Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Azadlığa uçan türk», sayfa 2

Yazı tipi:

Bir gecə yenə evimizdə yalqızdıq. Anam kiçik qardaşım Habili yatırarkən üzünü divara çevirib ağlayırdı. O dərd çəkməyək deyə həmişə göz yaşlarını bizdən gizlədərdi. Qardaşım dözə bilmədi:

– Ana, yenə niyə ağlayırsan? – deyə soruşdu. Anam bizə tərəf baxmadan cavab verdi:

– Sizin taleyinizi fikirləşirəm, bala.

Cəmil:

– Yenə nə olub ki, ana? Bizim taleyimizi nə üçün fikirləşirsən?

Anam:

– Balalarım atasız qalsa, mən nə edərəm? – deyə cava verdi.

Qardaşım tutuldu, ancaq özünü saxlayıb ağlamadı. Danışarkən səsi titrəyirdi:

– Nə üçün atasız qalmalıyıq ki, ana? Atamız aslan kimi güclü bir adamdır. Heç bir uşağın atası bizim atamız qədər qüvvətli ola bilməz, – deyən qardaşımın üzünə uzun müddət yaşlı gözlərlə baxan anam onu yanına çağırıb yanaqlarından öpdü. Saçlarını oxşayarkən gül rəngli yanaqlarına damlayan göz yaşlarını ona ilahi gözəllik verən örpəyilə silərək sözə başladı:

– Bir az da böyüyün, sonra hər şeyi özünüz daha yaxşı görüb, daha yaxşı başa düşəcəksiniz.

O daha ağlamırdı. Mən də sözə qarışdım:

– Ana, nə üçün bizim atamız da başqa uşaqların atası kimi hər axşam evə gəlmir?

– Atanızın işi çox olduğu üçün tez-tez səfərə gedir, oğlum – deyə anam cavab verdi.

Lakin anamın dodaqlarından tökülən bu kəlmələr o qədər soyuq, o qədər qeyri-inandırıcı səsləndi ki, heç özü də dediklərinə inanmadı.

Qardaşım cəld:

– Ana, sənin nə isə bir dərdin var, ancaq fikir çəkməyək deyə bizə bildirmirsən. atama görə fikir çəkdiyini bilirəm. Çünki onun kim olduğunu, hətta küçədəki dığalar belə bilir.

Anam qardaşımın sözünü kəsərək:

– Sus! – dedi – heç nə danışdığını bilirsən? Küçədəki dığalar kimdir kimdir ki, atanızın adını ağzına alır?

– Anamın iyirmi dörd yaşı olmasına baxmayaraq oxuyub-yazmağı bacarmırdı. Onun hər şeyi özünə dərd edən incə ruhunda Allah sevgisi və dinə inam o qədər qüvvətli idi ki, Allahın və rəsulunun mübarək adını ağzına alan kimi gözləri dolardı. Düzdür, anam oxuyub yazmağ bacarmırdı, ancaq ölkədə nə baş verdiyindən çox gözəl xəbəri vardı. Çünki hər cümə günü mütləq qonşu qadınların növbə ilə təşkil etdiyi ev yığıncaqlarına gedərdi. Anamın dediyinə görə bu yığıncaqlarda çıxış edən din xadimləri vətənimizdə cərəyan edən hər cür gündəlik və həftəlik məsələlri, olub-keçən hadisələri və hətta dost kimdir, düşmən kim məsələlərini bütün təfərratı ilə qadınlara başa salırdılar.

1918-ci il mayın 28-də istiqlaliyyətini dünyaya elan edən Azərbaycan Respublikası hələlik qadınların dünyagörüşünü inkişaf etdirmək üçün belə bir təhsil üsulundan istifadə edirdi. Anam hər cümə axşamı yeməkdən sonra uzun müddət başımızın üstündə durub həyətimizdəki buz kimi soyuq su ilə əl-üzümüzü, ayaqlarımızı yuyar və deyərdi:

– Ayıq fikirli olun, bala, tənbəl və miskin pıspısalar kimi özünüzü çox yatmağa alışdırmayın. Həmişə nəsə öyrənməyə çalışın. Böyüyəndə yaxşı insan və atanız kimi cəsur olun. Vətəninizi, torpağınızı sevin. Sonra isə qardaşımla məni qarşısında oturdub o gün qadınlar yığıncağında din xadimlərindən eşitdikləriniməhəbbət dolu gözəl səsilə hafizəmizə həkk etmək üçün sözləri uzada-uzada, bizə başa salardı. Biz də hədsiz həvəslə dinləyərdik onu, hətta son vaxtlar anam cümə gecəsi söhbətlərini elə nizama salmışdı ki, zehni və fiziki cəhətdən yorulmayaq deyə həmin gün ya bizi küçəyə buraxmaz, ya da məhəllə uşaqları ilə yalnız bir-iki saat oynamağımıza icazə verərdi.

Hərçənd anam din xadimlərindən çox şey öyrəndiyini söyləyir və bizə də çox şey öyrətməyə çalışırdı, lakin yaşımız az olduğundan bu qədər geniş məlumatı kiçik beynimizə yerləşdirə bilməyəcəyimizi də başa düşürdü. Buna baxmayaraq yenə də özünə çox əhəmiyyətli görünən sözləri bizə əzbərlətməyə çalışırdı. Hər cümə axşamı soyuq su ilə yuyunma işi bitdikdən və kiçik qardaşım Habili yatırdıqdan sonra anam:

– Haydı, əziz balalarım, hərə öz döşəyində otursun – deyərdi. Oturardıq və ən azı bir saat əziz anamızın böyük həyəcanla təkrarladığı sözləri sevə-sevə əzbərləməyə çalışardıq. Bu sözlər qısa müddətdə beynimizə elə girmişdi ki, məhəllə yoldaşlarımıza da fəxrlə öyrətməyə başlamışdıq.

Anam deyərdi ki…

1918-ci ilin 28 May tarixini yaxşı yadınızda saxlayın. Bu tarix vətənimiz Azərbaycanın hakimiyyəti orta əsr düşüncəsi ilə idarə edən çar Rusiyasının üsul-idarəsindən qurtuluşu və əslən türk soylu millətimizin yenidən yaranma günüdür.

1918-ci il 28 May günü yüz ildən artıq rus çarlarının zülmü altında yaşamış millətimizin əsarətdən qurtararaq öz azadlıq və istiqlaliyyətini dünyaya elan etdiyi gündür. 1918-ci ilin 28 May günü üç rəngli istiqlal bayrağımızın vətənimizin göylərində dalğalandığı gündür. Nəhayət, 28 may 1918-ci il tarixində, vəfalı və fədakar Anadolu igidləri ilə qardaş Azərbaycan igidlərinin əl-ələ, çiyin-çiyinə, könül-könülə verərək xain və alçaq düşmənin qarşısında ölümə meydan oxuyan qəhrəman şəhidlərimizin qanı ilə yüksələn Azərbaycan Respublikasının milli istiqlal bayrağı türk və islam dünyasının ilk abidəsidir.

Anamın əzbərlətdiyi bu sözlərin mənası neçə il sonra ağlım kəsndən beynimi, qəlbimi və bütün mənliyimi sardı. Bu gün kommunist chənnnəmində deyil, azad bir dünyada, daha doqrusu, ana vətən sandığım Türkiyənin qoynunda yaşamağımın da səbəbi budur.

Babamın vicdanı

Qapı qonşumuz olan Haykanuşun uşaqları ilə heç dolanmazdıq. Qardaşım fürsət düşən kimi onları döyərdi. Mən də ona kömək edərdim. On oğlan və üç qız anası olan haykanuşa qonşular “cins yorğun inək” dını qoymuşdular. Çünki hər il bir uşaq, hətta qonşu qadınların dediyinə görə üç il dalbadal əkiz, bir ildə üç uşaq doğmuşdu. Haykanuş əslində cavan olmasına baxmayaraq o qədər kök idi ki, oturduğu yerdə tərpənə bilmirdi. Əri Mkrtıç isə tamamilə onun əksinə arıq, cansız, bir dəri, bir də sümük idi. Buna görə də uşaqlar ona “skelet Mkrtıç” adını qoymuşdular. Cılızlığına baxmayaraq çox diribaş adam idi. Bəzən məhəllə uşalarının təşkil etdiyi qaçışma yarışlarına da qoşulardı.

Mkrtıçın böyük qardaşı Ambarsum babamın mehmanxanasında uzun müddət nökərçilik, xadimlik, sonra isə katiblik etmişdi. Can-başla işlədiyi üçün babam son vaxtlar hər iki mehmanxananın müdirliyini ona tapşırmışdı. Ancaq anamı dediyinə görə bu atamı bərk əsəbləşdirsə də babama çox hörmət etdiyindən ona heç bir söz deməmişdi.

Gəncənin ən böyük iki mehmanxanası babam məxsus idi, bundan başqa şəhərin bir neçə yüz min metr sahəsini əhatə edən “Sərdar bağı” adı ilə məşhur parkında da restoranı vardı. Parkı dolaşmaq üçün saat yarımdan çox vaxt lazım idi. hər tərəfi gül və çiçəklərlə bəzənmiş parkın içərisini ana təbiət çoxəsirlik çinar ağacları ilə bəzəmişdi. Gül və çiçək kollarının arasında isə azı min adamı qarşılayıb- yola sala bilən bir restoran vardı, – babamın restoranı. Fəncənin adlı-sanlı və varlı ailələri ilboyu bu restoranda əylənərdilər. şəhərimizin ən dəbdəbəli və xüsusilə də Qarabağın bülbül kimi cəh-cəh vuran xanəndələri ilboyu bu restoranda oxuyardılar.

Babam boyca çox alçaqdı. Elə buna görə də şəhərdə onu “Bala Seyid” – deyə çağırar və böyükdə-kiçiyə hamı tanıyıb, hörmət edərdi. Xızır peyğəmbər kimi bir adamdı. Milliyyətindən asılı olmayaraq maddi çətinlik çəkən hər kəsə təmənnasız kömək əlini uzadardı. Babam elə xeyirxah insan idi ki, hər həftənin cümə günü evimizin yaxınlığındakı “Zərrabi” məscidinin böyük həyətində qoyunlar kəsdirər, on-on dənə böyük qazanda xörək asdırar, öz nəzarəti altında bütün günü fağır-füqəraya payladardı. Bir əngəl, bir haqsızlıq olmasın deyə həmin gün babam səhərdən-axşamadək oradan ayrılmazdı.

“Kor taleye bir bax” – deyərdi anam, – kimin ağlına gələrdi ki, on minlərlə adamı doyduran, fağır, yoxsul və yetim-yesir atası olan, Gəncədə hamının sevib, hörmət etdiyi Bala Seyid bir gün gələcək ki, insanlığın düşməni Lenin rejiminin qurbanı olacaq. Hamı kimi onun da malı-mülkü talan olunacaq. Günlərlə ac qalacaq, evinə bir kilo çörək almaq üçün qaçaqların İrandan gətirdikləri çayı bazarda satarkən tutularaq yüz on yaşına kimi həbsxanalarda çürüyəcək. On doqquz il sonra beş yaşında qoyub getdiyi nəvəsini iyirmi dörd yaşında həbsxaa qapısında görəndə fiziki cəhətdən deyil, qəlbən möhtəşəm çinarı andıran “Bala Seyid” onun qarşısında hönkür-hönkür ağlayaraq:

– Məni bu cəhənnəmdən qurtar, ay bala. Həbsxanada ölmək istəmirəm – deyə yalvaracaq.

Lakin istilaçı azğın düşmən elə mərhəmətsiz, elə zalımdır ki, yüz on yaşlı Bala Seyidi 50 qramlıq çay üçün ölümə məhkum edəcəklər. Şərəfli, adlı-sanlı həyatın sonunda yetimlər atası Bala seyid günlərlə xəstə yatdığı həbsxana daşlarının üstündə can verərkən belə sevdiyi adamlardan heç kim yanında olmayacaq. Ertəsi gün Leninin həbsxana gözətçiləri Bala Seyidin cəsədini döşəkağının içində it ölüsü kimi sürüyüb ailəsinə çatdıracaqlar.

Belə idi Lenin quruluşunun həqiqətləri… İnsanlıq anlayışı… Halbuki Bala Seyid yüzlərlə ac rusu doydurduğu üçün çarın Qafqazdakı baş valisindən neçə dəfə təşəkkür almışdı.

Anam bütün bunları danışarkən gözlərindən ixtiyarsız yaş axardı. Hər dəfə babamı xatırlayanda anam:

– Babanız istəsəydi çuval dolusu qızıl gizlədə bilərdi, heç ac və düşmənin ruhu belə xəbər tutmazdı. Amma o “bütün sərvətimiz vətənimizə və xalqımıza fəda olsun” – dedi. Mən deyəndə ki, ata heç olmasa başımızın bəlası olan rusun qarnını doydurma, həmişə “haqlısan, qızım”, – deyərdi, ancaq yenə də öz bildiyində əl çəkməzdi. Onun fikrincə rus da, erməni də, yəhudi də, hər hansı bir qaraçı da insan idi, onlar da Allahın qulu idi. elə “Sərdar bağı”ndakı o böyük restoranın müdirliyini Ambarsumla qardaşı Mkrtıça tapşırmasının da səbəbi düşüncəsindəki insanlıq anlayışından irəli gəlirdi.

Ah, bu ermənilər, ah bu ermənilər

Bir axşam babam arvadı, qarabağlı Məşədi Sara ilə bizə gəlmişdi. Bir az keçəndən sonra atamla Mirhəsən dauım da gəldilər. Yeməkdən sonra böyük otağımızdan sözləşirmişlər kimi ucadan səsləri eşidilməyə başladı. Nə barədəsə, deyəsən, mübahisə edirdilər.

Atam:

– Ata, bağışla ki, sənə məsləhət verirəm, amma Ambarsuma çox da bel bağlama. Çünki mən ermənilərə çox yaxşı bələdəm. Onlara yüz il çörək verib bir il verməsən səndən pisi olmayacaq. Ata, inan ki, əllərinə fürsət düşsə, xəncəri hamımızın kürəyinə saplarlar. Hələ üstəlik, Ambarsum haqqında yaxşı danışmırlar. Ata, bir özün fikirləş ki, ermənilər əsrlərdən bəridir torpağımızda yaşayır, çörəyimizi, duzumuzu onlarla bölüşməyimiz azmış kimi şəhərimizin də yarısını onlara verib adını da “erməni kəndi” qoymuşuq. Ömürləri yerdə heç yerdə, hətta öz vətənləri Yerovanda belə görmədikləri, istifadə edə bilmədikləriimkanları vermişik onlara, ancaq buna baxmayaraq yenə də yüzlərlə erməni ailəsi onlara verdiyimiz yerlərdə oturmayıb, gəlib bizim içimizdə, bizimlə burun-buruna yaşayırlar. Üstəlik beş quruşa dəyməyən düşmənimiz çar Rusiyasına nökərlik və casusluq da edirlər. İnan ata, ruslara bizim əvəzimizə fitva verən, xalqımıza zülm etdirən, minlərlə, hətta on minlərlə adamın zindanlarda çürüməsinə, Sibirə sürgün edilməsinə səbəb ermənilərdir. Ata, indi sizə aydın oldumu ki, ermənilərin Azərbaycanda nə işi var? Onların doğma yeri Yerevandır. Nə üçün Ermənistanda oturmayıb qaça-qaça azərbaycana gəlirlər. məqsədləri məlumdur, ata. Onlar hiyləgər və əclaf planları ilə türkləri rusların əli ilə yox etmək və ya azaltmaq, sonra da alçaq terror üsulları ilə xalqı qorxudaraq Azərbaycana sahib olmaq niyyətindədirlər.

– Yaxşı, oğlum, bəs ermənilər öz hiyləgər planlarını necə həyata keçirirlər? – deyə babam atamın sözünü kəsib soruşdu.

– Çox asanlıqla, ata. Bildiyiniz kimi ermənilərin daşnaq partiyası son dərəcə kinli, intiqamçı və qana susamış fəal bir təşkilatdır. Bu təşkilatda ələ alınmış bir neçə yüz cahil və qafil erməni gənci vardır. Həmin gənclər çoxlu pul və gözəl qadınların vasitəsilə ələ alınmışdır. Silahlanmış və təlim görmüş, maskalı erməni gəncləri tez-tez rus hərbbi postlarına, poçtlara və hətta şəhərdəki varlı rus evlərinə gecə basqınları təşkil edir, adamları rəhmsizcəsinə öldürür, sonra da bu cinayətlərin azərbaycanlılar tərəfindən törədildiyini axmaq rus generalı, Qafqaz baş valisinə xəbər verirlər. Daşnaq partiyasının əlində oyuncaq olan baş vali də vəziyyəti öyrənmədən çara bildirir. Ölkəni idarə etməkdə aciz olan, ağılsız rus çarı da elə türkləri qırmaq üçün belə bir bəhanə axtarır. Ermənilər öz alçaq niyyətlərinə müvəffəq olan kimi bu tərəfdən də rusların qılınc və süngüsü türkləri qırmaq üçün işə düşür. Azərbaycanda türkün qanı sel kimi axarkən ermənilər də öz satqınlıqlarını ruslarla qədəh-qədəhə toqquşdurmaqla qeyd edirər. bəli, ata, biz ya çox sadəlövh, ya da hədsiz dərəcədə təmiz ürəkli olduğumuzdandır ki, əsrlərdən bəri heç özümüz də bilmədən qoynumuzda ilan bəsləmiş, onların bizi zəhərləməsini heç vecimizə də almamışıq. Ancaq heç şübhəsiz ki, bu saflıq və səhvlərimizin bəlasını lap bu yaxınlarda millətlə birlikdə çəkəcəyik. Çünki ermənilər bir tərəfdən çarın Qafqazdakı baş valisi ilə qədəh toqquşdurarkən, digər tərəfdən də gizli yığıncaqlarda Leninin gətirdiyi azadlığı alqışlayırlar. Düzdür, yaxşılıq edib sonra onu dilə gətirmək qəbahət hesab ounsa da, mən təkrar edirəm ki, əsrlərdən bəri məmləkətimizdə, evimizdə oturub, çörəyimizi yeyib, duzumuzu yalayan ermənilər əsrlər boyu ruslara nökərçilik eməkdən usanmamışlar. Halbuki ruslar indiyə kimi öz torpaqlarından bir qarış olsa belə ermənilərə verməyib və verməzlər də, çünki onların necə nankor, fitnə-fəsad dağarcığı olduqlarını yaxşı bilirlər. mən yalnız bir şeyi başa düşə bilmirəm ki, bu necə hissdir ki, ermənilər ruslar tərəfindən alçaldıqlarını bilə-bilə yenə də onlara köləlik etmək və zövq verməkdən əl çəkmirlər.

– Agah ol, ata, əlimizdə qəti dəlillər var. Təkrar edirəm, dünənə qədər çar Rusiyasına nökərçilik və casusluq edən ermənilər bu dəfə həmin xidməti Leninin məsləkdaşlarına göstərirlər.

– Nə demək istəyirsən? – deyə babam soruşub, ciddi bir tövrlə əlavə etdi:

– Yəni erməni dostlarımız dünyaya elə nökər gəliblər?

– Nökərmi gəlib, yoxsa yox, onu bilmirəm, amma bunu sizə qəti söyləyə bilərəm ki, ermənilər rusarın həm nökəri, həm də casusudur. Rusların nökəri və casusu olan bir millət də şübhəsiz ki, türklərin düşmənidir və həmişə də düşməni olaraq qalacaq. Çünki ruslar türkləri əzəli düşmənidir, – deyən atam köks ötürüb davam etdi:

– Ah bu ermənilər, ah bu ermənilər!.. Heç olmasa bədbəxtlər bir balaca başlarını işlətsələr, başa düşərlər ki, dünyada onların türklərdən başqa yaxın dostları yoxdur. Bir millət kimi öz şərəf və heysiyyətlərini ayaq altına ataraq ruslara nökərlik və casusluq etmələri isə heç cür bağışlanası günah deyil. Ruslar onları heç insan yerinə belə qoymur, yalnız onlardan türklərə qarşı vasitə kimi istifadə edirlər. Bəli, bir az əvvəl dediklərimi təkrar etmək məcburiyyətindəyəm, ata. Heç gör ruslar onlara bir parça öz torpaqlarından verərmi? Əsla! Lakin türklər əsrlər boyu vətənlərinin bağrında yaşadıb erməniləri, amma yenə də bütün bunlara baxmayaraq türklərə qarşı pislik və xəyanətlərindən əl çəkməmiçlər. Bir sözlə, ata, onlar özlərini kor-koranə və alçaq cinayət macəralarına sürükləyən hiyləgər qüvvələrin təzyiqi altında qaldıqlarını, dost və düşmənlərinin kim olduğunu ayırd etməyən qafil və nakorlardır. Halbuki ağılları olsa, “kimdir düşmən?” sualına asanlıqla cavab tapa bilərlər.

Ruslar türklərlə ermənilərin sakit yaşamasını əsla istəmir. Çünki bu iki millətin dost kimi yaşaması rusların istilaçı əmələrini çətinləşdirir. Ruslar ermənilərdən xain və alçaq əməllərini həyata keçirməkdə istifadə edə biləcəklərini başa düşdükləri üçün dindən istifadə edərək xristianlıq maskası altında ermənilərə sözdə guya onları qoruduqlarını bildirir. əfsus ki, ermənilər də onların gizli və hiyləgər “dostluq” planlarına inanırlar. əslində yer üzündə azlıq təşkil edən ermənilər özlərindən güclü bir millətin kölgəsinə sığınmağın milli heysiyyətsizlik olduğunun belə fərqinə varmadılar. Nəticə etibarilə ruslar əsrlər boyu ermənilərdən öz mənfəətləri üçün, yəni gah casus, gah terrorist, gah da vəhşi bir cani kimi istifadə etmişlər. bütün bu insanlıqdan kənar alçaqlıqlar müqabilində isə ruslar ermənilərə bol-bol, yəni əsli-kökü olmayan vədlər verdilər. “Türk torpaqlarının bir hissəsini sizə verəcəyik” – eyərək erməniləri həmişəlik türklərə qarşı qaldırdılar. əslində isəbütün türk torpaqlarına sahib olmaq rusların özlərinin əl çəkə bilmədiyi arzudur. Bədbəxt ermənilər isə bu işdə yalnız vasitədir. Indi lütfən, ata, özünüz deyin görək rusların dostcasına hiyləsinə, dostcasına xəyanətinə inanan ermənilərin minlərlə deyil, on minlərlə insanın qanına səbəb olmasını cənnətdə oturan korun düşmən gəlir deyə sağa-sola qılınc çalmasında başqa nə adlandırmaq olar? Ermənilərin türklərə qarşı düşmənçiliyi də cənnətdəki korun düşmənçiliyinə bənzəyir. Yaxşı, bu qədər cinayətin nəticəsi nə oldu? Və nə də ola bilərdi? Ermənilər nə əldə etdilər? Təbii ki, heç bir şey. Ruslar türkün hansı torpağını ermənilərə verdi? İşğal etdikləri yurdumuzda özləri yerləşmədimi? Türklər əsrlər boyu insanpərvərlik hisslərilə öz torpaqlarında ermənilərə yer verməyibmi? Türklər istəsəydi onları qova bilməzdimi. əlbəttə, qovar və heç kimin bir kəlmə söz deməyə belə haqqı çatmazdı. Lakin türklər belə etmədi, çünki onlar əsilli-köklü bir xalqdır. Türklərin insani duyğuları köklərinə bağlıdır və ürəkləri şəfqətlə doludur. Kasıb olsalar belə ürəyiyumşaqdırlar. əslində yoxsulun ürəyiaçıqlığı nankor və harın varlının pulundan qat-qat üstündür. Indi bildinmi, ata, düşmən kimdir? Bəli, ata, nə qədər ki, bu düşmən var, daha doğrusu, ermənilər bu düşmənin əlində bir vasitə, onun casusu, terroristi və canisidir, türkün ermənilərlə səmimi dostluğu heç vaxt mümkün deyil.

O gecə atamın sıxıldığını neçə il sonra bizə nağıl edən anamın həmin günləri yenidən yaşayırmış kimi səsi titrəyirdi. Anam deyirdi:

– Atanız ilk dəfə idi ki, babanzın yanında ucadan danışırdı. O deyirdi: “Ata, mümkün qədər ermənilərdən uzaq gəzmək lazım gəldiyi halda Siz bütün işlərinizi Ambarsumla qardaşına tapşırmısınız. Ambarsumun oğluna və qızına dəbdəbə ilə toy etdiniz. Bunlar azmış kimi indi də xəbər tuturuq ki, Ambarsumun qardaşı Mkrtıçın yaşadığı evi onun üçün hədiyyə almısınız. Başa düşmürəm, ata, bu ermənilərin artıqlığı nədədir? Sizin aslan kimi üç oğlunuz var, işlərinizi onlara nə üçün tapşırmırsınız?..

Atanız söhbətini çox əsəbi bitirdi, ancaq babanız olduqca soyuqqanlı idi, heç tövrünü pozmamışdı. Bir qəədr dərindən fikirləşdikdən sonra belə cavab verdi:

– Haqlısan, oğlum, baxelə böyük oğlumun yanında deyirəm. Neçə dəfə onlara təklif etdim. Dedim gəlin işin başında oturun, mən daha yaşlanmışam. Heç biri gəlmədi, çünki övladlarım mənim yolumu yox, sənin yolunu, vətənimzi və xalqımızı müstəqil görmək yolunu seçdilər. bəli oğlum, həqiqət bundadır ki, çar Rusiyasının əsarəti altında yaşayan xalqımızın azadlıq uğrunda mübarizəsi, insan kimi yaşamaq uğrunda mübarizəsi elə şərəfli, elə müqəddəs bir vəzifədir ki, təkcə pul yox, bu yolla gedənləri ölüm belə yollarından döndərə bilməz. Kaş ki mən də özümü ticarətə deyil, vətənimizin azadlıq mübarizəsinə həsr etmiş olaydım, amma artıq gecdir. Həm əldən düşmüşəm, həm də qocalmışam. Maddi cəhətdən sizə azca da olsa köməyim dəyirsə, inanın ki, elə bu da məni sevindirir. Mən sizinlə fəxr edirəm və sizə vəsiyyətim var: bu vətən keçmişi və gələcəyi ilə, əsrlər boyu gələn tarixilə bizimdr. Onu türklərin əzəli düşməni rusların əlindən qurtarın. Oğlum, Ambarsumla Mkrtıça gəlincə sən haqlısan. Bunlar əsi ermənidir və ermənilərin də xain və nankor olduqlarını ən azı səksən illik həyat və iş təcrübəmdə çox yaxşı bilirəm. Ancaq mən günahkarın qafil ermənilər yox, əslən ruslar olduğunu də başa düşürəm. Çünki tarixin ən qədim dövrlərindən bəri qapı qonşu, iki dost olan türklər və ermənilər iç-içə yaşamış, qaynayıb qarışmışlar. Hətta ermənilər milli musiqi, bir çox adət-ənənələrini də türklərdən almışlar. Fəqət, işin içinə rus hiyləsi, rus mənfəəti qarışınca heyf ki, ermənilər onların tələsinə düşdü və beləcə bir ovuc erməni rusların əlində vasitəyə çevrildi. Hə, oğlum, heç ermənilər də əsrlər boyu türk yurdarının hər yerində sultan, paşa və bəy kimi azad, xoşbəxt həyat sürdüklərini inkar edə biləzlər. bizim Ambarsumun dediyi kimi “türklərin verdiyi bu nemətin əvəzində ermənilər onlara çox böyük nankorluq etdi və əfsuslar olsun ki, ruslara kor-koranə nökərçilik etmək eşqinə düşdülər”. hətta söhbətlərimizdən birində Ambarsum mənə eynilə bu cür demişdi: “Düzdür, bizim ermənilər türklərə qarşı casusluq,xəyanət və nankorluq kimi insana yaraşmayan alçaq günahlar işlədi və bu günahları işlərkən öz mili şərəf və heysiyyətlərinin də rusun qanlı çəkmələri altındatapdandığını anlamamaları onların nə qədər qafil olduğuna sübutdur”. Ambarsum öz ermənilərini balığa bənzədib deyirdi ki, balıq sudan çıxandan sonra yaşaya bilmədiyi kimi bizim ermənilər də türklərin torpaqlarından çıxan kimi özlərini həyatın boşluğunda sanacaqlar. Lakin belə bir sevgi, belə bir həsrət hissinə baxmayaraq bizimkilərin nə üçün türklərə qarşı pislik və xəyanətlərindən əl çəkmədiklərini mən heç cür anlaya bilmirəm.

Anam deyərdi ki, Ambarsumla Mkrtıçı həmişə müdafiə edən babanız hər cəhətdən mərhəmətli və xoşniyyət br adamdır. O deyərdi:

– Ambarsumla Mkrtıçı mən erməni saymıram. Çünki qırx il əvvəl onları qaranlıq bir gecədə ac, səfil və pəjmürdə halda küçədən tapıb evə gətirdiyim gündən balalarımdan ayırmamışam. Özləri deyirdi ki, iki erməni ailəsinin düşmənçiliyi üzündə ata-anaları öldürülüb, evləriyandırılı, heç bir erməni ailəsi onlara yiyə durmayıb. Aylarla küçə-küçə gəzib diləniblər. günlərlə, həftələrlə dillərinə quru çörəkdən savayı heç bir şey dəyməyib. Bir qış gecəsi restoranımızın küncündə, buz kimi mərmər daşların üstündə tapdım onları. Günlərlə ağızlarına bir tikə dəymədiyi üçün huşlarını itirmişdilər. yetimləri tapan vaxt qarlı gecənin dondurucu şaxtası adamı yaxıb-yandırırdı. Ev həkimimiz Şeyxzamanlının qayğıkeşliyi sayəsində yalnız altı həftədən sonra özlərinə gəldilər. ondan sonra da Allah şahddir ki, onları öz uşaqlarımdan ayırmamışam. əslində o vaxt iki qızımdan başqa uşağım yox idi. Üç oğlum və qızım Seyidbəyim bu hadisədən neçə il keçəndən sonra dünyaya gəldi. Övladlığa götürmüşdüm böyüyəndə bəlkə müsəlmanlığı qəbul etdiləer fikrilə axundla məsləhətləşib onları sünnət də etdirdim. Dinimizi qəbul etsinlər deyə heç vaxt onlara təzyiq göstərməmişəm. Fikirləşmişəm ki, böyüyəndə ağıları kəsər, özləri hansı dini istəsələr, ona da qulluq edərlər. bu illər ərzində öz övladlarıma nə vermişəmsə, nə almışamsa, onlara da ondan almışam. Onları oxudub adam eləmişəm, xülasə yoxdan Allahın izni ilə iki insan yaratmışam, böyüdüb başa çatdırmışam. Bütün deyilənlərə baxmayaraq Ambarsumla Mkrtıçın xain və nankor ola biləcəyinə heç cür inanmıram. Axı onlar da insandır, onlar da Allahın quludur. Yəni bir şey olmuş olsa, Ambarsumla Mkrtıç çörəyimi tapdayıb mənə pislik edərlər? nə bilim, vallah. Insan çiy süd əmib, ancaq heç inana bilmirəm.

– Anam deyirdi ki, babanızın bu sözləri müqabilində atanız susmağa məcbur oldu. Yalnız bunu deməklə kifayətləndi:

– Uca Tanrı vətənimizi və xalqımızı rusların zülmündən, ermənilərin isə şər və xəyanətlərindən hifz etsin, ata.

– Atanızın bu sözlərinə hamımız “Amin” deyərkən babanız da Ambarsumla Mkrtıç üçün “onlar da insandır, onlar da Allahın quludur” – deyirdi. Ancaq bu vaxt babanız haradan biləydi ki, Ambarsum əvvəllər Qafqaz baş valisi axmaq rus generalının, sonra isə Leninin yoldaçlarının ən güclü casusu, qırx il ona çörək verən bir ailənin qatı düşmənidir?

Qurbağa ilə ölüm-dirim savaşı

Heç yadımdan çıxmır. Bir gün bağçamızın mərkəzi küçəyə açıla bayır qapısında qonşu uşaqlarla güləş təşkil etmişdik. Güləşdə 20-30 uşaq iştirak edirdi. Haykanuşun on bir oğlu ilə iki qızı da yanımızda idi. məhəllə qızlarının hərdəbir belə yarışlarda əl çalıb qalbləri alqışlaması üçün oyunlarımıza baxmasına icazə verirdik. Haykanuşun məndən iki yaş böyük olan ən kiçik oğlu Sərkisin əcayib səsi olduğuna görə yoldaşlarımız “qurbağa” deyə çağırardılar. Sərkis bu ada elə öyrəşmişdi ki, onu öz adı ilə çağıranlara acığı tutar, “mənim adım Qurbağadır” – deyə cavab verərdi. Kimin kimlə güləşəcəyini bilmək üçün püşk atmışdıq. Gləşin hakimi qardaşım Cəmillə, Haykanuşun on üç yaşlı ən böyük oğlu Vartan idi.oyun qızğı keçirdi. Qaliblər alqışlanır, məğlublar isə ağlayırdı. Kimimizin başı yarılır, kiminin əli, üzü qana bulaşırdı. Qardaşım Cəmil Haykanuşu özündən üç yaş böyük olan oğlu şişman Akapu motal kimi elə yerə sərmişdi ki, onu özünə gətirmək üçün uşaqlar başına bir bardaq soyuq su tökməli oldular. Növbə mənə çatanda ürəyimin gup-gup guppuldadığını hiss etdim. Qardaşım görünür qorxduğumu anlamışdı. Odur ki, yanıma gəldi, əyilib astadan qulağıma pıçıldadı:

– Bax, nəbadə qorxasan, qurbağa səndən iki qurban böyük olsa da içi boşdur. Sən mütləq ona qalib gələcəksən. cəsur ol. Güləş başlandı. Qrdaşımın sözü məni xeyli ürəkləndirmişdi. Ətrafımızdakı uşaqlar:

– Hə, Məmməd, hə, Qurbağanın işini bitir – deyə qışqırıb qüvvəmi körükləyirdilər.