Kitabı oku: «Günahsız günahkar. Roman. Hissə – 3», sayfa 4

Yazı tipi:

Qapını örtüb Sərdara baxdı əsəblə, Sərdar öpücük göndərib gülümsəyərək, maşının qazına basaraq, əl yelləyərək getdi. Aylın Dilqəmin qarşısında utandı. Ramizi özünə çox yaxın hesab edirdi, ondan gizlin söhbəti sirri yox idi. Dilqəm əli ilə Aylına salam işarəsi etdi, Ramiz Aylına tərəf gəldi. Aylın – Ramizə: bir neçə işim vardı oları həll etdim. Ramiz – Aylına: görürəm canım deməyə gərək yoxdur, həll edirsiniz o tiplə birgə işinizi. Aylın bilirdi Ramizin Sərdarı sevmədiyini, dərindən nəfəs alıb – Ramizə: bax birdənəm bilirəm sən. Ramiz Aylının sözünü bitirməyə imkan vermədi – Aylına: sən heçnəyi bilmirsən canım, heçnəyi bilmirsən, anladınmı? getdi əsəbləşib. Aylın anlamadı Ramizin nə dediyini, Dilqəmə baxdı. Dilqəm Ramizin ardınca getdi evə tərəf. Aylının axlına başqa heçnə gəlmirdi, əlinin üstüylə burnunu silib getdi evə tərəf.

Ramiz Dilqəmlə öz otağına gəldi, əynindən gödəkçəsini çıxarıb atdı kənara əsəblə. Dilqəm – Ramizə: qardaşım bu halınla hər şeyi aydın edəcəksən Aylına. Ramiz keçib əyləşib – Dilqəmə: gördünmü? mən görüm deyə öpdü o… Aylını. Mənə acığa qəstdən bilərəkdən öpdü, qapı döyüldü içəri Aylın girdi. Ramiz əllərinin barmaqlarını bir – bir sıxarq çıqqıldatdı, baxdı içəri girən Aylına. Aylın – Dilqəmə: nə olub Ramizə? bu gün axşama kimi onunla sən olmusan, nədir onu belə əsəbləşdirən? Dilqəm qaldı bir söz deyə bilməyib ortalıqda. Ramiz – Aylına: canım mən o tipi gördüyümdə əsəbləşirəm, anlayırsanmı? – Ramizə: anlayıram birdənəm, ancaq bilmirəm sizinlə nə edim mən. Bir – birinizi görən gözünüz yoxdur, düşmən kimi baxırsınız qarşılaşdığınızda. Sabah birlikdə çalışacaqsınız, nə olacaq sizin halınız? imkan olsa bir – birinizi yeyərsiniz vallahi. Ramiz – Aylına: bir – birini yeyənlər görünür kimlərdir, maşında yeməsənizdə bir şey qalmamadı. Aylın xəcalət çəkdi Diləqmin qarşısında utandı, Dilqəm başını qaşıyaraq kənara baxdı. Aylın yavaş səslə öz – özünə: axx Səradar sənin mən, sözünün axırını demədən çıxdı otaqdan.

Dilqəm gəlib əyləşdi Ramizin yanında – Ramizə: qızı mənim qardaşım utandırmasaydın. Sən özündə gördün o bilərəkdən çəkdi öpdü Aylını zorla. Ramiz əsəbləşdi, onun öpən mən … … … söydü Sərdarı. Anlamıram bu tip hardan peyda oldu bizim həyatımıza? – Ramizə: qardaşım Aylınında ona könlü var, görmüsənmi? niyə vaxtında ürəyini açmamısan qıza? İndi günahsız yerdə danlayırsan yazığı. Ramiz cibindən siqaret qutusunu çıxardı, siqaret götürüb qoydu dodaqlarına. Alışqanı axtardı ciblərindən tapmadı, əsəbləşdi ağzındakı siqareti atdı kənara. Dilqəm dərindən nəfəs alıb Ramizin halına üzülürdü. Qalxıb yerə atdığı pencəyinin cibindən alışqanı tapıb gətirib uzatdı, – Ramizə: qardaşım bir qərara gəl belə olmaz. Axlımda bir fikir var, bununla onu Aylından ayıra bilərik çətində olsa. Ramiz alışqanı götürüb – Dilqəmə: mənə uyar qardaşım sən fikrini de, razıyam mən hər şeyə, nəyin bahasınada olsa o tipi Aylından ayırmalıyam.

Bir ay keçdi birlikdə şirkət açmışdılar artıq çalışırdılar. Ramizlə Aylın eyni otaqda çalışırdılar, atasıyla Sərdar başqa bir otaqda çalışırdılar, Dilqəmdə menidjer kimi çalışırdı şirkətdə. Vəfada katibə kimi çalışırdı, Vəfaya yardım edirdilər bilmədiyi işlərdə, 10 – na yaxında işçilərdə vardı çalışan. Aylın otaqdan çıxıb gəldi Sərdar gilin yanına, qapını döyüb içəri keçdi – olara: uğurlu çalışmalar yoldaş rəyis. Rəyis gülümsəyib, – Aylına: sənədə qızım, Sərdar çox əsəbi idi Ramizlə Aylının bir otaqda çalışmalarına. Bunu atasıda bilirdi, ancaq işdə söz – söhbət etməməsini xayiş etmişdi oğlundan.

Sərdar baxmadı Aylına kampyuterdə nə isə işlə məşğul idi, – Aylına: əyləşsənə qızım. Aylında bilirdi Sərdarın Ramizi sevmədiyini, ancaq susmağı üstün tuturdu, keçib əyləşdi, – rəyisə: yoldaş rəyis sizdən bir xayişim olacaq. Rəyis gözündəki eynəyi çıxarıb baxdı, – Aylına: buyur qızım, – rəyisə: bilirəm yeni açdıq şirkətimizi, hələki tanınmadıq başqa şirkətlər qədər. Rəyis anladı ki Aylın sözünü deməyə çətinlik çəkir, – Aylına: qızım əsas məsələyə keç çəkinmə. Aylın boynunu qaşıyıb, o zaman deyim sözümü, fikirləşirəm işçilərimizdə səhərdən axşama qədər masa arxasında çalışırlar, olarçündə oturmağa normal kreslolar alsaq pis olmazdı. Sərdarın gözü kampyuterdə olsada, qulağı Aylında idi, Aylına baxıb başını narazılıqla sirkələdi, bütün pullarını şirkətə qoymuşdular iş yerini acmaqçün. Rəyis dərindən nəfəs alıb – Aylına: qızım bilirəm sənin ürəyini mən, hər kəsə acıyan – üzülənsən. Ancaq inidi buna imkanımız yoxdur bilirsən, daha sonra söz verirəm heç bir işçi qalmayacaq kreslosuz. Aylın – rəyisə: anladım sizi, düzdür indi vardır biraz çətinliklərimiz, ümid edirəm bütün çətinliklərimiz aradan qaldırılacaqlar tezliklə.

Sözünü Sərdara tərəf baxıb dedi ki, Sərdar anlasın özünün nə mənada dediyini. Ramizlə aralarındakı dava – şavalarına son qoysunlar deyə qandırırdı, rəyisdə anladı Aylının nə demək istədiyini. Rəyis – Aylına: inşallah qızım, inşallah dediyin kimi olar – oğluna: elə diyilmi oğlum? amin deməyəcəksənmi? Sərdar cavab vermədi. Aylın ayağa qalxıb – rəyisə: görüləsi çox işimiz var sizidə işinizdən etməyim, otaqdan çıxdı.

Atası – Sərdara: oğlum bu nə hərəkət idi etdiyin? niyə qızın ürəyini qırırsınız siz? Uşaqlıq etməyin yetər. Sərdar – atasına: siz deyərkən ata? mən işimlə məşğulam burda icazə versəniz. Vallahidə mən çox yoruldum artıq, qalxıb əsəblə otaqdan çıxdı. Aatası gözünə eynəyini taxıb oğlunun – ardınca: baxacam o qapı çırpıb getməklə qalan işinidə həll edə biləcəksənmi oğlum.

Aylın Diləqəmə yaxınlaşdı, Dilqəm öz masasında işiylə məşğul idi. Aylın əllərini Dilqəmin çiyinlərinə qoyub arxadan qulağına pıçıldadı, – Dilqəmə: mən biraz vaxtlığa çıxıram idarə et. Diləqəm dönüb soruşmaq istəyidi hara gedirsən? Aylın getdi gözləmədi cavab verəcəyini. Dilqəm tez Ramizə mesaj atdı ki, Aylın getdi.

Aylının valideyinlərindən qalmış bankda pulları var idi. Aylın banka gəlib işçi qızla söhbət edirdi, qız – Aylına: sizi anladım xanım bir dəqiqə mən öyrənim gəlirəm, qalxıb getdi. Aylın əyləşib gözləyirdi qızı, telefonuna mesaj gəldi Ramizdən – Aylına: (hardasan sən?) Aylın cavab yazdı – Ramizə: (bankdayam birazdan gələcəm mesajı yolladı Ramizə) cavab gəldi az vaxtda (demədən getmisən) Aylın cavab yazdı (imkan olmadı anlataram döndüyümdə). Ramizdən cavab gəlmədi, Aylın telefonu cibinə qoydu. Qızda qayıdıb əyləşdi yerinə – Aylına: Aylın xanım sizə xoş xəbərim var, valideyinlərinizdən qalan pulu ancaq siz ala bilərsiniz. Bilirsiniz biraz gözləməli olacaqsınız lazım olan kağızları hazırlayınca, – qıza: nə qədər vaxt çəkər? saatına baxdı. Qız Aylının tələsdiyini anladı – Aylına: dəqiq bilmirəm, o zaman belə edəyin, işiniz varsa siz telefon nömrənizi qoyun mənə, hazır olduğunda mən sizə bildirərəm gələrsiniz. Aylın – qıza: bu dahada yaxşı oldu, çox sağolun tələsirdim gərçəkdəndə, telefon nömrəsini yazıb verdi qıza. Aylın ayağa qalxıb təşəkkür edib getdi, bankdan çıxdığında qapıda adamlarla rastlaşdı. Qapını açan orta yaşlı kişi Aylına əliylə işarə etdi ki gözəsin, Aylın arxadan gələn 50 – 60 yaş arası bir kişini gördü, dayandı. Görünür varlı biri idi və gözətçiləridə vardı ətrafında. Aylın biraz geri çəkilib dayandı ki keçsinlər, gəlib keçib getdilər yanından. Aylın qapıdan çıxarkən nədənsə dönüb baxmaq istədi, ancaq baxmadı çıxdı qapıdan getdi.

Axşam olurdu işdən çıxası vaxta az qalırdı, Aylın oturmşdu fikirli idi. Ramiz gəldi otağa, Aylının fikirli olduğunu görüb – Aylına: nə olub canım? – Ramizə: işdən çıxmağımıza nə qədər qalıb? Ramiz saatına baxıb, 17 dəqiqəmiz var canım. Sənin canını sıxan bilmədiyim bir şeymi var? Aylına zəng gəldi tez telefona cavab verdi alo, biraz qulaq asıb, çox yaxşı mən indi gəlirəm. Ayağa qalxıb – Ramizə: mən çıxmalıyam sən evə get Dilqəmlə, bu dokumentləridə apar evdə çalışacam. Ramizin yanından keçib getmək istədikdə, qolundan tutub saxladı, – Aylına: sən nə iş çevirirsən yenə? – Ramizə: sonra deyəcəm indi getməliyəm, dokumentləri unutma getdi.

Ramiz dayanıb fikirləşdi, nə olub buna? axlına min fikir gəldi, dözmədi tez otaqdan çıxıb yaxınlaşdı – Dilqəmə: qardaşım getməliyəm tələsik, masada dokument pafkasını unutma evə getdiyində götürməyə. Hə birdə mənə maşının açarlarını ver, Dilqəm Ramizə açarları verdi, ancaq soruşmağa imkan tapmadı. Ramiz Dilqəmin çiyninə vurub, idarə et qardaşım evdə görüşərik, tez getdi Aylının ardınca. Dilqəm öz – özünə: hansınızı idarə edim mən? nələr qarışdırırsınız siz? qalxıb getdi otaqdan pafkanı götürməyə.

Hamı işdən çıxmaqçün hazırlaşırdılar, bir – biriləriləriylə işçilər sağollaşıb gedirdilər. Sərdar Aylın otağı tərəf gəlirdi, otaqdan Dilqəm çıxdı əlində pafkayla, Sərdarı görüb üzləşməməkçün tez getdi. Sərdar gəlib qapını açıb baxdı, Ramizlə Aylın yox idilər. Dərdindən nəfəs alıb şüphəli baxışlarla baxaraq qapını örtüb getdi.

Şirkətdən çıxarkən Dilqəmi səslədi arxadan, Dilqəm dayan. Dilqəm Sərdarın səsəindən tanıyıb üzünü turşudub dayandı, yaxınlaşıb – Dilqəmə: qardaşın hardadı? iş vaxtı bitmədən çıxmışlar, əsəblə dedi sözünü. Dilqəm – Sərdara: mən hardan bilim? məndən niyə soruşursan? mən buranın gözətçisi filan deyiləm ki, Sərdar ətrafa baxdı. Maşınında yoxdur qardaşına vermişsən demək ki, Dilqəm nə isə demək istəyirdi, Sərdar imkan vermədi. Sərdar – Dilqəmə: bax nə deyəcəm diqqətlə qulaq as mənə peşman olmassan, böyük sözü dinləsən hələ sənə + bonusuyla peşman olmassan deiyirəm, inan mənə. O qardaşınada tapşır iş vaxtı bitməmiş heçkim işdən çıxmayacaq bu bir, ikincisidə mənim həyat işlərimə qarışmayın, yoxsa yaxşı olmaz sizinçün. Dilqəm – Sərdara: başqa əmrin? Sərdar əsəblə -Dilqəmə: hələki yoxdur, dediklərimi edin əl – ayağıma dolaşmayın. Dilqəmin üzünə yavaşdan şillə vuraraq, bax belə axıllı ol və qardaşınada de axıllı olsun, göz vurub getdi. Diqləm əsəbindən özünü zorla saxladı, öz – özünə: Ramiz haqlıymış, sən elə – belə tip deyilsən, göstərəcəm sənə təhtid necə olur gerdi.

Aylın taxsidən düşüb banka tərəf getdi, qapıdan girdi içəri. Ramizdə maşını saxlayıb baxırdı Aylın hara gedirdi, banka girdiyini görüb öz – özünə: nə işin var sənin bankda? maşından düşüb getdi banka tərəf.

Qız Aylını görüb gülümsəyərək, – Aylına: bağışlayın, bu qədər vaxt çəkdi dokumentlərin hazırlanmasıçün. Aylın – qıza: axşamınız xeyir, keçib əyləşdi – Aylına: axşamınız xeyir. Qızda yerinə əyləşdi, – qıza: çox sağolun yardımınız çün, qız gülümsəyərək, – Aylına: borcumuzdur Aylın xanım, kağızları Aylının önünə qoydu. Qız – Aylına: işarə olunan yerlərə imzanızı atın, pulunuzu həmən ala bilərsiniz. Aylın qələmi götürüb imzasını atdı deyilən yerlərə, kağızları qız götürüb baxdı, – Aylına: tamamdır, buyurun bunlar sizdə qlaçaqlar. İndi gedib pulunuzu ala bilərsiniz 2 – ci qapıdan, Aylın ayağa qalxdı, qıza təşəkkür edib pulu almağa getdi qızın göstərdiyi tərəfə.

Ramiz Aylının başqa kabinetə girdiyini görüb qıza yaxınlaşdı. Qız – Ramizə: salam, nəcə yardım edə bilərəm sizə? – qıza: o gələn xanımdan xoşum gəldi çox, onunla məni tanış edə bilərsinizmi? qıza baxıb gülümsədi, zarafatla. Qız gülümsəyərək, – Ramizə: bankımızla əlaqəli bütün suallarınızı cavablandıra bilərəm, təssüflər olsun ki başqa çürə yardım edə bilmərəm. Az vaxtdan Aylın çıxdı kabinetdən, Ramiz arxasını çevirib dayandı ki, Aylın özünü görməsin. Qız – Ramizə: qızı qaçırma əlindən getdi, Ramiz dönüb ehtiyatla baxdı ardınca Aylının.

Aylın qapıya çatıb dayandı, nə fikirləşdisə dönüb gəlirdi qıza tərəf. Ramiz dodağını dişləyib öz – özünə: gəlmə, gəlmə, yavaş səslə pıçıldadı. Aylın gəlib – qıza: az qala gedəçəkdim nə isə demək istəyirdi, birdən yanında dayanan Ramizə gözü sataşdı, – Ramizə: sən nə edirsən burda? Ramiz başını qaşıyaraq qıza baxdı. Ramiz – Aylına: mən bu xanımla tanış olmaqçün gəlmişdim bura, – qıza: xanım siz çox gözəlsiniz, qız anladı Ramizin tutulduğunu. Qız gülümsəyərək, – Ramizə: baxın qismətiniz özü gəlib qarşınıza, fürsəti əldən qaçırmayın sevginizi etiraf edin. Ramizin canından üşütmə bir soyuq keçdi ki, Aylın fikirli idi anlamadı heçnə – qıza: siz tanışsınızmı? Ramiz qıza işarə etdi ki, hə desin. Qız anladı Ramizin çətində vəziyyətdə qalmış halından, yenədə tərslikdən kömək etmək niyyəti ilə – Aylına: sizə vurulub cavan oğlan. Görünür deməyə çəsarət etmir üzünüzə, sevənlərə yardım etmək savabdır demişlər, məndə bir savab işləmiş oldum sizə bunu deyib, yaraşıqlı oğlandır xöşbəxt olun.

Ramiz əli ilə üzünü tutub baxdı qıza, Aylın – qıza: təşəkkür etməyə qayıtmışdım sizə. Cibindən biraz məbləğdə pul çıxarıb masaya qoydu – qıza: əğər tanıdığın yetim və ya xəstə birisi varsa, bu pulu o insana ver. Mənim rəhmətlik valideyinlərimində işləri elələrinə yardım etmək idi, bu pul olarındır halal xoşu olsun alanın. Qız baxa qaldı, söz deməyədə imkan tapmadı, Aylın dönüb getdi. Ramiz – qıza: salamat qalın, qız ayaq üstə qalmışdı yerində baxa, gözləri yaşardı pula baxıb.

Aylın bankdan çıxdı, Ramizdə sakitcə yanınca adımlayırdı, – Aylına: canım bu tərəfə gəl maşınlayam. Aylın Ramizə əsəbi idi arxasınca izlədiyiçün, ançaq nə qədər əsəbi olsada, Ramizin gözlərinə baxdısa onu acılaya bilmirdi heç vaxtdı. Kənara baxıb bir anlıq özünü toparladı, – Ramizə: hanı maşın? Ramiz gülümsəyib, – Ayına: canım mənim qıymassan məni acılamağa bilirəm, gəl qolunu göstərdi yapış deyə. Aylın narazılıqla başını sirkələyərək – Ramizə: birdə sən çıxdın başıma izləmələrinlə filan, Ramizin qolundan tutub maşına tərəf getdilər. Ramiz maşının qapısını açıb – Aylına: buyur canım, Aylın keçib əyləşdi. Ramiz qapını örtüb keçib sükan arxasına əyləşdi. Ramiz – Aylına: bax canım məni qınama bu etdiyimə görə, sən mənim həyatımda qalan tək bir yadigarsan. Aylın gülümsəməyə çalışdı, o anda da gözləri doldu yaşla – Ramizə: anam gildən qalan pulu aldım bankdan, işcilərimizə kreslolar almaqçün. Olarda səhərdən axşama kimi masa arxasındadırlar, yazıqdırlar rahat otursunlar. Ramizin ürəyi göynədi duyduğunda, Aylının nə qədər insaflı biri olduğunu bilirdi. Əliylə Aylının göz yaşlarını sillib – Aylına: sənə yaraşanda bu idi canım, sən bir mələksən, səninlə fəxr edirəm mən, ruhlarını şad etdin oların. Aylın elə yorgun idi ki, – Ramizə: gedək evə yatmaq istəyirəm mən. Ramiz Aylına tərəfə əyilib ehtiyat kəmərini taxdı, indi gedək canım, maşını işə salıb qaza basdı getdilər.

Sərdar atasıyla evə gəldi. əsəbindən nə edəcəyini bilmirdi, telefonunu açarlarını masanın üstünə atıb getdi vannaya. Atası oğlunun halına üzülürdü, bir tərəfdəndə hər şeyə reaksiya verdiyiçün əsəbləşirdi.

Sərdar vanna otağına gəlib soyunub duşa girdi, suyu buraxdı altında dayanıb üzünü suya tutub dayandı. Birdən əsəbləşib yumuruğunu vurdu divara, əlləriylə üzünün suyunu silib baxdı kinli baxışlarla.

Aylında evə çatmışdı Ramizlə, elə yorğun idi ki, pulu telefonunu masaya qoyub – Ramizə: mən bir saat yatacam birdənəm. Ramiz pençəyini çıxarıb atdı divanın üstünə – Aylına: sən yat canım, mən biraz dokumentləri gözdən keçirəcəm. Aylın getdi otağına, Ramiz keçib əyləşdi divana, arxaya söykənib nə isə düşündü. Telefonuna zəng gəldi, baxdı Kamil idi tez cavab vedi, – Kamilə: alo dostum, biraz quaq asıb üzünün ifadəsi dəyişdi, nəə? yerindən ayağa qalxdı. Sən zarafatmı edirsən? dayan bir sakit ol bu ola bilməz, telefonda Kamilin coşduğu – əsəbləşdiyi aydın eşiidilirdi. Ramiz əliylə başını tutub – Kamilə: sakit ol dediyin doğrudursa, səsə Aylın gəldi. Ramizin həyəcanlı olduğunu görüb baxdı narahat baxışlarla.

Ramiz ardında dayanmış Aylını görüb – Aylına: bax sənin o tip dostunun etdiyi işə. Aylın heçnə anlamadı – Ramizə: nə olub? kimi deyirsən? Ramiz – Kamilə: dostum sən sakitləşməyə çalış, harda olsalar tapılacaqlar sonunda. Telefonu söndürüb – Aylına: de canım mənə indi nə edək ki, aslana dönmüş dostumu sakitləşdirə bilək? – Ramizə: anlatsana adam kimi nə olub. Ramiz oturub başını tutdu əlləriylə, öz – özünə: bu yuxudur vallah inanmağım gəlmir. Ramiz – Aylına: bu iki tip özlərini nə hesab edirlər? Aylının səbri çatmadı – Ramizə: desənə nə olub, nə deyinirsən öz – özünə kənt qarıları kimi? anlamıram mən heçnə. Ramiz – Aylına: sənin dostun Tahir iti Nəgizi qaçırmış.

Aylın qulaqlarına inanmadı, nəə? Tahir Nərgizimi qaçırmış? ola bilməz, bu yenə Kamilin oyunudu, bilirəm ki dostuma şər atır. Tahir etməz elə iş, Nərgizlə bir – birilərini sevirlər, niyə qaçırsın ki? yox olmaz elə şey inanmıram. Sadəcə Kamilin dostuma allergiyası var, qaşınır dinc dura bilmir. Ramiz ciddi baxışlarla baxaraq – Aylına: dostunu savununca düşün, onu Kamildən bu dəfə necə qoruyaçaqsan?

Aylın inanmadı, götürüb telefonunu Ramizə baxdı, mən indi Tahirə zəng edərəm soruşaram. Dostum mənə yalan danışmaz, Tahirin nömrəsinə zəng etdi, Tahirin telefonu söndürülmüşdü. Aylın narahat olamağa başladı, təkrar zəng etdi, yenədə telefonun söndürüldüyünü dedi operator. Ramiz – Aylına: ee nə oldu, dostuna zəng çatırmı? Aylın tez Sərdara zəng etdi. Sərdarda vannada oldugundugundan, eşitmirdi zəngin səsini. Aylın nə edəcəyini bilmədi, tez evdən çıxdı getdi.

Ramiz Nəgizə zəng etdi, onunda telefonu sönülü idi, Ramiz əsəbləşib telefonu atdı masaya, çarəsiz qalmışdı nə edəcəyini bilmirdi, öz – özünə: Allah cəzanızı verməsin.

Sərdar vannadan çıxıb gəldi mətbəxtdə, telefonunada baxmadı heç, özünə qəhvə hazırladı. Atasını səslədi, ata ordasanmı? atasından səs çıxmadı, öz – özünə: yatdınmı belə tez, qəhvəsini götürüb əyləşdi, qəhvəsini içməyə istəyirdi qapının zəngi basıldı. Əlindəki fincanı masaya qoyub qapıya getdi.

Gəlib qapını açdı, Aylın dayanmışdı həyəcanlı idi üzündən bilinirdi, – Aylına: canım bu nə gözəl syurprizdir? həmdə tək gəlmisən birdənənsiz. Aylın – Sərdara: niyə bu zibil telefona cavab vermirsən? içəri keçdi dəvətsiz əsəblə. Sərdara nə isə olduğunu anladı, qapını örtüb ardınca gəldi.

Aylın Sərdarın telefonunu götürüb – Sərdara: Tahirin başqa bildiyin nömrəsi varsa zəng et ona. Sərdar narahat oldu qorxdu! – Aylına: nə olub Tahirə? Aylın əsəblə – Sərdara: hələ olmayıb, onu tapmasaq olacaq əmin ol. Sərdar tez Tahirə zəng etdi, telefonu sönülü idi, – Sərdara: sən bilirdinmi bunu? Sərdar Tahirin başqa nömrəsini axtarırdı telefondan. Sərdar – Aylına: nəyi bunu? nədən danışırsan sən? telefonu qulağına tutub gözlədi, Tahir telefonu açmadı. Sərdar – Aylına: nə olub Tahirə tez de ürəyimi partlatma. Aylının gözü Sərdarın əlindəki telefondaydı – Sərdara: nə oldu açmırmı? Sərdar telefonu qulağından kənar tutub – Aylına: nə olub Tahirə? Aylın əsəblə – Sərdra: Nərgizi qaçırıb. Sərdar pərt oldu, nəə? sənin dediyini qulağın duyurmu? Tahir nəyə görə qaçırsın Nərgizi, olar bir – birilərini sevirlər, olmaz səhv duymusan. Aylın – Sərdara: tez tap onu, Kamil zəng etmişdi Ramizə, telefonda çox pis eşedilirdi səsi. Sərdar gərçəkdən narahat olmağa başladı – Aylına: sən nə danışırsan? Aylının telefonuna zəng gəldi Tahirdən. Aylın tez cavab vedi, dostum deyilənlər doğrudurmu? biraz qulaq asıb – Tahirə: off, sən nə etdin dostum. Üzgün baxışlarla baxdı Sərdara, – Tahirə: hardasınız siz? Kamil hər yerdə sizi axtarır indi. Sərdar tez telefonu götürdü Alından, alo Tahir doğrudurmu bu? sən qaçırmısanmı qızı? de zarafatdı qardaşım, biraz qulaq asıb gözlərini yumub dayandı. Off Tahir offf nə etdin sən, hardasan de səni gəlib alsınlar uşaqlar, hardasan? burdamı? Sərdar tez Aylına işarə etdi ki, gedirik. Maşının üstündən açarlarını götürüb – Tahirə: mən indi gəlirəm qal orda gözlə, tələsərək Aylınla evdən çıxdılar.

Aylın Sərdarın yanınca maşına tərəf qaçdı, – Sərdara: nə olub, hardadırlar? Sərdar maşına əyləşdi. Aylında tez əyləşdi, – Aylına: burda hava limanındadırlar, yeni enmişlər. Sərdar tez maşını işə salıb qaza basdı. Aylın – Sərdara: indi mən buna sevinimi, yoxsa kədərlənimi? nədir bunun etdiyi iş bizdən gizlin, adam dostuna xəbər verməzmi. Sərdar maşını sürəətlə idarə edirdi hava limanına doğru, – Aylına: bilmirəm canım bilmirəm, mənə demişmi ki sənə desin. Aylın – Sərdara: sən ayrı – mən ayrı, sən qardaşı sayılırsan, mən isə can bir dostu. Aylın həyəcanlı idi, – Sərdara: bassana qaza nəyə tısbağa kimi gedirik? Sərdar maşının sürəətinə baxıb – Aylına: 160 – la gedən tısbağa harda gördün sən? Aylın susdu yan şüşədən yola baxdı. Sərdar anladı Aylın həyacanlıdır olana görə, artıq bir söz demədən önünə baxıb maşını idarə edirdi. Yol boyunca Aylın susaraq, Sərdara baxmadan yola baxırdı. Sərdar üzülürdü Aylının bu halına, dərindən nəfəs alıb ara – sıra Aylına baxaraq maşını idarə edirdi.

Ramiz Dilqəmin yanına gəlmişdi, özünə yer tapa bilmirdi, əl – qolla danışırdı. Diqləm baxa qalmışdı, Ramiz oyana – buyana gedirdi boynunu əliylə ovub, əlinidə tez – tez açıb yumurdu. Telefonuna zəng gəldi Kamil idi, Ramiz Dilqəmə baxdı. Diləqəm anladı dostudur zəng edən Ramizin baxışlarından, əllərni belinə qoyub kənara baxdı. Ramiz telefona cavab verdi, Kamil necə əsəbdən qışqıraraq danışırdısa, telefonu qualğından kənara tutdu. Diqləmlə Ramiz bir – birinə baxaraq çarəsiz qalmışdılar, bilirdilər Kamil sakitləşməyəcəkdi.

Sərdarla Aylın Tahirin dediyi yerdə maşından endilər, Aylın ətrafa göz gəzdirib baxdı dostunu axtarırdı. Sərdara Tahir hava limanının çıxışındayıq demişdi. Aylın adamların içindən Tahirlə Nərgizi axtarırıdı, tapmırdı. Birdən arxadan səs eşitdi dostum, Aylın Tahirin səsindən tanıdı, bir anlıq sevindi duyduğunda, dönüb baxdı arxsında dayanmış Tahirlə. Aylında çox darıxmışdı olarçün, bir anlıq ürəyindəki həyəcanı unutdu, qaçıb ikisinizdə qucaqlayıb öpdü. Nərgizlə Tahir Aylına sarılıb qucaqlaşıb görüşdülər, Aylın ikisinidə sinəsinə sıxaraq – olara: ay sizi dəlilərim mənim xoş gəldiniz, təkrar öpdü qucaqladı. Tahirlə Nərgiz Aylını təkrar – təkrar qucaqlayıb, üzündən öpdülər. Tahir – Aylına: sənsiz bacarmadıq orda, bağışla bizi belə etdiyimizə görə. Aylının ürəyindən sevinc dolu qurur havası keçdi, – olara: canlarım mənim inanın məndə sizinçün çox – çox darıxmışdım. Nərgizin saçlarından öpüb, oxx canım bacım mənim, ürəyim tək varlığım. Tahir boynuna təkrar sarılıb – Aylına: dostum inan sizsiz oralar bizə dar oldu, başqa çarəmiz qalmadı, bağışlayın bizi.

Aylının gözü qollarını bir – birinə dolayıb olara baxan Sərdara sataşdı, Sərdar ciddi dayanmışdı. Aylın bir anlıq unutmuşdu dərdini və olaçcaqları, Sərdarı elə gördüyündə anladı ki, olacaqlar hələ qarşıdadır ifadəsi vardı Sərdarın baxışlarında. Tahirdə hiss etdi Aylın kiməsə baxır, dönüb baxdı, Sərdarı görüb çiyinlərini çəkib, başqa çarəm yoxdu işarəsini etdi. Nərgizdə baxdı Tahirin baxdığı tərəfə, Sərdarı görüb utandı, başını aşağı salıb dayandı. Sərdar olara baxırdı, heç kim yaxınına getmirdi. Nəgiz utancaq baxışlarıa ona baxdığında Sərdar gülümsədi, qollarını açdı ki gəlsin, darıxmışdı özündə olarçün.

Nərgiz uşaq kimi o anı gözləyirmiş, qaçaraq Sərdara tərəf gedib sarıldı ağladı. Sərdar Nərgizi qucaqlayıb öpüb özünə sıxdı, – Nərgizə: xoş gəldin gözəl bacım mənim, ağlama hər şey yaxşı olacaq. O bir qolunuda açıb Tahirə işarə etdi ki gəlsin, Tahir gülümsəyib, getdi Sərdara sarıldı qucaqlaşıb görüşdülər. Sərdar – Tahirə: xoş gəldin qardaşım. Tahir yavaş səslə – Sərdara: sizsiz alımadı qardaşım çətin oldu ikimizədə, bağışlayın bizi.

Nərgiz göz yaşlarını əlləriylə silib, Tahirə qısıldı uşaq kimi, Sərdar anlayırdı Nərgiz qorxurdu! Tahir Nərgizin alnından öpüb, özünə sıxıb tutdu. Sərdarın gözü özlərinə baxan Aylına sataşdı, Aylın dərindən nəfəs alıb baxdı olara, gülümsədi. Sərdar – Tahirə: gedəyin canlarım mənim, cantalarını götürüb gətirib maşının baqjına qoydular. Tahirlə Nərgiz arxada əyləşdilər, Aylın keçib Sərdarın yanında əyləşdi. Aylın – Sərdara: bizə gedirik, Sərdar təcüblə baxdı – Aylına: zarafat edirsən? – Sərdara: yox nə zarafatı? bizdə qalacaqlar. Sərdar maşını işə salıb qaza basdı.

Sizdə niyə qalırlar ki? sizdə birdənən qalır bəsdi, bizdə ev böyükdür rahat yaşayarlar qardaşının yanında. Aylın – Sərdara: pardon Sərdar bəy, sizin kimi imkanı olamamış atamın böyük ev almağa. Sərdar – Aylına: aydaa, mən eləmi dedim canım? sadəcə bizdə yemək hazırlayan kimsə yoxdur, bilirsən iki kişiyik. Bacım yeməyimizi hazırlayar, həmdə ev darıxdırıcıdır çox. Allah insaf versin səndə, gələndə 5 dəqiqədən qaçırsan qalmırsan, bundan sonra artıq qardaşım və gəlinimiz bizimlə qalsacaqlar bu qədər. Tahir – Aylına: dostum biz həm orda, həmdə səndə qalacağıq üzülmə sən, bundan sonra birlikdəyik vaxtımız olacaq. Tahir Nərgizi qucaqlayıb özünə tərəf çəkdi. Aylın -Tahirə: sağol dostum birdənəsən, Sərdar maşını idarə edərək – Aylına: mən elə bilirdim sənin birdənən başqadır. Tahirlə Nərgizdə bilirdilər, Sərdarla Ramizin bir – birini sevmədiklərini. Aylın yorulurdu Sərdarın bu atmacalı sözlərindən, özünü zorla saxladı ki Sərdarı acılamasın. Arxaya baxıb gülümsəyərək, – Nərgizə: canım bacım doymadım səni öpüb – qucaqlayıb.

Ramiz Aylına zəng edirdi, Aylın Sərdar gilə gəlmişdi Nərgizlə Tahiri gətirib, rəyisdə çox şad olmuşdu Tahirilə Nərgizi görüb. Aylın mətbəxtdə gəldi, telefona cavab verdi alo, az vaxtda gəlirəm evə. Anladım səni danışarıq hər şeyi səbir et, tamam birdənəm əsəbləşmə az vaxtda evdə olacam, nə olar səbir et məndə yorgunam. Telefonu söndürüb dərindən nəfəs alıb baxdı, hamının başı qarışıq idi.

Sərdarın gözü Aylını axtardı, Aylın mətbəxtdən gəldi. Gülümsəyib, zarafatla – rəyisə: yoldaş rəyis artıq evinizdə gəlin var, Nərgiz bundan sonra sizin qızınız sayılır. Bacımda sizin qulluğunuzda bilirəm hörmətlə duracaq. Rəyis gülümsəyərək, – Aylına: sənin bacında sənin kimi hörmətli olacaq qızım, bunu yaxşı bilirəm. Nərgiz mənimdə qızımdır bundan sonra, kimsə qızımı üzə bilməz əmin ol sən. Aylın – olara: mən getməliyəm indi Ramiz gözləyir məni, onada anlatım burda olduğunuzu sakitləşsin.

Sərdarın kefi qaçdı Ramizin adını eşitdikdə, – Aylına: ona nə anladacağıq ki? o kimdir? Nərgiz artıq mənim qardaşımın həyat yoldaşıdır. Gedib anlatarkən dediklərimi yeri – yerində anlat ki birdənənə, sonra lazımsız yerlərə burunu soxub problem yaratmasın özünə. Aylın – Sərdara: o qanacaqlı oğlandır narahat olma anlayar, Nərgizədə qardaş sayılır Ramiz. Sərdar – Aylına: onun artıq bir qardaşı var burda, o da mənəm, anladınmı canım? Sərdarın kobut danışığından hər kəs kefsiz oldu. Aylın – Sərdara: anladım Sərdar bəy, məndə o qədər anlayışsız deyiləm. Yəqin ki bundan sonra mənimədə bacılıq haqqım yoxdur, burda sən varsan artıq, qalanını nəzərə almasanda olar. Sərdar anladı yenə Aylını üzdüyünü, ancaq Aylının ona bacılıq haqqım yoxdur dediyi sözdən əsəbləşdi, – Aylına: son sözünə diqqət et. Aylın – Sərdara: çalışaram diqqət edim.

Gəlib Tahirlə Nərgizə qucaqlaşıb – olara: dincəlin siz, sabah görüşərik Sərdar bəy icazə verərsə, Sərdara söz atdı. Ehtiyatlı olun, mən çalışıb danışacam Kamilnən. Sərdar – Aylına: mən səni çatdırım evə, Aylın qoymadı əliylə işarə etdi ki, dayansın gəlməsin. Aylın – Sərdara: taxsi çağırdım gərək yoxdur. Hər kəs anladı ki, Aylının Sərdar xətrinə dəymişdi, Tahir narazılıqla başını sirkələyib baxdı Sərdara. Nərgizdə üzüldü Aylına görə.

Aylın getdi, Sərdar baxa qaldı ardınca, atası – Sərdara: bravo oğlum bravo, qızın işdə ürəyini qırdığın yetmir, evdədə sakit dura bilmirsən. Sərdar əsəbləşib keçib əyləşdi Tahirin yanında, Tahir Sərdarın dizinə əlini vurub, baxdı ona narazı baxışıarla. Sərdar – Tahirə: mən nə dedim qardaşım? Tahir dərindən nəfəs alıb susdu. Sərdar – olara: anlayın məni istəmirəm o tiplə yaşasın Aylın. Nərgiz Ramizin xətrini çox istəyirdi, ancaq Sərdarın sözünün üstünə söz demədi susdu, kövrək baxışlarla baxdı.

Aylın taxsidə evə gedirdi, çox əsəbi idi Sərdarada, birdən şofer maşını kənara çəkdi. Yanınca gedən maşına baxıb, heyvan oğlu heyvan nə edirsən? Aylın fikirli olduğundan nə olduğunu anlamadı. Şoferin maşınının qarşısına keçib saxlamasını işarə edirdilər, şofer çətinliklədə olsa maşını sağa çəkib saxladı. Şofer maşından düşdü, çavan oğlanlar tez yaxınlaşıb – şofetə: sakit ol yoxsa yeyərsən kurşunu, əllərində tapanca vardı. Şofer qorxub sakit dayandı,

Aylın qapını açıb düşmək istəyirdi, qapını kimsə açdı Aylın baxdı, tanıdı rəyisin barmağını qırdığı oğlu idi. Oğlan – Aylına: salam Aylın xanım, çox gəzdirdin ardınca məni yordun, en maşından tez, əlindəki tapanca ilə işarə etdi. Aylın maşından enib ona baxdı əsəblə, – oğlana: bir sən əksikdin indi. Oğlan əlindəki silahı kimsə görməsin deyə, gizlincə Aylının böyrünə tutaraq işarə etdi ki, özü deyəni etsin. Oğlan – Aylına: keç maşına az danış, Aylın getdi oların maşınına tərəf.

Başqa oğlan qapını açdı Aylın əyləşdi, hamısı tez maşınlarına oturdular, qaza basaraq ordan uzaqlaşdılar. Şofer qorxmuşdu! tez öz maşınına əyləşdi getdi ordan.

Aylının böyrünə silahı dayayayıb oturmuşdu başqa oğlan, rəyisin oğlu qabaqda oturmuşdu. Yol gedərək arxaya çevrilib – Aylına: səni indi elə bir yerə aparacam ki, ürəyincə olacaq inan. Aylın böyrünə silah dayamış oğlana baxdı, oğlan işarə etdi ki sakit dayan. Aylın rəyisin – oğluna: sən baş bəlasısan, bilirdim geci – tezi görüşəcəyik. Ancaq bu gün heç uyğun deyildim, bəlkə başqa günə qalsın? adınıda bilmirəm, neçəncidi qarşılaşırıq səninlə maraqlanmadım. Aylına silah dayayan oğlan – Aylına: adı Əmirdi, sənin ağzını skoçlayaqmı az danışasan? Aylın rəyisin oğlunun adının Əmir olduğunu anladı. Gülməyi tutdu adını duyunca – oğlana: adın Əmirmiş? mən birinci günü şövbəyə aparıldığımda düşündüm, hətta təklifdə etdim polislərə ki, sənə soska alım. Gör ürəyimə necə damıbmış sənin Əmir olduğun. Əmir – Aylına: az qaldı gül sən, necə demişlər? çox gülən və özünə güvənən sonunda ağlayar. Aylın – Əmirə: elə məsəl eşitmədim mən, mən məsələn beləsini duydum. Birdən yanında silah dayanan oğlanın böyründən dirsəyi ilə necə vurdusa, oğlan zarıdı. Aylın məsəlini çəkdi, su çanağı suda sınar demişlər, duydunuzmu? oğlanın əlindən silahı almağa çalışdı, dartışdılar. Əmir şofer – oğlana: maşını saxla tez, oğlan maşını qırağa çəkib saxlayınca, Aylınla arxada oturan oğlan əllərində silah davalaşırdılar. Aylın silahı ondan almaq istəyirdi, birdən silahdan atəş açıldı. Əmirlə şofer oğlan qorxdular! Aylın oğlana güc gələ bilmirdi, silah ikisinin ortasında qalmışdı, əllərindən tutmuşdular bir – birinin. Maşını saxlayıb tez qapıları açıb Aylını tutmağa çalışdılar, Aylının əli oğlanın əlindəki silahın üstündə idi, buraxmırdı. Zorla Aylının əlini tutub, arxaya burdular. Oğlan maşından düşüb böyrünü tutub, – Əmirə: icazə ver vurum öldürüm onu mən indi burdaca. Aylın vuran udar yaxşıca tutmuşdu oğlanı, … səni mən, söydü Aylını. Oğlanı sakitləşdirdilər çətinliklədə olsa. Arxadan gələn maşında dayandı, gəlib Aylının əllərini bağlayıb baqaja atdılar, baqajı bağlayıb tez maşınlarına oturub getdilər.

Yaş sınırı:
18+
Litres'teki yayın tarihi:
16 ağustos 2021
Hacim:
451 s. 2 illüstrasyon
ISBN:
9785005517340
İndirme biçimi:
Metin
Средний рейтинг 0 на основе 0 оценок
Metin
Средний рейтинг 0 на основе 0 оценок
Ses
Средний рейтинг 5 на основе 1 оценок
Metin
Средний рейтинг 0 на основе 0 оценок
Metin
Средний рейтинг 5 на основе 1 оценок
Metin
Средний рейтинг 0 на основе 0 оценок
Metin
Средний рейтинг 0 на основе 0 оценок
Metin
Средний рейтинг 4 на основе 1 оценок