Kitabı oku: «Son cənnət»
ORXAN ARAS
SON CƏNNƏT
Roman
BİRİNCİ FƏSİL
“Canın dəftərindən…”
I
– Buyur, yandır, dedi.
Siqareti götürdüm və uzatdığı alışqanla yandırdım. Meşənin içindəydik. Bizim varlığımızdan xəbərdar olan yaxındakı qurdlar ulayır, dovşanlar qaçışır, sincablar bir ağacdan enib o birinə dırma-şırdılar. Quşların səsi duyulmurdu. Sanki bütün quşlar meşənin də-rinliklərində itib getmişdilər və məni qorxularımla yalnız burax-mışdılar. Qarşımızda uzanıb gedən meşənin dərinliyi qara asfaltı, səmaya yayılmış axşamın qırmızı və ürküdücü qaranlığını içinə çək-mişdi.
Mən həmişə gecələrin dərin qaranlıqlarından daha çox, axşamın ağır-ağır çökən qaranlığından qorxardım. Atamla axşamlar tarlaya getdiyimizdə, atam hərdənbir su arxı boyunca gedər, suyun başqa-ları tərəfindən oğurlanıb oğurlanmadığına baxardı. Mən tarlada qa-lardım. Küləyin əsməsiylə tərpənən hər ağacı, otu üzərimə gələn bir insan sanır, ürpərər, qorxardım. Gözlərimi aya, ulduzlara dikərdim. Arabir axıb gedən ulduzu gözlərimlə izlər, onu özümə yoldaş seçər-dim.
İndi də bu ürküdücü axşam qaranlığında Yusifi düşünürdüm və içimdə yenə eyni ürpərti vardı. Eyni zamanda indi səmada bir dənə də ulduz yox idi. Hələ axıb gedən ulduz heç yox idi. Qara bu-ludlar səmanı poladdan bir pərdə kimi qucaqlamış, bürümüşdü. Sanki ucu-bucağı olmayan bir tunelin içindəydim. Tezliklə oradan qaçmaq, xilas olmaq, tunelin ucundakı işığa qovuşmaq istəyirdim. Şoferə baxdım. O da gözlərini qaranlığa zilləyib siqaretini tüstülədir və nə isə düşünürdü. Nazik boğazını qara balıqçı köynəyinin içinə çəkmiş, rəngi naməlum kiçik gözlərini bacardıqca qıymışdı.
–Gedəkmi? – deyə soruşdum.
Gözlərini qaranlıqdan qaçıraraq mənə tərəf döndü.
– Hara getmək istəyirsən?
– Kəndimizə…
– Kəndiniz hardadır, hansı yolla getmək olar?
– İki yol var kəndimizə, – dedim. Birinə Ərzurum yolu, o birisi-nə də Ərdahan yolu deyirlər.
– İki yolu da tanıyıram, – dedi. Ərzurum yolu çox işləkdir və orada əsgərlər həmişə axtarış aparırlar. Ən yaxşısı Ərdahan yolun-dan gedək. O yol Ərdahana qədər meşəlikdir. Yoldan da tək-tük av-tomobillər keçir. Eyni zamanda bir təhlükə ortaya çıxarsa meşə yol-larına dönüb gizlənmək imkanı da var.
– Necə istəyirsən, – dedim.
İki saat danışmadıq. Sürücü yoxuş yuxarı dırmaşdıqca öz-özünə nə isə zümzümə edir, yol düzəldiyində də ehtirasla qazı basırdı. Av-tomobilin faralarından fışqıran işıq bıçaq kimi qaranlıqları deşir, av-tomobil donquldana-donquldana, dolana-dolana ip kimi dağların ətrafına dolanmış yollardan təpələrə çıxır, eyni şəkildə də dolana-dolana aşağı enirdi. Mütəmadi meşənin içi ilə gedirdik.
Ərdahana iyirmi kilometr qaldığını göstərən yol nişanı görü-nəndə ikimiz də rahat nəfəs aldıq. Sürücü Ərdahan yazılan yol nişa-nını keçər-keçməz dar bir meşə yoluna döndü.
– Burada bir bulaq olmalıdır, – dedi. – Həm su içər, həm də bir az istirahət edərik.
Həqiqətən də böyük, qara bir qayanın dibinə yerləşdirilmiş qa-lın metal borudan barmaq qalınlığında su axırdı. Sürücü, avtomobili bulağın yanında saxladı, faralarını söndürmədi.
Avtomobildən endim. Əlimi-üzümü yumaq üçün bulağa yaxın-laşdım. Əllərimi buz kimi suya uzadarkən barmaqlarımdakı qanı görüb, diksindim. Sonra qanın Dursunun qanı olduğunu xatırladım. O anda sanki Çoruh çayı qorxunc bir səs-küylə üstümə axmağa baş-ladı. Qaranlıq bir çarşab kimi boğazıma dolandı. Gözlərim qumlan-dı, ürəyim yandı. Trotski Sermetin səsi qayalardan qayalara, don-muş, buzlaşmış cansız, ölü otlara, yaşlı, kökləri çürümüş ağaclara, xışıltılı səs çıxaran quru qamışlara çırpılaraq qulaqlarıma doldu. Çingizin iniltisini tam ürəyimin başında eşitdim. Oturduğum yerdə sanki yenidən geriyə, məktəbə dönmüşcəsinə silahımı axtardım. So-yuqdan sərtləşmiş kəmərimə, buşlatımın ciblərinə, kolların diblərinə baxdım, yox idi. Qarı eşələdim, altındakı donmuş palçıqları qarışdır-dım, qurumuş, donmuş nar qabıqlarını, çürümüş almaları, hələ qır-mızılığı solmamış Qara dəniz xurmalarını sağa sola atdım. Silahımı tapa bilmirdim. Dursunun qar üstünə damla-damla düşmüş qanını izləyərək getdim. Aqil abi tüfəngini yelləyərək qaçırdı yenə. Saqqalı, bığı, alınındakı lent Çeni xatırladırdı. Çingiz qışqıra-qışqıra ağlayır-dı. Ayaqlarım qara paya kimi batır, olduqları yerdə donub qalırdı-lar. Qaçmaq istəyirdim, amma ayaqlarımı tərpədə bilmirdim. Uçu-rumun tam kənarındakı qayanın üstünə yıxılıb qalırdım. Qanım ya-vaş-yavaş donurdu. Başımda şirin bir sərxoşluqla Çingizin iniltisini dinləyirdim. Mən də inildəyirdim. İniltilərim məni uşaqlıq illərimə aparırdı. Ürəyimin ortasından günəş doğulurdu. Çayırlar, çəmənlər yamyaşıl idi, yellənirdilər. Atam bığlarını dartışdırırdı. Əlində bö-yük, parlaq bir dəryaz tutmuşdu. Buğda topalarının arasında diyir-lənərək gedirdim. Çəhrayı, albalı çürüyü rəngində yasəmən ağacla-rı, bənövşəyi salxımlar, iri qırmızı çiçəkli çingülləri, qat-qat soğan-gülləri, ortası sarı, kənarları dümağ qasımpatıları, göy peyğəmbər çiçəkləri, çəhrayı zəqqum çiçəkləri, sapsarı məxmər çiçəkləri, çayır çobanyastığı çiçəkləri, ovuc kimi açılan safranlar qollarımı, yanaq-larımı, saçlarımı yalayır, öpürdülər. Qanım asta-asta donurdu. Bal arıları, milçəklər, eşşək arıları ətrafımda vızıltıyla uçuşurdular. Hər yer bənövşə iyi verirdi. Ağlayırdım.
Buz kimi suyla əllərimi, üzümü yudum və qurumuş ağızımı is-latdım. Sürücü avtomobildən kiçik bir neylon paket çıxarıb yanıma gəlmişdi. Paketi mənə uzatdı.
– İçində çörək, pendir var.
Ən son saat on iki radələrində bir neçə loxma atışdırmışdım. Çingizlə birlikdə quru çörəkdən iki kiçik parça qoparmış, yavanlıq-sız yemişdik. Günortadan sonra məktəbdə baş verən hadisələrlə birlikdə, mədəm olduğunu sanki unutmuşdum. Sanki mədəmdə bö-yük bir daş vardı, bütün aclıq duyğumu yox etmişdi. Sonsuza qədər beləcə ac və susuz yaşaya bilərdim. Yenə də sürücünün israrlarına dözə bilmədim və torbanın içindəki çörəkdən bir parça qoparıb ağ-zıma atdım. Çörək bayat idi və zəhər dadan ağzımda kiçik saqqız ki-mi bir tərəfdən o biri tərəfə gedirdi. Ovuclayıb içdiyim soyuq suyun köməyilə ağzımdakı çörəyi çeynəmədən mədəmə ötürdüm. Sürücü mənim əksimə, çörəyin arasına pendiri yerləşdirərək böyük bir iş-tahla yedikdən sonra bulaqdan doya-doya su içdi. Sonra avtomobi-lin ətrafında fırlanıb təkərləri yoxladı
–İndiyə qədər bir şey çıxmadı, – dedi. – İnşallah belə davam edər.
Yenidən avtomobilə mindik və yola davam etdik. Yolumuz azaldıqca narahatlığım artırdı. Atama, anama nə deyəcəkdim? Baş-mı şüşəyə söykəmiş, gözlərimi qaranlıqlara dikmişdim. Burada, heç tanımadığım bu kimsəsiz yollarda ensəm və qaranlıqların içində itib getsəm daha yaxşı olmazdımı? O anda güclü bir proyektor işığı ətra-fı gündüz kimi işıqlandırdı. Sürücü qorxu içində əyləcə basdı.
– İrəlidə axtarış var!
İlk ara yoldan sola döndü. Ağacların arxasında dayanıb gözlə-dik. Həyəcandan avtomobilin içində otura bilmədim. Qapını yavaş-ca açaraq avtomobildən endim. Yaxındakı təpəciyə çıxıb irəli bax-dım. Meşənin bitdiyi yerdəki yol ayrıcında avtomobilləri saxlamış-dılar. Böyük yola doğru gələn avtomobillərin faralarının işıqlandır-dığı yerdə əsgərlər və polis görünürdü. Təkrar avtomobilə mindim.
– Bütün istiqamətlərdən gələn avtomobilləri axtarırlar.
– Bu saatda nə axtarışı edirlər, görəsən?
– Bəlkə də məni axtarırlar…
Sürücü “boş ver” deyirmiş kimi əlini şüşəyə doğru yellədi.
– Qiyamət sənin başındamı qopdu? Kim bilir yenə nə hadisələr olub! Çox əhəmiyyətli bir şey olmasa, bu saatda buralara qədər gəlib axtarış aparmazdılar. Mütləq ya bir yer bombalanıb və ya əhəmiy-yətli birini öldürüblər.
Çətinliklə içimi çəkdim.
– Qardaşım, sizlər də dinc dayanmırsınız… Tələbələrin hoqqa çıxarmadığı gün yoxdu ki… Artıq xəbərlərə baxa bilmirəm. Hər gün qan, hər gün ölüm! Bu işlərin axırı necə olacaq, bilmirəm.
– Mən də bilmirəm – deyə mızıldandım. Amma yalnız biz deyi-lik ki? Onlar da bizi öldürürlər“.
– Onlar sizi, siz onları! Sanki sizlər rus, onlar da amerikanlardır.
Bir an köhnə vərdişimlə içimdəki ağrıları və narahatlıqları unut-dum və cəngavər cildinə büründüm.
– Problemə bu qədər sadə yanaşmaq olmaz. Görürsən, məmlə-kət batıb gedir. Respublikanın qurulmasının üstündən hələ altmış il keçməmiş idarəçilər müstəmləkəçi dövlətlərin xidmətçisi oldular. Hələ Amerikanın dəstəklədiyi Milliyyətçi Cəbhə hökumətlərini qu-rur! Əks-partizan ov axtarır. Hər gün onlarla adam ya öldürülür, ya da itir!
– Bəs siz heç öldürmürsünüzmü?
– Məcbur olmayanda öldürmürük.
– Boş sözdür! Sağçılar solçuları öldürür, solçular da sağçıları… Mənim başqa şeylərdən başım çıxmır, yoldaş! Amma bunu bir kəna-ra yaz! Bu işin sonu yaxşı bitməyəcək. Görəcəksən, əsgər gələcək və qundağının altında anamızı ağladacaq.
Mənim danışmama fürsət vermədən avtomobili işə saldı.
– Burada gözləyə bilmərik. Bu ara yoldan yola davam edək. Bəl-kə irəlidə yenidən ana yola çıxa bildik.
Yarım saata qədər baxımsız, xaraba yolla getdik. Yolun ortasın-da bitmiş kollara, otlara toxunduqca sağa-sola yellənirdik. Təkər hər çuxura düşəndə, sürücü söyüş yağdırırdı. Mən özümü o yerə qoymurdum. Fikrim Yusifin yanındaydı. Görəsən, vaxtında xəstəxa-naya çatdıra bildilərmi? Güllə harasına dəyib? Mən atəş açanda mə-ni görmüşdümü? Xilas olsa məndən şikayətçi olardımı? Yanında kimlər vardı? Vurulandan sonra mütləq faşist yoldaşları ona sahib çıxmışdılar.
Sürücünün ah çəkməsi ilə özümə gəldim. Yenidən asfalt yola çıxmışdıq. Bir neçə kilometr sonra İqdıra çatdığımızı bildirən yol işarəsi göründü. Sürücü başıyla yol işarəsini göstərdi:
– Elə də yolumuz qalmayıb, – dedi. Burdan sonra daha diqqətli olmalıyıq. Sən kəndinizə gedən ara yolu vaxtında de, başqa yola gi-rib vaxt itirməyək! Bir də ana yoldan davam eləsək axtarış qrupları ilə qarşılaşa bilərik.
– Oldu, – dedim.
Kəndə yaxınlaşınca beton kanal boyunca uzanıb gedən qumlu Yaycı yolunu göstərdim, ana yoldan ayrıldıq. Səhərin soyuq işıqları-nı içinə çəkən kanaldakı su, yolboyu par-par parıldayırdı.. Səhər sa-at beşi bir az keçmiş kəndə çatdıq. Həyəcanımın davam etməsinə baxmayaraq qorxularım birazca azalmışdı. Avtomobilin şüşəsini en-dirdim. İçəriyə dolan soyuq külək daralmış nəfəsimi asanlaşdırdı. Dərin-dərin nəfəs aldım. Kəndin girişində qarşımıza çıxan kiçik çay boyunca sıralanmış iydə ağaclarının yanında sürücüyə dayanmasını söylədim. Atamgili bu saatda oyandırmaq və qorxutmaq istəmir-dim. Onsuz da saat altıda qalxır, heyvanları yemləyirdilər. Sürücü yolun ortasında dayanıb qərar verməyimi gözləyirdi. İrəlidəki qum mədənini göstərdim.
– Burada bir az gözləyək, dedim. Atamgil oyansın kəndə sonra girək.
– Necə məsləhətdi… – dedi.
Yoldan çıxaraq avtomobili qum mədəninə doğru sürdü. Buralar qonşu kəndə qədər qumluq idi. Yaşlılar, qədimdən bu yerlərdə göl olduğunu və zamanla suyu çəkilərək quruduğunu danışardılar. Uşaqkən yoldaşlarımla az qala hər gün bura iydə yeməyə gəlirdik. Buranın iydələri “barmaq iydə“ deyilən növdən idi və xurma kimi ətli olardı.
Sürücü qazılmış böyük çuxurun yanında avtomobili saxladı. Qarşıda böyük qum yığını vardı. Alt tərəfində kiçik-kiçik çuxurlar açılmışdı. “Yenə yumşaq qum üçün yeri qazıblar“ – deyə düşün-düm.
Uşaqkən bizlər də bəzən əllərimizlə, bəzən də kiçik kürəklərlə qumu qazardıq. İbtidai məktəbdəykən hava yaxşı olanda müəllimi-mizlə bura gəlirdik. Ağacların kölgəsində qumların üstündə səpələ-nib oturar, dərsə hazırlaşar, müəllim yanımızdan uzaqlaşar-uzaqlaş-maz da qışqıra-bağıra danışar, gülərdik. Açıq hava, gömgöy səma, çəmənə yayılmış müxtəlif rəngli otlar və qarmaqarışıq qoxular ze-hinimizi açar, sevincimizə sevinc qatardı. Gülə-gülə, oynaya-oynaya o günə qədər bilmədiyimiz yeni məlumatlar öyrənərdik. Müəllimi-miz sərt, amma məlumatlı adamlar idi. Oyunlarla, mahnılarla ürəyi-mizi almağı bacarar, təptəzə, bomboş yaddaşımıza növbənöv məlu-matların ilk sözlərini doldurardılar. Marşlar oxuyanda o uşaq ürək-lərimizlə həyəcanlanar, yerimizdə dayana bilməzdik. Ayaqlarımızı yumşaq qumlara vura vura, hamı bir ağızdan; “Dağ başını duman almış, yürüyelim arkadaşlar”, marşını oxuyardıq. Bu marş Mustafa Kamal Atatürkün yoldaşlarıyla birlikdə oxuduğu marş imiş.
Müəllimimiz, dərsdən sonra bizi sərbəst buraxar, özü də bizlər-dən bir az kənarda bir yerə yanpörtü uzanıb kitab oxuyardı. O, Cila-vuz Kənd İnstitutunu bitirmişdi və əlindən hər iş gəlirdi. Gündüz bizə dərs verər, axşamları kafedə saz çalar, hekayələr danışardı. Boş zamanlarında kəndlilərə kömək edər, onlara divar hörməyi, toyuq və balıq artırmağı öyrədər, tarladan necə yaxşı məhsul alınacağı ba-rədə nəsihət edərdi. Mənim ürəyimdə müəllimlik atəşini o alovlan-dırmışdı. Hələ orta məktəbdəykən müəllimlik məktəbinə getmənin yollarını axtarmış və imtahanla qəbul edilən müəllim məktəbinə bi-rinciliklə qəbul olunmuşdum.
Baxışlarım yenidən ucsuz-bucaqsız qumluğa sataşdı. Müəllimi-miz bizi sərbəst buraxınca qarışqa kimi hər yerə yayılar, bəzilərimiz yemlik və ya saqqız otu axtarışına çıxar, bəzilərimiz də yeri qazaraq qumdan ev düzəldərdik.
Mən çox vaxt Yusiflə oynayardım. Mən material daşıyardım o isə qumla, budaqlarla xəyalındakı evləri qurardı. Divarları, qapıları, pəncərələri, damları elə həqiqi hörərdi ki, hamı heyranlıqdan donub qalardı.
Yusifin xəyalı birdən ortaya çıxaraq qumluğun ortasında qar-şımda dayandı. Qorxuyla əlimi gözlərimin üstünə apardım. O isə mənə gülümsəyirdi. Şalvarının uzun və geniş paçaları paramparçay-dı və ayaqqabısız ayağındakı dəlik corablarından çölə çıxmış baş barmağı gözlərimdə böyüdükcə böyüyürdü.
O anda səhərin səssizliyi bir sağsağan çığırtısıyla pozuldu. Qor-xudan diksindim. Ürəyim əsdi, titrədim. Bu saatda sağsağanın bura-da nə işi vardı? Yusifin anasına xəbərmi aparırdı, görəsən? Kəndi-mizdəki yaşlı qadınlar, “Birinin başına bir hadisə gəlibsə, sağsağan mütləq onun ailəsinə xəbər gətirər“, deyərdilər.
Əlim belimə getdi. Belim boş idi. Güllələr buşlatımın ciblərində səsləndi. Silahım böyük bir şam ağacının dibində basdırılmışdı. Onu ora, Yusif vurulduqdan sonra Aqil abi basdırmışdı. Lüləsini ağızıma soxanda dilimə barıtın yanıq dadı dəymişdi. Anamı, Yusifin anasını, kəndimizin gözləri yaşlı qadınlarını və utancımı düşünüb basmış-dım tətiyə. Ovuclarımda böyüyən böyük on dörd kalibirli tapança “çıt“ deyə səs çıxarmışdı. Güllələri ovcuma alıb, titrəyən barmaqla-rımla maqazinə doldurmağa çalışmışdım. Güllələrin bir neçəsi qarın üstünə səpilmişdi. Aqil abi, Çingiz, Trotski Sərmet üstümə atılmışdı-lar. Bir an nəfəsim kəsilmişdi, onların altında az qala boğulacaqdım. Çingiz, “Bunu qan tutdu“, deyə qışqırmışdı. Sərmet üzümü şillələ-mişdi. Aqil abi, çənəmdən tutmuş, sıxmış, tapançanı əlimdən zorla almışdı.
Dan yeri ağarırdı. Ətrafdakı aydınlıq artır qaranlığın içində it-miş ağaclar, otlar bir-bir ortaya çıxırdılar.
Yenidən Yusiflə oynadığımız yerlərə baxdım. İndi artıq o gözəl və xoşbəxt günlərimiz arxada qalmışdı. Hər şey sanki ildırım sürə-tiylə çaxmış və bizdən uzaqlaşmışdı. Bütün həyatımızı, qumdan dü-zəltdiyimiz oyuncaq evlər kimi düşünmədən bir anda yerlə bir et-mişdik. Mənim üçün geridə qalan yalnız qorxu və peşmanlıq idi. Gözümdə hər şey mənasız bir kölgə kimi idi.
Şofer yanımda xorxahor yatırdı. Yeni-yeni oyanmağa başlayan kənddən, qoyun-quzu mələmələri, xoruz banları, it hürmələri eşidi-lirdi. Kəndlilər yola çıxmadan evə girmək istəyirdim. Məni görüb üzümə baxsalar hər şeyi anlayarlar deyə qorxurdum. Şoferi yüngül-cə dürtmələdim. Dərhal gözlərini açıb ətrafına baxdı. Bəlkə də yuxu-daykən bütün olanları unutmuş, yatağında yatdığını düşünmüşdü
– Gedək, deyə soruşdu.
– Gedək, dedim.
Əyri-üyrü, bəzən çınqıl döşənmiş torpaq yoldan ağır-ağır keçə-rək evimizin yanında dayandıq. Taksiçiyə pul uzatdım, götürmədi.
– Dostların vermişdi, dedi.
Vidalaşmaq üçün əlimi uzatdım.
– İncimə, – dedim.Bilirəm, sən də çox yorğunsan. Amma vəziy-yətimi bilirsən. Əgər bütün bunlar keçsə və geriyə dönsəm səninlə mütləq görüşmək istəyərəm.
– İnşallah, – dedi.
Səmimiyyətlə öpüşdük və ayrıldıq. O gəldiyi yoldan geriyə dö-nərkən mən həvəssiz addımlarla çökəkdəki evimizin həyətindən içə-ri girdim. Təzəklər, samanlar, təndirdən çıxmış küllər, qırılmış, bü-külmüş söyüd budaqları, dəstə-dəstə qamışlar, axıra doğru yayılmış ot topaları çuxuru doldurmuşdu.
Mən bu çuxurda böyümüşdüm. Əsmər, yanıq, quru, qalın bəlkə də çuxurun külünə, torpağına bənzəyirdi. Mən buradandım, bura aidəm. Uzaq düşəndə bura üçün darıxırdım. Mənim üçün bu kiçik çuxurun məhrəm yerləri, gizli küncləri vardı. Torpağında gözyaşla-rım gizlənirdi. Torpağının məsamələrində itib getmiş isti-soyuq duyğularımın yerini bir mən bilirdim, bir də bu çuxur.
Bizimkilərin hamısı ayaq üstə idi. Atam heyvanları yemləyirdi. Axırdan səsləri eşidilirdi. Anam yataqları yığır, uşaqlar qazan dolu-su qatığın başına toplanmış çörəyini qatığa batırıb yeyirdilər. Səssiz-cə içəri sivişdim. Məni ilk görən kiçik qardaşım oldu. Dərhal qucağı-ma atladı.
– Ana, abim gəldi, – deyə qışqırdı.
Anam əlində yorğan donub qaldı. Yalnız “Can!“ deyə bildi. Hə-lə üç ay əvvəl onlarla vidalaşmışdım və ən tez iyunda dönəcəkdim. Amma heç gözləmədikləri bir anda, səhərin qaranlığında pərişan bir halda qarşılarında dayanırdım. O biri qardaşım qaçıb atamı çağır-mışdı.
Divarın dibinə çökdüm və uşaq kimi hönkürə-hönkürə ağlama-ğa başladım. Anam da mənə sarılıb ağlayırdı. Uşaqlar olduqları yerdə donub qalmışdılar. Axırdan qaçıb gələn atam isə döşəkçənin üzərinə qəribə şəkildə oturmuş nə olduğunu öyrənməyə çalışırdı.
– Danış görüm, nə olub?
Gözyaşlarımı silərək üzünə baxdım. Üzü Qırmızıdərili üzü kimi donuq və sərt idi. İncə, bənövşəyi dodaqlarını sıxmış, qorxu və nigarançılığı bir yerdə yaşayaraq mənə baxırdı. Qırmızı və quru yanaqları, sərt və çıxıntılı üz sümüklərinin üzərində enib-qalxır, həyəcanını əks etdirirdi.
Qara qaşları titrəyir, incə və qısa kirpikləri gözlərinin üzərində titrəşmələrlə kölgələnib dayanırdı. Almacıq sümükləri üzündə fərqli əzəmət yaradırdı.
Onun üzünə bu günə qədər dik baxa bilməmişdim. On doqquz yaşımda olsam da ondan çəkinirdim. Bu utancaqlıq qorxu deyildi. Kiçik boyu, cılız bədəni, sümüklü üzü, quru qurğuşun gözləri insan-da acıma duyğusu oyandırırdı. Məsafəli duruşu, duyğularını gizlət-məsi, bəzən anama sərt davranışı məni arada-sırada hirsləndirsə də, ona sevgi bağlarıyla bağlıydım. Uzaq qalanda darıxırdım. Bəzən ev-də birlikdə oturarkən, içimdən həmişə qalxıb yanına getməyi, heç səbəbsiz boyuna sarılmağı arzulayırdım. Onun dimdik, işıltılı, dai-ma uzaqlara tuşlanan soyuq baxışlarını görəndə bu arzumdan imti-na edərdim. Onun gözünə girmək, ona kürəyimi söykəmək üçün edə bilməyəcəyim şey yox idi. Həm ağlayır, həm də kəsik-kəsik izah edirdim.
– Yusif vuruldu, – deyə inildədim.
Anam iki əliylə dizlərinə vurdu.
– Offf! Necə qıydılar uşağa, – deyə qışqırdı.
Atam verdiyim pis xəbərə çaşmasına baxmayaraq qalxıb yanı-ma gəldi və ilk dəfə saçlarımı oxşadı. O günə qədər məni bir dəfə belə qucaqlayıb öpməmiş, saçlarımı oxşamamışdı. Məni çox sevdiyi-ni, bütün ümidlərini mənə bağladığını bilirdim, amma yenə də indi-yə qədər sevgisini heç bir şəkildə bildirməmişdi mənə.
– Can, oğlum, böyük kişi olmusan, dedi. Sənə ağlamaq yaraşar-mı?
Səsi yumşaq və şəfqət dolu idi. Quru və döyənəkli əllərinin saç-larımda gəzərkən yaydığı enerji bütün bədənimdə rahatlıq və güvən duyğusu yaradırdı. Saçlarımın oxşanılmasını və doyunca ağlamaq istəyirdim. Bəlkə də illərdən bəri bu anı gözləmişdim. Bəlkə də dai-ma başımı onun dizlərinə qoymağı, saçlarımı oxşamasını, o şəfqət dolu səsiylə ruhuma təskinlik verməsini istəmişdim. Məni nə üçün bir dəfə də qucağına almamışdı, nə üçün bir dəfə kürəyimi, saçları-mı oxşamamışdı? Nə üçün bir dəfə olsun “Oğlum, səni sevirəm” de-məmişdi? Bu o qədər çətin bir şeydirmi? Heç cür sakitləşməyən üs-yankar ruhum, məni yeyib bitirən içimdəki şiddətin alovu bəlkə də bu duyğuların yarımçıqlığından qaynaqlanırdı. Onun təskinlik və təsəlli verməsi hıçqırıqlarımı azaltdı və təngnəfəs də olsa, müəyyən şeyləri izah edəcək vəziyyətə gəldim. Məktəbdəki hadisələri danış-mağa başladım:
– Məktəbdə yüzlərlə şagird bir-birinə girdi. Məktəbin qapıları, pəncərələri darmadağın oldu. Açılan güllələrdən vurulanlar oldu. Sonradan öyrəndim ki Yusifə də güllə dəyib, xəstəxanaya aparıblar. Hərəmiz bir tərəfə dağıldıq. Polislər izimizdədir! Tapsalar bizi döyə-döyə öldürəcəklər!
Yusifi vurduğumu və oradan qaçdığımı gizlədim. Gerçəyi söy-ləsəm, mənə kömək etməyəcəklərini, mənə nifrət edəcəklərini dü-şündüm. Gözlərindəki, könüllərindəki dəyərim sıfıra enər deyə qorxdum və o anda uydurduğum yalanları üyüdüb tökdüm. Onlar da izah etdiklərimə inandılar. Nə üçün polislərin bizi axtardığını, nə üçün döyüşdüyümüzü soruşmadılar. Məmləkəti başdan-başa qu-caqlamış cəhənnəmin bir az da olsa fərqində idilər. Həyəcandan əl-ləri ayaqlarına dolaşdı və bir an əvvəl məni harda gizlətməyin yol-larını axtarmağa başladılar. Anam atamı qucaqlayıb üzünü, yaşlı gözlərini onun əllərinə, ətəyinə sürdü.
– Balamızı xilas elə, – deyə qışqırdı.
Yaralı bir ceyran kimi idi. Ağ çadrası açılmış, vaxtından əvvəl ağarmış saçları darmadağın olmuşdu. Üzü, çənəsi, mavi paltarının yaxası islanmışdı. Dayanmadan qoyun kimi mələyir, ağlayır, atamı silkələyirdi.
– Xilas elə oğlumu! Götür burdan apar, – deyirdi.
Atam ağ əhənglə suvanmış divarın dibində heykəl kimi daya-nıb, bir ağlayan anama, bir də mənə baxırdı. Onun da içindən ağla-dığını bilirdim. Arada hıçqırırmış kimi çiyinləri silkələnir, dayandığı yerdə dala-qabağa yellənirdi. Allahım bu yoxsul, bu çarəsiz, bu dün-yadan xəbərsiz adamın başına nə işlər açmışdım! Qərarsızlıq içində gözlərini qırpıb göyərmiş incə dodaqlarını dişləyərək soruşurdu:
– Hara?
Sonra qutunu çıxararaq siqaret yandırmağa cürət etdi. Sonra ağ-lına gələn bir düşüncənin sevinciylə qutunu yastığın üzərinə saldı. Qutunun içindəki sapsarı Muş tütünü yumru, qırmızı çiçəkli yastı-ğın üzərinə dağıldı..
– Dağa, ananın dayılarının yanına aparım səni! – dedi.
Anam ağlamağını kəsib dik-dik atamın üzünə baxdı.
– Ora olmaz! – deyə qışqırdı. Oralarda jandarma qaynayır!
Atamın çənəsi sinəsinə düşdü.
– Düzdür, orada polis bölməsi var, – deyə mızıldandı.
Yenidən otaqda var-gəl etmələr, ağlaşma başladı. Qardaşlarım qatıq qazanının ətrafında donub qalmışdılar. Ağlamaqla susmaq arasında çaşmışdılar. Mən gözlərimi atamın rəngdən-rəngə düşən üzünə dikmiş onun hərəkətlərini izləyirdim. Ürəyimdən daşan səs-küylər ağılımı başımdan almışdı. Başmı daş divarlara vura-vura parçalamaq istəyirdim.
Nəhayət, atam məni Ağrıya yaxın bir kənddə yaşayan öz dayı-larının yanına aparmağa qərar verdi.
– İllərdir görüşmürük, amma igid insanlardır, – dedi.
Sözlərini deyib dərhal axıra qaçdı və atları hazırlamağa başladı. Anam bir tərəfdən ağlayır, bir tərəfdən də mənə nə isə yedirməyə çalışırdı. Bütün səyinə baxmayaraq boğazımdan heç nə keçmirdi. Çaxnaşma halında sağa-sola qaçır, öz-özünə zümzümə edir, arada Yusifin adını xatırlayırdı. Ağlayırdımı, ağımı, qarğışmı oxuyurdu müəyyən deyildi. Sonra arada sakitləşdi sanki, illər əvvəl cehiz ola-raq atasının evindən gətirdiyi böyük sandığını açdı. Paltarların ara-sından qalın iplə sarılı qızıllarını çıxardı. Ağ qalın iplə birlikdə qızıl-ları buşlatımın cibinə soxdu.
– Can, gözümüzün işığı, özündən muğayat ol, nə olar, – dedi. Lazım olsa, bunlarıxırdalayıb, xərcləyərsən!
Qızılları götürmək istəmədim. Onun illərcə qara günlər üçün saxladığı və əlində dünyadakı tək maddi varlığı olan qızılları ondan almaq mənə ağır gəlirdi. Neçə dəfə, məktəbi bitirib pul qazanmağa başladıqdan sonra ona alacağım qızılların xəyalını qurmuşdum. Ağ-laya-ağlaya cibimdən çıxardığım qızılları ovucuna qoydum.
– Ana, məni daha çox ağlatma, götürə bilmərəm, – deyə qışqır-dım.
Amma o israr etdi, üzümü gözlərimi öpdü, ağladı və götürmə-yim üçün yalvardı.
– Götürməsən südümü sənə halal etmərəm, – dedi.
Qızılları yenidən cibimə qoymasına maneə ola bilmədim. Tor-baya bir neçə parça geyim qoydu. Boynuma öz hördüyü qırmızı bir şal bağladı. Hamısına bərk-bərk büründüm. Uşaqları öpdüm, qoxla-dım. Qollarını boynumdan heç cür açmayan anamın yanaqlarından, boynundan dəfələrlə öpdüm. Atam içəri girib atların hazır olduğu-nu deyəndə həyəcanla çölə çıxdım.
– Camaatın xəbəri olmadan kənddən çıxaq, – dedi atam.
Arxamca çölə qaçan və yenidən boynuma sarılan anamın qolla-rından zorla qurtuldum və əlimdə anamın verdiyi xurcunla atın be-linə atıldım. Anam arxamızdan bir vedrə su səpərkən arxaya dön-düm və palçıq suvaqlı iki otaqlı evimizə, mavi boyalı pəncərənin önünə öz əllərimlə əkdiyim salxım söyüdə, boynu bükük anama və onun yanında çaşbaş olub baş verənləri seyr edən qardaşlarıma son dəfə baxdım. İçimdən bir səs, artıq onları heç vaxt görə bilməyəcəyi-mi deyirdi. Gözlərimi qapıları mavi boyalı evimizdən, ağ çadra çi-yinlərinə düşmüş gözləri yaşlı anamdan, çaşqınlıqla üzümə baxan qardaşlarımdan qaçıraraq uzaqlara, üfüqləri boydan boya əhatə et-miş böyük Ağrı dağının zirvəsindəki ağlığa dikərək atımı mahmız-ladım. At altımda yanıqlı-yanıqlı kişnədi.
Günəş Sürməli çuxurunun üzərində yayıldıqca yayılırdı. Ürə-yim parça-parça idi. Artıq ayrılığın üzəngisinə basmışdıq. Dönüşü yox idi.
II
–Kirvəm, – dedi Memo. Bu Cano var ha, bu Cano, inan çox igid-dir! Sən bu kəklikləri bilməzsən. Bax, kəklik var oxumağı da bacar-mır. Oxumayan kəklik işə yaramaz, bunu biləsən! Sonra bunlar baş-qa-başqa yerlərdə oxuyarlar. Onların dilini biləcəksən! Dilini bilmə-din kəklik ovlaya bilməzsən, qaçarlar səndən!
–Sən dillərini anlayırsanmı?
–Mən anlayıram.
–Bəs igidliklərini necə anlayırsan?
–Oxumaqlarından, dedi Memo. İndi kəklik canlı oxudumu o biri kəklikləri də başına toplayar. Cansız və mənasız oxuyan kəkliyi heç bir kəklik dinləməz. Cavab belə verməzlər. Hələ bunların bir də çilli-si var. Onlar çox qürurludurlar. Onları əsla canlı tuta bilməzsən. Tu-tulduqları an öz canlarına qıyarlar.
–Tutanda ölürlər?
–Bəli, dedi Memo. Tutulanda elə hövllənirlər ki, o dəqiqə ölür-lər.
Külrəngi çılpaq qayalara yapışaraq zirvəyə doğru dırmaşdıq. Yuxarı dırmaşdıqca sərinlik artırdı. Böyük bir qayanın altından bilək qalınlığında axan suyun yanına çatıb dayandıq. Memo sağ əlini alı-nına sipər edərək yuxarıya baxdı.
–Yuxarıda kəkliklər bizi gözləyirlər, – dedi.
–Qorxuyla yalçın qayalara baxdım. Heç bir şey görünmürdü.
–Hələ dırmaşırıqmı? – deyə soruşdum.
–Yox, kirvəm, – dedi Memo. – Bura gözəldir. Bizim getməyimi-zə ehtiyac yoxdur artıq. Cano onları bura gətirməyi bacarar.
Canonun qəfəsini yastı bir qayanın üzərinə yerləşdirdi. Sonra qəfəsin yaxınındakı qayanın önünü otlarla bağladı. Hazırlığını ta-mamladıqdan sonra məni yanına çağırdı.
–Kirvəm, bax, biz burada gizlənəcəyik, dedi. Sən heç bir şey et-mədən dayandığın yerdə gözləyəcəksən. Sadəcə izlə.
–Oldu, – dedim.
Dayandığım yerdən aşağıya baxdım. Vadidən axıb gedən nazik su boyunca qırmızı, ağ lalələr düzülmüşdü. Lalələrin aralarını gur otlar qucaqlamışdı. Aşağıdakı çayın sahilinə gəlişi gözəl düzülmüş çadırlar bir qara nöqtə kimi görünürdülər. Təbiət capcanlı, rənga-rəng idi, amma səssiz idi. Arada bir hürən bir it ya da sürülərin orta-sından qopub gələn bir quzu mələməsi dərin səssizliyin içində itib gedirdi.
Çox keçmədən qara qayalara sinmiş səssizlik Canonun canlı və meydan oxuyan səsi ilə pozuldu. Qayadan qayaya çırpılaraq əks-sə-da verən bu ahəngli səs, bir quş oxumasından çox, bir döyüş elanı kimi idi. Canonun bir-iki dəqiqəlik oxumasına qayaların yuxarı tərə-findən daha sərt və daha iti cavablar gəlincə Memoyla mən qısıldığı-mız qayanın arxasına gizləndik. Memo ayaqlarını bir yay kimi gər-miş, hər an önə atlayacaqmış kimi özünü hazırlamışdı. Ağzını qula-ğıma söykəyərək “Səsini çıxarma!” – deyə pıçıldadı. Mən gizləndiyi-miz qayanın arxasında həm görünməməyə çalışır, həm də yuxarıda sıldırımda kəklikləri görməyə çalışırdım. Cano oxuyur, çırpınır, yu-xarıdakı kəklikləri gətirmək üçün bütün ustalığını istifadə edirdi. Çox keçmədən iki kəklik tullanaraq Canonun yanına gəldilər. Hər hərəkətlərini görə bilirdim. Sanki çox hirsli, döyüşməyə hazır insan-lar kimi idilər. Səsləri sanki söyüşməyə çevrilmişdi. Kəkliklərdən iri olanı bir sıçrayışla Canonun qəfəsinin üzərinə qondu. Qəfəsin üs-tündə həm oxuyur, həm də Canonu dinləməyə çalışırdı. O biri kək-lik də qəfəsin üzərinə atlayınca, yanımda həyəcanla gözləyən Memo bir tülkü çevikliyi ilə atlayıb kəkliklərin ikisini də tutdu. Birini qıçla-rının arasında sıxışdırdı. Digərini havaya qaldıraraq başını sürətlə bədənindən ayırdı. Eyni şəkildə ikinci kəkliyin başını da qopardıq-dan sonra tüklərini yoldu. Bütün bunların hamısı beş dəqiqə çəkdi.
Mən qayanın üzərinə oturub, Memonun hərəkətlərini izləyir-dim. O quru və sərt adam sevgi dolu türküylə Canonu əzizləyirdi. Sanki bütün eşqi, sevinci, həyatı Cano idi. Onunla danışarkən üzü-nün qovrulmuş dərisi canlanır, gözləri bir atəş parçası kimi çuxurla-rından çıxacaqmışcasına böyüyürdülər.
–Nəğmənə qurban Cano! – deyirdi Memo. Sənin igidliyini mən bilirdim. İndi necə cəsur kəklik olduğunu kirvəm də gördü. Elə de-yilmi, kirvə?
–Elədir, – dedim.
Memo ətrafdan yığdığı ot köklərini, ağac parçalarını düz bir qa-yanın üzərinə yığaraq böyük bir ocaq qaladı. Sonra kəkliklərin içlə-rini təmizləyərək yudu və gətirdiyi şişlərə keçirdi. Memo kəklikləri qızardarkən mən dağlara baxıb düşünürdüm. Ağrı Dağının zirvəsi-ni qucaqlamış milyonlarla illik qar işıltısı məni məndən alıb uzaq di-yarlara aparırdı. Bir qaçaq olsam da, qorxularım məni yeyib bitirsə də dərin və ümid dolu xəyallara dalmaqdan özümü saxlaya bilmir-dim. Güllə ilk görüşlərimiz, uşaqca küsüşmələrimiz və ilk öpüş, ilk ayrılıq ağrısı, ilk məktub…
Arada bir qaçıb qucağına sığındığımız bu yalançı və rəngli xə-yallarımız da olmasaydı içimizdəki vulkanlara necə dözə bilərdik? Hər gün başqa şəkildə üstümüzə hücum çəkən bəlaların əlindən ne-cə qaçıb xilas ola bilərdik?
Bir an kənddəki sevgilim Güllə bağlı gözəl xəyallardan yayınıb atamı düşündüm. O gün bir qartal kimi qanadlarını üzərimə gərmiş, məni bütün təhlükələrin ortasından sıyıraraq sağ-salamat bura çat-dırmışdı. Tərdən islaqlanmış və dayanmadan çapdığından burun dəlikləri geniş açılan atlarımızı şose yolundan çıxararaq coşğuyla axan çaya sürdüyümüzdə atam dərin bir nəfəs almışdı:
–Can, bax bu irəlidəki dərə Qurusudur, artıq xilas oldun, – de-mişdi.
Qurusuya çatanda günəş batmışdı. Ağacların kölgəsi uzanmış, dağların yamaclarındakı otların rəngi qaralmağa başlamışdı. Gün boyu heç istirahət etmədən yol gəlmişdik. Kənddən çıxalı bir-biri-mizlə bir kəlmə də danışmamışdıq. O kədərlənəndə və ya çarəsizli-yə qapılanda atının qarınına vurub sürətlə önə keçir, mən öz-özümə üsyan etdiyimdə intiqamımı atdan alır və mən sürətlənib önə keçir-dim. Yolboyu mənasız və amansız bir yarışa çıxmışdıq.
Atam bəlkə də itib gedən ümidlərinin ağrısı və mənim gələcə-yimlə əlaqədar düşüncələrinin ağrısı içində davamlı olaraq siqareti-ni tüstülədərkən, mən də qorxu və peşmanlığın içində nəfəsimi içi-mə sıxmış, gözlərimi dar, çınqıllı yollara dikmişdim.
Kənddən çıxarkən, üç ay əvvəl Güllə son dəfə görüşdüyümüz evlərinin arxasındakı uçuq divara baxmışdım. Bir an divarın kölgə-sində onun xəyalını görmüşdüm sanki. Onun süzgün yanaqlarını, uzun saçlarını, quru və hüznlü gözlərini baxışlarımla oxşamışdım. Gözyaşlarımı onun kiçik ovuclarına axıdaraq, qışqıra-qışqıra ağlaya bilmək, onun isti nəfəsiylə donmağa üz tutmuş ruhumu istilədə bil-mək üçün ölməyə razıydım.
Sonra Yusifgilin evlərinin həyətinə baxmışdım. Uçmağa hazırla-şan kərpicdən ev, kiçik, maraqlı eyvan və tüstülənən təndir Anası Shene xala mütləq oyaq idi və təndirin başında oturub xəmir yoğu-rurdu. Necə də canlı və səmimi qadın idi! Hər gün o təndiri yandı-rar, kənddə başqa qadınların bilmədiyi börəklər, kökələr bişirər və hər yoldan keçəni yeməsi üçün dəvət edərdi. Bir gün Yusiflə gedib, təndirin başında isti çörəyi kərə yağına doğramış, ağız dadıyla ye-mişdik. Qabın dibində qalan qırıntıları Sehne xala ovuclayıb bağça-da qovaq ağacına qonmuş quşlara doğru sovurmuşdu. “Qurdun, quşun, böcəyin, qarışqanın da haqqı var çörəyimizdə” demişdi. Nə dürüst, haqq bilən qadın idin sən!
Ah Sehne xala, ah! Nə ürəyi geniş qadın idin sən! İndi sənə kim təsəlli verəcək, kim ovudacaq? Adil əmi? O sərt döyənəkli əlləriylə gözyaşlarını necə siləcəkdi? O kəkələyən diliylə sənin yaranı necə sağaldacaqdı? Bəlkə də bütün sərvəti olan üç-beş qoyunu götürüb evdən çıxıb gedəcək və Araz Çayı boyunca Yusifi axtaracaqdı… Tək oğulun yasını qoyunlarla, quzularla, günəşin qovurduğu sarı otlarla paylaşacaqdı… Yaxşı o böyük qardaşsız qalmış bacılar… Bəl-kə də indi yuxudaydılar, röyalarında Yusifi qanlı halıyla görür və iç-lərini çəkirdilər. Ya da onun, kostyumlu, qalstuklu bir məmur olaraq qürurla kəndə girişinin xəyalı canlanırdı yuxularında.
Kənddən çıxana qədər Yusifgilin kərpic evlərinin divarlarından gözümü ayıra bilməmişdim. Bu ev, bu bağça, bu təndir və bu kənd artıq mənə haram idi. Yenidən gəlsəm də qusuntu kimi məni qusa-caq, çölə atacaqdı.
Dağda əvvəl kəndə getdik. Kənddə yaşlılardan başqa kimsə yox idi. Qoyununu, itini, çadırını götürüb yaylağa getmişdi hamı. Ata-mın böyük dayısı kənddə idi. Evinə getdik, əlini öpdük. Səksən yaş-larındakı Məcid dayı, bizi yaxşı qarşıladı. Nənəmi xatırladı və ona qovuşmuş kimi bizləri əzizlədi, oxşadı, ağladı. Sonra atama gileylən-di:
–Köpəyoğlu, bizə bənzəmədin, atana bənzədin, – dedi. Onun ki-mi soyuq və vəfasız oldun! İllərdir bizi nə axtardın, nə də soruşdun! Ananın ölməyindən belə üç ay sonra xəbərimiz oldu. Ölümün əbədi ayrılıq olduğunu bilmirdinmi? Həsrətlə ölən insanın həmişə qucağı-nın açıq qalacağını söyləmədilərmi sənə? Dayı nə deməkdir? Dayıda ana qoxusu olduğunu bilməzsənmi?
Dayı qışqıra-qışqıra danışdıqca gözlərindən yaş axıdır və tez-tez atamı qucaqlayır, doymadan qoxlayırdı. Atam günahkarlıq duyğu-suyla gözlərini yerdəki qırmızı və sarı güllərlə bəzənmiş Əcəm xal-çasına dikdi və hörmətlə, peşmanlıqla dayısının sözlərini dinlədi. Dayı, atam danlamaqdan yorulduqdan sonra sevgiylə mənə baxdı:
–Bu nəvəmiz, maşallah böyük adam olub, adı nədir?
Atam hüznlə üzümə baxıb cavab verdi.
–Adı Candır.
Dayı iki-üç dəfə adımı təkrar etdi. Yanaqlarımı oxşadı, saçla-rımdan öpdü. Nənəmin qırmızı saçlarına bənzəyən saqqalı üzümə dəydikcə haldan hala düşdüm. Sevinc və hüzn içində tərəddüd et-dim, dayandım. Atam xəcalətli rəftarını buraxaraq hüznlə, yorğun-luqla yoğurulmuş şirin və qürurlu bir ədayla gülümsədi:
–Əllərindən öpər, dedi.
Dayı şəfqətlə əlini başımda gəzdirdi. Ağ qalın qaşlarının altında çuxura düşmüş ala gözləri sevgi dolu idi. Qısa səssizlikdə gözləri yenidən hüznlə doldu. Bəlkə də o an nənəmi düşünürdü.
Nənəmin adı Mərcan idi. Heç dəniz görməmiş sevimli nənəmə bir dəniz məhsulunun adı qoyulmuşdu. Upuzun, qırmızı saçları vardı. Axşamlar yatağa girər-girməz yatağın ortasında oturar, ağ tülbəndini başından açar, saçlarını önünə tökərək qalın kəndir kimi hörərdi. Hər düyünü atdıqca bir əliylə də hörülməmiş saçlarını ox-şayar kimi tumarlayardı. Sonra qalın başlığı döşlərinin arasına diq-qətlə yerləşdirər yatağına uzanar, badam gözlərini tavandakı qamış-lara dikərdi. Nə düşündüyünü soruşanda cavab verməz, amma do-daqlarından müəyyən naməlum, heç eşitmədiyim bir türkünün söz-ləri axıb gedərdi. Çox vaxt qısa, amma yanğılı bir türkü olardı bu. Türkünün yanğılı olmasını onun ala gözlərinin yaşlı olmasından an-lardım. Yanına uzanar, başımı sinəsinə qoyardım. Döşlərinin arasına düşmüş hörgülü saçlarından, sabun qoxusu gələrdi. Və mən o qo-xunu çox sevərdim. Bu davranışım onun da xoşuna gələrdi. Asta-as-ta saçlarımı oxşayardı. Ağzını qulağıma söykəyər, dərin-dərin nəfəs alardı. O an təmiz uşaq beynim və duyğularımla babamı düşündü-yünü anlardım. Hər iç çəkəndə onun, yəni babamın ruhunun bir quş kimi gəlib ürəyinin bir küncünə qonduğunu hiss edərdim. Bəzən ev-də tək qalanda kədərlə bir küncə çəkilər, əllərini dizlərində birləşdi-rər, pəncərədən içəriyə dolan işığa baxıb yırğalana-yırğalana, məni öz dərdinə ortaq sayarmış kimi:
–Oğul, yaşamaq çox çətindir, – deyərdi.
–Yaşamaq nədir nənə? – deyə soruşardım maraqla. Getmək ki-mi bir şey… Yox, yox, ot biçmək, ata minmək, qoyun sağmaq kimi-dir, – deyərdi. Amma bunlar çətin deyil ki, nənə, – deyib gülərdim.
İzah edə bilməməyin çətinliyi gözlərində toplanardı. Badam gözlərini gözlərimdən qaçırardı.
–Gözlə, səhər açılanda sənə göstərərəm, – deyərdi.
Eləcə qolboyun yatardıq. Sonra səhər oyanar oyanmaz nə isə yeyib tarlaya gedərdik. Əli əlimdə bir gənc qız kimi yellənə-yellənə gedərdi. Yeni biçilmiş otların arasından keçərdik. Hər yer nanə və jasmin qoxusu verərdi. O, arada bir dayanar, gözlərini yumaraq bü-tün qoxuları içinə çəkərdi.
–Sən də bir iylə, bax, yaşamaq budur, – deyərdi.
Dayanıb qoxlayardım. Heç bir şey anlamazdım və zəhlətökən-liyə başlayardım.
–Hanı nənə, haradadır yaşamaq?
Gümüş üfüqləri, incə uzun qovaqları, yaşıl söyüdləri, unlu yar-paqlarıyla yaşıl qabıqlı iydələri, analarının qarınlarına başlarıyla vu-ran quzuları göstərərdi.
–Yaşamaq budur, bax – deyə qışqırardı. Səsi dəryaz çəkən kənd-lilərin səs-küyü arasında itər gedərdi. Mən də ona baxıb gülərdim.
–Heç də çətin deyil yaşamaq, deyərdim öz-özümə. Ah, həyatın nə qədər çətin olduğunu daha yeni-yeni anlamağa başlamışdım.
Böyüdükcə nənəmlə daha konkret mövzular haqqında danışar-dıq. Ondan, babamın onu necə qaçırdığını soruşardım. Hər dəfə qa-çırıldığını zövqlə danışardı. Danışarkən sanki o günlərə dönər, at üzərində otururmuşcasına çiyinlərini düzəldib, donqar kürəyini dimdik tutmağa çalışardı.
–Babanız, qorxmaz adam idi, deyə danışardı. Heç biriniz ona bənzəməmisiniz! Ata minməyi, at üzərində dayanması, atı mahmız-lamağı başqa aləm idi. Bu mövzuda kimsə onunla yarışa bilməzdi! Bizim tərəflərə gələndə mən Qurusuda paltar yuyurdum. Evlənmək üçün qız axtarırmış. Bir neçə dəfə bir-birimizi görmüşdük. O gün məni tək-tənha Qurusunun sahilində görəndə atını üstümə sürdü. Üstümə elə gəldi ki, qaçmağa fürsət belə tapa bilmədim. Bir qartal kimi məni tutdu və qucağında möhkəm sıxaraq atını şimşək kimi sürdü. Ağladım, çırpındım, söydüm, amma fayda etmədi. Sonunda təhdid etdim: “Mənim beş qardaşım var”, – dedim. “Bilirsən, bura-dakı insanlar namus məsələsində həssasdırlar, hara qaçsan da tapar-lar səni! Əhəmiyyətsiz hesab etdi, güldü, keçdi. Məni kəndə gətirdi. Sonra bir molla çağırıb nikahımızı kəsdirdi. Bir neçə gün içində onun yad kənddən qız qaçırdığı xəbəri hər yerə yayıldı və qardaşla-rımla qohumlarım bir gecə yarısı kəndə hücum etdilər. Yağış kimi yağan güllələrin səsləri, ürkən atların kişnəmələrinə qarışırdı. Mən qorxumdan yatağa girib üstümüi möhkəm-möhkəm örtmüşdüm. İki tərəfdən də ölən olmasın deyə dalbadal dua edirdim. Qarşıdurma uzandıqca, güllə səsləri artdıqca narahatlığım artırdı. Bir an hər şeyi gözə aldım və çölə atıldım. Başımdakı ağ başörtüyü açdım və dö-yüşənlərin aralarına atdım. Güllələr bir müddət susunca, səssizlik-dən faydalanan bir neçə ağsaqqal araya girib və iki tərəfi barışmağa razı saldı.
Barışıqdan sonra qardaşlarım, əmioğlanlarım mənim əvəzimə günlərlə burdan evlərinə saman, ot, buğda daşıdılar. Bir il boyu on-lara işlədik. Sonra get-gəl oldu, dostlaşdıq və aradakı buzlar əridi getdi.
Atamla Məcid dayı söhbət edərkən mən nənəmin danışdıqlarını xatırlayır, daşdan hörülmüş və tavanından qırıq qamışlar sallanan otağının ən qaranlıq küncünə çəkilərək, dar pəncərəsindən tünd qa-ranlığa gözlərimi dikərək atamı düşünürdüm. Məktəbdən qaçıb gəl-diyimdə necə də sarsılmışdı! O an artıq bütün ümidlərinin bitdiyini analmışdım! Özünün, kiçik də olsa bir məmur, ya da baş məmur atası olma xoşbəxtliyini dada bilməyəcəyini anladığını, kiçik gözləri-nə çökən kədərdən oxumuşdum.
Titrək neft lampasının birtəhər işıqlandırdığı dağların yamacın-dakı daş evin içində, gözyaşlarını içinə axıdan igid atamla Məcid da-yı gecəyarısına qədər söhbət etdilər. Bəzən baxışların mənə döndü-yünü, dərin nəfəslərin alınıb verildiyi, başların kədərlə yelləndiyi söhbətlərin məzmununa fikir vermədən, çəkildiyim küncdə öz özü-mü sorğulamaqla vaxt keçirdim.
Bir gün sonra atam məni Məcid dayıya əmanət etdi və kənddən ayrıldı. Gedərkən uzun-uzun sarıldı, öpdü, dəfələrlə, “Özünə diqqət yetir”, – deyə tapşırdı.
Atına minib dağların arxasında itənə qədər onu izlədim. Atının qarınına tez-tez toxunuşundan və arxasına heç baxmadığından, ata-mın ağladığını anlamışdım. Ağlamaq üçün evin arxasına qaçdım. O an bütün ideallarımın coşqunluğu içimdən silinib getmiş, döyüşüm və kapitalist nizamın yıxılması üçün sıxdığım güllə bütün şiddətiylə dönüb öz böyrümə girmişdi. Evdə boyunubükük qoyduğum iki qo-canın dözülməz gözyaşları, peşmanlığımı və özümə olan əsəbimi son həddə çıxarmışdı. Özümə də, həyata da, ideologiyalara da nifrət edirdim artıq!
Yusifin günahsız və əzik baxışları gözlərimin qarşısından get-mirdi. Onun o mehribanlığı və uşaq məsumluğu vicdanımın alınına silinməz bir damğa kimi vurulmuşdu. Kənd küçələrində çiling-ço-maq oynamağımız və yoxsulluğu ən dözülməz nöqtəsinə qədər pay-laşdığımız günlər, yaddaşımın dərinliklərindən bir-bir çıxaraq bü-tün düşüncələrimi alt-üst edirdi. Yusif, günəşdə yanmış üzü, qəmzə-li yanaqları, canlı, incə dodaqları, işıltılı qara gözləriylə, cırıq pencə-yi, yuyunmaqdan rəngini itirmiş köynəyi və kəmərsiz, paçaları yer-də sürünən şalvarıyla, məktəbdəki ilk günlərimizdə “kəndlim” deyə çağıran içdən gələn səsiylə həmişə məni izləyir, xəyallarımda belə məndən əl çəkmirdi.
İlk günlər kəndin boş küçələrində dolaşar, tərk edilmiş evlərin saman, ot, qoyun peyini dolu həyətlərindən içəriyə baxardım. Bir dost, bir yoldaş axtarmaq üçün, evlərə girmək, otaqlardan otaqlara keçmək, səssiz künclərə doğru, “Mən buradayam!” deyə qışqırmaq arzusu ilə dolaşardım. Kəndin səssizliyindən və yaşlıların boyat söhbətlərindən sıxıldığım anlarda özümü dəli kimi dağlara vurar-dım. Yorulana qədər qayadan qayaya atlar, çəmənlərdə göz görə bil-dikcə yayılmış, sarı, ağ, qırmızı, bənövşəyi tarla çiçəklərin içində sa-ğa-sola diyirlənər, beynimdəki zəhəri çölə axıtmağa çalışardım. Bəzi günlər kəndə axşam qaranlığında dönərdim. Məcid dayı hər geci-kəndə maraqlanar, soruşardı:
– Bacıoğlu, haralara gedirsən belə?
Susar, cavab verməzdim. O isə cavab almaq üçün israr edər, mənim onlara bir əmanət olduğumu vurğulayar, başımın yenidən bəlaya girməməsi üçün təcrübələrini dilə gətirər, öyüd nəsihət ve-rərdi. Mən onu səssizcə dinləməklə kifayətlənərdim. O, şahidi oldu-ğu Ağrı üsyanından danışar, günlərlə soyuq və kimsəsiz mağaralar-da silahına sarılaraq qorxudan və soyuqdan necə tir-tir titrəyərək ölümü gözlədiyini, eyni günləri yenidən yaşayırmışcasına izah edər-di.
– Oğul, qaçmağın sonu yoxdur, deyirdi.
Çəliyilə Böyük Ağrını, Kiçik Ağrını göstərərdi.
– Bu gördüyün dağlarda nə qədər igidlər can verdilər. Qaçanın qovanı çox olar, deyərdi.
Onun nə demək istədiyini anlayırdım. Mənim sonumun nə ola-cağını öz-özümə soruşmağımı gözləyirdi. O gözləntilərin içində qorxunun da böyük bir yerə sahib olduğunu bilirdim. Amma çox vaxt ona cavab verəcək gücü özümdə tapa bilmirdim. Danışdıqlarını anlamazlıqdan gəlməyi seçirdim. Çünki özüm də sonumun nə ola-cağını düşünmək istəmirdim. Onun yanından qaçaraq uzaqlaşıb yaylaqlara gedir, çobanlarla qoyunlar, quzular, keçilər, itlər haqqın-da söhbət edirdim. Südün çobanlar tərəfindən necə sağıldığına, ya-ğın, pendirin necə hazırlandığına baxırdım.
Çobanlarla atlara minib yarışardıq. Sonra onlardan öyrəndiyim “Dirədöymə” oyununu oynayardım. Çəkilmiş dairənin içində saga-sola kəmər yelləyən çobana məndən başqa heç biri asanca yaxınlaşa bilməzdi. Çünki mən kəmərin bədənimdə şaqqıldamağını haqq edil-miş bir cəza olaraq görər, bədənimdən içimə doğru yayılan ağrını önəmli hesab etməzdim. Çobanlar bu halıma çox çaşardılar.
– Bu oğlan ağrıdan zövq alır, deyərdilər.
Vəhşi və heybətli dağların ortasında təkliyim və qorxularım art-dıqca artırdı. Heç bir şey məni sakitləşdirmirdi. Onlarla gözəlliyin və dincliyin içində ürək ağrılarımın və peşmanlıqlarımın iztirabıyla yanırdım.
Ölkədə baş verən hadisələr, gün keçdikcə artan təzyiq hekayə-ləri, ən ucqar kəndlərə qədər yayılmış ideoloji savaşlar, ictimai dəli-lik halını almış qarşılıqlı qətllər, hər gün fərqli gündəm tutmağa çalı-şan boşboğaz siyasətçilər artıq məni heç maraqlandırmırdı. İçimdəki yanğını dolanıb dayandığım dərələrə, təpələrə daşımaqla məşğul-dum və hər gün yeni bir peşmanlıqla geriyə dönməyi, yatağımı dü-şüncə tikanlarıyla doldurmağı vərdiş halına gətirmişdim. Hər gün yanlarına getdiyim çobanlar içində yalnız biri, Memo və onun söh-bətləri, davranışları xoşuma gəlirdi. Memo bəzən susqunluğuyla, bəzən də o cəld və şirin ləhcəsiylə mənə yoldaşlıq edirdi. Onun qo-yunları, quzuları, atı, kəkliyi, iti mənə də yoldaş olmuşdular.
Onun işləri səbəbiylə kəndə getdiyi vaxtlarda, kürəyimə onun yapıncısını atar, əlimə onun dəyənəyini götürər, belimə onun tütəyi-ni taxardım. İt, quyruğunu yelləyərək arxamdan qaçarkən, qoyun və quzular da məni Memo sanaraq qorxusuzca otlamağa davam edər-dilər. Ruhumun daraldığı, xəyallarımın tükəndiyi, səbrimin daşdığı, gözyaşlarımın bulaq kimi gözlərimdən fışqırdığı anlar Memonun ağ atına minər, dəli kimi sağa-sola sürər, qışqıra-qışqıra çapardım. Heç bir səs, heç bir gözəllik daşan duyğularımı sakitləşdirə bilməz, heç bir şey, yay kimi gərilən beynimi rahatlaşdıra bilməzdi. Aman Alla-hım, hər şey bir neçə güllə ilə necə dağılmış və paramparça olmuş-du! Ağrıdakı qar qədər ağ ümidlər itmiş, hər şey yerini dərin qaran-lığa və pessimizmə buraxmışdı. Qara və ümidsiz düşüncələrimlə baş-başaykən Memonun səsiylə özümə gəldim. Əlində qalın bir dür-məklə yanımda dayanıb məni çağırırdı.
–Kirvəm, bu kəkliyiin dadına bax, görək bəyənəcəksənmi?
Əlindəki dürüməyi götürüb dişlədim. Çörəklə birlikdə dişləri-min arasında parçalanan isti ət ağlımı başıma gətirdi.
–Memo, əlinə sağlıq, ət çox ləzzətliymiş!
Memo həm öz dürməyini yeyir, həm də yanında dayanan qəfəs-dəki Canonu oxşayırdı.
–Hələ səninlə nə ovlar edəcək, nə ətlər yeyəcəyik, deyirdi.
Mənəmi, yoxsa Canoya müraciət etdiyini bilmirdim. Yeməyimi-zi yedikdən sonra buz kimi bulaq suyundan içdik. Memo suyu saçı-na, başına çırpıb mənə eşitdirirdi:
–Kirvəm, bu su var ha, sirli sudur!
–Necə sirli?
–Nə qədər yemək yesən ye, bu sudan içdiyin zaman çox keçmə-dən yenidən acarsan, həm də mışıl-mışıl yatarsan.
Güldüm.
–Yuxu da görə bilərsənmi?
–Vallah görərsən! Həm də nə yuxu… Bir əlin yağda, bir əlin bal-da! Ye, babo, ye! Yanında huri kimi qızlar öp, babo, öp!
–Memo, – dedim, – bu huri kimi qızları həmişə yuxundamı gö-rürsən? Heç gerçək bir hurin yoxdumu?“
Memo ovucladığı suyu tüklü sinəsinə çırpıb dərindən içini çə-kərək, dikəldi.
–Qurban, vardır, amma qardaşları çox zalımdırlar.
–Öz kəndinizdəndir?
Əliylə qarşıkı dağı göstərdi.
–Bax, bu dağın arxasındakı kənddədir!
–Bəs gözəldirmi?
–Gözəl də sözdürmü kirvəm? Mələkdi, mələk! Bir xalça toxu-mağı var ki, çiçəklərini görsən oturub hönkür-hönkür ağlayarsan. Sanki bütün ürəyini, dərdini xalçanın çiçəklərinə toxuyur.
–Qardaşları nə deyirlər?
Memo bir neçə dəfə ah çəkdikdən sonra bulağın yanındakı çə-mənliyə çökdü. Cibindən çıxardığı qutudan iki kiçik həb çıxarıb ağ-zına atdı.
–Qardaşları bacılarını düşünmür kirvəm, deyə mızıldandı. On-ları yalnız pul düşündürür. Qız xalça toxuyur axı, belə bir sərvəti buraxarlarmı heç?
–Sən yenə də elçi göndərsəydin…
–Göndərdim.
–Nəticə?
–Başlıq pulu əvəzinə əlli qoyun istədilər. Məndə əlli qoyun nə gəzir?
Yanına gedib yumşaq otların üstündə oturdum. Əlimi çiyininə qoyaraq ona daha da yaxınlaşdım.
–Bax, Memo, sizin tərəflərdə qaçırmaq adəti vardır. Nə üçün qı-zı qaçırmırsan?
Başını aşağı əydi.
–Bu elə də asan deyil, kirvəm!
–Nə üçün?
–Birincisi, Dilo var, – dedi. Mən onların bacılarını qaçırsam, on-lar da mənim bacımı qaçırarlar. Dilo yetimdir, nazlıdır, uşaqdır. Dil-onu elə qurdlara yem etməyə könlüm razı deyil. İkincisi, mənim ar-xam yoxdur. Yəni kimsəm yoxdur. Məni heç kəs qorumaz, arxa dur-maz. Hara gedirəmsə, gedim, məni dərhal taparlar.
Bir anlıq Dilonu düşündüm. Bir neçə gün əvvəl Memoya yemək gətirmişdi. Memo kəndə enmişdi və sürülərinə mən baxırdım. Mə-nim darıxdığımdan at üzərində sürünün ətrafında dəli kimi dolan-mağımı uzun müddət narahatlıqla izləmişdi. Mənim yorularaq otla-rın üzərinə uzandığım vaxt yanıma gəlib Memonu soruşmuşdu. “Yoxdur” deyən kimi böyük çantanı götürərək getmək istəmişdi. Onun Memonun haqqında danışdığı bacısı Dilo olduğunu anlamış-dım. “Memo bir azdan gələr, getmə, gözlə” demişdim. Uzaqda kək-lik ürkəkliyiylə oturmuş, gözləmişdi. İncə, zərif, cana yaxın, sevimli bir qız idi. Gözucu utancaq-utancaq mənə baxır və gülümsəyirdi. Qırmızı rənglərin hakim olduğu uzun bir entari geymişdi. Başına da ağ bir yaylıq bağlamışdı. Yanına yaxınlaşanda qorxmuş, amma ye-rindən tərpənməmişdi. Verdiyim suallara qısa cavablar vermişdi. İn-cə qaşlarının altındakı gözləri Memonun gözləri kimi kiçik, amma cazibədardı, gecənin qaranlığını deşən parlaq bir fənər işığı kimi parlayırdılar. Zərif, simpatik bir üzü vardı. Bədəni ağ, yanaqları al-qırmızıydı. Boğazının altından adətdir deyə bağladığı çarşaf və çar-şafdan çölə daşmış uzun qara saçları onu olduqca yetkin göstərirdi. Danışarkən baxışlarını məndən qaçırırdı. Türkcəsi Memonunkun-dan daha pis, amma şirin idi. “Memo yoxdur?” deyə sual verməsi o qədər xoş idi ki, gülməmək üçün özümü zorla saxlamışdım. Gülüm-səyərək, “Yoxdur, yoxdur” demişdim. O, lağ etdiyimi anlamış, nara-zı baxışlarla məni şirin-şirin süzmüşdü.
Bir neçə dəfə gedib-gələndən sonra məni yaxından tanımış, ya-nımda daha rahat hərəkət etməyə başlamışdı. Mən danışarkən ür-kək ceyran kimi yanımda oturar, heç səsini nəfəsini çıxarmadan mə-ni dinləyərdi. Lakin nəfəs alıb-verməsindən həyəcanlı olduğunu an-layardım. Mən nə isə danışarkən fərq etdirmədən çənəmin altını kəsdirərdi. Bədənimin bir yerinə toxuna bilmək üçün özünə əl qatar-dı. Qolumun ona dəyməsi üçün həmişə yaxın oturar, mən qəsdən qolumu çəkdikcə o daha da yaxınlaşardı.
Memonun baxışları dağların zirvəsində idi. Bəlkə də sevgilisini düşünürdü.
–Bəs, bunun heç çarəsi yoxdurmu?” deyə soruşdum.
–Boş ver, – deyə qışqırdı. – Cano bizə bəs edər.
Qutudan bir həb də çıxararaq ağzına atdı.
–Memo, o ağzına atdığın nədir?
–Maraş otudur!
Qutusunu çıxararaq mənə də uzatdı.
–İstəyirsən, yoxla.
Gümüş qutunu açdım və tünd rəngli həbi ağzıma atmaq istə-dim. Memo müdaxilə etdi.
–Dodağınla dişinin arasına qoymalısan!
Elə etdim. Dodaq damarlarımı yalayan bir acılıq bütün ağzımı və damağımı bürüdü. İkrahla üzü-gözümü əydim.
– Memo, bu çox acıdır, içində nə var?
–Tütündür!
–Amma tütünə heç bənzəmir…
Ləzzətlə güldü.
–Kirvəm, tütün dediksə, sadəcə tütün deyil ki…
–Yoxsa marixuana var içində?
–Xeyr, xeyr! – dedi. Bunun içindəkilər tütün, palıd külü və su-dur. Başqa bir şey yoxdur. Mən bunu Maraşlı bir çobandan öyrən-dim. Tütünü yaxşıca ovub sonra palıd odununun ağ külündən üstü-nə səpib sonra yüngülcə sulayırsan. Yaxşıca yoğurduqdan sonra ba-laca-balaca yumrulayırsan.
–Özəlliyi nədir?
Şirin-şirin güldü.
–Birazdan görərsən!
Çox keçmədən başım fırlanmağa başladı. Bulağın yanında diz çökdüm və ovucladığım suyla üzümü yudum. Sonra, Memodan bir az uzaqlaşaraq yerə uzandım. Əllərimi başımın altında qoyub bu-ludsuz, aydın səmanı seyr etməyə başladım. Memo ləzzətlə fit çalır-dı. Mənim başım fırlanırdı. Qırmızı lalələr, lalə cücərtilərinin arala-rında parıldayan ağ və sarı tarla çiçəkləriylə birlikdə yerə yapışmış qatır dırnaqları küləyin təsirindən uçuşurdular. Kiçik bulağın şırıltı-sı bir göy gurultusu kimi qulaq pərdələrimi deşirdi. Gücsüz bar-maqlarımla qulaqlarımı tıxayırdım. Sonra nəmli otların üzərində di-yirlənərək aşağılara sürüşdüm. Yuxarıdan hələ Memonun səsi gəlir-di. İndi də türkü oxuyurdu.
Aman yarım, canım yarım
İgidim, aslanım yarım…
Bu kövrək türkünü əvvəl də eşitmişdim. Hətta onunla bağlı əh-valatı da bilirdim. Türkü, bir ailə faciəsi yaşayan qadının ərindən ay-rılmağını, ölümə nifrini, təkliyin, yorğunluğun, kasıblığın ağrısını izah edirdi. Sanki hər sözü mənə deyilirmiş kimi ağrıyla yerimdə qıvrılırdım. Hər tərəfim titrəyirdi. Özümü daşlara, torpağa çırpmaq istəyirdim. Fırlandıqca, fırlanırdım. Torpağa pərçimlənmiş qapqara daşların iti ucları bədənimə batırdı. Ağlayırdım. Anamı, Yusifi, ölü-mü, Gülü düşündükcə ağlayırdım.
Gözyaşlarım otların yanaqlarını yalayır, torpağa qarışırdı. Mən dərin-dərin tövşüyərək yüksək səslə zarıyarkən sarı qanadlı arılar uçuşurdu. Bənövşəyi bir çiçəyin başına qonan ağ qanadlı bir kəpə-nəyə çatmağa çalışırdım. Sürünərək yaxınlaşırdım. Kəpənək uçub gedirdi. Kəpənəyin dümağ qanadının ortasında qara, qapqara bir nöqtə vardı. Baxışlarımı tam o nöqtəyə zilləyirdim. Bütün varlığım o nöqtədə cəmləşirdi. Əslində mən də qara bir nöqtəydim. Amma qa-nadda deyil, yerdə idim. Sürünürdüm. Kəpənəyə çatanda hər şey bitəcək, “mən də uçacağam” deyə düşünürdüm. Amma bütün səy-lərim nəticəsiz qalırdı. Düşüncələrim kəpənəyin arxasınca düşmüş-dü. Amma mən yerdə idim. Sanki uçan və sürünən iki varlığa bö-lünmüşdüm. Bir tərəfim uçur, bir tərəfim sürünürdü. Köynəyimin düymələrini dartıb açdım. Sinəmi, gözyaşlarımın islatdığı torpağa sürtdüm. Torpaq mənə yanan ocaq kimi gəlirdi. İstilik sinəmdən ürəyimə axırdı. Dərinlərdən anamın yanğılı səsini eşidirdim:
–“Oğul, ölüm ağrıdır”,deyirdi. “Oğul, torpaq sərindir”, deyirdi. “Oğul, ölümün atəşini ancaq torpaq söndürür”, deyirdi. “Oğul, heç bir ölüm bir son, heç bir son qaranlıq deyil”, – deyirdi.
O səsə doğru getmək istəyirdim. Ayaqlarıma sarmaşıqlar dolan-dığını düşünürdüm. Qollarıma, çiyinlərimə yapışmış əllər məni ge-riyə dartır, yerdə diyirləndirirdi. Anamın səsi uzaqlaşırdı. Uçuru-mun dibində uğuldayan “Oğuuul!” qışqırığına cavab olaraq içim-dən, “Məndəki ölümlər heç bitmir, anam!” deyə qışqırırdım. Bütün dərdlərin içində bir səs yaxınlaşır və ürəyimin atışını azaldırdı. Bu yanımda dayanan Memonun səsi idi.
–Qalx kirvəm, qalx qurban, qalx!
Qalxa bilmirdim, sürünürdüm. Gözlərimin qarşısında Dursu-nun qanlı xəyalı canlanırdı. Dursun yerdə idi. Qolu, qıçı parampar-çaydı. Qəhvəyi gözləri suyun içində boğulmuşdu. “Dursun, Dur-sun!” deyə qışqırdım. Dağlara, daşlara, dərələrə, sulara çarpan səs-im məni havalandıraraq məktəbimə geri apardı. Sanki məktəbimizin yeməkxanasına qədər uzanıb gedən geniş meydançada döyüş yeni-dən başlayır, qışqırıqlar, söyüşlər, şüarlar, güllə səsləri göylərə yük-səlir və sağçıların toplandığı böyük sərv ağacının altında Yusifin ye-rinə mən vurulurdum. Sinəmdən axan qanları Yusif ovuclayır və sol
çu tələbələrin üstünə səpirdi. Ətrafa saçılan qanla birlikdə mə-nim qışqırığım məktəbin yüksək daş divarlarına çıpılır, yabanı nar ağaclarının, böyürtkənlərin, ilğınların, qamışların, çəmənlərin ara-sında dağılır, Çoruhun dəli tərəfindən axan sularına qarışıb gedirdi. Təkrar sürünməyə başladım. Təngnəfəs olmuşdum. Dağların arxa-sından insan qaraltıları meydana gəlir, qara lülələr uzanır, qıçlarımı, belimi, başımı nişan alırdılar. Buşlatım çirk-pas içində idi. Jaketim barıt iy verirdi. Barmaqlarım silahımın lüləsində donmuşdu. Yanım-da Çingiz inildəyirdi. Trotskii Sermet özündən getmişdi. Dursun məni çağırırdı. Məni və anasını… Sürünürdüm. Dursunun parçalan-mış qıçını tuturdum. Sonra qorxuyla qolunu, sonra üzünü yoxlayır-dım. Əllərim qana batırdı. Mədəm bulanır, başım fırlanırdı. Bir qa-raltı sürətlə mənə doğru irəliləyirdi. Bu kim idi, nə üçün mənə doğ-ru qaçırdı? Gözqapaqlarım donmuşdu. Oynatmaq üçün məcbur edirdim özümü. Kirpiklərim bir-bir qırılırdılar. Dursunun ağzından qan sızırdı. İncə, qıpqırmızı, isti qan… Qaraltı yaxınlaşdıqca yaxınla-şırdı. Sallanan bığlarında iki dinamit asılmışdı. Dinamitin ucları fitil-lənmişdi. Fitillərdən barıt tüstüsü, barıt qoxusu fışqırırdı. Sürünür-düm. Dursun inildəyirdi. Məni və anasını çağırırdı. Çingiz ağlayırdı. Trotski Sermet səssiz idi.
İsti və sərt əllər əllərimi qavrayınca diksindim. Memo əllərimi əllərinin içinə alıb ovurdu.
–Qurban, sən ilan deyilsən ki, belə sürünürsən, – deyirdi.
Düzdü, mən ilan deyildim, amma biri sanki mənə sürün deyir-di. Ruhum yox idi yanımda və ruhsuz bir sümük yığını kimi sürü-nürdüm. Ruhum bir az əvvəl röyamda gördüyüm ağ kəpənəklə bir-likdə uçub getmişdi. Bədənim yorulmuş, taqətdən düşmüşdü, qalxa bilmirdim. Qısa həyat, güllələr, ölüm, dostluq sızıltısı məni tərk et-mirdi. Memo məni uzandığım yerdən qaldırmağa çalışırdı, mən mü-qavimət göstərirdim. Lakin çox taqətsiz idim, müqavimət göstərmə-yə gücüm yox idi. Qollarım, qıçlarım donub bərkiyib, yerə yapışmış-dı. Memo məni çətinliklə qaldırdı. Bütün gücümlə çiyinlərinə söy-kəndim.
–Kirvəm, “ot” sənə pis təsir etdi! İndi mən səni yaxşılaşdıraram.
Məni çəkib bulağın aşağısındakı sərt və iti qayaların yanına apardı. Böyük və qara qayanın dibində dar və dərin bir yarıq vardı. İçindən uğultular gəlirdi. Sanki aşağıda fırtına qopurdu. Memo ya-rıqdan aşağıya baxdı.
–Bax kirvəm, – dedi, – bura buzluqdur.
Aşağı baxdım. Hələ başım fırlanırdı. Yarıq dar və qaranlıq idi. Üstündəki iti qayanın ucuna bir ip bağlanmışdı. Memo ipi tutub yu-xarı çəkdi. İpin ucuna bağlı köhnə bir yağ qabını çölə çıxardı.
–Kirvəm, fikir eləmə, indi yaxşılaşdıracağam səni! “Ot” başına vurub. Alışmayanlar üçün normaldır bu! Sən kədərlənmə!
Qabdan böyük buz parçası çıxardı və daşa vuraraq parçaladı. Buzun dağılan kiçik parçalarını ağzıma doldurdu. Əvvəl dişlərim qamaşdı. Sonra ağzımı keyidən soyuğa alışdım və buz parçalarını, fındıq kimi tikə-tikə yedim. Buzlar boğazımdan aşağı endikcə mə-dəmdə başlayan bir sərinlik beynimə doğru yayıldı, rahatladım. Gözlərim Memonu daha yaxşı görməyə başladı. Gözlərimin önün-dəki bulanıqlıq, alınımdakı temperatur yavaş-yavaş azalmağa başla-dı. Memo gülümsəyirdi. Zəfərindən əmin bir komandir kimi qar-şımda oturaraq bir əlini çiyinimə qoydu:
–İndi necəsən? – deyə soruşdu.
Memonun qarşısında düşdüyüm haldan utanaraq gülümsəmə-yə çalışdım.
–Yaxşıyam, yaxşıyam, – dedim.
Memo qılınc kimi incə və əsmər üzünü örtən qalın və qara qaş-larının altındakı qurğuşun kimi kiçik gözlərini üzümə yaxınlaşdırdı.
–Kirvə, əminəm ki, dərdin var.
Gözlərimi gözlərindən qaçırdım. Baxışlarımı həsrət dolu üzlərə baxarcasına uzaqlara dikdim.
–Qurban, dərdini gizlətmə məndən! Digər çobanlar sənin adam vurduğunu deyirlər, amma mən inanmıram. Sən mənim bu halıma baxıb məni cahil sanma! Mən dərddən də anlayıram.
Elə isti və səmimi rəftarla qarşımda oturub gözlərimə baxırdı ki, ona yalan danışmaq və o tərtəmiz duyğularını ləkələmək içimdən gəlmirdi. Amma doğrunu necə söyləyə biləcəyim mövzusunda da heç bir hazırlığım yox idi. Hətta Memodan başqa biri bunu soruş-muş olsaydı, heç bir şey izah edə bilməyəcəyimi bilirdim. Ayrıca, güllələdiyim Yusifi, sevdiyim Gülü, ümidlərinə əzab qatdığım ana–mı və atamı, sistemin çarxında pərən-pərən düşmüş, düşmən düşər-gələrə bölünmüş mənim yaşımdakı gəncləri və onların yalnız şüar-larını öyrənə bildikləri ideologiyaları başdan sona qədər Memoya izah etsəm anlayardımı, görəsən? Anlasa belə nə faydası vardı bü-tün bunların? Bu ölkənin qarışıqlığına, müşkülə dönmüş, alt-üst ol-muş problemlərinə çarə tapardımı? Məni düşdüyüm peşmanlıq çu-xurundan qurtarardımı? Mənə haqq verərək bir ölümün günahkarlı-ğını yaddaşımdan silərdimi? Yusifi və bir anlıq hirslərinin qurbanı olmuş minlərlə Yusifi geri gətirərdimi? Heç inanmıram!
–Memo mən ölümü haqq etmiş bir adamam, – dedim. – Ruhu çirklənmiş adam. Anlayırsanmı? Yalnız sonumu gözləyirəm, vəssa-lam.
–Aman kirvəm, elə şeylər düşünmə, – dedi. – Sən hələ gəncsən. Eyni zamanda yanında mən varam. Mən sənin yanında olduqca qorxma, sənə heç bir şey olmaz.
Onun sərt və isti əli çiyinlərimə dəydikcə içimi güvən dalğası doldururdu. Onu çox güclü və bu dağların hakimi olaraq görür-düm. Hətta zaman-zaman, onun yanında bir ömür boyu belə qala biləcəyimi düşünürdüm. Onun qoyunları, itləri, bacısı Dilo ilə birlik-də bu dağların tərtəmiz havasını tənəffüs edər, onların yanında ol-duqca, yaralanmış ruhumu da sağalda bilərdim. Başımdakı düşün-cələrin verdiyi rahatlıqla Memoya sataşdım:
–Memo, sən mənim dərdlərimi boş ver, – dedim. Gəl sənin bu sevdiyin qızı qaçıraq.
Memo həyəcanla yerində tərpəndi.
–Aman Babo, sən nə danışırsan? Bir az əvvəl nə üçün qaçıra bil-məyəcəyimi izah etdim axı sənə…
–Qulaq as, – dedim. – Hər şeyin bir yolu var. İnsan həyatda ən çox arzuladığı şey nədirsə, onu etməlidir. Yoxsa yaşamağının heç bir mənası qalmaz. Qızı, həqiqətən, sevirsənsə və qardaşları da vermir-lərsə, heç nədən qorxma, qaçır qızı!
Memo yanıma çökdü və düşüncələrə daldı. Baxışları yalçın qa-yalıqlarda idi. İndi başından min bir düşüncənin keçdiyini adım ki-mi bilirdim. Müdaxilə etmədim. Susaraq gözlədim. Əvvəl özü dü-şünməli və qəti bir qərara gəlməli idi. Bir müddət sonra düşünməyi buraxıb üzümə baxdı.
–Yaxşı, qızı qaçırdıq deyək, sonra hara gedək, harada gizlənək?
–Onu mən həll edərəm. Yetər ki, sən qərar ver…
Onları kəndimizə göndərəcəkdim. Memonun onsuz da yeri-yurdu yox idi. Qoyunları satar, bir az qazanc əldə edər, onunla da bizim kənddə tarla satın alardı. İşlədikdən sonra ya bura, ya da bi-zim kənd, nə fərqi vardı? Qarmaqarışıq düşüncələr içində tərəddüd edən Memoya planımı izah etdim.
Dinlədi və səsini çıxarmadı.
–Qoy hələ düşünüm, – dedi. – Yaxşı-yaxşı düşünüm.
III
Memo tez-tez bəhanə uydurur, kəndə gedirdi. Kəndə endiyi vaxtlarda onun çadırında yatır, sürüsünə göz-qulaq olurdum. Me-monun yenə qoyunlarını mənə tapşırıb getdiyi bir gün Dilo gəldi.
–Memo yenə yoxdur, – deyə soruşdu.
–Yoxdur, – dedim.
Güldü. Sanki Memonun olmadığına sevinirdi. Xüsusilə son vaxtlar yaylağa Memonun olmadığı zamanlarda gəlirdi. Onun gəli-şindən mən də xoşlanmağa başlamışdım. Getdikcə gözümdə sevim-liləşir, uşaq baxışları, uşaqca gülüşləri ilə ürəyimə bir yaz günəşi ki-mi istilik yayırdı. Onda Güldən işarələr görürdüm. Bəzən yanım-daykən, bütün olanları, içimdəki kədəri, hüznü unudur və sanki Güllə bərabərəm duyğusuna qapılırdım.
