də dolu olan Rotonda kafesinin stollarının yanından keçib, üzü aşağı Sen-Mişel bulvarına tərəf yollandım, masaları səkinin kənarlarına qədər uzanan Dom küçəsinə baxdım. Stollardan birindən kimsə mənə əl etdi, ancaq onu mən tanımadığımdan yoluma davam etdim. Tezliklə evə çatmaq istəyirdim. Monparnas bulvarı artıq boşalmışdı. Lavinin restoranı artıq bağlanmış, qarşıdakı stollar isə "Klozire de Lila" ya daşınırdı. Küçənin işığında yenicə yarpaqlamış şabalıd ağaclarının arasında yerləşən Neyin heykəlinin yanından keçdim. Solğun çəhrayı bir əklil bünövrəyə söykənmişdi. Mən ayaq saxladım və yazını oxudum: "Bonapartist qrupundan, bir də yadımda deyil hansısa tarix" yazılmışdı. Uzunboğaz çəkmələri ilə yaşıl şabalıd yarpaqlarının arasından qılıncını oynadan Ney Marşal yaxşı görünürdü. Mənim evim küçənin o tərəfində, Sen-Mişel bulvarının bir addımlığında yerləşirdi.

Qapıçının otağından işıq gəldiyini görüb qapını döydüm və məktublarımı aldım. Qadına gecəniz xeyrə deyib, pilləkənlərı yuxarı qalxdım. Burada iki məktub və bir neçə qəzet var idi. Mən yemək otağındakı qaz işığında onlara göz gəzdirdim. Məktublar Amerikadan idi. Biri bank hesabı idi. Balans 2432 dollar, 60 sent göstərirdi. Yoxlama dəftərimi götürüb, ayın əvvəlindən bəri dörd çeki çıxdım və balansımda 1832 dollar, 60 sent olduğunu tapdım. Və bu rəqəmi məktubun arxasına yazdım. O biri məktub isə toy dəvətnaməsi idi. Aloyzius Kirbi ailəsi, qızları Ketrinin toy tarixini elan edirdilər – mən nə gəlini, nə də bəyi tanımırdım. Yəqin indi onlar bütün şəhərə namə göndəriblər. Bu, məzəli ad idi. Əminəm ki, adı Aloysiz olan istənilən adamı yadımda saxlaya bilərəm. Bu, yaxşı katolik adı idi. Dəvətnamədə bir gerb də var idi. Eynilə, Zizi – yunan hersoqunda olduğu kimi. Hə bir də o qraf. O, gülməli idi. Bretin də ləqəbi var – xanım Eşli. Cəhənnəm olsun, Bret. Lənətə gələsən səni, xanım Eşli.

Mən çarpayının yanındakı lampanı yandırdım, qazı söndürdüm və yataq otağının pəncərələrini açdım. Çarpayı pəncərədən uzaq olduğundan, bir az pəncərənin qarşısında oturub, hava aldıqdan sonra paltarlarımı soyundum. Bayırda dükanlara tərəvəz daşıyan gecə qatarı tramvay yolu ilə şütüyürdü. Gecələr yata bilməyəndə, buralar səs-küylü olur. Soyuna-soyuna çarpayının yanındakı böyük şkafın güzgüsündən özümə baxırdım. Mebellər ənənəvi fransız üslubunda düzülmüşdü. Çünki bu daha rahat idi. Hər halda, bu mənə gülməli gorunürdü. Mən gecə paltarlarımı geyindim və yerimə uzandım. Yerimin içində buğa döyüşünə aid iki qəzeti vərəqləməyə başladım. Onlardan biri narıncı, o biri isə sarı rəngdə idi. İkisində də eyni xəbərlər olduğundan birini oxusam kifayət edəcəkdi. "Le Toril" daha yaxşı qəzet olduğundan onu oxumağa qərar verdim. Bütün qəzeti nöqtəsindən vergülünədək, hətta oxucuların məktubları və lətifələr də daxil olmaqla başdan-ayağa oxudum. Lampanı söndürdüm. Yəqin, artıq yuxuya gedə biləcəkdim.

