Cilt 240 sayfalar
Gəncə üsyanı-1920
Kitap hakkında
Kitab sovet işğalına qarşı 1920-ci il mayın 26-31-də Gəncədə baş vermiş xalq üsyanını əks etdirir. Azərbaycanın işğal edilməsinə, onun dövlət müstəqilliyinə son qoyulmasına qarşı xalqın kütləvi və mütəşəkkil müqaviməti burada sənədlər və materiallarla təsvir olunur.
Üsyan 1920-ci il mayın 24-dən 25-nə keçən gecə Gəncədə Azərbaycanın sovetləşməsinə etiraz əlaməti olaraq başlanıb. Ağır zərbədən sarsılan istiqlal mücahidləri Gəncəyə toplaşaraq üsyana qalxdılar. Üsyanın təşkilatçılan və istiqamətverici qüvvəsi Azərbaycan Xalq Cümhuriyyəti ordusunun zabitləri idi. Mayın 23-də üsyan başçılarının sonuncu müşavirəsi keçirildi. Müşavirədə Azərbaycan ordusunun təchizat rəisi general Məhəmməd Mirzə Qacar, 1-ci piyada diviziyasının komandiri general-mayor Cavad bəy Şıxlinski, süvari diviziyasının komandiri Teymur bəy Novruzov, 3-cü Şəki süvari alayının komandiri polkovnik Cahangir bəy Kazımbəyli və başqaları iştirak edirdilər.
Kitabın təkrar çapında etdiyi dəstəyə görə Yüksəl Bağırova dərin təşəkkürümüzü bildiririk.
Türler ve etiketler
Yorum gönderin