Özü ilə gətirdiyi quzu qovurmasından birlikdə yedik və söhbə-tə başladıq. O məndən dənizi, gəmini, qatarı, fabriki, şəhəri, şəhərin insanelarını soruşdu.
–Dəniz çox böyükdür, – deyə soruşurdu.
–Çox böyükdür, deyirdim.
Gözlərini bərəldib dinləyirdi. Ona dənizin maviliyini, dalğala-rın sağa-sola çırpınmasını, suların ucsuz-bucaqsızlığını, ağ qağayıla-rı və onların qışqırıqlarını izah etməyə çalışdım. Dənizin üstündə, tanımadığımız ölkələrə gedən böyük gəmilərdən danışdım. Gəmilə-rin kapitanlarından, ağ, tərtəmiz formalarından başlayaraq, gündə-lik çörəyini qazanmaq üçün qollarına taxdıqları kiçik səbətlərdə daşıdıqları bıçaqları, qələmləri, saqqızları, alışqanları satmaq üçün səhərin erkən saatında yola çıxan və müştərilərin diqqətini çəkə bil-mək üçün müxtəlif hərəkətlər edərək çır-çır çığıran şərqli uşaqlara və onların üzlərindəki hüznlərə qədər hər şeyi izah etdim. Məni diq-qətlə dinlədikdən sonra yenidən soruşdu:
–Bəs qatar? Həqiqətən, dəmirin üzərində sürüşərək gedir?
Bu dəfə ona qatarı izah etməyə çalışdım. Ağzımdan qatar səsi kimi səslər çıxararaq qatarın gedişini, fit çalmasını, stansiyaların iz-dihamlarını, bir-birilərindən ayrılan insanların həsrətlə başlarını pəncərədən uzatmaqlarını bacardığım kimi danışdım. “Puf puf…” deyə səslər çıxarıb fit çalarkən o mənim komik halıma yerə yıxılana-can güldü.
Çiçəklərin arasında yan-yana diyirlənməyimiz əsnasında üzü-mü yandıran nəfəsi məni dəli etməyə bəs etmişdi. Bir anlıq özümü saxlaya bilmədim və qollarından yapışıb qucağıma aldım, dodaqla-rından öpdüm. Ani hərəkətimdən çaşdı. Əllərimdən xilas olaraq qaçmaq istədi. Qollarını buraxmadım. Yavaşca özümə çəkdim və donun üst qismindəki iki düyməni dartıb açdım, boyunu və boyu-nun altını öpdüm. Bədəni lavanda çiçəyi qoxuyurdu. Mənim öpüş-lərimi və oxşayışlarıma etiraz etmədən sakitləşdi, təslim oldu. Lakin mən çay kimi coşub-daşan arzularımdan utandım və bir anda peş-manlıq, günahkarlıq duyğularıyla onu buraxdım və onun yanında üzüqoyulu yerə uzandım. Yenidən Gülü xatırlamışdım. Gülə verdi-yim sözləri, onun kiçik və təmiz ürəyinə verdiyim ümidləri düşün-düm. Mən necə adamam?
Üzümü otlara sıxdım. Bir arı vızıldayaraq başımın üstündən uçub getdi. Lap aşağılarda bir quzu yazıq-yazıq mələdi. İçim sızım-sızım sızladı.
Saçlarımda Dilonun əli gəzişincə ona doğru döndüm. Kiçik döş-ləri həyəcanla enib-qalxırdı. Üzü qıpqırmızı olmuşdu. Üzüm ona doğru dönər-dönməz utandı və kiçik qara gözlərini yumdu, amma bir əli hələ saçlarımda idi. Mən də əlimi saçlarına apardım. Örtüyü boyuna düşmüş, qapqara saçları üzünə yayılmışdı, düzəltdim.
Bu günahsız qızla oynamağa mənim haqqım var idimi? Bu dağ çiçəyinə, bu əllərinə əl, dodaqlarına dodaq dəyməmiş qıza nələr et-mək istəyirdim mən? Bu kiçik dünyasında gözlədiyi ağ atlı şahzadə-ni öldürməyi, onu aldatmağı necə düşünə bilərdim mən? Necə bir insan olmuşdum mən? İndi də könül qatili olmağamı qərar vermiş-dim. Ya inanclarım, ideallarım? Ürəyimi, beynimi dolduran bütün bu sözlər, şüarlar, tezislər, nəzəriyyələr hamısı yalan və boş idimi? Mərhəmətsizcə əlimə silah almış və bir insanı vurmuşdum. Ürəyimi peşmanlıq duyğuları ağrıtsa da vurmuşdum! Qorxaqcasına qaçmış bu insanlara sığınmışdım. Yaxşı, indi? İndi utanmadan bunları da aldadacaqdım? Nəticədə yeri-yurdu, çarəsi, imkanları olmayan bir qaçaq deyildimmi? Eyni zamanda buraların adamı olmadığımı da bilirdim. Mən ömürboyu çoban olaraq dağlarda, yaylalarda Dilo ilə birlikdə qoyun, quzu güdə bilməzdim ki… Gec-tez ya tutulacaqdım, ya da bir jandarma gülləsiylə vurularaq qaya dibində ölüb gedəcək-dim. Günahsız və ürəyi sevgi dolu Dilonu özümlə birlikdə yandır-mağın mənası nə idi? Dərhal özümə gəldim. Ani dəyişməmdən heç bir şey anlamayan Dilo da toparlanaraq, şalını təkrar başına atdı, do-nun açılmış düymələrini bağladı.
Dilo savadsız dağlar qızı, kiçik göyərçin olsa da könlü dolu bi-riydi. Dinləməyə, öyrənməyə aşiq idi. Bir çox əfsanələr, xalq hekayə-ləri bilirdi. Birdən ona oxumaq-yazmaq öyrətmək istədiyimi söylə-dim. Üzünü çevirdi:
–Yox, istəmirəm, – dedi.
Çaşdım. Nazlandığını düşündüm.
– Yaxşı, mənə dön, üzümə bax, – dedim.
–Baxmayacağam, – deyə qışqırdı.
–Axı nə üçün?
–Elə!
–Yaxşı, məndən küs, amma sənə hərfləri öyrədim, oxumağı öy-rən!
–Öyrənməyəcəyəm!
–Səbəb?
–Öyrənib nə edəcəyəm?
–Kitab, qəzet, məktub oxuyacaqsan. Yeni məlumatlar öyrənər-sən.
–Yeni məlumatlar nə işimə yarayacaq ki?
–Nə işə yarayacaq nə deməkdir? Tutaq ki, şəhərə getdin və yo-lunu azdın, nə edəcəksən?
–Təkbaşına niyə şəhərə gedim ki?
–Tutalım ki getdin?
Çevrilib üzümə baxdı, sonra şeytanlığına salaraq gözlərini qıyıb güldü.
–Getsəm, səninlə gedərəm.
–Tutaq ki, mən yoxam! Memo da yoxdur. Təksən və işin çıxdı, getdin. Yollar çoxdur və qarışıqdır. Qayıtmaq istəyəndə yolunu az-dın və yol işarələrini də oxuya bilmirsən, nə edəcəksən?
–Soruşaram.
–Yolda heç kim yoxdur!
–Millətə nə olub ki?
–Uff, sən adamı dəli edərsən! Əşşi, oxumağının nə zərəri var ki? Oxuma öyrənib əlinə bir kitab alarsan, başqa insanlar nə düşünürlər, nə yeyirlər, nə içirlər öyrənərsən!
–Mənə nə başqa insanlardan? Mən onların yeməklərindən yeyə-cəm?
Şalını çəkdim, saçları təkrar üzünə dağıldı.
–Ay dəli! Ye deyən kimdir? Bax, dənizi soruşdun, qatarı soruş-dun, şəhəri soruşdun ha… Oxumağı bilsəydin kitabdan oxuyardın.
–Niyə oxuyum ki, sən izah elədin də.
Sürüşüb düşmüş şalını yenidən dartdı. Ceyran kimi hoppana-raq oturduğu yerdən qalxdı və yanımdan uzaqlaşdı. Onu tutmaq üçün mən də oturduğum yerdən qalxdım. Hoppana-hoppana bir ağacın arxasına qaçdı. Bir az qovaladıqdan sonra tutdum. Arxadan belini qucaqladım. Əllərimi dişlədi, buraxdım, yenidən qaçdı. Uzaq-da bir təpəciyin üzərinə çıxaraq dilini çıxardı.
–Sən bilsən yetər, mən öyrənməyəcəyəm.
–Şeytan, sən istəməsən də, məcbur öyrədəcəyəm.
–Öyrədə bilməzsən!
–Görərsən!
–Görərik! Barışaq, sənə bir hekayə danışım.
–Yaxşı, gəl danış.
–Amma toxunmaq olmaz.
–Oldu.
–Özün bil, toxunsan dişləyəcəyəm.
–Ay aman, qorxduq! Yaxşı, dişləyərsən.
Qaça-qaça yanıma gəldi, şalını başına bağladıqdan sonra yerə çömbəldi. Yanaqları qızarmış, dodaqları canlanmışdı. Sinəsi yenə sürətlə enib-qalxırdı.
–Əllərini göstər.
–Əlimə nə olub ki?
–Dişlədim axı, ağrıdı?
Əllərimin üstünü göstərdim. Üzərlərindəki diş izləri görünür-dü. Əllərimi üzünə doğru çəkərək öpdü. Başını tumarladım.
–Ay səni, dəli qız! Yaxşı, hekayəni danış.
–Əvvəlcə sənə bir sual verəcəyəm.
–Ver görək.
–İnqilabçı nə deməkdir?
–Bu sözü haradan eşitmisən?
–Hamı səni belə çağırır, sənə inqilabçı deyirlər.
Gülümsədim.
–Mən inqilabçı deyiləm, – dedim. – Yəni, hələ ola bilməmişəm.
Dodaqlarını büzdü:
–Eləmi? Nə vaxt olacaqsan?
–Oxumağı öyrənib oxusan, inqilabçının kim olduğunu da öyrə-nərsən. Sən belə şeyləri düşünmə, hekayəni danış.
Əliylə uzaqlardakı dərəni göstərdi.
–Bu Qarasunu görürsənmi?
–Bəli, nə olub Qarasuya?
Dəxlisiz-dəxlisiz gülümsədim. Dodaqlarını əsəbiləşmiş uşaq ki-mi sıxdı, üzünü qırışdırdı.
–Lağ etsən, danışmayacam.
Yaxşı, lağ eləmirəm, danış.
Gözlərini dərəyə dikərək danışmağa başladı.
–Bir zamanlar bu Qarasunun adı Ağsuymuş. Ağ köpüklü sular-da ağbalıqlar üzərmiş. Ətrafındakı otların içlərində ağ xallı çiçəklər açarmış. Suların üzərindən axdığı torpaqlar, qumlar, daşlar süd kimi ağappaq olarlarmış. Hətta bəzən qara buludlar göydən enərək ağ sudan qidalanıb ağararmış. Təbii ki, bunu hamı görə bilməzmiş. Yal-nız könlü ağ, ürəyi saf insanlar buna şahid ola bilərlərmiş. Burada üzü qapqara, amma ürəyi təmizlik və sevgi dolu qara bir çoban ya-şayarmış. Onun, bir qara tütəyi, bir qara atı və bir qara itindən başqa heç nəyi yox imiş. Üzünə baxılası deyilmiş, amma tütəyi ilə elə yan-ğılı türkülər çalırmış ki, kəndin bütün qızları qayaların arxasında gizlənib onun tütək çalmağını dinləyirlərmiş. Bir novruz sabahı Qa-ra Çoban buludların göydən enərək Ağsudan su içdiklərinə şahid olur. Gördüklərindən heyrətlənib qara tütəyi, qara atı və qara itiylə birlikdə özünü buludların içinə atır. Atılmağına atılır, amma çıxan-da nə özünü, nə tütəyini, nə atını, nə də itini tanıya bilmir. Çünki üçü də ağappaq olubmuş. Üçünün də gözləri başqa cür görməyə, dodaqları bir başqa cür gülməyə, ürəkləri başqa cür döyünməyə başlayır. Tütəyini hər piləyəndə yanğılı türkülərin kədərindən tütə-yinin ucundan ağ tüstü çıxmağa başlayır.
O gündən sonra Qara Çobanın adı dəyişib Ağçoban olur və Ağ-çoban otların, ağacların, quşların, böcəklərin, heyvanların dilini an-lamağa, onlarla danışmağa başlayır. Ağçoban onlarla danışdıqca dərdləri də artarmış. Çünki hər kəsin özünə görə bir dərdi varmış. Ağaclar quşlardan, quşlar küləklərdən, böcəklər qoyun-quzulardan, qoyun quzular qurdlardan, qurdlar insanlardan yəni hər kəs bir-bi-rindən şikayətçi və dərdli imiş. Qayğısız yaşadıqlarını sandığımız böcəklərin, heyvanların minlərlə dərdi varmış. Ağçoban bunları öy-rəndikcə kədərlənər, kədərləndikcə yeməkdən-içməkdən kəsilərmiş. Günlərlə kəndə enməz, insanlarla danışmazmış. Günlərini ya bir qa-ya dibində, ya da bir ağac altında keçirərmiş. Onu görənlər, oturdu-ğu yerdə saatlarla onun dayanmadan mızıldandığını eşidib, heyrət-lənərlərmiş. O isə dərdini soruşanlara gülüb-keçərmiş. –Mənim bil-məkdən başqa dərdim yox, deyirmiş.
Bilməyin nə olduğunu soruşanlara da, bilmək, çarəsi olmayan xəstəlikdir, deyirmiş. Bilən insan, öz-özünü atəşə atmağa hazır olan-dır, deyirmiş. Gözlərimin qarşısından pərdə açılınca gerçək görmə-yin nə olduğunu öyrəndim. Kaş heç bir şey bilməsəydim, köhnə ha-lımla qalsaydım, deyə şikayətlənərmiş. Xoşbəxtliyin sirri bilməmək-dəymiş, deyə nəsihət verirmiş. Daha dərindən maraqlanıb soruşan-lara da, maraq, öyrənməyin yarısıdır. Və əlavə edərmiş ki, görə bil-dikləriniz həyatın çox az hissəsidir. Hər şeyi görsəydiniz dözə bil-məzdiniz. Gün gəlir, çox şey bilən və görən Ağçoban buralarda ya-şayan bir bəyin qızına aşiq olur. Ağçoban sevdaya düşən kimi bütün bildiklərini unudur, gördüklərini görməzdən gəlir. Çünki yalnız sevda “bilmək xəstəliyini” sağaldırmış. Sevgisorğulayan gözünü bağlayır, könül gözünü açarmış. Ağçoban sevdaya düşdükdən son-ra, bildiklərini bilmir, gördüklərini görmür və gündən günə qaral-mağa başlayır. O qaraldıqca Ağsunun suları, daşları, balıqları da qa-ralırlar. Ağsunun adı Qarasu, Ağçobanın adı yenidən Qaraçoban olur. Qaraçoban Bəyin qızını qaçıraraq onunla evlənir. Bəy də, Qara-çobanın igidliyindən xəbərdar olduğundan, əsəbiləşsə də onlara to-xunmur. Bax, buralarda yaşayanlar Qaraçobanın nəslindəndir. Ha-mısı sevgini bilir, amma bilgiyə yaxınlaşmaqdan qorxurlar. Onlar bilmək üçün heç bir şeyi öyrənmək istəməzlər. Amma doğuşdan hisləri qüvvətlidir və dağları, daşları, heyvanları, otları, çiçəkləri bil-gisiz tanıyar və sevərlər. Burada az qala hər kəs Bəyin qızı kimi əv-vəl sevdalanar sonra da qaçaraq evlənərlər.
– Amma bütün bunlara baxmayaraq, bilmək pis bir şey ola bil-məz, dedim.
Çoxbilmiş yaşlı qadın ədasıyla çiyinlərini dikləşdirib başını yu-xarı qaldırdı.
– Çox şey bilmək pisdir, dedi.
– Nə üçün?
– Çox bilənin, çox dərdi olar, deyərlər. Ən yaxşısı az bilib çox sevməkdir.
– Məsələn, quşların səsini bilmədən dinləmək, çiçəklərin necə açdıqlarını bilmədən solana qədər iyləmək daha gözəldir. Bilmək is-tədinmi səbəblərini də soruşmağa başlarsan sonra çaşıb qalarsan!
Eşitdiklərimə inana bilmirdim. Kiçik bir qızdı, dağ başında ya-şayırdı və buna baxmayaraq çox maraqlı düşüncələri vardı.
– Qız sən nə qədər şey bilirsən, dedim. Filosof kimisən.
– O nədir?
– Filosof, həqiqəti araşdıran və hər şey haqqında düşünəndir.
– Mən hər şey haqqında düşünmürəm ki!
– Bəs sən ən çox nə haqqında düşünürsən?
– Sənin haqqında.
– Mənim haqqımda? Niyə?
– Yenə əllərini dişləmək üçün!
– Dayan, sənə göstərim dişləməyi…
Əllərimi ona uzadan kimi sıçrayıb və gülə-gülə qayaların arxa-sında gözdən itdi.
Bir gün sonra yenə gəldi. Bu dəfə çox qaradinməz idi. Nə desəm cavab vermir, çiyinlərini çəkməklə kifayətlənirdi. Sözlü adam kimi ətrafımda dolaşır, üzümə baxır, itlərə əsəbiləşib onlara daş atırdı. Problemi olduğunu anlamışdım. Yanıma çağırdım. Başını aşağı di-kib yellənərək gəlib önümdə dayandı. Düz bir qayanın üzərinə otur-muşdum. Yanımda yer göstərdim utanaraq gəldi və qəribə şəkildə yanımda oturdu. Bir qolumu boynuna doladım. Ağ şalını çəkib uzun qara saçlarını oxşadım. Bir quzu kimi sakit idi.
– Nə olub?
Çiyinlərini çəkməklə kifayətləndi. Yavaşca qucağıma çəkdim. Etiraz etmədi. Başını dizlərimə qoydum. Parlaq qara gözlərinin ətra-fını, qaşlarını, yüngül tüklü dodaqlarını barmaq uclarımla tumarla-dım. Heç səsini çıxarmadan baxışlarını üzümə zilləmişdi. Başı di-zimdə bir müddət səssiz yatdı. Sonra ağlamağa başladı. Üzünü ovuclarımın içinə aldım. Ovuclarım gözyaşlarıyla islandı.
– Dilo, danışsana, nə üçün ağlayırsan? deyə soruşdum.
Sulu gözqapaqlarını aralayıb üzümə baxdı. Qara gözləri sanki qan dənizində üzürdü. Qızarmış dodaqlarından pıçıltıyla iki söz çıx-dı:
– Məni Memodan istə.
– Tutuldum.
– Buna görə ağlayırsan?
– Mən səni çox sevirəm!
– Mən də səni, dedim, heç düşünmədən.
Sevinclə dikəldi.
– Elə isə məni Memodan istə, evlənək!
– Dilo, mən evlənə bilmərəm.
– Nə üçün?
– Bilirsən, mən qaçağam.
– Bilirəm, amma önəmli deyil, buralarda qaçaq çoxdur.
– Sonra sən dedin axı, mən inqilabçıyam.
– Hələ olmamışam demişdin.
– Olacağam.
– Olsun, inqilabçı evlənmir?
– Evlənmir.
Şübhə dolu baxışlarla gözlərəmin içinə baxdı:
– Yalan danışma mənə, dedi.
– Yalan söyləmirəm. Həm də sən hələ çox balacasan.
– Mən balaca deyiləm, anam evlənərkən məndən də kiçik olub.
Başımı buladım:
– Dilo, olmaz!
Bir sincab kimi sıçrayaraq ayağa qalxdı.
– Yalan söylədin, sən məni heç sevmirsən, deyə qışqırdı. İncəcik səsi qayalardan-qayalara çarpılaraq qalınlaşdı və uzaqlarda əks-səda verdi. Səssiz otlayan qoyunlar, quzular başlarını qaldırıb yuxarıya baxdılar. İtlər mırıldamağa başladı. Şalını başına bağlamağa çalışsa da, əli titrəyirdi.
Oturduğum yerdən ayağa qalxdım. Yanına gedib sarılmaq, kö-nülünü almaq istədim. Mən ona doğru getdikcə o məndən qaçdı. Dodağımın altında mızıldandım. Onu sevdiyimi isbat etmək üçün boş-boş danışdım. O heç dinləmədi. Ağlaya-ağlaya kəndə doğru qaçmağa başladı. İtlər qulaqlarını yenidən şəklədilər və mırıltıları uğultuya döndü. Külək birdən-birə dayandı. İndi bir ot belə tərpən-mirdi. Günəş gözlərimi qamaşdırırdı.
Ürəyimə çökmüş ağrıyla Ağrının zirvəsinə baxdım və çadırdan içəri girdim. Çadıra uzunlamasına sərilmiş qırmızı keçənin üstündə uzandım. Gözlərimi çadırın yumru tavanına dikərək Dilonu düşün-düm. Nə qədər təmiz ürəkli, nə qədər dürüst bir qız idi, Allahım! Düşüncələrinə, ürəyinə bir damla belə sünilik, saxtakarlıq qarışma-mışdı. Bir sərçə, bir kəklik, bir kəpənək kimi idi. Təbiət kimi dadlı, təbiət kimi qatqısız idi. Amma mən? Mənsə min yad düşüncəylə zə-hərlənmiş və çirklədilmişdim. Beyinimdə ideologiyasız və fəlsəfəsiz bir zərrə yer qalmamışdı. Hər ağlıma gələn düşüncəni başqa yad düşüncəylə qiymətləndirirdim.
Bəlkə də Dilo haqlı idi. Bəlkə də bizləri heç cür azad ola bilmə-diyimiz və lazımsız qədər dağarcığımıza doldurduğumuz məlumat-lar zəhərləmişdi. Mənasız ideologiyalar, səhv inanclar, səbəbsiz ön-yarğılar, axmaqca düşmənliklər, daxili və xarici istismar… Hamısı bilgi ilə birlikdə beyinlərimizə dolmamışdımı?
Kaş ki, məktəblərə heç addımımı atmasaydım! Kaş burada, bir qaya kölgəsində dünyaya gözlərimi açsaydım! Qoyun güdsəydim. Dərə, təpə demədən getsəydim, tanımadığım ağacların diblərində, yeni kəşf etdiyim mağaraların dərinliklərində quzuların nəfəsləri arasında yatsaydım. Yenə belə bir yaylada, kürəyimdə yapıncım, ət-rafımda itlərim, əlimdə dümdüz dəyənəyimlə Dilo ilə tanış olsay-dım! Onunla hər gün dalaşıb sonra öpüşə-öpüşə barışsaydım.
Düşüncədən düşüncəyə, xülyalardan xülyalara, peşmanlıqlar-dan peşmanlıqlara atlaya-atlaya uzandığım yerdə yatmış qaldım. Oyananda quzular mələyir, itlər hürür sanki səsləriylə mənə axşa-mın, bir saat sonra çökəcək olan qaranlığın xəbərini verirdilər.
Çadırın dirəyindən asılmış Memonun kiçik radiosunu götürə-rək çölə çıxdım. Günəş qərbdəki dağların zirvələrinə qıpqırmızı lalə kimi yerləşmişdi. Qarnı doymuş, keflə gövşəyən qoyunların, quzu-ların yanında uzanaraq bir az musiqi dinləmək istədim. Daim Ərzu-rum üstündə olan əqrəbi oynatmadan radionu açdım. Ərzurum ra-diosu o saatlarda gözəl musiqilər verirdi. Lakin açar-açmaz mahnı yerinə qəhrəmanlıq marşlarının melodiyaları səsləndi. Ankara, İstanbul stansiyalarını tutmağa çalışdım, o stansiyalarda da marşlar çalınırdı. Maraqla radioda müxtəlif stansiyaları axtardım. Görəsən, yenə müharibə başlamışdı? Çünki beş altı il əvvəl Kipr əməliyyatı əsnasında bütün radio stansiyaları gecə-gündüz marşlar çalmışdılar. Aylardır dağ başındaydım və dünyayla əlaqəm yox idi. Bu zaman ərzində şəhərdən nə xəbər ala bilmişdim nə də bir qəzet oxumuş-dum. Uzandığım yerdən qalxdım və çay boyunca o baş, bu başa gə-zişməyə başladım. Saat daha altının yarısı idi. Ən tez xəbəri saat altı-da dinləyə bilərdim. Lakin altı olmadan marşdan sonra məlumat ya-yınlanmağa başlandı.
“Türk Silahlı Qüvvələri bu səhərdən etibarən hakimiyyəti ələ keçirmişdir!”
Oturduğum yerdən sıçrayıb ayağa qalxdım. İzaholunmaz bir sevinclə sağa-sola qaçmağa başladım. Xilas olmuşduq! Qətillər, sağ-sol bəhanəsi ilə bir-birimizin kökün kəsmək dövrü bağlanmışdı ar-tıq! Hər gecə künc-bucaqda yerləşmiş lülələrdən çıxan güllələr və üzərləri qəzetlərlə örtülmüş genc cəsədlər olmayacaqdı! Sonra məni kəndə aparan sürücünün sözləri ağlıma gəlincə yerimdə dondum. “Əsgər gələcək və başımızı qundaqla əzəcək!”, demişdi sürücü.
Yenidən yerimdə oturdum və radionu dinləməyə başladım. Xə-bərlərin ardınca, bir siyasi partiya liderinin iki gündən bəri axtarıldı-ğı və ən qısa zamanda ən yaxın polis bölməsinə təslim olması lazım olduğu deyilirdi. Sonra dalbadal “Milli Təhlükəsizlik Şurası” adın-dan elanlar verilməyə başladı. Partiyalar bağlanılmış, parlament ləğv edilmiş, bütün səlahiyyətlər əsgərlərin əlinə keçmişdi.
Əsgər, qundaq, axtarış, həbs, cəzalandırmaq, işgəncə, baş əz-mək kimi sözlər ağlıma gəldikcə içimdəki qorxu böyüdükcə, böyü-dü. Tez bir vaxtda məni də tutar, döyə-döyə həbsə atardılar! Diksin-dim. Aqil qardaşın dediyi işgəncə səhnələri gözlərimin önündə can-landı. Əlləri yuxarıda, asılmış, çılpaq kürəyi plastik su borusu ilə dö-yülən bu adam mən idim! Diksindim! Xeyr, ora düşməyəcəkdim!
Yaxınlaşan addım səslərini eşidib dərhal yaxınlıqdakı qayanın arxasında gizləndim. Hər an əsgər dəbilqəsi və ya silah lüləsi gözü-mə dəyəcəkmiş kimi qorxu və narahatlıqla sağa-sola baxırdım. Uzaqdan Memonun günəşdə parlayan başını görüncə rahatlaşdım. Ayağa qalxaraq Memoya doğru qaçdım.
– Memo, qiyam olub, eşitmisən?
Memo qaşqabağını tökərək üzümə baxdı.
– O nədir qurban?
–Qiyam, qiyam! Yəni ordu hakimiyyəti ələ keçirib, başa düşür-sən?
– Niyə ələ keçirib ki?
– Əli boş olduğuna görə!
Lağ etdiyimi anlayaraq ciddiləşdi.
– Kirvəm sənə nə isə olub?
– Memo, bundan artıq nə olsun? Ordu var idi ha, hərbi…
– Hə, qurban…
– Bax, o ordu indi söz sahibidir. Yəni hər şey onların əlindədir.
– Ay qurban, onsuz da hər şey onların əlində deyildimi?
– Elə şey olar? Hökumət vardı, Məclisdə partiyalar, millət vəkil-ləri vardı. Baş nazir vardı. Adı Süleyman Dəmirəl, Ecevit… Heç eşit-məmisən?
Dayandı, bir müddət düşündü.
– Hə, Süleymanı eşitmişəm.
– Bax, indi o Süleyman yoxdur.
– Öldü mü?
– Ölmədi, amma artıq baş nazir deyil.
– Eh, yaxşı da, kirvəm ölməyib, görürsən. Baş nazir deyilsə sənə nə? Sənin qohumun idi?
– Deyildi, Memo. Amma artıq onun əlində güc yoxdur. İndi güc əsgərlərdədir.
– Olsun, bizə nə… Əsgərlərdən niyə qorxursan ki?
– Qorxum əsgərlərdən deyil, Memo! Qorxum qanunsuzluqdan-dır! İndi əsgər qanun deməkdir!
Qara gözlərini maraqla üzümə dikdi.
– Bəs qanun əvvəldən kim idi?
– Seçilmiş şəxslər. Xalqın içindən seçilir və lazım olduğunda qa-nunları dəyişdirirdilər.
Əvvəl əleyhinə olduğum sistemi indi Memoya faydalı bir şey kimi izah etməyə çalışırdım.
Anlamadığı üçün gözlərini döydü.
– Valla, kirvəm mənim o işlərdən başım çatmır. Kim rəhbərlik edir etsin, mənə nə?
– Elə demə, qanunsuzluq çox pis şeydir. Hər an, hər şey ola bi-lər. Bir də gördün sabah əsgərlər bura gəlir və bu yaylağı boşaldın, dedilər.
Qorxuyla qoyunlarını nəzərdən keçirdi, gözləriylə yüksək yay-lağı başdan-başa süzdü. İnamsız halda təkrar üzümə baxdı.
– Yaylağı nə edəcəklər ki?
– Onu bilə bilmərəm! Ağıllarına nə gəlsə onu edərlər!
Hirslə yaxında dayanan itlərin üstünə getdi. Yerdən götürdüyü daşı itlərə doğru atdı. İtlər hürüşərək sürüyə doğru qaçdılar.
– O dəqiqə qorxma, dedim. Bu sadəcə bir misaldır. Demək istə-diyim odur ki, qanun şəxslərə qalsa hər kəs istədiyini edə bilər.
Həyəcanımın səbəbini bir az anlamağa başlamışdı. Mənim, yox-sa yaylağın əldən gedəcəyini düşündüyünü bilmirdim.
– Mütləq məni də axtarırlar. Çox keçmədən burada olduğumu öyrənib aparmağa gələrlər, dedim.
Memo narahat halını unudub yerdə oturdu. Qutusundan bir həb çıxararaq alt dodağının arxasına qoydu. Özündən əmin bir şə-kildə başını yuxarı qaldırdı.
– Kirvə, qorxma, bura kimsə gəlməz!
– Memo, sən anlamırsan! Çox keçmədən hər yeri axtarmağa başlayacaqlar.
Memo güldü.
– Qurban, mən doğulandan bəri bura dövlət adamı gəlməyib. Bundan sonra da gəlməyəcək. Eyni zamanda qiyamət ancaq sənin başına gəlməyib ki? Onların səni axtarmaqdan başqa işləri yoxdur? Canını sıxma. Yad biri bura gəlsə belə itlərin əvvəldən xəbəri olacaq və səni gizlədərik.
Memonun rahat rəftarı məni də rahatlaşdırdı. Amma yenə də içimdəki ağırlığı üzərimdən ata bilmirdim. Görəsən, atamgil indi nə halda idilər? Atamı mütləq polis bölməsinə aparmış sorğuya çək-mişdilər. Birdən döysələr… Yazıq atam!
Gecə yarısına qədər Memonun məni əyləndirmək üçün çıxardı-ğı oyunları həvəssiz izləməklə kifayətləndim. Hər gələn səslə birlik-də ayağa atıldım, ətrafı nəzərdən keçirdim.
Memo qorxularımı aradan qaldırmaq üçün dayanmadan dil tökdü və orada qədimdən bəri dillərdə dolaşan “qaçaq” hekayələ-rindən danışdı. Qədimdən qaçaqların həmişə buralara sığındıqlarını və heç birinin də tutulmadığını, illərcə buralarda silahlı gəzdiklərini nümunələrlə mənə danışdı.
Günəşin dağların arxasında itib-getməsindən, ulduzların günə-baxan çiçəkləri kimi çırtlamasından, başımızın üstündə görünməsi-nə qədər Memo məni sakitləşdirmək üçün çalışdı. Yatmağa gedər-kən mənim rahat yaşamağımı, özünün çadırın qabağında yatacağı-nı, narahat olmamağımı söylədi. Yenə də gecənin yarısından çoxunu yuxusuz keçirdim. Sanki yumşaq yun yatağımın içi tikanlarla dolu idi. Yerimdə qurcuxdum və kəndimizi, atamı, anamı, kəndə tez-tez gələn və Muxtarın qonağı olan silahlı jandarmaları, məktəbdəki yol-daşlarımı düşündüm.
Səhərin alatoranında birtəhər yata bildim. Yuxumda Yusifi gör-düm. Sapsağlam qarşımda dayanmış gülümsəyirdi. Əlləri, üzü bir ölününkü kimi dümağ idi. Gözləri uzaq bir ulduz qədər kiçik, am-ma işıqlı idilər. Qalınlaşmış dodaqlarını büzür, qar kimi ağ dişlərini göstərə-göstərə gülürdü. Başında əsgər dəbilqəsi, əynində ağ köy-nək vardı.
Köynəyin üstündə incə bir dəlik, dəliyin ətrafında yüngül qır-mızılıq… Əlimlə köynəyini yoxlamağa, qırmızılığın qan olub olma-dığını anlamağa çalışırdım. O isə gülərək məni itələyirdi. Sonra mə-nə arxasını dönüb Ağrı Dağının zirvəsinə doğru qaçmağa başlayırdı. Arxasınca, “Dayan getmə, mən səni vurmaq istəməmişdim” deyə qışqırırdım. Eşitmirdi. Ayaq səsləri ürəyimi titrədirdi. Arxasınca təngnəfəs qaçırdım. Bir ağacın yanında saxladım. Bu ağac söyüd ağacıydı. Mənim, evimizin önünə əkdiyim salxım söyüdün az qala eynisi idi. Aşağı doğru sallanmış yamyaşıl və kiçik yarpaqlı budaq-larına toxunurdum. Zorla çəkib aparırdılar. Ağac da arxamca gəlir-di. Kökü çöldə, budaqları ovuclarımda, bir insan kimi inildəyərək, qışqıraraq gəlirdi.
Səhər oyandığım zaman günəş çoxdan doğulmuşdu. Qara keçə çadırın açıq dəliyindən içəri dolan dağlara xas sərin külək, yanan bir ocağı üfləyər kimi günəşi üfləyir, istinin təsirini azaldırdı. Tələsik əynimi geyinib çadırdan çölə çıxdım. Üzümə, günəşin işıqlarıyla bir-likdə Ağrının təpəsindəki qar ağlığı doldu. Qollarımı uzatsam bar-maqlarım minlərlə illik qara batacaqmış kimi duyğuya qapıldım. Gərnəşdim. Lalələrdən, bənövşələrdən, dağ çiçəklərindən, çöl çay-larından fışqıran qarmaqarışıq qoxular gənzimi yaladı. Nənəm kimi “Bax, yaşamaq budur” deyə düşünərkən ağlıma yenə əsgərlər gəldi. Qorxuyla aşağılara baxdım. Memo ətrafda yox idi. Aşağıdakı bulağa əllərimi və üzümü yumaq üçün endiyimdə onun fit səsini eşitdim. Bulağın altındakı açıqlıqda həm fit çalır, həm də süd sağırdı. Buz ki-mi suyla üzümü, boyumu yuduqdan sonra Memonun yanına get-dim. Məni görən kimi fit çalmağını saxlayıb güldü.
– Kirvəm, rahat yatdınmı?
– Bir neçə saat yata bildim! Atam ağlımdan çıxmırdı.
Yanındakı səhəngə vedrədən süd doldurdu.
– Kirvəm, bunu qaynadıb içsən yaxşı təsir edəcək.
Səhəngi alsam da, Memonun yanını kəsdirdim.
– Memo, görəsən, kəndə dönsəm daha yaxşı olar?
Memo sağdığı qoyunun məmələrini buraxıb ayağa qalxdı.
– Aman Kirvəm, burada qalsan yaxşıdır.
Mənim tərəddüd içində olduğumu hiss edincə, qoyunları sağ-mağı buraxdı və vedrəsini götürərək mənimlə birlikdə çadıra doğru addımladı.
– Hələ gözlə, dedi. İnsan qorxanda başında ağıl olmur. Ona gö-rə də qorxu keçənə qədər heç bir şey etmə. Sən ən yaxşısı mənim ya-nımdan ayrılma. Mən buraları qarış-qarış tanıyıram. Səni hər yerdə gizlədə bilərəm və ölsəm də heç kəsə vermərəm.
Çadırın qarşısında dayandım. Qərarımı vermişdim, gözləyəcək-dim. Eyni zamanda Memonun varlığı və qorxmazlığı da qərarıma təsir etmişdi. Aramızda heç bir bağ olmamasına baxmayaraq o Dilo-nun nağıl etdiyi Qaraçobanın soyundan olduğunu isbatlayırmış ki-mi, insanlığını göstərmiş və mənə qol-qanad gərmişdi.
Memo sönmüş ocağı yenidən yandırdı və alüminium səhəngi üstünə qoydu. Radionu açdım. Radioda hələ marşlar səslənirdi. Marşlar bitəndə də ya hərbi elanlar oxunur, ya da “küçəyə çıxma“ qadağasının ləğv edildiyi bildirilərək, xalqın sakitcə normal həyata dönməsi üçün çağırışları edilirdi. İtkin partiya başçısı hələ təslim ol-mamışdı. Günortaya qədər Memoyla söhbət etdik. Əsgərlər gəldiyi təqdirdə nələr edə biləcəyimizi düşündük. Memo, itlərdən birini ça-dırımızın qurulduğu sahədən beş yüz metr aşağıya bağlamağı təklif etdi.
– Üst tərəfdən gələ bilməzlər, dedi. Ora çox dikdir. Oralardan gəlmək hər igidin işi deyil. Tək işlək yol, bizim gəldiyimiz aşağıdakı dar yoldur. Ora da iti bağlasaq, vəssalam. Bu itlər sürü itidir. Yad qoxu alan kimi dərhal hürəcəklər. Biz də hürüşməni eşidən kimi tə-pəyə çıxıb aşağıları uzaqdan müşahidə edərik. Əgər gələn əsgərlər olsa dərhal gizlənərsən.
Elə də etdik. Memonun “Keki” deyə çağırdığı qara iti bir neçə yüz metr aşağıya qayanın dibinə bağladıq. İt bir müddət şikayət edərcəsinə uladıqdan sonra təkliyə alışdı və səsini kəsdi.
Axşama bir neçə saat qalmış aşağıdan Kekinin kəsik-kəsik hür-məsi eşidildi. Memoyla birlikdə dərhal təpəyə dırmaşdıq. Aşağıdan gələnlər vardı. İkimiz də həyəcanla gələnləri görməyə çalışırdıq. Gə-lənlər bir az yaxınlaşınca gələnlərdən birinin Dilo olduğunu gördük. Bunu, çiyininə qədər atdığı ağ şaldan anlamışdıq. O birisi isə kişi idi və atı yedəyə almış, Dilonu izləyirdi. Memo mənə təpədə dayanma-ğımı tapşırdıqdan sonra özü aşağıya endi.
Mən bir əlim alınımda ikinci adamı tanımağa çalışırdım. Bir az da yaxınlaşanda atı yedəyə alıb gələnin atam olduğunu gördüm və sürətlə aşağıya doğru qaçdım. Atamın çadıra çatmasını gözləmədən yanına qaçdım və əllərini öpmək üçün əyildim. İmkan vermədi. Çi-yinlərimdən yapışıb bərk-bərk qucaqladı. Gözləri qanlı idi və zəif üzünün iti sümüklərinə yapışmış əsmər dərisi qapqara olmuşdu. Kosa saqqalının uzanan tükləri tir-tir titrəyirdi. Möhkəm-möhkəm qucaqladığım zəif bədəni sanki əriyib getmişdi.
Atı Memo yedəyə aldı, mən atamın qoluna girərək çadıra doğru çəkdim. Dilo arxamızca gəlirdi. Dünən olanları unutmuş kimi idi. Üzü gülər, gözlərindəki işıq isti idi. Baxışlarımla dərdimi izah etmə-yə, üzr istəməyə çalışdım. “Özünü yorma, anladım” deyərmiş kimi gülümsədi.
– Atan kəndə çatan kimi dərhal bura gətirdim.
Mənə yaxşılıq etmənin, məni sevindirmənin ləzzəti ilə, yanımda dayanıb barmaqlarını şaqqıldadırdı.
– Sağ ol, Dilo!
Üçümüz də çadırın önündə kilimin üstündə oturduq. Dilo ça-dırdan atam üçün bir yastıq çıxardı. Sonra ocağın üzərinə su dolu çaydanı qoydu. Atam gecə yarısından bəri yoldaymış. Anamı, qar-daşlarımı soruşdum.
– Narahat olma, hamısı yaxşıdır, dedi.
Məktəbdən xəbər çıxıb-çıxmadığını, soruşdum. Cibindən dörd bükülmüş sarı zərf çıxardı. Üstünü oxudum, Aqil Abidən idi.
Bir dəfə, “Bütün əxlaq qanunları yalandır” demişdi mənə. Sonra da əlavə etmişdi. “Unutma, bu Vladimir İlyic Ulyanovun sözüdür”. İlk dəfə eşidəndə qorxunc tərəddüd fırtınasına tutulmağıma baxma-yaraq unutmamışdım bu sözü və Aqil Abiyə da bütün ürəyimlə bağlanmışdım. Onun axıcı, duru dili, sirli terminləri istifadəsindəki ustalıq və canayaxın baxışları ağlımı başımdan almışdı. Sadə geyi-nər, artist kimi saçlarını yana darayar, dik və cəsarətlə gəzərdi. Öl desə, ölərdim onun üçün!
Məktub qısa və konkret idi. Aqil Abi hadisələrdən sonrakı və-ziyyəti izah edir, Yusiflə birlikdə iki adamın da öldüyünü və tam on adamın axtarışda olduğunuı yazırdı. Mənim də axtarışda olduğu-mu, amma hansısa bir cinayətdə ittiham edilmədiyimi, bir müddət gizlənməyimin faydalı olacağını bildirirdi.
Təmizə çıxsam belə, öz-özümü, çirklənmiş ruhumu, qanlı əlləri-mi necə təmizə çıxaracaqdım? Hər şeyi heç nə olmamış kimi necə unudacaq, Yusifi, onun bükülmüş boynunu və günahsız xəyalını ağ-lımdan necə silib atacaqdım? O kənddə, o qumluqda, uşaqlığımızın şən və şaqraq izlərinin sindiği o küçələrdə Yusifi xatırlamadan necə gəzəcəkdim? Xəyalımda, onunla keçən günlərimizi bir film lenti ki-mi izlədikcə, izlədim. Dodaqlarımdan pıçıltıyla onun adı töküldü:
– Yusif!
Onun incə, uzun, günəşdə qaralmış üzünə, ortası çökək və sərt çənəsinə baxanda içimdən keçmişin titrəyişi keçdi. Kərpicdən divar-larla dolanmış dar kənd yollarındakı qaçışmaqlarımız, səhər erkən-dən yola çıxan heyvanların arasındakı köşəklərə minmə səylərimiz, heyvan sürüsünə öz heyvanlarını qatmaqla məşğul olan və heyvan-ları insafsızcasına çubuqlayan “hoy, hoy” deyə qışqıran kəndliləri-mizin səsləri, qadınların təlaşla gedən heyvanların arxasınca düşüb ən böyük təzəyi əldə etmək yarışları gözlərimin qarşısında yenidən canlanar, kəndə həsrətim artdıqca artardı.
O lənətli gündən bir neçə gün əvvəl məktəbin təvazökar mətbə-xində qara lobyalı plovu eyni masada yemişdik. Yusif, yemək yeyər-kən heç danışmamış, aclıqdan çıxmışcasına çörəyini lobyanın suyu-na batıraraq loxmaları dalbadal ağzına doldurmuşdu. “Heç dəyiş-məyib” deyə düşünmüşdüm. Pambıq tarlalarının içində necə gəldi səpilmiş pomidorların ən böyüklərini, ən yetişmişlərini qoparar, duzlayar, çörəklə yeyərdik. O vaxtlar da Yusif, sanki kiminsə əlindən alacağından çəkinərək pomidoru dişləyər, bir tərəfdən də çörəyi ovurdlarına doldurardı.
Evlərimiz kimi, tarlalarımız da yan-yanaydı. Payızda birlikdə pambıq qozası toplamağa gedərdik. Sərin küləkdə üşüyən barmaq-larımızı nəfəsimizlə istilədə-istilədə yaş qozaları çəkib, sarı çuvallara doldurardıq. Sonra Dursunun at arabasıyla kəndə doğru yola çıxar-dıq. Dursun ikimizi də yanına oturdardı. Atın yüyənini bircə dəfə tuta bilmək üçün Dursuna dil tökərdik. Sadəlövh Dursun bizim qəl-bimizi qırmaz, aradabir yüyəni bizə verərdi. Necə də sevinərdik! Biz sevinclə yüyəni yelləyərkən eynilə Dursun kimi atlara, “Ey yavrum ey” deyə səslənərdik.
Dursun da bizim sevincimizə qoşular, bizimlə birlikdə “Ey yav-rum ey!” deyə qışqırardı. Sonra bizə bitib tükənmək bilməyən “at nağılları” danışardı. Ən çox da dənizdən çıxıb gələn ağ atın nağılını danışmağı sevərdi. Biz o əhvalatlara inanmasaq da Dursunu qırma-maq üçün səsimizi çıxarmaz, səbirlə dinləyərdik. Göylərdən, dəniz-lərdən, dərin və qaranlıq meşələrdən birdən çıxıb gələn fövqəladə atlar sonunda Dursunun özünə bənzətdiyi süvariyə qovuşar biz də rahatlayardıq.
Məktubun tarixinə baxdım. Tam iki ay əvvəl yazılmışdı. Atam, məktubun poçtla deyil, şəhərdə yaşayan məktəb yoldaşım tərəfin-dən gətirildiyini söylədi.
– Yusifi kəndə gətirdilərmi? deyə soruşdum.
Atam başından papağını çıxararaq hirslə dizinə çırpdı.
– Gətirdilər! Sən kəndə gəldikdən bir həftə sonra da onun cəna-zəsi gəldi. Cənazəylə birlikdə məktəb müdiri və bir neçə müəllim də gəlmişdi. Müdir, hələ Yusifi kimin vurduğunu bilmədiklərini söylə-di. Anası, atası, qardaşları günlər, gecələr boyu dayanmadan ağladı, ağı dedilər. Kənd başdan-ayağa qaraya büründü. Ona güllə atanları bütün kənd lənətlədi.
O danışarkən gözlərimi ondan qaçırır, bütün kənd tərəfindən lənətlənmiş biri olduğumu ona hiss etdirməməyə çalışırdım. Görə-sən, atam, ona gülləni mənim atdığımı bilsə nə deyərdi? O yorğun və əldən düşmüş halıyla qalxıb məni yumruqlayardımı? Yoxsa dö-yənəkli, qupquru əllərini zəiflikdən bir sümük yığını halına gəlmiş üzünə sıxaraq ağlayardımı?
– Məni axtaran olubmu?
– Mən də onun üçün gəlmişəm. Bütün gəncləri yığırlar. Şəhərdə tutduqları uzun saçlı gənclərin saçlarını kəsirlər. Silah axtarışı bəha-nəsiylə kəndlərə basqınlar edirlər. Silahı olanların silahlarını gətirib muxtara təslim etmələrini söyləyirlər. Qərarlara boyun əyməyən kəndliləri döyürlər. Səni də iki dəfə polis bölməsindən soruşdular. “Harada olduğunu bilmirəm” – dedim. Son dəfə, şəxsən Başçavu-şun özü gəldi və məni döyməklə təhdid etdi. Yenə inkar etdim. Son-ra gecə yarısı bütün bunları sənə xəbər vermək üçün yola çıxdım.
Nə deyəcəyimi bilmirdim. Atamın, əsgərlərin və bizim kəndlə birlikdə bir neçə kəndə məsul olan mərhəmətsiz baş çavuşun qarşı-sında düşə biləcəyi səhnələr məni narahat edirdi. Onun döyülməsi-nə, təhqirlərə uğramasına dözə bilməzdim
– Ata, ən yaxşısı birlikdə geriyə dönək, dedim.
Qəbul etmədi.
– Sən hələ kiçiksən balam, səni döysələr dözə bilməzsən, ölər-sən!
– Bəs nə edək?
Cibindən bir məktub da çıxardı.
– Bunu kirvəmiz Molla Eyyub verdi. Onun İranın Maku şəhə-rində bir molla dostu var. Maku bura çox yaxındır. Maku buralar ki-midir və hər kəs bizim dildə danışır. Ora gedərsə heç bir çətinliklə qarşılaşmaz, dedi.
– Sən nə deyirsən bəs?
Çiyinlərini çəkdi.
– Nə deyim? Anan yenə dəli oldu, dizlərini döydü, saçlarını yol-du, səhərə qədər uladı. Durma get oğlanın yanına, xilas elə onu, de-di, mən də gəldim.
Üzümü gözyaşları islatdı. Boğazıma yumruq kimi oturan hıçqı-rıqlar sanki nəfəsimi kəsdi. Gözlərimi, üzümü onlardan qaçıraraq Ağrının parlaq, donuq və soyuq ağlığına baxdım. Ağrı da mənim ki-mi tək idi. Amma Ağrı əsrlərdir yerində dayanırdı. Mən isə bir yar-paq kimi bir yerdən başqa sovrulub gedirdim. Halbuki mən anam, qardaşlarım, məktəbim, sevgilim üçün darıxırdım. Mən yurdumda qalmaq, bəzilərinə söykənmək istəyirdim. Mən hələ uşaq idim. Mən də Ağrı kimi soyuq və heybətli görünürdüm, amma hələ böyümə-mişdim. Qırılmış əllərim silah tutmuşdu, amma ölməyin, öldürmə-yin nə olduğunu belə bilmirdim. Nə edəcəkdim indi? Hər şeyi geri-yə döndərmək mümkün idimi? Bütün bunların bir çarəsi yox idimi? Yox idi! Hər şey bitmişdi.
– Haqlısan ata, gedim!
Dilo narahatlıqla üzümə baxdı. Memo təsəlli verməyə cürət etdi:
– İran dediyin burdan buradır!
Əliylə dağların arxasını göstərdi.
Atam ayağa qalxaraq yanıma gəldi. Cibindən kiçik bir paket çı-xardı.
Al bunu, dedi. Tək söyüdün yanındakı tarlanı satdım. Onun pu-ludur. Bəlkə İranda Türk pulu işləməz, dedilər. Allah razı olsun, bankda çalışan Hidayətin oğlu Öztürkün köməyi ilə Amerikan pu-luyla dəyişdirdim. İçində beş yüz dollar var.
Bir əlimdə kiçik paket atama sarıldım. Sıxılmış çiyinlərini öp-düm, köhnəlmiş sarı köynəyinə sinmiş qoxusunu qoxladım. Günə-şin qarardıb büzüşdürdüyü boynuna üzümü, burnumu sürtdüm.
– Ata, mən sizin borclarınızı necə ödəyəcəyəm bilmirəm?
Saçlarımı oxşadı.
– Ata oğul arasında borc olar?
Memonun, Dilonun gözləri qarşısında başımı atamın sinəsinə söykəyib hıçqıra-hıçqıra ağladım. Mən ağladıqca atam saçlarımı öp-dü, kürəyimi tumarladı.
– Ata, mən sənə doğru-dürüst bir oğul ola bilmədim, dedim.
– Sən çox yaxşı oğulsan, dedi.
– Xeyr! Mən Allahın bəlasıyam, dedim. Allah qəhr etsin məni! Sənə dayaq ola bilmədim! Səni həmişə tək qoydum! Başına bəlalar açdım! Sözlərini dinləmədim! Səni həmişə üzdüm! Məni oxuyum, adam olum deyə bu yoxsul halınla məktəbə göndərdin, oxuya bil-mədim, adam ola bilmədim. Kaş ki, həmişə kənddə, sənin yanında qalsaydım. Kaş ki, bu dünyada heç bir şey öyrənməsəydim!
– Dünya belədir! Heç kim nə olacağını bilməz, oğul! Demək ki, sənin də taleyin beləymiş nə edək?
– Düzdür, tale deyək!
– Tale!
Gözləri yaşardı. Gözyaşlarını gizlətmək istədi, amma bacara bil-mədi. Yanaqlarından süzülən damlalar donuq və qızarmış üzünü şüşə kimi parıldatdı. Dodaqları səyridi, seyrək saqqalındakı tüklər titrədi, üzü daha da büzüşdü. Ayaq üstə dayanmaqda çətinlik çəkir-di, yerə çöməldi.
– Ən yaxşısı bu gün get, dedi.
Memoya baxdım.
– İstəsən, dərhal o tərəfə keçirərəm səni, dedi Memo. Ancaq bu gün gecdir. Sabah erkəndən yola çıxsaq daha yaxşı olar.
Başımla “oldu” dedim. Əslində heç yerə getmək istəmirdim. Atam və ya Memo, “olmaz, getmə qal”, desə getməkdən dərhal im-tina edəcəkdim. Amma ikisi də israrla üzümə baxırdılar. Yalnız Dilo yerində qurcuxurdu.
– Mina döşənilməmiş yeri bilirəm, dedi Memo. Qayaların oldu-ğu yerlər minasızdır. Oralarda növbətçi də yoxdur. Bizim kənddən hər kəs İrana oradan keçər. Hətta sürüylə qoyun belə keçirirlər.
Çadırın qarşısında ocaq yandırıb gecə yarısına qədər oturduq. Səmada ulduzlar qaynaşırdılar. Atam siqaret dalınca siqaret çəkirdi. Ay işığını içinə çəkmiş gözləri, ağzından çıxan tüstünün arxasında iki solğun ulduz kimi parlayırdı. Dilo mənimlə Memonun arasında oturub, sevgi dolu baxışlarla gah məni izləyir, gah səmaya baxıb ağ-layırdı.
Memo dodağının arxasına həb atdıqdan sonra bir qaçaq heka-yəsini bitirib digərinə başlayırdı. Yüngül bir əsinti ay işığında parla-yan otları tərpədir, quşlar, ağcaqanadlar, böcəklər qəribə səslərlə ge-cənin qorxusunu və təkliyini qulaqlarımıza doldururdular. Aradabir uzaqlardan inildəyə-inildəyə gələn qurd ulartısı, itləri qorxudan dəli edirdi. Sanki qoyunlar, quzular yerə batırmışdılar.
İçimdə sakitləşməyən sızıltı sinəmi deşirdi. Memo sussun, atam nə isə danışsın istəyirdim. Köhnə günlərdən, dünyasını dəyişmiş in-sanlardan, kasıblıqdan, yetimlikdən, təklikdən, çarəsizlikdən, ayrı-lıqdan… Amma nə Memo susur, nə də o danışırdı. Aradabir gözləri-ni üzümə dikir və içini çəkərək ay kimi susqunluğa qapılırdı. Bilir-dim, bizim insanların üsyanı susqunluq idi!
Arada əlimin üzərində bir istilik hiss etdim. Mən qurbağa və ya siçan sandım və dərhal əlimi çəkdim. Sonra Dilonun əli olduğunu görüncə hüznlü gülüşlə Dilonun üzünə baxdım. O da qəribə şəkildə gülümsədi və əlini yenidən əlimin üstünə qoydu. Kiçik incə barmaq-larıyla əlimin üstündən basır, sanki pianonun düymələrinə basır-mışcasına barmaqlarını əlimin üzərində oynadırdı. Nə demək istə-yirdi? O saf və təmiz ürəyindən nələr keçirirdi, görəsən? Bilirdim hər barmaq oynatmasında bir məna vardı və mənə bir mesaj çatdır-maq istəyirdi. Amma ağlım o qədər qarışıq, içim o qədər dolu idi ki, diqqətimi o mənalara toplayaraq onun nə demək istədiyini anlaya bilmirdim. O isə anladığımı düşünür və səssizcə gözyaşlarını axıdır-dı. Bu səssiz bir vida idi.
Memo danışmaqdan yorulmuş, əllərini dizlərində birləşdirmiş, ay işığının ağlara bürüdüyü uzaqdakı dağlara baxırdı. Nə düşünür-dü bilmirdim.
Atamın bir anlıq dönməsini fürsət bilərək Dilonun əlinin içini öpdüm. Elə içini çəkdi ki, bərkdən ağlayacaq və Memonu şübhələn-dirəcək deyə qorxdum. Amma səsini çıxarmadı. Səssizcə yerindən qalxıb çadırın arxasına keçdi. Bəlkə də orada ağlayacaqdı. Bir neçə dəqiqə sonra geri qayıtdı. Üzü kölgələrin arxasında itmişdi. Ağ şalın içində naməlum bir qaranlıq vardı.
Ocaq söndükdən sonra ayağa qalxdıq. Ay indi tam başımızın üstündə idi və ulduzlar sanki daha da çoxalmışdılar. Bir-birimizə heç bir şey demədən atamla çadıra, çadırdakı yataqlarımıza girdik. Memo ilə Dilo çöldə yatacaqdılar.
Atamla yan-yana uzandıq. Nəfəs almadan atamın nəfəsini din-ləyirdim. Sanki bir yoxuşa dırmaşırmışcasına tez-tez nəfəs alır, dal-badal udqunurdu. Ona sarılmağı, o kiçik çiyinlərini qollarımın arası-na almağı və onu bir uşaq kimi öpməyi o qədər arzulayırdım ki… Sanki ata o deyil, mən idim.
Sanki məni eşitdi, ikiəlli məni qucaqladı və alınımı, yanaqlarımı öpdü. Başını sağ qolumun üstünə qoyub saçlarından öpdüm. Üzünü boynuma sıxıb qəmli-qəmli ağladı. Onun gözyaşları boynuma, sinə-mə axdıqca atəşə düşmüş kimi hər yanımı alovlar sardı və həm alov içində yanmağa, həm də kürəyimə buz qoyulmuş kimi titrəməyə başladım. İçimdən ağlamaq səsləri gəlməsinə baxmayaraq gözlərim qurumuşdu və ağlaya bilmirdim. Duz basılmış kimi yanan gözləri-mi atamın saçlarına sürtür, mənasız və qırıq-qırıq sözlərlə atamı əzizləyirdim.
O sərt, o duyğusuz kimi görünən adam ərimiş, bitmiş, tükənmiş və bir ata qucağı kimi mənim qucağıma sığınmışdı. Hər baxışında ürəyimi titrədən, ayaq səsləri eşidiləndə özümüzü yığışdırdığımız atam bütün o sifətlərindən təmizlənmiş, bir uşaq məsumluğu ilə mə-nim verdiyim ağrıların içində yox olub getmişdi. Onunla bu qədər yaxın və iç-içə olmağı həmişə arzulamağıma baxmayaraq indi buna sevinə bilmirdim. Sanki onunla birlikdə mən də yoxluqlara qoşul-muşdum.
Arada ağlamağına ara verərək üzünü boyumdan çəkdi və başı-nı arxaya söykədi. Qorxumdan və narahatlıqdan dönüb ona baxa bilmirdim. Mən üzü yuxarı yatdığını düşünürdüm. Ağızından pıçıl-tıyla “oğul” sözcü çıxan kimi özümə gəldim və başımı qaldırıb qa-ranlıqda üzünə baxdım. Gözləri üzümdə idi. Təkrar “oğul” deməyi ilə içimdəki ağlamaq səsləri dayandı və gözlərimdən yaş süzülməyə başladı. “Atam, atacan” deyə hıçqıraraq təkrar başını sinəmə sıxdım. Bəlkə də bu istiliyi bir daha hiss edə bilməyəcək, bu qoxunu bir da-ha içimə çəkə bilməyəcəkdim. Bəlkə də, onun içindən daşan sərt, iti torpaq qoxulu nəfəsini, içini çəkməsini bir daha eşidə bilməyəcək-dim. Mən bərkdən ağlamağa başlayınca onun atalıq hisləri sanki ge-riyə döndü və özünü yığışdırıb qalxıb oturdu.
– Oğul, niyə bu işlərə qoşuldun?
Səsi boğuq və qırıq idi. Məni ilk dəfə sorğulayırdı. Bəlkə də mə-nə istiqamətli bütün küskünlükləri bu səsin içinə saxlanmışdı.
Bəs həmişə müəllim olmaq istədiyini deyirdin. Nə oldu? Niyə səbr etmədin?
Gözyaşlarımı yorğana silərək mən də dikəldim. Haqlı olduğu-mu isbat etmək üçün güclü görünməliyəm düşüncəsinə qapıldım. Qarşısında zəif və uşaq kimi dayansam da, etdiyim səhvdən utanan böyüklər kimi, səsimi qalınlaşdırdım.
– Ata sizin üçün, məmləkətimiz üçün, dedim.
Cümlənin sonuna doğru səsim yenə uşaqlaşdı. Atam dərin bir “ah” çəkdi. Əllərini qoynunda çarpazlamış, çiyinlərini aşağıya əyə-rək kürəyini əymişdi.
– Kənddə, oğulun kommunist olub, məmləkəti Ruslara satacaq-lar, deyirdilər.
– Yalan deyirlər ata.
– Hər şey bərabər olacaqmış, guya namus, din olmayacaqmış.
– Yalandır, ata! Hər şey daha gözəl, daha ədalətli olsun istəyir-dik. Qurdla quzu bir yerdə yaşasın istədik!
Yenidən içini çəkdi. Narahat şəkildə çiyinlərini çəkdi.
– Qurdla quzu nə vaxt bir yerdə yaşayıb ki? Sizi aldadıblar, oğul.
Özümdən əmin bir şəkildə başımı buladım.
– Yox ata, bizi kimsə aldatmayıb. Mən özüm oxudum bütün bunları, özüm öyrəndim kitablardan.
– Ah oğul ah! Bir az oxuyan kimi özünüzü alim hesab edirsiniz! O kitabların doğru yazdıqlarını hardan bilirsiniz? Bəlkə də onlar da bilmirlər! Bu yaxınlarda Qurban, “Kommunizm eynən qarışqaların həyatı kimidir”, dedi. İnsandan qarışqa olarmı oğlum? Onların nə dilləri var, nə də beyinləri! Bunlara necə inandınız anlamıram. Kaş ki, səni məktəbə göndərməsəydim!
Atamın məktəbə getməyimlə bağlı peşmanlığına ilk dəfə şahid olurdum. Sanki dilim tutulmuşdu. Halbuki məni oxumağım üçün necə təşviq edərdi! Hələ oxumağa yeni başladığım vaxtlarda İğdır-dan “Əsli və Kərəm”, “Şah İsmayıl ilə Gülüzar”, “Həzrəti Əlinin sa-vaşları” kimi kitabları alıb gətirər, mənə oxudar, anamla birlikdə dinləyərdilər. Evdə əlimə kitab alanda sevindiyindən uçan, gözləri-nin içi gülərdi. Narahat olmamağım üçün barmaqlarının ucunda gə-zər, heç kəs səsini çıxarmasın deyə danışanların üzünə tərs-tərs ba-xardı. İndi isə peşman idi və ağlayırdı. Səsimi çıxarmaqdan, özüm-dən və oxuduğum kitablardan danışmaqdan qorxarcasına yatağım-da qıvrılıb tərpənmirdim. Nə inqilabçılığım, nə elmi sosializm umu-rumda belə deyildi. Atamın kədər dolu səsini içimə çəkə-çəkə ağla-yırdım. Atam hıçqırqlarımla birlikdə susdu və dərin bir səssizliyə qapıldı.
Mən necə yatdım və atam nə vaxt təkrar yatağına uzandı xatır-lamıram. İtlərin səsindən ikimiz də eyni anda oyandıq. Çöl işıqlan-mışdı, amma günəş hələ doğmamışdı. Dağların arxasında doğum sancıları içində olan günəşin qırmızılığı, üfüqü qan rənginə boya-mışdı. Sərinlik ürəyimi titrədirdi. Atamın üzünə baxmamağa çalışır-dım. Aradabir ona doğru dönəndə üzünə çökmüş dərin qorxu və hüznü görə bilirdim.
Dilo süd qaynatmış, çörəkdən dürüm düzəltmişdi. Atam önünə qoyulan çörəyə və südə əlini vurmadan cibindən çıxardığı qutusun-dan tütün çıxarıb siqaret bükdü.
Memo qoyunlarla məşğul olur onları çadırın önündəki meyda-na toplamağa çalışırdı. Çadırın arxasından keçən kiçik çaya doğru getdim. Gözlərimdən axan yaşları ancaq çayın sərin sularıyla gizlə-də bilərdim. Qayaların arasından özünə yol tapmış və xoş bir şırıl-tıyla axan kiçik çayın ağ və qırmızı lalələrlə bəzənmiş sahilinə çök-düm. Arxadan səs eşidəndə dönüb baxdım. Dilo idi. Qab yumaq bə-hanəsiylə arxamca gəlmişdi. Yanımda çöməldi, əlimi tutdu. Kiçik qara gözləri dolmuşdu.
– Nə olar getmə, dedi.
Tutqun və kədərli səslə danışırdı.
– Nə olar, getmə. Bir daha səni heç vaxt narahat etmərəm! Qa-yaların arxasında gizlənib sənə ordan baxaram! Gözünə görünsəm, sənə bir söz desəm mənə nə istəsən de! Getmə! Mən buralarda sən-siz nə edərəm? Kimi qucaqlayaram, kimin əlindən qaçaram, kiminlə zarafatlaşaram?
Yaşlı üzünü çiyinimə sıxdı. Gözyaşları qaynar su kimi dərimi yandırdı. İçimdən ona təsəlli vermək və çox söz demək keçirdi am-ma sanki dilimə kilid vurulmuşdu. Ağzımdan bir söz çıxmırdı. O isə hıçqıraraq ağlayır, çiynimə söykədiyi ağzıyla anlaşılmaz şeylər söy-ləyir və yalvarırdı. Başını çiyinimdən qaldırıb gözyaşları ilə tutul-muş kiçik və körpə üzünü əllərimlə sildim. Şalı çiyninə düşmüşdü. Dağınıq saçlarını oxşadım, öpdüm.
– Lütfən ağlama, dedim pıçıltıyla. Lütfən! Onsuz da içimdən qa-ra qanlar axır. Qərarsızlıqdan nə edəcəyimi bilmirəm. Səni bu halda qoyub getsəm daha pis olaram. Atamın dediklərini sən də eşitdin! Getməsəm məni gəlib tapıb həbsə atarlar. O zaman nə edəcəksən?
– O zaman gəlib qapıda gözləyərəm səni!
– İllər boyu necə gözləyəcəksən?
– Gözləyərəm!
Gözlərim yaşlı olmasına baxmayaraq gülümsədim.
Oxumağın, saymağın da yoxdur! Bax, dedim dinləmədin. Gəl-sən şəhərdə itərsən!
– İtmərəm! Sənin üçün oxumaq-yazmaq da öyrənərəm!
– Ah şirin göyərçinim…
Şalını düzəltdim, alınından və kiçik islaq əllərindən öpdüm.
– Qalxaq, indi Memo narahat olub arxamızca gələr.
Ayağa qalxdım. O hələ çöməldiyi yerdə eləcə dayanmışdı və axıb gedən soyuq, duru çaya baxırdı. Ensiz çiyinlərinə toxundum. Əlinin arxasıyla gözyaşlarını sildi. Nə isə mızıldanır, mənasız şəkil-də çiyinlərini oynadırdı. Yenidən yanında çöməldim.
– Üzümə bax, dedim.
Etinasızlıqda mızıldanmağa davam edirdi. Əllərimlə üzünü özümə tərəf çevirdim. Gözləri qıpqırmızı idi, dodaqları hələ səyri-yirdi.
– Lütfən belə etmə, mənimlə danış!
Mızıltılarına ara verərək uşaq mehribanlığı ilə pıçıldadı:
– Nə danışım?
– Nə isə de. Nə mızıldanırdın öz-özünə?
Çiyinlərini çəkdi. Yenidən gözlərini çaya dikdi.
– Mən bu həyatı heç başa düşmürəm.
– Mən də anlamıram.
– Amma mən heç nə başa düşmədim.
– Mən də.
– Yalan deyirsən! Sən çox şey anlayırsan, çox şey bilirsən. Mən-sə…”
Təkrar gözyaşlarını və burnunu sildi. Başını sinəmə sıxıb saçla-rından öpdüm.
– Yalan demirəm. Elə sənin yanında çoxbilmiş-çoxbilmiş danış-mağıma baxma! Həyatdan bir zibil qanmıram. Tək qalanda qorxu-ram.
– Bir az əvvəl çayda qırmızı ot axıb-getdi gördünmü?
– Görmədim.
– O ota bənzətdim özümü… Boş, quru və sahibsiz…
– Amma sən sahibsiz deyilsən ki… Bax, Memo var.
– Bu kiminsə olması demək deyil ki…
– Bəs nədir?
– Gücün, cəsarətindir. Sən İrana özün gedirsən. Sahibin özün-sən. Mən gedə bilmərəm. Buradan başqa yerə gedə bilmərəm, bura bağlıyam. Burada böyüyən ot kimi…
– Unutma mən də özüm getmirəm. Getməkdən başqa yolum ol-madığı üçün gedirəm. Eyni zamanda özünü otla müqayisə etməyin də səhvdir. Bax sən sevə bilirsən, ağlaya bilirsən. Ot sevib ağlaya bi-lirmi?
Dodaqlarını dişlədi. Yenidən gözlərini sildi.
– Kaş ki, mən də sevə bilməsəydim… Ot kimi quruyub tökül-səydim.
– Lütfən belə danışma.
– Eh, nə deyim? Dilim o qədər kasaddır ki… Sözlərim içimdə boğulur. İçim çaydır, içim dəryadır… Sözlərim dilimə çatana qədər itib gedir. Sənə son sözlərimi də deyə bilmirəm. Bu nə qədər pisdir bilirsənmi?
Sanki bütün üzünü gözlərinin ətrafına toplamışdı.
– Anlayıram səni. Heç bir şey dəməsən də də anlayıram.
– Həqiqətən, anlayırsanmı?”
– Bəli, hər şeyi…
Qalxmadan sarıldıq bir-birimizə. Üzünü boynuma sıxaraq yeni-dən ağladı. Üzümü axan çaydan ovucladığım suyla yudum, dikəl-dim.
Qayıdanda, atam çənəsini dizlərinə söykəyib, gözlərini dağlara dikib siqaret çəkirdi. Memo hələ qoyunlarıyla, quzularıyla məşğul olurdu. İtlər qoyunların ətrafına şöngümüşdü.
– Biz qayıdana qədər itlər qoyunları qoruyarlar, dedi.
Yalnız atamın gətirdiyi torbanı götürərək yola düşdük. Memo ilə Dilo qabaqda gedirdilər. Mən isə başıaşağı gedən atamın bir ad-dım arxasınca sakitcə gedir və həyəcanla məni nələrin gözlədiyini düşünürdüm. Öz-özümə, necə olsa da hər şeyin belə davam etməyə-cəyini deyirdim. Hərbçilər rəhbərlikdən gedəndən sonra yenidən dönə bilərdim. Dönən kimi təslim olar, cəzamı çəkərdim. Nə qədər cəza verə bilərdilər ki? Ən çox iyirmi dörd il! Hələ əfv fərmanı çıxar-sa beş-on il yatıb, çıxardım. On il yatsam iyirmi doqquz, otuz yaşın-da çöldə olardım. İki il əsgərlik, etdi otuz iki! Otuz iki yaş nədir ki? Bəlkə yenidən oxuya bilərdim… Bəlkə, atamın anamın xəyallarını yenidən gerçəkləşdirə bilərdim… Gül o qədər gözləyərdimi? Sevən gözləyərdi. Əgər məni həqiqətən sevirsə on il deyil, iyirmi il də göz-ləyərdi! Bəs Səhnə xala, bəs Adil əmi? Onların təndirlərinin başına necə dönəcəkdim? Onların gözlərinin içinə baxa biləcəkdimmi?
Yoxuş dikləşdikcə getmək çətinləşirdi. Bəzi yerlərdə qayalardan yapışmaq məcburiyyətində qalırdıq. Memo sürətli tempini heç poz-madan bir keçi cəldliyi ilə qabaqda gedirdi. Aradabir yanındakı Di-lonun qolundan tutur, onun dırmaşmasına kömək edirdi. Eyni za-manda bizim də yıxılmamağımız üçün xəbərdarlıq edirdi:
– Aman, kollardan deyil, qayalardan yapışın! Kolların kökü yoxdur, çəkəndə qopa bilərlər.
Memonun arxasınca yıxıla-dur yoxuşu aşdıq. Memo ətrafı göz-dən keçirdikdən sonra iki qayanın ortasındakı darısqal yarğanı gös-tərdi.
– Kirvəm, bu yarğandan keçdinmi İrandasan! Oradan da sağa-sola sapmadan qayaların arasıyla dümdüz gedəcəksən. Diqqət yetir, ancaq qayaların üstüylə get. Onsuz da təpədən aşağıya doğru endik-cə asfalt yol gözünə dəyəcək. Yolu görən kimi, çəkinmədən yola enərsən. Çünki oralarda idarə yoxdur. Köhnədən o yol çox işlək idi. İndi Şahın devrilməsindən sonra yol tənhalaşdı. Yenə də sən yoldan çıxmazsan. Yoluna yük maşını və ya avtomobil çıxanda saxlat, Ma-kuya getmək istədiyini söylə. Heç nədən qorxma, oldu?
– Oldu, narahat olmayın.
Memoyla qucaqlaşıb öpüşdük. Dilonun kiçik əlini sıxdım və üzünə baxdım:
– Dilo haqqını halal et.
Dilonun üzü hüznlə qızardı. Yaşaran gözlərini göstərməmək üçün türbanlı başını aşağıya endirdi.
– Hər şey halal olsun Can, dedi astadan. Adımı ilk dəfə dilinə gətirirdi.
Son olaraq atama yaxınlaşdım. Uzun-uzadı qucaqlaşdıq. Dol-muşdum, amma ağlamaq istəmirdim. Hətta yalandan gülürdüm.
– Anama, qardaşlarıma yaxşı bax ata! Onlara mənim yoxluğu-mu hiss etdirmə! Necə deyərlər, “Gedib gəlməmək, gəlib görməmək var” görüşə bilməsək, sizlər həmişə ürəyimdə olacaqsınız! Amma necə olur-olsun, bir gün dönəcəyəm!
Atam çiyinlərimi tumarladı.
– Sən bizi düşünmə, yalnız dediklərimi yadında saxla! Makuda Molla Eyyubun dostu Molla Həsəni tap və məktubu ver! Allah kə-rimdir! İnşallah hər şey düzələcək!
Danışarkən səsi titrəyirdi. Bir az kənarda dayanan Memonu ya-nıma çağırdım.
– Ata, səndən bir xahişim də var!
– Buyur.
– Bu Memo var ha, bir qıza vurulub. Əgər o qızı qaçırsa bizim kəndə apar və ona kömək et!
– Narahat olma, sənin dostun mənim də dostumdur.
Yerə qoyduğum torbanı götürdüm və Memonun göstərdiyi isti-qamətə doğru bir neçə addım atdım. Atamın ağlamaq səsini eşidin-cə dayandım və geriyə döndüm.
– Oğul, özünə yaxşı bax! Anan, “qalın geyinsin, soyuqdan qo-runsun”, “Gecələr yatarkən üstünü yaxşı örtsün”, “Bizi düşünüb kə-dərlənməsin, canını sıxmasın”, dedi.
O danışır, mən də səssizcə dinləyirdim. Hər şeyi gözlərimin içi-nə toplamaq istəyirdim. Otlara, kül rəngli qayalara, kiçik kollara, kolların ətrafındakı lalələrə, arxadakı sıra dağlara, dağların zirvələ-rindəki dümağ qara, Diloya, Memoya, atama, atamın dolmuş, kiçik qurğuşun gözlərinə baxdım. Bütün bədənimi əsməcə tutmuşdu. Ürəyimdən fışqıran fırtına dalğası düşüncələrimi əsib bürümüşdü. Sanki Memonun buz çıxardığı buzluğa düşmüşdüm. Halbuki hava isti idi. Arada bir əsən yüngül külək otları yalandan yelləməkdən başqa bir işə yaramırdı. Yaxşı, mən nə üçün üşüyürdüm? Qorxudan-mı? Xeyr, içimdə qorxuya bənzər duyğu yox idi. Mən, qorxunun ne-cə duyğu olduğunu az-çox dadmışdım. Ayrılıqdan ola bilərdimi? Xeyr, o da ola bilməzdi. Çünki mən ayrılıqlara az da olsa alışmış-dım. Balacalıqdan bəri evdən ayrı deyildimmi? Yaxşı, haradan qay-naqlanırdı bu içimdə əsən və məni tir-tir titrədən fırtına? İçimdə damla-damla əriyən buzun səbəbi nə idi?
Baxışlarım təkrar boynunu büküb eləcə dayanan atama yönəldi. O ağrılar görmüş ağrılarla yoğrulmuş, kobud, sərt, daş ürəkli bir kişi idi, amma ağlayırdı. Və üzünə calanan gözyaşlarını da silmirdi. O an içimdəki fırtınanın səbəbini anladım. Məni atamın gözyaşları üşüdürdü. Onun əlli ildən bəri içində donmuş buzlamış göz yaşları məni içinə çəkir, ruhumu buz qəlibində dondururdu. Onun üzünə, gözlərinə, yanaqlarından süzülən yaşlara baxmamaq üçün baxışla-rımı üfüqlərə çevirdim.
Eh mənim gözəl ürəkli atam! Üzünün yanmış, qovrulmuş dəri-si, həyatda payına düşən ağrıların şahidi idi. Bu qızğın çöldə cayır-cayır yanmasını, qovrulmasını sətir-sətir üzündəki xətlərdən oxu-maq mümkün idi. Papağın altında qaçmaq, itib getmək təlaşıyla ge-dişinin məqsədi nə idi atam? Sanki həmişə bir yerlərə çatmaq üçün tələskənliyin varmış kimi niyə elə qaçardın? Bunu səndən heç soruş-mamışam, elə deyilmi? Amma mən, indi getdiyi üçün gözyaşlarını axıtdığın ağılsız oğlun, səndən soruşmasam da sənin nələrdən qaç-dığını və ya qaçmaq istədiyini çox yaxşı bilərdim. Künc-bucaqdan o qara gözlərinlə nələr axtardığını da… Sən əslində, bir az işıqlı ümid, ürkək və təlaşlı ürəyinlə özünə dinclik tapacağın gizli bir küncü, qurtuluşu axtarırdın. Amma elə rahat küncü kim tapa bilmişdi ki? Hər yanı yoxsulluqla, qeyri-mümkünlüklə, darlıqla əhatə edilmiş bu lənətə gəlmiş məkanda elə bir yer varmı? Çox vaxt belə şey olanda işi zarafata salar, gülməyə çalışırdın. Amma quru dodaqlarının arxa-sındakı hüznü bu cahil və üsyankar oğlun dərhal fərq edə bilirdi. Sənin gedişin bir təlaş, közərən siqaretin üsyan, içinə qapanmağın da əzabdı atacan, anlamadığımı düşünmə! Sənin gülüşün yalan olsa da içinə axıtdığın gözyaşların realizmin anasına söyür, atacan! Sala-mat qal atam, salamat qal!
Bunları ancaq içimdən keçirə bildim. Kaş ki, bunları onun üzü-nə yüksək səslə deyə bilsəydim… O an, Frankonun sürgünə göndər-diyi Juan Goytisolonun bir fikrini xatırladım: “Hamısı boşuna imiş vətənim! Hələ vaxt varkən gəl dostcasına ayrılaq”.
Bu sözü də atama söyləmək istədiyim sözlərlə birlikdə ölkəmi-zin gözəl üzünə baxaraq qışqırmaq, dağların zirvələrində, qar uçqu-nunda, uçurumların dərinliklərində səsləndirmək istədim. Amma boğazıma yumruq kimi oturan hıçqırıq, səsimi, nəfəsimi kəsmişdi. İçimdən söylədiyim “Salamat qalın”la kifayətləndim və qaçaraq qa-yanın altındakı yarğandan o biri tərəfə keçdim.
IV
Taksi sürücüsünə, Makuda ilk gördüyümüz məscidin qarşısın-da saxlamağı tapşırmışdım. Molla Həsən molla olduğuna görə müt-ləq Makudakı bir məsciddə işləməliydi. Elə olmasa belə orada onu tanıyan biri çıxa bilərdi.
Məni asfalt yolda maşına mindirən qırx yaşlarındakı taksi sürü-cüsü, boşboğazın biri idi. Yolboyu məni sorğu-suala tutmağa çalışır-dı. Nə iş gördüyümü, haradan gəlib, hara getdiyimi, hansı şəhərdə yaşadığımı soruşmuşdu. Qısa və ötəri cavablar verdim. Təbrizin bir kəndində yaşadığımı, Türkiyəyə qohumlarımı görməyə getdiyimi dedim.
Xarici olduğumu anlayacaq deyə ödüm ağzıma gəlirdi. Təmiz Azərbaycan türkcəsində danışırdı. Amma onların ləhcələri bizim danışdığımız Azərbaycan türkcəsindən fərqli idi. Uzun-uzadı nəyi isə izah etməyə çalışsam dərhal anlaya bilərdi. Həm də danışmağa kefim də yox idi. Atamın, gözlərimin bəbəyində qalmış yorğun, bez-gin və sevgi dolu üzü, Dilonun gözyaşları, Memonun əl eliyən silu-eti ağlımdan heç cür çıxmırdı. Taksinin arxa oturacağında büzül-müş, başıma gələcəkləri gözlərimin önünə gətirməyə çalışırdım.
Molla Həsən necə insan idi? Dostu Molla Eyyubu xatırlayacaq-dımı? Mənə kömək edə biləcək gücü var idimi? Bəs ortalıqda qal-sam nə olacaqdı? Buna bənzər suallar ürəyimi sıxdıqca sıxırdı. Taksi sürücüsü isə bir gözü yolda, bir gözü güzgüdəki əksimdə mənə, Şahdan, Xomeynidən, dindən, siyasətdən, Amerikadan ağlına gələni danışırdı.
– Sən hələ gəncsən, çox şeyi bilməzsən. Mən çox şey görmüşəm. İnsanın gözlərinə baxanda ürəyini oxuyuram. Məsələn bu gün yox-sul görkəmli birini Türkiyə sərhəddinə apardım. Türkiyədə bir qo-humunu görməyə getdiyini deyirdi. Dedikləri təbii ki, yalan idi. Be-lələrinin cibləri dollarla doludur. Türkiyəyə çatan kimi ilk təyyarəy-lə Amerikaya qaçırlar. Çünki belələri Amerikanın xidmətçisidirlər. Allah, İmamdan razı olsun. Belələrini sildi-süpürdü. Saraylarını, dəbdəbələrini yerlə bir etdi. Hələ o lənətə gəlmiş Şahı qulağından tutub cəhənnəmə atdı.
Günəş işığında asfalt yol par-par parıldayırdı. İlan kimi qıvrılıb gedən yola arada bir gözüm sataşanda sanki çayın üzərində getdiyi-mizi hiss edirdim. Makuya yaxın yerlərdən biriydi. Amma hara? Sü-rücüdən hələ neçə kilometr yolumuz qaldığını soruşmağa da çəki-nirdim. Səbirsizliklə sağa-sola göz gəzdirir, birdən bir təpənin arxa-sından meydana çıxacaq şəhərin yüksək evlərini, dik minarələrini görəcəyimi düşünürdüm. Lakin ətrafda şəhər yox idi. Aradabir için-dən keçdiyimiz, kiçik və yoxsul kəndlərin kərpicdən tikilmiş evləri mənə öz kəndimizi xatırladırdı. Mənim nigaranlıqla arxa kresloda eşələndiyimi görən şofer güzgüdən üzümə baxıb güldü.
– Narahat olma, yolumuz az qalıb! Bir azdan Makudayıq.
Həqiqətən də, çox keçmədən Makuya girdik. Biz çatanda gü-norta azanı oxunurdu. Böyük bir kənd boyda olan Maku qəzası bir qarışqa yuvasını xatırladırdı. Yüksək dağların arasına sıxışmış dar düzəngah və ortasından axan çay insana dinclikdən çox qorxu verir-di. Nizamsız və darısqal küçələrdə gəzişənlər, alış-veriş üçün yük-sək səslə danışanlar, məscidlərə qaçanlar, dükanlarını bağlayan ta-cir, köhnəlmiş, dağılmış asfaltdan qopan toz buludları, motorlu, mü-hərriksiz nəqliyyat vasitələri dözülməz xaos yaradırdı.
Qarşıma çıxan ilk məscidin yanında endim və boşboğaz taksi sürücüsü ilə vidalaşdım. Məscidin yaxınlığındakı dükanlardan biri-nə girib Molla Həsənin evini soruşdum. Məni Mollanın evinə apar-maq üçün yanıma on beş yaşlarında bir uşaq qoşdular.
Molla Həsənin evinin qapısını döyərkən həyəcandan əlim-aya-ğıma dolaşırdı. Heç tanımadığım insanlara nə deyəcəkdim? Hansı yalanları uydurmaq məcburiyyətində qalacaqdım? Qəfil gəlişim, məmləkətimdən qaçıb buralara gəlməyim onları şübhələndirəcək-dimi? Şübhəli, qaçaq bir adama evlərində yer verərdilərmi? Yalnız dost məktubu mənə kömək etməklərinə kifayət edəcəkdimi? Adam özü qəbul etsə də, arvadı, uşaqları razı olacaqdımı? Lap mənə yer versələr də, yanlarında nə qədər qala bilərdim ki?
Min bir sual və düşüncəylə boğuşa-boğuşa böyük qara dəmir qapını döydüm. Qapını çarşaflı bir qadın açdı. Çarşafın ucları qolla-rının yanından aşağı doğru sallanırdı. Bir əliylə çarşafı çənəsinin üs-tündə tutmağa çalışırdı. Qorxudan üzünə baxmadım.
– Molla Həsənin evi buradırmı?
– Buradır.
– Onunla görüşə bilərəm?
– İndi məsciddədir. Buyurun içəri girin. Bir azdan gələr.
Dəmir qapıdan içəri keçən kimi özümü rəngarəng çiçəklərlə bə-zənmiş bir bağın içində gördüm. Ərik, şaftalı, alça ağaclarının bir-bi-rinə qarışdığı bağın ətrafında yüksək divarlar hörülmüşdü. Bağça-nın ortasında daşdan, damsız evin yaşıl boyalı balkonunda əlli yaş-larında başı yarıaçıq, saçları xeyli ağarmış bir qadın oturub həm hör-gü hörür, həm də qarşısındakı stulda oturan doqquz-on yaşlarında-kı bir qız uşağıyla söhbət edirdi. Məni görüncə əlindəki hörgünü bu-raxıb ayağa qalxdı. Yanlarına gedib-getməməkdə tərəddüd etdim. Göründüyü qədəri ilə evdə kişi yox idi. “Ən yaxşısı Molla Həsən gə-lənə qədər çöldə dayanım, deyə düşündüm. Mən arxamı dönüb gir-diyim qapıdan çıxmaq istəyərkən qadın arxamdan səsləndi.
Ücretsiz ön izlemeyi tamamladınız.