Kitabı oku: «Tanıdığım Nazim Hikmət»
ORXAN QARAVƏLİ
TANIDIĞIM NAZİM HİKMƏT
“Xatirə Ədəbiyyatı” silsiləsindən 25-ci kitab
SƏN
Sən əsirliyim və hürrüyyətimsən,
çılpaq bir yaz gecəsi kimi yanan ətimsən,
sən məmləkətimsən…
Sən ala gözlərində yaşıl hərarət,
ən böyük, gözəl və müzəffər
və yetişdikcə yetməz olan həsrətimsən…
Nazim Hikmət
15 ocak 1902 – 3 haziran 1963
İçindəkilər
Ön söz–
Azərbaycanca nəşrinə ön söz
Giriş(Başı dik bir türkün hekayəsi) –
Birinci bölmə
Nazim Hikmət yetmiş beş yaşında................
Bir inqilabçının doğuluşu............................
“Bahriyeli” zabit..............................................
İkinci bölmə
Nazim: İstanbulda bir “şəbəkə” başçısı...........
Əlvida, İstanbul!.. Salam, Anadolu..................
Mustafa Kamalla tanışlıq.................................
Üçüncü bölmə
Ankaradan Boluya… Sonra Batum və Moskva.....
Anadolu inqilabından rus inqilabına.....................
Türkiyəyə ilk dönüş...............................................
Dördüncü bölüm
Türkiyəyə son gəliş..................................................
Otuz beş il qınayan şair...........................................
Beşinci bölüm
Müstəqil həyata doğru...........................................
Altıncı bölüm
Qaçışdan sonra.........................................................
Haşiyələr
Qaynaqlar
“TANIDIĞIM NAZİM HİKMƏT” KİTABIMIN AZRBAYCANCA NƏŞRİNƏ
ÖN SÖZ
Dostum, dəyərli yazar Azad Qaradərəlidən “Tadıdığım Nazim Hikmət” adlı kitabımın Azərbaycanda çap olunacağı xəbərini eşidəndə çox sevindim. Zamanla ayaqlaşa bilmədiyi üçün tarix səhnəsindən silinib gedən Osmanlı dövlətinin külləri üzərində Atatark dühasının yaratdığı Türkiyə Cümhuriyyəti məşhur şair və yazıçıların da vətəni olmuşdur. Bunlardan biri, heç şübhəsiz, böyük yurdsevər şair Nazim Hikmətdir. Onunla ilk və nə yazıq ki, son görüşüm 1960-cı ildə Moskvada oldu.
O taixdə gənc bir qəzetçi kmimi elmi bir konfransı izləmək üçün Sovetlər Birliyinin paytaxtı Moskvada idim. Nazim Hikmət isə canını qurtarmaq üçün çox sevdiyi arvadını və Mehmedini geridə buraxaraq yurd xaricinə getmək məcburiyyətində qalmışdı. On il idi ki, burdaydı. Böyük qardaş kimi, yaxud ata kimi baxdığım Nazimlə qaynayıb-qarışmış, on beş gün boyunca gecə-gündüz bir yerdə olmuşduq. Nazimin Moskvada ən yaxın adamı olan alim Əkbər Babayev də bizimlə idi. Nazim bir axşam “vətən həsrəti məndə heç əskilməz, – demişdi. – Bəzən elə dayanılmaz hala gəlir ki, qalxıb Azərbaycana gedirəm… Sonucda Azərbaycan mənim ikinci vətənim olmazmı?..”
Böyük şair və yurdsevər ilə dostluğum türk heyətindəki bəzi önəmli şəxsləri rahatsız etmişdi. Çünki onların gözündə qosqoca Nazim, nə yazıq ki, vətən xaini idi. Sonunda xətalarını anladılar. Amma nəyə yarar? Nazimsə onların hamısını böyük ilgi ilə qarşıladı və üzgünlüyünü bəyan etmədi.
Ən böyük əndişəsi öldüyündə Moskvada basdırılması idi. Bir şeirində “Anadoluda bir köy məzarlığına gömün məni” dediyini hamımız yaxşı bilirik. “Araqvi” adlı bir gürcü kafesində ürək tutmasından qucağıma yıxılarkən “öldüyümə yanmam, buralarda gömərlər, ona yanıram” deməsini heç unutmadım. Bir yerdə olduğumuz zamandan 50 ildən çox vaxt keçdi, amma Türkiyə onun ölkəsində dəfn olunmaq istəyini həyata keçirmədi. Əcaba, Azərbaycandakı sevənləri onun sümüklərinin Moskvadakı Novodoviçidən Bakıya gətirməyi düşünərlərmi? Sonucda türk Anadolusundan türk Azərbaycanının nə fərqi var?
Məhəbbət və hörmətlə
Orhan Karavəli
İstanbul, 17.07.2016
KİTABIN TÜRKİYƏDƏ ÇAP OLUNAN NƏŞRİNƏ
ÖN SÖZ
27 may 1960-cı ildə baş vermiş dövlət çevrilişindən bir neçə həftə keçmişdi. Ankaradan universitetimizə gələn xəbərə görə, xaricdə keçiriləcək konqreslərə bu il Türkiyədən kimsə qatılmayacaqdı. Bunun tək səbəbi isə avqust ayında Moskvada keçirilməsi gözlənilən “Millətlərarası Şərq elmləri konkresi” idi. Türkiyə bu toplantıda mənim rəhbərliyimlə on beş nəfərlik heyətlə təmsil olunacaqdı.
Hərəkətə keçərək çoxunu İstanbul Universiteti ədəbiyyat fakültəsi tarixi, sənət tarixi, eyni zamanda türk, ərəb və İran ədəbiyyatı mütəxəssislərindən ibarət heyət yaratdıq. Bu arada Ankara dil və tarix-coğrafiya fakültəsində türkologiya professoru olan keçmiş təhsil naziri Tahsin Banguoğlu da heyətə daxil edildi.Bizimlə birlikdə Moskvaya üç nəfər qabaqcıl xarici siyasət yazarı olan qəzetçi də gedəcəkdi”Ulus” qəzetindən Əhməd Şükrü Əsmər, “Milliyət” qəzetindən Ömər Şamil Coşar və “Vətən” qəzetindən bu kitabın müəllifi hörmətli Orhan Karavəli. Keçən zamanda professor Əsmər və Ömər Şamil Coşarı itirdik. O tarixdə Moskvada yaşadıqlarımızın qəzetçi şahidi olaraq yalnız bu kitabın yazarı hörmətli Orhan Karavəli qaldı.
Moskvada olduğumuz vaxtda gecə-gündüz demədən bütün zamanını Nazim Hikmətlə aralarında qurulan dostluğu sürdürməyə sərf edən Orxan Karavəlinin əlinizdə tutduğunuz yeni kitabı, böyük şairin anadan olmasının 100-cü ildönümündə sevərək oxuyacağınız sənədli nəsr kimidir.
Konqres zamanı dünyanın hər yerindən gəlmiş şərqşünaslar öz fikirlərini təbliğ edərək mübahisəyə yol açdılar. Toplantının bizim heyət üzvləri üçün ilginc olan xüsusiyyətlərindən biri də o tarixlərdə Moskvada yaşamaqda olan Nazim Hikmətin konqres iclaslarına qatılması idi. Hətta şairin ortalıqda görünməsi belə, bizim heyət üzvlərini əsəbləşdirirdi. Üzülərək bildirməliyəm ki, şair haqqında burada yazmağın mümkün olmadığı sözlər söyləyənlər də oldu. Düzdür, bunların sayı üç-dörd nəfəri keçmirdi, amma davranışları heyət rəhbəri olaraq mənim işimi çətinləşdirirdi. Yad bir ölkədə, dünyanın hər tərəfindən gəlmiş ünlü simalar önündə türk heyətinin bir qanqaraçılığı ilə üzləşməsi məni qorxudurdu.
Yaşı uyğun olanlar anlayazaqlar. O vaxtlarda Türkiyədə bir kampaniya başladılmış və hər kəs barmağındakı nişan üzüyünü xəzinəyə bağışlamışdı. Bunu Nazim Hikmət də hardansa duymuşdu ki, öz barmağındakı üzüyünü Ankaraya çatdırmaq üçün mənə vermək istədiyini söylədi. Onun bu gözlənilməz fikri bizim yoldaşları pis hala gətirdi və açıqca “alma, alma” deyərək bağırmağa başladılar. Çox çətin durumda qalmışdım. İstər-istəməz, “Nazim bəy, sizin bəhs etdiyiniz kampaniya artıq çoxdan başa çatıb, yurda dönəndə üzüyünüzü təhvil verməyə bir yer tapmaya bilərəm” deməyə məcbur oldum. Sovetin ev sahibləri konqres bitəndə bizi Orta Asiyaya dəvət edərək Səmərqənd, Buxara və Daşkənddə gəzdirdilər.
Moskvaya dönəndə görmək istədiyimiz başqa yerlər olub-olmadığını soruşdular. Hər kəs öz tərcihini bildirdi. Mən o zamanki adı Azərbaycan Sovet Sosialist Respublikasını seçərək paytaxt Bakıya getdim və əsasən universitetdə oldum. Buradakı müəllim heyəti ilə təmaslarım oldu.
Orxan Karavəlinin bu yeni kitabının Nazim Hikmətin daha yaxından tanınmasına kömək edəcəyinə inanıram.
Professor Fahir İz
Levent, İstanbul, 18 fevral 2002
Giriş
Başını dik tutan bir türkün hekayəsi
Burası qəti şəkildə belədir ki, indiyə qədər türk dilində bu qədər təsirli bir şey yazılmamışdır.
Mustafa Kamal Atatürk
Uzun boylu, ağ və sarıya çalan gur saçlarıyla qadınlı-kişili hamının ortamında qarlı bir zirvə kimi ucalan yaraşıqlı adamın bir qədər yaxınlığında durub səsləndim:
“Nazim bəy!.. Nazim bəy!..”
Boşluqdan bir səs eşidirmiş kimi durduğu yerdə qəfil döndü və ətrafındakı qələbəliyi yararaq mavi gözləri ilə inamsızcasına baxaraq mənə doğru gəldi.
Özümü tanıtdım:
“Salam, Nazim bəy! Mən Orxan Karavəli, Türkiyədən qəzetçiyəm.”
Böyük sevinc dalğası üzünə yayıldı, uzun barmaqlı əllərini çiynimə basdı. Bir an bir söz belə söyləmədən mənə sarılıb yanaqlarımdan öpmək istəyirmiş kimi hərəkət etdi. Düşünürəm ki, belə bir qucaqlamağa hazır olmadığı üçün bir az durdu, amma uzatdığım əlimi dostca tutaraq nəfəs-nəfəsə:
“Mərhəba!.. Minlərcə mərhəba!” dedi. “Xoş gəldiniz. Zatən gələcəyinizi bilirdik. Səbirsizliklə gözləyirdik…”
Bir az əvvəl ətrafını saran qələbəlik indi çox əski dostların görüşünə bənzəyən səhnəni seyr edirdi.
9 avqust 1960-cı il. Moskvanın “Lenin təpəsi” üzərindəki Lomonosov Universitetinin böyük toplantı salonu. Türkiyədən professor Fahir İz (1911-2004) başda olmaqla elm adamlarından ibarət nümayəndə heyətinin də qatıldığı 15-ci Şərqşünaslar Konqresi SSRİ Nazirlər Sovetinin Baş nazirinin müavini Anastas Mikoyan açmışdır. Ev sahiblərinin “xoş gəldin”indən sonra fasilə verildi və rusların da bizim kimi çay dediyi çayımızı içirik.
Usta əlindən çıxdığı bəsbəlli olan dördüymə pencəkdə, şık qəhvərəngi kostyumda olan və bütün diqqətləri özünə çəkən Nazim, qaçacağam kimi əlimi hələ də əlinin içində saxlayıb bir ovuc yurd torpağını tutar kimi:
“Sizlər burada ha?.. Bizim üçün çox xoşdur. Aman, lütfən daim bir yerdə olaq. Sizləri heç yalnız buraxmayacam. Bir proqram tərtib edib sizi Moskvada gəzdirim.”
Sonra birdən durur:
“Bu uşaq həyəcanını xoş qarşılayın. Doqquz ildir ilk dəfə bir yurddaşımla görüşüb söhbət edirəm buralarda.”
Gülərək yanımıza gələn gənc bir nəfərlə məni tanış edir:
“Budur, mənim qürbəttəki ən yaxın dostum və qoruyucu mələyim. Çağdaş türk ədəbiyyatı üzrə dosent Əkbər Babayev. Azərilərin və hamımızın qüruru.”
Nazimin:
“Durun sizə yemək üçün nəsə gətirim, çayınızı da təzələyim” deyərək yanımızdan ayrılmaq istəyən Babayev: “Ona belə istəklə yanaşdığınız üçün sağ olun” deyir.
“Başqa necə yaxınlaşa bilirdim ki?”
“Elə deməyin. Çıxışı ayaq üstə alqışlananda yerlərindən belə qalxmayan türk elm adamlarını, uzatdığı əli havada buraxanları, gördükdə arxalarını çevirənləri də tanıdıq buralarda. Bu üzdən gəlmək istəmədi bu toplantıya, yenidən incidilmək, aşağılanmaq qorxusuyla. Zatən bu aralar da istədiyimiz kimi olmaz. İnanın zorla gətirdim bu toplantıya. Amma kin saxlamaz o. Göstərdiyiniz yaxınlıqla əski qanqaraçılıqları unutduğu və dünyaya gəlmiş kimi olduğu üzündən oxunur.”
Nazim əlində çaylar gələrkən məsləkdaşım Ömər Sami Coşar da (1919-1984) bizə qoşulur və birilərini narahat edəcək “Moskva dördlüyü” belə yaranır.
“Vətən xaini” Nazim, yanına yaxınlaşmaq mümkün olmayan bir adam, türk heyətində bəzi ünlü adamların bizi uzaqdan pis-pis süzdüklərini heyrət və üzüntü içində izləyirəm. Bunlar konqres gününün sonunda Ukrayna otelinin dəhlizlərində toplaşıb vaxt öldürərkən bizim Nazim və Babayevlə birlikdə hər axşamı bir yerdə keçirməmizdən elə rahatsız olmuşdular ki, “işi” Moskvadakı səfirliyimizə qədər aparmışdılar. Bir “vətən xaini” ilə gec saatlara qədər əcəba nə edirdik? Yoxsa onun araçılığıyla “Yavuz”un planlarınımı satırdıq ruslara? 27 may 1960-cı illərdə Dəniz Donanması admiralı və sonrasında cumhurbaşkanı Fahri Korutürk , elçilikdəki bir bir qəbul zamanında universitet müəllimlərinə:
“Bu qəzetçilərdən şübhəyə düşməyi ağlınıza kimin saldığını bilmirəm. Davranışınızı da qəbul etmirəm. Onlar türk qəzetçiləridilər. Türk qəzetçisi yurdunun və əhalisinin gəlir-çıxarını, kimlərlə nə zaman, harada, necə görüşməyi və danışmağı sizlər qədər biləcək səviyyədədirlər. Mən türk qəzetçisinə güvənirəm və bir mütəxəssis kimi gördüyü işlərlə bağlı onları sorğuya çəkməyi qəti qəbul etmirəm, hansı sifətlə olursa-olsun”, sözləri ilə çox anlamlı və düşündürücü bir dərs verəcəkdi.
Yurd və yurddaş istəyinin betondan tökülmüş möhtəşəm abidəsi kimiydi Nazim. “Məndə məmləkət istəyi bir zamanlar cənnət halına gəlmişdi. Heç nə edə bilmirdim…” deyir və İstanbulu yadına saldığı üçün hər fürsətdə Praqya gedərdi. Dünyada olub-bitənlərlə, əlbəttə ilgilənirdi, amma əsil işi “ozanlıq, yazarlıq və barış həvariliyi idi. Müxtəlif ölkələrdə sülhlə bağlı toplantılarda təbii olaraq “Türkiyə diləkçəsi” gözüylə görülüb-göstərilənlərdən məmnunluq duyur və ölkəsini ən yaxşı şəkildə təmsil etməyə çalışırdı.
“Bizim kimi kəndli bir millətdir” dediyi ruslardan on ildə on min məktub almışdı və Türkiyə ilə türklər haqqında məlumat istənilir, ən yaxşı duyğularını bildirirdilər. Bunları anladarkən bir də gələcəkdən xəbər verənlik də etmişdi: “Görəcəksiniz, – deyirdi, çox uzaq olmayan bir gələcəkdə Rusiyadan Türkiyəyə hər il milyonlarca turist gedəcək və dənizimizin, günəşimizin, yeməklərimizin ləzzətini duyacaqlar. Çünki bizləri və ölkəmizi sevməyən, maraq göstərməyən bir tək Sovet vətəndaşı ilə rastlaşmadım.”
“Birdən rastlaşsan”
“Beləsini danışdırmaram elə!..”
1960-cı ilin avqust ayında doqquz il qonağı olduğu ruslar onu vətəndaşlığa qəbul etmədikləri üçün, ana babası Mustafa Cəlaləddin Paşanın lehistanlı olduğunu nəzərə alaraq Polşa rəhbərliyi onu öz vətəndaşlığına almışdılar. Sovetlər birliyində bəlkə də xoşbəxtlik içində yaşadığı söylənməzdi, amma maddi sıxıntısı da yox idi. Türkiyədə yasaq olan əsərləri qırx dilə çevrilmişdi və yaxşı gəliri ilə rahat bir güzəran sürməsi, istədiyi zaman başqa ölkəyə getməsi, istədiyi qədər burada qala bilməsi mümkün idi. Amma yenə də ağlı ölkəsində idi və yeni “durum deyə” qəbul etdiyi 27 may 1960-cı il çevrilişi ilə əlaqəli “dəyişiklik” imkan verərsə, “bir dəqiqə belə durmadan” Türkiyəyə gedəcəkdi.
Yaxşı, bəs qayğıları?
Düzdür, ideoloji görüşlərində hər-hansı bir dəyişiklik olmamışdı, amma öz ölkəsində onun sözləri ilə desək “türk dilinin sıradan bir şairi” olaraq deyil, kimlər üçünsə vətən xaini olaraq görülüb tanıdılmasından çox sarsılır. Bu yanlış, haqsız, insafsız qiymətləndirmənin bir gün mütləq silinib gedəcəyinə, yurtdaşlarının onu həqiqi adıyla sevib oxuyacaqlarına inanırdı. Bu mövzuda elə narahat idi ki, bir gün mənə “Bax, canım, demişdi, Türkiyəyə dönüşündə məndən və danışdıqlarımızdan heç söhbət açmasan da olar, amma yanlış bir şey yazım demə. Vallah o biri tərəfdə əllərim yaxanda olar!..”
Bir başqa qayğısı da “Qurtuluş savaşı dastanı” dediyi əsəri ilə bağlıydı. Moskvada belə demişdi mənə: “İstiqlal savaşımızı anlatdığım bu dastan həyatımın əsəridir. Əslində 66 000 sətirdən ibarət olacaqdı. Həbsxanada olarkən yazmağa başlamış, sonra davamını qələmə almışdım. 66 000 sətirdən 46 000-sı hələ də itmiş sayılır. Bunları hissə-hissə Əli Nicatiyə (Karacan, 1896-1955), Peridə Calala (1915) və bir akrabama vermişdim. Guya qorxudan əllərindəki parçaları yandırmışlar. Surətləri də yoxdur. Heyf oldular, deyilmi? Onları tapmaq bəlkə də heç mümkün olmayacaq…”
Nazimin yuxarıda eynilə verdiyim sözləri ilk dəfə 1978-ci ildə Cümhuriyyət qəzetində yayımlananda hörmətli Peridə Calal narahat olmuş və bunları mənim Nazimin adına özümdən uydurduğumu demişdi. “Qurtuluş savaşı dastanı”nın bir bölümünün yox olması doğruydu və bunlar Nazimin ətrafında olan adamlara verdiyi vərəqlər idi ki, bunlar 10-15 makina səhifəsindən ibarət olardı.” Demək ki, Nazim 10-15 makina səhifəsi üçün çevrəsindəki bütün dostlarını ittiham edirdi. Dost başına bir neçə səhifə kimi bir şey!..
Hörmətli Peridə Calal deyib ki, evi nəzarətdə olduğundan əlindəki səhifələri bir xanıma vermiş. O da Nazimin qaçdığını eşidincə qorxub onları yandırmışdı ki, bu ortamda onu günahkar saymaq da düzgün olmazdı…”
Nazim Hikmətin çevrəsindəki dostlarından heç olmasa biri – hörmətli Peridə Calal məni haqsız yerə suçlasa da, yandırma hadisəsini təsdiqləyirdi. Yandırılanın miqdarında fikirlərimiz üst-üstə düşməsə də…
Digər romançımızın mənə xitabən yazılıb-yazılmayan açıqlamasını Oktay Akal dörd gün sonra eyni qəzetdəki köşəsində “Çeir yandırılarmı?” sorğusuyla cavab verəcəkdi. Akbala görə, Nazimin itkin sətirləri mövzusu olduqca yayılmış bir məsələdir və heç bir böyük sənətçinin əsəri ortadan qaldırılmamalıydı. Bu bir cinayətdir və əsil günahkar da insanları bu işə sövq edən dövranlardır…”
Nazimə görə, 46 000…Hörmətli Peridə Calala görə isə 10-15 makina səhifəsi!.. Hər səhifədə 30-35 sətir hesabıyla 300-500- sətir!.. Azmıdır? Bir də “ətrafındakı bütün dostlar” var. On, on beş onlara əmanət etdisə Nazim, itən səhifələrin sayı minlərə şıxmırmı? Hamısımı yandırıldı bunların? Haradasa saxlanıla bilər azından bir bölümü? Ədəbiyyat tariximiz baxımından isə həbsxana şəraitində on minlərcə səhifə yaratdığı məlumdur və
Sarışın bir qurda bənzəyirdi
Və mavi gözləri çaxmaq-çaxmaqdı
Yürüdü uçrumun kənarına qədər
Əyilib durdu
Buraxsalar
İncə, uzun ayaqları üstdə yellənərək
Və qaranlıqda axan bir ulduz kimi axaraq
Kocatəpədən Afyon düzünə adalayacaqdı…
– deyərək nəhəng Atatürkümüzü, bir neçə səhifədə yüzlərcə şairin minlərcə səhifəsindən daha coşqulu, həqiqi və əbədi bir biçimdə yaradan böyük ustanın itkin səhifələrinin arxasınca bir kimsənin düşməmiş çox qəribədir. İngilislər Şekspirin, almanlar Götenin, Avstriyalılar Motsartın haradasa itkin əsərlərinin ola biləcəyi fərziyyəsi irəli sürülsə, əcəba beləmi davranardılar?
Nazimin, şahidiyəm ki, üçüncü qayğılandığı şey dəfn olunacağı yerlə bağlı idi. Şeirində “Anadoluda bir kənd qəbiristanında dəfn edin məni” deyərək, sağlığında qovuşmadığı vətən torpağına heç olmazsa öləndə qovuşmağı vəsiyyət etmişdi! Daha nə desin? Bir də Moskvada bizlərə söylədiyi “Öldüyümə yanmaram da… Necə olsa gec-tez öləcəyik… Buralarda basırarlar, ona yanaram…” sözləri var.
Yürdsevərliyinə, Türkiyə, türk xalqı və türk dili sevdasına, şairliyinə və şeirinə bir toz elə qondurmarıq, amma iş son arzusunun yerinə yetirilməsinə gəlincə, inanılmaz bir səssizlik…Utanc verici qara yumor kimi bəhanələr…Həm də rəsmi ağızlardan: əfəndim, sümüklərinin Türkiyəyə gətirilməsi üçün öncə vətəndaşlığının bərpa edilməsi bunun üçün də şəxsən (ölmüş adamın!) müraciət etməsi lazımmış!..
Sarıqamış günahkarı, məhv olunmuş on minlərcə vətən övladının sorumlusu, türklüyü uçrumun kənarına sürükləyən Ənvər Paşanın sümüklərini gətirib İstanbulun “Hürrüyyəti-əbədiyyə təpəsi”ndəki görkəmli yerdəki məzarında torpağa verənlər kimsənin tükünə yoxunmamış, türk dilinin böyük ustasına bir kənd məzarlığında iki metr vətən torpağını çox görürlər və bizlər də bu ayıba şahidlik edirik.
Milyonluq Moskvanın sabit, fəqət soyuq atmosferində sayqı və ilgiylə əhatə olunmuş bir qaynar ölkə timsalını andırırdı. Torpaqdan qoparılmış və saxsı qablarda əkilmiş kaktus kimi hiss edirdi özünü. Yenidən torpağına dönəcəyi günü, sanıram ki, bezib usanmadan gözləyəcəkdi.
Ayrılarkən gözləri dolmuşdu:
“Məni də alıb aparmayacağına görə, qucaq-qucaq salamlarımı apar bəri, dosta, hər kəsə. Soruşan olarsa, “Moskvada bir türk şairi Nazim var” deyərsən. Başı dimdik türklüyüylə…”
Orxan Qaravəli
İstanbul, 3 dekabr 2007
BİRİNCİ BÖLÜM
Nazim Hikmət 75 yaşında
Nazim Hikmət üçün anma törəni təşkil etmək cinayətdir
Prof. Rıfkı Danışman TC Mədəniyyət naziri, 1977
Nazim Hikmət milli və universal mədəniyyətə olan təsiri ilə dəyərləndirilməlidir
İstemihan Tala TC Mədəniyyət naziri, 2002
Anadan olmasının 100-cü ili Türkiyənin də rəsmi cəhdi ilə və həssas adam və qurumların coşqun dəstəyi ilə dünya miqyasında “Nazim Hikmət ili” olaraq qeyd edilərkən, keçən zaman içində körpülərdən nə qədər çox suyun axıb keçdiyi gözdən qaçırılmamalıdır; bəzi mənfi qeyri-ahəngdar səslərin bu gün də çıxması çox deyil, amma iyirmi beş il öncəni düşünərək qiymətləndirməliyik.
1977-ci il. Nazim 75 yaşında! Türkiyə Yazarlar Sendikatı məhdud və mütəvazi bir tədbir kimi planlaşdırdığı “anma həftəsi” təşkil etmişdir.
O tədbirlərə Bülent Ecevit-Nəcməddin Ərbakan ikilisinin CXP və MSP koalisyası getmiş, Ədalət Partiyası sədri Süleyman Dəmirəlin Ərbakan,Türkeş, Feyzioğlu “Birinci Milliyyətçi Cəbhə Höküməti” iqtidarı da iştirak etmişdir.
O günlərdə və Nazim Hikmətin 75-ci ildönümündə səssiz-sədasız deyilə biləcək bir tərzdə anılarkən Mədəniyyət Nazirliyi məsləhətçisi professor Emin Bilgic bu son yeniliyə bu dəhşətli bəyanatı vermişdir:
“Yurd düşmanları əl-ələ və iş birliyi içində Yavuz zirehlisini yad məmləkətlərə qaçırmağa (?) qalxan Nazim Hikməti adam yerinə qoyub da anırlar… (20 yanvar 1977)
O zamanın mədəniyyət naziri prof.Rıfkı Danışman isə eyni qəzetin 31 yanvar 1977-ci il tarixli sayında belə fikir səsləndirir:
“Nazim Hikmət üçün anım tədbiri təşkil etmək günahdır! Onu vətənpətvər, millətçi, məmləkətin birlik, bərabərlik və ucalığı üçün ömrünü vermiş insanlar arasına qatmaq kimsənin ağlına gəlməməliu və bu cür təşəbbüslərə kimsə səy etməməlidir. Nazimin məzarının Türkiyəyə gətirilməsi isə mümkün deyildir. Öncə türk milləti istəməyəcəyi üçün, sonra da qanunun imkan verməyəcəyinə görə.”
Eyni qəzetdə cüssəli görüntüsü ilə “Qoca rəis” deyə xatırlanan Sadəddin Bilgiç “partlama” çıxardır. O Sadəddin Bilgiç ki, Ədalət partiyasının qurucusu və başqanı istefada olan general 27 maydan sonra qısa müddətə Baş Qərərgah rəisi vəzifəsində olan Raqıp Gümüşpalanın (1897-1964) ani ölümü ilə əlaqəli başqanlığa namizədliyi qətiləşərkən, Adnan Menderesin bir zamanlar “bizim bu müdiri” dediyi “Morrisson” ləqəbli gənc Süleyman Dəmirəl hər şeyi bir anda dəyişdirincə, partiyanı əldən vermişdi. Məlumatlı adamların Dəmirəl haqqında ustalıqla yaydıqları “masondur” fikri çox təsirli görünərkən, “qoca rəis” qarşısında artıq heç şansının qalmadığı deyilən Dəmirəl, bu fikirləri söyləməklə çoxluğu öz yanına çəkə bilmişdi:
“Mən mason deyiləm. Bizim evdə hər səhər yeməyi zamanı Quran oxunur.”
Türkiyənin qırx ilinə damğasını vurduğu bəs deyilmiş, imkan tapsa ölkənin qədərini – yaşının bu vaxtına baxmadan – yenidən ələ keçirməkdən çəkinməyəcəyinə hər kəsi inandığı Dəmirəl, həm həqiqətləri gizləyir, həm mason olmadığı yönündə cəmiyyəti ikiyə bölür, həm də masonluqla dindarlıq arasında mümkünsüz bir əlaqə quraraq, bu camenin mənsublarını dinsizliklə suçlamış olurdu. Türk evlərində səhər yeməyi zamanı Quran oxunub-oxunmaması məsələsi isə uzun zaman dartışılacaqdı. Sanıram, bu gün də dartışılsa yeri var.
Nəysə!.. Sənətkarların kommunist də olsa, vətənlərini sevə biləcəyinə inanmayanlar onların türklüyünü itirdiyini də düşünürdülər. Dövlət adamı Sadəddin Bilgiç partiyasının “naşiri-əfkarı” olan “Son həvadis”də manqalda kül belə qoymurdu:
“Onu anmaq ilə Türkiyə birliyinin keçərli hüquq qaydalarını çeynəmək arasında fərq yoxdur… Sənətin insanları birləşdirə bilməsi kimi, sənətkar da hər şeydən öncə, öz vətəninin insanlarını birləşdirir. Nazim Hikmət həqiqətən və qanunla türk deyildir. Yuxarıdakı ölçüyə görə, heç türk sənətkarı da deyildir. Onunku solçuluq deyil, soxulcanlılıqdır.”
İndi də bir sıra zamanlarda “Hər gün” qəzetinin köşə yazarı, bu günün çox tanınmış siyasətçisi və dövlət adamı Yaşar Oxuyanın fikirlərini alaq:
“Vətən xainliyi təsdiq olunmuş satqın kommunist olan Nazim Hikmətin anadan olmasının 75-ci il dönümünün törənlərlə qeyd edilməsi ibrətvericidir. “Nazim Hikmət həftəsi” düzənlənməsi və bu adamın təriflənməsi ilə ilgili olaraq MSP-li daxili işlər və ədalət nazirliklərindən səs çıxmamışdır. İslam adına fitva verməklə ünlü MSP-nin əlindəki bu iki nazirlik əcəba, nə üçün bu həftələri düzənləyənlər haqqında qanun tətbiq etməmişlər və təşkil edilən toplantılara icazə vermişlər? Xainlərin qəhrəman deyə elan edilməsinə təhəmmülü qalmayan xalqımız, çıxıb getməni arzu edir. Bunu beləcə bilsin (Oğuzxan) Əsiltürk!…
Aşağıdakı “incilər” də “Sabah”da yazan Mustafa Yıldırımdan:
“Kommunistlər Hikmətov məlununu “ölkə çapında böyük” gördüklərinə görə onun öz vətəninə xəyanətini haqlımı sayacaqlar? Bizə görə Hikmətov mikroskopla belə tədqiqi mümkün olmayan bir mikro orqanizmdir.”
“Milli qazete”də Səlahəddin Eşin yazdıqları isə həddindən artıq “elmi” olduğundan anlaşılması bir az mümkünsüz:
“Ölmüş, getmiş birinə bizim köpək və ya iradəsiz donuz deməmiz, yazı əxlaqımıza zidd olduğundan çoxları kimi bu yolu tutmamaq üçün çarə axtarırıq.”Mendel qanunları”nda xarakterlərin nəsillər boyu davam etdiyi isbat edilir. Yəni bir ağ siçanla bir qara siçanın birləşməsindən…”
Beləcə, Nazimin 75 illiyinə türk mətbuatından bir neçə “incini” misal çəkdik. “Bu sətirləri yazıb da bu gün həyatda olanlar, əcaba indi nə düşünürlər?..” deyə soruşmaq istəyir insan. Özüm özümdən bir şey də soruşuram. Nazimlə ölümündən illər sonra belə müdhiş kinlə uğraşanlardan neçə adam qaldı yaddaşlarda? Hamısı unudulub getdi və ya gedəcək. Amma Nazim yaşayır və görünən bu ki, daha çox sevilərək yaşamağa davam edir. Bir çox sənətçilər, dünyagörüşlərinə görə sağlığında sevilməsə də, sayılmasa da, hətta bir çox təhdid və təqiblərə düçar olsa da, əsərləri ilə yaşayır. Ona ağır ittihamlar irəli sürənlər isə tamam unudulur.
Öz həmyerliləri 75 illiyində ona belə ağır ittihamlar səsləndirirkən, əcaba, xaricilər nə düşünürdü? Onlara da bir üz tutaq:
1977-ci il yanvar ayının ilk günləri, Parisdə yaşayan türk rəssamı və Nazimin yaxın dostu Abidin Dino Simone Siqnoret ile İv Montan ikilisini yay evlərindən telefon açaraq şairin 75-ci ildönümü ilə bağlı düşüncələrini soruşub. Bu vacib mövzuda danışmaq üçün Dinonu Parisdəki evinə dəvət edir və hər ikisi əvvəldən yazıb imzaladıqları bu sətirləri ona ona oxuyurlar:
“Sevgili Nazim!
Ölmədiyinə görə daha neçə belə illərə çıxasan! Madam ki, yaşıyırsan, ildönümünü təbrik edirik! Ozanlar ölməz! Səni tanıyanlar üçün də sən ölmədin. Bizim kimi səninlə yalnız bir neçə saat keçirənlər üçün də sən ölmədin, yaşayırsan!
Yaşayırsan, çünki gözəl, igid və xoş insandın.”
Bu sətirləri oxuyarkən Signoretin səsində bir sevgi və həsrət, insani münasibətlərdəki yaxınlığın duyğusal anlardakı böyüklüyü vardı. İv Montan isə həmişəki kimi şən səslə “gözəlmi, yaxşımı?” deyə soruşdu.
Fransanın bu iki ünlü və böyük sənətçisi Nazimlə ilk və son dəfə o zamanki Çexoslovakiyanın paytaxtı Praqada əcnəbi sənətçilərin yığışdığı Alkron mehmanxanasında görüşmüşdülər. 1957, yaxud 58-ci illər imiş. İlk söz alan böyük aktrisa Signoret satış rekordu vuran kitabında Nazimə də geniş yer ayırmışdı. Ondan “Gözəl və yapışıqlı bir adamdı. Ölkəsinin və yerləşdiyi qurşağın böyük inqilabçı ozanıydı…” deyə bəhs etmiş, sonra da “Onu anarkən nədənsə həmişə “Z” gəlir ağlıma demişdi. “Z” elencede – “Zi” – yəni yaşayaır deməkdir. Nazim də bizim üçün “zi”, yəni “ölümsüzdür.”
Və bir xatirəsini də yazır Simone Siğnoret:”Hər kəsin duymasını istədiyi bir də şikayəti vardı Nazimin. Sanıram “İvan İvanoviç” pyesinin başına gələnlərlə əlaqəli idi.
Söz sırası özünə gəlincə İv Montan Nazimin şeirlərini çox sevdiyini, bunlara bəstələnmiş mahnıların da ünlü bəstəkar Filipo Gerhardın əlindən çıxdığını və “Dənizlərin ən gözəli” ilə “Əqrəb kimisən, qardaşım”a (“Dünyanın ən qəribə məxluqu”) bütün çıxışlarında yer verdiyini bildirir.
Əqrəb kimisən, qardaşım
qorxunc bir qaranlıq içindəsən
əqrəb kimi.
Sərçə kimisən, qardaşım
sərçənin təlaşı içindəsən.
Midye kimisən, qardaşım
midye kimi qapalı, rahat.
Və sönmüş bir yanardağ ağzı kimi qorxuncsan, qardaşım.
Bir deyil,
beş deyil,
milyonlarlasın nə yazıq.
Qoyun kimisən, qardaşım
bir çodar uşağı qaldırınca zopasını
sürüyə qatılırsan o dəm
və adətən məğrurcasına gedərsən sallaqxanaya.
Dünyanın ən qəribə məxluqusan yəni,
əslən bu dərya içində olub
dəryanı bəyənməyən balıqdan da qəribə.
Və bu dünyada bu zülm
sənin sayəndə.
Və acıq, yorğunuq, al-qan içindəyik əgər
və hələ də şərabımızı çıxartmaq üçün əziliriksə
qəbahət sənin
– deməyə də dilim var gəlmir, amma –
qəbahətin çoxu sənin, canım qardaşım.
Bunlar da Paris Universiteti Şərq Elmləri İnstitutunun türkologiya bölümü rəhbəri professor Louis Bazinin yenə Nazim Hikmətin 75-ci ildönümündəki görüşləri:
“Mən 1945-48-ci illərdə Türkiyədəykən Nazim həbsxanadaydı. Əsərlərinin çapı yasaqdı və bu əsərləri yalnız makina ilə çoxaldılmış kağızlarda oxuya bilirdik. Azadlığa çıxması üçün Fransada təşkil olunan kampaniyalara mən də qatıldım.Sonra ilk dəfə 1958-ci ildə Parisə gəldikdə Guzin və Abidin Dino ilə birlikdə mənim evimdə oldu. İlk dəfə görəndə heç təəccüblənmədim. Xəyallarımda yaşatdığım insan qarşımda dururdu. Həm əfsanəsinə, həm də həyat hekayəsinə çox bənzəyirdi. Ağıllı və demokrat bir durumu vardı. Danışılan xalq dilinə yaxın “həqiqi dili” sevir; şeirlərində də uydurulmuş termin və deyimlərdən istifadə etmədiyindən tündləşdiriciliyə qaçanlardan daha artıq anlaşılır və mənimsənilirdi.
Yenə də “öz türkcəçi” tərəfdarlarını müdafiə edir, bunda daha başqa qurşaqlarda daha aydın anlaşıla biləcək bir gələcək görürdü… Başda Azərbaycan, Qazaxıstan və Qırğızıstan olmaq üzərə Sovetlər Birliyində, ayrıca Balkanlardakı türkcə danışan toplulukların dillərinin və milli mədəniyyətlərinin davamlılığını vacib bilirdi. Bu topluluqların milli ədəbiyyatları ilə yaxından maraqlanırdı…
Və professor Bazin şairlə bağlı fikirlərini belə tamamlayırdı:
“Sənətlə azadlıq prinsiplərinə çox bağlıydı.Bunu əsərlərində də ortaya qoydu. Bir bölümünü həbsxanada keçirdiyi Türkiyə illərində də, Sovetlərdəki sürgün dönəmində də, hətta həyatının son dönəminə qədər doğmatizmin qısırlaşdırıcı tərəflərinə qarşı olduğunu göstərdi. Şərtlər necə və özü harada olur-olsun, ətrafındakı dünyaya tənqidi gözlə baxmağı davam etdirdi. Daima müzakirə və tənqid tərəfdarı olaraq qaldı. Beynəlxalq pristijini isə bu yolda sərf etməkdən belə çəkinmədi. Sənətkarlara verilən direktivlərin səmimiyyəti aradan qaldıracağına və inandırıcı gücü azaldacağından şübhə duymurdu…”
Və nəhayət, ölümündən bir il sonra Nazim Hikmətlə bağlı önəmli bir film də hazırlamış olan Lui Araqonun şairlə bağlı önəmli fikirlərindən bir neçə sətir. Böyük fransız ozan və yazarı Araqon Nazimin 75 illiyi olan 1977-ci ildə səksən yaşındadır. Bu zaman kəsimində 77 önəmli əsər yazmışdır, gözləri yaxşı görmür və evinin nərdivanlarından xüsusi bir elektrikli kürsü ilə qalxmaqdadır, amma Nazim Hikmətlə bağlı “Cümhuruyyət” qəzetinin müxbirinin xahişinə o dəqiqə “bəli” demişdir:
“Nə yazıq ki, Nazim 75 illiyinin qeyd olunduğunu görmədi. İstanbulda bu məsələylə bağlı təşkil olunacaq toplantıya gələ bilməyəcəyimə görə, sizə hələ heç bir yerdə yayımlanmayan bir mətnin surətini verəcəyəm. Bu, Araqonun şeir yaradıcılığı adını daşıyacaq kitabımın altıncı cildinin mövzusu, yəni Nazim Hikmət bölümüdür…
Mən Nazimi Parisə gəldiyi günlərdən çox qabaqlar tanıdım. Mənim üçün hər zaman böyük dostdu. Yalnız tanımaqla qalmadım. Onun üçün mitinqə də çıxdım. Daha kimsələr tanımazkən, 1930-cu illərdə ondan xəbər tutmuşdum. Yazısını, şeirlərini görmüşdüm o zaman. Bu da mənə bəs edirdi…”
Bir də xatirəsini danışır gülərək:
“Alman işğalından sonrakı günlər idi. 1945 və ya 46-cı illər idi. Yelisey sarayının yaxınlarında “La Pensee” adda bir dərnəyimiz vardı. Fransız uşaqlar orda toplanırdıq. Yenə bir gün Nazim Hikmətin azadlığına həsr edilmiş bir kampaniya üçün toplaşmışdıq. Yanımda da – nədənsə – Türkiyə səfirliyindən bir diplomat oturmuşdu. Mənə “Kimdir bu? Türkiyədə belə adı bilinməyən. Tanınmayan bir şair. Nə üçün onula bu qədər məşqul olursunuz?” soruşunca dayana bilmədim və “Necə tanınsın ki? Hökümətiniz tanınmasın, duyulmasın deyə adamı həbsxanaya basmış…” dedim.”
Bizim “Kommune” dərgisinin 1936-cı il sayında “Taranta-babuya məktublar” mənim təsirimlə yayımlanan zaman Nazimi buralarda tanıyan bir neçə adamdan biri də mən idim. Bundan hardasa otuz il sonra Parisdə görülmüş inanılmaz, anma tədbirlərinin birində çatlayana qədər dolu olan Pleyel salonunda eyni Nazim yad edilir və onun azadlığı üçün müəyyən işlər gördüyüm üçün özümlə qürur duyurdum… Nazim həyatımda heç olmazsa bir dəfə gələcəyi görmək duyğusunu mənə vermişdi…
75-ci ildönümünə təsadüf edən 1977-ci ildə Nazimin Türkiyə içində və xaricində necə fərqli biçimdə yad edildiyinə nümunələr gətirərkən illər öncə şairlə ilgili tabuların necə yıxıldığına imza atan cəsarətli bir hərəkata toxunmaq istəyirəm…
“Yön hərəkatı”, Doğan Avçıoğlu, Cemal Reşit Eyyuboğlu və Mümtaz Soysalın 20 dekabr 1961-ci ildə Ankarada ilk sayı yayımlanan “Yön” dərgisi ilə başlamışdı. Bu ilk saydakı müxtəlif çevrələrdən mühüm imzalar və cəmiyyətin təxminən mühüm kəsimini əhatə edən kəslərlə qələmə alınmış informasiyalarda Atatürk inqilabçılarının, habelə iqtisadi sistem və dövlətçiliyin, demokratiyanı kütlələrə çatdırmağın üzərində dayanılırdı. Dərgi 5 iyun 1963-cü ildə yayımlanan 77-ci sayından sonra Ankara Hərbi vəziyyət Komissarlığındaca qapadıldı, 25 iyul 1964-cü ildə yenidən çıxmağa başladı və 1967-ci ilə qədər 222 sayı yayımlandı. Önəmli bir Kamalçı hərəkatın doğulmasına yol açan dərginin yazı heyətində Doğan Avçıoğlu və Mümtaz Soysaldan başqa İlhan Səlcuq, İlhami Soysal, Niyazi Berkeş, Şevket Süreyya Aydemir, Sadun Aren, Cahit Tanyol, Atilla İlhan, Çetin Altan, İdris Küçükömər kimi önəmli simalar da vardı. Başyazar rəsmən Doğan Avçıoğluydu, amma yazı heyətinin digər üzvləri də bu sifətlə yazılar yazırdılar.
“Yön”ün yayımlanmağa başladığı 27 may 1960-cı ildə çevriliş sonrasının nisbətən aydın ortamında Nazim Hikmətin adı və əsərləri üzərindəki yasaq da götürülürdü. Şairin şeirlərinə görə ittiham edilmədiyi vaxt yetişirdi.
Bu baxımdan 30 oktyabr 1964-cü il tarixli “Yön”də “Bir demoqoqluğu yıxacağız” başlıqlı yazıda xüsusi açıqlamaları oxuyanlar gözlərinə inanmadılar. Dərgi o zamanlarçün ağıla belə gətirilməyəcək bir şeylərdən bəhs edərək, ölümünün üstündən hələ bir il yarım keçən Nazim Hikməti gündəmə gətirərək belə yazırdı:
“”Yön” şairin şəxsində şeiri məhkum edən doqmatik mentalitetin ağır basqısına rəğmən, Nazim Hikmət məmləkətçi şeirlərini yayımlamaqla, aydınlarımızı bu utancverici durumdan qurtardığı və bununla türk mədəniyyətinə böyük xidmət etdiyi inancındadır…”
Bu sonucu izləyən və otuz ilə yaxın bir müddətdən sonra Türkiyədə rəsmən yayımlanan ilk Nazim şeiri, şairin 1960-cı ilin avqustunda mənə Moskvada şəxsən yazdırdığı “Yenə məmləkətim üzərinə söylənmişdir” parçası idi:
Məmləkətim, məmləkətim, məmləkətim
Nə papağım qaldı sənin ora işi
Nə yollarını yormuş ayaqqabım
Son köynəyim də kürəyimdə paralandı
çoxdan
Şilə bezindəndi.
Sən indi yalnız saçımın ağında
İnfarktında ürəyimin
Alnımın yazısındasan məmləkətim
Məmləkətim
Məmləkətim.
Praqa. 8 aprel 1958
Şeir böyük diqqət çəkdi. Bunu yenə Nazimin mənə Moskvada şəxsən yazdırdığı şeiri başqaları da izləyə bildi:
Qarşı yalı məmləkətim
Səslənirəm Varnadan
Məni istəyirmisən?
Mehmet, Mehmet?
Qara dəniz axar durmadan
Dəli həsrət, dəli həsrət
Oğlum məni istəyirmisən?
Mehmet, Mehmet?
…
Bu Varna dəli etdi məni
Divanə etdi
pomidor, yaşıl bibər, qalxan tavası,
radioda: “Ha uşaklar…”, “Qaradəniz havası”,
rakı qədəhdə aslan südü, cirə
uy cirə qoxusu
sirdaşca, qardaşca danışılan dilim…
Ah bə, dəyişik bə, bə dəyişik halım
Bu Varna dəli etdi məni
divanə etdi…
Və şairin mənə “Cancığazım, altına bu sözləri eynilə yaz:”Bu şeir Varnada, dəniz kənarında bir kafedə oturarkən yazıldı. Açıqlıqda, Qara dənizdə bir gəmi dumanını fırladaraq İstanbula gedirdi” deyərək yazdırdığı “Liman” şeiri:
Çox yorğunam, məni gözləmə kapitan
Şeir dəftərini başqası yazsın
Qübbəli, çinarlı mavi bir liman
Məni o limana çıxaramazsan.
Kafe odasında dörd adamdıq. Nazim mənim sağımda oturmuşdu. Stulunu hiss olunmadan mənimkinə yaxınlaşdırmışdı.Qısa qollu köynəyinin içindən uzanmış sol qolunu çiynimə atmış, sol ayağını da stulumun kənarına dayamışdı. Əlindəki fayldan çıxardığı şeirləri bir-bir oxuyaraq yazdırdığı zaman, iç çəkişməsindən axıb gələn isti nəfəsini üzümdə hiss edirdim. Qarşımda məsləkdaşım mərhum Ömər Sami Coşar, onun yanında isə Əkbər Babayev. “Odamıza” nə girən vardı, nə çıkan. Babayev qarsona “çağrılmayınca girməməsini” demişdi. Saat da gecəyarısını bir xeyli keçmişdi. Bəlkə də kafenin ümumi bölümləri bağlanmışdı.
Ömər Sami o məşhur yarızarafat gülüşüylə: “Yahu, ustad, – dedi, – məmləkətdən çıxalı bir həftə oldu, olmadı, bizdə belə dayanılmaz bir vətən həsrəti başlatdın. Səninlə qapalı qapılar arxasında bunca dostluq edib başımız nələr çəkdiyi yetmirmiş kimi, bir də ağzından şeirlər dinlədiyimizi duyarlarsa, bəlkə bizlərə də bir qulp taxıb cəzalandırarlar, o zaman istər-istəməz Varnaya da birlikdə gedib bir şeirlər də Orxanla mən tökərik vətən həsrətilə!..”
Öncə bir qəhqəhə çəkdi Nazim, sonra birdən ciddiləşərək:
“Bax, Coşar, cancğazım, – deyə başladı. – Vətən həsrəti zarafata gəlməz.”
Və məni o zaman çox çaşdıran bir rumeli ağzıyla :
“Hələ sən yaz, Orxan!” – deyərək oxusunu davam etdirdi “Vapor” şeiriylə:
Ürək deyil bu çarıqmış vəhşi camış gönündən,
Təpər ha, babam təpər
paralanmaz
təpər daşlı yollarda.
Bir vapor keçər Varna önündən,
uy Qara dənizin gümüş telləri,
Bir vapor keçər boğaza doğru,
Nazim üsulluca oxşar vaporu
yanar elləri.
Anlaşılan o ki, vətən həsrəti Nazimi günün iyirmi dörd saatı yandırıb-yaxırdı və yaxınlara , məsələn qonşu Varnaya-filana gəldikdə yamanca dərdi tərpənir, dayanılmaz hal alırdı. Amma biz, “Yön” dərgisinin 1964-cü il payızında başlatdığı Nazim Hikmət hərəkatından söz edərkən haralara gəlib çıxdıq?Bəli, “Yön” hər həftə bir, yaxud bir neçə dənə burum-burum vətən həsrəti qoxuyan şeirlərlə bir həyəcan fırtınası qoparmışdı, amma mühakimə edənlər boş dayanırmı? “Mətbuat prokurorluğu” çox keçmədən Ankara Toplu Məhkəməsində dərginin sorumlusu Doğan Avcıoğluna qarşı mühakimə başlatdı. Avcıoğlunun günahı “xaricdə yayımlanmış nazirlər kabineti qərarıyla qadağan edilmiş bir əsərdən bölümlər çap etməkdi. İşə baxın ki, qərarın “Rəsmi qəzete”də yayımlanması – necə olmuşsa – unudulduğu üçün dava düşdü və “Yön” oxucuları Nazimi öldükdən sonra da olsa, şeirləri ilə də olsa “Tanımaqda” davam etdilər. Təbii, türk ictimaiyyəti də…
60-cı illərdə prokurorlar yuxarıdakı iddia ilə istəklərinə çatmadılar. 1965-in sonlarında İstanbul Cümhuriyyət Prokurorluğu Bürosu Naci Sadullahın (Daniş) 13-17 iyul 1965-ci ildə “Kirpi” dərgisində yayımlanan “Dostum Nazim Hikmət adlı yazıya görə ekspert hesabatına əsaslanaraq və Cəza Qanununun 142-ci maddəsindən ictimai mühakimə açılmasına qərar vermiş və məhkəmə yazılarından aydın olmas da “kommunizmi təriflədiyinə” görə dərginin yazı müdirini 1 il 6 ay ağır həbs cəzasına məhkum etmişdi.Nə isə ki, Ali Məhkəmənin Birinci Cəza Dairəsi, İstanbul İkinci Ağır Cəza Məhkəməsinin bu hökmünü ləğv etmiş, məhkəmə də Ali Məhkəmənin qərarına uyğun mühakimə olunanlara bəraət vermişdi.
Bu arada, “Yön”də Nazimin “Qurtuluş savaşı dastanı” yayımlanarkən verilən 61 hissəni “Eyləm” dərgisində yayımlayan Şerif Hulusi (Kurbanoğlu) və yazının yazı işləri müdiri haqqında “bu hissələrdə” günah ünsürü tapıldığı üçün prof. Dr. Sülhi Dönməzlərin ekspert hesabatına əsaslanaraq, ayrıca Mehmet Fuat (Bengü)haqqında da Nazimin “tərkibində kommunist təbliğatı olduğu” irəli sürülən şeirlərini yayımladığı üçün cəza və kitab toplatma mühakimələri açılmış, bunları hamısı da o qədər əlləşmələrdən sonra bəraətlə yekunlaşmışdı.
Qısacası, bizi bu günə gətirən yolların daşları necə və kimlərin əməyi ilə döşənmişdir!Bu arada, Orhan Seyfi Orhon və bənzərləri kimi mühafizəkar yazarlar suyun önünü kəsmək üçün bütün güclərini ortaya qoyarkən, “türk aydınlanmasının” öndə gələn isimlərindən İlhan Selçuk 18 dekabr 1964-cü ildə “Cümhuriyyət”dəki “Pəncərə”sində belə səslənirdi:
“Biz bir qəribə ölkəyik. Xarici ölkələrə yalnız fəhlə, doktor, mühəndis deyil, şair də ixrac edən bir ölkə! Çünki şairlərimizə belə nəfəs almaq imkanı vermirik. Həmən söyləyim ki, bütün bunları Nazim Hikmətin kommunist olduğunu bilə-bilə yazıram. Bir şairin kommunist olması, onu öz ölkəsinin ədəbiyyatından silməyə yetərli səbəb olsaydı, dünya ədəbiyyatı tarixinin şəbəkəsini tutmaq çətin olardı.Qonşumuz Yunanıstanın şair və yazarlarına rəva görmədiyini biz Nazim Hikmətə edirik. Amma fransız xalqı “Salle Pleyel”də Nazimi türk şairi deyə alqışlayır…”
Belə sona çatır İlhanın yazısı:
“Danışıldığına görə, Nazim Hikmət qaçmasaymış, öldürüləcəkmiş. Yenə də:
– Qaçmasaydı da öldürülsəydi!.. – deyə təmənnalar sovuranlar var. Belə düşünənlərə bir məşhur şairimiz:
– Dostum, sən heç öldünmü? – deyə soruşmuşdur.
Bilirəm ki, qaçıb Amerikaya yerləşmənin vətənsevərlik, qaçıb Rusiyaya yerləşmənin vətən xainliyi sayıldığı bir qəribə mühitdə yaşayırıq. Buna rəğmən, Nazim Hikmətin əff edilərək həbsdən çıxdıqdan sonra ölüm təhdidi altında yaşadığını irəli sürənlərin iddialarına aydınlıq gətirmək lazımdır. Əgər doğruysa, bir şairi on iki il zindana atmaq, çıxandan sonra da:
– Səni öldürəcəyəm… – deyə başının üstünü almaq və canını qurtarmaq üçün qaçanda “vətən xaini” deyə ad taxmaq nə deməkdir?
Hər halda, Nazim Hikmət məsələsinin gerçək tərəfi ilə üzə çıxarılmasının zamanı gəlmişdir.”
İlhan Səlcuqun 1964-ün sonlarındakı bu son dərəcə ölçülü-biçili çıxışı belə o günlərdə böyük bir mədəni cəsarət örnəyi olaraq qeyd edilmişdir.
İlhan Səlcukun geniş əks-səda doğuran yazısını əyri, düz başqa yazılar izlədi. Bunlardan birini də türk mediasının ictimai mövzuları işləyən başyazısı və lətifələri ilə tanınmış nəhənglərindən Falih Rıfkı Atay (1894-1971) qələmə almışdı. Qurucusu olduğu “Akşam” qəzetində (1918) milli mücadiləni dəstəklədiyi üçün bir Ocmanlı “divani-harbinde” günahlandırılan Falif Rıfkı azadlığa çıxınca Ankaraya getmiş, ilk məclislərdə Bolu və Ankara “məbus”luğunun yanında “Hakmiyyəti-milliyyə” qəzetini baş redaktoru olmuş, ölümünə qədər daim Atatürkün yaxın çevrəsində olmuşdur.O baxımdan onun Nazim Hikmət məsələsinə necə yanaşdığının xüsusi önəmi vardır.
Yaşamı boyunca qələmini inqilabın və Atatürkçü çevrənin xidmətinə vermiş Falih Rıfkı Atay, “Zeytinlidağı”, “Çankaya”, “Atatürkün mənə anlatdıqları”, Mustafa Kamalın atəşkəs dəftəri”, “Yeni Rusiya” kimi çox sayda əsərləri ilə də ədəbiyyat tariximizdə mühüm yerini almışdır.
Nazim Hikmətdən və şeirlərindən bəhs etmək 27 may 1960-cı il çevrilişinin üzərindən beş il keçmiş olmasına baxmayaraq, hələ də bir cəsarət sayılarkən, sahibi və baş redaktoru olduğu “Dünya” qəzetindəki 2 may 1965 tarixli “Bazar söhbətləri”ndə bunları yazırdı:
“Kadıköy gəmiçiliyinin arxa bölümündəyəm. Uzaqdan qulağıma bir səs gəldi:”Nazim Hikmətin kitabı! Nazim Hikmətin kitabı!..” Gözlədim. On lirə verib bir dənə də mən aldım. Kitabın adı beləydi:”Qurtuluş savaşı dastanı”. Fəqət satılan kitab deyil(əslində), Nazim Hikmət! Solun bayrağı!.. Və bir yarı yasaq…”Dastan”ın içində igidlərilə və qaçaqlarıyla, quldur və qəhramanlarıyla 1900-20-ci illərin Anadolu xalqı, “Qocatəpə”dəki sol əlin beş barmağı çənəsində, sağ əli cibində dərin düşünən Mustafa Kamalı həmin çox yayılmış fotodan xatırlayarsınız. “Dastan”ın sonlarında ona da rast gəlirik:
Sarışın bir qurda bənzəyirdi,
Və mavi gözləri çaxmaq-çaxmaqdı.
…
Buraxsalar
…
Qocatəpədən Afyon ovasına adlayacaqdı…
Bu Atatürk dövründə illərcə həbsxana görmüşün Mustafa Kamalı idi. Atatürk dövrü səfir olmuş dostum Yahya Kamaldan (bugünə) səkkiz misra (belə) qalmadığını düşünürəm. İkisinin xatirəsi nədənsə durmadan bir-birinə qarışır.Hamısı ölüb getmişdir. Sirr yox artıq! Sirlərində də bir çirkinlik yox.
Nazim Hikmətin atası Hikmət bəyi mən daxili işlər naziri Tələt Bəyin (sonralar sərəzəm Tələt Paşa) “Qızıl qələm”ində ikən mətbuat müdiri olaraq tanımışdım. Nazim Hikmətin anası isə Yahya Kamalın böyük eşqi idi. Bir gün mənə:
– Bilməzsən, nə xoş xanımdır. Səninlə Cəlilə xanımın yanına gedək, – dedi.
İlk dəfə Nazim Hikməti orada bəyaz dənizçi-tələbə formasında gördüm. Üzü, könlü açıq, havalı, özünü istədən dəliqanlı idi. Evlərinə tez-tez getməsinin bəhanəsi də Nazimə şeir dərsi verməkdi.
Əski dönəmin böyük şairi ilə yeni dönəmin ilk böyük şairi, biri gənclik eşqi ilə, biri eşq və şövq coşqunluğu içində, indi ikisinə də keçmişin dumanları arasında toxunacaqmış kimi yaxınlaşıram.”
Fatih Rıfkı Atay daha sonra sözü Nazim Hikmətin 1938-ci ildəki məhkumluğuna və onu izləyən olaylara gətirərək belə davam edir:
“Anasının əmisi oğlu general Ali Fuat Cebesoy da əffi üçün çalışdı. İnönü Cebesoyun və bizim söylədiklərimizi yaxşı qarşılamışdır. (İnönüyə qalırsa)Nazim Hikmət əfv ediləcək və Ankaraya gəlib adı dəyişib “Ulus” olan “Hakimiyyəti-milliyyə” (qəzetinin)heyətində çalışacaqdı.Fəqət, Fevzi Çakmak əngəlini aşmaq mümkün olmadı. İnönü bir günlük qəzetdə Yahya Kamalın divan biçimli qəzəlini göstərib:
– Bunları oxuduqca Nazimin həbsdə olmasına canım yanır! – demişdi.
Mən Nazimin günahkar olmadığına inandığım üçün daha sonra hazırlanan əfv ərizəsinə imzamı qoymuşdum.Bu üzdən heç bir tənqidə də uğramadım.
Bir toplantımızda Nazim Hikmətin öz səsilə valda səsləndirilən “Salxım söyüd”ü dinlərkən Atatürkü xatırlayıram!
Axırdı su
göstərib aynasında
söyüd ağaclarını.
Salxım söyüdlər yuyurdu suda saçlarını!
Yanan yalın qılıncları çarparaq söyüdlərə
çapırdı qızıl atlılar günəşin batdığı yerə!
Birdən-birə quş kimi
vurulmuş kimi
qanadlarından,
yaralı bir atlı yuvarlandı atından!
Bağırmadı,
gedənləri geri çağırmadı
baxdı yalnız dolu gözlərlə
uzaqlaşan atlıların parıldayan nallarına!
Ah nə yazıq!
Nə yazıq ki ona
dörd nala gedən atların köpüklü boynuna bir daha
Yatmayacaq,
bəyaz orduların ardında qılıc oynatmayacaq!
Nal səsləri sönür pərdə-pərdə.
Atlılar qeyb olurlar günəşin batdığı yerdə.
Atlılar atlılar qızıl atlılar,
atları rüzgar qanatlılar!
Atları rüzgar kanat…
Atları rüzgar.
Atları…
At…
Rüzgar qanatlı atlılar kimi keçdi həyat!
Axar suyun səsi dindi.
Kölgələr kölgələndi
rənglər silindi.
Siyah örtülər endi
mavi gözlərinə
sallandı salxım söyüdlər
sarı saçların üzərinə!
Ağlama salxım söyüd
Ağlama ağlama!
Qara suyun aynasında əl bağlama!
əl bağlama!
ağlama!
Və davam edirdi Fatih Rıkfı Atay “Dünya” qəzetindəki “Bazar söhbətləri”nə:
“Yahya Kamal Osmanlı imperializminin dastançısı idi.Yeni Türkiyəni, doğuşundan bu tərəfə heç bir zaman mənimsəməmişdi. Nə türkçü, nə türkcəçi, nə də cümhuriyyətçi idi. (Onun) böyük şair olduğuna inananlar türkçülüyümü, türkcəçiliyimi, cümhuriyyətçiliyimi buraxacaqdılar?Yaxud fikirlərini və inanclarını qəbul edib şeirlərinimi oxuyacaqdılar?
Nazim Hikmətin qurşağın ən böyük şairi olması kommunistliyin ən doğru ekonomi məzhəbi olduğunumu göstərir?Yaxud o kommunist olduğu üçün şeiri şeiriyyətinimi itirir?
Qaldı ki, Nazim Qərb və Amerika dünyası üçün müasir sol hücumların yüzdə biri qədər (belə) böhtançı olmamışdır. Bundan başqa, son “Dastan”ının da göstərdiyi üzrə bu günkü maskalı və üstəlik şeirsiz və hünərsiz qaba sol inkarçılığı kimi də etməmiş; vətənini, ondan uzaqda ölməyi ikiqat ölüm sayacaq qədər sevmiş və aramışdır.
Xeyir, nə Yahya Kamalı geriçilikdə, nə də Nazim Hikməti kommunistliyə görə sancmağı buraxmaq lazım.
Nazimin Türkiyədən son qaçışı, əslində əsgərliyinə görə soruşdurma başlanmasından yana idi. Əsgərliyə bir borcu yoxdu. Şərqə göndərilərək, Səbahəddin Əli kimi öldürüləcəyindən qorxdu. İllərlə həbslərdə çəkdiklərindən sonra yeni bir işgəncəyə uğramaq ona hər şeyi gözə almağı məcbur etdi.”
BİR İNQİLABÇININ DOĞUŞU
“…həm alnımın təriylə qazandım
çörək pulumu – nə xoşbəxtəm…”
Nazim Hikmət
Tərcümeyi-halını necə də sığdıra bilib altmış bir ili bu bir neçə səhifəlik misralar:
1902-də douldum
doğulduğum şəhərə dönmədim bir daha
geriyə dönməyi sevməm
üç yaşımda Hələbdə paşa nəvəsi oldum
On doqquzumda Moskvada kommunist universiteti
tələbəsi
qırx doqquzumda yenə Moskvada partiya MK-sı
qonağı
və on dördümdən bəri şairlik edirəm
bəzi insanlar otların bəziləri balıqların çeşidin bilir
həm ayrılıqların
bəzi insan əzbər bilər ulduzların adın
mən həsrətlərin
həbslərdə də yatdım böyük otellərdə də
aclıq çəkdim aclıq tətilləri də içində və dadmadığım
yemək
yox kimidir
otuzumda asılmamı istədilər
qırx səkkizdə sülh medalının mənə verilməsini
verdilər də
otuz altımda yarım ildə keçdim dörd metr qara
betonu
əlli doqquzumda on səkkiz saata uçdum Praqadan
Havanaya
Lenini görmədim növbə tutdum başında 924-də
961-də ziyarət etdiyim movzeleyi kitablarıdır
partiyamdan qoparmağa girişdilər məni
qopmadı
yıxılan bütlərin altında da əzilməıdim
951-də bir dənizdə gənc bir dostumla getdim
üstünə ölümün
52-də çatlaq bir ürəklə dörd ay çiynimin üstdə gözlədim
ölümü
sevdiyim qadınları dəli kimi qısqandım
bu qədərcə də həsəd aparmadım Şarloya belə
aldatdım qadınlarımı
danışmadım arxasınca dostlarımın.
içdim amma düşkünü olmadım
həm alnəımın təriylə qazandım çörəkpulumu
nə xoşbəxtəm
başqasının hesabına utandım yalan söylədim
yalan söylədim başqasını üzməmək üçün
amma elə-belə də yalan söylədim
mindim qatara təyyarəyə avtomobilə
çoxu minə bilmir
operaya getdim
çoxu gedə bilmir adını belə eşitməyib
operanın
çoxunun getdiyi yerlərə də mən getmədim
21-dən bəri
məscidə kilsəyə məbədə sinoqoqa
amma qəhvə falıma baxdırdığım oldu
yazılarım otuz qırx dildə çap olunur
Türkiyəmdə türkcəmdə yasaq
xərçəngə tutulmadım hələ
tutulmam da şərt deyil
baş nazir filan olacağım yox
maraqlısı da deyiləm bu işin
bir də hərbə girmədim
sığınacaqlara da enmədim gecəyarı
yollara da düşmədim eniş edən təyyarələrin altında
amma sevdalandım altmışıma yaxın
sözün qısası yoldaşlar
bu gün Berlində kədərdən gəbərməkdə olsam da
insanca yaşadım deyə bilərəm
və daha nə qədər yaşayaram
başımdan nələr keçər daha
kim bilir
Bu tərcümeyi-hal 1961-ci il sentyabrda Şərqi Berlində yazıldı.”
Çox qəribə bir şəhərdir Nazimin doğum yeri Selanik. Əsasən Osmanlının çıxüş vaxtında bütün yenilikçi və inqilabçı fikirlər bu Qərb qapısından girmişdi ölkəyə. İkinci Əbdülhəmidin təzyiq və senzuralı idarəçiliyi son vermək istəyən gənc türklər burada yetişmiş, dağlara belə çıxmışlar. 31 mart 1908-ci ildə geriliyi dəstəkləyənləri susdurmaq üçün Hərəkat ordusu burada toplanıb, Mustafa Kamalın qərargah rəisliyində İstanbula yürümüşdür.
Uşağın illər sonra araşdırıb şəxsən tapacağı ay və günlə 1881-ci ilin 19 mayında Yoruk türkmənlərindən olan ataları Orta Anadolunun iki qonşu kəndindən illər öncə buralara gəlib yerləşmiş Ali Rza Efendi ilə Zübeydə xanımın tarixə vətən qurtaran inqilabçı olaraq düşəcək bir oğulları dünyaya gəldi bu Selanikdə. Adı Mustafa olsun dedilər. Hamısı da nədənsə uşaq yaşda ölüb gedəcək Fatma, Ahmet və Ömərdən sonra Mustafa – daha sonra taxta-şalban ticarətinə atılacaq – 3 qızıl lirə maaşlı gömrük məmuru Ali Rıza Əfəndinin dördüncü uşağı ydı.Daha sonra doğulacaq Naciyə də gənc yaşda öləcək, amma Makbulə (atadan) uzun yaşayacaq.
Mustafadan 20 il sonra 20 noyabr 1901-ci ildə Qalatasaray sultanisindən məzun xarici əlaqələr məmuru iyirmi beş yaşındakı paşazadə Hikmət bəyin özü kimi paşa qızı, üstəlik paşa nəvəsi gözəllər gözəli arvadı Cəlalə xanım da yenə Salonikdə bir oğlan doğdu – qəfəsli pəncərələrindən sahildəki ünlü Bəyaz qüllənin göründüyü kirayla tutulmuş evlərində.
O ünlü Bəyaz qüllə ki, dibindəki xalq bağçalarından birində məmləkətin bəd gedişinin qarşısını necə alınacağı mövzusunda fikir yürüdən Selanik Askeri Rüştüyyəsi (orta məktəb) ikinci sinif şagirdi Mustafa riyaziyyat müəllimi Üsküplü yüzbaşı Mustafa Əfəndinin – bəlkə də dühasını kəşf edib – “Bu belə olmayacaq!.. Aramızda bir fərq olmalı!..” deyərək adına əlavə edilən adla Mustafa Kamal, sonacan yanından ayırmadığı məktəb yoldaşları Nuri (Sönər), Sali (Bozok), Fuad (Bulca) və Ali Fuada (Cebesoy) nazirlik kreslosu verdikdən sonra özü özünə gülərək: “Yaxşı, biz bu nazirlik kreslosunda oturduq, o tarixdə sən harada olacaqsan?” deyə onlara ilişən Nuriyə yaşının çox olması ilə əlaqəli tam ciddiyyətlə:”Bunu bilməyə nə var? Əlbəttə sizi o kreslolara oturdan kişinin məqamında” deyə cavab vermişdir.
Cəlilə xanıma dönək. Fransızca danışan, piano çalan, rəsm çəkən bu gənc Osmanlı soylusu o qədər gözıl idi ki, düyün günü yeni gəlini görmək üçün evə gələn xanımlar “əcaba gerçəkmi, saxtamı” deyərək əlləri ilə ona toxunurdular.
Özündən 20 il öncə dünyaya gələn tarix yazmış həmyerlisi Mustafa kimi gözəllər-gözəli Celilə xanımın oğlu da geniş alınlı, çalışqan başlı, sarı saçlı və mavi gözlüydü. Selanikin çörəyindən və ya suyundanmıdır, yoxsa dədələrinəmi çəkiblər, bilinməz – çox fərqli cığırlarda da getsələr – o da bir inqilabçı olacaq; o da bir güclü yaşam sürəcək; o da “Unudulmaz türklər” arasındakı yerini alacaqdı.
Uşağın adını Mehmet qoydular, dövrün önəmli və aydın dövlət adamları Midhət və Ziya paşalarla yanaşı “vətən şairi” Namiq Kamala adaşlıq edən vali və mövləvi şairi – ata tərəfdən babası – Mehmet Nazim Paşanın ikinci adı da üstünə əlavə olundu, nəvə kimi. Mehmet Nazim bəlli bir yaşa gəlincə, o zamanın şərtlərinə uyğun olaraq, Mehmeti bir yana buraxaraq – özünə şeir zövqü aşıladığını söyləyərmiş – babasının adıyla atasının adını birləşdirərək Nazim Hikmət olacaqdı.
Bir kiçik əlavə də qeydiyyat zamanı yaşandı. Hər başdan və ailədəki pədərşahlıq ortamından hər ağızdan bir avaz gəldiyi vaxtda rəsmi doğum tarixinin gerçək vaxtda – 20 noyabr 1901-ci il şəklində yazılmasına qarşı çıxdılar:
“Qırx gün üçün niyə bir yaş böyük görünüb əsgərliyə erkən getsin körpə?.. Bunu 1902 yazsaq, olmazmı? 15 yanvar 1902 məsələn… Sonucda onların dediyi qəbul olunur. Zamanı gəlincə, Nazimin özü də bu tarixi mənimsəyəcəkdi.
Bunlar olunca paşa babası və anası ilə atası haradan biləcəkdi ki, əsgərliyə bir neçə ay gec getsin deyə, doğum tarixi ilə oynadıqları oğullarının qırx doqquz yaçına gəldiyində Sivasın Zarasında iki il sıravi əsgər kimi çağırılacağını? Üstəlik, mümkünsüz sağlıq durumu həkim kağızları ilə, yorğun bir bədənlə və əsgərlik çağını qaçaq olarqa deyil, ölkənin Sarıqışla, Ankara, İstanbul, Çankırı, Bursa, Üsküdar həbsxanalarında, Silviridə dənizaltı dəstək gəmisi Elviridə, İstanbul Mərkəz komutanlığında, İstanbul Tevkifhanesində keçirərkən… Həm də ömrünün ən məhsuldar, tam 18 ilini… Ayrıca – mübahisəli olsa da – Heybəliada Bahriyə Məktəbində praktikant göyərtə zabitliyini də keçməyinə etibar edilməmişdir…
1881-ci ildə Mustafa Kamal doğulur Selanikdə, iyirmi il sonra da 1901-də Nazim Hikmət! Təsadüfə baxın ki, adları çox fərqli biçimdə olsa da, Türkiyəylə qaynayıb-qovuşan bu iki Selanikli inqilabçı aradan bir iyirmi il daha keçdikdən sonra 1921-ci ilin əvvəllərində Ankarada qarşılaşıb tanış olacaqlar! Qurtuluş savaşının ən qızğın günlərində “İttihad və tərəqqi” binası adıyla tikilmiş Türkiyə Böyük Millət Məclisinində.
Nazim Hikmətin insan və şair olaraq həyatının bəlkə də dönüm nöqtəsini, marşrutunu müəyyən edəcək bu qısa sürəli “qarşılaşma” irəlidə bir daha dönəcəyəm. Amma öncə şairin sözdə milliyyətçi olanların qurcaladıqları şəcərəsinə göz ataq.
Türk akınçılarının 1071-ci ildə Malazgirtdən bəlkə yüzlərlə il öncə gəlməyə başladıqları Anadolu, məmur şəhərləri, bəhərli torpaqları, sağlam insanları, qısası, minlərcə oxşar görüntülərlə o zaman da göz qamaşdırırdı. Türk akınçıları isə at üstündə, əsasən ailəsiz, uşaqsız idilər. İçlərində Orta Asiyadan uluların – gələcəyi görüb – özəl missiya ilə Bizansa yolladığı, Xorasanlı ərənlərdən Karaca Ahmet belə vardı. Bu gözəl ölkəyə yerləşdilər, buradakı qadınlarla evləndilər və çoxaldılar.1071-ci ildən sonra bəlkə çoluq-cocuğuyla gələnlər də olmuşdur. Amma o zamanlar belə evlənmə yaşındakı subay gənclər, yenə çoxluq təşkil edirdi və Anadolunun hər tərəfində minlərcə ildir həyat belə davam edirdi. Zatən haraya gedəcəklərdi ki? Həm bərəkətli bir yurd axtarışıyla uzaq Asiyadan dördnala gələn bu dinamik yenilərin kimsənin işinə, inancına qarışdığı-filan da yoxdu!
Deməyim odur ki, Anadolu insanının bu qədər qarışması, ən azı min il öncə başlamışdır. Anadolu səlcuqları, Anadolu bəylikləri, Osmanlı imperatorluğu deyərkən, o zaman bilinən üç qitəyə yayılmış ölkədə Qafqazlardan Balkanlara, Afrikaya qədər insanların, demək mümkünsə, qarışması yepyeni bir “Anadolu türk tipi” yaratmamışdırmı? Türkiyənin və türk insanının gücü və dirənişi bir az da bu qarışıqlıqdan gəlmirmi?
İndi nə deyəcəyiz Nazim Hikmətin şeiri, sənəti, insanlığını, inqilabçılığını bir yana buraxıb, babasının polyak olduğunu önə çəkərək, onun türklüyünü ağılasığmaz dərəcədə mübahisəli hala gətirmək istəyənlərə? Əcəba, bu köhnə fikirli milliyyətçilər bir özlərinin şəcərələrini araşdırmışlarmı? Neçə göbək o yanacan bəlirləyə biliblərmi atalarını?
Bəli, Nazimin ana tərəfdən böyük babası Polşadan (o zamankı adıyla Lehistandan) gəlmişdir. Ailə adı da Warzonski deyil, Borzenski və ya Borjenskidir. Tam olaraq Kont Konstantin Borjenski! Kimiləri bir az üzüləcək, amma köklü Borjenskilər – nə yazıq ki – polyak qanı daşımırdı. Qaqauzdular. Bu ortodoksluğu mənimsəmiş, bu gün belə duru bir türkcədə danışan və türk adları daşıyan qaqauzlardan. Deyilənə görə, səlcuq sultanı Keykavusun ordusunda vəzifə tutduqları üçün “keykavus” deyilmişdir bunlara. “Keykavus” zamanla “Gavağuza” çevrilmişdir.Qaqauz sözünün “göy oğuz”dan gəldiyini söyləyənlər də var.
Beləcə, bu Kont Konstantin Berjenski Polşada yaşadığı illərdə bir türkologiya biliyinə mənsub idi. Sonralar isə “Türk dili qrammatikası”nı yazması boşuna deyildi. Türkoloq Borjenski, eyni zamanda hərbi mühəndis və topoqraf idi. Polşa xalqının rus çarlarına qarşı müstəqillik savaşına qatılıb məğlub duruma düşdüyü üçün, Lehistanın böyük qəhrəmanı, yurtsevər şair Adam Mitskeviç (1798-1855) kimi dostları ilə birlikdə leh xalqının daima özünə yaxın bilib güvəndiyi türklərin ölkəsinə qaçdı. Din, ad və milliyyətini dəyişdirərək paşalığa yüksəldi. 1871-ci il Qaradağ savaşında da Osmanlı sərkərdəsi Mustafa Cəlaləddin Paşa olaraq şəhid oldu.
Nazim həmin babası üçün 1954-cü ildə bu sətirləri yazmışdı:
Lehistandan gəlmiş babalarımızdan biri
sözlərində qaranlığı yenən,
saçları al qana boyalı.
Yuxusuz gecələri Borjenskinin
mənimkinə bənzər olmalı.
Eynən mənim kimi o da
çox uzaqlarda qalan bir ağacın altında
unutmuş ola bilər yuxusunu.
Onu da mənim kimi dəli etmişdir, dəli
hər nəfəsdə alıb da məmləkət qoxusunu
məmləkəti bir daha görməmək ehtimalı.
Bir başqa Osmanlı soylusu olan Ömər Paşanın qızı Saffet xanımla evləndirilən Mustafa Cəlaləddin paşanın bu evlilikdən doğulan oğlu da paşalığa layiq görülən İstanbul Erenköydə açdığı liyeylə tanınan türk dilçisi Ənvər paşadır. Onun məşhur rəssam Sara xanımla evliliyindən Nazimin anası Cəlilə dünyaya gəlmişdir. Türkcəyə özünəməxsusluğunu qazandırma savaşının ilk öndərlərindən olan Ənvər paşa Hindistan, Çin və Yaponiyada önəmli vəzifələrdə olmuş , Tesalya savaşında “Golos komutanlığı”yla adını yüksəltmişdir.
Ənvər paşanın, qızı Cəlilədən başqa həm də rəssam, mühəndis və şair bir oğlu da vardı ki, könüllü olaraq qatıldığı Balkan savaşından sonra Çanaqqalada şəhid olan bu dayısının ölümüylə Nazim Hikmətin çox sarsılmı şvə 1915-də daha on üç yaşındaykən uşaqcasına, amma düşündürücü sətirlər yazmışdı:
İntiqamın almaq üçün
İnləyəcək səmalar
İntiqamın almaq üçün
Kükrəyəcək dənizlər
İntiqamın alınacaq
Şəhid dayım inləmə
…
İntiqamın alın deyə bağırır
Xaç asılmış məscidlər
İntiqamın alın deyə bağırır
Süngülənmiş məsumlar
İntiqamın alın deyə bağırır
Kimsəsiz qalmış yetimlər
…
Sən ey ulu nəslin övladı
Bu fəryada susacaqsan eləmi?
…
İntiqamın alın deyə
Şəhid dayım inləmə
Rahat otur
Mənə baxıb məni elə titrətmə
İntiqamın alınacaq sən ey
Şəhidlərin övladı
İntiqamın alınacaq sən ey
Oğuzların əhfadı
…
Dayım! Dayım! o idi böyük qəhrəman
Mənim ulu türk köksümü
O idi qabardan
Mənə böyük qəhrəmanlıq əsərləri göstərən
Mənə ali fədakarlıq dərsləri verən
Vətən üçün fədayi-can etməyin
Üsulunu öyrədən
Millət üçün ölmənin
Böyüklüyünü təlqin edən
Osmanlılığın ön planda olduğu bir dönəmdə türklükdən, vətəndən, millətdən, şəhidlikdən, oğuzlardan dəm vuran uşaq Nazim , bir də Qalatasarayda öyrəndiyi fransıcayla səslənir dayısına:
A MON ONCLE
Tu nes pas mort
Tu nes pas mort
Tu vis encore
Tu vivra toujours
Dans le soeur de ta patrie.
Türkcəsi: Sən ölmədin/Sən ölmədin/Hələ yaşayırsan/Həmişə yaşayacaqsan/Qəlbində vətəninin.
Borjenskilərin çoxdan bilinən qaqauzluğu, Nazimin əcdadıyla uğraşanların ən azından bu silahı yerə qoymasına səbəb ola bilər! Əgər insanların dəyərini ölçmədə qan, ulus və inanc elementləri öncəliklə diqqətə alınıb silah kimi istifadə olunacaqsa, narahat olmasınlar, şairin köklərində Maqdeburglu Karl de Troislar örnəyi düppədüz avropalı da yox deyil. Ancaq bu durumda Osmanlıya və türklüyə damğasını vurmuş memar Sinan, Sokullu Mehmet paşa, İbrahim Müteferrika, Kılıç Ali paşa kimi bu gün də sayğıyla andığımız saysız türk böyüyünü nə edəcəyik? Bir də – nə hikmətsə – həm də heç birinin anası türk kökənli olmayan Osmanlı padşahlarınımı?
Nəysə!..
Nazim Hikmətin ana tərəfdən böyük babası “Maqdeburqlu Karl de Trois”, həyatı romanlaşdırılacaq qədər maraqlı bir kişidir. Necə ki, Almaniya Federatif Respublikasının ilk prezidenti və mənim də Berlindəki tək akredite olunmuş türk qəzetçisi olaraq çalışdığım 1950-ci illərdə bir neçə dəfə dəvbətlisi olduğum professor Theodor Heuss (1884-1963) bu adamın bioqrafiyasını yazmışdır. Maqdeburqlu Karl Huguenot camaatına mənsubdur.
Yaxşı, bu nəıyin nəmənəsiymiş ki, adlarına 1836-da Mayerbeerin musiqisi ilə beş pərdəlik opera yazılan – türkcə oxunuşuyla – “Hugeno”lar?
16-cı yüzillikdə protestant islahat hərəkatına öncüllük edən Saksoniyalı alman ilahiyyatçısı Martin Lüterdən (1483-1546) təsirləndiyi bilinən fransız ilahiyyatçısı və hüquqçusu Jean Kalvin (1509-1564) öz ölkəsində Lüteri izləyər, amma katoliklər kalvinizm deyə adlandırdıqları bu hərəkata qarşı çıxarlar. Kalvinistləri cəmiyyətdən tədric edər, sərt cəzalandırardılar. Hətta yandırırdılar. Hələ Jean Kalvin sağkən 1562-ci ildə başlayıb, 1598-ə qədər – ara verə-verə – sürən din savaşlarının önəmli zirvə nöqtələrindən biri də Parisdən bütün Fransaya yayılan Saint-Vorfolomey qətliamıdır. Geniş yayılmış bu qətliam zamanında dövlətin açıqca dəstəklədiyi Fransa katolikləri hamısı da öz yurddaşları olan o tarixdə İsveçrəyə köçmüş Jean Kalvin xaric, qugenot öncüllərinin yanında olan minlərlə protestant həmvətənlərini acımadan soyqırıma məruz qoydular. Mənaları “konfederal” anlamındakı “eidegenosse”dən gələn “qugenot”lara rəva görünənlərdən söz açmağı sevməz fransız qaynaqları. Yean Kalvin ilə yaxın olan din adamlarının davamçıları kütlə halında əvvəlcə İsveçrəyə, sonra isə protestantlığın yayıldığı Almaniya və Hollandiya kimi ölkələrə qaçaraq canlarını qurtardılar və oralarda öz kilsələrini qurdular. Getdikləri hər yerdə ticari və ictimai həyata qatlaşan kalvinistlər protestantlara qarşı üz qarası olmuş fransız soyqırımçılığı 1879-un Böyük Fransa inqilabına qədər davam etdi. Hələ də xristian aləmində yeniliklərə açıq olan qugenotlardan gələn kalvinist protestantlar yaşamaqdadır və minlərcə kilsələri də vardır.
Beləcə, bu qugenot icmasına mənsub Karl 1820-cı illərdə doğulub on iki yaşınacan yetimxanda qaldıqdan sonra Hamburqdan İstanbula gedən bir gəmiyə minir. (Başqa qaynaqlara görə, bu bir məktəb gəmisi, Karl da dəniz məktəbi şagirdidir.) Gəmi süvarisilə (və ya komandiriylə) bir mübahisə zamanı (başqa qaynaqlara görə macərə həvəsilə) tam Qız qülləsi ətrafında özünü boğazın sərin sularına atır. Təsadüfənmi, ya üzə bildiyindənmi, Osmanlı Xarici İşlər naziri Əli Paşanın iqamətgahının qabağına çıxır. (Və ya Qız qülləsinin gözətçisi, ya da dənizçilər kiçik bir qayıqla ordan təsadüfən keçərkən qurtarılır.) Yerə-göyə sığmayan Karl, islamiyyəti qəbul edib Mehmet Ali adını alacaq, Osmanlı Hərbi Məktəbini bitirib Rusiyaya qarşı səfərlərdə böyük ad qazanaraq paşalığa, daha sonra da müşürlüyə (marşallığa) qədər yüksələcəkdir. 1878-ci il Berlin Konqresində padşah nümayəndəsi olaraq xarici dil bilməsi və yüksək ədəbiyyat biliyi ilə hər kəsin heyranlığını qazanan Müşir Mehmet Ali Paşa eyni il, bir üsyanı yatırtmaq üçün göndərildiyi Albaniyada millətçi bir kütlənin əlində şəhid edildiyi zaman hələ qırx dörd yaşındaydı. Sevilən bir əsgər olan, orduda bir sıra yeniliklərə imza atan və ölümündən illər sonra Almaniya prezidenti olmuş adam tərəfindən haqqında kitab yazılan Mehmet Ali Paşanın qızı Leyla xanım Nazimin böyük analarındandır.
Nazimin soyundakı ünlü kişilər bunula da bitmir! Misir ordusunun üsyanını yatırtmaq üçün göndərilmiş Dağıstanlı Hafiz Paşa ana tərəfdən böyük babasıdır.
Haraket ordusunu Selanikdən İstanbula gətirən Hüseyn Hüsnü Paşanı, anası Cəlilə xanımın bibisi oğlu olan general Ali Fuat Cebesoyun babası İsmayıl Fazil Paşanı, ittihadçılardan İzmir valisi Rahmi bəyi, şair, dilçi alim vali Samih Rıfat bəyi də bu arada saya bilərik. Türkiyə İşçi Partiyası rəhbəri və Qalatasaraylı milli atlet Mehmet Ali Albay anasının bibisi nəvəsi, şair-vəkil Oktay Rıfat isə bibisi oğludur…
Qalatasarayın hazırlıq sinfinə birlikdə getdikləri 1913-cü ildən 1921-ci ilin ilk günü başlayan Ankara yolçuluqlarına , Rusiya macəralarına və 1951-də ölkəni tərk edişinə qədər həmişə yanında və yaxınında olan “Bu dünyadan Nazim keçdi” əsəriylə şairin keçmişi haqda, hesab edirəm ki, ən sağlam bilgiləri verən qəzetçi dostu Vala Nurəddin (Va-Nu) adı şəkilən kitabın bir yerində yazır ki:
“…ailə durumuna görə Nazim damarlarında dörddə üç nisbətində türk qanı daşıdı deyəcəyəm. Amma mavi gözlərində yanan bir sitəmlə mənə baxdığını görən kimi oluram:
– Yarış atıyammı ki, məni qan ölçüsünə vurursan!?”
Məqsəd, əlbəttə ki, Nazimin neçədə neçə türk qanı daşıdığını müəyyən etmək deyil. Amma bu macəraçı, yenilikçi, istedadlı və inqilabçı soyunun, onun xəmirini necə yoğrulduğunu inkar etmək olarmı? Nazimin dünya çapında bir Nazim olmasında bunca silsiləli və hərəkətli bir ömür yaşamasında onun adilikdən çıxıb rəngli bir salnaməyə sahib olmasında atalarının rolu olduğu söylənməzmi? Təbii, bir də yaşadığı 1900-cü illər! Nələr görmüşdür, bu duyğulu və şair ruhlu uşaq hər şeyi yaxşı-pis anlamağa, rüzgarda yarpaq misalı sallanmağa başladığı günlərdən etibarən: yanğınlar, bitib-tükənmək bilməyən savaşlar, bu savaşlarda sevdiklərinin ölümü, işsiz qalan bir ata, çox uzaqlarda gedib yanına sığındığı bir şair baba, onun bütün əngəlləmələrinə baxmayaraq dağılan ailə, özünü gələcəyinə borclu bildiyi bir bacı və pulsuzluqdan təhsil haqqını ödəmədiyi üçün məşhur və hörmət qoyulan bir məktəb…
Deyildiyi kimi, işğal illəri, hər tərəfdə düşmən bayraq və əsgərləri,satılmış bir hökümət padşahı görməzdən gəlməyə çalışaraq bir əsgəri məktəbdə zabit olmağı hədəfləmənin anlamsızlığı və sonucları! Sonra şeirləri ağızlarda dolaşan romantik və vətənsevər gənc adamın həyəcanla izlədiyi Ankaradakı sarsıdıcı gəlişmələr… Gecə yuxularına girən bir Mustafa Kamal Paşa və düşmana qarşı savaşmaq üçün onun açdığı bir an öncə getmə qrzusu… Bir yandan da ürəyi atlandığı İstanbul qızları. “Sabiha”lara, “Azize”lərə və başqalarına:
Gözləri qara qadın o qədər gözəlsən ki
Çox sevdiyin başına and olsun
Tünd ətrli bir çiçək kimi gözlərin qapanarkən
Bir dəqiqə köksünün üstündə olsun yerim
Ömrümü bir udumda əllərindən işərəm
Gözləri qara qadın o qədər gözəlsən ki…
…
Bir ilahi kimi içdən duyulur
Sevən könüllərə aşina səsin
Başında nur haləsi, gözlərində nur
Sevda məbədində bir “əzizə”sən.
…
Yuxuya daldıran şərabını iç
Önündə könlümlə gəlirkən şeirə
Bu yanan alnıma bir kərə toxun
Əzizə, gözləri nurlu Əzizə…
Nə xoş ki, bu romantik dəliqanlının duyğusal şair ruhu zaman-zaman içindəki savaşçı obrazını gizləyə bilmədi. Torpağı işğal altında olan atəşkəsli İstanbulda şeir yarışmasına qatılan hecaçı şairlərdən birinin
Mənim könlüm bir kəpənək,
Dolaşır həm çiçək-çiçək
– deyə başlayan gövrək misaralara cavab verireyni dərgidə və ortalığı bir-birinə qatır:
Mənim könlüm bir qartaldır
Harda gözəl görünsəm mən:
Haydı dedim haydı saldır!..
Belə bir an qan tökməkdən
Dimdiyinin rəngi aldır.
Göylərində tək yaşayır,
Könüllərin dərmanıdır
Könüllərlə uğraşmada
Hər fırtına bir ahıdır…
Açılınca qanadları
Kölgəsiylə örtülər yer
Bütün başlar əyilirlər…
Heç bir ovçu vurmmadı
Vura bilməz zənn edirəm…
“Dersaadet”in gözəl qızları qarşısında insafsız bir qartal olan bu yaraşıqlı gənc, bir tərəfdən də mistikdir. Uşaq vaxtı yazdığı “Mövlana” şeiri yayımlananda mövləvi təriqətinə məxsus babası Mehmet Nazim Paşa tərəfindən yazıldığı zən ediləcək qədər:
Sararkən alnımı yoxluğun tacı
Könüldən silindi nəşəylə acı
Qəlbə məhəbbətdə bildim əlacı
Mən də müridinəm ustad Mövlana.
Əbədi sədd çəkən zülməti dəldim
Eşqi içdən duydum ərşə yüksəldim
Qəlbdən təmizləndim hüzura gəldim
Mən də müridinəm usta Mövlana.
BAHRİYƏLİ ZABİTLİYƏ NAMİZƏD
Həyatım dəniz
Biz dəryada gəzəriz…
Nazim Hikmət
Gələcəkdə biri çıxıb Nazimin uşaqlıq və ilk gənclik çağlarından nəsə yazmaq istəsə və ya bu mövzunu bir filmə çevirsə, şairin yaşamaq zorunda qalıb da aldığı tarvmalara necə davam gətirdiyinə və üstəlik minlərcə misralıq dastanlar, yüzlərcə şeir və onlarca səhnə əsəri, senarilər, Orxan Səlim, Ahmet Cavat, İbrahim Sabri kimi taxma adlardan başqa, öz imzasıyla da bir roman (“Romantika / Yaşamaq gözəl şeydir, qardaşım”) və öykülər yaza bilmiş olmasına sanıram ki, hər kəs şaşıracaqdır.
Nazim daha üç yaşındaykən, atası xarici işlər məmuruHikmət bəy qanundankənar fəaliyyətlərə qarışdığı iddiası ilə həbs olunub zorla istefaya göndərilir, işsiz qalır və Nazimin ailəsi Hələbdə vali işləyən babası Mehmet Nazim Paşanın yanına sığınır. Kiçik qardaşı Ali İbrahim iqlim dəyişikliyinə dözməyib ölür. Atası əlində-ovcunda olan pul-parasını burada anlamadığı bir işə yatırıb iflas edir. İstər-istəməz geri döndükləri İstanbulda isə Nazimə ömrü boyu dəstək olacaq bacısı Samiyə doğulur. Amma macəraçı atası Hikmət bəy Fransada hansısa işlə məşqul olmaqdan da vaz keçmir.Arada Mətbuat müdürlüyündə və Hamburq konsulluğunda ittihatçı dostlar tərəfindən vəzifəyə təyin olunsa da…
Nazimin qeyri-sabitliyi ilə diqqət çəkən təhsilinə gəlincə isə…Öncə bir il qədər fransızca təhsil verən bir məktəb, sonra Göztəpədəki “taş məktəb” (“Nümunə məktəbi”), Qalatasarayın hazırlıq sinfi. Burada Vala Nurəddinlə bərabərdilər və mənə Moskvada anlatdığına görə, xəfif gombul görünüşü ilə həmən Patates (kartof) ayamasını verirlər, amma çox sevir sinif komandasında “mühacim” (hücumçu) oynamağı və Qalatasarayı Nazim! Nə yazıq ki, yeni bir travma qapını kəsib. Məktəb xərcləri maliyyə sıxıntısı çəkən ailəyə zor gəlir və uşağı sevdiyi, alışdığı məktəbindən və dostlarından qoparıb daha ucuz olan Nişantaşı Sultaniyəsinə yazdırırlar ertəsi il. Mehmet Nazim Paşa Hələb və Konyadan sonra Osmanlının buradakı valisi olacağını ağlına gətirməzdi – 1912-ci ildə Salonikə atırlar onu.Məktəb tətili zamanı babasının yanına qaçır nazim – doğulduğu şəhəri yenidən görmək üçün. Və Balkan savaşlarında şəhərin Yunanıstana verilməsindən (1913) möhkəm sarsılaraq ilk misralarını o tarixdə yazmağa başlayır “uşaq şair”.
Ücretsiz ön izlemeyi tamamladınız.