Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Pul məktəbi»

Yazı tipi:

PUL MƏKTƏBİ

Bunu elə xatırlayıram, sanki, dünən olub. Elə bil ABŞ-ın Viskonsin ştatının Medison şəhərində, cənab Sinin kafesinin mətbəxində-yəm. Mənim boy atdığım bu yer kiçik bir univer-isitet şəhərciyi idi.

Mən mətbəxdə dayanıb, çirkli qablarla dolu arabanı daşıyan ofisiantı qarşılayıram. Mənim işim bu qablara yapışmış mürəbbə, piroq və yağ qalıqlarını silib, zibil qabına atmaqdan baş-layırdı. Fincanlarda üzən siqaret kötüklərini də tutub çıxarmalı idim, məhz bundan sonra bütün bu qabları xüsusi yuma aparatının içərisindəki rəflərə düzür və onları qaynar buxarla yuyur-dum. Bu proses zamanı çirkli buxar mənim üzümə və dərimə hopurdu…

…Və mən gerçək dünənki günü xatırlayıram: Dünən mən səhəri Budapeştin ən dəbdəbəli otellərindən birində açdım. Bir həftə-dən çox idi ki, orada qalırdım. Əlbəttə, eyni zamanda həm də işləyirdim, amma, vaxtımın çox hissəsini hovuzda, SPA salonlarında, ticarət mərkəzlə-rində və şəhərin ən gəzməli-görməli yerlərində keçirirdim.

Sual: Necə oldu ki, mən qab yumaqdan bugünki vəziyyətimə gəlib çıxdım? Mən hansı yolla buna nail oldum? Və bu hansı yoldur ki, sizin hər biriniz bu yolla eyni uğura nail ola bilərsiz?

Bu kitabda biz məhz bu suallara cavab alacağıq. Əminəm ki, bütün bu yolun ən güclü elementi məhz mənim beynimə yerləşdirdiyim şüuraltı inanclardır. İstərdim bu inancları siz də öz beyninizə yerləşdirəsiniz. Ola bilsin ki, deyə-cəyim bir çox şeylər bəziləriniz üçün inanılmaz görünəcək, məsələn, 10 yaşınız olarkən vali-deynlərinizin sizə dediyi sözlərin sizi uğur qazanmaqdan, varlanmaqdan uzaqlaşdırması faktı kimi. Çoxlarınız inanmayacaq ki, 8 yaşı-nızda baxdığınız TV proqramlar 40 yaşınızda sizin uğurunuzun qarşısını alır. Kimlərsə inan-mayacaq ki, yeniyetmə yaşlarında oxuduğu kitablar onları kasıblıqda saxlayır. Ona gorə də biz bu gün ‘’düşüncə” elmi barədə danışacağıq. Və mən sizə bu gün bu sahədə ən öndə olan mütəxəssislərdən biri kimi məsləhət verəcəm.

Məktəbdə 8 sinif bitirməyimə baxmayaraq, özümü mütəxəssis adlandırmaqdan çəkinmi-rəm. Çünki, mən ənənəvi elmin unutduğu bir sahəni araşdırmışam. Mən bunu hər hansı bir labaratoriya şəraitində və ya nəzəriyyə üzərində deyil, öz gündəlik həyatımda təcrübədən keçir-mişəm. Hal-hazırda isə bunu dünyanın bir çox ölkələrində, bir çox insanlar öz həyatlarının müxtəlif sahələrində uğurla tətbiq edirlər. Mən inanıram ki, siz dünyaya varlı olmaq üçün gəl-misiz. Siz xoşbəxt olmaq üçün doğulmusuz. Siz sağlam yaşamaqcün mövcudsuz. Yəqin ki, bu inancları nə vaxtsa, kimsə və yaxud nə isə sizdə dəyişdirib. Bu gün mən sizə bunu sübut edəcəm.

Lakin, ilk növbədə mən əsas mövzumuzun özəyi olan “dövrlərdən” danışmaq istəyirəm. Dövrlər, bizim hər hansı bir zaman müddətində düşdüyümüz təkrarlanan, oxşar hadisələr silsi-ləsidir. Biz bu gün sizin həyatınızda hər hansı bir dövrü yaradan təhtəlsüur proqramlaşdırma-dan danışacağıq. Gəlin, əvvəlcə sizin təhtəlşüur inanclarınıza təsir edə biləcək və hətta sizi qorxuda biləcək məqamları üzə çıxaraq. Biz o mövzulardan danışacağıq ki, siz adətən onları ciddiyə almırsız, bu barədə danışmırsız.

Gəlin, bu günə qədər olan həyatınıza nəzər salaq. Yəqin ki, həyatınız boyu müxtəlif mərhə-lələrdən keçmis və müəyyən silsilə dövrələrə düşmüsüz. Düşünürəm ki, “biz tez-tez hansısa bir dövrəyə düşür və bəzən orada ilişib qalırıq” desəm dünyanın bir çox yerlərində, bir çox insanlar mənimlə razılaşacaqlar.

1-ci dövrə: Tərəqqi dövrəsi adlanır

Bu, mənim artıq 20 ildir ki, ilişib qaldığım dövrədür. Məndə bəzən elə bir təəssürat yaranır ki, nəyə toxunuram toxunum qızıla, platinə və yaxud da Pradodan olan əşyalara çevrilir.

Beləliklə, belə bir nəticəyə gəlmək olar ki, mənim nə ilə məşğul olmağımın qəti fərqi yoxdur. Şəbəkə biznesi, adi bizneslə məşğul oluram və yaxud daşınmaz əmlaka yatırım edirəm, ümumiyyətlə nə edirəmsə, hamısı son nəticədə çox-cox uğurlu və gəlirli alınır.

Şəxsi qarşılıqlı münasibətlərimi və yaxud da sağlamlığımı nəzərdən keçirəndə də belə bir təsəvvür yaranır ki, hər şey mükəmməlliklə mənim xeyrimə həll olunur.

Hər il mən əvvəlkindən daha uğurlu insan oluram. Hər il əvvəlki ildən daha çox pul qaza-nıram və daha çox nailiyyətlərə imza atıram. Mənim üçün bu silsilə demək olar ki, 20 il əvvəl başlayıb və mən hələ də bu dövrün içindəyəm və o dayanmadan davam edir. Bu silsilə mənim əvvəl içində olduğum, yaşadığım silsilə dövrün tam tərsidir. Çünki, həyatımın birinci hissəsində hər nəyə toxunmuşamsa zibilə çevrilib, həm sağlamlığım, həm münasibətlərim, həm də biznesim, ümumiyyətlə, mən nəylə məşğul olur-dumsa hamısı pis nəticələnib. Bu, milyonlarla insanın düşdüyü silsilədir. Fikrimcə onlar bu silsilədə batıb qalıblar. Amma onlardan da artıq insan başqa bir silsilədə ilişib qalıb.

2-ci dövrə: Neytral dövrə adlanır

Bu dövrədə qalanların hər bir yeni günü həmişə eyni cür olur, heç nə dəyişmir.

Gəlin, insanların bu silsilələrdə necə iliş-məsi barədə danışaq. Gəlin, özümüz üçün bir kəşf edək, görək öz silsiləmizi necə mükəm-məlləşdirə bilərik? Yaxud da özümüzü uğur silsiləsinə keçirib, orada necə qərar tuta bilərik?

Amma bunu etməyə başlamaq üçün ilk növbədə kiçik bir elmi tədqiqat keçirək və bu silsilənin hər birinin əsas tərkib hissələrini özümüz üçün müəyyənləşdirək.

Bu həmin o tədqiqatdır ki, mən buna bütün ömrümü həsr etmişəm. Əgər siz bütün bu silsilələri əmələ gətirən komponentləri anlaya bilsəniz, dərk etsəniz, o zaman sizin üçün bir silsilədən digərinə keçmək sadə bir iş olacaq. Ona görə də bütün bu silsilələrin tərkibinə daxil olan əsas komponenti sizə təqdim edirəm:

1) “Sizin reallığınız sizin xəyallarınızın, təxəyyülünüzün birbaşa nəticəsidir”

Fərqi yoxdur, hal-hazırda sizin həyatınızda yaxşı ya pis şeylər baş verir, şübhəniz olmasın ki, bu sizin xəyallarınızın məhsuludur. Sizlərdən kiməsə bu qaydaya inanmaq çətin olacaq. Çünki, sizin həyatınızda çox şeylər elə də yaxşı deyil, amma, eyni vaxtda siz səmimiyyətlə inanırsınız ki, xəyallarınız, fikirləriniz və istəklə-riniz çox güclü, dayanıqlı və müsbətdir. Mən sizinlə mərc gələrəm ki, bu belə deyil. Əgər həqiqətən də müsbət əhval ruhiyyədə müsbət xəyallar qurmuş olsaydınız və özünüz də buna səmimiyyətlə inansaydınız, siz bunu təntənəli surətdə elan edərdiniz və hər cür yolla bunu nümayiş etdirməyə çalışardınız, “məqsədlər lövhənizə” bərkitdiyiniz və yaxud yazdığınız xəyallar kimi.

Müdriyyətinizin və valideynlərinizin məslə-həti ilə qarşınıza qoyduğunuz məqsədlər də həqiqi deyil. Sizlərdən bəziləri hətta belə deyə bilər: ”Mənim heç bir istəyim yoxdur, heç nə xəyal etmirəm və həyatdan nə istədiyimi də bilmirəm.” Mən buna da etiraz etməliyəm ki, sizin istəyiniz və xəyalınız var. Lakin, bu neytral xəyaldır. Ən böyük məqsədləri həftəni başa vurub, həftə sonu istirahətə getmək olan belə insanlar bizim hamımıza tanışdır. Dövlət qullu-ğunda çalışan, yeganə məqsədi təqaüdə kimi tab gətirmək, sonra hər şey öz qaydasına düşəcək fikirləşənləri də tanıyırıq. Mənə elə gəlir ümumilikdə götürəndə dünyadakı insan-ların çoxu, fərqi yoxdur Moskvada, yaxud Mayamidə yaşasınlar, neytral xəyallarla, neytral təxəyyüllə yaşayırlar.

3-cü dövrə: Neqativ dövrə

Milyonlarla insan var ki, neqativ düşüncə tərzinə malikdir və daim başına mənfi hadisələr gələcəyini gözləyir. Nəticə etibarilə onlar bu mənfi hadisələri elan etməyə başlayırlar və buna uyğun olaraq da həmin hadisələri yaşa-yırlar.

Əgər siz hal-hazırda olmaq istədiyiniz yerdə deyilsinizə, deməli biz özünüz üçün yarat-maq istədiyiniz gerçək mənzərə barədə danışıb, onu aşkara çıxarmalıyıq.

Gəlin, mənim ailəmi nümunə kimi götürək və bu təsirə kənardan baxaq: Mənim anam! Mənim anam, atom elektrik stansiyasında baş verə biləcək ən dəhşətli fəlakətin ən bədbin variantıdı. O, qarşılaşdığı hər bir vəziyyətdən ən pis, ən acınacaqlı nəticələri gözləyir. Əgər o məni səhnənin kənarında görsəydi deyərdi: “Oğlum ehtiyatlı ol! Yıxılıb, boynunu qırarsan”. Masadan qələmi götürsəydim deyərdi: “Ehtiyatlı ol! Gözünü çıxardarsan!”

Yadımdadı, bir şənbə səhəri ofisimdə oturmuşdum. Anama zəng etməyi qərara aldım. Danışıq əsnasında günün qalan hissəsini nəylə məşğul olacağımı soruşdu. Cavabımda dedim ki, elə indicə ofisi tərk edəcəm. Vayperlərimdən (Dodge Viper minik avtomobili) birinə əyləşib, tavanı yığışdırıb, şose yolda yüksək sürətlə avtomobil qovacam. Anam cavabı heç düşün-mədi də, elə həmin saniyə dedi: ”Nə edirsən et, bircə polislərlə rastlaşma, yoxsa sənə cərimə yazarlar, bir də, ehtiyatlı ol, qəzaya uğrayıb şikəst olarsan.” Hansınızın mənim anam kimi anası var? Bəs hansınız məhz belə analardan-sınız? Və yaxud atalardansınız? Bir düşünün, buna bənzər cümlələr, sözlər, hansı əhvalı, hansı xəyalı yarada, hansı nəticələri verə bilər. O zaman başa düşəcəksiniz ki, milyonlarla insanın beynində neytral və ya mənfi təxəyyülü formalaşdıran informasiyalar hardan və necə qəbul olunur. Və bu onların xəyallarını onların bacardıqlarından daha aşağı səviyyədə saxlayır.

2)“Sizin təxəyyülünüz sizin təməlli, köklü inanclarınızın məhsuludur”

Sizin təməl inancınız isə, sizin nə gözlə-məyiniz, nədən gözləməyinizdi. Mən deyərdim ki, siz nə qədər yaşa dolmusuzsa, təməl inan-cınız da bir o qədər mənfiləşmişdir. Ən azından ona görə ki, siz həyatınızın çox hissəsini sosializm quruluşunda yaşamısınız. Əlbəttə, fundamental inancları üzərində daim çalışan insanlar istisnadır.

Biz Sosializm və Kommunizm barədə bilirik ki, onlar işləmir. Bəli, hər şey əla səslənir, ideal görünür, xüsusən də kağız üzərində. Amma real praktikaya gəldikdə, heç nə alınmır. Bu artıq bizə Sovet İttifaqı quruluşundan bəllidir, biz bunu hal-hazırda Çində həmçinin Kubada müşahidə edirik. Artıq biz bunu hətta Ameri-kada da müşahidə edə bilərik. Çünki, bu günki gördüyümüz Amerika əvvəl tanıdığımız Sovet İttifaqından daha artıq sosialist dövlətidir. Bu növ hakimiyyət modeli azad düşüncəli fərdləri məhv edir, sıxışdırıb çıxarır.

Uğurun sirri isə, məhz bizim azad, tənqidi düşüncəmizdədir. Hər zaman suallarla qarşı-qarşıya durub, bunlara verdiyimiz cavablara şübhəylə baxmağımız çox vacibdir. Buna görə də əgər siz kommunizmdə böyümüsünüzsə, demək şüurunuzda belə bir fikir kök atıb: “Sizin hakimiyyətiniz sizin qayğınıza qalmalıdır, sizin hakimiyyətiniz sizə pulsuz təhsil verməlidir, o, sizi tibbi xidmətlə, müalicəylə təmin etməlidir, sizi evlə təmin etməlidir.” Bütün bunlara inandı-ğınız gün şüurunuzda sizi hər zaman kasıblıqda saxlayacaq bir inanc kök atıb.

Ola bilsin ki, sizi hansısa dini, təşkilati cərəyan proqramlaşdırıb. ABŞ-da bu kimi prob-lemlər elə də böyük əhəmiyyət kəsb etmir. Amma, gəlin danmayaq ki, bu problem bütün dünyada mövcuddur. Çünki, dininizin təməl inancları sizi elə sizin öz şəxsiyyətinizə qarşı mənfi fikirlərə belə inandıra bilər. Qeyd edim ki, mövcud olan bütün dini cərəyanları diqqətlə öyrənmişəm. Mənə görə bunların hamısı avia şirkətlərin bonus sistemlərini xatırladır. Siz yəqin bilirsiniz ki, səyahətçi proqramında hər dəfə eyni avia şirkətlə uçanlara avia bonuslar, xallar yazılır. Daha doğrusu, siz təyyarəyə əylə-şirsiniz, öz kartınızı təqdim edirsiniz və hər uçuşa görə xal qazanırsınız. Bir çox mütəşəkkil dinlər də məhz avia şirkətlərdə bonus toplama proqramı kimi təşkil olunmuşdur. Avia şirkətlərdə isə vəziyyət belədir: İnsanlar mümkün qədər çox xal toplamaq istəyirlər ki, məsələn, Almaniyaya pulsuz uçuş əldə etsinlər.

Əsas dinlər də əslində sərbəst düşüncəli fərdlərin düşüncə tərzini dağıdır. Bu, milyonlarla insanı hansısa çatışmamazlıqlar və məhdudiy-yətlər çərçivəsində saxlayır. Əslində isə onlar əsas dinlərin əsl mahiyyətini, əsl çatdırılmalı olanı gizlədirlər. Məsələn, bizdə böyük sayda xristian kütləsi var ki, onlar günahkar olaraq doğulduqlarını düşünürlər. Ona görə də, belə bir insan heç vaxt özünü yaxşı şeylərə layiq bilmir və hər zaman hesab edir ki, özünü xilas etməkçün mümkün qədər müsbət xal topla-malıdır. Əslində bu insan öz uğurunun qarşısını alır. Düşünməyin ki, mən indi xristianlığa qarşı çıxıram. Biz yəhudi, buddist, islam, indus və sairə dinlərə baxa bilərik. Hamısı eynən avia şirkətin bonus proqramını xatırladır. Hər şey eyni bir inanca söykənib ki, siz nalayiq insansınız və layiqli olmağınız üçün sizi təmir etmək lazımdır. Və bu da sizin təməl inancı-nızdır. Siz planlar qurur, hər hansı bir işə başlamaq istəyirsiniz. Hansı iş olmasının fərqi yoxdur, əgər sizin fundamental inancınız mənfidirsə, bu, uğurunuzun qarşısını alacaq. Mən bunu dəqiq bilirəm, çünki, mən bununla 30 il məşğul olmuşam. Biz bu çərçivədən çıxmağı ən azından istəməliyik. Bunun üçün isə bizə bu silsilənin 3-cü komponentinin nə olduğunu bilmək vacibdir:

₺41,43
Yaş sınırı:
16+
Litres'teki yayın tarihi:
29 ekim 2022
Hacim:
1 s. 2 illüstrasyon
ISBN:
978-9952-8450-9-9
Telif hakkı:
JekaPrint
Ses
Ortalama puan 4, 1 oylamaya göre
Metin
Ortalama puan 5, 4 oylamaya göre
Metin
Ortalama puan 5, 1 oylamaya göre
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Metin, ses formatı mevcut
Ortalama puan 5, 1 oylamaya göre
Metin PDF
Ortalama puan 4,5, 4 oylamaya göre
Metin PDF
Ortalama puan 5, 2 oylamaya göre
Metin
Ortalama puan 5, 2 oylamaya göre
Metin
Ortalama puan 5, 3 oylamaya göre
Ses
Ortalama puan 5, 2 oylamaya göre
Metin
Ortalama puan 5, 3 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre