Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Rübailər», sayfa 3

Yazı tipi:

«Atәşgәdәdә, kilsәdә ya mәsciddә…»

 
Atәşgәdәdә, kilsәdә ya mәsciddә,
Duzәxdәn xovf edib behişt güdmәkdә.
Bir kәs ki fәqәt hәqiqәtә vaqifdir,
Qәlbindә bu boş laflara yol vermәz dә.
 

«Mәnzilgәhimizdir bu vәfasız alәm…»

 
Mәnzilgәhimizdir bu vәfasız alәm,
Burda aradım zövqüm ilә bir hәmdәm,
Siman kimi ay görmәdim, aydındı sözüm,
Qәddin kimi yox. sәrv dә, mәn düz deyirәm.
 

«Eşqindә sәnin günahkara töhmәt yox…»

 
Eşqindә sәnin günahkara töhmәt yox,
Nadanlar ilә bu barәdә söhbәt yox,
Eşqin bu meyi mәrdlәr üçün dәrmandır,
Namәrd olana bu badәdәn qismәt yox.
 

«Bir huri sifәtli nazәnin, fәsli-bahar…»

 
Bir huri sifәtli nazәnin, fәsli-bahar
Bir kasә şәrab әlindә, mövqe gülzar.
Bunlar mәnim olduqda, mәni әfv elәyin,
İtdir o adam ki, cәnnәti yada salar.
 

«Süzdükdә şәrabı qülqüli-mey nә gözəl…»

 
Süzdükdә şәrabı qülqüli-mey nә gözəl!
Şәn nәğmә sәdası, naleyi-ney nә gözəl!
Yar qoynunda, başında meydәn nәşә,
Dәrdindәn uzaq zәmanәnin, hey nә gözəl!
 

«Hər çöldə ki, orda laləzar olmuşdur…»

 
Hər çöldə ki, orda laləzar olmuşdur,
Bir şəhriyarın qanilə al olmuşdur,
Yerdən göyərən bənövşənin hər vərəqi
Bir şux gözəlin üzündə xal olmuşdur.
 

«İnsan bu həyat sirrini bilsə, necə var…»

 
İnsan bu həyat sirrini bilsə, necə var,
Söz yox ki, ölüm sirrini də onda qanar.
Sağlıqda bu gün özündədir, anlamır heç,
Öldükdə sabah nəyi nə cür bəs anlar?
 

«Dünya, yox isə şərabü saqi, boşdur…»

 
Dünya, yox isə şərabü saqi, boşdur,
Çalmazsa könül nayi-iraqi, boşdur,
Mən hey baxıram bu aləmin işlərinə,
Yaxşı yenə yaxşılıqdı, baqi boşdur.
 

«Dünya ki bizim olduğumuz yer buradır…»

 
Dünya ki bizim olduğumuz yer buradır,
Bir dairədir, nə baş, nə axır vardır.
Kimsə deyə bilmir bizə heç doğrusunu:
Hardan gəlirik, getdiyimiz yer haradır?!
 

«Hәr kәsdәn ürәk sirrini gizlin saxla…»

 
Hәr kәsdәn ürәk sirrini gizlin saxla,
Nakәslәr önündә dilini bәrk bağla,
Xalqdan özünә gözlә o cür rәftar ki,
Sәn dә nә cürә rәftar edirsәn xalqla.
 

«Bir başqa hәyat verir bu ömrә badә…»

 
Bir başqa hәyat verir bu ömrә badә,
Doldur qәdәhi, vaxtını vermә badә,
Ver ovcuma, dünyanın işi mәlumdur,
Tez ver ki, ömür keçmәdәdir hәr dәmdә.
 

«Dünya kәdәri – zәhәr, şәrab – padzәhәri…»

 
Dünya kәdәri – zәhәr, şәrab – padzәhәri,
İçsәn, yıxa bilmәz sәni dünya kәdәri;
Şux gәnclәr ilә mey iç çәmәnliklәrdә
Qәbrindәn ot göyәrmәmişdәn ilәri.
 

«Hәr bir olacaq qeyd olunub әvvәldә…»

 
Hәr bir olacaq qeyd olunub әvvәldә,
Hәr şey yazılıb qabaq, xeyir dә, şәr dә;
Tәqdir, bizә lazım nә olub vermişdir,
Qәm çәkmәyimiz, tәlaşımız bihudә.
 

«Saqi, bu həyata yaxşı rəhbər lazım…»

 
Saqi, bu həyata yaxşı rəhbər lazım,
Pirdən daha yaxşımeyü-sağər lazım;
Qızdırmağa ruhu bizə həmdəmdir mey,
Dirlik suyu yox, mey adlı kövsər lazım.
 

«Saqi, ürəyim nədir sevinc, qəm, tanımaz…»

 
Saqi, ürəyim nədir sevinc, qəm, tanımaz,
Mey səltənəndən özgə aləm tanımaz.
Mey ver ki, səbuhun dəmi can bəxş eləyir,
İsa dəmidir8 bu, özgə adəm tanımaz.
 

«Saqi, kədərim hər kəsə məlum oldu…»

 
Saqi, kədərim hər kəsə məlum oldu,
Sərxoşluğumun kasəsi artıq doldu,
Ağ saçlı başımla məstəm, amma badən
Məhzun ürəyə tazə bahar doldurdu.
 

«Saqi, mey ver, aləm işi – bircə nəfəs…»

 
Saqi, mey ver, aləm işi – bircə nəfəs,
Şad olsan əgər o bir nəfəsdən, o da bəs.
Dünyada nə çıxsa qarşına ol razı,
Tam arzusuna yetişməmişdir heç kəs.
 

«Saqi, çəmənin, gülün bu gün nəşəsi var…»

 
Saqi, çəmənin, gülün bu gün nəşəsi var,
Diqqət elə, bir həftə keçər, hamsı solar.
Mey nuş elə, gül dər, ki bir andan sonra
Gül torpaq olar, göyərti də çör-çöp olar.
 

«Saqi, meyi-köhnə yari-şirinimdir…»

 
Saqi, meyi-köhnə yari-şirinimdir,
Meynə qızı ilə kef də ayinimdir.
Derlər ki, şərab içənlərin yox dini,
Mən içmədəyəm, şərab özü dinimdir.
 

«Saqi, nəzər et, könüldə yox əndişə…»

 
Saqi, nəzər et, könüldə yox əndişə,
Şirlər aradan gedib bütün, boşdu meşə.
Göy aynası hər gecə köpüklərlə dolu,
Növbət ki, bu gün bizimkidir, boşdu şüşə.
 

«Ruh aləminin eşq əzəli güzgüsüdür…»

 
Ruh aləminin eşq əzəli güzgüsüdür,
Gənclik çağının eşq əbədi baş sözüdür.
Sən, ki xəbərin yox aləmindən eşqin,
Bu nüktəni anla: eşq həyatın özüdür.
 

«Hərçənd ki, ağıllılar qızıldan yandır…»

 
Hərçənd ki, ağıllılar qızıldan yandır,
Pulsuzlara amma bu cahan zindandır.
Boş əllə bənövşənin bükükdür boynu,
Altun kisədə ağzı gülün xəndandır.
 

«Şadlıqla yaşa, axırı ömrü qəmdir…»

 
Şadlıqla yaşa, axırı ömrü qəmdir,
Hər zərrə içində Keyqubaddır, Cəmdir.
Əhvalı cahanın və həyatın əsli
Röya və xəyal ilə dolu bir dəmdir.9
 

«Səhra baharın hüsnünü çəkdi üzünə…»

 
Səhra baharın hüsnünü çəkdi üzünə,
Bu qəlbi qırıq yerə həyat gəldi yenə.
Bir gənc gözəl ilə get çəməndə mey iç,
Qəbrindən ot bitənlərin xatirinə.
 

«Hər halda sevincdən bu fələk qübbəsi boş…»

 
Hər halda sevincdən bu fələk qübbəsi boş,
Kimdir bu cahanda bilmirəm dinc, dilxoş?
Bir an da ölümdən arxayın olmur adam,
Bəs fayda bu faydasız cahanda nolmuş?!
 

«Bir Turdur ki, görübdü yüz min Musa…»

 
Bir Turdur ki, görübdü yüz min Musa,
Bir deyrdi ki, görübdü yüz min İsa.
Bir qəsr ki, öldürübdü yüz min qeysər,
Bir taqdır ki, görübdü yüz min Kəsra.
 

«Aləm dolu möhnətdir, günlər dolu qəm…»

 
Aləm dolu möhnətdir, günlər dolu qəm,
Dünya dolu afətdir, hər yanda sitəm.
Məxləs, nə qədər göz qoyuram hər tərəfə,
Asudə adam yox kimi, hər kəsdə ələm.
 

