Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Balaca qırmızı balıq», sayfa 2

Yazı tipi:

– Əslində, babalardan miras qalmış bu rəvayət dil-dən-dilə keçərək bu günümüzə gəlib. Nəhayət, mənə çatmış, mən də sənin kimi əziz nəvəmə danışmışam. O vaxtlar bu rəvayət mənə belə təsir etməmişdi, amma in-di sənin halını görüncə ürəyim sızladı. Nə deyə bilərəm ki, gözəl nəvəm. Mən ancaq babalardan gələn hekayə-ni sənə ötürdüm. Bu, uzağı bir hekayədir, unutmama-lısan.

Balaca Qırmızı Balıq nənəsinə dedi:

– Amma nə olursa olsun, bu gölməçədən çıxıb dəni-zə doğru getməyə qərar verdim. Mən dənizi öz gözlə-rimlə görmək istəyirəm.

Nənəsi susdu. Bu vaxt Balaca Qırmızı Balığın ana-sı onlara yaxınlaşdı. Anası Balaca Qırmızı Balığın söylə-diyi son sözləri eşitmişdi. Əsəbi şəkildə: – başa düşmə-dim, sən neyləmək istəyirsən? Nə… nə, – deyə acıqlan-dı. Balaca Qırmızı Balıq anasını əsəbi görüb bir az çə-kindi. Daha sonra cəsarətini toplayıb anasına, – Mən bu gölməçədən getmək istəyirəm. Mən Balaca Qara Balığı yaxından görmək istəyirəm, – dedi. Anası, – Hansı ba-laca qara balıq? Bu gölməçədə yüzlərlə qara balıq var. Durub hara gedirsən? Bu gölməçənin suyu sənə bəs de-yil? Sənin uzaq sularda nə işin var? Biz buralarda necə yaşayırıqsa, sən də eləcə yaşa, – dedi.

Balaca Qırmızı Balıq anasının üzünə ağ olmaq istə-mirdi. Amma yenə də ona ürəyindən keçənləri izah et-mək istəyirdi. Ona görə:

– Yox, ana! Mən qəti qərarımı vermişəm, gedəcə-yəm!

O vaxt yaxınlıqdan keçən bir qonşu balıq Balaca Qırmızı Balığın anasına dediyi sözləri eşidib:

– Hamısını bu yaşlı qadın edib. Bu axmaq fikirləri körpənin başına o salıb. Bir uşaq anası ilə belə danışar-mı heç?!

Balaca Qırmızı Balıq isə:

– Sən kimsən ki, mənim nənəm haqqında bu cür hə-yasızca danışırsan! Ağzının danışığını bil!

Balaca Qırmızı Balığın anası:

– Oğlum! Sən hələ balacasan. Bu cür şeyləri ağlın-dan çıxar. Bircəciyim! Gəl gedək evə.

Balaca Qırmızı Balıq bu dəfə hörmətli və sakit bir şəkildə: "Anam mənim! Sən özünü çox üzmə. Mən də-nizlərə doğru yol almağa qərarlıyam. İçimdə bir səs bu-nu edə bilərsən deyir. Mən bacararam", – dedi. Yaxınlıq-dan keçən digər balıqlar da Kiçik Qırmızı Balığın ətrafı-na toplaşdılar. Hər kəs bir şey söyləməyə çalışırdı. Ara-larından biri Balaca Qırmızı Balığın anasını söhbətə tu-tub ona:

– Əziz bacım! Əslində, əsas günahkar bizik. Bu yaş-dakı uşağa keçmişdə yaşanan bir sıra hadisələri rəvayət edəndə axırı belə olur. Biz sadə hekayələr söyləməliyik uşaqlarımıza. Pəri nağılları söyləməliyik. Digər bir ba-lıq da bu sözləri təsdiqlədi: "Haqlısan, bacım! Biz əvvəl özümüzü tənbeh etməliyik. Balaca Qırmızı Balıq kimi sakit bir uşağın ailəsinə və sevdiklərinə qarşı gəlməsi ortada bir problemin olduğundan xəbər verir. Müasir nağıllar danışmalıyıq, köhnə hekayələrlə bizim nə işi-miz var", – dedi. Balaca Qırmızı Balıq təmkinini qoru-mağa çalışaraq, amma sərt bir səs tonuyla:

– Baxın, müasir qadın! Mən humanist hekayələri, müasir nağılları bilə bilmərəm. Mənim bildiyim tək şey var. Dənizlərə çatmaq üçün getməliyəm. Bu sizi niyə narahat edir ki. Mən özümdə bu cəsarəti görürəm və buna görə getməyə qərarlıyam. İndi sizin cəsarətiniz yoxdursa, başqalarını niyə günahlandırırsınız ki.

Balaca Qırmızı Balığın nənəsi bu dəfə ürəkli nəvə-sinə sahib çıxaraq:

– Ah! Kaş gənc olub səninlə gələ biləydim. Mən də cavanlıqda sulara qarışıb dənizlərə yollanmaq istədim, amma çox təəssüf ki, özümdə o cəsarəti tapa bilmədim. Bizim həyata keçirə bilmədiyimiz xəyalı sən təkbaşına bacarmaq istəyirsən. Madam ki, özündə bu gücü hiss edirsən, kimsə səni bu yoldan döndərə bilməz. Azadlıq ancaq açıq dənizlərdə üzən balıqlara aiddir. Səni can-dildən təbrik edirəm və bu yolda uğurlar arzulayıram. Yolun açıq olsun!"

Balaca Qırmızı Balıq getməzdən əvvəl nənəsinin nurlu, qürurlu üzünə, sonra ona baxan gözüyaşlı anası-na və sonra digər balıqlara baxdı və yola düşdü. Bir az uzaqlaşdı, şəlalə yaxınlığında onu gözləyən yoldaşları-nı gördü. Dostlarından biri, "Balaca Qırmızı Balıq! Kaş biz də səninlə birlikdə suların axdığı ümmanlara gələ biləydik. Amma çox təəssüf, bildiyin kimi, anam xəstə-dir və mən də ona baxmağa borcluyam. Tanrım kömək-çin olsun, gözəl dostum”– dedi. Digər bir yoldaşı da sə-nin ürəkli bir balıq olduğunu bilirdik. Dənizlərə çatsan, mütləq Balaca Qara Balığa bizim salamımızı söylə, de-di. O birisi də, mən bu suyun haralara axıb getdiyini bilmirəm və əslində, bir dəfə də maraqlanmamışam. Ancaq yenə də sənə inanıram. Uşaqlıq dostum mənim! Ümid edirəm ki, getdiyin yerdə xoşbəxt olarsan", dedi. Ən yaxın yoldaşı olan balıq isə kədərli bir şəkildə, "Dos-tum Balaca Qırmızı Balıq! Dənizlərə yol almağın gözəl-dir, amma qorxuram ki, sən də Balaca Qara Balıq kimi gedib bir daha dönməyəsən və bizdən sonra gələn yeni nəsil balıqlar sənin haqqında yalnız nağıllarda eşitsin-lər", dedi. Balaca Qırmızı Balıq yoldaşlarına baxıb gü-lümsədi. Daha sonra isə dedi:

Türler ve etiketler

Yaş sınırı:
0+
Litres'teki yayın tarihi:
16 kasım 2022
Hacim:
46 s. 13 illüstrasyon
Tercüman:
Telif hakkı:
Hədəf nəşrləri
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Ses
Ortalama puan 5, 3 oylamaya göre
Metin
Ortalama puan 5, 1 oylamaya göre
Metin
Ortalama puan 5, 1 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre