Kitabı oku: «Qırmızı kitab»
Məhəmməd Qutlu
QIRMIZI KİTAB
r o m a n
“Türkün min illik dərin Ana Yasasının sirrinə hər kəs şahid olacaq”
Türk Xaqanı Qərbin üstünə qaranlıq kimi çökəcək…
İddia edirik ki, bu kitabı oxuyanlar, “Əgər Türkiyə hakimiyyətinin başına belə bir lider keçərsə?” düşüncəsinə qapılacaqlar.
Türkiyə və Asiyanın əvvəlki işıqlı günlərinə qayıt-masını hədəf seçən xarizmatik bir lider. qorxmaz, sui-istifa-dəyə, rüşvətə, Qərbli çıxar qruplarına bulaşmamış biri…
Əvvəlcə, neçə illərdir ki, kəşf edilməyi gözləyən nefti çıxarmağa başlayır. Türkiyə qısa müddətdə dünyanın ən bö-yük neft istehsalçısı olur. Bunun ardınca bölücülər tərəfin-dən Türkiyədən qopardılan Cənub-Şərqi yenidən qazanır.
İllərdir Türkiyənin iliyini soran mənafe qruplarının, oğruların və xainlərin bütün etdiklərinin hesabını tək-tək soruşur.
Amerika və İsrail tərəfindən parçalanmış ərəb ölkə-lərini öz arxasınca aparır. Sonrakı mərhələdə, Rusiya ilə bir masaya oturur. Çin və digər Asiya nəhənglərini yanına alır. Asiya Birliyinin təməllərini atır. Dünya qısa müddətdə öz oxunu dəyişdirir. Güc Qərbdən Şərqə, Asiyaya keçir. Qərb ölkələrində qarışıqlıq və xaos başlayır.
Bütün bunlar Türk dövlətinin başına milliyyətçi, azadlıq carçısı və yaxşı yetişmiş bir dövlət adamının keç-məsiylə başlayır...
Görünüşündən, ömrünün 80-cı ilinin ikinci yarısını keçirdiyi təsiri bağışlayan qoca Sapanca gölünün sahilində qarmağını taqətsiz əliylə suya uzatmış, qatlanan stulunda mürgüləyərkən, birdən, başının üstündə duran nəvəsinin səsiylə diksindi:
– Baba! Bəs mən də gələcəkdim?
– Sən haradan çıxdın, aslan nəvəm?
– Eybi yox, nə olar ki! Həmişə məni qoyub gedirsən, hər dəfə…
– Sən məktəbdəydin. Bu vaxta qədər səni gözləyəy-dim? Balıqlar qaçardı axı.
– Guya, çox balıq tutubsan?
– Əlbəttə, tuturam. Bir dənəsini tutmuşdum. Sən gəl-məzdən əvvəl, vedrədən tullanıb qaçdı.
– Yaxşı, elə olsun.
Nəvəsiylə söz güləşdirmək, o vaxtların qüdrətli döv-lət adamının kefini açırdı.
– Baba, siz Mehmet Demirlə ölkəmizi xilas edəndə “Qırmızı Kitab”ı tapdınız?
– Nə, “Qırmızı Kitab”ı?
– Deyirlər ki, siz Türk dövlətlərinin gizli şifrlərinin yazıldığı “Qırmızı Kitab”ı tapıb, ondan sonra Türkiyəni xi-las etmisiniz…
Nəvəsinin bu sözləri yaşlı adamı hədsiz güldürdü. Ara verməyən gülüşlər öskürəyə çevriləndə, yaxınlıqda gözləyən asayiş polislərindən biri qaçaraq gəldi. Dərhal ma-şından su gətirərək əski dövlət adamına təqdim etdi. Qoca, titrəyən əlləri ilə bir neçə qurtum su içdikdən sonra, dərin-dərin nəfəs alaraq özünə gəlməyə çalışdı.
– Yaxşı, gözəl nəvəm. Madam ki, Qırmızı Kitabdan bəhs edirsən, sənə Mehmet Demir və dostlarının bu ölkəni necə xilas etdiklərini danışacağam. Amma, əvvəlcə evə qaç, dəftərini və həmişə üzümüzə tutduğun o kameranı gətir.
Babasının danışmağa qərar verdiyini hiss edən uşaq, bir anda ox kimi həvəslə evə yollanmışdı.
“Ey fani günlər, ey!” – deyə köks ötürərək, gölün parlaq sularına dalıb gedən yaşlı adam:
– Eh Mehmet. Xaqanım, can yoldaşım. Ölkəni necə qurtardığını danışmaq artıq boynumuzun borcu oldu. Barı danışım ki, gələcək nəsillərə “Qırmızı Kitab” olsun, – deyə içindən səsləndi.
Ahmet Bedinin gözlərindən süzülən iki damla göz-yaşı, bir müddət əvvəl itirdiyi böyük dövlət adamına hiss etdiyi həsrəti, üzünə nəqş edirdi.
Artıq nəvəsi yenidən başının üstündə peyda olmuş, kameranı ayaqları üstündə quraraq, babasının yanında oturmuşdu.
Beləcə, bir millətin küllərindən necə təkrar doğaraq, dünya dövlətləri sırasına qoşulduğu müdhiş hekayəni da-nışmağa və böyük vasvasılıqla nəvəsinə qeydə aldırmağa başlamışdı.
***
– Alçaq adam, rəzil kələkbaz!..
Bir dəstə çap kağızını divanın üstünə ataraq, qeyri-ixtiyari belə qışqırmışdı. Əli arxasında otaqda sürətli ad-dımlarla oyana-buyana gedir, orada olan üzləri sərt, müm-kün olduqca ciddi görünməyə çalışan iki adamın önünə gəl-dikcə, kəskin baxışlarla onlara baxırdı.
– Budurmu Təşəbbüskar İnkişaf Partiyasının sədri? Yəni, gələn il keçiriləcək seçkilərdə iqtidara gəlməsi gözlə-nilən partiyanın başında, bu adam durur? Dostlar, bu nə qə-dər alçaq adamdır belə?
Elə soruşmuşdu ki, adamların ikisi də eyni anda ud-qundu. Az qaldı ki, sualın şiddətindən onlar özlərində gü-nahkarlıq hiss etsinlər.
– Çox heyf ki, elədir, əfəndim. Ölkə gerçəkləri… – adamlardan biri dedi.
Bu cavabı eşidəndə, hələ otağın o biri tərəfinə get-məkdə olan əsəbi adam birdən dayandı.
– Əşiii, bu şərəfsizin necə yüz milyonlarla dollar mal-dövləti ola bilər? Universitet oxumaq üçün ailəsinin bir-cə inəyini satmağa məcbur olan tələbə bu deyil? Oğurladıq-ları bir yana qalsın, əclaf, məclisdəki rus katibəsinə ayrı-ayrı yerlərdə ev tutub. Hələ bunlar azmış kimi, hamının tanıdığı bu Fikrinin də xətirli müştəriləri arasında yer alır. Hər həftə Antalyada poker oyununda bir yerdə olduğu adamlar, Ru-siyanın və Türkiyənin ən azğın mafiya başçılarıdır. Budur-mu İYH-nin yerinə, iqtidara gələcək partiyanın başındakı adam? İnanılası deyil. Zərrə qədər inanılası deyil.
Bunları deyərkən otaqda gəzişməkdən əl çəkib, hirsli və əldən düşmüş halda yumşaq divanın üstündə oturdu. Bir-iki saniyə başını aşağı salaraq gözlədikdən sonra, gül-məyə başladı. Onun bu halı qarşısında oturan iki adamın üzündəki qaşqabağı da bir anda dağıtmışdı.
Xarizmasının şiddəti, ətrafındakı insanları bir anda gərgin bir atmosferə salırdı. Ciddi olduğu zaman, qaşqa-baqlı görünürdü. Ancaq güləndə, ətrafına müsbət ab-hava yayırdı.
Mehmet Demir 49 yaşında ölkədə tanınmış qəzet ya-zarı idi. Fərqli üslubu ilə, hələ 30 yaşlarından etibarən diq-qəti özünə çəkmiş, çox sayda jurnal və qəzetdə yazarlıq və idarəçilik etmişdi. Digər həmkarlarından fərqli olduğunu hər yazısında hiss etdirirdi.
Həmkarları arasında “Dərin Dövlətin mətbuat spi-keri” olaraq xatırlanırdı. Hər kitabında, hər yazısında Tür-kiyənin yenidən lider bir dövlət olacağını vurğulayır, bunun üçün görüləcək işləri, sanki partiya proqramı təqdim edir-miş kimi sıralayırdı.
Hər kəs neçə ildir ki, onun siyasətə addım atmasını gözləyirdi. O isə tələsmir, partiyalardan gələn təklifləri, "hə-lə vaxtı deyil" – deyərək, nəzakətlə istəmədiyini bildirərdi. Ancaq neçə illərdir ki, ölkənin ağzına düşdüyü məngənədən necə qurtulacağı haqqında dayanmadan düşünür, araşdırır, proyektlər hazırlayırdı. Bir yandan da, strateji mövqelərdə olan bir neçə adamla “özək bir heyət” yaratmışdı. Onlar il-mək kimi, ölkənin yenidən şahə qalxması üçün tətbiq olu-nacaq planları hörürdülər.
Üzündə yaranan təbəssümlə:
– Adam damazlıq öküz kimidir. Zarafat bir yana, o rus xatun inanılmaz dərəcədə gözəl deyilmi? Adam belə bir xatuna nələr verməz ki? – dedi.
Ahmet Zahit otağa yayılan müsbət ab-havanı güc-ləndirmək üçün, "iki ev və bol sıfırlı bank hesabları əfən-dim", – deyə güldü. Bu sözdən sonra, birdən otaqdakı üç adam eyni zamanda gülməyə başladı. Murat Alan gülüşünə qısa bir ara verərək:
– Bu nədir ki, mən hələ bütün mal-mülkümü fəda edə bilərdim – deyib, bol gülüşlü əhval-ruhiyyənin dozasını bir az da artırdı.
Mehmet Demir:
– Dünya nemətləri adamı bu vəziyyətlərə salır, düz-dürmü? – deyincə, qarşısındakı iki adam o dəqiqə ciddiləş-di.
Ahmet Zahit:
– Bəli, əfəndim. İndi bu adamı yaxşı əlimizə keçir-mişik. Hara çəksək, ora da gələcəkdir, – dedi.
Dosyenin hazırlanmasında məsul şəxs, o, idi. O, MİT1-in nazirlikdə saxladığı şöbə müdiri səviyyəsində agenti idi. Vətənpərvər və tərtəmiz keçmişi olan kəşfiyyat işçisi idi. MİT-in qurulmağında köməkçi olan və himayə edən ABŞ-ın illər keçməsinə baxmayaraq, hələ də təşkilat üzərindən əlini çəkməməsindən narahat idi.
CIA1-nın “mükafat” adı altında işçilərə payladığı qa-lın dollar zərflərini alsa da, tək qəpiyinə əl vurmadan yar-dıma möhtac insanlara paylanmasını təşkil edib.
Mehmet Demirin diqqətini bu duruşu və davranış-ları sayəsində çəkmişdi. Təxminən 7 il əvvəl tanış olduğu Dəmir ilə sübhə qədər danışdıqları uzun söhbətlərdən sonra tale onları bir yerə gətirmişdi. Doğrudan da, həm kəşfiyyat-çı olması, həm də baş nazirlikdə əhəmiyyətli bir vəzifədə yer tutması Mehmet Demirin baş qoyduğu böyük mübari-zəyə çox kömək göstərirdi.
Otaqda olan digər adam isə, Əhali İşləri Müdirliyin-də şöbə müdiri vəzifəsini icra edən Murat Alandı. Alanın, Demirin yaxınında olmasının ən əsas səbəbi vətənpərvər ol-masıyla bərabər, Dövlət Əhali Qeydiyyatının onun idarə-sində olması idi.
Mehmet Demir ilə işləməyə başladıqdan sonra, onun göstərişi ilə etnik quruluşu qarışıq olan bir çox bölgənin əhali qeydiyyatını fərqli bir məlumat bazasına yükləmiş, bu da öz növbəsində hərəkata bir çox fürsətlər yaratmışdı. Qa-ra dəniz, Şərqi Anadolu, Cənub-şərqi Anadoluda, Mərmərə bölgəsində, İç Anadolu, Ege bölgəsində, xülasə bütün böl-gələrin Osmanlıdan bəri hazırlanmış əhali qeydiyyatları əl-lərindəydi. Bunun sayəsində, əvvəlcə siyasətçilər, hərbçilər, polis işçiləri və üst səviyyəli, üst səviyyəyə aid edilə biləcək şəxslərin etnik köklərini araşdırmaq şansı yaranırdı. Kimsə əhəmiyyətli bir qurumda diqqəti cəlb edən formada yüksəl-məyə başladığı zaman, həmin an ailə şəcərəsinə baxıb səbə-bini başa düşməyə çalışırdılar.
Mətbuat qurumlarında fəaliyyət göstərənlər də eyni formada etnik yoxlamalardan keçirdi. Ümumiyyətlə, kimi şübhələnib araşdırırlarsa, erməni, yunan, aysor ya da sabu-tayist ailə şəcərələrinin olduğu ilə qarşılaşırdılar. Bu araş-dırmalar nəticəsində, ölkənin mətbuatından tutmuş Xarici İşlər Nazirliyinə qədər ən əhəmiyyətli yerlərində hər zaman gizli xristian və sabutaylarla qarşılaşmışdılar.
Çox gizli kodlarla gizlədikləri bu məlumatlar, ölkə-nin Osmanlıdan bəri heç bir zaman sadə Türklərin və Mü-səlmanların idarəsinə verilmədiyini bir daha ortaya qoyur-du. Türk olaraq bilinən o qədər baş nazir və nazir erməni, yunan və yəhudi çıxmışdı ki, bəzən ölkənin doğrudan da xi-lasının mümkünlüyündən ümidlərini kəsirdilər.
Başını tərpədərək Zahiti təsdiqləyən Mehmet Demir:
– Bəlkə də, şəxsiyyətsizin etdiyi bu səhvlər, vətən, millət üçün xeyirli oldu. Onu rahatlıqla aradan qaldırıb, mü-barizəmizi istədiyimiz səviyyəyə qaldıra bilərik – dedi.
Artıq Demirin adamları Mahmut Dilaverin yerlərə saçılmış olan çirkli əməllərini toplamağa başlamışdı. Bu dosyedəki sənəd və məlumatlar, təxminən 3 illik əməyin məhsulu idi. Çap kağızları ilə birlikdə iki qovluq sənəd və məlumatlar, eyni zamanda çox sayda kompakt disklə (CD) dolu çəkilişlər artıq onlardaydı.
Sənədlərdə yazılı olan nağd pullar alt-alta topladıq-da 120 milyon dollara çatırdı. Dilaverin ölkə içində və tez-tez getdiyi ABŞ-dakı mal-dövləti 60 milyon dollardan çox idi. Üstəgəl bütün bu mal-dövlət hələ iqtidara gəlmədən yı-ğılmışdı. Sadəcə bu pullar belə onun nə qədər qaranlıq adamlarla əlaqəli olduğunu göstərməyə bəs edirdi.
***
Mahmut Dilaver, Təşəbbüskar İnkişaf Partiyasının (TİP) sədriydi. Mehmet Demirin əlindəki əhali məlumatla-rına görə, köç artığı bir erməni ailəyə mənsub idi. Onun ailəsi də digərləri kimi cümhuriyyətin elanıyla türk ad və soyadı alaraq əraziyə uyğunlaşmışdı. O, Ankara Universi-teti Hüquq Fakültəsinin məzunuydu. Universiteti bitirdik-dən sonra Ankarada şansını yoxlamış, ayrı-ayrı sektorlarda öz yerini tuta bilmədiyi üçün Rizeyə qayıdaraq vəkillik etməyə başlamışdır.
İkinci dəfədir ki, Rize millət vəkili olaraq məclisdəy-di. Üç il əvvəl də, partiya başqanı Saim Sırıklıoğlu səhhətin-də yaranan problemlərə görə siyasətdən çəkilməyə məcbur qaldı. Sırıklıoğlunun o qədər etibarını qazanmışdı ki, əma-nəti təslim alacaq adamlar siyahısında onun da adı var idi.
Seçilməsində, ənənəvi Qara dəniz biznesmenlər lob-bisinin də böyük qatqısı olmuşdu. Bu lobbi böyük podratçı və nəqliyyat şirkətlərinin sahibləri olan, bir çox güclü biz-nesmendən təşkil olunmuşdu.
İqtidardakı İşıqlı Yol Hərəkatı (İYH) partiyası çox zə-ifləmişdi. TİP məclisdə üçüncü böyük partiya olmasına bax-mayaraq, anket nəticələrinə görə iqtidar yarışında ipi əlinə alacaq kimi görünürdü. Hiyləgər biznesmenlər bu rəsmin əsl mənasını dərk etməyi çox yaxşı bilirdilər. Bu adamlar daha əvvəllər də Türkiyəyə üç baş nazir, beş baş nazir kö-məkçisi və saysız-hesabsız nazir ərməğan etmişdilər. Özləri ərməğan etdiklərini düşünsələr də, biri yunan, digəri ermə-ni əsilli hər iki baş nazir Türk xalqına çox baha başa gəlmiş-di.
Fövqəladə konqresdə, siyasi tarazlığı yaxşı hesab-ki-tab edən biznesmenlər, Mahmut Dilaverin partiyanın başına keçməsi üçün kisənin ağzını sonuna qədər açmışdılar.
Konqresin birinci günündə, Mahmut Dilaverin ən güclü rəqibi İstanbul millət vəkili və partiyanın sədr kö-məkçisi Ahmet Karslı şanslı görünürdü. Çıxışında, milliy-yətçi və idealist bir duruş göstərmiş, nümayəndələrdən bö-yük alqış almışdı.
O gecə biznesmenlər lobbisinin həyata keçirdiyi əməliyyatla, nümayəndələrin verəcəyi səslərin yönü dəyiş-dirilmişdi. Bölgədəki biznesmenlərin oğulları və digər ya-xınlarından ibarət qrup, səsvermədə iştirak edənlərin qaldı-ğı otelləri bir-bir gəzirdilər. Özləri də nümayəndə olduqları üçün heç bir çətinliklə qarşılaşmırdılar. Nümayəndələri müxtəlif qruplar halında lobbilərdə bir yerə yığır, ətrafdakı maraqlı baxışların üzərlərində olduğunu gördükdə isə bun-dan yayınmaq üçün müvəqqəti qərargah olaraq otaqları is-tifadə edirdilər. Sübhə qədər böyük bir səylə düz 870 adam ilə üz-üzə görüşə bilmişdilər. Onları qarşılarına alıb:
– Bax dostum, Mahmut Dilaverin qalib gəlməsi öl-kəmiz üçün ən xeyirlisidir. Biz də bu məqsəd üçün çalışırıq. Elə sizin kimi. İndi səndən söz verməyini istəyirik ki, səsini Mahmut başqana verəcəksən. Yaxşımı? – deyə şirin dillərini işə salırdılar. Nümayəndə düşüncəli və fikirli üz ifadəsiylə vurnuxub udqunarkən, bir dəstə 500-lük avronun ucunu göstərirdilər. Avroları görən nümayəndənin tər basmış üzündə sevinclə iztirab dolu əcaib bir ifadə yaranırdı. Nü-mayəndə nəm-nüm edəndə, lobbinin adamı əlli min avroluq dəstəni onun cibinə basırdı. Bu anda eyni qrupdan bir digər adam mobil telefonla bu anın şəkillərini çəkərək kadrları ölümsüzləşdirirdi.
Bu şəkillərin çəkilməsi məsələsindən bir neçə nüma-yəndə çox narazı qalmışdı. Hətta bir ikisi dava salmaq istə-mişdi. Qarışıqlıq yaratmaq istəyən nümayəndələrə hədə ilə müdaxilə edilir:
– "Götür pulu sakit-sakit otur yerində" – mesajını ve-rirdilər. Doğrusu bu işdə çox püxtələşmişdilər.
TİP Fövqəladə Konqresinin ikinci günündə keçirilən səsvermədə, gözlənilənin tərsinə, Mahmut Dilaver qazandı. 1100 nümayəndədən 827-nin səsini alan Dilaver, əzici bir üs-tünlüklə TİP-in sədri olmuşdu. Bir gün əvvəl bütün göstəri-cilər Ahmet Karslını göstərsə də, bu vəziyyətdən sonra onun bütün ətrafı şoka düşmüşdü. Baş Nazirlik Divanına səsvermədə saxtakarlıq edildiyi haqqında müraciət edilsə də, heç bir nəticə almamışdılar. Doğrudan da hər şey niza-ma, qaydaya uyğun görünürdü.
Mahmut Dilaver partiya sədrliyinə keçmiş, partiya idarəetmə orqanları üçün nümayəndələr qarşısında irəli sürdüyü namizədlər də istədiyi kimi qəbul olunmuşdu.
Partiyanın başına keçən Mahmut Dilaver, artıq par-laq bir gələcək vəd edən yerin tək hakimi idi.
Nəticələr açıqlanarkən Dilaverin tərəfdarları səbir-sizliklə orada gözləyirdilər. 827 səslə Mahmut Dilaverin qa-lib gəldiyi elan olunanda, əvvəlcə tərəfdaşları sevincdən qış-qırmış, sonra bir-birlərini qucaqlayıb, sırtıq gülüşlərlə bir-bi-rinə baxmışdılar. 43 nümayəndə pul almalarına baxmayaraq Mahmut Dilaverə səs verməmişdi. Ancaq nəticəyə baxanda hədər gedən bir neçə milyon avronun heç əhəmiyyəti yox idi.
***
Orta Şərqdə vəziyyət 1978-ci ildə Bernard Levis adlı yəhudi mütəfəkkirin sədrliyində Princeton universitetində yığışan, Sionist Şurada ana xətləri müəyyən edilən Böyük Orta Şərq Planı, 2007-ci ildən etibarən tam mənada tətbiq üçün vüsət tapmışdı.
Tamamilə yəhudi məhsulu olan bu planla Orta Şərq-də hər bir dövlət ən az iki hissəyə bölünmüşdü. Bölgənin bu vəziyyəti, ABŞ-ın, əslində isə İsrailin daha rahat tikə kimi bu ərazini udması üçün idi. BOŞP ilə bölgədə düz 50 fərqli döv-lət yaradılmışdı. Qərb televiziya kanalları xəbərlərdə yeni xəritələr üzərində öz reportajlarını yayımlayırdılar. Ancaq bu süni sərhədlər bölgədə qəbul edilməmişdi. Türkiyə və İran xaricində cəmi 145 milyon olan Orta Şərq əhalisi, bu və-təndaş müharibəsi və üsyanlara görə 45 milyon azalmışdı.
Sanki Orta Şərq, cəhənnəmi dünyada yaşamağa baş-lamışdı. Ərəblərin, cənazədə, vuruşmada ya da nümayişdə olmadığı zamanlar bir yerə yığışaraq, əgər şansları varsa ta-pacaqları bir qurtum acı qəhvəni içərək etdikləri söhbətlər, ancaq və ancaq sonlarının nə olacağını müzakirə etməklə keçirdi.
Son dövrlərdə bu söhbətlərdə bir mövzu ön plana çı-xırdı. Allah onlardan türklərin intiqamını alırdı. Yüz il əvvəl bir ovuc ingilis qızılı üçün türkləri qəddarca arxadan vur-duqlarını xatırlayır, başlarına gələnlərə layiq olduqlarını dü-şünürdülər.
Fələstin və Süveyş cəbhəsinə əsgər və silah-sursat aparan qatarlardakı məhmətciyi heç düşünmədən öldürüb sursatlarını aparırdılar. İngilislərlə əlbir olub, türkləri böl-gədən uzaqlaşdırmışdılar.
Demək ki, Allah ədaləti göstərməkdə heç tələ-mir-di…Yüz ilə yaxın bir vaxtın sonunda, xidmət etdikləri qərbli ölkələrin atdığı bombaların başlarında partlamasıyla ədalət təcəlli edirdi.
Türklər! – deyirdilər. Ah türklər…, Türklər yeni bir təyyarə hazırlayıb, ama gizlidi – deyirdilər. Türklər daha dayanmaz – deyirdilər. Hazırlaşırlar. Arada digər biri: Atom bombaları da var – deyirdi. Türkiyədən gələn Am-mar demişdi, nüvə raketləri də hazırlayıblar. Yeraltında bir şəhər böyüklüyündə silah fabrikləri varmış – deyə fısıltı ilə danışırdılar. Söhbət edənlər bir ağızdan “İnşallah” deyə əl-lərini açıb yuxarıya doğru baxış göndərirdilər.
Türkiyə isə hər növ həngaməyə rəğmən, sərhədlərini qorumağı bacarmışdı. Mehmet Demir və dostlarının ən bö-yük təsəllisi də bu idi. Bu ölkəni Allah qoruyurdu. Nəsə et-mək üçün hələ də gec deyildi.
***
Mahmut Dilaver, artıq 6 ay idi ki, TİP-in başındaydı. 2019-cu il seçkilərinə bir ildən az bir vaxt qalmışdı. Araşdır-malar nəticəsində məlum olan ictimai rəy, hələ də TİP-in İYH-dən böyük fərqlə öndə olduğunu göstərirdi. Ölkənin iqtisadi vəziyyəti heç də müsbətə doğru getmirdi. Beynəl-xalq kredit dərəcələndirmə quruluşları Türkiyə üçün verilə biləcək kredit miqdarını aşağı salmışdı. Tətil və etirazların ardı-arası kəsilmirdi.
Mahmut Dilaver də, iqtidara namizəd partiyanın sədri olaraq, 6 ayda iyirmidən çox bölgədə mitinq keçirmiş, bir çox hotel yığıncaqlarında hökuməti var gücü ilə tənqid etmişdi. İqtidar qoxusu alan partiya lideri nə lazımdırsa, ar-tıqlamasilə edirdi.
Mehmet Demir və ətrafı da bekar dayanmırdı. Dila-verin saxtakarlıqlarını ortaya çıxarmaq üçün dosye və mə-lumatlar hazır idi. Gələn yeni məlumatlar günbəgün məlu-mat bazasında öz yerini tuturdu.
Demir və dostları ordunu da yaxından təqib edirdi-lər. Birbaşa əlaqə yaratmasalar da, ordu içindəki vətənpər-vər zabitləri ortaya çıxarır, ordu iyerarxiyası içində nə vaxt hansı rütbəni alacaqlarını diqqətlə hesablayırdılar.
***
Artıq hərəkata başlamağın vaxtı idi. Bir bazar günü, bütün xırdalıqları müzakirə etmək üçün Ankaradakı Ata-türk Bulvarı yaxınlığındakı binada, Demirin yaxın adamının sahib olduğu ofisdə bir yerə yığışdılar.
Ahmet Zahit, telefon və səs dinləyicilərin qarşısını almaq üçün otaqdakı cihazı işə saldı. Pəncərəsi olmayan başqa bir otağa keçdilər. Hər ehtimala qarşı radionun səsini də bir az verərək işə başladılar.
Dörd nəfər idilər. Otaqdakı dördündü adam isə, Də-mirin Polis İdarəsi daxilindəki Kəşfiyyat Bölməsində işləyən adamı Zeki Atlıydı. Rütbəsi, ikinci sinif polis rəisi olan Atlı da neçə illərdir ki, Mehmet Demir və qrupu ilə birlikdə hə-rəkət edirdi. Demir kimi o da Adapazardan idi. Çox yaxşı polis işçisiydi. Onun bu qrupdakı vəzifəsi də, polis təşkila-tının nəbzini tutmaq, məlumatları onlara çatdırmaq idi.
O günki yığıncaqda hər şeyi tək-tək yenidən gözdən keçirirdilər. Artıq hazır idilər. Mehmet Demirin ilk addı-mından etibarən, müəyyənləşən yerə gələnə qədər bir daha qəti görüşməyəcəkdilər.
Təcili nə isə olanda, qəzetlərin qoşa səhifələrində yer alacaq “OSTİM-də 4 mərtəbəli mərmər atelye satılır” elanı görüş üçün şifr olaraq istifadə ediləcəkdi. Təbii ki, boş-bo-şuna üçüncü şəxsləri bu məsələyə qatmamaq üçün, elanda daha əvvəl müəyyən etdikləri aktiv olmayan bir nömrə ola-caqdı.
Böyük mübarizə başlayırdı. Demir və adamları göz-yaşı içində bir-birini qucaqlayaraq vidalaşdılar.
Mehmet Demir qucaqladığı hər dostuna bunu söy-ləyirdi:
– Qardaşından ayrılırsan, amma Allahın izni ilə Xa-qanın səni gözləyir. Dostu da ona:
– Canım, qanım vətənimə və Xaqanıma fəda olsun – deyərək başını xəfif əyirdi .
Demir elə həmin günün axşamı gizlicə Oran səmtin-də bir evə ziyarət etdi.
– Qardaş, qərar verdik ki, artıq başlayaq. Səndən dəstəyini və dualarını almağa gəlmişəm.
– Allah utandırmasın gözəl qardaşım. Allah doğru-nun, inananın yanındadır. Bacaracağına inanıram.
– Sağ ol, qardaş. Üstümüzdə böyük əməyin var. Haqqını halal elə.
– Halal olsun. Allah yar və yardımçın olsun. Vəziy-yət necə olur olsun, qapım sizin üzünüzə həmişə açıqdır, bunu unutma. Necdetdən xəbər varmı? O da sizə qoşulacaq düzdürmü?
– Bilirsən kəndə çəkildi. Seçkilərdə namizəd göstər-mək istəyirəm.
– Yaxşı fikirdi. O da mütləq qatılar.
– Mən də elə düşünürəm. Salamat qal, İslam qarda-şım, dualarını əsirgəmə.
***
Mahmut Dilaver katibəsinin meqafondakı səsini eşi-dəndə rahatlıqla son anket nəticələrinə baxırdı. Nədənsə bu xatunun səsini eşidəndə içi qıdıqlanırdı.
Doğurdan da çox xoş səsi vardı. Onu katibə olaraq seçməsində əndamıyla birgə bu dəvətkar səs tonu da təsirli olmuşdu.
– Əfəndim, Mehmet Demir bəy zəng edir, telefonu qoşum?
– Qoş yavrum, gözləyirəm.
Gün hardan çıxıb? Ondan heç xoşu gəlməyən Meh-met Demir durduq yerə heç zəng etməzdi. Bunları düşünə-düşünə gərildiyin hiss edirdi.
– Ooo Mehmet bəy, bu nə şərəfdir. Necəsiniz? Bu-yurun…
– Əstəğfürullah Mahmut bəy, sizə zəng etməyib, ki-mə zəng edəcəyik ki? Ölkənin vəziyyəti göz önündədir. De-dim baxım hələ bizim iqtidara namizəd olan partiyamızın li-deri nə düşünür?
– Mən də sizə zəng edib görüşək deyəcəkdim. Nə vaxtdır həsb-hal edə bilmirik? Ölkə pis vəziyyətdədir. Kö-şənizdən bəzi gerçəkləri yazılarınızda vurğulasanız çox bö-yük xidmət etmiş olarsınız.
– Əlbəttə, işimiz budur, bilirsiniz. Eyni şeyləri fikir-ləşirik. Görün nə deyirəm, qarşıdakı həftə içi görüşək. Göz-lərdən uzaq bir görüşmə olsun, narahat edilməyək. Mən si-zə zəng edərəm, mümkündürmü?
– Çox yaxşı olar, Mehmet bəy, sizin zənginizi gözlə-yəcəm. Lakin bir gün əvvəl zəng etsəniz çox yaxşı olar, gö-rüşlərimi nizamlaya bilim.
– Yaxşı. Görüşənə qədər, işiniz avand olsun.
Ölkənin ən çox satılan qəzetinin ən çox oxunan ya-zarı zəng etmişdi. Məlum məsələydi ki, iqtidara gələcək partiyanın lideri ilə yaxınlaşmaq istəyirdi. Bu adamın yazı-larını hər gün on milyon adam oxuyurdu. Yazıları ölkə gün-dəmini arxasınca sürükləyirdi. Mehmet Demir kimi bir ada-mı qazanmaq çox yaxşı olardı. Amma, nəyə görəsə bu ada-mın adını duyduqda belə Dilaver gərginləşirdi.
***
Axşam saat yeddiyə yaxınlaşanda Mahmut Dilaver və dəftərxana müdiri Ekrem Sayhan, Demirin özəl ofisinə gəlmişdilər. Rəsmi vəzifələrinə görə Demirin özək heyətin-dən yanında heç kəs yox idi. Ofisdə sadəcə katibəsi və iki cangüdəni var idi.
Bir müddət havadan-sudan söhbət etdikdən sonra Mehmet Demir, əlinə keçən xüsusi bir araşdırmanı göstər-mək istədiyini bildirərək, yan otağa keçməyi təklif etdi. Baş-başa olmaqları daha yaxşı olacaqdı. Bundan xoşu gəlmədi-yini yerində vurnuxaraq bəlli edən dəftərxana müdiri, Dila-verə:
– Mən burada gözləyərəm, əfəndim, – deyə bildi.
Demir yolu göstərdi və hər ikisi iç otağa keçdilər. Bu otaq, dünyada mövcud texnologiyalarla dinlənilməsi müm-kün olmayan bir otaq idi. Divarları və döşəməsi, beş santi-metr qalınlığında metal ilə örtülmüşdü. Pəncərəsi yox idi. Səs əks-sədasının qarşısını almaq üçün istifadə olunan tex-nologiya sayəsində, kimsə otağın qapısına qulağını söykə-yib qulaq assa belə, içəridə top atsalar heç nə eşidə bilməzdi.
Eyni zamanda, otaqda, hərəkət edən hər şeyi anında çəkə bilən 5 ədəd yeni texnologiyanın məhsulu kamera var idi. Üstəgəl, fısıltını belə qeyd edə bilən səs sistemi quraşdı-rılmışdı.
Slaydın nümayişi bitdikdən sonra pultla cihazı sön-dürən Demir, Mahmut Dilaverə baxdı. Adam qan-tər için-dəydi. Stolun üstündəki qrafindən bir stəkan su dolduraraq ona uzatdı. Titrəyən əlləriylə stəkanı ağzına tərəf aparan Di-laverin halı, su içərkən özünü nəhəng bir timsahın dişləri arasına salan antilopu xatırladırdı.
– Bu nə deməkdir, Mehmet bəy, – deyə bildi.
Bütün təmkinliyi ilə Mahmut Dilaveri süzən Meh-met Demir, özündən arxayın formada:
– Yəqin başa düşdünüz ki, bir az əvvəl baxdıqlarınız siyasi həyatınızı bitirmişdir, hörmətli Dilaver. Düşünürəm ki, bunda həmfikirik. İndi cavab verməyimiz lazım olan əsl sual, bundan sonra nə olacağıdır.
Mahmut Dilaver, başını yerdən qaldıra bilmirdi. Zehnində yüzlərcə sual onu rahat buraxmırdı. Ölkənin ən çox oxunan köşə yazarı bu dosyeni ələ keçirmişdisə, doğur-dan da işi bitmişdi. Nə etməliydi? Nə deməliydi? Bu adam ondan nə istəyəcəkdi? Görəsən, bu işdən çıxacaq bir yol var idimi? Demiri razı sala bilsə, dosyeni yox edə bilərdimi?
Bir qədər sonra başını qaldırıb yazıq bir ifadə ilə De-mirə baxan Dilaver:
– Bunu kim hazırlayıb? İndi nə olacaq? – deyə sual verdi.
Stoluna söykənərək ayaq üstə Dilaveri süzməyə da-vam edən Demir:
– Bunlar lazımsız xırdalıqlardır, Mahmut bəy, – dedi. Bu dosye, bir çox önəmli şəxslərdə var. Hamısı da mənə bağlı olan adamlardır.
Mehmet Demir sözünə qaldığı yerdən davam etdi:
– Məni partiyanıza dəvət edəcəksiniz. Üzv olaca-ğam. İki ay sonra keçiriləcək fövqəladə konqresdə partiya sədri olaraq məni təklif edəcəksiniz. Sizi pulla bu vəzifəyə gətirən qərbli qardaşlarınız və biznesmenlər daxil, heç kimə heç nə hiss etdirməyəcəksiniz. Hər şey konqresin keçirildiyi gün olub bitəcək. Dediklərimi başa düşdünüzmü? – dedi.
– Bunu edə bilməsəniz… deyərək gözlərini Dilaverə dikən Mehmet Demir:
– Edərəm. Əmin olun ki, edərəm. İndi dediklərimə hərfi-hərfinə riayət edəcəksiniz. Heç kimə də heç bir şey hiss etdirməyəcəksiniz. Sizdən bayrağı mən təhvil alıram. Daha kirlətməyinizə icazə vermərəm. İndi isə gedə bilərsiz, – de-yərək, qapını göstərdi.
Mahmut Dilaver, tökülə-tökülə ayağa qalxdı. Qapıya tərəf səndələdi. Qapı tutacağına tərəf əlini uzadarkən:
– Dosyenin ictimaiyyətin əlinə keçməyəcəyində sizə güvənirəm, – deyə bildi.
Mahmut Dilaver, nələrin danışılacağını xəyal etdiyi bu otaqdan və eyni zamanda Türkiyənin siyasi həyatından çıxıb gedirdi.
***
TİP-in sədri Mahmut Dilaver, Balqatdakı partiya qə-rargahında çoxsaylı iştirakçının yer aldığı mətbuat konfran-sı təşkil etdi. Mətbuat orqanlarına göndərilən dəvət mət-nində, partiyaya çox əhəmiyyətli bir şəxsin üzv olacağını xüsusilə qeyd etmişdi. Buna görə də, konfrans salonu ət-ətə dayanmış qəzet və televiziya müxbirləriylə dolu idi.
Mahmut Dilaver salona Mehmet Demirlə əl-ələ gir-di. Sevinc dolu ifadəylə kreslosunu çəkib oturaraq, Mehmet Demirə də sağ tərəfində yer göstərdi.
– Dəyərli mətbuat işçiləri, dəyərli vətəndaşlarım, Türk mətbuatı və düşüncə həyatının mümtaz şəxslərindən biri olan, çox hörmətli Mehmet Demiri uzun çəkən müzaki-rələrin sonunda partiyamıza üzv olmağa razı salmışıq. Öl-kəmizin və bölgə ölkələrinin hal-hazırki gücü hamımıza mə-lumdur. Uzun müddətdir onu partiyamızın sıralarında gör-mək istəyir, fəqət razı sala bilmirdik. Ona:
– "Ölkənin sənə ehtiyacı var. Daha gözləyə bilməz-sən", – dedim. Və nəticədə artıq bizim yanımızdadır. O, istər partiyamıza, istərsə də ölkəmizə, bundan sonra siyasi are-nada xidmət edəcəkdir.
Dilaver doğrudan da gözəl danışmışdı. İnanılmaz formada bəsirətli davranmış, Demirin partiyaya qatılmasın-dan böyük bir sevinc hiss etdiyi görüntüsünü verə bilmişdi.
Dilaverin ardınca Mehmet Demir də qısa çıxış edə-rək, ölkənin və bölgənin içində olduğu, sabitsizlik və qarı-şıqlıqların, siyasətə TİP sıralarında qoşulmasının qaçınılmaz olduğunu dedi. TİP sıralarında ölkə üçün əlindən gələn bü-tün gücünü sərf edəcəyini bildirdi.
Bu çıxışların ardınca Amerika tərəfkeşi olan televizi-ya müxbiri Mahmut Dilaverə:
– Hörmətli sədr, müxtəlif vaxtlarda etdiyi çıxışlarla milliyyətçi olduğunu göstərən hörmətli Dəmiri partiyanıza transfer edərək, ifrat milliyyətçiliyə doğru yön dəyişdirmiş olmursunuzmu?
Gözlərinə bir anlıq işıq gələn, sualdan məmnun ol-duğunu gizləməyən Mahmut Dilaver:
– Bu hardan çıxdı, yoldaşlar. Hörmətli Dəmirin bu günə qədər tutduğu yol və davranış Türkiyənin mənfəətlə-rini düşünmək çərçivəçindədir. Partiyamız ölkəmizin çiçək-lənməsi üçün var olduğu üçün, hörmətli Demir ilə birlikdə fəaliyyət göstərməyimizdən təbii nə ola bilər ki? – şəklində bir cavabla vəziyyətdən çıxmağa çalışdı.
Elə baxışlar Mehmet Demirə çevrilmişdi ki, bu dəfə də Amerika və Yəhudi media nəhənglərinin satın aldığı bir digər kanal müxbiri:
– Ancaq hörmətli Demirin keçən il qələmə aldığı bir yazısında, kürdlər üçün olduqca faşist ifadələr yazdığı xati-rələrimizdədir. Hörmətli Demirin kürd, erməni və yunanlar, yəni ümumilikdə azlıqlar haqqındakı sərt fikirləri dəyişib-mi? Yoxsa, partiyanızın siyasi düşüncəsi ifrat milliyyətçiliyə yaxınlaşmışdır? – yönündəki təhrikedici suallar ard-arda gə-lirdi.
Müxbir sualını Dilaverə gözünü dikərək verdiyi üçün, yenə Dilaver cavab verdi:
– Yoldaşlar, TİP sağ mərkəz və demokratizmə bütün səmimiyyəti ilə inanan insanların təşkil etdiyi partiyadır. Hörmətli Demirin yazdığı yazılar, etdiyi çıxışlar hamımızın yadındadır. O, demokratik və dünyəvi cümhuriyyətə kö-nüldən bağlı dəyərli bir jurnalist, yazar və mütəfəkkirimiz-dir. Ölkəmizin od-alovun içində qıvrıldığı bu dövrdə, çi-çəklərdən yazı yazmasını gözləyə bilmərik, düzdürmü?
Mehmet Demir, bu cür sualların veriləcəyini gözlə-yirdi. Yaxşı da hazırlanmışdı. Xəfifcə mikrofona tərəf əyilə-rək:
– Yoldaşlar, əvvəlcə onu qeyd edim ki, mən TİP-ə qatıldım, TİP mənə qatılmadı. Bu o deməkdir ki, partiyada özümü ifadə edə biləcəyim bir zəmin gördüm. Bəzi yazıla-rımdakı fikirlərdən bəhs etdiniz. Yazılarımın faşist ifadələrə ehtiva etdiyi sizin fikrinizdir. Bu günə qədər bu yöndə heç bir tənqid görmədiyimi ürəyiaçıqlıqla deyə bilərəm. Bəzən sərt üsluba doğru yönəldiyim doğrudur. Ancaq təqdir edər-siniz ki, bütünlüklə yanan evini söndürməyə çalışan adam bunu etməyib nə edəcək ki? Bəzi çıxışlarımızı bu aspektdə qiymətləndirməlisiniz. Mən bu günə kimi yazdığım və da-nışdığım hər şeyin altına öz imzamı atdım. O imzaların mü-rəkkəbi hələ də silinməyib, – dedi.
Suallar xüsusən də bəzi ətrafların əhatəsindəki me-dianın bu işdən heç məmnun qalmadığın göstərirdi. Bu da gözlənilməz bir şey deyildi.
Sabahısı gün, tərəfkeş media nümayəndələri tərə-findən hazırlanan xəbərlər ifrat milliyyətçi Mehmet Demirin TİP-ə qatılması başlığı ilə hazırlandı. Türkiyənin öncül tele-viziya kanalları və qəzetləri, Mehmet Demirin kürdlər və er-mənilər haqqında yazdığı bəzi sərt yazılarını dayanmadan təkrar-təkrar yayımladılar.
Ancaq çöldəki vətəndaşlar onlar kimi düşünmürdü. Demirin TİP-ə qatılması ilə veb saytlarda keçirilən anketlər, xalqın bu transferi doğru qəbul etdiyini göstərirdi. Demir qrupunun hazırladığı böyük kütlənin qatıldığı anketdə də, xalqın 76,8 faizi onun TİP-ə qatılmasına müsbət baxırdı. Bu da öz növbəsində insanların Mehmet Demirdən çox şey gözlədiklərini göstərirdi.
***
Manhettenin içindən mizraq kimi göyə yüksələn "Edwards Invest Bank"ın (EIB) 189 mərtəbəli göydələninin ən üst mərtəbəsindəki böyük ofisin sıxıcı havası telefonun səsiylə əks-səda verdi.
Künclərindən yüksələn sütunları, piramida və firon təsvirləri ilə dolu qabartmalarıyla Misirdən oğurlanmış bir qəbiri xatırladan nəhəng masada, mısmırığını tökmüş bir qoca oturmuşdu. Çənəsindən sallanan ətlə və heybətli bur-nuyla sfinksi xatırladan yaşlı adam, yanını kəsdirmiş, borclu dövlətlərlə əlaqəli hesabatı təqdim edən gənc iqtisadçıya çıxması üçün işarə elədi.
Telefonun o biri ucundakı səs, hər zaman fəlakətli xəbərlərlə ortaya çıxıb pulları xərcləmək üçün müqəddəs hədəflər göstərən Ser Toni Forlova aid idi.
Qərbi Avropa ustadi-əzəmi olan Böyük Britaniya Lordlar Palatası nümayəndəsi Ser Toni Forlov, Dünya Tən-zimləmə Komitəsinin fəxri başqanıydı. Dünyaya nizam ve-rən bu komitə, ildə bir dəfə toplaşırdı. Fəqət əhəmiyyətli si-yasi və hərbi dəyişikliklər olduğu zaman fövqəladə toplan-tılar da olurdu.
Komitənin əvvəlcədən müəyyən etmədiyi dəyişik-liklər qarşısında, hər biri yüzlərcə milyard dollarlara sahib olan pul baronlarının ortaya qoyduğu fövqəladə hal büdcəsi ilə dövlətlər müharibəyə sürüklənir, hökumətlər ləğv edilir, dövlət başçıları aradan götürülürdü.
Dünyanı idarə etməkdən nə qədər xoşu gəlsə də, bu cür fövqəladə gündəmlər, pula sitayiş edəcək qədər aşiq olan Mayk Eduard üçün milyonlarla dollarla vidalaşma anı olduğu üçün, sıxıntı qaynağıydı.
Narahat üz ifadəsiylə arxaya söykənib yekə qarnını qaşıyan Mayk Eduard:
– Eyy Toni, bu nə sürprizdir? – deyə guruldadı.
Budur, yenə Ser Toninin cırıltılı səsi qulağını cır-maqlamağa başlamışdı.
– Türkiyədəki yeniliklərdən xəbəriniz varmı, Mayk?
– Nə olub ki, orda, xəbərim yoxdur.
– Belə də bilirdim. Təbii ki, xəbərin olmaz, başını basdırdığın dollarlardan fürsət tapmırsan axı. Heç də xoş ol-mayan şeylər olur, Mayk. Bu dəqiqə elə bil havadayam. Sək-kiz saat sonra komitə üzvləri hazır olsun. Amma hamısı gəl-sin. Bu, çox vacib məsələdir.
Telefonu yerinə qoyarkən lap mısmırığını tökən Mayk Eduard:
– Aha, yenə sonu gəlməyən bir toplantı başlayır… – deyə düşündü.
Səs gücləndiriciyə basaraq katibəsinə qışqıran Eduard:
– Bu lənətə gəlmiş Latın Amerika operatorunu gön-dər bura, – dedi. Bir də bizim poker oynayanlara zəng edib de ki, sabah onları klubda gözləyirəm.
Dosyelər qucağında, utancaq addımlarla içəri girən Con Depler yanına gələnə qədər gözlədi. Sonra anidən ovu-nun üstünə atılan aslan kimi masaya doğru əyilərək:
– Bu lənətə gəlmiş latınlara tək-tək zəng et de ki, tez pullarını ödəsinlər. Hansı palçığa batırıblar, kimə yedizdi-riblər mənlik deyil. Həftənin əvvəlində 60 milyard dolları masamın üstündə görmək istəyirəm. Başa düşdün? – deyə kükrədi.
Yekəqarın pul baronunun tüpürcəyindən sir-sifəti is-laq olan Depler:
– Baş üstə, əfəndim – deyərkən küləyə tutulmuş qo-vaq yarpağı kimi titrəyirdi. Üç il əvvəl 5 Latın Amerika öl-kəsi, 600 milyard dollar və üçdən biri EIB-ə aid olan kredit borclarını ödəməyəcəkərini bildirdikdən bəri, ixtiyarı ilk də-fə bu qədər əsəbi görürdü.
***
Böyük mübarizədən əvvəl bir az mənəvi dəstək və güc toplamaq istəyən Mehmet Demir, həyat yoldaşı Yase-min, övladları Kaan və Tuğçeni də götürüb boya-başa çat-dığı Bıçkılı kəndinə getdi.
Ata-babaları Şeyx Şamilin Rus çarlığı qarşısında məğlub olmasının ardınca 1864-cü ildə Osmanlı torpaqları-na hicrət etdiyi vaxt, oradakı kəndlərinə birə-bir bənzəyən bu cənnət parçasını tapıb məskən salmışdılar. Bura, sağlam qayın meşələriylə örtülü bir vadinin başlanğıcında, yamya-şıl bir kənd idi. Kəndin üç tərəfi gur meşələrlə bəzənmiş sı-ra dağların əhatəsində idi.
Demir burada boya-başa çatmış olmasına rəğmən kəndin gözəlliyindən heç vaxt doymamışdı. Fürsət düş-dükcə özünü kəndinə atır, tüfəngini götürüb meşəyə gəzin-tiyə gedərdi. Uşaqlığından bəri fürsət yarandıqca meşəyə gedər, yüksək bir təpənin başında bağdaş qurub düşüncə-lərə dalardı. Nəyə görəsə bu meşəliklərdə onu cəlb edən bir şey var idi. Meşəyə gəldiyi zamanlar, özünü təmizlənmiş, dərdlərdən uzaq, mənəviyyatı güclənmiş kimi hiss edirdi.
Kəndə gedəndə yenə eyni şeyi təkrar etdi. Oğlu Ka-anı da yanına alıb meşəyə doğru yollandı. Meşəyə çatmaz-dan əvvəlki son fındıq bağçaları ailəsinə aid idi. Oğlu Kaa-nın yol boyunca uzanan fındıq bağçalarına qürurla baxdığı-nı gördükdə:
– Eyni mənəm, – deyə düşündü. O da, fındıq bağça-larının yanında durub, uzun müddət seyrə dalardı. Nazlı fındıq budaqları, ona bərəkəti xatırladırdı.
– Oğlum, bu fındıq bağçası o vaxtlar sıx bəstəboy ağaclar və tikanlarla örtülü keçilməz bir meşəydi. Rəhmətlik babanın dəryaz və külünglə buranı təmizləyib fındıq kolları əkdiyini bilirdinmi?
– Hə, ata. Dəfələrlə danışıbsan. Rəhmətlik babam çox çalışqan biriymiş.
Oğlunu gülümsəyərək dinləyən Demir:
– Bizim bu uşaq, bizi də keçəcək, – deyə düşündü. Hələ 12 yaşında olmasına rəğmən yetkin, ciddi və ağıllı bir dəliqanlı olmuşdu. Üstəgəl eynilə onun kimi baxırdı həyata.
İkisində də səkkiz fişəng atan avtomatik ov tüfəng-ləri vardı. Oğluna:
– Düz burda bir göyərçin vurmuşdum, bax burda bir meşəcüllütün havada vurmuşdum, – deyə qürurla ov ma-cəralarını danışırdı.
Aradabir gözucu oğluna baxır:
– Vallah doğru deyirəm, atan çox yaxşı ovçuydu gəncliyində – deyə israr edirdi. Oğlu da gülərək:
– İnanıram ata, sən kimin atasısan? – deyə qarşılıq verirdi.
Yol boyunca tüfənglərini gah quru bir budağa, gah da iri bir qayaya tutaraq boşaltdılar. Kəndə qayıdanda ax-şam azanı oxunurdu. Kənd çayxanasına doğru yaxınlaşan-da:
– Oğlum, sən bir az qabaqdan get. Yaşlılar bizi bir yerdə görməsin, məlum məsələdi onların Qafqaz adətləri… Mən çayxanada bir az baş qarışdırıb gələrəm. Anana da de ki, narahat olmasın, – deyərək Kaanı göndərdi.
Kənd mərkəzinə çatanda çayxananın qabağında out-ranlar birlikdə ayağa qalxdı. Hamza adlı, özündən yaşca bö-yük dostu:
– Mehmet, nə pis adamsan. Kəndə gəlirsən, xəbər belə vermirsən. Qorxma gəl, çaylar bizlikdi, – deyə səsləndi.
– Səndən qorxan elə sənin kimi olsun. Allahın kənd-lisi. Təbii ki, çaylar sənlik olacaq. Biz qonağıq burda. Sən öl-mədinmi hələ? Eşitmişdim ki, can verirsən.
– Sən çox gözləyərsən aslanım, hamınızı basdırma-dan getməyə niyyətim yoxdur.
Bir saat boyunca dostlarıyla çənə vurub həsrətə son vermiş, çayxanaya gələn hər yaşlı adam üçün ayağa qalxıb əlini öpmüş, kef-əhval soruşmuşdu. Bu kəndi, bu kəndin in-sanlarını çox sevirdi.
Səhəri gün, günortaya doğru yerindən qalxmış, qar-daşı Hamdi və evin digər üzvləri ilə nahar etmişdi. Qarda-şının evinin balkonunda etdiyi bu naharları heç nəyə dəyiş-məzdi.
Daha sonra da hər dəfə gələndə etdiyi kimi evin ar-xasındakı təpəyə gedib aşağıdakı tarlaları uzun-uzadı seyrə daldı. Kəsilmiş olan fındıq kolunun budaqlarını toplamağa başladı. Fındıq bağçasında işləmək, həmişə onun kefini açır-dı.
Ailəsiylə kənddə keçirdiyi həftə sonunun ardından, rahat və enerji dolu Ankaraya qayıtdı. Artıq böyük mübari-zə üçün özünü hazır hiss edirdi.
***
Vaşinqton yaxınlarında, ucsuz-bucaqsız meşənin də-rinliklərində, gözlərdən uzaq bir sarayın geniş həyətinə ard-arda enib qalxan vertolyotlar, ağac budaqlarında yuva qu-ran quşlara bazar səhərini zəhər etmişdi.
Yolu belə bilinməyən meşənin dərinliklərində, göy-dən zənbillə düşmüş kimi dayanan, yüksək mərmər sütunlu nəhəng malikanənin ətrafında, sıx hərəkətlilik görünürdü.
Binanın ətrafında, qara eynəkli, kostyumlu və avto-matik silahlı adamlar nizamlı olaraq dövrə vururdu. Onlara yoldaşlıq edən qara dobermanların bu adamlardan tək fərqi, eynəksiz olmalarıydı.
Günortaya doğru enən son vertolyotdan aşağı düşən adam, yekəqarın, kovboy şlyapalı və ilk baxışdan kefinin ol-madığı görünən yekəpər qoca da mərmər yığınından içəri girdikdə, vertolyotun pərlərinin səsi kəsilmişdi.
Kraliça Viktoriya dövründən qalmış təəssüratını ve-rən donuq sifətli, mexanik hərəkətlərlə yol göstərən xid-mətçinin açdığı nəhəng oymalı qapıdan girən ixtiyar, U şək-lindəki masanın ətrafında oturan 30-a yaxın mısmırıqlı ada-mı salamlayaraq yerinə oturdu.
Komitə sədri Artur Merinin:
– Cənablar, qardaşımız Mayk da gəldiyinə görə, gəl-məyən kimsənin qalmadığın təxmin edirəm – şəklində ki-nayəli sözlərinə, üzvlərin boğuq, qısa gülüşlərlə verdikləri cavab, bir növ təsdiq əlaməti idi.
EIB sədri Mayk Eduard isə, yerində donquldanaraq məmnun olmadığın göstərdi.
Boğazını təmizləyərək sözlərinə başlayan sədr Artur Meri:
– Bəylər, bazar səhəri sizi isti yatağınızdan durğuzub bura gətirən, əmin olun ki, mən deyil, Türkiyədə meydana gələn bəzi kritik dəyişikliklərdir. Böyük ustad Ser Toni For-lov bizlərə bu mövzuda ətraflı hesabat təqdim etmək üçün yanımızdadır. Ona təşəkkür edərək verəcəyi dəyərli məlu-matlarla sizi baş-başa qoyuram, – dedi.
Komitəni təşkil edən üzvlərin hər biri, dünyanın ən böyük neft, enerji, informasiya və maliyyə şirkətlərinin ida-rə heyəti sədrləri idilər. Otuzunun bir yerdə sahib olduğu şirkətlərin illik toplam gəliri 10 trilyondan çox idi.
Dünya ölkələrinə bu adamların sahib olduğu bank-lar borc verir, üçüncü dünya ölkələrinin neft başda olmaqla bütün təbii sərvətlərini bunların şirkətləri sümürürdülər. Bu adamların sahib olduğu silah şirkətləri, qabaqcıl texnologi-yanın məhsulu olan raketlər, təyyarələr və hərbi gəmiləri hazırlayıb üçüncü dünya ölkələrini silahlandıraraq, borcla-rını qatbaqat artırırdılar.
Komitə üzvlərindən üçünün sahib olduğu informa-siya texnologiyaları şirkətlərinin toplam gəliri isə bütün üçüncü dünya ölkələrinin ümumi milli gəlirindən artıqdı. Dünyanın gücü və pulu sanki, bu masanın ətrafında top-lanmışdı.
Toni Forlov, cır səsiylə danışmağa başladı:
– Cənablar, Türkiyədə çox əhəmiyyətli siyasi dəyi-şikliklər baş verir. Mühafizəkar yayın siyasəti ilə tanınan Şə-rəf qəzetinin ifrat milliyyətçi yazarı Mehmet Demir, anidən keçiriləcək seçkilərdə iqtidara hazırlaşan TİP-ə üzv oldu.
Bölgədəki qaynaqlarımız, Demirin hansısa yolla Di-laveri kənarlaşdırıb partiyanın, dolayısıyla da ölkənin ida-rəsini ələ keçirtməyi hesabladığın bildirir. Bəylər, bu faşistin yuxarı qalxmasına icazə verə bilmərik. Bu olsa, bölgədəki trilyon dollarlıq mənafelərimiz zərər görəcək.
Apardığımız araşdırma nəticəsində müəyyən etdik ki, o, tipik bir ailə sahibi, zəif tərəfləri olmayan biridir. Əgər belə zəkalı və xarimzatik bir nəfər ölkənin başına keçərsə, bölgədə böyük mövqe itirəcəyik. Özü də ki, bu adam Tür-kiyədə böyük heyranlıqla izlənən bir yazardır. Fikirləri mil-yonlarla gənci qərb düşməni etməyə yetib. Burada, bu təh-lükə qarşısında ne edə biləcəyimiz haqqında fikir alış-verişi etmək üçün toplanmışıq.
Toni Forlov danışarkən Mehmet Demirin Mahmut Dilaver ilə birlikdə təşkil etdiyi mətbuat konfransının çəki-lişləri divardakı böyük ekranda hərəkət edirdi. Üzvlər, şüb-həli gözlərlə bu çəkilişləri izləyirdi.
Ser Forlovun danışığının ardınca çökən qısa süku-tu, Amerika Mərkəzi Bankı olaraq bilinən Federal Reserveni təşkil edən və on iki böyük bankdan biri olan Wall Bankın sahibi Adam Rozenberq pozdu:
– Ser Forlov, deyə bilərsinizmi bu adam bu qədər təhlükəlidirsə, Türkiyədəki bəradərlərimiz o bu nöqtəyə gə-lənə qədər niyə tədbir görməyiblər?
– Bu barədə mən də Türkiyədən hesabat istədim. Bi-rincisi, adamın siyasi ehtirasları olduğunu bilməməklə bir-gə, bu qədər ani bir manevr edəcəyini gözləmədiklərini de-dilər. Türkiyədə hər kəs, Mehmet Demirin bir gün partiya yaradacağını düşünürdü. Heç kim TİP-ə qatılmasını gözlə-mirdi. Bu manevrin çox ani olduğunu biz də qəbul edirik. Bəradərlərimiz, onun siyasi partiya hazırlıqlarını gözləyərək partiyasının ölü doğulmasın və mediadakı gücümüzü də işə salaraq geniş xalq kütlələrinə xitab etməsinin qarşısını al-maq üçün hazırlaşmışdı. O isə, bütünlüklə bizim əlimizdə olan bir partiyaya qoşulma yolunu seçdi.
– Yaxşı, bəradərimiz Mahmut Dilaver nə deyir bu haqda? Belə birini partiyaya üzv edəndə necə olur ki, lojayla məsləhətləşmir? Artıq Avropada və Şərqi Aralıq dənizi böl-gəsində işlər beləmi yerinə yetirilir?
Bu günahlandırıcı sualı yönəldən, Amerika Hava Qüvvələrindəki təxminən iyirmi min təyyarənin yarısını is-tehsal edən General Mecanicin müdiri Henri Falkon idi.
Yaşlı olmasına baxmayaraq bu sual qarşısında, şifahi imtahanda veriləcək cavabı tapa bilməyən ibtidai sinif şa-girdi kimi çarəsiz yerində qıvrılan Ser Toni Forlov:
– Haqlısınız. Əmr etdim ki, dərhal onunla əlaqə qu-rulsun. Türkiyədəki ustadımız da iki gün çalışdıqdan sonra əlaqə yarada bildiyi Dilaverə bu sualı verdi. Aldığı cavab, partiyaya üstünlük gətirəcəyini düşünərək Demiri sıralarına qatdığı şəklindəydi. Sizi qane etmədiyi kimi, mənim də bey-nimə batmadı bu fikir. Mahmut Dilaver olduqca şübhəli davranır. Bütün gücümüzlə bu məchulu həll etməyə çalışı-rıq. Dilaverin bütün ipləri əlimizdədir. Bizə qarşı səhv bir addım atacağını təxmin etmirik. Ancaq yenə də bütün diq-qətimizi bu məsələyə ayıracağıq – qarşılığını verdi.
Komitə Katibi Mayk Eduard söhbətə qarışaraq:
– Deyəsən, çox da gecikməmişik. Bu adamın Ameri-ka və yəhudi düşməni olduğunu mən də bilirəm. Biz Dila-veri bura çağırıb yaxşıca danışaq. Fürsət düşən kimi bu ada-mı partiyadan atmasını, hansısa formada ondan qurtulma-sını deyək. Hər halda bizə qulaq asacaq. Nə də olsa, cib xərcliyini biz veririk, doğrudurmu? – deyə dilləndi.
Eduardın fikri bütün üzvlərin xoşuna gəlmişdi. Ən yaxşısı Mahmut Dilaveri çağırıb, komitənin hüzurunda ca-vabını alaq. Beləcə, Mehmet Demirin sürpriz transferinin gerçək hekayəsini birinci ağızdan dinləyə bilərik.
Komitə, Dilaverin ABŞ-a çağırılmasına qərar verdi. Dilaveri gətirmək işini də Ser Toni Forlova verdilər. Dilaver, ABŞ-a gəlmək istəməz, ya da əhəmiyyət verməzsə, işin için-də başqa bir iş olduğu rahatlıqla görünəcək. Əgər belə bir şey olsa yeni planlar dövrəyə girəcək.
Nə olur olsun, Mehmet Demirin TİP-də, dolayısı ilə gələn il keçiriləcək seçkilər sonrasında hökumətdə yüksək bir vəzifəyə gəlməsinin qarşısı alınacaqdı. Başda MKİ Tür-kiyə heyəti və ingilsilərin Mərkəzi Kəşfiyyat 5 idarəsi olmaq üzrə bütün xəbər qaynaqları və agentlər gücləndirilmiş reji-mə keçiriləcək, hər növ məlumat və sənədi komitəyə yön-ləndirmək üçün bütün qüvvələr səfərbər olunacaqdı.
***
Mehmet Demir Mahmut Dilaverin sıxıntılı bir səs to-nuyla etdiyi zəngi bir neçə gündür gözləyirdi. Telefonun di-gər tərəfindəki adam, bitib tükənən bir kəsin qısıq səsi ilə güc-bəla ilə cümlə qururdu:
– Əhəmiyyətli yeniliklər var, görüşməliyik, – deyə bildi.
– Sizi başa düşürəm, buyurun birlikdə vəziyyəti də-yərləndirək. Yemək də yeyərik. Sizin sevdiyiniz yeməkləri hazırlatdırıram – deyərək telefonu yerinə qoydu.
Görünən o idi ki, TİP-ə transfer olması okeanın o biri tərəfinə bomba kimi düşmüşdü. Mahmut Dilaverin səsi, okeanın o biri tərəfindən gələn əks-sədanın nə qədər dəh-şətli olduğunu rahatlıqla göstərirdi.
İkisi Demirin xüsusi otaqda görüşəndə, Mahmut Di-laver çox pis görünürdü. Vaxt itirmədən sözə girişdi:
– Mehmet bəy, belə olacağını bilirdim. Partiyaya transfer olmağınız Amerikadakı əlaqələrim tərəfindən xoş qarşılanmadı. Sorğu-sual etmək üçün məni çağırırlar. İndi nə edək?
– Təbii ki, gedəcəksiniz, Mahmut bəy. Onsuz da tez-tez getmirsinizmi? Sizdən mənə aktiv bir iş verməmənizi, hətta fürsət düşən kimi partiyadan ixrac etməyinizi istəyə-cəklər. Siz də narahat olacaq bir şey olmadığını, məni parti-ya sıralarına dəvət edərkən uzun-uzun söhbət edərək, qlo-bal həssaslıqlarınızı başa saldığınızı deyəcəksiniz. Lazım ol-sa, məni də dəvət edib danışa biləcəklərini söyləyə bilərsi-niz.
– Necə yəni, çağırsalar gedəcəksiz?
– Niyə də olmasın. Səhv başa düşməklərini istəmə-rik, düzdürmü? Qarşılarına çıxar, sizinlə birgə dünya niza-mını qorunması üçün əlimizdən gələn səyi göstərəcəyimizi başa salaram. Beləcə bir ay sonrakı konqresə qədər vaxt qa-zanmış olarıq. Zənnimcə deməyimə belə gərək yoxdur ki, komitə qarşısında olanda diqqət etməlisiniz ağzınızdan bir şey qaçırmayasınız.
***
Siyasi cəbhədə bunlar baş verərkən, Mardin, Diyar-bakır və Bingöldə qiyamlar baş göstərirdi. Bölücü təşkilat, bu üç ildə başlatdığı qiyamlarla Şimali Kürdüstanın müstə-qilliyə qovuşduğu haqqında bir məlumat yaydı.
Baş nazir Ali Hami Sertel, yaşlandığı üçün oturduğu yerdən düşəcək kimi görünürdü. Bu cür böhranları sinə gə-ləcək enerjidən məhrum idi. Bu səbəblə bölgədəki böhran masasının başqanlığına Daxili İşlər Naziri Orhan Aktaş tə-yin edildi. Baş nazir, səhhətində problemlər yaşadığı üçün, axşama qədər işinin başında belə ola bilmirdi.
Hadisələrlə bağlı mətbuata məlumat belə vermədiyi üçün, Baş nazirlikdən hazırlanan sərt bir açıqlamayla böl-gədə davam edən terror hadisələrinin yatırılacağı və terro-ristlərin bütünlüklə məhv ediləcəyi bildirildi.
Milli Təhlükəsizlik Təşkilatı təcili yığıncağa çağırıldı. Prezident Sakıp Ketenci, Baş nazir Ali Hami Sertel, Baş Qə-rərgah başqanı Davut Harun Acaman və hərbi komandirlər 6 saat davam edən yığıncağın ardınca bölgəyə hərbi müda-xilə edilməsinə qərar verdilər.
Baş Qərərgahın hazırladığı hərəkət planına görə böl-gənin çöllük hissəsi əvvəlcə havadan bombalanacaq, para-şütçü qüvvələr vertolyotlardan bölgəyə düşəcəkdilər. Qu-rudan bölgəyə hərəkət etmək özlüyündə böyük risklər da-şıyırdı.
2017-ci ilin sentyabrında təyyarələr bombardmana başladı. İlk gün düz 17 təyyarə vuruldu. Məlum oldu ki, ter-roristlərin əlində, Cənubi Kürdüstandan gələn Amerika is-tehsalı çiyindən atılan Stingerlərin yeni versiyası var.
İkinci gün 8 Türk təyyarəsi vuruldu. Təyyarələrdən tullana bilən pilotları axtarmaq üçün göndərilən vertolyot-ların ikisi də raket atəşi ilə eyni aqibəti yaşadı. Terror təşki-latı paraşütlə aşağıya enmək istəyən 6 pilotu ələ keçirdiyini bütün dünyaya eşitdirdi.
Türkiyənin qurudan hərəkata keçməkdən başqa ça-rəsi yox idi. 2-ci orduya bağlı 4 tank briqadası və 2 piyada diviziyası bölgəyə göndərildi. Şimaldan Diyarbakıra gir-məyə çalışan diviziyaya aid tanklardan 22-si minaya düşdü.
Diyarbakırın şimalında və qərbindəki ərazi qurulu-şundan faydalanan terrorçular dörd tank diviziyasını təsir-siz hala gətirdilər. Hərəkətli düşmən ünsürləri, inkişaf etmiş minomyotlarını istifadə edərək üç gün ərzində 60-dan çox tankı məhv etdilər.
Baş Qərargahdan verilən əmrə görə tanklar tərpən-mədən topçu dəstəyi təmin edilməli, hərəkata piyada qüv-vələrinin davam etməsi lazım idi. Beləcə Diyarbakır və Bin-göldə hardasa meydan müharibəsi deyə biləciyimiz şiddətli atışmalar gedirdi. Qəhrəmanca vuruşan türk qüvvələri asta-asta irəliləyirdi. Ancaq, itkilər çox ağır idi. İki günlük piya-da hərəkatında 2 min 600-dən çox şəhid düşdü.
Əmr edildi ki, qüvvələr şəhərlərə girmədən mühasi-rə hərəkatı ilə ətraflarını tutub gözləsinlər. Silah-sursatları tükənmiş, tədarük edilməmişdi. Şəhərlərin ətrafını mühasi-rəyə alıb gözləyən qüvvələr bir neçə həftə içində tədarük edə biləcəklərinə ümid edirdilər. Kürd üsyançıların isə ay-larca bəs edəcək sursatı, ərzağı olduğu təxmin edilirdi.
Ancaq buna baxmayaraq Cənubi Kürdüstandan gə-lən Amerika nəqliyyat vertolyotları, göz görə-görə bülücü-lərə silah-sursat və ərzaq endirirdi. Bununla yanaşı, sərhədə yaxın bölgələrə də Cənubi Kürdüstandan quru yoluyla si-lah-sursat ötürülürdü. Türkiyə, müttəfiqi ABŞ-ın bu xəya-nəti qarşısında cıqqırın belə çıxara bilmirdi.
Türk ordusunun irəliləmədiyini görən bölücülər, Si-irt, Hakkari və Şırnakda da ayaqlanmağa başladılar. Bu üç vilayətdə olan iki diviziyadan ibarət hərbi qüvvəmiz, qi-yamları yatırmaq üçün hərəkata başladı. Hakkari Dağ De-sant Briqada qərargahı isə terroristləri mühasirəyə aldı.
Briqadanın əlində olan tanklarla yarıb keçmək cəhdi olundu, ancaq hələ əməliyyatın ilk saatlarında terrorçuların istifadə etdiyi yeni minomyotlarla sıradan çıxarıldı. Sonraki mərhələdə, qayıdan sağlam tanklar, briqadanın ətrafına yı-ğılaraq, müdafiə mövqeyini aldı. Diyarbakır və Mardin qüv-vələrimiz tərəfindən, Siirt, Hakkari və Şırnakdakı hərbi qüv-vələr isə terroristlər tərəfindən mühasirəyə alınmışdı.
Beləcə aylarla davam edəcək qarşılıqlı mühasirə sa-vaşı başlamış hesab olunurdu. Türk ordusu, öz torpaqların-dakı şəhərlərə girə bilmir, mühasirə etməklə kifayətlənirdi. Ordu dünya ictimaiyyəti qarşısında etibarını itirmişdi.
Onları, bir gün alov və qan çənbərindən türk ordu-sunun xilas edəcəyini xəyal edən ərəblər, bu baş verənlər qarşısında kədərlənirdilər. Türklər də bu mübarizə meyda-nında uduzsalar bütün dünyada müsəlmanların halı nə ola-caqdı? İslam bayrağı əbədiyyən yerdəmi qalacaqdı?
Bölücülər və tərəfdaşları dünya televiziyalarına şə-hərlərdən çəkilişlər göndərirdilər. Bu çəkilişlərdə şəhərlər-dəki qarnizonlarda əsir düşən Türk əsgərlərinin pərişan hal-ları göz önündə idi. Kürd partizanları, şəhər mərkəzində tə-kər yandıraraq ətrafda halay çəkirdilər.
Təşkilatın bölgəyə tamamilə hakim olduğunu göstə-rən çəkilişlər bütün dünyada izlənirdi. Demək olar ki, bütün Cənub-şərq artıq nəzarətdən çıxmışdı. Terrorçuların cənub-şərqdəki uğuru, qərbdəki bölücü təşkilat üzvlərinin də hə-rəkata keçirtmişdi. Hər gün minlərcə bölücü təşkilat tərəf-daşı terrorist qruplaşmalara dəstək verirdi.
Şəhərlərdə yaşayan xalq isə mümkün olduqca nəq-liyyat vasitələrinə minmir, piyada yeriyəndə belə prospekt-ləri istifadə etməməyə çalışırdılar. Budur, axır ki, türklər öz vətənində ikinci sinif vətəndaş vəziyyətinə düşdülər. Həm də ki, bunu, onların başına vura-vura etdilər.
Türklər bu vəziyyətlə, sadəcə Birinci Dünya Müha-ribəsində uduzduqları zaman paytaxt İstanbulun Antanta Birliyi tərəfindən işğal edildiyi zaman qarşılaşmışdı. O vaxt-lar prospektlərə yunan bayrağı asanlar, gəlib-gedəni döyür, zorla yunan bayrağını salamlamalarını istəyirdilər. Elə buna görə də, arxa küçələrlə hərəkət etməyi seçirdilər. 2017-ci ildə yaşanılan bu hadisələr, bu mənzərənin təkrarı kimi idi.
Vətəndaşları hövsələdən çıxaransa, Cənubi Kürdüs-tan başqanı Mervan Barzanın türk ordusunun hərəkatı da-yandırdığı günlərdə Diyarbakıra göndərdiyi bir mesajla, Şi-mali Kürdüstandakı qardaşlarını qazandıqları zəfərə görə təbrik etməsi idi. “Türk işğalçıları bölgədən qovmağınız bizi çox qürurlandırıb. Cənubi Kürdüstan xalqının adından sizi təbrik edir, tez bir vaxtda iki Kürdüstanın da birləşməsi üçün müzakirələrin başlayacağına ümid edirəm.” Birinci Dünya Müharibəsindəki məğlubiyyətdən sonra türk yurdu bunun kimi çətin günlər yaşamamışdı.
Şimali Kürdüstan bununla da kifayətlənmədi. Tür-kiyədə davam edən “daxili savaş” səbəbiylə Birləşmiş Mil-lətlər Təşkilatı Təhlükəsizlik Şurasını təcili yığıncağa çağır-dı. Səbəb olaraq da Türkiyənin bölgədə girişəcəyi soyqırım təhlükəsini göstərdi.
Türkiyə Xarici İşlər Nazirliyi, Şimali Kürdüstanın cəhdlərini sərt bir formada qınadı. Bölgədə daxili savaşın deyil, terrorizmin baş qaldırdığını bildirdi.
Ancaq ABŞ, İngiltərə və Fransanın birlikdə hərəkət etməsiylə BMT Təhlükəsizlik Şurası bir yerə yığışdı. “Sava-şan tərəflərə” soyuqqanlı olmağı tövsiyə etdilər. Türkiyə ilk dəfə idi ki, bu qədər alçaldıcı rəftarla qarşılaşırdı. Bu ölkə, öz torpaqlarında qiyam qaldıran qrupla eyni səviyyədə, “sa-vaşan tərəf” kimi göstərilirdi.
Əlavə olaraq BMT Təhlükəsizlik Şurası, yayımladığı bildirişlə Türkiyənin diqqətlə izləndiyini bildirir, bölgədə davam edən vuruşmalarda Türkiyənin ölçüsüz güc tətbiq etməsini qəti bir şəkildə qadağan edirdi. Türkiyənin bölgədə həddindən artıq güc istifadə etdiyi görülərsə, beynəlxalq hərbi qüvvələrin yeridiləcəyi nəzərdə tutulurdu.
Qısacası, hər növ silahla hücum edən kürt üsyançı-lara Türkiyənin qarşılıq verməsi belə, müdaxilə üçün bir sə-bəb ola bilərdi.
Daxildən və xaricdən alov çənbərinə qısdırılmış ölkə, bir tərəfdən də seçkilərə hazırlaşırdı. Siyasi partiyalar seçki meydanlarında sadəcə Türkiyəni xilas etməkdən bəhs edir-dilər. Bütün siyasi ifadələr ölkənin ağzına düşdüyü məngə-nədən necə çıxacağı mövzusundaydı. Hər kəs bir şey danı-şırdı, ancaq həmişəki kimi konkret bir plan təklif edən yox idi.
Müxalifət liderləri, yığıncaqlarda bərk-bərk qışqırıb hökuməti tənqid edir, amma problemlərin necə həll oluna-cağına dair konkret bir fikir söyləyən yox idi. Doğrusu, problemlər yumağı açılacaq kimi görünmürdü.
Baş verənlər iqtisadiyyatı iflic etdi. Türk lirəsi hər gün dəyərini itirir, birja nəfəs ala bilmirdi. Ölkənin müxtəlif quruluşları və bankları neçə il əvvəl verilmişdi. Əldə olanlar isə özəl sektorlarda qalan sənaye və maliyyə quruluşları idi. Onlar da əvvəlcə iflas olur, ardınca da xarici maliyyə quru-luşlarına gələrək hərracla satın alınacaqları günü gözləyir-dilər.
Yunanıstan, ölkənin içində olduğu iqtisadi böhranı fürsət bilərək İzmir və Bandırma limanlarını dəyər-dəymə-zinə satın almışdı. Mersin limanı isə İsrailin əlindəydi. Eyni zamanda Manavgat çayı da yüz illik İsrailə satıldı. Üstəgəl Manavgat çayının başladığı yerdən yüz kilometr genişliyin-də uzanan bölgəni də özlərinə bitişik sahə olaraq qeydiy-yatdan keçirdilər. Artıq İsrailin uyğun hesab etmədiyi heç bir məhsul bölgədə əkilməyəcək, əkilən məhsullar, suyu çirklədə biləcəyi səbəbiylə dərmanlanmayacaq, heç bir sə-naye quruluşu bu bölgədə istehsalatla məşğul ola bilməyə-cəkdi.
Ölkənin bor mədənləri də ABŞ-ın əlinə keçmişdi. Borpro adlı yəhudi mənşəli Amerikan firması bölgədəki mə-dən imtiyazlarını yüz illik kirayəyə götürmüşdü. Hər gün Egedən çıxarılan minlərlə tonluq bor cövhəri emal edilmə-dən İzmir limanında gözləyən gəmilərə yüklənirdi. ABŞ, mədənləri 24 saat, dayanmadan işlədirdi. Görünür tələsirdi. Bunun bir səbəbi də, yeni nəsil təyyarələrdə və silahlarda is-tifadə olunan bu möcüzəvi mədənin yaratdığı cazibə idi.
Müxalifətdəki siyasətçilər əvvəldən bəri:
– Ölkə uçurumun kənarına gətirildi – deyə qışqırır-dılar. Amma bu dəfə Türkiyə həqiqətən də uçurumun kə-narındaydı. Bu, elə bir uçurum idi ki, dibində çaqqallar, kaf-tarlar bir-birini yeyirdi.
***
TİP başqanı Mahmut Dilaver, qarşıdurmaların baş-ladığı günlərdə səssizcə İngiltərəyə getdi. İki saat boyunca sorğu-sual edildi. Gücü çatan qədər Mehmet Demiri müda-fiə etdi. Demirin dəyişdiyini, partiya və ölkənin tarazlığının pozulmayacağına dair onun söz verdiyini başa saldı.
"Texacoil"in sədri Artur Çember ona belə səsləndi:
– Mahmut bəy, bilirsiniz ki, sizi niyə dəstəkləyirik. Planlara görə, Şimali Kürdüstan sizin iqtidar dövrünüzdə Türkiyədən ayrılacaq. Bu planın 80 ildir ilmə-ilmə toxun-duğunu, bugünkü vəziyyətə gətirilmək üçün nə qədər ça-lışdığımızı məncə deməyimə belə ehtiyac yoxdur. Şimali Kürdüstanda artıq yerin üstünə çıxmaq üçün tələsən neft yataqlarımız var. Bu və buna bənzəyən adamların böyük planlarımızı pozmasına icazə verə bilmərik. Bu məsələdə siz bizə qarantiya verə bilərsiniz? Hər hansı bir problem olarsa sizi nələrin gözlədiyini dərk edərək, zəhmət olmasa bu su-alımı cavablandırın.
– Əfəndim, dediklərinizi çox yaxşı başa düşürəm. Mehmet Demir tamamilə dəyişib. Bunun qarantiyasını siz-lərə boynumu uzadaraq verirəm. Məsləhət bilirsizsə, onun özünə də qulaq asa bilərsiniz. Əgər əmr versəniz, dərhal ça-ğıraram.
Dilaverin bu təklifi qarşısında qısa səssizlik çökdü. Komitə başqanı Artur Meri, siz çıxa bilərsiniz, komitə bu məsələni müzakirə edəcək, – dedi.
Dilaver, səcdə edirmiş kimi yerə qapanaraq bir neçə saniyə gözlədir. Sonra qalxaraq arxa-arxaya getdi və salonu tərk elədi. Bəlkə də həyatının son dəqiqələrini yaşayırdı. Əgər razı olmadılarsa, cəsədini Ankara-İstanbul yolunda qəza törətmiş maşınında tapacaqdılar. Böyük ehtimalla, sü-rücüsü və yaxın cangüdəni onunla eyni taleyi paylaşacaqdı.
Donuq sifətli ingilis xidmətçi otağın qapısını döyüb yığın-caq salonunda onu gözlədikləri xəbərini verəndə, ürəyinin onu ora qədər aparacaq qanı tənzimləyəcəyindən belə əmin deyildi.
Əhəng rəngində sifətlə ağır qapını açıb içəri girdi. Saniyənin mində bir hissəsi qədər otaqda olan baronların üzlərinə göz gəzdirdi. Hər zamankı alçaldıcı baxışlardan fərqli bir ifadə görə bilmədi.
Komitə başqanı Artur Merinin səsini, hər bir atışı ba-rabanı xatırladan ürək döyüntüləri ucbatından güc-bəla ilə eşidə bildi:
– Mehmet Demir deyilən o adam, sabah 17:00-da ko-mitənin qarşısına çıxmalıdır.
Dərhal yerə qapanaraq, əmr edərsiniz, əfəndim, – deyə inildədi.
***
Sabahısı gün, Mehmet Demir komitənin qarşısın-daydı. Salona girəndə başını xəfifcə əyərək üzvləri salamla-dı. Demirin həmin an ilk diqqətini çəkən, Amerika Mərkəzi Bankı olaraq bilinən Federal Reservenin prezidenti Adam Berqmandı. Komitə sədrinin sağ tərəfində oturmuşdu.
İllər əvvəl, Amerika Mərkəzi Bankı olaraq bildiyi qu-rumun, əslində on iki böyük yəhudi bankirin bir yerə yığı-laraq qurduğu özəl bir şirkət olduğunu öyrənəndə heyrət-lənmişdi. Yəhudilər şeytanın belə ağlına gəlməyəcək bir üsulla ABŞ-ın, hətta dünyanın pul emissiyasının tənzim-lənməsini əllərinə keçirmişdi. Bəlkə də bu, dünyanın gəlib-keçmiş ən böyük tələsi idi.
Komitə üzvləri arasında kimlər yox idi ki… Dünya mətbuat şefləri, çox nəsilli neft şefləri, avtomobil və maliyyə şefləri, müdafiə sənayesi, aviasiya, informasiya texnologi-yaları, dənizçilik maqnatları. Demirin ən çox marağını çə-kən, bunların arasında iki kəşfiyyat nəhənginin şeflərinin də olmasıydı. MKİ və FTB başqanları da burdaydı. Adamlar çox yaxşı bir komanda qurublar, – deyə bir anlıq düşündü.
“U” şəklindəki masanın boş tərəfində, bütün komitə üzvlərinin görə biləcəyi formada yerləşdirilmiş stula otur-duldu. Göy kostyumu ilə, mavi cizgili ağ köynəyi və uyğun qalstukuyla çox yaraşıqlı görünürdü. Üzvlərin onu maraq və təəccüblə başlayıb, heyranlığa doğru gedən üz ifadələ-riylə süz-düklərini hiss edirdi. Dünyanın sahibləri, əvvəlki mühakimələri ilə hesablaşır, bu necə türkdü belə deyər – kimiydilər.
Komitə başqanı Artur Meri:
– Mehmet bəy, nəhayət yazılarınızda “Dünyanı Pay-laşma Komitəsi” deyə bəhs etdiyiniz Dünya Tənzimləmə Komitəsinin qarşısına çıxmısınız. Bu görüşü, ya dünyayla barışmış, Orta-Şərqdə söz sahibi olan siyasətçilərdən biri, ya da ki, gələcəyi qaranlıq, şanssız, yeni dünya quruluşunda yeri olmayan biri kimi tərk edəcəksiniz. Təxmin edirəm ki, bu toplantının əhəmiyyətini dərk edibsiz, – deyərək məsələ-yə birbaşa giriş verdi. Vaxt, xüsusən bu salonda dəyəri bi-linməyən amil idi.
Demir, özündən əmin bir şəkildə gülümsəyərək:
– Hörmətli başqan, dediklərinizi başa düşürəm. Əv-vəlcə, burada dünyanın ən güclü adamlarıyla bir yerdə ol-duğum üçün hiss etdiyim qüruru ifadə etmək istəyirəm. De-diklərinizi xırdalıqlarına qədər yaddaşıma həkk edəcəyim-dən əmin ola bilərsiniz – qarşılığını verdi.
Sonra üzünə yayılan isti gülümsəmə ilə:
– Burda sizin kimi güclü adamları gördükdən sonra, Türkiyəyə qayıtmaq üçün yol pulunu necə tapacağımın na-rahatlığını üstümdən atdım, – dedi.
Bu ifadələrdən əvvəl, tam olaraq hər şeyi dərk edə bilməyən komitə üzvlərinin, ilk şaşqınlığının ardınca qısa gülüşləri, tam olaraq Mehmet Demirin istədiyi rahat mühiti yaratmağa başlamışdı.
Gülməmək üçün özünü güclə saxlayan başqan Meri:
– Deməyə belə ehtiyac yoxdur, hörmətli Demir. Türklər qədər də olmasa, biz də qonaqpərvərik. İndi müza-kirəyə keçək, – deyərək sorğu-sualı başlatdı.
Düz dörd saat boyunca Mehmet Demir sorğu-suala tutuldu. TİP-ə niyə qoşulduğunu, məqsədinin nə olduğunu soruşdular. Orta Şərqdə həyata keçirilən Böyük Orta Şərq Planına necə münasibət bəslədiyin başa düşməyə çalışdılar.
İsrail ilə münasibətlər mövzusunda nə düşündüyü-nü, partiyası TİP-in seçkiləri qazanarsa nazirlik vəzifəsi is-təyib-istəməməsini, əgər ona önəmli bir nazirlik vəzifəsi ve-rilərsə necə davranacağını soruşdular. Gələcək bir neçə ildə Şimal-qərbi Anadolu bölgəsinin Türkiyədən qopardılacağını qeyd edərək bu vəziyyətdə reaksiyasının necə olacağını öy-rənmək istədilər.
O da böyük və ulu komitənin verdiyi bütün qərarla-ra sayğılı olacağını, verilən bütün vəzifələri istənilən şəkildə yerinə yetirəcəyini söylədi. Vacib olan, bölgədə axan qanın tez bir zamanda dayanması və yeni dünya quruluşunun sağlam bir formada təsis edilməsi olduğunu vurğuladı. İçin-də qopan fırtınalara rəğmən, adamları rahatlatmaq üçün hə-yatının ən böyük rolunu oynayırdı.
Sorğu-sual mərhələsi bitdikdən sonra komitənin qə-rar verməsi üçün bayıra çıxarıldı. Mahmut Dilaveri dünən-dən bəri görməmişdi. Bir otaqda tək başına iki saat gözlə-dildi. Həyatının ən uzun iki saatını orda olan kitab və jur-nalları gözdən keçirərək ötüşdürməyə çalışdı.
Nəhayət təkrarən komitənin qarşısına çıxardıldı. Başqan Meri, komitənin qərarını açıqladı:
– Mehmet Demir, Türkiyəyə xoşbəxt biri olaraq qa-yıda bilərsiniz. Ölkənizə qayıdar-qayıtmaz Türkiyə Böyük Lojasına üzv olacaqsınız. Sizə olan bütün əmrlərimizi, Tür-kiyə Böyük Lojasının böyük ustadından alacaqsınız. Lazım olduğunda təkrar sizinlə görüşə bilərik. Yeni dünya quru-luşunda yer almağı seçdiniz. Quruluşumuzu pozmadığınız müddətcə, xoşbəxt və uzun bir ömür sürə bilərsiniz.
– Ulu komitənin inamını boşa çıxarmayacam, əfən-dim.
Budur, ən böyük maneəni də keçə bilmişdi. Üzünə yaydığı şirin təbəssümlə hamısını sayğıyla salamladı. Bu an-da içində Allaha dua edir, etdikləri üçün əfv diləyirdi. Baş-qan Murrey, sayğıyla otaqdan çıxmaq üçün yerindən tərpə-nən Demirin ardınca səsləndi:
– Hə, bir də, ölkənizə mənim özəl təyyarəmlə gedə-cəksiniz. Stüardessalarımın xətrinə çox dəyməyin, haaa.
– Merinin etdiyi bu zarafata şən qəhqəhə ilə qarşılıq verən Demir: Yoox əfəndim, mənim nə həddimədi… – de-yərək salondan çıxdı. Komitənin bu özəl təyyarə jesti, ondan çox şey gözlədiklərini göstərirdi. Düzü komitə qarşısında bu qədər inandırıcı ola biləciyini düşünməmişdi. Özəl təyyarə, okean üzərində ondan qurtulmaq üçün bir yol da ola bilər-di. Ancaq, onların bu jestini istəməsəydi, bu dəfə də inam-sızlıq bəslədiyin düşünə bilərdilər. Allaha sığınıb təyyarəyə minməkdən başqa çarəsi yox idi.
Bir qədər sonra onu gözlədiklərini bildirən xidmət-çinin gözlərini bağlaması üçün icazə verdi. Qollarına girən xidmətçilər olduğu halda üç mərtəbə aşağı endiklərini təx-min etdi.
Ağır-ağır açılan qapının cırıltısını duyarkən, üzünə pis iy verən bir sərinlik dəymişdi. Oksigenini tamamilə itir-miş olduğu duyulan havanın onun üzünə dəydiyi vaxt bez-miş bir halı var idi. Otağın havası, bəlkə də illərdir şahid ol-duğu alçaqlıqlardan ötrü özəlliyini itirmişdi.
Qoluna girən zəbanələr, onu salonun ortasına doğru apardı. Burada iki qolunu qaldırıb, hər əlini bir qabın içinə saldılar. Demir qablardan birindəki yapışqan mayenin bal olduğunu başa düşmüşdü. Digər əli isə, ilıq bir mayenin içində idi. Tanış qoxusu burnuna dəyin kimi tanımışdı.
Əli nəyin və ya kimin olduğu naməlum olan bir tas qana batmış haldaydı. Hiss etdiyi gərginlik və narahatlığı üzünün bayırda qalan hissəsinə əks etdirmədən eləcə dur-du.
Bir adamın həyasız səsi, qulaqlarında əks səda verdi:
– Mehmet Demir… Bu gün ilahi gerçəkliyi tapmaq üçün aramızdasan. Bu dünyanın iki yönü vardır. Biri gözəl-liklərə ehtiva edən həyat, digəri isə hər cür pis yönə ehtiva edən ölüm. Bal və qan, bunlara işarədir. Bir əlin balda, bir əlin qandaykən qardaşlıq andı içəcəksən. Bu andı içən, qar-daşlığa sadiq qalan, gözəlliklər içində, bal kimi şirin həyat yaşayacaqdır. Bu andın ardınca qardaşlığa xəyanət edən isə, öz qanı içində boğulub, müqəddəs kainatı tərk edəcək, ruhu əbədiyyən dinclik tapmayacaq. İndi mənim sözlərimi tək-rarla…
Qarşısındakı alçağın sıraladığı axmaq sözləri təkrar-layərkən, içində də bir gün bütün bunların hamısını tək-tək yedizdirəcəyini hayqırırdı. Tək istədiyi bu biabırçı ayinin tez bitməsi və özünü bayıra ata bilməsiydi. Bu vətənin qur-tulması üçün lazım olan bu idisə, onu da edirdi. Amma bir gün bütün bunların əvəzin çıxacaqdı.
Bal və qan andı mərhələsini keçdikdən sonra, başa düşmədiyi bir çox söz eşitdi. Bunlar bir növ mərasimin dua sözləriydi. Ayini idarə edən adam yüksək səslə bütün bun-ları deyir, salonda olan digərləri isə boğuq uğultu ilə təkrar edirdi.
Bu ayindən sonra bir mərtəbə yuxarı çıxarılaraq, bir növ geyim otağına bənzəyən bir yerə aparıldı. Gözlərindəki sarğını açdılar. Tamamilə soyunmasını və otaqda olan mə-rasim cübbəsini geyinməsini əmr etdilər.
Az sonra təkrar gəldilər. Artıq Mehmet Demir qır-mızı rəngdə, üstündə altıguşəli ulduz, piramida içində göz, bucaq ölçən və pərgar kimi bir çox simvolun olduğu kap-yuşonlu cübbəni geyinmişdi.
Ona nə cür iyrənc şeylər etdirəcəkərini düşündükcə ürpənirdi. Hər etdiyini video çəkilişlə qeyd etdiklərini yaxşı bilirdi. Elə buna görə də bu lojalara girən bir daha çıxa bil-mirdi.
Amma Ahmet Zahitin Böyük Lojanın təhlükəsizlik işlərindən məsul bölməsinə üç il əvvəl saldığı adam, çəkiliş olmasının qarşısını almağa çalışacaqdı. Əgər bacarmasa, çə-kilişləri məhv edəcəkdi. Adamın verdiyi məlumata görə bi-na içindəki bütün kameralar gördüyü nə varsa, təhlükəsiz-lik otağındakı cihazlara köçürürdü. Bu otaqdakı yazıcı ci-hazlara törədiləcək kiçik bir təxribat, ilk mərhələdə texnik nasazlıq olaraq görünəcəkdi.
Mahmut Dilaver üçün hazırladıqları şantaj dosyesi de sayıla biləcək böyük məlumat bazasında yer alan video faylın içində, burdakı adamın təmin etdiyi lojaya qəbul mə-rasimindən çəkilişlər də var idi. Çəkilişlərlə əlaqədar aldıq-ları tədbirləri düşünmək, bir az da olsa onu rahatlaşdırırdı.
Bir çox axmaq mərasim ayinlərindən sonra ortada olan böyük ağac masanın üstünə bir bakirəni gətirib yatız-dırdılar. Qızcığaz lüm-lüt idi. Elə bil, ona verilmiş növbənöv narkotik maddələrə görə şüuru yerində deyildi. Kapyuşon-lu, qırmızı geyimli adamlar, növbə ilə qıza sahib oldular. Bu bir təcavüz mərasimi idi. İlk təcavüzçünün ardınca qızın qıçları arasından sızan çəhrayımtıl qan, dünyada təmiz olan hər şeyi özüylə götürüb aparırdı.
Qolunu kobudca tutan güclü əllər, növbənin ona gəl-diyini işarə edirdi. Həyatında heç bir vaxt, heç kimsə ona belə həyasızca davranmamışdı.
İllər əvvəl loja ilə əlaqədar etdiyi araşdırmada, bu ri-tuala girən bir adam əgər yaşamaq istəyirsə, ondan istənilən hər şeyi hərfi-hərfinə etməli olduğunu öyrənmişdi. Mərasi-min hər hansı bir mərhələsindən geri dönüş yox idi. Buna görə o da digərlərini təqlid etdi.
Gecə yarısına doğru o günah və xəyanət çuxurundan bayıra çıxdığı vaxt, ilahi gerçəkliyin bəradərlərindən biriydi.
***
Partiya qərargahında görüşən vaxt, Mahmut Dila-verin: Aldın, ağzının payını? – deyər kimi baxdığını görsə də fikir vermədən əsas məsələlərə girməyi tərcih elədi.
Fövqəladə Konqresə iki həftə qalmışdı. Qərargah, iq-tidar qoxusu alan biznesmen, millət vəkilliyə namizədlər, partiyanın bölgə təşkilatlarının idarəediciləri ilə dolu dolub-daşırdı. Dilaver ilə hər şeyə bir daha nəzər saldılar. Başqan-lığa namizəd olması üçün nümayəndə olmuş, bütün rəsmi proseduralar tamamlanmışdı. Dilaverin vida nitqini şəxsən özü qələmə almışdı. Üç səhifəlik mətni Dilaverə verərkən:
– Hiss etdirmədən axıra kimi vəziyyəti ələ ala bilsən, həyatını qoruyacağıma əmin ola bilərsən, – dedi.
– Bilirəm hörmətli Demir, təşəkkür edirəm, – deyən Dilaverin, elə bil həyatdan gözlədiyi heç nə qalmamışdı.
***
Konqres günü gəlib çatdı. Günortaya doğru salona keçən TİP başqanı Mahmut Dilaver, “Baş nazir Mahmut!”, “Bizi xilas et Mahmut!”, “TİP gələcək, Türkiyə güləcək!” şü-arları ilə qarşılandı.
Divan Başqanlığına hər kəsin uzlaşdığı bir şəxs olan Sakarya Böyük şəhər Bələdiyyə başqanı Vecdi Cengiz gəti-rildi. Cengizin seçilməsinə Mehmet Demirin pərdə arxasın-dakı təlqinləri öz təsirin göstərmişdi. Eyni zamanda parti-yada böyük hörməti olan Cengizə etiraz edən kimsə olmadı.
Yenə də Demirin Dilaverə təlkini və Divan Başqan-lığına verilən təkliflə konqresin bir gündə işlərini yekunlaş-dırmasına qərar verildi. Onsuz da Dilaver nə istəsə, nüma-yəndələr qəbul edirdi. Konqresin bir gündə bitməsi, Demi-rin hesab-kitabının düzgün hərəkət etməsi baxımından hə-yati əhəmiyyət daşıyırdı.
Günortadan sonra saat 14:00-da başqan Mahmut Di-laver coşqun alqışlar və şüarlarla kürsüyə çıxıb danışmağa başladı. Çıxışının ilk hissəsində iqtidar partiyası İYH-nin iş-lərini və baş naziri ağır ifadələrlə tənqid etdi. Ölkənin 1923-cü ildən bəri ilk dəfə parçalanmanın eşiyinə gətirildiyini, iq-tisadiyyatın sürətlə fəlakətə yuvarlandığını vurğuladı.
Dilaver sözlərinin davamında, Türkiyəni, ancaq və ancaq çox yaxşı hazırlanmış fədakar bir partiya təşkilatı və gözünə çöp düşməsindən qorxmayan milliyyətçi, vətənpər-vər, çalışqan və cəsur bir liderin xilas edə biləcəyini söylədi. Mahmut Dilaver bunları dedikdən sonra:
– Dəyərli yoldaşlarım, 4 il əvvəl məni bu vəzifəyə gətirdiyiniz zaman, ölkəm üçün canla-başla çalışmaq və qa-zanmaq üçün mənə böyük fürsət verdiniz. Allah şahiddir ki, əlimdən gələn hər şeyi etdim. Partiyamız, ilk həmləmizdə 92 millət vəkili ilə üçüncü partiya olaraq Məclisə girə bildi. Budur, indiysə iqtidara doğru addımlayırıq. Xalqımız, bizi tanıdıqca, planlarımızı gördükcə dalğa-dalğa partiyamıza üz tutur – şəklində davam etdi.
Dilaver, coşqun alqışlar və şüarlarla kəsilən çıxışına dərindən nəfəs alaraq davam etdi:
– Dəyərli mübarizə yoldaşlarım, davamız vətən, mil-lət, bayraq davasıdır. Bu mübarizədə durub gözləmək yox-dur. Bu davada səndələmək, yıxılmaq var, ancaq dayanmaq yoxdur. Yıxılan qalxacaq və mübarizəsinə davam edəcəkdir. Ta ki, Türkiyəmiz müstəqil, güclü bir ölkə olana qədər. Ta ki, lider bir ölkə olub, dünyada yaşanan haqsızlıqlara, axan qanlara, göz yaşlarını dayandıra biləcək gücə çatana qədər. Bu davada kresloya yapışmaq, mövqe qayğısı çəkmək yox-dur. Bu dava müqəddəs bir davadır.
Yavaş-yavaş salondakı hərarət lap qalxırdı. TİP baş-qanı, sözlərin bu qisminə bir daha ara verdi. Qarşısındakı stəkandan bir qurtum su içərək bunları söylədi:
– Dəyərli yoldaşlarım, cəfakar TİP-lilər, Böyük Yara-dan, mənə bu yolda bura qədər vəzifə verib. Çox istəsəm də, yeni dövrdə girişəcəyimiz böyük mübarizədə partiyanın ba-şında ola bilməyəcəyimi öyrəndim.
Dilaverin bu sözləri, bir anda salondakı uğultunu bı-çaq kimi kəsməyə bəs etdi. Heç kəs nəfəs almır, Mahmut Di-laverin sözünü necə tamamlayacağını gözləyirdi. Başqan nə demək istəyirdi? Nə baş verirdi? Sanki salonda zaman da-yanmışdı.
Keçmək bilməyən saniyələrdən sonra Mahmut Dila-ver:
– Həkimlərimdən ciddi ürək narahatlığımın oldu-ğunu və düzgün müalicə olmasam həyatımı itirəcəyimi öy-rəndim. Ölkəmizin dinamik, dayanmaq bilməyən enerjili bir liderə ehtiyacı olduğu bir vaxtda, bu məsuliyyəti yeni dövr-də üstümdə saxlamayacağıma qərar verdim. Düşünürəm ki, bu, ölkəmə edəcəyim ən böyük xidmətlərdən biridir.
Salondakı minlərlə adam tutduğu nəfəsini buraxmış, salon sanki arı pətəyi kimi uğuldamağa başlamışdı. İndi nə olacaqdı? Partiyanın başına kim keçəcəkdi? Başqanın və-ziyyəti doğrudanmı bu qədər ağır idi? Hər kəsin başında fır-lanan sual işarələri bir-biriylə çarpışır, bəlkə də adamı kar edən bu uğultu, nə edəcəyini bilməyən sərsəri adamlar kimi fırlanan sual işarələrindən qaynaqlanırdı.
Dilaver, salondakı uğultu kəsildikdən sonra sözləri-nə belə davam etdi:
– Yoldaşlar, hamınızın buraya mənə bu şərəfli vəzi-fəni bir dövr daha təqdim etmək üçün toplaşdığınızı çox yaxşı bilirəm. Qarşıma namizəd belə çıxmaması, mənə olan böyük inamı göstərməkdədir. Uzun zaman namizəd olma-sını gözlədim. Aylardır partiyamızın iqtidara doğru kiminlə addımlayacağını düşünürəm. Yaxın iş yoldaşlarıma hiss et-dirmədən bir lider namizədi axtardım. Sonunda bir ad bey-nimdə şimşək kimi çaxdı. Liderlik üçün namizədimiz, bay-rağı təslim alacaq şəxs çox yaxınımızda dayanmışdı. Dürüst insanlığı, bu ölkə üçün çarpan ürəyi və qorxmazlığı ilə baş ucumuzda idi. Bir müddət əvvəl ona təklif apardım və bu müqəddəs vəzifəni qəbul etməsini istədim. Bu vəzifənin qa-çınılmaz olduğunu, ölkənin ona ehtiyacı olduğunu söylə-dim. Təvazökar şəxsiyyətli bir insan olduğu üçün qəbul et-mədi. Ancaq uzun-uzadı söhbətlərimizin ardınca vəzifəni qəbul etməyə razı oldu. Mən özümdən necə əminəmsə, on-dan da eyni şəkildə əminəm. Yoldaşlar, qarşıdakı liderimizi sizlərə təqdim etməkdən şərəf duyuram. Sizlər qəbul etsə-niz, bu şərəfli bayrağı ona təslim etməkdən qürur duyacam.
Artıq salondakılar həyəcandan topluca infarkt keçi-rəcək vəziyyətə gəlmişdilər. Hərkəsin dili-dodağı quru-muşdu. Mahmut Dilaver kimi göstərəcəkdi?
– Dəyərli dava yoldaşlarım, partiyamızı iqtidara aparması üçün bayrağı təslim etmək istədiyim insanın adını açıqlayıram. Sizlərin verəcəyi dəstəklə, partiyamızı iqtidara qaldıracaq, inşallah ölkəmizə də layiq olduğu xidmətləri göstərəcəkdir.
Bunları söylədikdən sonra sağ tərəfində olan proto-kol sırasına əli ilə işarə edərək:
– Mehmet Demir, lütfən qalxın və ölkəyə xidmətdə başlayacağımız böyük mübarizədə bayrağı təslim almaq üçün yanıma gəlin.
Mahmut Dilaverin bu sözlərindən sonra salon tək-rarən səssizlik içində batdı. Bir neçə saniyəlik səssizliyin ar-dınca alqış tufanı qopdu. Mehmet Demir, bu alqış tufanıyla birlikdə yerindən qalxaraq salondakıları əl ilə salamladı. Ya-nında olanlarların əlini sıxdıqdan sonra sürətli addımlarla başqan Mahmut Dilaverin yanına gəldi.
İndilərdə, salon “Türkiyə, Türkiyə!” nidalarıyla cin-gildəyirdi. Salonun bir anda “Türkiyə, Türkiyə!” deyə inil-dəməsi onun qəbul olunduğunu və ölkənin başına keçməyə layiq olduğunu göstərirdi.
Mehmet Demir kürsüyə çatanda Mahmut Dilaver ilə qucaqlaşdı. İki adam, uzun-uzun bir-birilərini qucaqladılar. Bir-birlərinin əllərini havaya qaldırdılar. Salon, “Türkiyə, Türkiyə!” və “Baş nazir Demir!” şüarlarıyla dağılırdı.
Mehmet Demir, kürsüdən qısa bir nitq söylədi:
– Dəyərli dava yoldaşlarım, hörmətli başqanımız Mahmut Dilaverin bayrağı mənə təslim etmək istəməsi, mə-nim üçün qürurların ən böyüyüdür. Sizlərin də razılığı olar-sa, bu şərəfli vəzifəni təslim almaqdan xoşbəxt olaram.
Ortalıqda olan müxbirlər dəli kimi oyan-buyana qa-çırdılar. Bütün televiziyalar canlı yayına qoşulmuş, müxbir-lər sürpriz dəyişikliyi tamaşaçılara ötürürdü.
Divan Başqanlığı səsvermə kabinələrinin qurulmuş olduğunu və yarım saat sonra səsvermə əməliyyatının baş-layacağını bildirdi. Vecdi Cengizin bu bildirişi belə “Tür-kiyə, Türkiyə!” şüarları arasında itib-batdı.
Günortadan sonra, saat 16:30 radələrində səsvermə başladı. Axşam 20:00-da da sandıqlar açıldı. Divan Başqan-lığı, gecə 22:40-da nəticələri açıqladı. 1176 nümayəndənin hamısı Mehmet Demir və siyahısına səs vermişdi.
Demir təşəkkür etmək üçün kürsüyə çıxdığı vaxt, yorğun düşmüş kütlə alqışla temp tutaraq “Baş nazir Demir, Baş nazir Demir!” – deyə qışqırırdı.
Mehmet Demir, kürsüdən bütün nümayəndələrə və partiyadaşlarına təşəkkür edərək bunları söylədi:
– Bundan sonra Türkiyədə heç bir şey əvvəlki kimi olmayacaq. Türkiyənin xarici düşmənləri, sizə səslənirəm:
– Türkiyə ayağa qalxır. Bundan sonra xain planları-nız baş tutmayacaq. Türkiyənin daxili düşmənləri:
– Bəsdir Türkiyəni için-için gəmirdiniz. Yuva qur-duğunuz vətənin hər bir küncündən, hər bir dərmədeşiyin-dən, mağaradan çıxarılıb yox ediləcəksiniz. Biz sizi tapma-dan öz xoşunuza gizləndiyiniz yuvalardan çıxıb təslim olun. Bundan sonra Türkiyə, dünya sülh və ədalətinin təminatçısı olacaqdır.
– Sözlərini tamamlayıb salam verdikdən sonra, hər kəs Türkiyənin onlarca ildir gözlədiyi liderin axır ki, gəlib çıxdığına şahidlik etmənin verdiyi sərxoşluğu yaşayırdı.
– Kimi əllərini Yaradana qaldırıb şükür duası oxu-yur, kimisi göz yaşları içində başını oyan-buyana çevirib olanlara inanmır, yanındakını qucaqlayırdı. Mehmet Demir hər kəsə güvən vermişdi.
Komitə başqanı Artur Meri masaj masasına üzüqoy-lu uzanmış, dünyanın ən çox satılan kişi jurnalı Pinkhorse-nin sahibi Patrik Davidofun verdiyi hədiyyənin kefini çə-kirdi.
On səkkiz yaşdakı sarışın afətin narın barmaqlarının vücudunda gəzməsinin verdiyi zövqlə özündən gedən qoca, bundan iyirmi il əvvəl də bu huriylə baş-başa olmaq üçün sərvətini verə bilərdi.
Meri elə niyyətini pozduğu anda, döyülən qapıdan içəri girən xidmətçisi Maverik, titrəyən əlləriylə tutduğu te-lefonu uzatdı. Qorxmuş üz ifadəsiylə sanki mərhəmət edin deyə yalvarırdı.
– Əfəndim komitə katibi Mayk Eduard telefonda gözləyir. Çox vacib olduğunu deyir…
Hirslə telefonu Maverikin əlindən alan Meri, uzan-dığı yerdən qalxarkən əliylə işarə etdi ki, ikisi də çıxsın.
– Mayk, Patrikə deyəcəm ki, bu qızlardan sənə də göndərsin. Qarantiya verirəm gecənin bu vaxtında heç kimə zəng vurmayacaqsan.
– Normal bir vaxtda etdiyin bu zarafata birtəhər gülə bilərdim, Artur. Ancaq Türkiyədə baş verənlərə görə heç ke-fim yoxdur.
Mayk Eduard danışarkən dəsmalla üstündəki tərlə qarışıq vazelini silməyə çalışan Merinin üzü birdən cid-diləşdi. Görəsən yenə nə olmuşdu bu andıra qalmış ölkədə?
– Bu gün bəradərimiz Mahmut Dilaverin partiyası-nın fövqəladə konqresi var idi. Dilaver səhhətindən yaranan problemlərə görə namizədlikdən çəkildi. İndi möhkəm dur. Bilirsənmi yerinə kim seçildi?
– Bizim bu yaraşıqlı faşist bəradərimiz Mehmet De-mir. Və yenə Ser Toni Forlova xəbər verməyiblər. Türkiyə loja başqanının da xəbəri yox imiş. Yəni tam olaraq olub-ke-çən bu hadisəylə qarşı-qarşıyayıq.
Mayk Eduardın sözləriylə dəliyə dönmüş Artur Me-ri, ayağa qalxaraq ağır bir söyüşlə dəsmalı divara vızıldatdı.
– Allah lənət eləsin! Lənət eləsin, lənət eləsin! Eyni düşündüyüm kimi. Bu adamın belə bir şey edəcəyini bilir-dim. Sabah fövqəladə bir yığıncaq keçirək.
***
Gülü burnunda TİP başqanı Mehmet Demir, kon-qresin ardınca qərargahda təbrikləri qəbul edirdi. Başqanlı-ğın telefonları susmurdu. Başda millət vəkili və partiya ida-rəçiləri olmaq üzrə minlərcə adam partiyada toplanmış, De-miri təbrik etmək üçün müxtəlif yollarla sıraya keçməyə ça-lışırdı.
Mahmut Dilaverden miras qalan katibə, az əvvəl söndürdüyü telefonu yenidən yoxlayaraq qardaşı Hamdi Demirin zəng etdiyini söylədiyi vaxt o dəqiqə bağlamasını istədi.
Fəhlə maaşıyla onu oxudan böyük qardaşına belə partiyanın sədrliyinə keçəcəyini deməmişdi. Gizlilik şərtlə-rinə ən birinci özü əməl etməliydi. Ancaq indi canından çox sevdiyi qardaşı təbrik etmək üçün ona zəng etmişdi. Titrək səs tonuyla:
– Qardaş… deyə bildi.
– Yahu Mehmet, nə elədin sən? Heç danışmadın bi-zə. Yəni tam bir sürpriz oldu bizim üçün. Xeyirli, uğurlu ol-sun. Allah utandırmasın…
Qardaşının səsindən, hiss etdiyi sevinc başa düşü-lürdü. Hətta qarmaqarışıq hisslərindən boğazı düyünləndi və sözünü tamamlaya bilmədi.
Gözlərindən yaş damladı. Qardaşının kiçik qızı Se-ma, uşaqlığından bəri həmişə nə zaman gələcəyini soruşar-dı. Hiss edirdi ki, qardaşının da gözlərindən yaşlar süzülür. Qardaşı bu qədər qarmaqarışıq hisslər içində zəriflik göstə-rərək evə təbrik etməyə gələn hər kəsi tək-tək saymağa ça-lışmışdı. Bu gələnlərə qarşı özündə hiss etdiyi məsuliyyət idi.
Arxadan gələn uğultudan evin iynə atılsa yerə düş-məycək qədər sıxlıq olduğunu başa düşmək olurdu. Arada Hamzanın, Yunusun, Çakırın səslərini eşidən kimiydi. “Kəndimizə aeroport istəyirik Mehmet, fabrik istəyirik. Bizi unutma…” kimi sözləri eşitdi. Hamısının səsi qürurdan baş-qa cür çıxırdı.
– Qurban olaram mən onlara. Hamısına çox-çox sa-lamlarımı de. Hər kəsi həsrətlə qucaqlayıram. İnşallah qısa bir zamanda gələcəm. Allaha əmanət olun. Görüşənə qədər, – deyərək telefonu yerinə qoydu.
Əlini üzünə tutub sarsıla-sarsıla ağladı. Bir yandan da, Allahım, utandırma məni. Allahım, çıxdığım bu yolda uğur lütf et, – deyə dua edirdi.
***
Sübhə doğru saat üçə yaxınlaşanda qərargahdan çı-xaraq evə getdi. Həyat yoldaşı Yaseminə nə deyəcəkdi? Par-tiya idarəetməsinə keçə biləcəyini desə də, gizlilikdən ötrü partiyanın başına keçəcəyindən heç bəhs etməmişdi. Çox kövrək biri olan yoldaşı, görək bunu necə qarşılayacaqdı? Bunları düşünə-düşünə açarı fırladıb içəri girdi. Əvvəlcə evin bütün işıqlarının yanıq olması onu təəccüblədirdi. Yol-daşına səslənərək içəri girdi. Orda deyildi. Yataq otağına getdi. İşıqlar yanırdı, ancaq heç kim yox idi. Uşaqların ota-ğında baxdı. Tuğçenin otaqından çıxarkən birdən beyninə bıçaq kimi batan düşüncə onu diz çökdürdü.
Dünyanın sahiblərinə qarşı mübarizəyə girişmiş, an-caq ən bəsit təhlükəsizlik tədbirini belə düşünməmişdi. Bu qədər asan icazə verərdilərmi böyük bir ölkəni qurtarması-na? Necə bu qədər düşüncəsiz ola bilərdi, necə? Beyni dəli kimi işləyir, nə olduğunu dərk etməyə çalışırdı. Saniyədə min cür ehtimal ağlına gəlirdi, onları ələyir, digər min ehti-mal beynində uçuşurdu.
Evdə heç bir boğuşma, zorlayıcı iz yox idi. Otaqları təkrarən gəzdi. Bəli, heç bir zorlama, tələsiklik izi yox idi. Ölmək üzrəydi. Yerdə qan izi axtarırdı. Qan izi axtarması belə onu sarsıdırdı. Necə qan izi axtarırdı axı? Necə axı can-larının qanlarını yerdə axtarırdı? Necə insandı? Bu böyük-lükdə ölkəni xilas etməyə cəhd edən biri ailəsini necə dü-şünməzdi? Belə biri necə bu vəzifəyə namizəd ola bilərdi?
Qonaq otağında bunları düşünərkən evin telefonuna zəng gəldi. Atılaraq dəstəyi götürdü. Telefonun o biri ucun-da tanış bir səs var idi:
– Əfəndim Alpogandı. Xətt təmizdir. Xanım və uşaq-lar bizimlədirlər. Başqa bir ünvandayıq. Narahat qalmayın deyə zəng etdim. Hər yer yaman qarışıb. Bu tədbiri almağı uyğun bildik. Sizi narahat qoyduğumuz üçün lütfən bağış-layın. Mobil telefonunuz bağlı idi. Yanınızdakı işçilərə zəng edib yerinizin təsbit edilməsini istəmədik. Buna görə də hər beş dəqiqədən bir evə zəng edirdik.
– Həəə eləmi? – deyə bildi. Zəng edən adam Ahmet Zahit idi. Birdən bütün əsəblərinin boşaldığını hiss etdi. Ah-mete hiss etdirməməyə çalışaraq dərin-dərin nəfəs alıb özü-nə gəlməyə çalışırdı. Sonra ağlına gəldi ki, soruşsun:
– Qarlar təmizdi, su necədi?
– Qırmızıdı. Eynilə dəniz kimi.
Doğru cavabı alaraq rahatladı. Mənə çox hirslənib? – deyə çəkinərək soruşdu.
– Xeyir əfəndim. Ən azından hiss etdirmədi. Xanım-əfəndiyə verirəm telefonu. Bir əmriniz varmı?
Adamlarıyla bir yerə yığışmağın artıq vaxtı gəlmiş-di.
– Eşitdim OSTİM-də mərmər atelye satılır?
Telefonun digər ucundakı səs:
– Yaxşı əfəndim, gedib bir baxaram – cavabını verdi. Qısa bir səssizlikdən sonra yoldaşı telefondaydı:
– Mehmet, canım yaxşısanmı? Biz yaxşıyıq, narahat olma. Uşaqlar da çox sevdilər buranı. İndi yatıblar. Təzə gə-libsən evə? Soyuducuda yemək var idi. Öz əlimlə hazırla-maq istəyərdim yoldaşıma, amma bu vəziyyətdə gərək özü hazırlaya. Ən sevdiyin yeməyi hazırlamışdım.
Daha, güclü qadın rolunu oynaya bilməyən Yase-min, hıçqıraraq ağlamağa başladı.
– Dəlisən sən. Nə deyim sənə. Allah ağıl versin. Də-lisən, dəli!
– Bilirəm kraliçam. Bilirəm hər şeyim. Hər şeyi başa salacam həyatımın mənası. Nə olar hirslənmə. Yanımda ol-duğunu bildiyim üçün çıxdım bu yola. Səni sevirəm. Hamı-nızı çox sevirəm. Sabah başa salaram hamısını. Allaha əma-nət ol.
Telefonu yerinə qoyandan sonra kresloya sərildi və dərin bir nəfəs aldı. Budur, heyət bu idi. Allah ona ağıllı və zəkalı dostlar vermişdi. Adamının bu əməliyyatının ardınca inamı yenidən yerinə qayıtmışdı. Allaha şükür etdi.
Təkrar düşüncələrə dalarkən bu dəfə də qapının zən-gi çaldı. Qapıdakı adam, taxma saqqalını çıxarmağa çalışan digər can yoldaşı Zeki Atlıydı. Qapını açar-açmaz Atlı sözü uzatmadan:
– Əfəndim çox narahatdırlar. Dəli kimi bir-biriylə əlaqə saxlayırlar. Heç xoşlarına gəlmədi bu vəziyyət. Qərar verdik ki, burda qalmayasınız. İndi bu dəqiqə tərk etməliyik bu evi. Ətrafda təhlükəsizlik tədbirləri almışıq. Zirehli bir maşınla gedəcəyik, – dedi. Bunu deyərkən yanında gətirdiyi zirehli jileti ona uzatdı.
Demir heç etiraz etmədən, pencəyini götürərək, ge-dək, – deyərək Zekini təqib elədi. Zekinin qaynının Çanka-yada olan evinə getdilər. Evdə heç kim yox idi. Saat sübh beşə yaxınlaşırdı. Zeki yanındakı iki gənc polislə evdə qaldı. Demiri yatması üçün yataq otağına qoyub özləri də qonaq otağına keçdilər. Onlar yatmayacaqdı. Bu günə qədər yat-dıqları bəs idi.
***
Dünya Tənzimləmə Komitəsi, gecə yarısı təcili ola-raq yığışmış, Türkiyədəki son dəyişiklikləri müzakirə edir-di. Salonda olan dünya sahiblərinin gözlərini alov bürü-müşdü.
Qərbi Avropa ustadi-əzəmi Ser Toni Forlov, vəziy-yətin bu yerə necə gəldiyi haqqında məlumat verdi. Kon-qresdən sonra Mahmut Dilaverə şəxsən özü zəng etdiyini, ürək narahatçılığı ilə əlaqəli hesabat istədiyini, kardioqrafi-ya nəticələrini, bütün təhlillərin sənədlərini ona çatdırdığını izah etdi.
Bu hesabatlara görə Dilaverin ürəyinə gedən ana da-marlarında yüzdə doxsan nisbətində tıxanıqlıq olduğu, əla-və olaraq ürək döyüntülərinin atışında ciddi pozuqluqlara rast gəlindiyi açıq görünürdü. Doğurdan da adamın ölüm-cül təhlükədə ürək əməliyyatı olması vacib idi.
Eyni zamanda mədəaltı vəzində yetmiş faiz bir funk-siya pozuqluğu vardı. Xülasə, diaqnozlar saxta deyilsə, il-lərdir səhv atı seçmişdilər. Elə yarışa soxduqları vaxt eşşək olduğunu başa düşmüşdülər. Ya da səfil bir xain idi. İkinci ehtimal daha güclü idi. Hətta üzvlərə görə bu ehtimal qəti idi.
Komitə başqanı Ser Artur Meri, məmnun olmayan səs tonuyla donquldanaraq:
– Yaxşı, indi əlimizdə Mahmut Demir var. Ümid edi-rəm ki, lojaya qəbul mərasimindəki çəkilişləri əlimizdədir, – dedi.
Ser Forlov bu sualı gözləməsinə rəğmən, yenə də nə deyəcəyin bilmirdi.
– Hörmətli başqan və komitə üzvləri, Mehmet De-mirin lojaya qatılma mərasiminin çəkilişləri, texnik bir xəta-dan qaynaqlanan səbəblərə görə yadda saxlanmayıb. Çox heyif ki, Demirin çəkilişləri əlimizdə deyil.
Bu sözlərin ardınca mühit daha da gərildi. Üzvlər ən sərt ifadələrlə reaksiya verdilər. Bu elektrik boşalmasından sonra başqan Meri guruldadı:
– Təbrik edirəm Ser Toni. Yəni ağlı qıt bir türk, ha-mımızı tələyə saldı, eləmi? Yəni bu adam qüsursuz bir plan hazırladı, bunu addım-addım bizə tətbiq elədi və heç nə edə bilmədik, doğrudurmu? Üstəgəl adam bizlə lağ edib öz pla-nını son mərhələyə qədər gətirə bilib. Doğrusu möcüzədir. Demək ki, gücümüzün sərxoşluğuna qapılmışıq. Bu qədər də olmaz!
Komitə başqanı yerdən göyə qədər haqlıydı. Meh-met Demir qurduğu oyunu çox yaxşı oynamışdı. Adam sür-ətlə liderliyə doğru irəliləyirdi. Görünən o idi ki, əvvəlcə lo-jalarda böyük kəllələr uçacaq, sonra da komitənin qanlı qla-dio qılıncı gizləndiyi yerdən çıxıb bir çox bədənə qısa ziya-rətlər edəcəkdi.
Dünya Tənzimləmə Komitəsi, hansı yuvanın quşu olduğu bilinməyən köşə yazarının, komitəni əla salaraq öz planlarını qurub nəticə almasına əsla icazə verməzdi.
Komitənin fövqəladə hal hərəkət planı həyata keçi-riləcəkdi. Türkiyədə aradan götürüləcəklər, partladılacaq olanların siyahısı son dəfə gözdən keçirildi. Mehmet Demir bu siyahının ən başında idi. Mahmut Dilaver deyilən o səfil siyasətçi isə çox kədərli bir sonla dünyayla vidalaşacaqdı. Türkiyədə komitəyə bağlı çaqqallar öz yuvalarından çıxıb dəhşətli hadisələr törədəcəkdilər. Hər şey öz qaydasına düş-mədən yuvalarına qayıtmayacaqdılar.
Komitənin qərarını üzvlərə bir dəfə daha təkrarlayan başqan Murrey, sözlərini tamamladıqdan sonra komitənin gizli simvolu olan otuz santimetrlik qladio qılıncını qının-dan çıxarıb masaya vurdu.
Qulpu gümüşdən ibarət bu soyuq, poladdan olan metal parçası, Roma imperatoru Sezarı öldürən qılınclardan biriydi. Sezarın öldürülməsini də o vaxtın lojası həyata ke-çirmişdi. Ancaq bunu o qədər yaxşı gizlətmişdilər ki, bu sui-qəsdi həyata keçirən qladio qılıncı və bütün dövrlərdə dün-yanı idarə edən bu təşkilatın üzvləri xaricində heç kim bunu bilmirdi.
Soyuq poladın üzərindəki qan izləri, işinin ustası ol-duğunu göstərirdi. Bu qılınc, Sezarın öldürülməsinin ardın-ca təşkilatın simvolu olmuş və əsrlərdir ilahi gerçəkliyə ən-gəl törədən bir çox kralın və soylunun qanıyla yuyulmuşdu. Komitə başqanının səsi və söylədikləri, üzvlərin belə qanını dondurdu:
– Komitənin qılıncını qınından çıxartdım. Bu qılınc “İlahi Gerçəkliyə” xəyanət edənlərin qanıyla boyanmadıqca qınına girməyəcəkdir.
***
Konqresin sabahısı gün Mehmet Demir sübhdən Ze-ki Atlı ilə birlikdə zirehli maşına minərək naməlum bir ün-vana doğru yola düşdü. Ulusdan keçdikləri vaxt Zeki Atlı maşını yuyucu və yağlayıcı məntəqəsinə saldı. Bir neçə də-qiqə ərzində nömrələri dəyişdi. Baqajdan çıxardığı Fransa səfirliyinin kiçik bayrağını maşının önündəki bayraq dirə-yinə asdı.
Yenidən yollarına davam etdilər. Kurtboğazı anba-rına çatanda, maşından düşdülər. Aşağıda, anbar gölünün kənarında səhərin erkən saatlarında nəsiblərini axtarmağa gələn bir neçə həvəskar balıqçı vardı. Baqajdan qarmaq dəstlərini götürərək o tərəfə doğru yeridilər.
Yolda ağacların altında pusquda gözləyən adamlar onları görəndə, sayğıyla əl elədilər. Ətraf təpələrdə gəzinti-yə gələn ikili-üçlü qruplar var idi. Hamısı da Ahmet Zahitin adamlarıydı. Sökük-tökük qiyafəli iki balıqçı Mehmet Demir və Zeki Atlıyı görəndə qarmaqlarını qoyub onları qarşıla-mağa gəldilər. Dörd adam bir-birləriylə qucaqlaşdıqdan sonra, gölün kənarına gəldilər. Demirin əynində cins şalvar, qırmızı rəngli üst geyimi və başında Qalatasaray kepkası vardı.
Artıq dördü də qarmaqlarını gölə atıb, balıqların ye-mə toxunmaqlarını gözləyirdilər.
Demir təmiz havanı içinə çəkərək:
– Yaxşı dostlar, əhəmiyyətli bir mərhələni keçmişik. Hal-hazırda vəziyyətimiz necədir?
Ahmet Zahit qısaca məlumat verdi:
– Qrupumuz, lojayla İngiltərə və ABŞ-dakı böyük başların telefon danışıqlarını tapdı. Adamımızın cihazları xarab etməsi sayəsində, lojaya daxilolma mərasimindəki çə-kilişlərin olmadığını öyrənəndə hirslərindən dodaqlarını çeynəyirdilər. Öz adamımızı da sizin iştirak etdiyiniz məra-simdən sonra oradan çıxarmışdıq. Dolayısı ilə əməliyyatı-mız ortaya çıxdı. Ancaq istədiyimi aldıq. Telefon danışıqla-rından belə başa düşdük ki, Türkiyə ustadi-əzəminin kəlləsi gedəcək. İdarəetməni yenidən gözdən keçirəcəklərinin siq-nallarını verirlər. “Çaqqalların buraxılması” kimi bir ifadə işlədiblər danışıqlarında. Məncə, sui-qəsd dəstələrindən bəhs edirlər. Ortaya çıxardıq ki, Mahmut Dilaverin həyatı təhlükədədir. Təbii ki, sizin üçün də heç də yaxşı planlarının olmadığın qəti şəkildə deyə bilərəm.
– Başa düşürəm. Sanıram ki, Mahmut Dilaverin ye-təri qədər cangüdəni var. Ancaq mən yenə də partiya xətti ilə cangüdən sayının artırılması üçün müraciət edərəm. Heç bir şəkildə sağ olaraq onların əlinə düşməməlidir. Bunun üçün əlimizdən nə gəlirsə edək.
– Əfəndim, ilk həll etməyimiz vacib olan məsələ, si-zin təhlükəsiz bir yerə yerləşməyinizdir. Bu işlə şəxsən özüm maraqlanıram. Hər cür hücum və kəşfiyyata qarşı təhlükəsiz bir yer axtarıram. Tez bir zamanda təhlükəsiz bir yer tapıb təşkil edəcik.
– Səhər Nuroğlu İnşaatın Gaziosmanpaşada tikdir-diyi yaşayış kompleksinin önündən keçtik Zekiylə. Neçə illərdir orada iki blok boş qalıb. Nuroğlu ilə yaxın tanışıq. Vətənpərvər bir dostumuzdur. Oradan bir ya da iki bloku bütöv kirayə götürə bilərik. Bütün partiya idarəçiləri, məs-ləhətçi və cangüdənlərim, ailələriylə birgə bu şəhərcikdə ya-şaya bilərlər. Düşünürəm ki, ən yuxarı mərtəbəyə də biz kö-çərik. İstəyirsiz, əvvəlcə ora bir göz gəzdirin.
– Çox yaxşı düşünübsüz əfəndim. Mən də dərhal ge-dib yoxlayım oranı. Dediyiniz kimi bir, hətta iki bloku ta-mamilə götürsək, problem kökündən həll olunacaq. Sizin qalacağınız mənzilin divarlarını və pəncərələrini raket və uzun mənzilli silahlara qarşı gücləndirərik. Ayrıca şəhərci-yin bütün təhlükəsizliyini də öz adamlarımızla təmin edə-rik. Bu, Nuroğlunun da işinə yarayacaq.
– Zəki, sən də bizə uyğun olan polisləri tək-tək seç. Gizliliyə maksimum diqqət edin. Nələrə fikir vermək lazım olduğunu bilirsən. Siyahını hazırladıqdan və vəzifəyə gön-dərilmələri tamamlandıqdan sonra hamısını eyni gün, eyni saatlarda yeni ünvanımıza köçmələrin təmin edin Beləcə aralarında kiməsə nüfuz etməklərinin qarşısını almış olarıq.
– Baş üstə əfəndim. Dediyiniz kimi edərəm.
Ahmet Zahitin ağlına yaxşı bir fikir gəldi, Nuroğlu ilə danışıb şəhərciyin içində məktəb tikilməsi yerinə düşə-cəkdi. Bu fikrini Demir ilə bölüşdü. Demirin olduqca xoşuna gəldi bu fikir. Beləcə Kaan və Tuğçe, lazım olsa digər vəzi-fəli şəxslərin uşaqları da kənardakı məktəblərə gedib hədəf olmaqdan qurtulacaqdı. Məktəbin bürokratik işlərini sürətli şəkildə həll edib, yeni tədris ilinə qədər hazır olmasını hə-yata keçirə bilərdilər. Məktəbi Nuroğlu tikdirəcəkdi. Beləcə təşəbbüskar iş adamı Sadri Nuroğlu, bir də özəl təhsil sahə-sinə girmiş olacaqdı.
Dörd nəfər, partiya işləri, seçki gəzintiləri, gəzintilər üçün təhlükəsizlik tədbirlərinin alınması və bir çox mövzu-da danışdılar. Zeki Atlının seçki gəzintiləri üçün iki zirehli avtobus hazırlanması təklifi qəbul olundu. Mehmet Demir, gücləndirilmiş motorları olan, raket hücumlarına qarşı möh-kəm, böyük avtobuslar istifadə etməliydi. Avtobusun bir hissəsini istirahət etmək, yatmaq üçün də istifadə edə bilər-di.
Bu eyni zamanda snayperlərdən qorunmaq üçün də yaxşı bir tədbir idi. Böyük avtobusun harasında olduğunu bilməyəcəkdilər. Beləcə gəzintilər zamanı snayperlərə hədəf olmayacaqdı. Bu məsələdə də qərar verdikdən sonra elə ay-rılıb gedəcəkdilər ki, Demirin qarmağında bir balıq vurdu.
Böyük bir həyəcanla balığı çıxarmağa çalışan Demir uşaq kimi şəniydi. Bir neçə dəqiqə sonra sahilə çıxara bil-dikləri balıq, təxminən beş kilo ağırlığında olan sazan idi. Böyük bir sazan tutduğu üçün çox sevindi. Diqqətlə ağzın-dan çəngəli çıxardı. Qucağına alıb körpəsi kimi əzizlədiyi balığın qulağına əyilərək:
– Gözəl sazan. Səni gölə buraxıram. Yoldaşlarının yanına geri qayıdanda, bu səhər Türk Xaqanı ilə tanış oldu-ğunu söyləyər, lovğalanarsan, – dedi.
Ağzını yekə açıb, gözünü Demirə zilləmiş, dərin-də-rin nəfəs alan sazan, sanki dediklərini başa düşmüş kimi vurnuxmağı dayandırdı. Demirin yavaşca suya buraxma-sıyla birlikdə çırpınaraq gölün dərinliklərində gözdən itdi. Elə bil, Mehmet Demirin dediklərini yoldaşlarına çatdırmaq üçün tələsirdi.
***
Partiya qərargahına getdiyi vaxt saat 10:30-u göstə-rirdi. Kabinetinə keçdiyi vaxt özəl qələm müdiri zəng edən-lərin siyahısından ibarət qalın bir dosyeni gətirdi. Zəng edənlərin siyahısının başında səfirlər vardı. İlk zəng edən ABŞ səfiri idi. Onu İngiltərə, Almaniya, İtaliya, Yaponiya, İspaniya, Rusiya, Çin, İran, Pakistan, Qazaxıstan, Türkmə-nistan və digərləri izləyirdi. Hamısı təbrik etmək üçün zi-yarət etmək istədiklərini bildirmişdi.
Şəxsi katibi Tolga Akyurta təlimat verərək, görüşlə-rini belə nizama salmasını istədi: günortadan sonra saat 14:00-da Rusiya səfirini qəbul edəcəkdi. Ardınca 15:30-da Çin səfirini, 16:45-də Yaponiya səfirini qəbul edəcəkdi. 18:00-da ABŞ səfirini, 19:00-da Almaniya, saat 20:00-da İn-giltərə səfirləri ilə görüşəcəyini qeyd etdi. İran səfirini isə yeməyə çağırmaqlarını istədi. Nə də olsa, qonşu qonşuydu.
Qalan səfirləri də səhəri gün görüşmək üçün nizam-lamasını istədi. Beləcə, iqtidara gələndə xarici siyasətdə pri-oritet verəcəyi ölkələrin sırasını da ortaya qoyurdu.
Ölkə içindən zəng edən sənayeçi, jurnalist, müxtəlif qurum və quruluşların idarəçilərini də iki gün sonra qəbul etmək üçün sıraya yazmasını istədi.
Rusiya səfiri Emil Podovkin saat 14:00-dakı görüşü-nə gələndə, hazırladığı bu siyahının tam yerinə düşdüyünə şahid oldu. Yüz əlli kiloluq yekəpər Rus səfiri, gözləri parıl-dayaraq girdiyi kabinetdə bir əliylə çiynini möhkəmcə tu-tarkən, digər əlini elə sıxmışdı ki, Mehmet Demir bir neçə barmağının bu görüşdən sağ çıxmayacağını düşünürdü. Di-şini sıxaraq uzun salamlaşma işgəncəsini sovuşdurduqdan sonra, oturması üçün onu rahat divanı göstərdi. Özü də elə yanındakı kresloya oturdu.
Türk dilində çox yaxşı danışan rus səfiri Podovkin, yanında tərcüməçi gətirməmişdi. Mehmet Demir də öz tər-cüməçisini yola saldı. Beləcə baş-başa qaldılar. Səfir əvvəlcə ilk qəbul edilənin o olduğundan qürur duyduğunu ifadə edərək, xüsusən bunu Moskvaya müjdələyəcəyini bildirdi.
Mehmet Demir də rus səfirinin, onun bu seçimini duyduğu üçün təşəkkür etdi.
– Neçə illərdir Türkiyə yanlış seçimlər etmişdir. Bə-zənsə bu seçimlərə məcbur edilmişdir. Ancaq biz iqtidara gəldiyimiz zaman dünya sabitliyinin ən böyük təminatı olan Rusiya ilə əməkdaşlığa xüsusi əhəmiyyət verəcəyik. Sadəcə bunu diqqətinizə çatdırmaq istəyirəm ki, iki şərəfli və öndər millət olan Türklər və Ruslar tarix boyunca savaşmayıb əməkdaşlıq etsəydilər, Avrasiya coğrafiyası indi içində ol-duğu bu vəziyyətə heç bir zaman düşməzdi, – dedi.
Bu dediklərindən təsirləndiyi açıq görünən səfir:
– Zati-aliləri verdiyiniz bu izahlar belə Avrasiyanın sabahı üçün bundan sonra daha ümidvar olmağımıza yetir. Zati-alinizi neçə illərdir təqib edən bir oxucunuz olaraq, si-zin kimi yüksək səciyyəli və vətənpərvər bir şəxsin, TİP ki-mi iqtidara namizəd bir partiyanın başına keçməsinə necə sevindiyimi kəlmələrlə ifadə edə bilmirəm. Eyni fikirləri Moskvanın da mənimlə birgə bölüşdüyünü zati-alinizə bö-yük bir şərəflə ifadə etmək istəyirəm – qarşılığını verdi.
Demir, iqtidara gəldikləri vaxt başlıca hədəflərinin Rusiya ilə iki ölkənin dünya sülhünə olan öhdəliklərindən yola çıxaraq, çox yaxın əməkdaşlıq etmək olduğunu əlavə etdi.
– Türk qəhvələrinin ikram edilməsiylə qısa müddət kəsilən söhbət, xidmətkarlar çıxdıqdan sonra səmimi ab-havada davam etdi.
Qəhvəsindən bir qurtum içən Demir, sözü heç başqa yönə çəkmədən bunları söylədi:
– Hörmətli səfir, sizin də bildiyiniz kimi ölkəmizin Cənub-şərqində baş verən terror hadisələri mövzusunda niyyətimiz çox dəqiqdir. İlk işimiz buradakı quldurları tə-mizləmək olacaq. Keçmişdə ölkənizdən çox sayda silah-sur-sat əldə etmiş olan quldurların, bundan sonra o silahlara əli-nin çatmaması çox vacibdir. Siz də bu fikirdə mənə qoşu-larsız ki, ABŞ və qərbli dostlarımızın quldurlara təmin etdi-yi milyonlarla dollarlıq silah-sursat və müasir texnologiya məhsulu uzun müddət onlara kifayət edəcəkdi. Ölkənizin bu məsələdə bizə göstərəcəyi anlayış və dostluq, buralarda heç yeri olmayanların gəldikləri yerə göndərilməsi üçün gə-ləcəkdə quracağımız əməkdaşlıq üçün bir təminat olacaqdı.
Mehmet Demiri təsdiqləmək üçün başını davamlı yelləməkdən yorulan səfir:
– Zati-aliləri, hökumətim və dövlətim adından de-mək istəyirəm ki, sizi çox gözəl başa düşürəm. Rusiya, dost Türkiyənin parçalanmasına heç bir zaman icazə verməyə-cək. Əksinə, Türkiyənin də bacardığı qədər güclənib, böyük əməkdaşlıq üçün güclü bir partnyor olaraq yanında olması-nı istəyir, – dedi.
– Görüşün sonunda Rus səfirinin ağzı qulaqların-daydı. Demirin əlindəki sümükləri təkrar şaqqıldadaraq, ra-zı bir şəkildə TİP qərargahından ayrıldı.
Rus səfirinin ardınca görüşə gələn Çin səfiri Xuan Mia Denq də, Podovkinə bənzər ifadələrlə ilk görüşlərdə onun da olduğundan minnətdarlıq duyduğunu hiss etdirdi.
Demir, Çin səfiri Denqə, Çinin dünya sülh və sabit-liyində tutduğu yeri və missiyasını ifadə etdi:
– Biz min ilə yaxın bir vaxtdır ki, dostlarımız olan Çi-nə arxamızı çevirib Qərbə yönəldik. Ancaq orada dostluq, insanlıq və mədəniyyət tapa bilmədik. İstəyirəm biləsiniz ki, bundan sonra üzümüzü dostumuz olan Çinə tərəf döndə-rəcəyik. Çin və Türkiyə, Avrasiyanın iki ucunun sağlam bir qapısıdır. Biz sizlərlə eyni həyat sahələrini bölüşdüyümüzü düşünür və bundan qürur duyuruq, – dedi.
Demirin bu sözlərindən təsirləndiyi asanlıqla hiss olunan Denq:
– Zati-aliləri, Türkiyənin başına sizin kimi böyük ki-mi bir dövlət adamının keçməsi, ölkəmdə böyük sevinclə qarşılanacaq. Bir cümləylə ifadə etmə qabiliyyəti göstərdi-yiniz bu məsələ, ölkəm tərəfdən Avrasiyanın, hətta bütün dünyanın gələcəyi üçün ümidvericidir,– deyə qarşılıq verdi.
Tayvanı Çinin bir hissəsi olaraq gördüklərini bildi-rən Mehmet Demir, iqtidara gəldiyi zaman Çin və Rusiya ilə münasibətlərini ən qısa zamanda lazımi səviyyəyə gətirmə-yi arzuladığın bildirdi. Demirin Tayvan ilə bağlı sözlərindən hədsiz məmnun olduğu hiss olunan Çin səfiri Denq, onun bu niyyətindən görüş bitdikdən sonra hökumətini xəbərdar edəcəyini bildirərək, TİP başqanına siyasi vəzifəsində mü-vəffəqiyyət arzuladı.
Lazmi ismarış Çinə də çatdırıldı.
Yaponiya səfiri Himamuro Omava ilə də müsbət ab-havalı bir görüş oldu. Yaponiya səfiri də, Mehmet Demir və Türkiyə ilə əlaqəli ölkəsinin arzu və niyyətlərini ifadə etdi. Demir, Yaponiyanın dünya sülh və ədalətinin yenidən tə-mi-ni üçün çox əhəmiyyətli vəzifələr boynuna götürəcəyinə inandığını bildirərək qıyıqgözlü qonağını yola saldı.
ABŞ səfiri Heri Makmillan görüşə nisbətən kefsiz halda gəldi. Hal-qəziyyəsindən bəlli olurdu ki, ölkəsindən əvvəl Rusiya, Çin və Yaponiyaya prioritet üstünlüyü veril-məsindən narahatdır. Nə də olsa Amerikalılar, uzun illərdir bu coğrafiyada qabaqcıl rəftar görməyə alışmışdı.
Dörd ildir Türkiyədə olduğu halda, görüşə tərcü-məçiylə gəlib tək kəlimə Türk dilində danışmadığını gör-dükdə, Mehmet Demir də tərcüməçisini çağırdı. Olduqca soyuq keçən görüşdə Mehmet Demir Türkiyənin düşdüyü vəziyyətdən bəhs edərək, az qalsın 60 ildir müttəfiqimiz olan ABD-dan lazımi dəstək və anlayış görmədiyindən şi-kayətləndi. Türkiyənin heç bir zaman ABŞ-a xəyanət etmə-diyin və dostluğuna böyük əhəmiyyət verdiyini vurğulayan Demir, ancaq xüsusən son beş ildir ABŞ-dan eyni səmimiy-yəti görmədiyin dilə gətirdi. Demir:
– Türkiyə yenə əvvəlki Türkiyədir. Əgər iqtidara gəl-sək, ABŞ ilə münasibətlərimizi daha da yaxşılaşdırmağa önəm verəcəyik. Ölkənizdən də eyni niyyətli cəhdləri göz-ləyirik, – dedi.
Səfir Makmillan, olduqca süni və soyuq ifadələrlə iki ölkənin müttəfiq olduğunu, ABŞ-ın Türkiyə olan isti müna-sibətlərinin inkişaf edərək, davam etməsinə əhəmiyyət ver-diklərini qeyd etdi. Ancaq elə bir rəftarla izah edirdi ki, de-diklərinin tam tərsinə inandığı göz önündə idi.
Makmillan, iyirmi dəqiqəlik görüşün ardınca nəza-kətli Mehmet Demirə müvəffəqiyyət diləyərək qərargahı tərk etdi. ABŞ səfirinin məmnun olmayan üz ifadələrini qə-zet və televiziya müxbirlərinin görməməsini istəyən cangü-dənlər onların çəkiliş etməməsi üçün əllərindən gələni etdi-lər.
İngiltərə səfiri Devid Karterin ziyarəti də 25 dəqiqə-yə yaxın oldu. İngilis səfir Amerikan həmkarının əksinə bir-təhər vəziyyətdən çıxdı.
Ənənəvi İngilis soyuqqanlılığı ilə iki ölkə arasındakı müsbət münasibətlərin TİP iqtidara gəldiyi zaman daha da inkişaf edəcəyinə ümid etdiyini bildirdi. Mehmet Demir də, buna bənzəyən xoş diləklərini təkrarladı. İngilis səfir partiya qərargahından ayrıldığı zaman, ABŞ-lı həmkarının əksinə ona yönəldilən mikrofonlara, ingiliscə:
– Hörmətli başqan ilə olduqca faydalı bir görüş hə-yata keçirdik. Vəzifəyə gəlməsi səbəbiylə onu təbrik etdik, – şəklində qısa şərh etdi.
Maşınına minərkən, jurnalistlərə dönərək:
– Allaha əmanət olun, – dedi. Müsbət münasibət ma-nevri ilə ən azından mətbuat mənsublarının könlünü qa-zandı. Təbii ki, onlar vasitəsiylə Türk ictimaiyyətinə də özü-nü şirin satmış oldu.
İran səfiri Hamidi Esfenderani günün axırına qalsa da, yeməyə dəvət edilərək şərəfləndirildiyini başa düşdü-yünü əks etdirən şən üz ifadəsiylə gəldi. Demir bir saata ya-xın çəkən yeməkdə, İrana və tarixinə duyduğu yaxınlıqdan bəhs etdi. İran və Türkiyənin bir gün bölgədə və dünyada birlikdə hərəkət edəcəklərin ümid etdiyini bildirdi.
İqtidara gəldikləri zaman, başlıca olaraq İran ilə ti-carətin artırılmasına önəm verəcəklərini qeyd etdi. Fransa və Almaniya arasındakı xarici ticarətin həcminin 215 mil-yard dollar, İtaliya və Fransa arasında həcminin isə 197 mil-yard olduğunu xatırladaraq:
– Niyə qapı qonşusu olaraq bir-birimizdən ala bilə-cəyimiz malları, minlərlə kilometr kənardan alaq? Nəyə gö-rə yüz minlərlə dollar ödəyərək bir gəmi malı minlərlə kilo-metr uzağa göndərək? – deyə sual ünvanladı.
Titrək gözlərlə Mehmet Demirin gözlərinin içini ax-tarıb bir növ səmimilik yoxlanışı edən Esfenderani isə:
– Ahhh, zati-aliləri, biz onlarca ildir bunun həsrətini çəkirik. İnşallah iqtidara gəldiyiniz vaxt buyurduğunuz ki-mi edər, xaqlarımıza böyük qazanclar təmin edə bilərik – qarşılığını verdi.
***
Gülü burnunda TİP başqanı Mehmet Demir, bir həf-tə boyunca təbrik ziyarətlərini qərərgahda qəbul etdi. Həftə sonu, partiyasının Mərkəzi Qərar İcra Təşkilatı ilk yığınca-ğını keçirdi. Bu yığıncaqda Partiya Başqanlıq Divanı təyin olundu.
Təşkilatlardan məsul başqan köməkçi vəzifəsinə De-mirin neçə illərdir yoldaşlıq etdiyi Hakan Pahalı gətirildi. Digər başqan köməkçiləri olaraq Adnan Öksüzoğlu, Turgay Özübelli, Harun Özçelik, katibliyə bir digər jurnalist dostu Önsel Ünaldı, katib köməkçisi vəzifəsinə isə Devlet Arıkan, Erdal Dursunoğlu və Murat Kahraman təyin edildi.
Başqanlıq Divanını təşkil edən şəxslər, Mehmet De-mirin uzn zamandır birlikdə işlədiyi, yaxın dava və iş yol-daşları idi. Hamısı Mehmet Demirin çağırışı ilə onunla bir-likdə partiyaya üzv olmuşdular. Konqresdən bir gün əvvəl Mahmut Dilaverə verdiyi siyahıda bu adlar var idi. Qalan adların bir qismi partiyanın köhnə şəxslərindən, bir qismi də Demir ilə birlikdə üzv olanlardan ibarət idi.
Partiya vitrinini dürüstlüyü və vətənpərvərliyi ilə ta-nınmış bu adlar təşkil edəcəkdi. Seçkilərin ardınca iqtidar yolu açıldığında osə eyni adlar Nazirler Kabinetində Demir ilə birlikdə fəaliyyət göstərəcəkdilər.
Başqanlıq Divanı daha çox jurnalist, siyasi elmlər təhsili alan insanlarla dolu idi. Siyasi həyatda bu bilinən bir addım idi. İllər əvvəl Turgut Önal iqtidara gəldiyi vaxt, DPT-də birlikdə çalışdığı dostuna hökumətdə yer vermişdi. Mutlu Yılmaz da eyniylə siyasi təhsilli dostlarını ölkə ida-rəsində aktiv vəzifələrə təyin etmişdi.
Mehmet Demir jurnalist olduğu üçün, ətrafı jurna-listlərdən ibarət idi. Ancaq bu jurnalistlər digərlərindən fərqlənirdi. Heç biri böyük dövlətlərin və onların gizli təş-kilatlarının əlinə keçməmişdi.
Əvvəlcə milliyyətçi dəsti-xətdə olduqları üçün göz-ardı edilmişdilər. Müxtəlif qəzet və televiziyalarda işlədik-dən sonra öz jurnallarını təsis etmiş, sonra da əziyyətli və uzun çəkən bir mübarizənin ardınca qəzet qura bimişdilər.
Jurnal geniş oxucu kütləsi toplaya bilmişdir. Bundan cəsarətlənərək qurduqları Şərəf Qəzetini bir qrup vətənpər-vər biznesmenin dəstəyi ilə qısa bir vaxtda ən çox oxunan qəzetlər sırasına sala bilmişdilər.
Bir mənada yoxluq və qərbə tərəf yönəlmiş mətbuat sektoru, bu jurnalist qrupuna mal varlığı qazandırmışdı. Ba-zara sahib olan qəzet və televiziyalarda yüksəlmək şansını tapa bilməyəcəklərini başa düşdükdə öz jurnallarını, yaz-dıqları kitabların başqalarından asılı nəşriyyatlarda maraq doğurmayacağın gördükdə isə öz nəşriyyatlarını qurmuş-dular.
Dırnaqlarıyla qaza-qaza oxucu kütləsinə sahib ola bilmişdilər. Ölkə problemlərini araşdıra-araşdıra, yaza-yaza axır ki, ölkənin iynəsindən ipliyinə, daşından torpağına, əkinçiliyindən sənayesinə qədər uzanan bir heyət əmələ gəl-mişdir. Onurğası bu jurnalistlərdən təşkil olunan bir höku-mətin də uğurlu olmaması üçün heç bir səbəb yox idi.
Qaldı ki, Demirin yoldaşlarının hər biri ayrıca də-yərli idi. Hər biri öz sahəsində mütəxəssisləşmiş insanlar idi. Mehmet Demir, yola çıxarkən bu heyətə güvənmişdi. Onu yarı yolda qoymayacaqlarını, təxminən otuz il içində dəfələrlə görmüş, o qədər başlarına gələn hadisədən çiyin-çiyinə mübarizə apararaq çıxmış və dostlarını hər dəfəsində daha yaxşı tanımışdı. Türkiyənin həsrətində olduğu günlərə çıxmasının, ancaq bu heyətlə mümkün olacağını yaşayaraq görmüşdü.
Bu heyətlə əvvəlcə Türkiyəni ayağa qaldıracaq, ar-dınca keçmiş osmanlı ərazisini və mümkün olarsa dünyanı nizama salacaqdı.
***
Beş adam Ankarada, divarları Türkiyə və dünya xə-ritələriylə, tarixdə qurulmuş Türk dövlətlərinin bayraqları-nın bir küncdə sıralanmış bayraq dirəklərində göstərildiyi iç sıxıcı bir otaqda toplanmışdı. Hamısının üzündən hiss olu-nurdu ki, sıxıntıları var.
Otuz nəfərlik toplantı masasının bir başında MİT başqan köməkçisi Benhur Adem Özaydın oturmuşdu. Onun sağında Hərbi Kəşfiyyat Doktrinaları üzrə başqan Süleyman Ali Gül, yanında isə Xarici İşlər Nazirliyi Kəşfiyyat başqanı Taki Karamanlı vardı. Özaydının sol tərəfində isə Cümhu-riyyətçi Hərəkat Partiyası (CHP) başqanı Hıdır Ali Kangallı ilə Milliyətçi Hərəkət Partiyası (MAP) başqanı Mahir Çağa-tay vardı. İki partiyanın başqanı, digər üç nəfər qarşısında son dərəcə hörmətli və eyni zamanda narahat görünürdü.
Benhur Adem Özaydın, boğuq səs tonuyla söhbətə girdi:
– Bəylər, Demirin TİP-in başına keçməsi heç yaxşı ol-madı. Bu vəziyyəti heç cür qəbul edə bilmərik. Bölgədə çı-xılmaz vəziyyətdə olan ölkə, ABŞ və AB ölkələrinin heç isti baxmadığı faşistin başa keçməsini qəti şəkildə qəbul etməz. Başa keçdiyi anda qərbdən gələn kredit kranları bağlanacaq, təxminən 600 milyard dollarlıq borcumuzu çevirməyimiz çətinləşəcək. Mehmet Demirin iqtidara gəlməsinin qarşısını almalıyıq.
Özaydının ardınca Hərbi Kəşfiyyat başqanı Süley-man Ali Gül:
– Bu adamın neçə illərdir yazdığı kitablar və məqa-lələr ortaya macəraçı bir portret çıxarır. Osmanlı həsrəti ilə alışıb-yanan biri olduğunu açıqca göstərir. Təşkilatımız gənclik illərindən etibarən yazdığı bütün yazıları, bütün çı-xışlarını, telefon və virtual aləmdəki söhbətlərini bir yerə toplamışdır. Əvvəlcə Atatürk düşmanı olduğu yönündəki sənəd və məlumatları yığırıq. Ardınca, gənclik illərindən etibarən şəxsi həyatındakı zəif tərəflərini ortaya çıxaracağıq. Lazım gələrsə, uşaq olanda qonşunun bağçasından oğurla-dığı almaları belə təsbit edəcəyik. Bu adamın ölkəmizi çıx-maza salmasını heç bir şəkildə qəbul edə bilmərik. Başa keç-sə belə oradan aşağı salmaq üçün hər şeyi gözə alarıq.
Gülün böyük bir nifrətlə, üzünü turşudaraq etdiyi bu çıxışın ardınca gözlər Xarici İşlər Nazirliyi Kəşfiyyat baş-qanı Taki Karamanlıya çevrildi. O da yerində tərpənərək fi-kirlərini izah etməyə başladı:
– ABŞ-dakı və AB ölkələrindəki diplomatik ətrafla etdiyimiz görüşlərdə, hamısınının ortaq sualı Mehmet De-mirin doğrudan da ölkənin başına keçib-keçməməyi ilə əla-qəli idi. Bütün xarici dostlarımız bu şəxsin başa keçməsiylə Türkiyənin beynəlxalq ictimaiyyətdən sürətlə xaric oluna-cağını xəbərdarlıq etdilər.
Sahib olduğu 34 millət vəkili ilə məclisdə ən az yeri olan CHP-nin başqanı Hıdır Ali Kangallı, söhbətlərdən şöv-qə gələrək sözə girişdi:
– Partiyamız, Cümhuriyyət qurulduğundan bu yana rejimin ən vacib dayaqlarından biri olmuşdur. Cümhuriy-yətimizi bu faşistin sürüyəcəyi macəralardan qorumaq üçün bizə düşən hansı vəzifə varsa, böyük qürurla yerinə yetirə-cəyimizi bilməyinizi istəyirəm.
Hıdır Ali Kangallının dediklərinin birinci hissəsi hə-qiqət idi. Patiya qurularkən bütün ölkəni idarə etmək dü-şüncəsi ilə yola çıxmışdı. Partiya idarəçilərinin göstərdiyi solçu meyl, bir zaman sonra sünni İslamın əleyhinə olan bir məzhəbin marağını onlara yönəltmişdi. Zaman-zaman par-tiyada məzhəb üzvü siyasətçilər hegemon olmuşdu.
Derya Baykanın 1990-2000-ci illərdə başqanlıq döv-ründə məzhəbin partiyaya hegemonluq etməsinin qarşısı böyük ölçüdə alınmışdı. CHP-yə alternativ olan digər parti-yaya daxil olmaq istəkləri alınmayan məzhəb üzvləri, Bay-kanın 2009-cu ildəki seçkilərdə uğur qazanmamasının ar-dınca istefa etməsi nəticəsində yenidən partiyada təsirli hala gəldilər. Partiya başqanlığı daxil, idarəetmə pilələrinin bö-yük bir qismini ələ keçirə bilmişdilər. Sonra isə sünni İslama qarşı hücum edən siyasətləri ilə vətəndaşların səslərini ta-mamilə itirdilər. Məzhəb əhalisinin belə ancaq 30 faizinin səsini yığa bildilər.
Hıdır Ali Kangalın idarəsindəki CHP, məclisdəki 34 yeri seçki ittifaqı ilə əldə edə bildi.
Görünür, Hıdır Ali Kangallının bu iştahalı söhbəti, MAP başqanı Mahir Çağatayı yerli-yersiz yerində tərpədə-rək, digər üç adamın kiçildici üz ifadələrində bir an görünən təbəssümlə lazımı dəstəyi almışdı.
İllər əvvəl milliyyətçi kütləni toplamaq üçün qurdu-rulan MAP, son üç dövrdür ki, məclisə girə bilməyən bir partiya idi. Ancaq partiyanın hələ də gənc və dinamik bir kütləsi mövcud idi. Burda olan üç adamdan təlimatlar ala-raq zaman-zaman müxtəlif nümayişlər edirdilər. Artıq MAP, rejimin hər istifadə edə biləcəyi meşə odunu kimi bir partiyaydı.
Kangallının ardınca sözə girmək üçün hörmətlə Ben-hur Özaydının gözlərinin içinə baxan MAP başqanı Mahir Çağatay, Özaydının – Yaxşı, hörmətli Çağatay, siz nə deyə-cəksiniz bu məsələlərə? – şəklindəki danışmaq üçün verdiyi icazəylə bunları söylədi:
– Əfəndim, bu böyük məclisdə danışmaq üçün für-sət tapdığımız üçün çox qürur duyuruq. Mehmet Demir, milliyyətçidir görünür, ancaq bu kütlə arasında heç bir vaxt yeri olmayıb. Qəzetlərdə, jurnallarda məqalə yazmaq, kitab yazmaq, kütlənin sizi qəbul edəcəyi demək deyil. Əmr ver-səniz, bütün partiya və gənclik təşkilatlarımızda Şərəf Qə-zeti, yayım qrupuna aid olan jurnalların və digər nəşrlərin oxunmasını qadağan edə bilərik. Əlavə olaraq, ölkəmizin çı-xarlarına uyğundursa, el-el, oba-oba gəzib mitinqlər təşkil edər, bu adamın səmimi bir milliyyətçi olmadığın xalqımıza eşitdirə bilərik.
Bu adamdan heç xoşu gəlmədikləri, üzlərindəki dik-sinti ifadələrini gizləməyə belə ehtiyac duymayan üç adam, yerli-yersiz başlarını yelləyərək danışıqları dinləyirdi.
Türk bayraqları ilə bəzədilmiş bu otaqda baş verən-lər tragikomediya idi. Bu sıxıcı otaqda bir yerə yığışanlar-dan biri yəhudi, biri sabutayist, biri yunan, biri erməniydi. Beşinci adam isə İzmirliydi.
Mehmet Demirin başa keçməsi riskinin dəyərləndi-rildiyi bu məclisdə, tez-tez “ölkə çıxarları, rejim” kimi ifa-dələr işlədirdilər. Amma hamısının dərdi bəlli idi: Türkiyəni ayağa qaldıracaq bir adam bu ölkənin başına keçə bilməzdi. Belə bir şey olsa yüz illərdir qurulan bu nizama böyük zərər dəyərdi.
***
Nakkaştepede, meşə içindəki villanın qabağında da-yanan beş komfortlu maşın, az əvvəl gətirdikləri sahiblərini gözləyirdilər.
Türkiyənin ən böyük holdinqlərindən birinin müdiri olan Ali Çizmecinin malikanəsi, yenə də ölkənin ən böyük holdinq müdirlərindən bəzilərini qəbul etmişdi. İçəridəki dəbdəbəli salonlardan birində, bir vaxtlar izləyici rekordu qıran Qurdlar Vadisi seriyalındakı “Qurdlar Şura”sını xa-tırladan səhnələr yaşanırdı. Ortada dayanan, qızıl ayaqlı, açıq sarı rəngdəki nəhəng qranit masanın ətrafındakı italyan əl işi kreslolarda beş adam oturmuşdu.
İctimaiyyət qarşısında, davamlı döyüş halında olan ən böyük üç media holdinqinin sahibləri, ölkənin ən böyük iki sənaye və maliyyə nəhənglərinin holdinq sahibləri bir yerdəydilər. Sıxıntılı olsalar da, aralarında apardıqları isti söhbətdən aydın olurdu ki, çox yaxşı münasibətləri var.
Türkiyənin ən böyük beş holdinqinin sahibləri, içəri girən adamı görən kimi ayağa qalxdılar. Dikbaş bir ingilis aristokratiyası təəssüratı verən adam, heç nə demədən, bü-tün oturanlara hakim olacaq şəkildə baş tərəfə yerləşdiril-miş taxt bənzəri kresloya əyləşdi.
Orada olanların hər biri gəlib diz çökdü və bu ada-mın dizinə söykədiyi daş-qaşlarla bəzədilmiş əsanın tutaca-ğındakı Davud ulduzunu öpüb geri çəkildi. Boğazda yerlə-şən Sweet Hotelinə tez-tez gedib-gələnlər, bu anları görsəy-dilər, donub-qalardılar.
Türkiyənin ən böyük iş adamlarının əsasını öpdüyü bu adam, Sweet Hotelinin amerikalı müdiri Tom Qeridən başqası deyildi. Uzunburun, saçlarının yuxarısı tamamilə tökülən bu çilli adam, Sweet Hoteldə təşkil olunan ballarda, yeməklərdə və kokteyllərdə, üzündə donmuş bir təbəssüm-lə ortalıqda gəzişib işlərin qaydasında olub-olmadığına nə-zarət edərdi.
On altı ildir Türkiyədə Sweet Hotelin İstanbul mü-dirliyini icra edən Tom Qeri, əslində isə Dünya Tənzimləmə Komitəsinin Türkiyə lorduydu. Hotel müdirliyi əsl işini giz-lətmək üçün qurduğu yararlanacaq bir iş idi.
Adamların bağlılığını göstərdiyi mərasimdən sonra Tom Qeri danışmağa başladı:
– Bəylər, Mehmet Demir deyilən bu jurnalist tökün-tüsü, bizləri belə çaşdıran bir manevr edərək TİP-in başına keçə bilmişdir. Komitənin sizə əmri, nə olur-olsun, intelli-gentlərin sizə çatdıracağı dosyeləri istifadə edərək Mehmet Demirin seçkidən zəfərlə çıxmasına əngəl törətməlisiniz. Bu adam, ibtidai sinifdə qızlardan birinin üzünümü çimdiklədi, orta məktəbdə cibində siqaretmi tutuldu, lisey həyətindəki Atatürk büstünün dibinəmi işədi? Nə varsa, ortaya çıxarda-caqsınız. Şər yaxacaqsız. İftira atacaqsız, amma nə olur-ol-sun bu faşistin iqtidara gəlməsinə mane olacaqsız. Bəylər, sahib olduğunuz hər şey komitənin sizlərə lütfüdür. Bu gün, sizə həyat və uğur qazanmaq şansı verən ilahi gerçək-liyə olan borcunuzu ödəyəcəksiniz. Əks şəkildə davranan, bir anda hər şeyini itirər. Məncə deməyimə belə gərək yox-dur.
Ölkənin ən çox baxılan televiziya və ən çox oxunan qəzetlərin sahibləri, Tom Qerinin əmrlərini böyük bir diq-qətlə dinləyirdilər. İlahi gerçəkliyin mənfəətləri onların hə-yatlarından əvvəl gəlirdi. Əmrlərdən ibarət danışığın bit-məsini səbrsizliklə gözləyən media müdirləri, bir ağızdan:
– İlahi gerçəklik şərəfimizdir. Həyatımız və hər şe-yimiz böyük lordumuzundur, – deyərək bağlılıq nümayişi etdikdən sonra, böyük bir həvəslə nə edə biləcəklərini de-məyə başladılar.
Alçaldıcı bir üz ifadəsiylə onları dinləyən Tom Qeri, sol əlinin tərsiylə onları susdurduqdan sonra, sənaye nə-həngi iki holdinq müdirinə dönərək:
– Və siz bəylər, əvvəlcə "Şərəf" qəzeti qrupunun rek-lam kranlarını kəsəcəksiniz. Bu qrupa heç bir şəkildə reklam verilməsinə icazə verməyəcəksiniz. Onsuz da reklamların 40 faizindən çoxu sizdən gedirdi. Tiraj, hədəf kütlə kimi bəha-nələr eşitmək istəmirəm. Bu faşistləri bu yerə gətirənlərin başında sizlərin olduğunu bir yerə qeyd etmişik.
Böyük reklam agentliklərinin sahibi olan bəradərlə-rimizə təlimat verildi. Onlar bu qrupa və bu qrupa yaxın olan yayım orqanlarına reklam verməyi dayandıracaqlar. Sizdən gözlədiyimiz odur ki, ölkə sənayesinin yetmiş faizini təşkil edən biznesmenlər dərnəyindəki dosltarınıza vəziy-yəti başa salaraq, sizlərlə birgə hərəkət etmələrin təmin edə-siniz.
Mənfəətləri üçün iqtidara gəlmək istəyən TİP-ə bəx-şiş vermək kimi bir axmaqlıq etmələrinin qarşısını alacaqsı-nız. Sonra da sahib olduğunuz iqtisadi gücünüzü və bank-larınızı istifadə edərək, Anadoludakı ticarət quruluşlarının istər TİP-ə, istərsə də Şərəf qrupuna maliyyə dəstəyi etmə-lərinə əngəl törədəcəksiniz. Lazım olsa TİP-ə yaxın olmaqda qərarlı firmaları müflisləşdirəcəksiniz. Bu bir savaş vəziy-yətidir. Bu vəziyyətə görə hazırlaşın. Savaşdan qaçanların sonu edamdır. Bunu da yadınızdan çıxarmayın.
Dünya Tənzimləmə Komitəsi Türkiyə lordunun təh-did, şantaj və ölüm iyi verən bu sözləri, şefləri tər içində qoymuşdu. Şərəf qrupuna keçmişdə verdikləri reklamları belə araşdırdıqlarına görə, komitənin işin ucundan bərk tut-duğu məlum idi. TİP-in iqtidara gəlməsinə mane olmasalar, ilahi gerçəkliyin hirsi onlar üzərindən əskik olmayacaqdı. Bu isə hər şeylərini, hətta canlarını belə itirmələri demək idi.
Onlar da media baronlarının dediklərini təkrar etdi:
– İlahi gerçəklik şərəfimizdir. Həyatımız və hər şe-yimiz böyük lordumuzundur.
***
Ankara Polis İdarəsi Cinayət şöbə rəisi Oktay Yıl-maz, peşəsinə başladıqdan bəri belə bir cinayət yeri görmə-mişdi.
Cinayət xəbərini verən Freeton Hotelinin müdiri Henrik Matius, dəhşətdən bildiyi Türk dilini unutmuş, Al-man, İngilis, Türk dili qarışığı bir şey gəvələyib, özünə gəl-məsini istəmişdi. Hadisə yerinə gələndə, adamın dərdini izah edəcək qədər danışmasının belə böyük bir uğur oldu-ğunu gördü.
Qonaq dövlət başqanlarının Türkiyəni ziyarət etdik-də təsis edilən, 27-ci mərtəbədəki hər cür xarici hücuma qar-şı gücləndirilmiş başqanlıq süitası, sözün əsl mənasında qan dəryasına dönmüşdü.
Boynu qırılaraq öldüyü görünən on altı yaşlı Rus fa-hişəsinin üzərindəki adamdan boşalan qan, bütün yatağı qırmızı rəngə boyamışdı. Otağın bənzəri ancaq ətçi dükan-larında görülə bilərdi. İçəri girdikdə duyulan qan və sidik qoxusu isə ətçi dükanlarında belə ola bilməzdi.
Ücretsiz ön izlemeyi tamamladınız.