Kitabı oku: «Günahsız günahkar. Roman. Hissə – 1»

Yazı tipi:

© Fatma Axmed kızı Nabieva, 2021

ISBN 978-5-0055-1728-9 (т. 1)

ISBN 978-5-0055-1727-2

Создано в интеллектуальной издательской системе Ridero


Fatma Əhməd qızı, Balakən rayonunun Püştətala sovetliyində anadan olmuşam. Qamış tala kəndində böyümüşəm. Atam göndolov Əhməd, Balakən rayonunda dağ kəşviyyatı idarəsində, uzun müddət can həkimi olaraq çalışıb. Anam Alqayeva Şahizər, oxuduğum Qaravəli orta kənd məktəbində, iftidayi sinif Müəlliməsi olaraq, 30 ildən çox çalışıb. Ailəmiz 5 bacı, 2 qardaşdan ibarətdir, mən evimizin ən kiçik evladıyam. Balakən rayonunun Katex kəndində, ailə qurmuşam. Bir evladım var, uzun illərdir Russiyanın Tomsk şəhərində yaşayıram. Harda yaşadığımdan asılı olmayaraq, yaşadığım yerə və İnsanlarına sayğı duyuram. Hər zaman sadəliyə və düzgünlüyə üstünlük verməyi xoşlayıram. Fəvvarit sözüm, İNSAN OL.

Fatma Nabieva

Aylın əlindəki gül dəstəsini nənəsinin məzarı üstə qoydu. Gözlərinin yaşını silib məzara baxıb öz – özünə: anamın – atamın yoxluğundan sonra həyatda tutunacaq tək dayağım sən qalmışdın, səndə məni tərk etdin biçarə qoydunuz, haqsızlıq etdiniz mənə qarşı. Ata – anasının məzarlarina yaxınlaşıb baş daşlarına əlini çəkib gözləri yaşlı baxaraq – olara: sizinçün çox darıxıram, mən sizsiz yaşaya bilmərəm belə tək – tənha, yanınıza gələçəyim o günümü səbirsizliklə gözləyəcəm. Dayısı dərindən nəfəs alaraq – Aylına: qızım belə demə sən tək deyilsən, səninlə biz varıq. «Aylın bilirdi dayısi arvadının pis xasiyyətli olduğunu, anasi dəfələrlə danışmışdı özlərini sevmədiyini və, köbut davrandığını deyərdi hər zaman». O səbəbdən heç buralardan dayısıyla getmək istəmirdi. Anasının məzarına baxaraq – dayısına: anamın – atamın üstünə yük maşınını sürən o şərəfsizi hələdə tapa bilməmişlər polislər. Mənim əlimdən valideyinlərimi alanı tutuqlayaraq haq cəzasına çatdığını görmədən, necə gedim buralardan? sizin məzarlarınızı hər gün ziyarət edərək buranı ikinci evimiz kimi sevməyə başadım mən. Bir vijdansız səbəb olaraq əlimdən sevdiklərimi aldı apardı qara torpağa. Mənim ürəyim rahat olmaz o alçaqı tapmayinca. Dayisi çarəsiz baxışlarla baxaraq, yazıği gəlirdi Aylın elə dedikcə çox üzülürdü, arvadınında xasyətıni yaxşı bilirdi. Bunuda yaxşı bilirdi ki, Aylını burdan aparmağıyla qıza orda xoş günlər yaşatmayacaqdı. Ancaq başqa çarəsi yox idi, qızı burda tək qoyub gedə bilməzdi. Evdən çıxdığında Aylının ardınca getdiyini bildiyində arvadı gətirməsinə mane olmağa çalışamışdı, hətta təhtid edərək davalaşmışdı gətirməsin deyə. Dayısı – Aylına: qızım bir gün haq yerini tapacaq inan mənə, o qaçan qatil cəzasını çəkəcək mütləq, indi isə gedək uçağımıza az vaxt qalıb. Yaxınlaşıb Aylinin qolundan tutdu, son dəfə ürək acısıyla məzarlara nəzər salıb – Aylına: üzmə oların ruhlarını gedək mənimlə. Aylin çarəsiz dayısıyla gedərkən, dönüb arxaya baxırdı gözləri yaşlı. Dayısınında ürəyini göynədirdi qızın bu halına. Aylını ordan uzaqlaşdırmaqçün məcbur qolundan tutub yanınca aparırdı arxaya baxmadan. Gəlib maşına əyləşdilər, dayısı – şoferə: vaxdımız azdır uçaqa çatmalıyıq, şofer maşını işə salaraq güzgüdən baxıb – dayısına: narahat olmayın mən sizi çatdıracam vaxdında hava limanına, qaza basdı. Maşın uzaqlaşdıqca Aylın həyəcanlanırdı, dayısıyla başqa şəhərə getmək istəmirdi. Sanki anası gillərdən zorla alıb qoparırdılar yazığı, gözlərindən süzülən yaş üzünə damcılayırdı.


Uçaq hava limanına enmişdi. Aylın dayısyla əllərində çantalarla hava limanindan çıxdılar. Dayısı ətrafa nəzər yetirib, özlərini qarşılamaqçün gələcəyinə söz vermiş oğlunu axtarırdı. Aylın o qədər fikirli idi ki, dayısının kimi axtardığını belə soruşmurdi. Biraz vaxtdan cavan oğlan yaxinlaşdı gülümsəyərək, – olara: xoş gəldiniz. Oğlan çantaları əllərindən götürüb yardım etmək istədıyində dayısı əsəbləşidi, – oğlana: burax nə edirsən? çantaları əlindən geri çəkərək acıqıandı. Oğlan gülümsəyərək, Həsən dayı məni oğlunuz Ramiz göndərib sizi qarşilayım, narahat olmayın verin çantalarınızı baqaja qoyum. Dayısı oğlunun adını eşitdikdə anladı yad birisinin olmadığını. Dayısı – oğlana: hardan biləydim səni yaramaz oğlum göndərmiş bizi qarşılmağa? burda bəzən taxsi şoferləri söz dinləmədən çantanı əlindən alıb aparıb baqaja qoyurlar. Məndə səni taxsi şoferi zənn etdim, oğlan gülümsəyərək – dayısına: artıq bildiniz taxsi şoferi olmadığımı, əllərindən çantalari götürüb maşına tərəf getdi. Maşının baqajını açıb çantaları qoyub baqajı örtüb baxdı, Ramizin söz verərək qarşılamağa gəlməməsindən əsəbi olduğu üzündən bəlli idi atasının. Oğlan – olara: orda niyə dayanmısınız? artıq bildiniz kiməm, buyurun gəlin əyləşin. Maşının qapılarını açaraq əyləşmələrini gözlədi, dayısı – Aylına: gəl qızım gəl, görünür oğlumun bizi qarşılamağa vaxtdı olmayıb, maşına yaxınlaşdılar. Aylin keçib arxada əyləşdi, dayısıda qabaqda oğlanın yanında əyləşdi. Oğlan qapıları örtüb tez gedib sükan arxasına əyləşdi, əlini uzadaraq mehribanlıqla gülümsəyərək, Həsən dayı mən Ramizin ən yaxın dostuyam, adım Kamildir. Dayısı əlini sıxaraq – Kamilə: çox gözəl Kamil sevindim tanışmamıza, mərəfətli oğlana bənzəyirsən. Bax bizi qarşılamaqçündə vaxt tapmışsan oğlumdan fərqli olaraq. Oğlumun yaxın dostusan dedin, elə deyilmi? Kamil maşını işə salaraq qaza basdı, maşını idarə edərək – Həsənə: hə elədir, yaxın dostuyam Həsən dayı. Həsən – Kamilə: bəs mən niyə səni görmədim indiyə qədər bizdə? Kamil gülumsəyərək, Həsən dayı mən gəldiyimdə siz işdə olursunuz. Siz evdə olanda mən gələ bilmirəm, məndə şirkətdə atamla çalışıram və o üzdən bu günə qədər rastlaşmadıq sizinlə, qismət bu günəymiş tanış olduq sonunda. Arxada kefsiz oturan Aylina baxdi maşının güzgüsündən, – Aylına: şəhərimizə xoş gəldiniz, ümid edirəm xoşunuza gələcək buralar. Aylın cavab vermədi Kamilə, heç ürəyindən deyildi bura gəlməyidə, yazıq içindən yanıb qovrulurdu. Maşinin aynasından dışarı baxdı fikirli – üzgün, Kamil qızın kefsiz – üzgün olduğunu anladı üzünün ifadəsindən. Dayısı – Kamilə: Ramizin nə mühüm işi çıxdı ki, səni göndərmiş qarşımıza? Kamil biraz şaşaraq dostunun yalanının üstünü necə ört – basdır edəcəyini düşündü, – atasına: Həsən dayı demədi mənə nə işi olduğunu. Sadəcə məndən xayiş etdi ki sizi qarşılayım, məndə dedim baş üstə dostum narahat olma qarşılayaram. Heç pis olmadı baxın sonunda sizinlədə tanış olduq, atası narazı baxışlarla baxaraq – Kamilə: vardır onun qarışdırdıgı birşeyləri, yəqin həmişəki kimi içmiş mən görməyim deyə səni göndərmiş. Anası həmişə məndən gizlədir onun səhvlərini, hər dəfə ört – basdır edib mənim gözümü bağlamağa çalışır ki, mən oğlunu acılamayım. Səndə yaxın dostusan deyirsən, oğlumun xasyətini məndən dahada gözəl bilirsən, elə deyilmi Kamil? yenə təxmin etdiyim kimidir, içmiş və mən acılamayım deyə gəlməmiş. Kamil nə deyəcəyini bilmədi susdu, atası əsəblə öz – özünə: evə çataq mən onun dərsini verəcəm yaramaz uşaq. Oğlu böyümüş mənim boyda olmuş boyu, bu hələ uşaq kimi başına dönür ərköyün öyrədir yaramaz oğlunu. Atasına vaxt tapmamış oğlan çox məşğulmuş, göstərəcəm mən sənə bu dəfə vaxtını. Kamil cavab vermədi Ramizin içdiyini bilirdi, dostunun atasından alacağı vardı bunuda yaxşı anlayırdı, gözü arxada fikirə dalaraq səssiz oturmuş Aylında idi. Maşının güzgüsündən baxırdı ara – sıra, çox yorgun və dərtli görünürdü. Ramiz qızın başına gələnləri danışmışdı ona qısada olsa, atasının anasıyla davalaşaraq qızı gətirməyə getdiyinidə demişdi. Kamil bilirdi dostunun anasının bəzi pis xasiyyətlərini, qız orda dahada üzüləçəkdi. Kamil dərindən nəfəs alaraq – atasına: əsəbləşməyin Həsən dayı. Ramizdə bir gün çalışacaq və, hər şeyi öz öftəsinə götürəcək görəçəksiniz. O hələ qarşıda siz varsınız deyə bəlkədə ərköynlük edir azacıq, azacıq dediyində atasının özünə tərs – tərs baxdığını görüb baxışların qaçırtdı, maşının sürəətini artrdı.


Gəlib çatdılar evin qarşısında Kamil maşını saxladı, dayısı maşından enib qapını örtdü. Aylın fikirli olduğundan çatdıqlarını hiss etməmişdi, Kamil zarafatla – Aylına: çatdıq qəşəng qız. Əgər dayın evinə getmək istəmirsənsə gedək bizə qonağım ol. Aylın çatdıqlarını görüb, cavab vermədən tez maşının qapısını açıb endi. Kamil gülümsəyərək, sükan arxasından enib gəlib baqajı açib çantaları götürdü. Dayısı – Aylına: sən əvəllər heç gəlmədin bizə qısmət olmadı, gəl qızım xoş gəldin öz evindir bundan sonra burası, mehribanlıqla Aylının qolundan tutub apardı evə tərəf. Kamildə çantaları götürüb evə tərəf getdi ardlarınca. Qapını həyətdə qulluq göstərən yaşlı bir kişi açdi, xoş gəldiniz Həsən bəy. Həsən – kişiyə: çox sağol Məlik xoş günün olsun, Məlik baxdı mehribanlıqla – Aylına: xoş gəldin qızım. Aylın kişini birinci idi görürdü, Məlik nədən isə kövrəlmişdi Aylını gördüyündə. Aylın – Məliyə: çox sağolun xoş gününüz olsun sizində, Kamildə əlində çantalarla arxada dayanmışdı. Dayısı səslədi, – Aylına: gəl qızım orda niyə dayanmısınız? Məlik – Aylına: buyur qızım keçin içəri. Aylın çəkinə – çəkinə həyətə keçib getdi, ardıncada Kamil gəlirdi. Məliyin üzünün ifadəsəndən artıq anlamışdı evdə xoş şeylər gözləmirdi qızı, öndən gedən Aylının necə çəkindiyini görürdü, yazıgı gəlirdi.

Sənubər içəridə idi hazır dayanmışdı sancmağa. Aylını görüb tərs – tərs süzdü başdan ayağa kimi, ən azından Aylın bilirdi başına gələsiləri və, artıq peşmanda olsa geri dönüş yox idi. Qarşısında dayanmış zəhər yağan sifətiylə özünə baxan – Sənubərə: salam Sənubər xala. Arvad zorla cavab verdi, – Aylına: salam, sənə xoş gəldin deməyəcəm. Arxadan gələn Kamil arvadın dediklərini eşitdi pərt oldu, şaşqın halda əlində tutmuş çantalarla – arvada: Sənubər xala hara qoyum çantaları? Sənubər – Kamilə: qoy bura oğlum. Niyə sən daşıyıb zəhmət çəkirsən? qız balaca uşaq deyil ki, özü daşıya bilməsin çantalarını. Maşallah böyük qızdır özü aparar lazım olan yerinə, Kamil çantaları yerə qoydu. Gələn kimi arvadın qızı kobutlamasından heç xoşlanmadı, kefi pozuldu. Sənubər Aylını göstərib – Kamilə: indi sən de oğlum mənə, bax valideyinlər öz evladına zor tərbiyə verirlər bu zamanda, dinləmirlər böyüklərinin sözünə qulaq asmirlar. Mənim sözümümü dinləyəcək bu qız bura gəlib? dayısı eşitmədi məni, gedib başıma bəla gətirdi. Aylın səssizcə baxa qalmışdı, anası haqliymış bunun üzünü kimsə görməsin deyərdi həmişə sağlığında. Allah bilir yazıq anasınada nə haqsız sozlər demişdi bura qonaq gəldiklərində. Aylın – Sənubərə: bağışlayın xala, dayım sizi dinləmədiyi kimi mənədə qulaq asmadı zorla gətirdi məni bura. İnanın ki gəlib sizi narahat etmək istəməzdim, çox üzgünəm – peşmanam gəldiyimə. Sənubəri elə bil ilan vurdu, – Kamilə: bax indidən qabağıma söz qaytarir, gördünmü oglum? haqlı olduğum sübut olundumu? al sənə Həsən bravo, bu vaxtdı paltarını dəyişib dayısı gəldi. Aylının ayaq üstə arvadıyla üz -üzə dayndığını görüb – Aylına: sən hələ burdasanmı qızım? keç yuxarı otagına üstünü dəyiş yol yorğunuyuq. Cantalarını qaldırmağa Kamil yardım etsin, otağına çantalarını qoy gəl bura gözləyirəm. Aylın – dayısına: xalamla salamlaşırdıq dayı, arxada dayanmış – Kamilə: çantalarımı mən apararam otağıma zəhmət çəkmə, çox sağol bura qədər əziyyət verdik sənə. Kamil – Aylina: nə zəhmətidir? mən apararam sən buyur keç. Aylin bilmirdi ki hansı otaqdı ona ayrılan və, hara getməli idi? birinCi dəfə idi bu evdə olduğu. Sənubər – Kamilə: oğlum onun otağı Ramizin otağının yanındakıdır, sənə bir daha zəhmət olsada apar göstər xanıma hazırlatmışam otağını. Kamıl – Aylına: bu tərəfə buyurun, qarşıdan özü getdi ki ardınca Aylın gəlsin, evi tanımadan çəkindiyi üzündən bəlli idi. Kamil Ramizin yanına gəlib – gedirdi, tanıyırdı hansı otağı işarə edirdi arvad. Aylında kefsiz – yorğun – biçarə ardınca getdi Kamilin.

Deyilən otağın qarşısına çatıb çantaları yerə qoydu, qapını açdı. Çantaları götürüb otağa öndən girdi, – Aylına: bu da sənin otağın demək istəyirdi, sözü ağzında yarımçıq qaldı, pərt oldu. Çantaları yerə qoyub baxdı otağa. Aylında gəldi ardınca dayandı yanında, otaqda bir yataq çarpayısı vardı və, paltarlarını asmaqçün heçnə yox idi. Birdə balaca masa və stul vardı. Kamil öz – ozünə: anlamadım bu nə deməkdir? Aylın baxıb anladı arvad nəyə görə heçnə qoymamışdır otaqda, heç şaşırmadı. Kamil ətrafa baxıb – Aylına: paltarını hara asaçaqsan bəs? Aylın keçib əyləşdi çarpayıda yorğun idi çox, – Kamilə: narahat olamayın siz. Hər şeyə görə təşəkkür edirəm sizədə zəhmət oldu, Kamilin fikri hələdə otağın boş olmağında idi. Kamil – Aylına: nə zəhməti? xoşdur deyərdim, ancaq təssüflər olsun ki deyə bacarmıram. Sənubərin səsi gəldi – Aylına: bəyəndinmi otağını? Aylın ayağa qalxdı. Qapının açıq olduğundan gəldiyini duymamışdılar. Aylın özünü sındırmadan – arvada: hə çox sağolun bəyəndim, Sənubər göz – qaşını oynadaraq təhtidlə danışdı. Anlamadım bəyənməmək fikrində vardimı? Aylın yavaş səslə – arvada: yox hər şey çox gözəl olmuş, çox sağol zəhmət olmuş sizədə. Kamil nə deyəcəyini bilmirdi, Aylının çıxılmaz vəziyyətdə qaldığına çox üzülürdü. Sənubər yenədə təhtidlə danışmağa başladı, – Aylınla: qulaq as mənə diqqətə, mənimlə danışdıqda səsini ucaltmadan danış. Yan tərəfdəki oğlumun otağıdır, səs etmirsən anladınmı? oğlum gec oyanır yuxudan, onu narahat edəcək bir şey etmirsən buralarda səs edərək. Sən duydunmu məni? beləcədə əlini – qolunu sallayaraq boş durmaq yoxdur burda. Ev işlərində xadimələrə kömək edəcəksən, anladınmı dediklərimi? Aylın yavaş səslə – arvada: anladım xala. Dərindən nəfəs alıb kənara baxıb düşündü, dayısına hardan bu ilan ucah olmuşdur. Kamil daha dözə bilmədı arvadın qızı açılamasına, – arvada: mən gedim Sənubər xala. Arvad o saniyədə zəhər daman dilini dəyişərək, – Kamilə: hara gedirsən oğlum? dayan sənə qəşəng çay hazırladım. Aylın baxıb düşünürdü, «insanlar bir anda necə üz – sifət – dil dəyişə bilirlər?» Kamil – arvada: başqa vaxtda qalsın çox təşəkkür edirəm Sənubər xala. Sənubərdə Kamillə çıxdı otaqdan, – Kamilə: gəl oğlum görürsənmi mənim başıma gələnləri? deyinə – deyinə arvad otaqdan çıxdı. Kamildə ardınca otaqdan çıxarkən, Aylına dönüb baxdığında bi ixtiyar ürəyi sızladı. Aylın elə peşman görünürdü ki, sözlə ifadəsi qeyri mümkün idi. Arvad gözlədi Kamil çıxan kimi, otağın qapisni bərkdən çırpdı acıqla, Aylın dərindən nəfəs alaraq çarpayıya əyləşdi. Əlləri ilə başını tutub öz – özünə: mən niyə gəldim bura? Allahım sən mənə səbir ver, dərdinin üstünə dərt gəlirdi düşündükcə. Arvadın belə kobut rəfdarı, dahada gününü qara edəcəkdi bunuda yaxşı bilirdi.

Sənubər Aylının ardınca deyinə – deyinə gəldi, – Kimilə: oğlum mən indi sənə qəşəng bir çay hazırlayım getmə. Kamil kefsiz idi Aylını belə sifətlə qarşılamasından, – arvada: Sənubər xala mən gedim işə çatmalıyam, başqa vaxt içərik. Həsən gəldi, – Kamilə: işinmi var oğlum? – dayısına: yeni iş üzərində çalışmalıyam, atam məni gözləyir getməliyəm. Həsən – Kamilə: o zaman söz ver ki başqa günü gələcəksən vaxt tapıb, səninlə oturub yaxından tanış olarıq, danışdıqmı? görnüşündən hiss olunur mədəni ailədə böyümüsən. Mən xoşlayıram sənin kimi hörmət sevən uşaqları. Kamil yaxınlaşıb əl tutub sağollaşdı, – dayısına: söz verirəm sizində evdə olduğunuz bir günü gələrəm oturarıq Həsən dayı, mənədə cox xoş oldu sizinlə tanışmağım. Kamil – arvada: sağolun Sənubər xala getdi, arvad Kamilin ardınca baxıb öz – özünə: bax əvvəlindən tərbiyə almış uşaq bilinir. Əri – arvadına: nə demək istəyirsən? oğlunun tərbiyəsi ilə məşğul olan sənsən, mən deyiləm. Əlbətddə indi başqalarının uşaqlarına baxıb həsrət aparacaqsan, oğlun demişgən oğlun hardadır? kecib divanda əyləşdi baxdı arvadına sual dolu baxışla. Sən bilməmiş olmassan harda olduğunu, elə deyilmi? – ərinə: evində otursaydın – maraqlansaydın, bilərdin hardadir oğlun. Sən gedib başqalarının dərdini çək öz evladını unudub, sonrada məndən soruş hardadır deyə. Əri əsəbəşdi – arvadına: bəsdir dedim sənə yum ağzını, oğlanın yanında demədim, indi isə qulaqlarını aç məni yaxşı dinlə. O qız bundan sonra bu evin evladıdır, axlına sox bunu birdəfəlik təkrarlamağa məcbur qoyma məni. Sən qəbul etsəndə – etməsəndə, o qız burda qalacaq anladınmı? anladın məncədə. Çatan kimi sənin qıza etdiyin dır – dırını duymadım sanma, o ağzına yiyəlik etdə, bir daha qulaqlarım duymasın acı sözlərini. Oğlunlada axşam eve gəldiyimdə çox ciddi danışacam. Bundan sonra qaçış yoxdur nə sənə – nədə oğluna, anladınmı? sən boş buraxıb qudurtmusan onu bu qədər. Sən pozursan onun tərbiyəsini uşaqdır toxunma deyərək, o arada zəng gədi ev telefonuna. Arvad tez gedib telefona cavab verdi, alo salam Rəşid sənsənmi? biraz qulaq asıb, bəli gəlib evədədir, tamam çatdıraram sağol. Əsəblə telefonu yerinə qoyub gəldi ərinin qarşısında dayandı, Rəşid səni soruşdu iş yerində önəmli imzalanası dokumentlər var dedi. Neçə günlərdi evdən cıxdığın iş yerindən səni axtarırlar – soruşurlar, sən məndən oğlunu soruşunca işinlə evində oturub maraqlanardın. Əri ayağa qalxdı, əsəblə – arvadına: sənin dilindən zəhər yağır zəhər. Biraz o dilinə sahib çıxsan yaxşı olar mərəfətsiz, əsəblə getdi Aylının otağına.

Dayısı otağa çatıb qapını döydü, Aylın gəlib qapını açdığında dayısını görüb, içərini görməsin – əsəbləşməsin deyə, qapının ortasında dayandı. Dayısı – Aylına: yatırdınmı qızım? Aylın yalandan gözünü ovdu, yuxuya getmişdim yol yorğunuqdandır yəqin. Bağışla qızım oyatdım səni, – dayısına: eybi yox dayı narahat olma sən. Qızım məni iş yerindən çagırdılar getməliyəm indi işə, işdən döndüyümdə səninlə söhbət edərik, danışdıqmı? nə lazım olsa mənə zəng et, yada Məliyə de. Mənim arvadımın dili çox zəhərlidir ona fikir vermə, danışdıqmı? – dayısına: danışdıq dayı, ürəyın məndə qalmasın rahat get işinə uğurlar olsun. Dayısı üzündən öpüb – Aylına: axşama görüşərik qızım, getdi. Aylın dərindən nəfəs alıb öz – özünə: görüşərik dayı, qapını örtüb gəlib yatağında əyləşib üzgün baxışlarla baxdı.

Əri çantasını götürüb evdən çıxırdı arvadi deyindi ardınca, – ərinə: mənim dilimi sən belə acı – zəhərli etmisən, öz dediyini edərək ömrün boyunca. Əri cavab vermədən getdi, bu birinci deyildi arvadı acılayırdı onu. «Bəzi qadınlar ərlərinin qədirlərini bilmirlər, nə qədər işləyib hər şeyləri ilə təmin etsələrdə, yenədə az olur elələriçün. Buda olardan biridir və, olardan fərqli olaraq gərçəkdən qəddarlığının həddi – hüdudu yox idi arvadının». Sənubər ilan vurmuş kimi əsəblə keçib əyləşdi divanda. Aylının gəlməsinə dahada əsəb olmuşdu, öz – özünə: sən məni bu evdə saymırsan Həsən, sayma görərik kim deyən olacaq, sonunda min peşman edəcəm sənidə o ölüb dərinə getmiş bacın kimi.


Həsən iş yerinə gəldi, katibəsi Leyla yaxınlaşıb Həsən bəy xoş gəldiniz, – Leylaya: xoş günün olsun Leyla xanım, işlər mənsiz biraz yüklənmiş deyəsən. Leyla əlindəki kağizlara baxıb – Həsənə: bəli Həsən bəy, işlərimizdə bəzi çətinliklər yaranmış siz olmayan günlərdə. Həsən – Leylaya: sən Rəşidə bildir gəldiyimi gəlsin iş otağıma, – Həsənə: bu dəqiqə Həsən bəy, getdi. Həsən iş otağına gəlib, çantasını masaya qoyub yerinə keçib əyləşdi, arvadının hərəkətləri çox sıxırdı onu. Qapı döyüldü içəri dostu Rəşid girdi gülümsəyərək, – Həsənə: xoş gəldin mənim əziz dostum. Həsən ayağa qalxdıb dostuyla qucaqlaşıb görüşdülər. Həsən- Rəşidə: xoş günün olsun dostum, necəsən? bilirəm mənsiz İşlər qalmış başında. Rəşid – Həsənə: sən işləri boş ver, de görüm qızı gətirə bildinmi? Həsənın yaralı yerinə toxundu dostu soruşmağı ilə. Əyləş anlatacam hər şeyi, dostu keçib əyləşdi və anladı bir tərslik olduğunu üzündən. Həsəndə yerinə əyləşib telefonun düyməsini basaraq – katibəsinə: bizə iki qəhvə gətir Leyla xanım, dərindən nəfəs alıb dostuna baxdı. Gətirdim dostum gətirməyinə, sağolsun qizim mənim sözümdən cıxmadı, ancaq arvadımın xasiyyətinidə bilirsən ağzı dayanan deyil, getdiyimdə qızı gətirmə deyə mənimlə çox dava etdi. İndi isə başladı qızı acılamağa çatan kimi, duymadım nə dediyini, ancaq ilan kimi sancdığını hiss etdim. Mən bacımın bircəcik yadigarını orda tək qoya bilmərəm, o istəməsədə. Dostu dərındən nəfəs alıb – Həsənə: əsas odur ki gəldi qız bura yanındadır, artıq gözünün önündə olacaq üzülmə sən, qalanı yavaş – yavaş düzələcək inşallah. Yazıq qız düşmən deyil ki yoldaşına? sonunda anlayarcaq, qəbul edib sevəcək öz qızı kimi görcəksən. Həsən – Rəşidə: bilmirəm Rəşid bilmirəm, qızı dəli etməsə yaxşıdi evdə mən olmadıqda. Qapı döyüldü, içəri əlində sinidə iki qəhvə fincanları ilə Leyla girdi, qəhvələri gətirib masanın üstə qoyub – Həsənə: başqa əmriniz varmı Həsən bəy. Həsən – katibəyə: təşkkür edirəm yoxdur hələki çıxa bilərsiz, Leyla – olara: nuş olsun, otaqdan çixib getdi. Rəşidlə qəhvələrini götürüb söhbətə davam etdilər, – Rəşidə: bu gün mənim oğlumun məni qarşılamağa vaxtı olmamış. Atasının qarşısına dostunu göndərmiş ki qarşılasın bizi, sağolsun oğlan gəldi qarşıladı. Başqa uşaqların necə mərəfətli – qanacaqlı olduğunu gördüyümdə, paxıllığım tutur bi ixtiyar. Hansından danışım? dərt bir deyil dostum bilmirəm, dönə – dönə tapşırmışdım gəlsin qarşılasın bizi. Düşünürdüm bəlkə qızında ürəyi açılardı qarşısına dayısı oglunun gəldiyin görsəydi, tanış olardılar bir yaşıtdırlar. Dayısı arvadından xoş kəlmə eşıtmədi yazıq qız çatan kimi, o evdə olsaydı anasına icazə verməzdi qızı sancsın. Oğlum avara olsada, ürəyi yumşaqdır anasına bənzəməyib o cəhətddən çox şükür. Arvadım oğlanı pis tərbiyələndirib, elə düşünür mən bilmirəm o içib gəldiyində gizlıtdiyini. Bəzi qarışdırdıqlarının üstünü ört – basdır etdiyindəndə guya bi xəbərəm, elə düşünür öz aləmində. Rəşid güldü, – Həsənə: ay dostum bizdə cavan olmuşuq, unutdunmu etdiklərimizi? bizim analarımızda bizi qoruyardılar atalarımızdan. Həsən gülümsəyərək, hə yadımdadır bir dəfə səninlə dışarda yatmışdıq heç unutmaram. Rəşid güldü ürəkdən xatırlayıb, – Həsənə: havada necə soyuq idi o gecə. Dışarda bir – birimizə qısılıb yatmışdıq pişik balaları kimi, səhəri çox çətin açdıq ən uzun gecəmiz olmuşdu. Bax üzülmə deyirsən oğlunun gözəl xasiyyəti var, inanıram qızla mehriban olacaqlar tək xanımın onu istəməsədə. Qızı çox incidərsə gəlsin bizdə yaşasın, mənim qızımda evdə təkdir bilirsən. Həsən – Rəşidə: çox sağol dostum mən hələ ölməmişəm, o evdə mənim sözüm keçir arvad xoşlamasada, xoşu deyil getsin başqa yerdə yaşasın özü. Qız bizimlə yaşayacaq vəssəlam, telefonuna zeng gəldi götürüb baxdı, – dostuna: adını çək dostum zəngi gəlsin. Dostu anladı arvadı idi zəng edən, qəhvəsini içərək gülümsədi. Həsən telefona cavab verdi alo buyur xanım, heç axlıma gəlməzdı belə tez darıxacaqsan mənimçün. Biraz qulaq asıb, nə ad günü? evə qızı gətirmişəm beş dəqiqə vaxt tapmadım sohbət etməyə, indi durum ad günlərimi gəzim səninlə? arvadının telefondan bağıran səsi eşidildi. Həsən telefonu qulağından kənara tutub baxdı dostuna. Rəşid işare etdi ki getməyə razı olsun, əkis halda evdə qızın üstünə tökəcək azarını. Həsən əsəblə baxaraq telefonu qulağına yaxınlaşdırıb cavab verdi, tamam bağırma gələcəm. Birlikdə gederik möhtərəm qiymətli rəfiqənin ad gununə, başqaları candır səninçün özünkünü düşmən görsəndə, telefonu söndürüb masanın üstünə əsəblə qoydub başını narazılıqla sirkələdi. Kimin əlində qalmışam mən? heyif deyildimi o soyuq gecədə dışarda yatdığımız günlər – gecələr? bilsəydim gələcəyim – ömrüm beləsiylə çürüyəcək, heç evlənməzdim. Rəşid dostunun halını yaxşı anlayırdı, çox üzülürdü olanlara görə.


Kamil evə gəlib kefsiz öz otağına getdi, anası oğlunun gəldiyini görüb səslədi, Kamil oğlum gəldinmi? Kamil otağına getmişdi anasını duymadı, anası gəlib qapını döyüb içəri girdi. Kamilin kefsiz olduğunu görüb, xeyirdi oğlum? nə olub üzgün görünürsən, Kamil demək istəmədi olanları anasına. Anası oğlunun xasiyyətini bilirdi, ciddi bir şey olmasaydı oğlu belə kefsiz olmazdı. Kamil çarpayısında əyləşdi, anasıda gəlib oğlunun yanında əyləşdi. Oğlunun saçlarını sığalayıb mehribanlıqla, kim üzmüş mənim yaraşıqlı oğlumu? Kamil dərindən nəfəs alib – anasına: bu gün Ramiz məndən xayiş etdi ki, atasıyla başqa şəhərdən gələcək bibisi qızını qarşılayım. Anası gülümsəyərək, unutdunmu oları qarşılamağa? ona görəmi üzgünsən oğlum? – anasına: yox unutmadım qarşıladım, gəldilər evlərinə çatdırdım. Ancaq anlaya bilmirəm o günahsız qızın günahı nə idi? çatan kimi yazığı açıladı dayısı arvadı. Yazıq ata – anasını itirmiş yol qəzasında, indidə nənəsi rəhmətə getmiş tək qalmış, orda artıq doğmalarından kimsəsi yoxmuş. Sənubər xala ürək – dirək vermək əvəzinə qızı elə acıladı ki, qapıdan girər – girməz. Hələ bir ona hazırlayan otağı görsən, dəridnən nəfəs aldı danışmağada çətinlik çəkirdi. Ana çarpayıdan başqa heçnə yoxdur otaqda anlayırsanmı? paltarını asmağa belə yer yoxdur, bom – boş otaq hazırlamış vijdansız. O qız orda necə yaşayacaq ana? anası oğlunun könlünü almağa çalışdı, üzülmə oğlum tək deyil qız orda dayısı var, inanıram ki qoymaz onun xətrinə dəysin kimsə. Bax Ramiz yaxşı oğlandır, oda qıza göz – qulaq olar tək qoymazsınız. Səndə qızın yanında olarsan, vaxdın olanda şəhərə çıxararsan gəzməyə onunla, bizədə gətirərsən bacınla – bizimlə taniş olar başı qarışar. Sən üzülmə oğlum hər şey yaxşı olaçaq, tamammı? hər şey bu həyatda birdən yoluna düşərək düzəlmir təssüflər olsun, bəzən uzun zaman gərəkir nələrəsə layiq olmağımızçün. Allahımız səbir tələb edir bizlərdən, bir – birimizə dayaq olaraq insan olduğumuzu unutmamağımızçün, bəzəndə çətin sınaqlara çəkir bizləri. Kamil anasıni qucaqladı, hər kəsin anası sənin kimi anlayışlı olsaydı dünya cənnət olardı. Anasıda oğlunun üzündən öpüb saçlarını oxşadı, mənim kövrək ürəkli balam, gözümün ağı – qarası yaraşıqlı oğlum. Bütün anaların evladlarıda sənın kimi qanacaqlı – hörmətli olsaydılar, dünya gərçəkdən cənnət olardı. Çox təssüflər olsun ki insanlara başqa – başqa ürəklər verilmiş, sən üzülmə qalx yemək vaxtıdır oğlum. Kamil ayağa qalxdı və, mehribanlıqla anasına ayağa qalxmağa yardım etdi qolundan tutub. Anası oğluna verdiyi tərbiyələrini düzgün qavrayaraq hörmətçil – qayğıkeş olduğunu gördüyündə, hər dəfə qürur duyurdu. Oğluna baxıb gülümsədi, – anasına: yaxşı ki varsan canım anam, – Kamilə: hər şey yaxşı olacaq oğlum görəcəksən. Mən hər zaman yanındayam, indi isə gedək yeməyimizi yeyək. Kamil qolunu anasının boynuna salaraq, otaqdan çıxdılar mehriban davranışla.


Məlik içəri gəldi əlində məktubla, – arvada: xanım sizə məktub var, arvad divanda oturmuşdu üzündən zəhər yağırdı. Kobut davranışla – danışıqla – Məliyə: gətir nə durursan orada? Məlik gətirib məktubu arvada verib getmək istəyirdi, arvad səsldi. Çıx yuxarı təzə gələn başımın bəlasını bura çagır. Məlık anladı kimi deyirdi tez getdi, piləkənlərlə yuxarı çıxaraq tələsik addımlarla catıb qapını döydü. Aylin gəlib qapını açdı, – Aylına: bağışla qızım narahat etdim səni, xanım yanına çagırır. Məlik əlini uzatdı – Aylına: bayaq imkan olmadı qızım səninlə görüşməyə, adım Məlikdir, bir daha xoş gəldin səni gördüyümə çox sevindim. Uzun illərdir bu evdə çalışiram, dayına və ailəsinə sadiq biriyəm. Aylin Məliyin əlini sıxaraq, məndə şad oldum sizi görməyimə Məlik dayı. Sağlığında anam sizdən bəhs edərdi, çox hörmətçil insan olduğunuzu deyərdi. Kişinin gözləri doldu, – Aylına: sənin adını demışdı mənə rəhmətlik anan unutmadım. Qızıma Aylın adı verdim ki, adının mənası kimi həyatını işıqlı – parlaqlıqlı yaşamasını arzu etdim demişdi. Səni çox istəyirdi anan, məkanları cənnətlik olsun qəbirləri nurla dolsun inşallah, bir namərd səbəb olub həyatdan tez getdilər yazıqlar. Aylin ağlamamaqçün zorla saxlayırdı özünü, Allah olardan kəsən ömürlərini sənin ömrünə calasın qızım. Aylın – Məliyə: mənə oların ömürləri lazım deyil Məlik dayı, hər kəs verilən ömrünü yaşasaydı haqsızlıq olmazdı dünyada bu qədər. Məlik gözlərinin yaşını sildi, – Aylına: düz deyirsən qızım səninlə bu fikirdə razıyam, çox haqsızlıqlar edir bəzən bizlərə qarşı zalım fələk. Qismətimizdir qaçılmazdır deyib, vaxtsız dözülməz dərtlərlə düçar edir. Aylın qarşısında yaşlı insanın ağlamasını istəmirdi, – Məliyə: anam yanılmadı mənə Aylın adını qoymasında. Bir bilsə həyatım necə işıqlı – parlaqlı oldu oların ölümündən sonra, dərindən nəfəs alıb baxdı Məliyə. Aylın gördü kişinin əlləri əsir, tez söhbəti dəyişdi, bilmirsənmi xanım nəyçün çağırır məni? heç onunla üzləşmək istəmirəm. Məlik əsən əlləriylə gözlərinin yaşını silib – Aylına: bilmirəm qızım demədi səbəbini. Sənə kobutluqmu etdi gələn kimi? dayının xətrınə döz bir təhər yola ver qızım. Mən uzun illərdi burda çalışıram və, tək məni bu evə bağlayan Ramizin varlığıdır. Əlbəddə sözsüz birdə dayının mənə qarşı insan davranışıdır. Aylın dərindən nəfəs alaraq – Məliyə: indi burda olmağımın səbəbi elə dayıma görədir Məlik dayı. Oğlunu tanımıram görmədim heç, yəqin xanım kimi oda üstən aşağı baxandı bizim kimilərinə. Məlik – Aylına: yox – yox qızım Ramiz başqadır, gördüyündə sevəcəksən onun gözəl ürəyni. Aylın – Məliyə: o hələ kəsilməmiş qarpızdır gördüyümüzdə qiymətləndirərik, ancaq bunu deyim mən səni çox sevdim Məlik dayı. Məlik – Aylına: sağol qızım mənimçündə evlad sayılırsan, bundan sonra nə lazım olsa mənə de çəkinmə, tamammı? arvadın səsi gəldi bağıran. Nə oldu Məlik hansı cəhənnəmdəsiniz? harda qaldınız. Aylın – Məliyə: gedək Məlik dayı mən səbəb olub xanım sənidə acılmasın.

İkisidə aşağı gəldilər, arvadın qarşısına çatıb dayanıb gözlədilər nə deyəcəyini. Arvad əlindəki məktubla özünü yelləyərək, kobutca – Məliyə: bunu evdə görüləcək işlərlə tanış et. Həyətdə sənə kömək etsin nə iş görsən yanında olsun, indidən işə başını qatsın ki, sonra ipini çəkməyə rahat olsun. Aylın baxıb düşünürdü, “ bu qadın insan üzündə dünyaya gəlmiş şeytan idi sanki, özündən başqasını adam yerinə qoymurdu, mərhəmət yoxdu ürəyində». Bura istirahətə gəlmədiyini anlasın vaxtında, Məlik başını aşağı salaraq yavaş səslə – arvada: xanım bunu Həsən bəy görsə – duysa mənə acıqlanar. Arvad kişinin üstunə yüksək səslə bağırdı, sənə dediyimi et cəhənnəmə acıqlansın, anladınmı? sənə nə deyirəm qabağıma söz qaytarmadan yerinə yetir. Anlamıram yoxsa səndə məni öyrətməyəmi çalışırsan? kişi yavaş səslə – arvada: yox xanım əstəfrüllah. Arvad bağırdı kişinin üstünə, o zaman dediklərimi et cavab qaytarmadan. Aylın gördü ki arvad özünə görə yazıq kişini acılayır, böyük – kiçik qanmır mədəniyyət yoxdur, özünü zor tutdu arvada cavab qaytarmamaqçün. Aylın – kişiyə: Məlik dayi sən məni görüləcək işlərlə tanış et, mən sevirəm iş görməyi. Narahat olma dayım heç bir söz deməz sənə, birdə sənin kimi gözəl ürəkli insanın yanında çalışmağımla qürur duyaram. İnana vaxtımızda gözəl keçər, gedək tanış et işlərlə məni. Yazıq kişinin kövrəldiyini görüb mehribanlıqla qolundan tutdu, gedək Məlik dayı baxcanı göstər mənə. Kişi könülsüz halda – Aylına: buyur qızım. Aylın gedərkən arvada tərs – tərs baxaraq Məliklə getdi həyətə, oturduğu yerdən ardlarınca deyindi öz -özünə: yüksək səslə bağıraraq. Bunun dayısı istəməzmiş, acılayarmış, mən dayısınıda o gətirdiyinidə peşman etməssəm, adım Sənubər olmasın. Masanın üstə məktubu atıb əsəblə ayağa qalxıb bağırdı! – xadiməyə: hansı cəhənnəmdəsən otağıma qəhvə gətir, üzünü turşudub getdi ilan vurmuş kimi otağına.

Yaş sınırı:
18+
Litres'teki yayın tarihi:
11 ağustos 2021
Hacim:
451 s. 2 illüstrasyon
ISBN:
9785005517289
İndirme biçimi:
Metin
Ortalama puan 5, 2 oylamaya göre
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 1, 1 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 5, 2 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre