Sadece Litres'te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Основной контент книги NEFT FIRTINASI
Metin

Sayfa sayısı 310 sayfa

0+

NEFT FIRTINASI

Sadece Litres'te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

₺112,03
%10 indirim al
Bu kitabı önerin ve arkadaşınız kitabı satın aldığında ₺11,21 kazanın.

Kitap hakkında

Dünyada ağla gələn hər şey maddi qaynaqlara bağlıdır. Hərb və sülh, xam maddə mənbələri üzərində və bu mənbələri yer­ləşdiyi sahələrin çevrəsində cərəyan edən bir çox gizli və qorxunc mü­ca­di­lənin nəticəsidir. İnsanlar yaşamaq ücün güclü olmağın va­cib­liyini qədim dövrlərdən anlamışdilar.

Müasir dövrün böyük dövlətləri, dünənin ibtidai müba­ri­zə­si­ni daha geniş imkanlarla və daha ciddi üsullarla davam etdir­mək­də­dir. Son dövrün tarixi tədqiq edilsə, bu mübarizə olduqca ay­dın şə­kildə meydana çıxar. Son əsrlərin dərinliklərində qalan bu mü­ba­ri­zənin mərkəzində neft dayanır. XX əsrin başlanğıcından bə­şəriyyət xam maddə qaynaqlarına sahib olmaq, dünyaya bu yol­la haki­miy­yət və üstünlüyünü qəbul etdirmək istəyən dövlətlərin mübarizəsi­nə şahid olmuşdur və bu mübarizə hələ də davam et­mək­dədir.

Neft, XIX əsrin sonundan başlayaraq, XX əsr boyu da bü­tün xam maddələrə başçılıq etməkdədir. Bu da təkzib olunmaz fakt­dır ki, əgər bu gün dünya texnika sahəsində bu qədər sürətlə irə­liyə getmişdisə, bunun üçün neftə borcludur. Neft, insan həya­tı­nın hər sahəsində böyük təsirə malik olan xam maddədir. 1880-ci ildən bəri onun ətrafında cərəyan edən çarpışmalar neftin nə qədər bö­yük təsirə malik bir maddə olduğu fikrini təsdiqləyir.

Hələ də dünyada neftə sahiblik edən iki beynəlmiləl nəhəng şirkət, böyük və çox ciddi bir mübarizəni aparmaqda davam edir­lər. Bu iki şirkətin apardığı mübarizə, bir-birilərinin əllərindəki neft sahələrini, nəyin bahasına olursa olsun almaq və bu yolla dün­ya­ya hakim olmaq üçün var gücü ilə davam etməkdədir. Bu mü­ba­ri­zə amerikalı milyarder Con Rokfellerin qurduğu nəhəng trest-“STANDARD OYL KOMPANİ” ilə ingilis-holland birliyi olaraq fəaliyyət göstərən “ROYYAL DATÇ-ŞELL QRUP” və Rusiya arasında davam etməkdədir. Bu kitabda oxuyacağımız hər şeyin tam həqiqət olduğunu deyə bilmərik. Amma həqiqətə ən yaxın olanıdır deyə bilərik. Həqiqətən də burada təsvir olunanlar real hadi­sələrdir, bir xəyal məhsulu və yaxud mübaliğə deyildir.

Yazılıb ərsəyə gəlmiş bu əsərin xətasız olduğunu da deyə bilmərik. Əlbəttə, burada bir çox xətalar ola bilər. Bəlkə də böyük miqyasda nöqsanların olması da labüddür. Biz bunu bilirik və bun­dan qaça bilmədiyimiz üçün təəssüf duyuruq. Ancaq, buna bax­ma­ya­raq, tam əminliklə deyə bilərəm ki, 30 illik bir çalışma sonunda meydana gələn bu kitab, həqiqətə ən yaxın olanıdır. Bu kitabdakı xəta və nöqsanları bağışlayacağınızı ümid edirəm.

Türler ve etiketler

Giriş yapın, kitabı değerlendirmek ve yorum yapmak için
Kitab «NEFT FIRTINASI» — saytda onlayn oxuyun. Şərh və rəylərinizi qeyd edin, sevimlilərinizi seçin.
Yaş sınırı:
0+
Litres'teki yayın tarihi:
12 ekim 2022
Hacim:
310 s.
ISBN:
9789952363609
Telif hakkı:
Qanun