Bundan sonra başım işləməyə başladı. Necə deyərlər, köhnə palan içi sökməyə başladım. Boynuma alıram, qondarma cəbhədən italyansayağı qaçan zaman bu cür yaralanmaq axmaqlıq idi. Biz italyan hospitalında cəmiyyət yaratmaq istəyirdik. İtalyanca onun çox məzəli adı var idi. Görəsən, italyanların başına nələr gəldi. Bu, Milandakı Baş hospitalda, Ponte korpusunda baş vermişdi. Onun yanında isə Zonda korpusu var idi. Orada Ponte ya da bilmirəm Zondanın heykəli var idi. Polkovnik mənə burada baş çəkmişdi. Bu, gülməli idi. Bu başıma gələn ilk belə hadisə idi. Mən təpədən dırnağadək sarıqda idim. Onlar başıma gələnlərı polkovnikə nağıl etdilər. Sonra o, möhtəşəm nitq söylədi: "Ey, ingilis! (istənilən əcnəbi onun üçün ingilis idi) siz həyatınızdan keçmisiniz". Nitqə bir bax! Əlimdə olsaydı onun sözlərini çərçivəyə salıb redaksiyadan asardım. O, zarafat edənə oxşamırdı. Yəqin, özünü mənim yerimə qoymuşdu. "Che mala fortuna! Che mala fortuna!" (Bəxtin gətirmədi! Bəxtin gətirmədi!)

Düzü, heç vaxt bu barədə düşünməmişdim. İndi isə bacardığım qədər bu məsələyə ötəri yanaşır, ətrafımdakıları narahat etməməyə çalışırdım. Yəqin ki, məni İngiltərəyə göndərən kimi Bretin görüşünə qaçmasaydım, belə bir şey də başıma gəlməyəcəkdi. Məncə, o heç vaxt sahib olmayacağı bir şeyi istəyir. İnsanlar həmişə belədir. Cəhənnəm olsun, hamısı. Katolik kilsəsi belə vəziyyətlərdə yaxşı kömək edir. Hər halda, yaxşı məsləhətdir: bu barədə düşünməmək. Əla məsləhətdir. Qulaq asmağa dəyər. Arada bir sınayın.

Mən uzanıb düşünür, fikirlərim bir-birini qovurdu. Özümlə bacarmadığımdan, yenidən Bret və başıma gələnlər barədə düşünməyə başladım. Breti düşünən kimi, ora-bura qaçan fikirlərim sakit dalğalara tərəf yol alırdı. Sonra qəfildən məni ağlamaq tutdu. Bir az keçəndən sonra özümə gəldim, yerimə uzanıb küçəni aşağı düşən ağır vaqonların səsinə qulaq asa-asa yuxuya getdim.

Qəfildən oyandım. Küçədə səs-küy var idi. Mən səsə qulaq verdikdə, tanış səs eşitdim. Gecə xələtimi geyinib qapıya yaxınlaşdım. Qapıçı aşağı mərtəbədə kimləsə danışırdı. O, çox əsəbi idi. Aşağı mərtəbədə kiminsə məni çağırdığını eşitdim.

– Cənab Barns, sizsiniz? – qapıçı qadın səsləndi.

– Bəli, mənəm.

– Burada bir qadının səsi bütün küçəni ayağa qaldırıb. Gecənin bu vaxtı bu nə rüsvayçılıqdır, axı! Deyir ki, sizi mütləq görməlidir. Ona yatdığınızı söylədim.

Sonra, Bretin səsini eşitdim. Ancaq yarıyuxulu olsam da, onun Corcet olduğuna əmin idim. Özüm də, bilmirəm niyə. Axı heç o, mənim ünvanımı da bilmirdi.

– Zəhmət olmasa, onu yuxarı göndərə bilərsiniz? – mən dedim.

Bret pilləkənləri yuxarı qalxırdı. O, lül sərxoş idi.

– Bu nə axmaqlıqdır, axı! – o dedi. Əməlli-başlı dava çıxdı. Yatmamışdın, düz demirəm?

– Yaxşı, bəs nə edirdim?

– Bilmirəm. Saat neçədir ki?

Mən saata baxdım. Saat beşin yarısı idi.

– Saatdan xəbərim yoxdur, – Bret dedi. Əyləşə bilərəm? Əsəbləşmə, əzizim. Qrafla indi sağollaşdıq. Məni bura o gətirdi.

– Hə, de görüm xoşuna gəldi? – mən konyak, soda və stəkanları çıxardım.

– Bir damcı süz, – Bret dedi. Məni sərxoş etməyə çalışma. Qraf? Ah, heç nə. O da bizlərdəndir.

– Doğrudan, o qrafdır?

– Sənin sağlığına. Bilirsən ki, mən də belə duşunurəm. Necə olsa, qraf olmağa layiqdir. Bircə insanları tanımır! Heç bilmirəm bütün bunları necə qazanıb. Ştatlarda şirniyyat mağazaları şəbəkəsinin sahibidir.

O, şərabdan bir qurtum içdi.

– Deyəsən, o şəbəkə dedi. Ya da buna bənzər bir şey. Hamısı bir-birilə əlaqəlidir. Mənə bir az bu barədə danışdı. Çox maraqlı gəldi. Bununla belə, o bizlərdən biridir. Buna şübhəm yoxdur. Bunu hamı təsdiq edə bilər.

O, bir qurtum da içdi.

