Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Xatirat», sayfa 2

Yazı tipi:

Hacı Mirzə Səlim Axund Axundzadə 1914-ci ildə 42 yaşı olarkən ailə qurur. Həyat yoldaşı Münəvvər xanım Teymurbəy qızı Qulubəyli Cənub bölgəsinin nüfuzlu simalarından biri, Qafqaz canişini tərəfindən təyin edilmiş Şahsevən tayfalarının Elbəyi Allahyar bəyin nəvəsi idi. Onların Aişə (Məsmə) və Cəmilə adlı iki qızı olur. Ataları mühacirət edəndən sonra ailə üzvləri daim təzyiq altında olurlar, çox əziyyət çəkirlər. 1921-ci ildə böyük qızı Aişə, 1923-cü ildə isə ikinci qızı Cəmilə rəhmətə gedir.

Hacı Səlim Ənzəliyə gələndən sonra qaynı Məşədi Ağa bəy bacısı Münvvər xanımı gizli olaraq Lənkərandan Lerik yolu ilə Ərdəbilə keçirir. Lənkərana qayıdan kimi Məşədi Ağa bəy həbs edilərək Sibirə sürgün edilir və orada vəfat edir.

Ənzəlidə Hacı Səlim və Münəvvər xanının iki oğlu olur. 1927-ci ildə İşıq (Roşən), 1930-cu ildə isə atasının ölümünə düz 6 ay qalmış Zahir dünyaya göz açır.

Tufan İshaq oğlu Axundov

HACI MİRZƏ SƏLİM AXUND AXUNDZADƏNİN

XATİRATI

Arkadaş! Yurduma alçaqları uğratma sakın,

Sipər et köksüni, dursun bu hayasızca axın!

Doğacaqdır sənə vəd etdiyi günlər haqqın,

Kim bilir, bəlkə, yarın, bəlkə, yarından da yaxın!

Məhəmməd Akif

Bismillah ər-rəhman ər-rəhim.

Rəbbi yasser vəla toəsser səhhel ələyna befəzlekevə kərəmeke ya rəbbi əqəlli-xaksar Hacı Mirzə Səlim İsmayıl oğlu Lənkərani Axundzadə, Şirvani ul-əsl, Lənkərani ul-müvəllid iyirmi illərdən mütəcaviz olar ki, istərdim öz dirilik halatımı yazıb, mənim zəmanəmdə nələr hadis olub və ittifaq düşübdür və necə təhsil etmişəm və harada təhsil etmişəm, Lənkəranda ibtidai oxumağım kimdən olub və nə cür olub, sonra rusi oxumuşam, kimlərdən və necə oxumuşam. Lənkəranda rusini bitirib bir az müddət silisçi yanında, sonra polisiyada cüzi kitabət etmişəm. Sonra Əsgərxan məşhur üçün onun evində nüsxənevislik etmişəm. Bir müddətdən sonra tələbəliyə şüru ərəbi oxuyub Lənkəran mədrəsəsində təhsillə məşğul, bir neçə ildən sonra Ərdəbilə gedib, sonra Lənkərana övdət edib, bir ildən sonra dübarə Ərdəbilə gəlib, Ərdəbildə başıma gələn qəzaya və ittifaqdan sonra Zəncana təhsil üçün gedib, Zəncanda üç il məksdən sonra Lənkərana müraciət, Zəncanda başına gələn hadisat, müraciətdən sonra atam vəfat edib, dübarə Ətəbata müşərrəf Məkkəyə gedib, Ətəbata müraciət edib 8 il təhsildən sonra zahirdə öz ixtiyarımla, batində konsilu-rus misyo Başkovun hökmü ilə məhbus, sonra Lənkərana müraciət və Nəcəfi-Əşrəfdə gördüyüm və bildiyim əhvalat və şənayi-əmali qəsd etmələri və sonra əfvəri və Hacı Ağa Balanın tədlisi ilə Axund molla Mirzə Canın ruhaninin məni bənddə qoyma mollalıqdan Lənkərana övdətdən sonra gimnaziyada dərs deməyi mollalığa tərcih verib gimnaziyada müəllim olmağımı və bəzi mollaların mənlə rəqabət etməsini və Lənkəranda məşhur Hacı Ağa Baba Babayevin mənlə müxasimə və mənim əleyhimdə olmağını və mənim evim və əşi yam hökumət tərəfindən nayib ul-hökumə… Vitvitski və Abdulla bəy Mirzə Qurbanəli oğlunun mütərcimliyilə bərabər təftiş olub kağızlarımın əxzi və hökumətə təhvili və məni hökumət tərəfindən qəsd etmələri və sonra əfvləri və Hacı Ağa Balanın tədlisi ilə Axund molla Mirzəcanın məni bənddə qoyması və s. əhəmiyyətli həvadisatı bilkulliyə yazıb yadigar qoyam və lakin həvadisin təhacümündən mümkün olmadı ki, hamı bu əhvalatlara yazıb hərəsi özü üçün bir gözəl bəyanat verəm. Əgər inşallah taala müvəffəq olarsam fil cümlə mərəsindən işarə olaraq bir şey yazacağam. Amma əsl məqsədim bu dəftərdə Lənkəran dairəsində olan təşkilat və ittifaqat və həvadisatı bəyan etməkdir. Və zimnən mallalann biçarə və avaralığından bəhs edib, onların çox-çox umuratdan ədəmi-vuquflannı bəyan və təzəkkür edib və cəmi uləmanümələrə tövsiyə etməkdir ki, kəndiləri xüsusunda bir çara arasınlar ki, əgər bərfərz əmmaməli molla və ya inki uzundon bilici və dindar hər cür fəal və kardan olursa, təzə cavanlar onları istəməyib, daimi surətdə onların əleyhdarıdırlar. Çünki birdən sabiqdəki mallaların ədəmi-fəhmi və kəlamatlarından camaat o qədər geri qalıb və cəhalət bu dövr və bu müddətdə pərt olublar. Daha bundan sonra əbədən mollalıq umuratı islahnəzir deyil. Zira ki, camaat mollaların sui-idarəsindən o qədər muşəvvəş ul-hal olublar ki, daha əlacı imkan surətindən xaric bir mövzu olubdur. Mən özüm Lənkəranda ittifaq düşən hadisatı bəyan edib və kəndim bunlarla mübaşirət və hər işdə mübaşirətimi izah edib və zimnən oxumuş cavanların mənlə batini surətdə muxasiməsini bəyan eləyib və onların zahirən, batilən molla surətində olanlarla adəmi təvafüqünü hər bir məhəldə tövzihat verib şərh edərsəm, yazdığım sözlər və iddia elədiyim mətalib tamam-kamal hamıya vazeh və mübərhən olacaqdır.

Bəyanət və tövzih

Müharibəyi-ümuminin nəticəsi olaraq tarixi 1917-də Nikolayın əzəmət taxtı sərnigün olub Nikolay taxtdan düşüb, onun yerinə demokrat üsulu ilə menşevik firqəsinin başçısı Kerenski rəyasəti ilə Böyük Rusiya idarə olunurdu. Bu aralarda Qafqaziyada bir hissiyat oyanıb, hər bir məhəldən camaatlar hərəkətə başlayıb özlərində bir növi azadlıq hiss edib təşkilata başladılar. Hər bir məhəldə İspolnitelni komitet olan kimi Lənkəranda da İspolnitelni komitet təşkil olub, hər bir ictimadan o yığıncağa bir nəfər nümayəndə təyin oldu. Tərtibati-vilayət öz-özünə asudəliklə fərahəm idi. Şəhər və ətrafda əmin-aman fərahəm olub, Nikolay zamanı kimi hənuz xalqda oğurluq və inqilab əsər-əlamət yox idi. May ayının ibtidasında yekşənbə günü 1917-də qardaşım ilə bərabər kəndi atamızın evindən xaricə çıxırdım. Saat səkkizə yaxın idi. Qapımızın yaxınında təsadüf elədik İsmayıl bəy Yandıyevə. İsmayıl bəy əslən Osetin çamaatından dağıstanlı bir möhtəbər zatdır. Lənkəranda duxaniyyə dairəsinin bitamam müdiri idi. Osetinlərin məxsusi lisəli olduqları ilə bərabər kəndləri iki din sahibi olur. Bir qismi müsəlman, bir qismi də xristiandırlar, İsmayıl bəy əbədən türki bilmədiyi üçün hər kəslə rusca qonuşurdu. Mənlə qardaşımı görcək salam verib, haraya getməyimizi xəbər aldı. Səyahətə gediriz, dediz. İsmayıl bəy söylədi ki, burada bir yaxşı ictima vardır. Məndən də vədə aldılar. Çox gözəl olardı ki, siz də mən ilə bərabər oraya gələydiniz. Mən hər qədər üzr istədimsə, İsmayıl bəy qəbul etməyib ciddiyət üzrə məni o ictimallığa apardı və qardaşımla da birgə bərabər o məkana gəldik.

Bu məhəl Hacı Mir Səmidin evi idi ki, onun böyük oğlu Miri bəzilərin təmmənnasına görə bu böyük məclisi tərtib veribmiş. Yığıncağın ədədi nüfuzu təxmin üzrə yüz əlli nəfərə baliğ olurdu. Hacı Mir Səmidin böyük zalı dolub eşikdə də ayaq üstə durub da, oturan vardı. Külliyətən oraya gələnlərin adları nəzərimdə deyil, lakin şəhərin məşhur və məruf təzə oxumuş cavanlarından və əyanlarından isbati-vücud edənlər bunlar idi. Əmmamələrindən: Şeyx Əbu Əli, Dəmən, Məşədi Hacı Rza Qurbani, Mirzə Vahab Məmmədov, Mirzə İshaq Möhsünzadə, Musa bəy Nurullabəyov, Qulamhüseyn Məmmədov, Xudaverdi bəy Kələntərov, İsmayıl Yandıyev, Ağa Miri Hacı Mirsəmid oğlu, Mir İsgəndər xan Mir Bağır xan oğlu, Mirzə Nəsrulla bəyin oğlu, Mirzə Səlman, Mirzə Fətulla və qeyrə Mirzə Yusif bəy Hacı Hüseyn bəyin oğlu və sair mötəbər hacızadələrdən mövcud idilər. Bu məclisdə hamıdan siyahı üzrə şəxsən və ismən vədə alıb bu ictimaə dəvət etmişdilər. Qeyr öz bəndə Hacı Mirzə Səlim ki, əbədən bu məclisin vücudundan ittilam yox idi. Necə ki, qabaqda zikr oldu, təsadüfən İsmayıl bəy məni buraya zorlayıb gətirmişdi. Bu həzarət danəstə və fəhmdə məndən buraya vədə almayıb və hətta izhar da etməmişdilər. Nə üçün və nə səbəbə? Bilmirəm. Əlbəttə qəzayanın axır nəticəsini mülahizə edəndə məlum olar ki, cavan və ixtyiyarlar məndən niyə vədə almamışdır. Yığıncaq dürüst oldu. Məclisin küşadı üçün müvəqqəti olaraq sədr iştixab olmaq üçün kələməyi-vahidə biduni-istisna olaraq İshaq Möhsünzadə katibliyə müntəxab oldu. Vükəlar namizəd olub, vaqei övraqlar üsul ilə gizli seçkiyə şürü edib cəmdə hamı namizədlərin adları xəfiyə seçkidə zikr olunub. Mən Hacı Mirzə Səlim hamısından artıq olub. Məndən sonra Mirzə İshaq Möhsünzadə sairin də bittəfavüd intixab olub. Müntəxəblərin içində Məşədi Hacı Rza Qurbani, Məmmədov və Musa bəy Nurullabəyev, Qulamhüseyn Məmmədov, Mirzə İshaq Möhsünzadə, Xudaverdi bəy Kələntərov və bəndə Hacı Mrzə Səlim Axundzadə bu yeddi nəfər hamıdan artıq səs aldıqları üçün bir komitə təşkil edib sədr və katib, xəzinədar və müavini-sədr üç nəfər də üzvü-məclis təyin olsun. Bu xüsusda yeddi nəfər üzv rəyasəti-ictimaiyyə sahibi-ixtiyar edib söylədilər ki, başqa bir məclisdə həmin bu yeddi nəfər əzayi-məclis, katib və xəzinədarı təyin etsinlər.

Dübarə filməclis bəndə oradakı əhli-məclisə müntəxabən bir nitq söyləyib, dörd yüz manat pul cəm edəndən sonra, İsmayıl bəy Yandıyev və İsgəndər xan Talışınskini də kontrol və həm də üzvlərin bir hazır olmayan surətdə məclisin güşadında (açılışında) sahibi-rəy olmaqlığa ixtiyari olsun qol verildi. İş bu cür olub, məclis əhli hamılıqla Hacı Mirsəmidin evindən xaric olub, hər kəs nahara öz evinə hərəkət edib və zimnən şərt oldu ki, üç günəcən bu üzvlər müntəxəb olub (seçilib) və Mirzə İshaqın rəy və təmənnasına görə bu heyəti-ictimaiyyənin adı “Ümid” cəmiyyətinə təsmiyyə olundu.

Surəti-intixab bu cür oldu. Batinən neçə nəfərin rəyi bu idi ki, kəndisini sədr intixab etsinlər. Lakin izhar etməkdən ictinab edirdilər. Xudaverdi bəy Kələntərovun fikir və rəyi bu idi ki, Qulamhüseyn Məmmədov sədr olsun, Mirzə İshaq Möhsünzadə katib olsun. Mirzə Vahab Məmmədovun rəyi bu idi ki, Məşədi Hacı Rza Qurbani sədr olsun, Hacı Mirzə Səhim katib olsun. Musa bəy Nurullabəyovun fikir və rəyi bu idi ki, Hacı Mirzə Səlim sədr olsun, Mirzə İshaq katib olsun. Məşədi Hacı Rza həm müavini-sədr, həm də xəzinədar olsun. Bu fikirlərlə bərabər hamısı cəm olub, Musa bəy bir nitq söyləyib, camaata sən və uləmalıq nöqteyi-nəzərindən mənim sədr olmağımı tövsiyə edib və sübuta yetirdi ki, Hacı Mirzə Səlimin sədr olması hər bir nöqteyi-nəzərdən isə gözəl olub və camaat başda gözəl nəticəbəxş olacaqdır. Bu səbəbə onun sədr olması lazımdır, deyib sair rüfəqalara bu əmrin əncamını tövsiyə elədi. İş bu cür əncamnəzir olub qurtardı. Hacı Mirzə Səlim sədr, Mirsə İshaq katib, Məşədi Hacı Rza Qurbani müavin və xəzinədar olub, məclis bu cür xətm olub qurtardı. Məclisə lazım olan möhr dürüst olub, bir neçə dəftərlər alındı. Üzvlər dəftərlərə qeyd və səbit oldu. Bir neçə dəfələr Musa bəy Nurullabəyovun mənzilində, sonralar mənim mənzilimdə, hansı ki, Hacı Məcid mərhumun evində olardım, cəm oldular ki, gecə kursları açılıb, məktəbi-ah, ibtidai də, həm iclas, həm də gecələr tədrisə şuru oldu. Üç şöbədən ibarət məktəb dürüst oldu. Müdərrislər mən, Mirzə İshaq, Xudaverdi, Qulamhüseyn tədris edirdiz. Lakin bu işlərin hamısında Mirzə İshaqın meyli bu idi ki, sahibi ixtiyari-küll olub, hamı işləri öz öhdəsinə götürüb, cəmi umurat onunla olsun. Yoldaşların içinə təfriqə düşməmək üçün mən kəmali-səbatla hamı işlərə təmkin edib, həmrahlıq edirdim. Və bunu filcümlə hiss edirdim ki, bir nəfər danışmənd mollanın bunların ortasında olmaqlarına razı deyillər və bir yaxşı bəhamə vəsayili-irad əllərində yoxdur ki, məni tənqid etsinlər. Daimi surətdə mənim bunların içində olmağım bu heyəti-məcmuənin əksərini narahat edirdi və bu ümuratı batini surətdə mən hiss etmişdim.

Badkubədə milli komitənin sədri tərəfindən Lənkəranda “Ümid” cəmiyyətinə bir teleqraf oldu ki, Lənkəranda bir nəfər camaat intixab etsinlər ki, gəlib Badkubədə milli komitənin iclasında iştirak etsin. “Ümid” cəmiyyəti məsuliyyət qəbul etməyib, bu şəxsin intixabını camaatın öhdəsinə qoydular. Bu xüsusda “Ümid” cəmiyyəti camaatı ittila verib və hər bir kəndə sifarişlər olub, məlumat verildi ki, bütün Lənkəran bir nəfər intixab edib Bakı Məclisi-millisinə göndərsinlər. Bu əsnada ki, hənuz əhli-dihat təcəmmo etməmişdilər. Məşədi Mahmud bəy Kələntərov mənlə danışıb, izhar elədi ki: Əmoğlu, əgər camaat mənimlə həmrahlıq edib, müxalifət göstərməsələr, mən qəti surətdə əgər sənin meylin olmasa da, bu işə səni layiq bilib, intixab edib, səni göndərərdim. Kəndi təcəmməimizdən Xudaverdi Kələntərovun da, bir neçə nəfərin xəyalı bu idi ki, “Ümid” cəmiyyətinin ya katibi Mirzə İshaq Möhsünzadə bu əmrə müəyyən olsun, ya inki Qulamhüseyn Məmmədov bu şüğlə təyin olsun. Lakin bütün camaatın bu əmrə rizası yox idi. Bu xəyalı tərvic edib, kəndi yoldaşlarımızın içində batini surətdə mənim bu əmrə təyin olmağıma ziddiyyət göstərən Xudaverdi Kələntərov idi. Xudaverdi bəy əsla Qulamhüseyn Məmmədovla Badkubədə bir məhəldə təhsil etdiyi üçün daimi surətdə bir-birilə muttəhid ul-mal, həmdəst və həmdastan idilər. Qulamhüseyn ticarət məktəbində təhsil və Peterburqda ali ticarət məktəbində bir il təhsil alıb, sosial adı ilə bir müddət məhbus və İrana sürgün, üç il İranda təvəqqüf etdikdən sonra Lənkərana övdət etmişdir. Amma Mirzə İshaq Badkubədə iranlıların “İttihad” məktəbində təhsil etmiş bir insandır ki, türk dilini pək və gözəl yazır. Amma rusca əbədən təhsil etməyib və məratibi-elmiyyədən ittilayi (xəbəri) yoxdur. Lakin gözəl rəpi- hə sahibi, bir fikirli şəxsdir ki, ibtidai şöbələrdə gözəlcə tədris edə bilər.

Əlhasil “Ümid” cəmiyyəti Badkubə teleqrafı camaata bəyan edib, hər bir tərəfdən vədə qoyulmuş gün xəyaliq böyük məhəllədə məscidin həyətinə cəm oldular. Yeganə pərvərdigarım şahiddir, mənzildə oturub bir başqa xəyalatda idim, nagahan yadıma düşdü ki, bu gün məsciddə təcəmmə olub və zimnən mənim adımı ortalıqda mətrəhi-güftəgü edib, cərh və tədil bə nəfy və isbat edəcəklər. Yaxşısı budur ki, gedib bənəfsəhy bu işdən istefa verib, inqilabı rəf eləyim. Çünki mən bilirdim ki, madam ki, mənim tərəfdarım Mahmud bəy Kələntərov isə Mahmud bəyin əleyhinə olaraq bu iddə camaatdan ki, əsla və ya bizzat Mahmud bəylə ədavətləri vardır, mənə də əleyhidar olacaqlar. Bu xəyalatlarla bərabər filfövr mənzildən hərəkət məscidə tərəf gəldim. Dər hələtiki məscidin həyəti məscid və Hacı Ələsgər, Hacı Əkbər Şıxəli bəy təkyələri təmamən dolub, camaat içində bir həngamə idi. Məşhur Hacı molla Osman və Hüseyn Ramazanov qışqırırlar ki, biz camaat Hacı molla Səlim axundu istəyiriz. Bu tərəfdən də Hacı Rəhim oğlu və Məşədi Xosrov və oğlanları və Hacı Hüseyn Aslanov çığırırlar ki, biz Hacı Səlimi istəməyiriz. Az qalıbdır aralıqda bir böyük inqilab düşsün. Bu heyndə mən bir növi özümü məscidin eyvanına yetirib, qışqırdım: Camaat! Allah və Rəsuli-Əkrəmə yəmin edirəm ki, mən istəmirəm, məni bu işə intixab etməyiniz. Əgər intixab eləsəz, mən qəbul etməyəcəyəm. Bu sözləri deyib, camaat içindən xaric oldum. Hüseyn Ramazanov, Hacı molla Osman cavab verdilər ki, sənin ixtiyarında deyil. Biz camaat hər kəsi qəbul edib və ixtiyar edəriz, başqasının rədd və qəbuluna sözü olmaz. Mən yenə də qəbul etməyib, inkarda durub, camaatı müqəddəsata and verib, oradan xaric olub, öz mənzilimə gəldim. Məndən sonra camaat təsadümi-əfkar edib, bu işə sərəncam vermək üçün Hacı Rəhim uşaqları, Məşədi Xosrov və uşaqları və sair şəxslər ki, Məşədi Mahmud bəy ilə müxasimələri vardır, Hacı Şeyx Məhəmmədi bu vəkalətə inyixab elədilər. Hacı Şeyx Məhəmmədi Badkubəyə göndərmək üçün Məşədi Xosrov oğlu Məşədi Hüseynin Böyük bazara və Kiçik Bazara düşüb üç yüz manat cəm eləməsilə xətm oldu. Bu iş tamam-kamal Hacı Ağababa Babayevin tərtibatda məramı ilə tamam oldu. Hacı Şeyx Məhəmməd Badkubəyə təşrif apardılar. Məsələdən bir həftə keçməmişdi ki, dübarə camaat üçün lazım oldu ki, üç nəfər Badkubəyə göndərsinlər.

Ücretsiz ön izlemeyi tamamladınız.

Türler ve etiketler

Yaş sınırı:
0+
Litres'teki yayın tarihi:
28 ekim 2022
Hacim:
110 s. 1 illüstrasyon
ISBN:
978-995-256-615-4
Telif hakkı:
Hədəf nəşrləri