Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Xiyabani», sayfa 2

Yazı tipi:

      Novruz bayramı günlərinin ömrü qızılgülün ömrü qədər az olacaqdır. Sizdəhdən sonra Məhəmməd məktəbə gedəcəkdi.

      Qarın əl-ayağı tamam yığılmış, təbiət uzun qış yuxu-sundan oyanmışdı. Ağır örtüyünü üstündən atan otlar baş qaldırıb dağı, bağı, çəməni, çölü yaşıllığa bürüyürdü. Hə-yətdəki meyvə ağacları da tumurcuq bağlamışdı. Dünənə ki-mi donub qalan Güney arxı dil açmış, bahar nəğməsini oxu-mağa başlamışdı.

      Bir axşam Fatı nənə Məhəmmədə demişdi: “Dörd gün keçər, beşinci gün axır Çaharşənbə axşamıdır”. Məhəm-məd indidən özünə uzun bir şal hazırlamışdı. Çaharşənbə axşamı səhər tezdən Fatı nənə qırmızı xoruzu kəsdirib gəti-rəndə, Məhəmməd anasından aldığı on şahını cibinə qoyub, qarağacın dibindəki kuzəsatanın yanına qaçdı. İki şahı verib özünə bir dənə gözəl naxışlanmış balaca “Çaharşənbə kuzə-si” aldı. Bu kuzəni o, sabah tezdən novun altından keçəndə su ilə dolduracaqdı. Sonra fışqı satanın yanına gedib, yeddi şahılıq cürbəcür fışqı6 aldı. Evlərinə qayıdanda yolda dayısı oğlu Qasımağaya rast gəldi. Qasımağa dərsə gedirdi. O, Mə-həmmədin aldığı şeylərə baxandan sonra:

– Mən məktəbdən çıxanda alacağam. Sən axşam məni gözlə, bir yerdə şal salmağa gedərik, – dedi. – Tək getmə ha, səni döyərlər!

– Məni döyərlər? – Məhəmməd dik-dik onun üzünə baxdı və yoluna davam etdi.

      Hava bir az buludlu idi. Azançı minarədən düşəndə ətraf tamamilə qaralmışdı.

       Fatı nənə həyət qapısını açıq qoyaraq gündüzdən xi-yabanın arasında bir yerdə topladığı yovşanlara od vurdu:

– Gəl ey!.. Fatı nənə yovşanları yandırdı! – deyə Məhəmməd anasını səslədi. Zəhra xanım şölələnən yovşan-ların yanına gəldi. Onun yaşı qırxa çatsa da, gənclik təravə-tini hələ də saxlayırdı. Evdə büründüyü çit çarşabını çiyninə salıb, odun yanına çatanda dedi:

– Bu axşam adam yaxşı sözlər danışar… – Oğlunun yetikliyini bilən və indicə sorğu-suala başlayacağından qor-xan ana tez sözünə davam etdi: – Axı, bu axşam camaat niy-yət eləyir, qulaqasdıya çıxır; hər adam eşitdiyi birinci sözü gələn il üçün mizan tutur, fal qurur. Odur ki, qapıları açıq qoyub yaxşı sözlər danışırlar.

       Məhəmməd alovun üstündən sıçramağa hazırlaşırdı ki, gözü onlara yaxınlaşan və xısın-xısın gülən iki çadralı qa-dına sataşdı.

– Allah balacığazını saxlasın, Zəhra xanım, doğru-dan halalzadasan! – Nisbətən yaşlı qadın Zəhraya xeyir-dua verdi. – Neçə ildir ki, mən qulaqasdıya çıxıram, amma bu cür uyarlı sözlər eşitməmişdim.

       İkinci qadın cavan gəlin idi, yaşlı qadın danışdıqca o da utana-utana gülürdü. Yaşlı qadın gənc qadına işarə edə-rək:

– Elə ikimizin də falına cavab verdin. Üç-dörd ildir ki, yazıq uşağa qalmır. Deməli, gələn il bağlı qapılar üzü-müzə açılacaq, işlərimiz yaxşı olacaq, inşallah, gəlin də bir oğlan doğacaq, – deyəndə cavan qadın xəcalətdən əlini üzü-nə apardı.

– İnşallah, inşallah, – deyə Zəhra xanımla Fatı nənə də onlara ürək verdilər.

       Qadınlar qayıdıb getmək istəyəndə yaşlı qadın Mə-həmmədə tərəf dönərək:

– Bizə şalatdıya gələrsən, – dedi. – Sənin üçün bir dənə bərk yumurta saxlamışam.

– Çox sağ olun, Xırda xala… Zəhra xanım onlara dil-ağız edib həyət qapısından yola saldı. O, təzədən odun yanına qayıdanda Məhəmməd “Atıl-batıl çərşənbəm, baxtım açıl çərşənbəm” – deyə-deyə alovlanan yovşanların üstün-dən atılırdı. Uşaq yeddi kərə atılandan sonra anasına dedi:

– Gəl, ana, indi də növbə sənindir.

      Zəhra xanım çadrasını Fatı nənəyə verib, odun üstün-dən tullandı:

      Fatı nənə toyuqplov bişirmişdi. Şam çox tez yeyildi. Süfrəni təzəcə yığışdırmışdılar ki, dəhliz qapısından içəri bir şal tulladılar. Zəhra xanım qardaşının şalını o saat tanıdı. Şa-lı atan Qasımağa idi. Şalın ucuna bir qırmızı alma, bir dənə nar bağlayıb, “hə, çək!” – deyə çığırdı. Şal çəkiləndən sonra Qasımağa içəri gəldi. Məhəmmədi də götürüb birgə şalatdı-ya getdilər.

      Məhəmməd birinci dəfə idi ki, şalatdıya gedirdi. Damlar, küçələr qulaqfalına çıxmış qadınlar, qızlar, əli şallı yeniyetmələrlə dolu idi.

      İki-üç saatdan sonra Məhəmməd evə qayıtdı. Onun cibləri qırmızı yumurta və meyvə qurusu ilə dolmuşdu (Xamnə qəsəbəsi bağlı-bağatlı olduğundan, dadlı meyvə qu-rusu bol idi).

       Anası Məhəmmədə dedi:

– İndi soyun yat, səhər tezdən nov altına gedəcəyik.

Günəş hələ çıxmamışdı ki, dəyirmanların ətrafı adamla dolmuşdu. Ətəklərini çirməyib dağın başına çəkilən, kövrək qar altından baş qaldıran novruzgülü, qar çiçəyi və bənövşələr də, sanki bu bahar bayramını təbrikə gəlmişdi. Yeni ildə öz muradlarına çatmaq üçün niyyət edən qadınlar, qızlar, oğlanlar, hər biri yeddi dəfə novun altından keçirdi. Bəziləri isə təzə kuzələrini novun suyundan doldurub, din-məz-söyləməz qəsəbəyə qayıdırdı.

      Məhəmməd, anası, Fatı nənə və iki nəfər qonşu qadın novun yanına təzəcə yetişmişdi ki, bir neçə adam camaatı o tərəf-bu tərəfə itələyib irəli soxuldular və arxalarınca gələn dörd qadına yol açdılar. Zəhra xanım oğlunun qolundan tu-tub kənara çəkildi. Gələnlərdən biri Fatı nənəyə yetişəndə is-tehza ilə güldü:

– Kaftara bax! Gününü görüb, dövranını sürübsən, guya sən nov altından keçməsən dünya uçar? – deyə onun döşündən itələdi. Bu, Məhəmmədə bərk toxundu. Bədənini üşütmə tutdu. – İstədi ki, yerdən daş götürüb, onun başına çırpsın. Zəhra xanım oğlunun niyyətini duyub, dərhal qo-lundan yapışdı:

– Oğlum, bu yana gəl, Allah özü onların bəlasını ve-rəcək, – dedi.

– Onlar kimdir ki, Fatı nənəni itələyirlər?

– Onlar bu qəsəbənin sahibidir, oğlum, eşitsələr, bi-zim də abrımızı tökərlər.

      Məhəmməd hirsindən dodaqlarını çeynəyə-çeynəyə qaldı. Qəzəbindən gözləri az qalırdı ki, hədəqəsindən çıxsın. Dişlərini qıcıb yumruqlarını düyümlədi.

– Onlar adamdır, biz yox? – deyə qışqırdı.

       Zəhra xanım əli ilə onun ağzını qapayıb, pıçıltı ilə dedi:

– Sus, bala, evdə hər şeyi sənə başa salaram…

       Xanımlar çıxıb gedəndən sonra Məhəmmədgil də novun altından keçdilər. Bu vaxt Məhəmməd Qasımağanı gördü. O, təzə kuzəsini su ilə doldurub qayıdırdı. Məhəm-məd onu nə qədər danışdırdısa, cavab ala bilmədi. Zəhra xa-nım Qasımağanın "Cangülüm" üçün su apardığını deyəndən sonra Məhəmməd də ona qoşuldu. Bu suya Qasımağanın ər-lik bacıları, əmisi arvadı “Can gülüm”ü salacaqdılar. Bunu keçən gecə şal saldıqları zaman Qasımağa Məhəmmədə de-miş, hətta onu bu mərasimə tamaşa etməyə də çağırmışdı.

      Qasımağa gedir, Məhəmməd də onu təqib edirdi. Qayda belə idi ki, “Cangülüm” üçün su aparan adam evə ça-tana qədər ağzını açıb bir kəlmə də danışmamalıdır. Buna görə də yolda Qasımağanı dindirənlərə Məhəmməd cavab verirdi.

      Qonşu qızları və gəlinləri Qasımağanın “Cangülüm” suyu gətirəcəyini sanki əvvəldən bilirdilər. Su dolu kuzə ağacdan asılan kimi, hardansa beş-altı qadın peyda oldu. Qa-sımağanın əmisi arvadı ilə bacıları da onların arasında idi. İndi altı-yeddi yaşında bir qız uşağı lazım idi ki, “Cangü-lüm” mərasiminə başlasınlar. Qonşu qadınlardan biri dərhal küçəyə qaçdı və o qədər keçmədi ki, əli-ayağı xınalı balaca bir qızın əlindən tutub gətirdi. Suyu böyük bir badyaya tö-küb ortalığa qoydular. Qızı suyun yanında oturtduqdan son-ra başına bir çarşab atdılar. Sonra hərə üzükdən, iynədən, mis puldan çadranın altına uzatdı. Qız da həmin şeyləri alıb, bir-bir suya saldı.

      Qasımağanın əmisi arvadı cibindən çıxardığı bir açarı çarşabın altına uzadaraq qıza verəndə hamı bir səslə oxu-mağa başladı:

“Məscidin bucağında – can, gülüm, can.

Şam yanar ocağında – can, gülüm, can.

Allah muradın versin – can, gülüm, can,

Bir oğlan qucağında – can, gülüm, can”.

      Ondan sonra saçlarına təzəcə dən düşmüş, lakin üzü gözəlliyini hələ də itirməmiş qonşu qadın yerdən bir şey gö-türüb, əlini çadranın altına uzatdı. Yenə xor dilə gəldi:

“Tut ağacıdı pıtraq – can, gülüm, can,

Məskən salaq, oturaq – can gülüm, can.

Qürbətdən tez qayıt gəl – can, gülüm, can,

İntizardan qurtaraq – can, gülüm, can…”

       Qasımağanın iyirmi yaşlarında olan bacısı əlini çad-ranın altına uzadaraq cibindən çıxardığı iynədanı badyaya salanda xor oxudu:

“Armud ağacı haça – can, gülüm, can.

Əlim dolaşdı saça – can, gülüm, can.

Bir oğlan istərəm – can, gülüm, can.

Məni götürə qaça – can, gülüm, can…”

Mərasim qurtarandan sonra qız salınan şeyləri çıxa-rıb qadınlara payladı. Öz verdiyi şey özünə qismət olmuş qadınlar, guya muradlarına çatacaqları üçün sevinirdilər. Bəxti düz gətirməyənlər isə pərt oldular.

      “Cüngülüm"dən sonra qadınlar həyətin o biri tərə-findən tüstüləyən ocağın başına gəldilər. Ocağın üstündə ye-kə bir qazan asılmış, yan-yörəsinə çoxlu odun yığılmışdı. Bir qadın əlindəki kürək sapına oxşar ağac ilə qazanı qarışdıra-qarışdıra oxuyurdu:

“Səməni, çaldım səni,

Saxla məni,

İldə göyərdərəm səni..”.

Bunu deyən kimi, o biri qadınlar da ona qoşuldular. Şənlik axşamadək davam etdi…

Üç gün sonra bayram idi. Yaz girəcək, il təhvil olacaq, təbiət diriləcək, dağ-dərə güləcək, adamlar köhnə ili sağ-sa-lamat başa vurduqları üçün bir-birinə gözaydınlığı verəcək-dilər.

      Balaca Məhəmməd də təzə ildən məktəbə gedəcəkdi.

4

Böyük şəhərlərdə Novruz bayramı çox uzun sürür. Lakin Xamnə kimi qəsəbələrdə üç gündən artıq çəkmir. Bi-rinci gün qəsəbənin hakimi, xanı, molla və seyidləri evlərin-dən bayıra çıxmır, camaat onların görüşünə gedir. İkinci, üçüncü günlər isə qəsəbə əhli bir-birinin evinə gedir, bir-bi-rinin təzə ilini təbrik edir.

      Bayramın birinci günü idi. Xan sübh tezdən çiyinlə-rini, sinəsini ata-babasından miras qalmış nişanlarla bəzəyib, qızıldan qayrılmış şir-xurşid ordenli qara papağını başına qoymuşdu. O, pəncərə qabağında oturub sulu qəlyan çəkir-di. Təxminən günortaya yaxın onun bayramını təbrik etməyə gələnlərin qabağı açıldı. Əyan-əşrəf, qəsəbənin ağsaqqalları, tacirlər hamıdan qabaq xanın qapısından içəri keçdilər. Son-ra qəsəbə camaatı, böyükdən kiçiyə xanın evinə tərəf axış-mağa başladı. Günorta vaxtı xanın həyətində böyük bir iz-diham yarandı…

      Məhəmməd də təzə paltar geymiş, atasının göndər-diyi çəkmələri dizə kimi çəkib qapı ağzında dayanmışdı. Uzaqdan Qasımağa göründü. Məhəmməd onun qabağına yüyürdü. Qolundan tutdu.

Çəkə-çəkə evə gətirdi. Zəhra xanım qardaşı oğlunun bayramını təbrik etdi, üzündən öpdü və ona bir dənə qırmızı yumurta verdi. Əyninə geydiyi təzə abı məxmər arxalığının cibini yemişlə doldurdu. Uşaqlar sevincək həyətə düşdülər.

– Xanlıq evini görmüsən? – deyə Qasımağa Məhəm-məddən soruşdu.

– Yox, görməmişəm.

– Onda gedək. Bu saat camaat oradadır, xanın təzə ilini mübarəkə gediblər.

      Onlar atıla-atıla xanın evinə tərəf getməyə başladılar.

       …Xanın böyük darvazalı qapısının qabağındakı mey-dan sulanıb süpürülmüşdü. Çoxlu adam durmuşdu. Bəzisi silahlı idi. Qapının o tərəf-bu tərəfində duran iki nökər xanın görüşünə gəlmiş köhnə, cırıq paltarlı adamları kənara itələ-yir, içəri buraxmırdı. Bu arada bir dəstə kəndli gəldi. Qa-baqda gedən kəndxudadan başqa hamısı keçə papaq qoyub, çarıq geymişdi. Boynundan üç-dörd qumrov asılmış bir ağ qoçu, onlar əlvan rənglərlə boyayıb gətirmişdilər. Qara pa-paqlı bir kişi qoçun xaltasından çəkirdi. Qapı qabağında da-yanıb, adamları içəri buraxmayan nökərlərdən biri onu gö-rüncə, kənara çəkilib baş endirdi:

– Fərəc kəndxudanın bayramı mübarək olsun, – deyə əlini ona tərəf uzatdı. Kəndxuda da ciblərini araşdırıb nə isə çıxardı və onun ovcuna basdı:

– Sizinlə bahəm, ay Məmi bəy!

      Kəndxuda ciblərini bir də yoxlayıb, bu dəfə əlini o bi-ri nökərə tərəf uzatdı:

– Həsən bəyin də bayramı mübarək olsun, – dedi.

      Nökərlər kəndxudaya yol verdilər. Kəndlillər də onun dalınca içəri keçdilər. Bunu görən Qasımağa:

– Tez gəl, biz də onlara qarışaq, – deyə Məhəmmədi dalınca dartdı.

      Onlar xanın həyətinə keçdilər.

       Xan qonaqları ilə söhbətə məşğul olsa da, fikri hə-yətdə idi; gəlib-gedəni gözdən qoymurdu. Altı yaşlı oğlu da yanında oturmuşdu. Xanın gözü kəndxudaya və onun da-lınca gələn bəzəkli qoça sataşanda, gülümsəyib oğluna dedi.

– Gör Fərəc kəndxuda sənə neçə qoç gətirib!

       Oğlan tez pəncərənin qabağına yüyürdü. Xanı pən-cərədən görən kəndxuda iki əlini sinəsinə qoyub təzim etdi; kəndlilər də ikiqat oldular. Onların arxasınca gələn Qasım-ağa ilə Məhəmməd də xanı və oğlunu gördülər. Xan oğluna dedi:

– Bax, kəndxudanın oğlanlarıdır. Get onlarla oyna.

      Sonra xan kəndlilərə işarə edərək qulluqçuya əmr verdi:

– Hərəsinə bir stəkan çay ver, qoy pəncərə qaba-ğında içsinlər. Kəndxudanı isə çağır dəhlizdə otursun.

      Xanın oğlu lələsi ilə həyətə düşən kimi Məhəmmədlə Qasımağanın yanına yüyürdü. Şəhər uşaqları kimi geyinən oğlanlar xanın oğlunu çox təəccübləndirdi. Məhəmmədin çəkmələrindən o vaxt nəinki Xamnə qəsəbəsində, hətta bü-tün İranda belə tapılmazdı. Xanın oğlu gözlərini Məhəmmə-din qəşəng, yapışıqlı çəkmələrindən ayıra bilmirdi.

– Bunları haradan almısan?

– Məhəmməddən qabaq Qasımağa dilləndi:

– Ağası Urusiyyətdən göndərib, – dedi. – Sonra Mə-həmmədə dönərək: – Çıxar zurnanı da görsün.

      Məhəmməd qoltuğundan zurnasını çıxardı. Püflədi. Xanın oğlu bu ala-bəzək zurnanı görən kimi ilan vurmuş adamlar təki qapqara qaraldı:

– Nə yaxşıdır?! Mən heç beləsini görməmişəm… Ver mən də çalım.

– Burada ayıbdır, gedək o tərəfdə çalaq, – deyə Mə-həmməd camaatdan uzaqlaşaraq, həyətin xəlvət bir yerinə çəkilib zurnasını çalmağa başladı. Hələ də özünə gələ bil-məyən xanın oğlu yalvarıcı səslə Məhəmmədə dedi:

– Ver, mən də çalım.

      Məhəmməd etiraz etmədi. Xanın oğlu böyük bir hə-vəslə zurnanı çala-çala pəncərənin altında cərgə ilə oturub çay içən kəndlilərə tərəf getməyə başladı. Məhəmməd onu səslədi:

– O tərəfə getmə, ayıbdır.

      Xanın oğlu isə onu eşitmirmiş kimi addımlarını bir az da yeyinlətdi. Bu dəfə Qasımağa özünü ona yedirtdi:

– Ayıbdır, getmə.

– Kimdən ayıbdır? – deyə xanın oğlu soruşdu.

      Məhəmməd kəndliləri göstərdi:

– O kişilərdən.

– Bıy, onlar niyə kişi olur?

– Bəs nədirlər?

– Kəndli! – deyə xanın oğlu yenə yoluna davam etdi. Oğlan kəndlilərin yanına yetişəndə Qasımağa hirslə onun ətəyindən çəkdi:

– Gəl bu tərəfdə nə qədər istəyirsən çal…

      Xanın oğlu dartınıb irəli cummaq istədi. Məhəmməd vəziyyəti belə görəndə zurnanı xanın oğlunun əlindən qap-dı. Ərköyün böyümüş xan oğluna bundan böyük təhqir ola bilməzdi. O dəqiqə gözləri doldu. Pillələri yeyin-yeyin çıxa-raq atasının yanında özünü yerə vurdu. Ömründə bəlkə də oğlunu ilk dəfə bu halda görən xan əl-ayağa düşdü:

– Sənə nə oldu? Sənə nə oldu?..

– Kəndxudanın oğlanları, – deyə boğula-boğula da-nışan uşaq sözünün ardını gətirə bilmədi.

– Kəndxudanın oğlanları səni vurdu? – deyə xan gözlərini qulluqçuya ağartdı. Sonra hirslə yerindən qalxıb kəndxudaya tərəf irəlilədi. Heç bir şeydən xəbəri olmayan kəndxuda isə dəhlizdə ləzzətlə çay içirdi.

– Axmaq oğlu, axmaq, bu nə cür qoduq böyütmək-dir?! Uşaqların Əlixan ağanı döyüblər?

      Hər yerdən kəndxudanın başına yumruq yağdırdılar.

– Baba, vallah mənim qoduqlarım kənddədir. – Kəndxudanın boğula-boğula dediyi bu sözləri heç kəs başa düşməsə də, xanın oğlu kəndxudanın uşaqlarında olan zur-nanı istədiyini atasına qandıra bildi. Xan tez nökərlərini ça-ğırdı:

– Bir adam gəlsin! – Pişxidmətlərdən biri tez içəri daxil oldu. – Özü ilə işiniz olmasın, qoduqlarında bir zurna var, onu alıb bura gətirin.

      Nökərlər kəndxudanı sıxma-boğmaya saldılar:

– Tez ol, zurnanı ver, filan-filanşüdənin oğlu:

– Baba, and olsun mərhum Sərtibin ərvahına (xanın atasıdır) mən yanımca uşaq gətirməmişəm. Zurna nədir, zad nədir?

– Axmaq oğlu, axmaq, o yekəlikdə xan yalan danı-şır?

– Əstəğfurullah, mən elə ərz eləmədim, deyirəm, bəl-kə xan səhv eləyir. Əgər mənə inanmırsınız, bax, bu ağsaq-qallardan soruşun, qoy onlar desinlər.

      Nökərlərdən biri kəndlilərin yanına gəlib soruşdu:

– Burda siz uşaq gördünüz?

      Ağsaqqallardan biri dedi:

– Hə, iki oğlan uşağı Əlixan ağa ilə oynayırdı, əllə-rində də zurna vardı, çalırdılar. Elə burada idilər. Əlixan ağa çalanda uşaqlar qapıb qaçdılar.

– Vay, köpək oğlu! – deyə nökər kəkələndi. – Kənd-xuda bir dənə zurnadan ötrü utanmadan Sərtibin ərvahına da and içirdi.

      Xan başını pəncərədən çıxardı:

– Gədə, füzul oğlu, füzul, bəs necə oldu?

– Qurban, kəndxuda yalan deyir ki, uşaq gətirmə-mişəm. Budur, bu kəndlilər deyir ki, onun uşaqları Əlixan ağanın əlindən o şeyi alıb qaçdılar.

– Yüyür yerin altında da olsa, o vələduznaları tap, bağırda-bağırda gətir bura!

      Nökər həyət qapısına tərəf qaçdı.

      Məhəmmədlə Qasımağa xanlıqdan çıxıb hənəkləşə-hənəkləşə gedirdilər. Meydana çatmamışdılar ki, nökər uşaqlara yetişdi. Ancaq geyimindən onları heç də kəndli ba-lasına oxşada bilmədi: “Bəlkə xanın qohumlarının, ya başqa xanların uşaqlarıdır – deyə əvvəlcə tərəddüd etdi. Sonra on-ların qabağına keçərək soruşdu:

– Siz indi xanlıqda idiniz?

       Məhəmmədlə Qasımağa bir-birinin üzünə baxdılar. Məhəmməd yavaşdan dedi:

– Oradaydıq, nə olsun?

– O çalınan şeyi Əlixandan alıb qaçırdan hansınız-dır?

      Məmməd “o mənim özümküdür” deyən kimi nökər uşaqların ikisini də yaxasından tutub dik qaldırdı: “Köpək oğlu kəndxuda, indi sənə göstərərik. Gör necə dikbaş uşaq-lar böyüdüb!”

      Bu, novun yanında Fatı nənəni itələyən nökər idi. Qasımağa ağlayır, Məhəmməd isə “Burax! Burax!” deyə çır-pınıb, onun əlindən çıxmağa çalışırdı. Canavar sürüdən qa-çırdığı qoyunu dişində sürüyən kimi, o da uşaqları pəncərə-nin qabağına sürüdü. Onlar pəncərənin qabağına yetişəndə başqa bir nökər kəndxudanı pillələrdən endirirdi.

– Köpək oğlu, köpək, bəs deyirdin uşaqlarım kənd-dədir. Bunlar kimin qoduğudur?

– Mən nə bilim, a başına dolanım? Mən şəhər uşaq-larını nə tanıyıram?

      Xan ilə oğlu pəncərədən baxırdı. Oğlan Məhəmmədi göstərərək ağlamağa başladı:

– Bax, o çəkmə geyən oğlandadır zurna…

      Nökər Məhəmmədin cibindən zurnanı çıxaranda bu dəfə o qışqırmağa başladı:

– Zurna mənimdir, vermirəm! Ağam Urusiyyətdən göndərib, vermirəm!

      Nökər Məhəmmədi itələyib yerə yıxdı, zurnanı onun əlindən aldı:

      “Ağam Urusiyyətdən göndərib” – deyə onu yamsıla-dı, – Ağan qələt eləyib!

      Məhəmməd yerdən qalxınca nökər pillələri yeyin-ye-yin çıxdı…

      Xan oğlunun pəncərə qabağında oturub zurnanı çal-ması Məhəmmədlə Qasımağanı hövsələdən çıxardı. Onlar xanın adamlarını söyməyə başladılar. Xan nökərlərinə əmr etdi ki, uşaqların qulaqlarından tutub həyətdən eşiyə atsın-lar…

       … Günlər ötüb keçir, o hadisəni heç bir şey Məhəm-mədin xatirəsindən silə bilmir, o, xanın oğlunu təklikdə görmək, döymək üçün girəvə axtarırdı…

5

      Yazın ən gözəl vaxtı idi. Həyətdə meyvə ağacları çi-çəklənmişdi. Elə bil hər yerə ağ çadır sərilmişdi. Məhəmməd qışda qar yağanda da öz həyətlərini belə gözəl görmüşdü. Ancaq indiki gözəlliyin ayrı hüsnü vardı! Bir-birinə macal verməyən bal arıları güldən-gülə qonub, öz yüklərini tutur-du. Nəğməli quşlara tamaşa etməkdən könül doymurdu.

       Məhəmməd səhər tezdən durub həyətə enmişdi. O, ağacların altında dayanıb, altdan yuxarı çiçək salxımlarına baxır, onların xoş ətrini udurdu. Həyətin bir tərəfində pişik marığa yatıb, yerdə dən yeyən sərçələrin üstünə atılmaq is-təyirdi… Uşağın sərçələrə ürəyi yandı, tez səkidən süpürgəni götürüb pişiyə tərəf tulladı. Pişik götürüldü, səsə quşlar da uçub ağaca qondu. Onlar budaqlarda civildəşərək, sanki Mə-həmmədə öz minnətdarlıqlarını bildirirdilər.

      …Məhəmməd dayısının dükanı qabağında çardağın dirəyinə söykənmişdi. Gözlərini müştərilərlə danışan dayı-sından çəkmirdi. Yaxşı bilirdi ki, dükançılar müştərini ha-mıdan, hətta öz bacıoğlanlarından da çox sevərlər, onların alver söhbətinə qarışmaq olmaz.

      Müştəri gedəndən sonra dayısı onu yanına çağırıb diqqətlə süzdü. Uşağın yaşına görə çox yekə olan uzunsov başını sanki birinci dəfə idi ki, görürdü:

– Nə var, xeyir ola?

– Buyurmuşdunuz ki, bayramdan sonra məni mək-təbə qoyacaqsınız, ona görə gəlmişəm.

– Hə, demişdim, bərəkallah! Demək oxumaq istə-yirsən?

– Bəli, dayıcan.

      Dayı oturduğu döşəkçənin üstündən bu tərəfə keçib, dabanıyatıq ayaqqabılarını geydi, sonra qəfəslərin birində satmaq üçün yığdığı kitabların arasından balaca bir çərəkə çıxarıb, Məhəmmədə uzatdı:

– Ala, bu da sənin dərs kitabın, diqqət elə ki, cırma-yasan ha!. Gedək.

      O, Məhəmmədin qolundan yapışıb məscidə7 tərəf yollandı. Məhəmməd kitabı qoltuğunda bərk-bərk tutub, da-yısının dalınca dinməz-söyləməz gedirdi. Dayısı məscidin hücrələrindən birinin qarşısında durdu. İçəridən qarışıq səs-lər eşidilirdi. Pəncərə qabağında oturmuş molla gələni görən kimi boğazını arıdıb onun salamını aldı.

– Və əleykumsalam, ey hafizi-xoşkəlam. Yuxarı niyə təşrif gətirmirsiniz? Buyurun, çay meyl eləyin…

– Sağ olasınız, axund ağa, mərhəmətiniz artıq olsun. Siz bu bacıoğlu haqqında səy eləsəniz, bizim üçün hər şeyə dəyər.

– O barədə xatiri-şərifiniz asudə olsun. Onu ya-nımda oturdub, dərslərinə özüm baxacağam. İnşallah, Uru-siyyətə gedən olsa, Hacı Əbdülhəmid ağaya yazın ki, gələn bahar bu zaman oğlunun Quran çıxmasıdır. Qoy sovqatı yağlı göndərsin. – Molla üzbəüzündə cərgə ilə oturan uşaq-lardan birinə müraciət etdi: – Ay gədə, dur kitablarını da gö-tür, get o Məhəmməd Hüseyn ilə Əlinağının arasında otur, – dedi. Sonra da balaca Məhəmmədə baxaraq başı ilə işarə et-di. – Başmaqlarını kəfşəkəndə8 çıxar, keç otur burada.

      Məhəmməd içəri girəndə Qasımağanı, qonşuları Bö-yükağa, Kiçikağa adlı iki qardaşı da burada gördü. Sevindi. Keçib mollanın göstərdiyi yerdə oturdu.

      Uşaqlar əyilib yırğalana-yırğalana dərs oxuyurdular. Məhəmməd gözlərini Qasımağaya dikib dururdu. Binə ba-şında oturub, qırğı kimi hər tərəfi görən mollanın başqa səm-tə baxmasından ani istifadə edən Qasımağa Məhəmmədə ba-xıb qımışdı. Ancaq bu, mollanın gözündən yayınmadı, onun xırıltılı səsi eşidildi. Qasımağa özünü yığışdırdı.

      Uşaqlar növbə ilə dərslərini oxuduqdan sonra, molla üzünü Məhəmmədə tutdu:

– İndi növbə sənindir, gəl görüm.

      Bir quş cəldliyi ilə yerindən qalxan Məhəmməd düz mollanın oturduğu döşəkçənin qabağında dizlərini yerə vur-du. Əl boyda kitabı açıb qabağına qoydu.

– Dərsini düzgün qoy. Molla özü kitabçanı çevirdi, sonra birinci səhifəni açdı. Səhifədə birinci sətrin əvvəlindən axırına çəkilən “Bismillah” sözünü və onun dalınca sığışdı-rılıb yazılan “Rəhmanir-rəhim” sözünü əlindəki çubuğun ucu ilə Məhəmmədə göstərərək dedi:

– Deyinən, Bismillahir-rəhmanir-rəhim.

      Məhəmməd dinmədi. Molla təkrarladı:

– Sənnənəm, ey! Deyinən, Bismillahir-rəhmanir-rə-him.

      Məhəmməd yenə də dinmədi.

– Olmaya, anan sənə hələ Bismillah öyrətməyib? – deyə molla bərk hirsləndi. – Hər ananın borcudur ki, uşağı dil açan kimi ona Bismillahı öyrətsin…

– Anam mənə öyrədib, axund əmi…

– Yaxşı, bəs niyə demirsən?

– Axund əmi, anam öyrədən Bismillah bundan uzun-dur axı:

– Eybi yoxdur sən elə qısasını de,: – molla başını bu-ladı.

– Bis…mil…lahir…rəh…manir…rə…him,,, – deyə, Mə-həmməd səsini uzatdı.

– Görürsən, deyə bildin. Bax, bu uzun xətt ilə o ya-nındakı sözlər birlikdə bismillahir rəhmanir rəhimdir. Ya-dında saxla ki, hər bir işə başlayanda əvvəlcə bismillah de-yərlər. – Axund özü bir daha bismillahı təkrarladı.

– Elədir, axund əmi, anam çırağı yandıranda, namaz qılanda, astanadan girəndə də bismillah deyir. Bir dəfə anamdan soruşdum ki, onu niyə deyirsən? Dedi ki, elə belə deyərlər. – Məhəmməd qara gözlərini axundun üzünə zillə-di. – Axund ağa, onu niyə elə deyirlər?

      Molla gözucu Məhəmmədə baxıb, damarları çıxmış əlini uzun saqqalında gəzdirdi:

– Sən ananı başa düşməyibsən, bala. Bismillah elə belə deyilmir. O ancaq hər işin başlanğıcında deyilir. İndi keçək o birisinə; deyinən, huvəl fəttahül əlim. – Səninləyəm, deyinən: hüvəl fəttahül əlim.

      Məhəmməd axunda, onun eynəyinə, əlindəki çubuğa baxıb susurdu. Sonra birdən soruşdu:

– Axund əmi, mən haradan bilim ki, bu “hüvəl fəttahül əlimdir?”

      Oğlanın bu sualından mollanın qaşları çatıldı, eynə-yinin altında xırda gözləri ilə tərs-tərs ona baxdı, udqundu. Otuz illik məktəbdarlıq dövründə bu ilk şagird idi ki, öz dər-si haqqında belə sual verirdi.

      Doğrudan da, hələ əlif-beyi bilməyən bir şagirddən hüvəl fəttahül əlimi soruşmaq qəribə iş idi.

       Məclisdə sükut çökmüşdü. Deyəsən, uşaqlar da Mə-həmmədin sualından heyrətə gəlmişdilər. Haçandan-haçana molla boğazını arıdıb dedi:

– Yaxşı, sən əlif-beydən başla.

      Günorta azanı verilən kimi, uşaqlar taxçaya tərəf yü-yürdülər. Buraya uşaqların yeməkləri qoyulmuşdu.

      Böyük uşaqlardan biri taxçanın qabağında durub:

“Bu kimindir? – deyə taxçadan götürdüyü çörək dəsmalını göyə qaldırır, sahibi gəlib öz dəsmalını alırdı.

      Bəzisi: “Mən nahara evə gedəcəyəm” – deyə dəsma-lının hamısını yerə sərdikləri dəstərxana boşaldır, dərhal məsciddən çıxıb, sevinə-sevinə evlərinə qaçırdı.

      Kimisi də öz çörəyindən bir əl boyda kəsib, axundun dəstərxanına atırdı.

      Axund bir az pendir-çörək yeyəndən və uşaqların verdiklərini bir nəfərlə evə göndərəndən sonra durub na-maza getdi. İndi uşaqları, həmişə axundun yanında oturan yaşlı oğlan – xəlifə idarə edirdi.

       Namazdan qayıdandan sonra molla dedi:

– Uşaqlar, mən bir quş yuxusu alıram, birinizdən səs çıxsa, atanızı yandıraram ha!

      Molla nazik əbasını başına çəkib uzandı. Uşaqlardan kimisi himcimlə danışır, kimi milçək tuturdu. Qasımağa Mə-həmməddən üç yaş böyük olsa da, qohumluq onları yaxın-laşdırmışdı.

      Onlar mollaxanadan birgə çıxanda, dərsdə Qasım-ağanın yanında oturan Novruza rast gəldilər. Bu qarayanız oğlan qəsəbənin aşağı tərəfinə doğru qaçırdı. Onun bir-biri-nə qarışmış qıvrım saçları ildə bir kərə yuyulan qoyunların yunu kimi elə bil daraq görməmişdi. Bir əlində dörd dənə şam var idi. O biri əlində bir çil toyuğu başıaşağı sallamışdı.

– Hara belə? – deyə Qasımağa soruşdu.

– Ocağa… Şeyx Dərviş ocağına.

– Sənin ocaqda nə işin var?

– Nəzirim var, onu aparıram.

– Sənin nə nəzirin ola bilər? Atan-anan harada qa-lıbdır ki, sən nəzir deyirsən?

      Uşaq özünü saxlaya bilməyib hönkürdü:

– Elə mən… onların barışması üçün nəzir eləmişəm.

– Necə, atanla anan savaşıblar? – Bu dəfə Məhəm-məd ona sual verdi.

      Uşaq ağlaya-ağlaya dedi:

– Savaşsalar yaxşıdır. İki aydır ki, atam anamı bo-şayıb, anam dayımgildə yaşayır, mən aralıqda qalmışam.

– Sən bunları Şeyx Dərviş ocağına aparanda nəzirin qəbul olacaq? Atan ilə anan barışacaq? – deyə yenə Məhəm-məd soruşdu.

– Bəs neyləyim? Deyirlər Şeyx Dərviş ocağı hamının arzusunu, mətləbini verir, bəlkə mənə də kömək elədi.

       Novruzun bədbəxt həyatı uşaqların ikisini də dü-şündürdü.

      “Kaş nəziri qəbul ola”, – Məhəmmədin üzünə xəfif bir kədər çökdü.

      Oğlunun elə pərt və qəmgin qayıtdığını görən Zəhra xanım, təlaşla soruşdu:

– Olmaya savaşıbsan?

– Yox, niyə savaşıram?

– Mollan döyüb?

– Yox.

– Bəs niyə pərtsən?

– Anacan, heç nə olmayıb.

      Novruzun dərdi bütün günü Məhəmmədi narahat et-di. “Böyük olsaydım, onları barışdırardım…” O gecə yatağı-na girəndə də Məhəmmədi düşündürən bu fikir oldu.

      …Oğlunun ürəyi sıxılmasın deyə, Zəhra xanım Nov-ruzun ata-anasını çağırıb, heç nəyin üstə ayrılan bu ər-arvadı barışdırdı.

6

– Ey camaat, malımızın və canımızın sahibi Nəsrulla xanın əmridir, hamı məscidə yığılsın!

      Bir saatın içində adamlar bu səsi eşidib məscidə top-laşdılar. Heç kəs bir şey bilmir, verilən bütün suallar cavab-sız qalırdı. Molla da uşaqları buraxıb məscidə gəldi. Adam-lar bir-birinə qısılıb oturmuşdular. Məscidin səqfində yuva bağlayan qaranquşlar həmişə açıq saxlanan kiçik pəncərədən girib-çıxırdı.

      Nəhayət, xan gəldi. Onun arxasınca nökər-nayiblər və kəndlərdən xanlığa gələn ərizəçilər gəldilər. Məsciddə-kilər ayağa qalxıb, xana təzim etdilər. Yuxarı başda, lap mən-bərin üzbəüzündə, qiymətli xalı döşənmiş hücrə xana məx-sus idi. Xan hücrəsinə keçib oturana kimi, camaat ayaq üstə durdu. Xanın özünün məscidə gəlişi hamını nigaran qoy-muşdu. Axı, xan adi bir iş üçün camaatın arasına çıxmazdı.

      Xanın mirzəsi gəlib mənbərin qabağında ayaq üstə dayandı. Hamının diqqəti ona cəlb olundu. Camaat nəfəsini çəkib danışmırdı. O böyüklükdə məsciddə milçək uçsaydı qanadının səsi eşidilərdi. Bu sükutu mirzənin cır səsi pozdu:

– Camaat, bilin və agah olun, Allah-taalanın qəzəbi insanları tutubdur. Təqdir ilə tədbir üz-üzə durub. Mahala çəyirtkə gəlib; hara ki düşür, bir o qədər çəkmir ki, hər şeyi yoxa çıxarır. Bu bəlaya bir çarə görülməsə, bir tədbir tökül-məsə, iki-üç gün çəkməz ki, çəyirtkə bizim qəsəbəyə gəlib ça-tar, yaşı, qurunu da yandırıb yaxar, hamını qara günə qo-yar…

      Adamlar təəcübblə bir-birinə baxdılar. Araya cansı-xıcı sükut çökdü. Nəhayət, mənbərin yanında oturan adam-lardan biri ayağa qalxdı, xandan icazə alıb danışmağa başla-dı:

– Mənim yaşım yüz olmasa da, yüzə yaxındır. Hələ mən uşaqdım ki, bu bəla bir dəfə də nazil oldu. Camaat mü-səllaya çıxdı, həm də quşa iki atlı göndərdilər. Atlıların ge-dib-gəlməsi üç gün çəkdi. Dördüncü gündə iki çanaq darının sayıyca quş gəlib çıxdı. O quş bu bəlanı rədd elədi.

      Bu sözləri deyən kişi hələ yerində oturmamışdı ki, xanın hücrəsindən mənbərə tərəf gələn adam hamının diq-qətini cəlb etdi. O, mənbərin yanında dayanaraq:

– Elə bu saat müsəllaya çıxmağı xan məsləhət görüb. Quşa isə xan özü adam göndərəcəkdir, – deyib yenə öz yeri-nə qayıtdı.

– Allah xana ömür versin! – camaat yer yerdən səs-ləndi.

      Elə o saat da müsəllaya çıxdılar.

      Xanın özü də qızıl nişan tikilmiş papağını çıxarıb, ayaqyalın gedirdi. Bu, hadisənin çox mühüm olduğunu bil-dirirdi. Başlarına saman səpə-səpə gedən adamlar: “Tövbə, tövbə, ya Allah! Tövbə, əstəğfurullah! – deyə səs-səsə verib oxuyur, dua edir, ağlayır, bu bəlanın kəndlərdən uzaq ol-masını Allahdan arzu edirdilər.

      Məktəb də bağlandı. Qəsəbədəki oğlan uşaqları da ki-şilərə qarışıb gedirdilər. Camaat qəsəbədən çıxandan sonra bir düzənlikdə dayandı. Saqqalına palçıq yaxan bir seyid: “Əyləşin, elə burada əyləşin!” – deyə camaata yerə oturmağı məsləhət gördü. Hamı arxacda yatan sürü kimi bir-birinə qısılıb oturdu.

      Məhəmmədlə Qasımağa da dizlərini yerə verib otur-dular. Qəsəbənin ən məşhur rövzəxanı rövzə oxudu. Həyat-ları təhlükə qarşısında qalan adamlar onsuz da ağlamağa bə-hanə gəzirdilər. Hamı ağladı: Məhəmmədlə Qasımağa da onlara qoşuldu. Məhəmməd düşünürdü: “Doğrudan da bu çəyirtkələri Allah göndərib? Əgər Allah göndərirsə, nə üçün göndərir? Bu qədər adamlar yazıq deyilmi?”

      Bu vaxt mollanın səsi eşidildi:

– Günahlarınızdan tövbə edin, tövbə qapısı açıqdır. Tövbə eləməyincə, bəla dəf olmaz. Heç olmazsa, hər adama bir günah tövbə etməsəniz, Allah-taalanın rəhmət qapısı üzümüzə açılmayacaq.