– Mən bütün bunlara necə şıllaq atım axı? Etiraz etməzsən ki? Bilirsən, o Ziziyə çox kömək edir.

– Zizi necə, həqiqi hersoqdur?

– Çox güman ki. Bilirsən də, o yunandır. Bir qəpiklik rəssamlığı yoxdur. Qrafı daha çox bəyəndim.

– Onunla hara getdiniz?

– Ah, hər yerə. Elə indicə məni bura gətirdi. Onunla Biaritsə getməyim üçün mənə on min dollar təklif etdi. Bizim pulla, neçə funt edir?

– Hardasa iki min funt.

– Xeyli puldur. Amma, mən dedim ki, gələ bilmərəm. O, belə məsələlərdə çox anlayışlıdır. Ona dedim ki, Biaritsdə çoxlu tanışım var.

Bret güldü.

– Fikrimi oxuya bilmirsən, – o dedi. Hələ sodalı konyakdan ancaq bir qurtum içmişəm. İndi hamısını içəcəm.

– Hə, belə daha yaxşıdır. Çox gülməlidir, – Bret dedi. Sonra o, mənə onunla Kana getməyi təklif etdi. Dedim ki, Kanda da çoxlu tanışlarım var. Daha sonra, Monte Karloya. Eynilə, Monte Karloda da tanışlarımın olduğunu dedim. Ona hər yerdə çoxlu tanışlarımın olduğunu söylədim. Öz aramızdır, düz də demişəm. Axırda ondan məni bura gətirməsini xahiş etdim.

O, bir əli stolda, o biri əli ilə qədəhi qaldırıb mənə baxdı.

– Belə baxma, – o dedi. Ona dedim ki, sənə vurulmuşam. Bax bu da həqiqətdir. Niyə belə baxırsan axı!? O, bunu çox yaxşı qarşıladı. Sabah axşam bizi yeməyə qonaq etmək istəyir. Gəlmək istəyirsən?

– Niyə də yox.

– Yaxşısı budur, mən gedim.

– Niyə?

– Sadəcə səni görmək istədim. Çox axmaq fikirdir. Bəlkə, əynini geyinib məni ötürəsən? O, aşağıda maşında oturub məni gözləyir.

– Qraf?

– Hə. Hətta onun formalı sürücüsü də var. Məni bir az gəzdirəcək və sonra səhər yeməyi üçün Bulon meşəsinə gedəcəyik. Hələ şərab səbətini demirəm. Hamısını Zellidən alıb. Bir düjün Mumm şüşəsi. Tamahın düşmədi ki?

– Səhər tezdən işə getməliyəm, – mən dedim. Əylənməyə heç həvəsim yoxdur.

– Axmaq olma.

– Bacarmıram.

– Yaxşı, elə olsun. Ona salam göndərmək istəmirsən?

– Əlbəttə, çatdır.

– Gecən xeyrə, əzizim.

– Vəziyyəti daha da dramatikləşdirmə.

– Elə sən də.

Biz sağollaşıb öpüşdük və Bret dedi:

– Yaxşısı budur, mən gedim. Gecən xeyrə qalsın, əzizim.

– Getməsən olmaz?

– Yox.

Biz yenidən pilləkənlərdə öpüşüb sağollaşdıq və ipi çəkmək üçün gözətçini çağıranda onun qapının arxasından nəsə donquldandığını eşitdim. Mən geri qayıdıb, açıq pəncərənin qabağında Bretin küçəni yuxarı qalxaraq işıqların altında, səkidə dayanan uzun limuzinə tərəf yaxınlaşdığına baxdım. O, maşına mindi və maşın yerindən tərpəndi. Mən pəncərənin qabağından çəkildim. Stolun üstündə boş stəkan, bir də yarımçıq konyak qədəhi var idi. Mən onların hər ikisini mətbəxə aparıb, yarımçıq qədəhi əlüzyuyana boşaltdım. Yemək otağında qazı söndürüb, çəkələklərimi ayağımla çarpayının altına itələyib yatağa girdim. Mənim göz yaşı tökdüyüm Bret bax belə idi. Sonra onun axırıncı dəfə küçəni qalxıb maşına minməsini yadıma salıb, qısa müddətlik yenidən cəhənnəm əzabı yaşadığımı hiss etdim. Gündüz heç nəyi vecinə almamaq asandır, oğul istəyirəm, gecə bunu bacarsın.

Yaş sınırı:
16+
Litres'teki yayın tarihi:
29 ekim 2022
Hacim:
1 s. 2 illüstrasyon
ISBN:
978-9952-8449-4-8
Telif hakkı:
JekaPrint
Ses
Ortalama puan 5, 2 oylamaya göre
Ses
Ortalama puan 5, 1 oylamaya göre
Metin, ses formatı mevcut
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin, ses formatı mevcut
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 4,3, 3 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre