Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «On bir gecə»

Yazı tipi:

İlk sevgi haqqında 10 hekayə. Qarabağ müharibəsi veteranı Kamil Dadaşovun gündəlikləri əsasında 2013-cü ildə qələmə alınıb. Vətən yolunda canını vermiş bütün oğul və qızlarımızın xatirəsinə həsr olunur.


Yazmağa başlarkən

İndi onların heç biri həyatda yoxdur. Yalnız mən sağ qalmışam, əlil arabasına məhkum bir həyat yaşayıram. Qanlı döyüşə girəcəyimiz günə qədər, döyüş dostlarımın danışdığı hekayətləri yaddaşımda canlandırıb yazmağı qərara almışam. Nəyə görəsə bu hekayətlərin silinib getməsini istəmirəm. Bu əhvalatlar yaşadıqca dostlarım da yaşayacaq, mənə belə gəlir…

Arxa cəbhəylə əlaqəmiz kəsilmişdi. 10 nəfər əsgər Tərtər rayonunun G. kəndində düşmənin mühasirəsində qalmışdıq. Sursatımız qurtarmaq üzrəydi, ərzağımız isə demək olar ki qalmamışdı, lakin geri çəkilə bilməzdik. Qərargahın bizdən xəbəri vardı və köməyə gələcəklərindən şübhə etmirdik. Günlərdir yağmaqda olan leysan yağış uşaqların əhvalını daha da pisləşdirirdi. Sığındığımız komanın hər yerindən içəriyə su sızırdı. Gecənin qaranlığı ümidsizlik doğururdu. Deyəsən elə buna görə takım komandiri Çingiz maraqlı bir təklif etdi: hər kəs ilk sevgisindən və ya qadınla ilk əlaqəsindən danışacaqdı. Göz-gözü görmürdü, buna görə də utanmağın yeri yox idi…

Birinci özü başladı. Tabeçiliyində olan əsgərlərin ruh yüksəkliyini saxlamaq üçün belə etdiyini başa düşürdük. Diqqətlə ona qulaq asmağa başladıq. Qaranlıqda siqaretinin közü havada cizgilər çəkirdi. Çingizin səsi qup-quru idi, arada uzun-uzadı fasilə verərək danışırdı, hiss olunurdu ki, həyatının intim təfərrüatlarını danışmağa onun özü də tərəddüd edir.

Sabah, on birinci gecənin tamamında, hava işıqlanmadan mühasirəni yarmaqdan ötrü döyüşə atılacaqdıq. Qərarımız beləydi; ya ölüm, ya qalım. O gecə heç birimizin gözünə yuxu getmədi.

1
Sarışın, bəyaz tənli bir qadındı…

Çingizin hekayəti

Uşaqlar, heç bilmirəm hardan başlayım söhbətə. Düzü, intim məsələlər haqqında danışmaq mənə görə deyil. İndi sizə danışacağım bu əhvalatı da, inanın, bu günə qədər heç kimsəyə danışmamışam. Ancaq indi, nədənsə danışmağa ehtiyac hiss edirəm. Bəzi şeylər var ki, insan onları əvvəl-axır kiməsə danışmalıdır. Bax, mən də sizə danışmaq istəyirəm ilk sevgim və ilk qadınım haqqında.

Bilmirəm bu mühasirədən salamat çıxa biləcəm ya yox, ancaq Allahdan daha bir şans istəyirəm, burdan qurtulsam düz onların Sovetskidəki evlərinə gedəcəm, qapılarını döyəcəm və ona yalvaracam ki məni bağışlasın, elədiyim bütün səhvlərə görə əff etsin məni.

Onunla tanış olanda 19 yaşım vardı. Məndən 10 yaş böyükdü. Evlərinin yerini heç cür yadımda saxlaya bilmirdim. Qocaman bir tut ağacı vardı qapılarının ağzında, əsas məsələ o tut ağacını tapmaqdı. Sovetskinin dolanbac küçələrində Nəzakətin evini axtarmaq indi həyatımın ən işıqlı xatirələrindən birinə çevrilib, inanın.

Cəsarət adlı uzaq qohumumun maşınıyla Nəzakəti Keşlə tərəflərdə dəmiryol stansiyasına aparıb sonra geri gətirmişdik. Bura onun iş yeriydi. Yadımdadı ki, aylıq maaşını alacaqdı. Maşını idarədən aralı bir yerdı saxlatmışdı. Yolu kəsən böyük diametrli boruların üzərindən quş kimi hoppanaraq idarəyə doğru qaçdı, əynində geniş ətəkləri olan güllü bəyaz tumanı vardı, boruların üstündən adlayanda qəşəng baldırlarını görmüşdüm və çox xoşuma gəlmişdi. Cəsarət bicbala bir adamdı, o saat ürəyimdən keçənləri oxumuş, “isteyirsən munu sənə düzəldim” demişdi. Heç nə deməyib susmuşdum. Qohumum məni həyatın abırsızlıqlarına alışdırmaq vəzifəsini könüllü olaraq boynuna götürmüşdü. Deyəsən bu da mənim xoşuma gəlirdi, ona görə də səsimi çıxartmadım. Ancaq nəyə görəsə, Nəzakət haqqında dediyi bu sözlər xətrimə dəydi, ürəyimdə ondan incidim. Nəzakətə qarşı beynimdən gizli fikirlər keçmişdisə də, kənardan onları kiminsə oxuması qüruruma toxunmuşdu.

Bir az keçəndən sonra qayıdıb gəldi, yanında da özü yaşlarında bir kişi vardı. Çox nəşəliydi, gülür danışır, ətrafa işıq saçırdı. Maşının arxa oturacağında mənimlə yanaşı oturdu, aradabir, söhbət əsnasında, heç nə olmamış kimi əlini dizlərimə toxundurur, maşın sağa-sola dönəndə rahatca qolumdan tuturdu. Eyni hərəkətləri Cəsarətlə, yanındakı adamla da edirdi. Bu qadının fınış olduğunu başa düşürdüm. Ancaq bu məni o qədər də hirsləndirmirdi. Onun yanımda olmasından çox xoşbəxt idim, istiliyini hiss edirdim və bu istiliyin azalmamasını diləyirdim. Görünür Nəzakət də bunu hiss edirdi, lom udmuş kimi oturan bu cavan oğlanın, bütün varlığıyla onun təsiri altında olması qadına ləzzət eləyirdi.

Çoxdanın söhbətidir, hər şey yadımdan çıxıb… Necə oldusa həmin gecə Nəzakətin evində qaldım. Sonradan tikilmiş məhəllə eviydi. Küçə qapısından girən kimi sola burulub ikiotaqlı mənzilin qapısına çıxırdın. Həyətin quruluşu eləydi ki, qonşuların diqqətini çəkmədən xəlvətcə bu evə gəlib-getmək olardı… Nəzakət süfrə açmışdı, biz üç kişi divanda və kresloda, o özü isə stulda oturmuşdu, tez-tez qalxıb süfrəyə nəsə gətirirdi. Bizimlə birgə araq içdi, ilk dəfəydi qadının araq içməyini görürdüm. Ondan sonra daha da nəşələndi, mahnı oxuyur, bərkdən qəh-qəhə çəkib gülürdü.

Sarışın, bəyaz tənli bir qadındı, boğazının altına qırışlar düşmüşdü. Sakit oturanda üzündə dəhşətli kədər ifadəsi yaranırdı, çox qoca görünürdü. Ancaq, güləndə son dərəcə gözəlləşirdi, sanki bunu özü də bilirdi, buna görə də yeri gəldi-gəlmədi, hey gülürdü.

Arada gəlib divanda mənim yanımda oturdu, qolunu boynuma salıb özünə tərəf sıxdı, nə üçün heç nə danışmadığımı soruşdu.

–Nə danışım? – dedim sakit səslə.

–De görüm istədiyin qız varmı?

–Var idi, ancaq indi yoxdur.

Yenə qəhqəhə çəkib güldü:

–Gör necə düz danışır, var idi indi yoxdur…

Cəsarət, sonra adını unutduğum həmin adam siqaret çəkə-çəkə nərd oynadılar, sonra ikisi də birdən ayağa qalxıb sağollaşdılar, mənə ağzımı da açmağa imkan vermədən evdən çıxıb getdilər. Nəzakətlə evdə tək qalmağım qəlbimi sirli bir həyəcanla döyündürürdü. Sanki elə belə də olmalıydı, mən burada qalmalıydım, Nəzakət də buna təəcüblənməməliydi, sakitcə ayağa qalxıb süfrəni yığışdırmalı, qabları yumalı idi. Oğrun-oğrun ona göz qoyurdum, gözəl ayaqları, yuvarlaq arxası vardı. Bir azdan sonra bu qadın mənim olacaqdı, buna inanmağım gəlmirdi. Eyni zamanda qəlbimi dərin bir qüssə bürümüşdü, hər şeyin belə asanlıqla başa gəlməsinə təəssüflənirdim.

Deyəsən o özü də utanırdı, birdən-birə mənimlə nə cür rəftar edəcəyinə qərar verməmişdi. Təkrar masaya iki dilim kolbasa, şoraba və araq gətirdi. Ürəyimdən olmuşdu, mən də içmək və utancaqlığımı yox etmək istəyirdim. Üzündə hiyləgər təbəssüm vardı, sanki məni ovcunun içində tutmuşdu, hər şeyimi görürdü, onun bu təbəssümündən qaçmaq, gizlənmək çox çətin idi.

– Madəm sevgilin yoxdur, onda qoy mən sənin sevgilin olum, – dedi, bic-bic gözümün içinə baxaraq, cavabımı gözlərimin içindən oxumaq istəyirmişcə lap yaxınıma gəldi. Ürəyim şiddətlə döyünürdü. Yox, əslində belə bir sevgili xəyal etməmişdim, ideallarım başqaydı. Ona yalan söyləmək istəmədim.

–Bilmirəm, – dedim.

Ən doğrusu da buydu, bilmirdim onu sevə bilərəm, yoxsa bilmərəm. Mənim düşüncəmə görə sevgililər bulvarda əl-ələ tutub gəzməli, öpüşməliydilər. Ərdə olmuş, boşanmış, yad kişilərlə qol-boyun olan bir qadından mənə nə sevgili olacaqdı. Ancaq, indi, bu saat kainatın bütün cazibə qüvvəsi bu sarışın, bəyaz tənli qadının üzərində toplanmışdı, onun qarşısında iradəsiz idim.

Birdən yadına nəsə düşmüş kimi ayağa qalxdı, qapını kilidlədi, pərdələri əliylə düzəltdi. İşığı söndürüb başıyla mənə yataq otağına keçməyi işarət etdi. Üzünə yenə də kədər çökmüşdü. Deyəsən özünü zorla gülümsəməyə vadar etdi, əlimdən tutub məni arxasınca çəkdi.

–İstidən bişmirsən? Paltarını çıxart – dedi.

Paltarımı soyunub yatağa girdim. Onu gözləməyə başladım. İlk dəfə idi bir qadının soyunmasını görürdüm. Yəqin ki bundan sonra 50 il də yaşasam o mənzərə yadımdan çıxmayacaq. Şifonerin qapısı arxasında dayanıb bir-bir üstündəkiləri çıxarırdı, ancaq mən onu güzgüdə görürdüm. Səninçün soyunan qadın, bu elə xoşbəxtlik deyilən şeyin özüdür. Birdən qapının arxasından boylanıb “Baxma!” dedi. Üzündə yenə təbəssüm vardı. Məncə hər bir qadın bu soyunma anına xüsusi önəm verməlidir. Kişi üçün dəyərli olan elə bu soyunma anıdır. Üstəlik, Nəzakət kimi gülümsünüb “Baxma!” deməlidir.

Bir dəqiqədən sonra artıq biz yataqda qucaqlaşmışdıq. Öpüşməyə başladıq. Yalnız indi hiss etdim, Nəzakətin ağzından dəhşətli iy gəlirdi, buna dözmək mümkün deyildi. Özü bunun fərqindəydimi, bilmirəm. Ancaq ilk gün də, sonrakı görüşlərimizdə də mən onun nəfəsindən yayınmağa çalışırdım.

Elə o gecə öz əhvalatını mənə danışdı. Nəzakət kənd qızıydı. Orta məktəbi bitirən kimi onu öz istəyi olmadan bir oğlana nişanlayıblar. Ailə adlı-sanlıymış, ancaq oğlan elə ilk baxışdan qızın xoşuna gəlməyib. Ata-anasının iradəsinə qarşı gedə bilməyib. Bütün qızları elə bu cür ərə verirdilər, o da hər şeyin yaxşı olacağına inanıb. Ancaq elə toy gecəsi oğlanın iqtidarsız olduğu ortaya çıxıb. Oğlan tərəfi hay-küy salıb, qızın “bağlı” olduğunu deyiblər. Rayon yerində belə söhbətləri çox eşitdiyinə görə həqiqətən “bağlı” olduğunu düşünüb. Türkəçarə çağırıblar. Bağlı qızları açan bu qadın barmaqlarının arasında lezva tutaraq əlini Nəzakətin vajinasına soxub, problemi aradan qaldırıb. Ancaq qızcığaz ölüb ölümdən qayıdıb. Güclü qanaxma keçirib, təcili yardımla xəstəxanaya çatdırılıb. Bundan sonra 5 il evlilik həyatı yaşayıb, uşağı olmamaq adıyla boşayıblar. “Qaynatam yaxşı adam idi, – deyirdi Nəzakət, – ancaq qaynanam çox rəhimsizdi, məni məcbur boşatdırdı”. Sonra Bakıya köçüb Nəzakət. Bu balaca evdə kirayədə qalırmış.

Çox kasıb idi. Hər dəfə ona zəng edəndə Pasaj bazarının giriş qapısında görüşərdik. Bazarın alt qapısından girib mənə lazım olan şeyləri aldırardı, üst qapıdan çıxıb evə yollanardıq. Məktəbi təzə qurtarmışdım, heç yerdə işləmirdim. Bəzən istədiklərini ala bilməyəcəyimdən qorxub aylarla ona zəng etmirdim. Onu himayə edəcək bir adama ehtiyacı vardı. Mənimlə heç bir gələcəyinin olmadığını başa düşürdü. Bəlkə də buna görə yavaş-yavaş aranı soyutmağa çalışırdı. Bəlkə də yanılıram. Küçədə məni qarşılayanda üzündə yenə o qorxulu kədər ifadəsi olurdu. Sanki özünü bilərəkdən yaşlı göstərmək istəyirdi. Ancaq evdə, yarımqaranlıq məkanda yenə də ay kimi işıq saçardı.

Burdan salamat qurtarsam, birbaşa Nəzakətin yanına gedəcəm, həyatımda mənə xoşbəxt günlər yaşatmış o qadın tapacam, onun üçün əlimdən nə gəlirsə edəcəm…

Metin, ses formatı mevcut
₺65,79
Yaş sınırı:
16+
Litres'teki yayın tarihi:
27 ekim 2022
ISBN:
978-9953-8068-2-2
Telif hakkı:
Alatoran yayınları / Алаторан
Metin
Ortalama puan 4,5, 2 oylamaya göre
Metin
Ortalama puan 5, 1 oylamaya göre
Metin
Ortalama puan 4,4, 5 oylamaya göre
Metin, ses formatı mevcut
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 5, 2 oylamaya göre
Metin
Ortalama puan 4,7, 6 oylamaya göre
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Metin, ses formatı mevcut
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 5, 3 oylamaya göre
Ses
Ortalama puan 5, 1 oylamaya göre
Metin, ses formatı mevcut
Ortalama puan 0, 0 oylamaya göre
Metin, ses formatı mevcut
Ortalama puan 5, 1 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 5, 1 oylamaya göre
Metin, ses formatı mevcut
Ortalama puan 0, 0 oylamaya göre