«Ömrüm boyu mey mədhi mənim virdimdir…»

 
Ömrüm boyu mey mədhi mənim virdimdir,
Mey, şişə, qədəh mənim şirin dərdimdir.
Ey zahid, əgər ağıl sənin ustansa,
Xoşlan, sənin ustan özü şagirdimdir.
 

«Gül fəsli, çəmən, çiçək… Həyatdan kam alaq…»

 
Gül fəsli, çəmən, çiçək… Həyatdan kam alaq,
Canan da yanında gülyanaq, huriqabaq.
Qur məclisi, düz qədəhləri… Badəçilər
Məsciddən azaddırlar, cənnətdən iraq.
 

«Sәn şәhvәtə, ehtirasa gör düşkünisәn…»

 
Sәn şәhvәtə, ehtirasa gör düşkünisәn,
Avarә nә binәvasan, öyrәn mәndәn.
Bil sәn kimsәn, dünyaya hardan gәldin,
Fikr et nә edirsәn, haraya getmәlisәn.
 

«Göylәrdә dolaşsan, endirәrlәr aşağa…»

 
Göylәrdә dolaşsan, endirәrlәr aşağa,
Naz әrşinә çıxsan, gәtirәrlәr ayağa,
Öyünmә, burax cәhalәti, ol insan,
Nә xalq sәnә dәysin vә nә dә sәn xalqa.
 

«Qoynumda, deyәk ki, gül dodaqlı bir yar…»

 
Qoynumda, deyәk ki, gül dodaqlı bir yar,
Qarşımda da, lap tutaq ki, Xızrın suyu var,
Zöhrә mәnә mütrib olsa, İsa da hәmdәm,
Könlüm ki, şad olmadı sәadәtmi olar?
 

«Bir köhnә keçiddir ömrümüzdәn bu cahan…»

 
Bir köhnә keçiddir ömrümüzdәn bu cahan.
Ceyhun bir әsәr gözdәn axan yaşlardan.
Duzәx10 boş әziyyәtlәrimizdәn bir od,
Cәnnәtsә rahәt keçәn hәyatdan bir an.
 

«Gül olmasa qismәt bizә, qoy xar olsun…»

 
Gül olmasa qismәt bizә, qoy xar olsun,
Nur olmaz isә nәsibimiz nar olsun,
Xirqә, mәbәd, şeyximiz olmazsa әgәr,
Qoy zәng olsun, kilsә vә zünnar olsun.
 

«Gül: “mәndәki üzdәn gözəl üz yoxdu!” – deyir…»

 
Gül: “mәndәki üzdәn gözəl üz yoxdu!” – deyir,
– Bəs onda neçin tikan mәnә zülm elәyir?”
Bülbül gülә hal dili ilә verdi cavab:
“Bir gün gülsәn, il ağla dünya belәdir”.
 

«Hurilәr ilә behişt. deyirlәr xoşdur…»

 
Hurilәr ilә behişt. deyirlәr xoşdur,
Mәnsә deyirәm ki, әldә sağәr xoşdur.
Sәn nәqdi qoyub nisyә dalınca getmә,
Boş başların uydurduğu sözlәr boşdur.
 

«Derlәr ki, cәhәnnәm әhlidir sәrxoşlar…»

 
Derlәr ki, cәhәnnәm әhlidir sәrxoşlar,
Boş lafdır bu, yalan sözә kim inanar?!
Aşiq ilә mәst әhli-cәhәnnәm olsa,
Cәnnәt o zaman әl içi tәk bomboş olar.
 

«Mәşuqә vә mey bizә, məscid, kilsә sizә…»

 
Mәşuqә vә mey bizә, məscid, kilsә sizә;
Duzәx bizәdir, behişt sizin әhlinizә.
Tәqsir nә imiş bizdә әzәl gündәn ki,
Naqqaş bu cür yazdı bizim bәxtimizә?
 

«Mәn bәndәyәm asi, bәs hanı lütfü rizan…»

 
Mәn bәndәyәm asi, bәs hanı lütfü rizan?
Qәlbim qaradır, harda sәnin nurü sәfan?
Biz taәt edәk, sәn dә bizә cәnnәt ver,
Bu muzd olar ancaq, hanı bәs rәhmü әtan?
 
8.Dəm – nəfəs.
9.Dəmdir – keçici bir nəfəsdir.
10.Duzəx – cəhənnəm.
₺41,04