Kitabı oku: «Hekayələr»
C E K L O N D O N
HEKAYƏLƏR

Cek London (Con Qriffit Çeyni)
1876-cı il 12 yanvar tarixində San-Fransisko şəhərində anadan olmuşdur. Onun heç bir yaşı tamam olmamış anası, Con London adlı fermerlə evlənir. Ögey atası onu himayəsi-nə götürür və sonralar oğul Con atalığının soyadını qəbul edir.
Cek London çox kiçik yaşlarından ağır zəhmətə qatlaş-malı olur. Məktəbli illərində qəzetlər satır, on dörd yaşında isə konserv fabrikinə işə düzəlir. Lakin işi çox ağır olduğun-dan buranı tərk etməli olur. Qadağan olunmasına baxmaya-raq, San-Fransisko limanında dəniz iblizləri ovu ilə də məş-ğul olur. 1893-cü ildə Yaponiya sahillərinə və Berinq dənizi-nə dəniz pişiyi ovuna çıxan gəmiyə matros düzəlir. İlk dəniz səfəri Londonda olduqca böyük təəssüratlar oyatmaqla onun gələcək yaradıcılığına böyük təsir göstərir.
London yaradıcılığa “Yaponiya sahillərində tayfun” adlı oçerki ilə gəlir və bu gəliş kifayət qədər uğurlu olur. Belə ki, San-Fransisko qəzetlərindən biri gənc yazıçını mükafatlandı-rır. Bir az sonra qələmə aldığı “Qurd oğlu” (Boston, 1900), “Əcdadların Harayı” (Çikaqo, 1901) “Şaxtanın övladları” (Nyu-York, 1902), “İnsana inam” (Nyu-York, 1904), “Ayüzlü” (Nyu-York, 1906), “İtirilmiş sima” (Nyu-York, 1910) hekayə-lərdən ibarət topluları və “Qarlar qızı” (1902), “Dəniz cana-varı” (1904), “Martin İden” romanları yazıçıya böyük şöhrət gətirir.
Cek London 1916-ci il noyabr ayının 22-də Kaliforniya-nın Qlen-Ellen şəhərciyində vəfat edir.
Ömrünün son illərində böyrək xəstəliyindən əziyyət çə-kir və ölümünə səbəb olaraq da, onun həddindən artıq miq-darda ağrıkəsici qəbul etməsi göstərilir.
Əsərlərinin motivləri əsasında 50-dən artıq film çəkil-mişdir.
QURD OĞLU
Kişi ona yaxın qadınları qiymətləndirməyi çox nadir hallarda bacarır – ən azından, onları tamamilə iti-rənə qədər. Qadından aldığı istilik bu müddətdə onun şüuruna qətiyyən çatmır, lakin qadın onu tərk edən zaman kişinin həyatında getdikcə böyüyən bir boşluq yaranır və onun bütün varlığına qeyri-müəyyən, özünün də anlamadığı, sözlərlə izah edə bilmədiyi bir aclıq hakim kəsilir.
Əgər dost-tanışları da həyat təcrübəsində ondan irəli gedə bilməyiblərsə, şübhə ilə başlarını bulayacaq, ciddi müalicə məsləhət görəcəklər.
Mənəvi aclıq isə hey artmağa davam edəcək, kişi gün-dəlik həyati şeylərə qarşı marağını itirəcək və tədricən daha əsəbi və qaşqabaqlı olacaq.
Lakin, nəhayət, gözəl günlərin birində daxilindəki bu əzablı boşluq artıq dözülməz dərəcəyə çatanda, o, nə istədiyi-ni anlamağa başlayar.
Belə bir iş Yukonda yaşayan bir adamın başına yay vaxtı gələrsə, o, qayığını səfərə hazırlayar, yox əgər qış vaxtı olar-sa itlərini kirşəyə qoşaraq cənuba tərəf istiqamət götürər.
Əgər o, şimalın vurğunudursa, bir neçə aydan sonra bü-tün əzab və əziyyətləri bu soyuq diyara qarşı olan məhəbbə-ti onunla yarıbayarı bölməyə razı olan arvadı ilə qayıdıb gə-lər. Bu da əsl kişi eqoizminə əyani bir sübutdur! Burda istər-istəməz o qədim zamanlarda – hələ Klondayka qızıl axtaran-lar və çeçokalar gəlməmişdən, buraların ancaq əla balıq ovu yeri kimi tanındığı vaxtda Biryuki Makkenzinin başına gələn macəranı yada salmalı olursan.
Elə birinci baxışdan təyin etmək olur ki, Biryuki Mak-kenzi yeni torpaqları fəth edən pionerlərdəndir. Onun sifə-tində 25 il sərt təbiət qüvvələrinə qarşı apardığı çılğın mü-barizənin silinməz izləri var idi. Ən çətini isə Qütb dairəsi-nin qübbəsi altında qızıl axtarışına sərf etdiyi axırıncı iki il idi. Onun bütün mənəviyyatına daxili bir boşluq hissi təsir etmə-yə başlayanda, heç də təəccüblənmədi. Çünki həyat təcrübə-sində həmin xəstəliyə düçar olmuş çox adama rast gəlmişdi. Lakin bu xəstəlik onu ruhdan salmaq əvəzinə, daha ciddi işlə-məyə məcbur etdi.
Bütün yayı ağcaqanadlarla mübarizə aparmış və Yukon-dan Qırxıncı Milə qədər ağac ötürərək, Styuart çayının sahi-lində islanmışdı. Nəhayət ki, özünə əla bir daxma tikmişdi.
Bu elə möhkəm və rahat yaşayış yeri idi ki, onu Biryuk-la bölüşdürmək istəyən xeyli ovçu tapıldı. Lakin o, bir neçə təəccüblü dərəcədə qısa və təsirli sözlə onların bütün ümidlə-rini puça çıxartdı və yaxın faktoriyaların birindən ikiqat ye-mək ehtiyatı aldı.
Deyildiyi kimi, Makkenzi həyat təcrübəsi görmüş bir adam idi. Adətən, bir şey istəsəydi, ona yetməyə çalışardı, bu-nunla belə, bəzən vərdiş və həyat tərzindən qırağa çıxmağa da cəhd edərdi.
Ağır əmək və çətinlik Biryuki üçün yenilik deyildi. Lakin 600 mil buzlu yollarla itlərini qoşub kirşə sürmək, 2000 mil okeanla üzmək və nəhayət, 1000 mil qədər yol gedərək, əvvəl yaşadığı yerə çatıb arvad almaq onun üçün heç də xoşagələn iş deyildi. Həyat oduqca qısadır.
Buna görə də, o, itləri qoşaraq, kirşəsinə ilk baxışdan qeyri-adi görünən şeyləri yüklədi və Qərb yamaclarından Tanana çayının başlanğıc götürdüyü dağlar silsiləsinə tərəf yol aldı.
O, yolda yorulmaq və aclıq bilməz, itləri isə Yukonda ən dözümlü və sürətli qoşqu sayılırdı. 3 həftədən sonra o Tana-nanın yuxarı sırasına Stisk qəbiləsinin yaşadığı yerə gəlib çıxdı. Bütün qəbilə onu görərkən heyrətə gəldi. Tanananın yuxarı cərgələrində yaşayan stisklər barədə çox pis xəbərlər gəzirdi. Onlar dəfələrlə adi bir şey – iti balta və ya sınıq bir tü-fəngdən ötrü ağ adamları öldürmüşdülər. Ancaq Biryuki Makkenzi onların yanına tək gəlmişdi və onun hərəkətlərində bir sakitlik, soyuqqanlılıq, sərbəstlik və həyasızlıq hiss olu-nurdu. Belə müxtəlif növlü silahdan istifadə etmək üçün vəh-şilərin patalogiyasını çox dərindən bilmək və böyük məharət tələb olunurdu. Lakin Makkenzi belə şeylərə böyük usta idi. O, yaxşı bilirdi ki, nə vaxt güzəştə getmək, nə vaxt inad gös-tərmək, sövdələşmək lazımdır.
İlk növbədə qəbilə başçısı Tlinq-Tinnexə olan hörmətini nümayiş etdirmək üçün ona bir neçə funt qara çay və tütün bağışladı və bununla da onun etimadını qazandı. Sonra isə qəbilənin bütün kişiləri və qadınları ilə tanış oldu və onları potlaça dəvət etdi. Qarın içində eni 25, uzunu 100 fut olan ovalvari bir meydança tapdanıb düzəldildi. Meydanın orta-sında böyük bir tonqal qalandı, qırağına isə küknar budaq-ları döşəndi. Bütün qəbilə viqvamlardan bayıra töküldü və yüzə qədər ağız qonağın şərəfinə hindus mahnısı oxumağa başladı. Son iki il ərzində onlar Biryuki Makkenziyə bir neçə yüz sözü və ifadəni öyrətdilər. Makkenzi elə də çətinlik çək-mədən, boğaz səslərini və yapon dilinə yaxın olan qəliz söz-ləri yadda saxlaya bildi.
Beləliklə, istiarə və təşbehlərə xəsislik etmədən bütün-lüklə ibtidai poeziya ilə dolu olan bir dildə hinduların qar-şısında çıxış etməyə başladı. Tlinq-Tinnex və şaman ona hə-min üslubda cavab verirdilər. Sonra bütün kişilərə kiçik hə-diyyələr bağışladı və onlarla birlikdə mahnı oxuyub müxtəlif oyunlarda, xüsusən də, ən çox sevdikləri “52 çubuq” oyu-nunda iştirak etdi.
Beləliklə, onlar Makkenzinin tütününü çəkir və çox razı idilər. Ancaq qəbilə cavanları özlərini başqa cür aparırdılar. Burda lovğalıq da, meydan oxumaq çağırışı da hiss olunur-du. İşin nə yerdə olduğunu başa düşmək asan idi. Gənc qız-ların gülüşməsinə, dişsiz qarıların kobud işarələrinə fikir vermək kifayət idi. Onlar ağ adamların – Qurd oğullarının o qədər də çox olmadıqlarını bilirdilər. Lakin bu çox olmayan-lar da onlara lazımi dərs verə bilirdilər. Biryuki Makkenzi ilk baxışdan özünü nə qədər qayğısız göstərsə də, bunların heç biri nəzərdən qaçmırdı. Doğrusunu desək, gecə yatacaq kisə-sinə girəndən sonra, o bir neçə dəfə qəlyanını dolduraraq ke-çəcək əməliyyatı bir daha dəqiqlik və ciddiyyətlə fikrindən keçirdi. Bütün qızlardan ancaq biri, qəbilə başçısının qızı Za-rinska onun diqqətini cəlb edə bilmişdi. O, öz qəbilədaşların-dan çox fərqlənirdi. Sifətinin cizgiləri, duruşu, bədən quru-luşu daha çox ağ adamın gözəllik haqda təsəvvürlərinə uy-ğun idi. O, mütləq bu qızı əldə etməli, onunla evlənməlidir. Adını da Hertruda çağıracaq. Bu nəticəyə gələndən sonra, Makkenzi böyrü üstə çevrilərək əsil qaliblər nəslinin övladı kimi möhkəm yuxuya getdi.
Bu vaxt və zəhmət tələb edən çətin bir iş idi, lakin Bir-yuki Makkenzi hiyləgər hərəkət edir, onu qayğısız görkəmi hinduları doğru yoldan sapdırırdı. O, əla atıcı və ovçu ol-duğunu qəbilə kişilərinə sübut etdi. 600 yarddan böyük bir sığını güllə ilə yerə sərməyinə bütün qəbilə heyran qalmışdı. Bir dəfə çoxlu tütün götürərək Tlinq-Tinnexin maral dərisin-dən olan viqvamına gəldi. O, başçını səxavətlə tütünə qonaq edir və ara vermədən özü haqda danışıb lovğalanardı. Hə-min bu hörməti şamana göstərmək fürsətini də əldən burax-madı. Bütün qəbilə bu cadugərin sözündən çıxmazdı. Onun hörmət və etimadından istifadə etmək lazım gələcəkdi.
Ancaq bu adam özünü çox soyuq aparırdı. Makkenzi onu öz rəqibləri siyahısına daxil etməli oldu. Zarinska ilə da-nışmaq imkanı ələ düşmürdü. Makkenzi öz mənalı baxışları ilə məqsədini ona anlatmağa çalışırdı. Qız şübhəsiz ki, onu yaxşı başa düşürdü. Ancaq şıltaqlığından kişilər bir az uzaq-mış kimi, özünü bir dəstə qadınla əhatə edirdi və Biryuki Makkenzi ona yanaşa bilmirdi. Ancaq o, tələsmir, bilirdi ki, qız onun haqqında fikirləşir. Onda qoy bir-iki gün də fikir-ləşsin. Bunun hər halda ona xeyri vardı.
Nəhayət, bir dəfə axşam vaxtı o qərara gəldi ki, vaxt ça-tıb. Biryuki yerindən duraraq qəbilə başçısının tütün tüstüsü ilə dolu viqvamından1 çıxdı və cəld qonşu viqvama tərəf yönəldi. Zarinska adəti üzrə qız və qadınların əhatəsində oturmuşdu. Onlar hamısı işlə məşğul idi: kimisi makasin2 ti-kir, kimisi də yastıq kisələri. Makkenzinin içəri girdiyini gö-rərkən, hamı gülüşdü və Zarinskanın şən səsi eşidildi.
Amma sonra belə alındı ki, Zarinskadan başqa bütün qadınlar çölə atıldı və onlar kəndə səpələnərək, bu maraqlı xəbəri yaymağa tələsdilər.
Biryuki öz niyyətini qızın öz ana dilində, dolğun və gə-lişigözəl sözlərlə izah etdi, təxminən iki saatdan sonra isə ayağa qalxdı.
– Deməli, Zarinska ağ adamın viqvamına köçməyə razı-dır, hə? Yaxşı. Bu saat mən sənin atanla danışaram, bəlkə, o, hələ razı deyil. Mən ona çoxlu hədiyyə bağışlayaram və yax-şı olar ki, o məndən daha çox şeylər tələb etməsin. Bəs birdən o “yox” desə? Olar. Demək, Zarinska yenə də ağ adamın viqvamına köçməli olacaq.
Qapını əvəz edən dərini qaldırıb bayıra çıxmaq istəyən-də qız yavaş səslə onu çağırdı və o geri qayıtdı. Qız dizləri üstə yerə döşənmiş ayı dərisinin üstünə düşdü. Onun üzün-dən bütün Həvva nəslini təmsil edən nur yayılırdı. O çəkinə-çəkinə Makkenzinin ağır kəmərini açdı. Makkenzi bayırdan gələn hər şaqqıltıya qulaq asa-asa təəccüblə ona baxırdı. An-caq qızın sonrakı hərəkəti onun bütün şübhələrini aradan götürdü və o gülümsündü. Qız əl işlərini gizlətdiyi kisədən, sığın dərisindən olan, qızıl naxışlarla işlənmiş bir qın çıxart-dı, Makkenzinin böyük ov bıçağını əlinə alaraq tiyəsinə bax-dı və ehtiyatla barmağı ilə itiliyini yoxlayıb, təzə qının içinə qoydu. Sonra kəməri bağlayaraq, bıçağı əvvəlki yerindən asdı.
Doğrudan da, bu lap qədim keçmişi xatırladırdı. Pəri və cəngavər. Makkenzi qızı ayağa qaldıraraq bığlarını onun dodaqlarına toxundurdu. Qız üçün bu təmamilə tanış olma-yan, yad bir nəvaziş – Qurd nəvazişi idi. Daş dövrü polad dövrü ilə bu cür görüşdü.
Biryuki Makkenzi qoltuğunda böyük bir bağlama ilə Tlinq-Tinnexin qapısının qarşısında görünəndə ətrafda qey-ri-adi bir canlanma var idi. Uşaqlar düşərgə boyu qaçışır, potlaç üçün odun və küknar budaqları daşıyırdılar. Qadın-ların qərən-pərəni daha bərkdən səslənir, cavan ovçular isə topa-topa yığılaraq tutqun halda söhbətləşirdilər. Şamanın viqvamından isə qorxunc cadu səsləri gəlirdi.
Qəbilə başçısı arvadı ilə yanaşı oturub, tutqun nəzərlə qarşısına baxırdı. Makkenzi o saat başa düşdü ki, söyləyəcə-yi burada artıq məlumdur. O nişanlanmanın baş verdiyini bil-dirmək üçün bıçağın qınını gözə tez görünən tərzdə çəkdi və o saat da mətləbə keçdi.
– Tlinq-Tinnex, bütün Tanana ailəsinin və stisk qəbilə-sinin hökmdarı, balıq və ayıların, sığın və maralların sahibi, ağ adamı sənin yanına gətirən, böyük bir niyyətidir. Onun özünün tənha və evinin boş, kimsəsiz olduğu vaxtdan çoxlu-çoxlu ay dolanıb. Onun ürəyi bu sakitlikdən darıxır, qadın arzulayır. Qoy evdə onunla yanaşı otursun, qoy ovdan qayı-danda onu qarşılasın, ocaq qalayıb xörək bişirsin. Ağ adamın xəyalına qəribə şeylər gəlirdi, o xırda makasinlərin tap-pıltısını, balaca uşaqların səsini eşidirdi. Bir dəfə gecə vaxtı onun gözlərinə ruh göründü. Qarğa – sənin baban Ulu Qarğa, stisk qəbiləsinin atası – onun yanına gəlib danışmağa başladı. Gör, Qarğa Tənha ağ adama nə dedi: ”Makasinlərini geyin, xizəklərini ayaqlarına tax, kirşələrini uzun yol üçün yemək ehtiyatı və qəbilə başçısı Tlinq-Tinnex üçün hədiyyələrlə doldur. Ona görə ki, sən bahar günəşinin yerin kənarında girdiyi yerə, ulu Tlinq-Tinnex ovlaqları olan yerə gedəcək-sən. Sən ora qiymətli hədiyyələr apararsan və mənim oğlum Tlinq-Tinnex sənin atan olar. Onun viqvamında ancaq sənin üçün həyat nəfəsi verdiyim bir qız var. Bu qızı sən özünə arvad edərsən”. Ulu Qarğa belə deyirdi, ey rəhbər! Ona görə də, mən bu hədiyyələri ayaqlarının altına sərirəm. Mən bura-ya sənin qızını almaq üçün gəlmişəm.
Qoca rəhbər şahanə bir tərzdə öz xəz paltarına daha da büründü, ancaq cavab verməyə tələsmədi. Bu vaxt çadıra bir uşaq girdi, rəhbərə xəbər verdi ki, onu qəbilə müşavirəsinə çağırırlar və gözdən itdi.
– Ey, bizim sığınların bəlası, həmçinin Qurd və Qurd oğlu adlandırdığımız ağ adam! Biz bilirik ki, sən böyük bir qəbilə-dən törəmisən, biz fəxr edirik ki, sən bizim qonağımız olmu-san, ancaq keta nərə balığına tay olmadığı kimi Qurd da Qar-ğaya tay deyil.
– Doğru deyil! – Makkenzi dilləndi, – Mən Qarğanın qız-larına Qurdların düşərgələrində çox rast gəlmişəm. Mortime-rin arvadı, Tredqidin arvadı, Barnabinin arvadı – hansı ki, iki buz axınından sonra geri qayıtmışdı. Bir də, onları görməsəm də, eşitmişəm ki, başqaları da var.
– Sən doğru deyirsən oğlum, ancaq bunlar axmaq izdi-vaclardır. Bu, su ilə qumun, qar ilə günəşin birləşməsi kimi bir şeydir. Sən Meyson adlı adama və onun arvadına rast gə-libsənmi? O, on buz axını bundan əvvəl Qurdlardan bura gə-lən ilk adam idi. Onunla birlikdə qüdrətdə qrizli ayısına, üzü bədirlənmiş aya bənzəyən bir nəhəng da gəlmişdi. Bax onu…
Söylənmiş təsvirdən Şimalda hamıya tanış olan bu ada-mı tanıdığı üçün Makkenzi onun sözünü kəsdi:
– Bu ki, Meylmyut Kiddir!
– Bəli, bu həmin nəhəngdir. Ancaq sən nə vaxtsa, Meyl-myutun arvadını görmüsənmi? O, Zarinskanın doğma bacı-sıdır.
– Yox, rəhbər mən onu görməmişəm, ancaq haqqında eşitmişəm. Şimalda, çox-çox uzaqlarda ötən illərin ağırlığın-dan yüz illik bir şam ağacı aşdı, aşarkən Meysonu da öldür-dü. Onun qızılı da çox idi, məhəbbəti də böyük idi. Qadın onun qoyub getdiyi oğlunu da, qızılı da götürdü və uzaq yo-la düşdü. Hesaba gəlməz çox-çox gecələrdən sonra elə bir öl-kəyə gedib çıxdı ki, orda qışda da günəş işıq saçır. Elə indi-yədək də orada yaşayır. Orada nə qar, nə də sərt şaxtalar var. Orda nə yayda gecəyarı günəş işıq saçır, nə də qışda günorta vaxtı zülmət olur.
Burada onların söhbətini ikinci elçi kəsib rəhbərin müşa-virəyə tələb olunduğunu söylədi. Makkenzi onu qarın üstü-nə itələyərkən, qəbilə müşavirəsinin toplandığı yeri, tonqal ətrafında ahəstə rəqs edən kölgələri gördü. O kişilərin boğuq səslə oxuduğu mahnını eşitdi və başa düşdü ki, onlar da kin və qəzəbi alovlandıran şamandır. Vaxt gözləmirdi. Makkenzi rəhbərə tərəf çevrilərək:
– Qulaq as, – dedi, – Mən sənin qızını almaq istəyirəm. Bax, bu tütün, bu çay, bu da çoxlu-çoxlu qənd. Bax, bu isti ədyallar, möhkəm dəsmallar. Bu isə əsl tüfəngdir, yanında da çoxlu güllə və barıt var.
– Yox, – deyə bu böyük dövlətə şirnikməmək üçün qoca öz nəfsinə güc gələrək etiraz etdi, – Bu saat mənim qəbiləm müşavirəyə toplaşıb, onlar Zarinskanı sənə verməyimi istə-mirlər.
– Axı sən rəhbərsən.
– Doğrudur, ancaq cavanlar qəzəblənirlər ki, Qurd öv-ladları onların nişanlılarını əllərindən alır.
– Qulaq as, Tlinq-Tinnex! Bu gecə keçib, sabah olmamış Qurd öz itlərini Şərq dağlarından da uzağa uzaq Yukona tə-rəf qovacaq. Zarinska da onun itləri üçün yol açacaq.
– Bəlkə, heç bu gecə yarı olmamış bizim cavanlar Qur-dun ətini itlərə atacaqlar və onun sümükləri bahar günəşi çı-xıb ətrafı qızdırana qədər qarın altında qalacaq.
Hədəyə qarşı hədə. Makkenzinin tutqun bürünc rəngli sifəti qanla doldu. O səsini qaldırdı. Qoca qarı, bu vaxta qə-dər özünü tamaşaçı kimi aparan rəhbərin arvadı, onun yanından sivişib bayıra çıxmaq istədi. O qadını kobudcasına heyvan dərisindən olan oturacağa itələdi və o bayırda mahnı səsinin kəsildiyini və xeyli adamın gurultulu səsini eşitdi.
– Yenə sənə müraciət edirəm – qulaq as, ey Tlinq-Tinnex! Qurd ölərkən, çənəsini möhkəm sıxır. Onunla birlikdə on nəfər sənin qəbilənin kişilərindən də öləcək. Kişilərə isə sonra ehtiyac olacaq. Ov mövsümü təzə başlayıb, balıq ovuna da çox ay qalmayıb. Mənim ölməyimdən sənə nə fayda var? Xal-qınızın adətini yaxşı bilirəm, mənim bu dövlətimdən sənin payına çox şey düşməyəcək. Yaxşısı budur, qızını ver mənə – hamısı da sənə çatsın. Bir şey də söyləyim, bura mənim qardaşlarım gələcək – onlar çox və acgözdürlər. Qarğanın qız-ları Qurdların evində uşaq doğacaq. Mənim qəbiləm sənin-kindən güclüdür. Taleyin hökmü budur. Qızını mənə ver – bütün bu dövlət sənin olsun.
Bayırdan makasin altında xırıldayan qarın səsi eşidildi. Makkenzi tüfəngi əlinə alıb, kəmərindən hər iki yandan asıl-mış tapançaların qoburunu açdı.
– Razılaş, ey Tlinq-Tinnex!
– Axı mənim xalqım “yox” deyəcək!
– Razılaş, bu dövlət sənin olsun. Sənin xalqınla özüm son-ra danışaram.
– Qoy Qurd istəyən kimi olsun. Hədiyyələrini götürü-rəm, ancaq unutma ki, sənə xəbərdarlıq etdim.
Makkenzi hədiyyələri ona ötürdü, arada tüfənginin çaxmağını geri çəkməyi də unutmadı, üstəlik ağlığından göz qamaşdıran bir dəsmal da bağışladı. Bu vaxt şaman 5-6 dö-yüşçünün müşayiəti ilə içəri girdi. Makkenzi onları sərt bir hərəkətlə itələyərək qapıdan bayıra çıxdı.
Zarinskanın çadırının yanından ötərkən, “Yığış!” – deyə qısa şəkildə əmr verdi və tələsik itləri qoşmağa getdi. Bir ne-çə dəqiqədən sonra qoşqusunu arxasınca çəkərək, şuraya gəldi. Qız onun yanı ilə gəlirdi. O, tapdalanmış meydançanın yuxarı başında, rəhbərin yanında özünə yer saldı. Zarin-skaya layiq olduğu kimi özündən sol tərəfdə bir addım ar-xada dayanmağı tapşırdı. Namünasib vaxtda, təhlükə olarsa, onu qoruya bilmək üçün.
Kişilər sağ və soldan çömbələrək ocağın qırağında otur-muşdular. Onların səsi qədim, artıq yaddan çıxmaqda olan bir mahnıya qarışmışdı. Qəribə, gözlənilməz keçid, təkrar və pauzalardan ibarət olan bu mahnının gözəl olduğunu söy-ləmək olmazdı. Onu qorxunc, dəhşətli adlandırmaq daha doğru olardı. Meydançanın o başında ona qədər qadın şa-manın qarşısında mərasim rəqsini edirdi. Şaman mərasimə lazımi etiqadla yanaşmayanlara acıqlanırdı. Qarğa qanadı ki-mi tünd qara saçlarına bürünmüş qadınlar yavaş-yavaş yel-lənərək, dala-qabağa hərəkətlər edir, bəziləri ritmə görə əyi-lib-düzəlirdi.
Bu çox qəribə mənzərə – əsl anaxronizm idi. Uzaq Cə-nubda 19-cu əsr sona çatır, onun sonuncu onilliyinin axırıncı illəri bitməkdə idi. Burada isə, əsil ibtidai insan, tarixə qədər-ki mağara insanının kölgəsi, qədim zamanların unudulmuş səhnəsi təcəssüm edirdi. İri, kürən itlər öz heyvan dərisinə bürünmüş sahibləri ilə yanaşı oturub, ocağa daha yaxın yer üstündə mübarizə aparırdılar. Alovun oynaq işığı onların qanlı gözlərində, iri ağaran dişlərində əks olunub oynayırdı. Əsrarəngiz qalın qar örtüyü ilə bürünmüş böyük, qocaman meşə hər şeydən xəbərsiz möhkəm yuxuya getmişdi. Az bir vaxtda geri çəkilmiş Ağ sükunət sanki yenidən hər tərəfi ağuşuna almaq istəyirdi. Həmişə Böyük Soyuqlarda olduğu kimi ulduzlar səmada titrəşərək rəqs edirdilər. Qütb Ruhları böyük səma boyu odlu-parıltılı paltarlarını sərmişdilər.
Biryuki Makkenzi bu vəhşi mənzərənin böyüklüyünü bulanıq halda dərk edərək, gözlərini dolandırıb bu xəz pal-tarlı fiqurları bir-bir gözdən keçirirdi ki, kimin olmadığını tə-yin etsin. Bir anlıq onun nəzərləri anasının açıq döşünü əmən yeni doğulmuş bir uşağın üzərində dayandı. Sıfırdan aşağı 70 dərəcə şaxta var idi. Makkenzi öz xalqının zərif, incə qadınla-rını xatırlayıb tutqun-tutqun gülümsədi. Həmin zərif qadınla-rın birindən doğulan biri kimi, Biryuki elə bir vərəsəyə sahib olmuşdu ki, bu ona və onun həmcinslərinə quruda və dəniz-lərdə, heyvanlar və insanlar üzərində yer kürəsinin hər tərə-fində hakimiyyət ixtiyarı vermişdi. Yüz nəfərə qarşı tək, Ark-tika qışında, doğma yerlərdən uzaqda olan Makkenzi həmin bu vərəsəliyin çağırışını eşidirdi: hakimiyyət iradəsi, təhlükə-lərə qarşı düşüncəsiz məhəbbət, döyüşən ruh, ya qalib çıx-maq, ya da ölmək qətiyyəti.
Mahnı və rəqs kəsildi. Şaman qızğın şəkildə nitqə baş-ladı. O, hindu əsatirindən mürəkkəb və dolaşıq misallar çə-kərək, avam dinləyicilərinə çox bacarıqla təsir göstərirdi. Onun danışığı inandırıcı və qətiyyətli idi. O, həyatın başlan-ğıcının mücəssiməsi Qarğa ilə Qurdu – Makkenzini qarşı-laşdırırdı. Qarğanı sülh, Qurdu isə hərb və dağıntı mücəssi-məsi adlandırırdı. Mübarizə təkcə yaranışın əsasında duran bu iki qüvvə arasında yox, həm də insanlar arsında gedir. Onlar öz totemləri uğrunda mübarizə aparırlar. Stisklər qə-biləsi Prometey odunun aparıcısı olan Qarğanın – Celksin övladlarıdır. Makkenzi isə Qurdun, başqa sözlə deyilsə, şey-tanın övladıdır. Yaranışın əsasında duran bu iki qütbün mü-barizəsini dayandırmağa cəhd etmək, qəbilə qızlarını lənət-lənmiş düşmənlərə ərə vermək böyük bir günah və satqın-lıqdır. Şeytanın qulu və elçisi olan Makkenziyə qarşı ən mur-dar təhqir və sərt sözlər söyləmək, ona yumşaqlıq göstərmək deməkdir. Burada dinləyicilər hiddətlə deyinməyə başladı-lar. Şaman sözünə davam etdi:
– Qardaşlar, Celks hər şeyə qadirdir! Bizim qızına bil-məyimiz üçün odu göydən yerə o gətirməmişdimi? Bizim görə bilməyimiz üçün Günəşi, Ayı, ulduzları səmadakı yu-valarından o çıxartmamışdımı? Aclıq və Şaxta ruhları ilə mübarizə aparmağı bizə o öyrətmədimi? İndi isə Celksin öz övladlarına acığı tutub, qəbilədən bir ovuc adam qalıb, onla-ra da Celks kömək etməyəcək. Ona görə ki, onlar Celksi unutmuş, axmaqlıq etmiş, yanlış yolla getmiş və düşmənlə-rini viqvamlarına gətirərək ocaq başında əyləşdirmişlər. Öv-ladlarının bu hərəkətlərinə Qarğanın acığı tutmuşdur. Nə vaxt onlar öz səhvlərini dərindən başa düşərlər və sübut et-sələr ki, doğru yola qayıdıblar, onda Celks qaranlıqdan çıxar və onların köməyinə çatar. Qardaşlar! Odun daşıyıcısı öz ira-dəsini, hökmünü şamana söyləmişdir. İndi ona qulaq asın! Qoy cavanlar qızları öz viqvamlarına aparıb, Qurdun üzəri-nə atılsınlar! Qoy onların qəzəbini heç nə soyutmasın! Onda qadınlar uşaq doğmağa başlayar və Qarğanın xalqı artaraq qüdrətli olar. Onda Qarğa ata və babalarımızın qüdrətli qə-bilələrini Şimaldan gətirər, onlar qurdları bir heçə – keçən il-ki tonqalın külünə çevirənə qədər vuruşarlar və yenidən bü-tün ölkənin sahibi olarlar. Celks – Qarğa belə demişdir!
Bu yaxın zühurun sorağını eşidən stisklər xırıltılı səslə bağırıb, ayağa qalxdılar. Makkenzi baş barmaqlarını əlcəklə-rindən çıxarıb gözləyirdi. Bağırtılar eşidildi: “Tülkü! Tülkü!” Bağırtılar daha da şiddətləndi; nəhayət, gənclərdən biri irəli çıxıb danışmağa başladı:
– Qardaşlar! Şaman müdrik sözlər söylədi. Qurdlar ar-vadlarımızı əlimizdən alırlar və bizim üçün uşaq doğan ol-mur. Qurdlar bizim əlimizdən isti xəzləri alıb, əvəzində şü-şədə yaşayan qəzəbli ruh və qunduz, vaşaq dərisindən yox, otlardan tikilmiş paltar verirlər. Bu paltarlar bədəni qızdır-mır, adamlarımız isə anlaşılmayan xəstəliklərdən ölürlər. Mən Tülkünün arvadı yoxdur. Nəyə görə? Ona görə ki, istə-diyim qızların hər ikisi qurdların düşərgəsinə getmişlər. Bax, indi də, çoxlu qunduz, sığın, maral dərisi toplamışam ki, Tlinq-Tinnexin razılığını ala bilib, qızı Zarinskanı özümə ar-vad edim. İndi isə baxın, o ayaqlarına xizək geyib Qurdun it-lərinə yol açmaq istəyir. Mən təkcə özüm üçün danışmıram. Həmin bu sözləri Ayı da deyə bilərdi. O da Zarinskanın uşaqlarının atası olmaq üçün çoxlu dəri toplamış və Tlinq-Tinnexə vermək fikrindədir. Mən bütün arvadı olmayan ca-van ovçuların adından danışıram. Qurdlar həmişə acdırlar. Onlar həmişə ən yaxşı tikələri götürürlər. Qarğalara isə onla-rın artığı qalır. Bax, bu Quklaya baxın! – deyə Tülkü saymaz-yana surətdə əli ilə axsaq bir qadını göstərdi. – Onun ayaqları qayığın böyürləri kimi əyridir. O, nə odun yığa bilir, nə də ovçuların öldürdüyü ovu… Qurdlar onu seçərlərmi?
– O! O! – deyə Tülkünün yoldaşları bağırışdılar.
– Bu da Mayra, – Tülkü davam etdi, – qəzəbli ruh onun gözlərini çəpləşdirib. Uşaqlar ona baxanda qorxurlar. Deyi-lənə görə, hətta ayı da, rastlaşanda ona yol verir. Qurdlar onu seçərlərmi?
Yenidən təsdiqedici nidalar ucaldı.
– Bu oturan Pişeta mənim dediklərimi eşitmir. O, heç vaxt nə şən söhbətin səsini, nə ərinin sözünü, nə də uşağının qığıltısını eşidib. O, Ağ Sükunətdə yaşayır. Görün Qurdlar heç ona fikir verərlərmi? Yox! Onlara ancaq seçmə ov qalır, bizə isə qalıqlar. Qardaşlar, daha belə davam edə bilməz! Qurdların bizim ocaqların başında dolaşdıqları kifayətdir. İntiqam vaxtı çatıb.
Nəhəng şimal parıltısı yerin bir kənarından o biri kəna-rına qədər bütün səmanı bürüdü. Tülkü başını yuxarı qaldı-raraq əllərini göyə uzatdı və çığırdı:
– Baxın! Bizim əcdadlarımızın ruhları oyanıblar. Bu gecə Böyük işlər baş verəcək!
O, geri çəkildi və yoldaşlarının dümsüklədiyi digər gənc bir ovçu tərəddüdlə irəli çıxdı. Onun sanki şaxtanın acığına sinəsi tamam açıq, boyu isə ətrafdakılardan bir baş qədər hündür idi. Utancaq olduğundan bir yerdə tapdanır, ağzın-dan söz çıxarda bilmirdi. Sifətinə baxanda dəhşət götürürdü. Görünür nə vatsa dəhşətli, qeyri-adi bir zərbə ilə onu bu cür eybəcərləşdirmişlər. Nəhayət, o, yumruğunu gumbultu ilə təbil kimi sinəsinə çırpıb dilə gəldi. Onun səsi okean sahilin-də yerləşən mağarada eşidilən ləpədöyən səsi kimi uğultu və gurultu ilə səsləndi:
– Mən Ayıyam! Gümüş Nizəyəm və Gümüş Nizənin oğ-luyam! Hələ mənim səsim qız səsi kimi cingildəyəndə vaşaq da, sığın da, maral da öldürürdüm. Səsim tələyə düşmüş Sibir porsuğu səsinə oxşayanda Cənub dağlarını keçdim və Ağ Sa-hil qəbiləsindən 3 adam öldürdüm. Səsim Çinukinin nərəsinə oxşayanda, qrizli ayısı ilə rastlaşdım və ona yol vermədim.
O dayandı, çoxmənalı ifadə ilə əlini üzünün qorxunc ça-pığına sürtdü və davam etdi:
– Mən Tülkü deyiləm! Dilim çay kimi donub. Mən bəla-ğətlə danışa bilmirəm. Mənim sözüm azdır. Tülkü deyir: “Bu gecə böyük işlər baş verəcək”. Olsun! Sözlər onun dilindən bol sulu çay kimi axar, ancaq o əməldə o qədər də səxavətli deyil. Bu gecə mən Qurdla döyüşəcəm. Mən onu öldürəcə-yəm və Zarinska mənim ocağımın başında əyləşəcək. Mən Ayı, sözümü dedim.
Ətrafını ölüm qorxusu bürüsə də, Makkenzi möhkəm dayanmışdı. O tüfənginin belə yaxın məsafədən faydasız ol-duğunu yaxşı başa düşdüyündən gizlin surətdə kəmərindəki hər iki qoburu irəli çəkdi ki, lazım gələndə revol-verləri işə sa-la bilsin. Əlcəklərini lap barmaqlarının ucuna endirdi. O yaxşı bilirdi ki, ətrafındakılar birlikdə onun üzərinə atılsalar heç nəyə ümid bəsləyə bilməz, lakin bir əvvəlki öyünməsinə sadiq qalaraq çənəsini düşməninin boğazında qapayıb ölmək fikrində idi. Ancaq Ayı yoldaşlarının qarşısını almağa müvəf-fəq oldu, sözə baxmayanları isə öz dəhşətli yumruğu ilə kə-nara tulladı. Tufan sakitləşməyə başlayanda Makkenzi gözu-cu Zarinskaya baxdı. Bu çox gözəl bir mənzərə idi. O xizəklər üzərində bədənini bir az qabağa əymişdi, dodaqları azca ara-lanmış, burun pərələri titrəyirdi – lap sıçrayış ərəfəsində olan pələng idi. Qəbilədaşlarına dikilmiş iri qara gözlərində qorxu da, çağırış da var idi. Bütün varlığı gərilmiş yaya bənzəyirdi, hətta nəfəs almağı da unutmuşdu. O elə beləcə bir əli sinə-sində, o biri əlində isə qamçını sıxaraq donub qalmışdı. An-caq Makkenzi ona baxan kimi Zarinskanın bütün bədəni bo-şaldı. Əzələləri əvvəlki gərginliyini itirdi, bədənini dikəltdi və ona sonsuz sədaqət ifadə edən baxışları ilə cavab verdi.
Tlinq-Tinnex danışmağa cəhd etsə də, səsi ümumi hay-küyün içində itib batdı. Bu vaxt Makkenzi irəli çıxdı. Tülkü ağzını açmaq istərkən, elə qəzəblə ona tərəf çevrildi ki, həmin dəqiqə geri sıçradı və zingiltiyə bənzər bir səs boğazında ilişib qaldı. Tülkünün bu məğlubiyyəti qəbilədaşları tərəfindən gu-rultulu qəhqəhə ilə qarşılandı, indi onlar qulaq asmağa hazır idilər.
– Qardaşlar! – deyə Makkenzi sözə başladı, – Sizin düş-mən adlandırdığınız ağ adam yanınıza açıq ürəklə gəlib. O sizə yalan danışmayacaq. O sizə qardaş olmaq istəyən bir adam kimi gəlib. Lakin sizin kişilər söylədilər və sülh danı-şıqlarının vaxtı ötmüşdür. İndi isə qulaq asın: hər şeydən əv-vəl sizin şaman murdar bir boşboğazdır, onun uzaqgörənliyi də yalandır. Onun sizə söylədikləri Od Aparanın sözləri de-yil. Onun qulaqları Qarğanın səsinə laqeyddir. Mümkünü ol-mayan şeylər uydurub sizi aldadıb. O, gücsüzdür. Siz itləri-nizi öldürüb ətini yeməyə məcbur olanda, mədəniz makasin-lərin xam dərisini çətinliklə həzm edəndə, qocalar öləndə, körpə uşaqlar analarının qurumuş döşlərini sora-sora ölən-də; sizin torpaq zülmətə qərq olub bütün canlılar nər balığı yay vaxtı ölən kimi ləğv olanda, sizin üzərinizə aclıq hücum çəkəndə şaman ovçularınıza uğur gətirdimi? O sizin mədəni-zi ətlə doldurdumu? Yenə deyirəm: şaman gücsüzdür. Budur, mən onun üzünə tüpürürəm.
Bu küfürdən hamı donub qalmışdı, lakin heç kim səsini çıxartmadı. Bəzi qadınlar qorxuya düşdülər, kişilər isə mö-cüzə baş verəcəyini gözləyirdilər. Hamının nəzəri hadisənin iki baş qəhrəmanına yönəlmişdi. Kahin həlledici anın yetiş-diyini anladı, duydu ki, hakimiyyəti əldən getmək üzrədir. Bağırmaq, hədələmək fikrində idi, lakin birdən fikrini dəyiş-di. Makkenzi qəzəblə, gözləri alov saça-saça ona tərəf addım-ladı. Şaman kinli-kinli gülümsəyib geri çəkildi.
– Nə oldu, gözlənilməz ölüm məni haqladı? Şimşək mə-ni yandırıb kül etdimi? Bəlkə, göydəki ulduzlar məni əzmək üçün yerə düşdülər? Tfu! Mən bu köpəklə qurtardım. İndi mən sizə dünyanın hər yerinə sahib olan öz qüdrətli qəbiləm haqqında danışacağam. Əvvəlcə biz, mənim kimi, təklikdə ova çıxırdıq. Sonra biz sürü ilə ova çıxırıq və nəhayət, maral sürüsü kimi hər yeri bürüyürük. Kimi öz viqvamıma götü-rürəmsə sağ qalır, qalanlarını isə ölüm gözləyir. Zarinska gö-zəl, möhkəm, qüvvətli qızdır, o Qurdlar üçün yaxşı ana ola-caq. Siz məni öldürə bilərsiniz, ancaq o yenə də Qurdların anası olacaq. Ona görə ki, mənim qardaşlarım çoxdur, onlar itlərimin izi ilə gələcəklər. Qulaq asın, Qurdun qanunu bu-dur: əgər bir Qurdun həyatına qəsd edərsənsə, on nəfər sənin qəbiləndən bu borcu öz həyatı ilə ödəyəcək. Bu qiyməti çox torpaqlarda ödəyiblər, hələ çox torpaqlarda da ödəyəcəklər.
İndi isə mən Tülkü və Ayı ilə danışacağam. Görünür, bu qız onların xoşuna gəlib. Eləmi? Ancaq baxın – mən onu satın almışam! Tlinq-Tinnex mənim tüfəngimə söykənib, bundan başqa mən ona başqa mallar da vermişəm. Həmin mallar indi də onun ocağının yanındadır. Ancaq mən hər halda gənc ov-çulara qarşı ədalətli olacağam. Uzun danışıqdan dili-boğazı quruyan Tülküyə mən 5 iri qutu tütün verəcəyəm. Qoy burda daha ləzzətlə küy salmaqdan ötrü ağzı bir daha sulansın. Ayı-ya isə, mən bu tanışlıqla fəxr edirəm, 2 adyal, iyirmi qab un, Tülküyə verdiyimdən 2 dəfə artıq tütün və hərgah mənimlə Şərq dağlarına getmək istəsə, Tlinq-Tinnexə bağışladığımın eyni olan bir tüfəng də verəcəyəm. Əgər o istəmirsə, nə olar, çox gözəl! Qurd danışmaqdan yorulmaz. Ancaq Qanunu sizə bir də təkrar edirəm: əgər bir Qurdun həyatına qəsd edirsən-sə, sənin qəbiləndən on nəfər bu borcu öz həyatı ilə ödəyəcək.
Makkenzi gülümsünüb öz əvvəlki yerinə çəkilsə də, Tlinq-Tinnexin ürəyi sakitləşə bilmirdi. Gecə hələ tamam qa-ranlıq idi. Qız Makkenzinin yanında duraraq tələsə-tələsə Ayının bıçaq davasında işə saldığı hiylələrdən danışmağa başladı. Makkenzi diqqətlə qulaq asırdı.
Beləliklə, qərar qətidir – onlar vuruşacaqlar. Bir anda on-larla makasin tonqal ətrafında olan meydanı genişləndirdi. Hamının gözü qarşısında məğlub olan şaman barədə də az söhbət olmadı. Bəziləri inanırdılar ki, o hələ öz gücünü göstə-rəcək, digərləri isə keçən illərin hadisələrini yada salıb Qurdla razılaşırdılar. Ayı irəli çıxdı, onun əlində tiyəsindən sıyrılmış, rus ustalarının işi olan, iri bir ov bıçağı var idi. Tülkü hamının nəzərini Makkenzinin revolverinə yönəltdi. O kəmərinı aça-raq Zarinskanın belinə bağladı, tüfəngini də ona verəndə qız güllə ata bilmədiyini işarə edərək başını yellədi. Axı qadın bu cür qiymətli silahdan istifadə etməyi hardan biləydi?
Onda əgər təhlükə arxadan gələrsə bərkdən çığır ”Mə-nim ərim!” Hə, bax belə, ”Mənim ərim!”
Qız tanış olmayan ingilis sözlərini təkrar edərkən Mak-kenzi güldü və onun yanağından bir çimdik götürərək mey-dançaya qayıtdı. Ayının üstünlüyü təkcə bu cəhətdən deyil-di. Onun qolları uzun olmaqla bərabər, boğazı da iki düym uzun idi. Bu Makkenzinin başına əvəllər də gəlmişdi, buna görə də qarşısında əsl kişinin dayandığını o saat başa düşdü. Bir də ki, poladın parıltısını görən kimi o daha da cana gəldi. Əcdadlarının çağırışına itaətkar olan qanı isə damarlarında daha sürətlə dövr etməyə başladı.
Təkrar-təkrar rəqibi onu gah tonqalın yanına, gah da qa-lın qarın içinə atırdı, lakin təcrübəli boksçu kimi Makkenzi addım-addım onu mərkəzə doğru sıxışdırırdı. Rəqibini tərif-lərlə həvəsləndirir, məsləhət verir, təhlükədən xəbərdar edirdilər. Onu isə bir səs belə təqdir etmirdi. Makkenzi polad tiyələr cingilti ilə bir-birinə söykənəndə dişlərini daha da möhkəm sıxır və öz qüvvəsinə inamdan yaranan bir soyuq canlılıqla gah hücum edir, gah da geri çəkilirdi. Əvvəlcə, o, düşməninə qarşı özündən asılı olmadan ehtiram hissi bəslə-yir, lakin bu da özünü müdafiə instinkti qarşısında yoxa çıx-dı və öz növbəsini öldürmək ehtirasına verdi. On min illik mədəniyyət Makkenzinin üstündən qabıq kimi ovulub tö-küldü və o dişi qadın uğrunda mübarizə aparan adi bir ma-ğara insanına çevrildi.
İki dəfə bıçağı ilə Ayını zədələyib cəldliklə aralana bildi. Ancaq üçüncü dəfə zərbədən yayınmaq üçün Ayıya həddən artıq yaxınlaşmalı oldu. Hər biri sərbəst əli ilə digərinin silahlı əlini kənara itələməyə cəhd edirdi. Burada Makkenzi rə-qibinin bütün dəhşətli qüvvəsini hiss etdi. Əzələləri keyləş-məyə başladı, damar və bəndləri az qala gərginlikdən partla-yacaqdı. Rus poladının tiyəsi isə get-gedə yaxınlaşır, yaxın-laşırdı. O rəqibindən qopmağa cəhd etdi, lakin bununla möv-qeyini daha da zəiflətdi. Xəz dəri geymiş adamların çevrəsi getdikcə sıxlaşırdı. Son zərbənin yaxın olduğuna heç kimin şübhəsi yox idi və hamı onu görməkdən ötrü səbirsizlik gös-tərirdi. Ancaq Makkenzi təcrübəli güləşçi fəndi ilə özünü kə-nara verdi və rəqibini başı ilə vurdu. Ayı özündən asılı olma-yaraq geri çəkildi və tarazlığını itirdi. Makkenzi bir anlığa bundan istifadə edib bütün ağırlığı ilə Ayının üzərinə atıldı və onu tamaşaçıların təşkil etdiyi çevrədən qırağa, qalın tap-danmamış qarın üstünə itələdi. Ayı çətinliklə oradan çıxıb Makkenzinin üstünə cumdu.
– Ey mənim ərim! – deyə Zarinskanın yaxınlıqdakı təh-lükəni xəbər verən cingiltili səsi eşidildi.
Yayın uğultusu eşidildi, ancaq Makkenzi əyilməyə für-sət tapmışdı. Sümük ucluqlu ox onun başı üzərindən uçaraq Ayının sinəsinə sancıldı və o bütün ağırlığı ilə rəqibinin üzə-rinə yıxıldı. Bir saniyə keçməmiş Makkenzi ayaq üstə idi. Ayı hərəkətsiz uzanmışdı. Tonqalın o tərəfində isə şaman ikinci oxu atmağa hazırlaşırdı.
Makkenzi ağır bıçağın tiyəsinin ucundan yapışaraq qısa, sərt hərəkətlə yelləyib atdı. Bıçaq şimşək kimi parıldayan tonqalın üzərindən uçdu. Tiyə dəstəyinə qədər şamanın boğa-zına girdi, o yellənərək alovlanan közlərin üzərinə yıxıldı.
Klik! Klik! Tülkü Tlinq-Tinnexin tüfəngini ələ keçirib gül-ləni lüləyə verməyə cəhd edirdi. Lakin Makkenzinin qəh-qəhəsini eşidən kimi tüfəng əlindən yerə düşdü.
– Belə! Deməli, Tülkü hələ bu oyuncaqla rəftar etməyi öyrənməyib. Belə çıxır ki, Tülkü hələ qadındır? Bura gəl! Tü-fəngi ver, sənə nə etmək lazım olduğunu göstərim.
Tülkü tərəddüd edirdi.
– Sənə deyirəm, bura gəl!
Tülkü döyülmüş küçük kimi yaxına gəldi.
– Bax, belə, sonra da belə və hər şey qaydasındadır.
Güllə yerinə keçdi, tətik şaqqıldadı. Makkenzi tüfəngi döşünə götürdü:
– Tülkü dedi ki, bu gecə böyük işlər baş verəcək. O, doğ-ru deyirdi. Böyük işlər baş verdi. Ancaq onları Tülkü etmədi. Necə, o yenə Zarinskanı öz viqvamına aparmaq fikrindədir-mi? O şaman və Ayının açdığı yolla getmək arzusundadır? Hə? Çox gözəl!
Makkenzi ikrahla çevrilərək bıçağını şamanın boğazın-dan dartıb çıxartdı.
– Bəlkə, gənc ovçulardan başqa istəyən var? Əgər belə-dirsə, Qurd onları həmin yolla iki-iki, üç-üç biri də qalmaya-na qədər göndərəcək. Heç kim istəmir? Çox gözəl. Tlinq-Tin-nex, bu tüfəngi sənə ikinci dəfə verirəm. Əgər nə vaxtsa Yu-kona yolun düşsə, bil ki, Qurdun evində həmişə sənin üçün ocaq başında yer, doyunca yemək var. İndi isə gecə səhərlə əvəz olunur. Mən gedirəm, ancaq bəlkə bura yenə gəldim. Sonuncu dəfə deyirəm: Qurdların Qanununu unutmayın!
O Zarinskaya yaxınlaşdı. Ətrafdakılar ona fövqəlbəşər bir varlıq kimi baxırdılar. Zarinska qoşqunun qabağında öz yerini tutdu, itlər tərpəndilər. Bir neçə dəqiqədən sonra əs-rarəngiz, qarlı meşə onları uddu. Bu vaxt hərəkətsiz dayanan Makkenzi xizəkləri ayaqlarına taxıb yola düşməyə hazırlaş-dı.
– Qurd 5 iri qutu tütünü unutdumu?
Makkenzi acıqlı surətdə Tülküyə tərəf döndü və o saat da onu gülmək tutdu.
– Mən sənə 1 kiçik qutu verəcəyəm.
Qurda necə xoşdursa, – deyə Tülkü fağır-fağır əlini uzat-dı.
ŞİMAL ODİSSEYASI
1
Xizəklər öz sonsuz, yorucu mahnılarını oxuyur, qoşqu yerləri cırıldayır, irəlidə gedən itlərin zın-qırovları cingildəyirdi. Lakin insanlar və itlər yorulduqlarından, cınqırlarını çıxartmadan hərəkət edirdilər.
Onlar uzaqdan gəlirdi. Bu yaxınlarda yağan qardan son-ra, hələ yaxşı tapdanmamış yolla maral əti ilə yüklənmiş nar-talar çətinliklə hərəkət edir, əsl insan müqaviməti ilə irəli ge-dirdilər. Qaranlıq qovuşurdu, lakin yolçular bu axşam dü-şərgə salıb gecələmək fikrində deyildilər.
Qar hərəkətsiz havada sakit-sakit yağırdı. Hava lap isti idi, sıfırdan aşağı 10 dərəcə ola-olmaya. Mayers və Betlz pa-paqlarının qulaqlarını qaldırmış, Meylmyut Kid isə hətta əl-cəklərini də çıxartmışdı.
İtlər hələ günortadan yorulmuşdular, ancaq indi onlara elə bil yeni qüvvə gəlmişdi. Onların ən hissiyyatlıları nara-hatlıq göstərir, səbirsizliklə qoşqu qayışlarını dartır, havanı iyləyir və qulaqlarını şəkləyirdilər. Onlar öz tənbəl fleqmatik yoldaşlarına qəzəblənir, arxadan ayaqlarını dişləyirdilər. Onlar da həmçinin narahat olmağa başlayır və bu narahatlığı digər yoldaşlarına ötürürdülər. Nəhayət, birinci qoşqunun başçısı sevinclə zingildədi və qarı dərindən yara-yara irəli atıldı. Qayışlar dartındı, nartalar sürətlə irəlilədi, adamlar xi-zəklərin altına düşməməkdən ötrü addımlarını daha da ye-yinlətdilər. Əvvəlki yorğunluqdan əsər qalmamışdı. Onlar çığırıb itləri həvəsləndirir, itlər də sevinclə hürərək, var qüv-vələriylə bu qatılaşan qaranlıqda irəli cumurdular. Nartalar gözlənilmədən yoldan çıxıb küləyə düşmüş yelkən gəmisi kimi böyrü üstə əyiləndə adamlar bir ağızdan “Hey! Hey!” deyə çığırırdılar. Budur yağlı kağız çəkilmiş, işıq saçan pən-cərəyə vur-tut yüz yard məsafə qalmışdı. Bu işıq – yaşayış yerindən, alovlanan Yukon sobasından və buxarlanan çay qazançasından xəbər verirdi. Lakin koma artıq tutulmuşdu. Əlliyə qədər eskimos iti hədələyici səslə hürərək, birinci qoş-qunun itləri üzərinə atıldı. Qapı taybatay açıldı və şimal-qərb polisinin qırmızı rəngli mundirini geymiş adam, dizlərinə qədər qara bataraq əlindəki qamçını soyuqqanlılıqla işlə-dərək öz qəzəbli itləri arasında qayda-qanunu bərpa etdi. Kişilər əl tutub görüşdülər. Belə çıxırdı ki, yad adam Meyl-myut Kidi onu öz xüsusi komasında salamlayır. Onu burada qarşılamalı və yuxarıda xatırlanan Yukon sobası ilə isti çayın hazırlanması zəhmətini qəbul etməli olan Stenli Prins qo-naqlarla məşğul idi. Müxtəlif adamlardan ibarət olan bu dəs-tədə 10, ya da 12 adam var idi. Onlar hamısı – bəziləri qayda-qanun qoruyucusu, bəziləri poçtalyon, bəziləri isə kuryer adı ilə – kraliçanın qulluğunda idilər. Onlar müxtəlif millətlərdən idilər. Lakin keçirdikləri həyat onlardan arıq, dözümlü, qüvvətli əzələləri olan ayrıca bir insan tipi yaratmışdı. Günəş və istidən sifətləri bürünc rəngi almış bu insanların qorxmaz ürəyi və sakit, aydın baxışlı gözləri vardı. Bu insanlar kraliça-ya məxsus itlər qoşulmuş kirşələrdə gəzir, onun düşmənlə-rinin ürəklərinə qorxu salırdılar. Kraliçanın ayırdığı o qədər də çox olmayan ianə ilə dolanır və talelərindən narazılıq etmirdilər. Onlar çox şey görüb, çox şücaətlər göstərmişdilər. Onların həyatı məcara ilə dolu idi, lakin bunu heç xəyallarına da gətirmirdilər. Onlar burada özlərini evlərində olduğu kimi hiss edirdilər. Onlardan ikisi Meylmyut Kidin çarpayısına yayxanaraq, hələ ilk dəfə buralara gələrək hindu qadınları ilə evlənən fransız əcdadlarının qədim mahnılarını oxuyurdular. Betlzin çarpayısı da, elə bu cür təcavüzə məruz qalmışdır. Üç ya dörd “voyageurs” (səyyah) ayaqlarını ədyala bükərək Vulzlinin komandası altında qulluq etmiş yol yoldaşlarından birinin, Vulzlinin Xartuma hücumu barədə söylədiyi əhvalat-lara qulaq asırdılar. O qurtardıqdan sonra kovboylardan biri Buffalo Billin Avropa paytaxtlarında olan turnesi zamanı gör-düyü krallar, saraylar, lordlar və ledilər haqqında danışmağa başladı. Küncdə oturmuş köhnə silah yoldaşı olan iki metis şimal-qərbdə Lui-Reyl kral olduğu vaxt qopan üsyanın od və alovlarını xatırlayırdılar.
Elə hey kobud zarafatlar və onlardan da az kobud ol-mayan atmacalar səslənirdi. Suda və quruda baş vermiş qey-ri-adi macəra haqqında ən adi həyati şeylər kimi ancaq gül-məli bir əhvalat və ya söz xatirinə bəhs edilirdi. Prins tarixin necə yarandığını görən böyük və romantik işlər barədə ən adi gündəlik hadisələr kimi söhbət açan bu şöhrətə çatmamış qəhrəmanlara bütünlüklə aludə omuşdu. Prins böyük israf-çılıqla onları öz qiymətli tütününə qonaq edirdi. Əvəzində isə yaddaşların paslı zəncirləri açılır və köhnə, artıq unudulmuş odisseyalar meydana çıxmağa başlayırdı. Söhbətlər sona yetib və səyyahlar qəlyanlarını son dəfə dolduraraq yataq kisələrini açmağa başlayanda Prins bu adamlar haqqında məlumat top-lamaq üçün yoldaşlarına müraciət etdi.
– Kovboyun nə olduğunu sən özün bilirsən, – deyə Meylmyut Kid makasinlərini çıxardaraq cavab verdi. Onun yataq yoldaşının isə damarlarında britaniyalı qanı axır, bunu o saat görmək olar. Yerdə qalanlarına gələndə, onlar hamısı “coureurs du bois”in3 nəvələridirlər və Allah bilir ki, burada daha hansı qarışıq var. O, qapı ağzında uzanan iki nəfər tə-mizqanlı “bois brules”4dir. Bax o yun şərfli gəncin alt çənə-sinə və qaşlarına diqqət yetir. O saat bilmək olur ki, onun anasının tüstülü viqvamında şotlandiyalı olub. Bax bu başı-nın altına şinel qoyan qəşəng oğlan isə metis-fransızdır. Sən onun ləhcəsini eşitdinmi? O, yanında uzanan hindulara o qə-dər də dostluq münasibəti bəsləmir. İş belədir ki, metislər Reylin rəhbərliyi altında üsyan qaldıranda, təmiz qanlı hin-dular onların tərəfini saxlamadılar. Elə o vaxtdan da onlar bir-birini xoşlamırlar.
– Bəs o sobanın yanındakı qaraqabaq adam kimdir? And içərəm ki, o ingilis dilini bilmir, bütün axşam ərzində bir kəl-mə də danışmayıb.
– Səhv edirsən, ingilis dilini o əla bilir! Sən o qulaq asar-kən gözlərinə fikir verdinmi? Mən isə onu güdürdüm. O, bu-raya, deyəsən, qərib adamdır. Söhbət dialektdə ediləndə, mə-lum olurdu ki, o başa düşmür. Heç özüm də, təyin edə bilmi-rəm ki, o kimdir? Gəl bir cəhd edək… Sobaya odun at – deyə Meylmyut Kid naməlum adama dik baxaraq bərkdən səslən-di.
O həmin saat deyilənə əməl etdi.
– Qayda-qanuna onu hardasa əhliləşdiriblər, – deyə Prins yavaşdan söylədi.
Meylmyut Kid başı ilə razılığını bildirib, corablarını çı-xartdı və yerə sərilmiş adamların arası ilə sobaya tərəf irəli-lədi. Orada o islanmış corablarını iyirmiyə qədər tamam is-lanmış corabların arasında asdı.
– Siz nə vaxt Dousona çatmaq fikrindəsiniz? – deyə o naməlum adamla söhbətə girişmək bəhanəsi ilə soruşdu.
O diqqətlə həmsöhbətinə baxdı və sonra cavab verdi:
– Oraya qədər, deyirlər, yetmiş mildir, hə? Əgər belə-dirsə, onda 2 gündən sonra.
O azca hiss olunan şivə ilə, ancaq rahat, söz axtarmadan danışırdı.
– Əvəllər burada olubsunuzmu?
– Yox.
– Siz şimal-qərb ərazilərindənsinizmi?
– Bəli.
– Orada doğulmusunuz?
– Yox.
– Lənət şeytana, bəs axı sizin əsliniz hardandır? Belə gö-rünür ki, siz bunlardan deyilsiniz, – Meylmyut Kid başı ilə daxmada yerləşən və o cümlədən, Prinsin çarpayısında uzan-mış iki polismenə işarə etdi.
– Siz hardansınız? Mən əvvəllər sənə oxşar adamlar gör-müşəm, ancaq yadıma düşmür ki, harada…
– Mən isə sizi tanıyıram, – deyə naməlum adam Meyl-myut Kidin bu suallar axınının qarşısını gözlənilmədən kə-sərək cavab verdi.
– Haradan? Məgər biz görüşmüşük?
– Yox, haqqınızda mənə sizin şərikiniz Pastilikalı ruhani dostunuz danışıb. Bu çoxdan olub. Meylmyut Kidi tanıyıb-tanımadığımı soruşdu və mənə ərzaq verdi. Mən orada çox qalmadım. O, mənim barəmdə sizə heç nə danışmayıb?
– Aaaaa… belə de… demək sən həmin adamsan ki, susa-muru dərilərini itlərə dəyişmişdi?
Naməlum adam başı ilə “hə” dedi, qəlyanını boşaltdı və yorğanına bükülərək, bununla artıq danışmağa həvəsi olma-dığını bildirmək istədi. Meylmyut Kid çırağı söndürərək Prinslə birlikdə yorğanın altına girdi.
– Axı bu kimdir?
– Bilmirəm. İlbis kimi qınına girib danışmaq istəmədi. Çox maraqlı subyektdir. Onun haqqında mən bəzi şeylər eşitmişəm. 8 il əvvəl o bütün sahilboyunu heyrətə gətirdi. Sözün düzü, bu lap tapmacadır! Şaxtaların ən sərt vaxtında şimaldan gəldi, özü də, elə tələsirdi ki, elə bil dalınca şeytan qovurdu. Bu əhvalat minlərlə mil uzaqda Berinq dənizinin sahillərində olub. Hardan olduğunu heç kim bilmirdi, ancaq uzaqdan gəldiyi məlum idi. Onun Qolovin körfəzində isveç missionerlərindən ərzaq alanda çox əzgin, yorğun görkəmi vardı. Sonra məlum oldu ki, o cənuba necə getmək lazım ol-duğunu soruşurmuş. Körfəzdən o birbaşa Horton boğazın-dan keçərək yola düşdü. Hava qorxulu idi, tufan, çovğun an-caq onun heç vecinə də deyildi. Onun yerinə başqa adam ol-saydı, çoxdan o dünyaya getmişdi. O Sent-Maykl fortuna ça-ta bilmədi. Sahilə isə Pastilika yaxınlığında iki itlə acından ölümcül halda çıxa bildi.
O yola çıxmağa çox tələsirdi. Rubo ata onu ancaq ər-zaqla təmin edə bildi, itləri isə verə bilmədi. Ona görə ki, mənim gəlişimi gözləyirdi və üstəlik özü də yola düşməli idi. Bizim Uliss Şimalda itsiz səyahət etməyin nə olduğunu yaxşı anlayırdı, odur ki, özünü bir neçə gün oda-közə vurdu. Onun nartalarında bir yığın əla aşılanmış susamuru dərisi var idi – bunların xəzi isə, məlum olduğu kimi, qızıl qiymətinə gedir. Bu vaxt Pastilakada Şeylok qədər xəsis, çoxlu iti olan bir rus taciri olurdu. Onların alveri çox çəkmədi, bizim qoçaq yola düşərkən qoşqusunda ona qədər güclü-qüvvətli it var idi, susamuru dəriləri isə, məlumdur ki, Mister Şeyloka çatmışdı. Mən bu susamuru dərilərini görmüşdüm – əntiqə şey idilər. Biz hesab apardıq, məlum oldu ki, tacir hər itdən aşağısı 500 dollar xalis gəlir götürmüşdür. Elə güman etmə ki, Mister Uliss susamurunun qiymətini bilmir. O hindu olsa da, danı-şığından görünür ki, ağlar arasında yaşayıb.
Ücretsiz ön izlemeyi tamamladınız.