Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Çoxbilmiş»

Народное творчество (Фольклор)
Yazı tipi:

ÇOXBİLMİŞ

ÇOXBİLMİŞ

I – IV sinif şagirdləri üçün vəsait

– Atalar sözləri

– Yanıltmaclar

– Tapmacalar

– Oyunlar

ATALAR SÖZLƏRİ

İş, əmək və sənət haqqında

1. Yazda çalan qışda oynar.

2. Yanan yerdən tüstü çıxar.

3. Yeməyə kömək, işləməyə də kömək.

4. Yeməyin qulu, işləməyin xəstəsi.

5. Yüyürək at özünə qamçı vurdurmaz.

6. Yüz sənəti pis bilməkdənsə, bir sənəti yaxşı bilmək yaxşıdır.

7. Yorğanına bax, ayağını uzat.

8. Kamil bağban çəkər bağın səfasın.

9. Nə əkərsən, onu biçərsən.

10. Nə qoyuna gedər, nə qapıda hürər.

11. Sənət insan üçün xəzinədir.

12. Səhər gününə qızınmayan, axşam gününə qızınmaz.

13. Sözün ilə işin bir olsun.

14. Tənbəl deyər: ver yeyim, ört yatım, gözlə canım çıxmasın.

15. Tənbələ iş buyur, o sənə nağıl danışsın.

16. Tənbəllik azar artırar, işləmək canı saf eylər.

17. Torpaq deyər: “Öldür məni, dirildim səni!”.

18. Uzaqdan baxana döyüş asan gələr.

19. Uzaqdan zurna səsi xoş gələr.

20. Ustadına kəc baxanın gözlərinə qan damar.

21. Usta görməyən şagirdin gözü əllərdə qalar.

22. Uşağa iş buyur, ardınca yüyür.

23. Halva-halva deməklə ağız şirin olmaz.

24. Çala-çala çalağan olar.

25. Çalışqan əl nəyə dəysə qızıl olar.

26. Çörəyi ver çörəkçiyə, bir çörək də üstəlik.

27. Cəfa çəkməyən səfa görməz.

28. Cəhrə əyirsən, don yiyəsi olarsan.

29. Yalançının evi yandı, heç kəs ona inanmadı.

Elm, bilik və ağıl haqqında

1. Abdaldan paşa olmaz, taxtadan – maşa.

2. Ağac bar verəndə başın aşağı dikər.

3. Ağıl ağıldan üstün olar.

4. Ağıl yaşda olmaz, başda olar.

5. Ağıllı baş hər şeydən mənfəət götürər.

6. Ağıllı qəm yeyər, ağılsız qamçı.

7. Ağıllı fikir edincə, dəli Kürdən keçər.

8. Bacarıq ağlın nişanəsidir.

9. Baxmaqla öyrənmək olsa, it də qəssab olar.

10. Başı daşa dəyməyincə ağlı başına gəlməz.

11. Bilmədiyini biləndən sor.

12. Bilməmək eyib deyil, soruşmamaq eyibdir.

13. Elm ağlın çırağıdır.

14. Elmin gücü yıxar bürcü.

15. Ədəb bazarda satılmaz…

16. Göz görmək üçün, ağıl bilmək üçün.

17. Həcdən gələn mən, Məkkədən xəbər verən sən?

18. Hər oxuyan Molla Pənah olmaz.

19. Qafil yaşamaqdan ölmək yaxşıdır.

20. Qələm qılıncdan itidir.

21. Qələm əyri yonulsa da, düz yazar.

22. Qələmin ucu, qılıncın gücü.

23. Qələm yazanı qılınc poza bilməz.

24. Qüvvə hər şeyi, ağıl qüvvəni sındırar.

25. Məkkəyə gedən dəvə hacı olmaz.

26. Savadsız adam kor kimidir.

27. Tənbəl deyər: “Bu gün oynaram, sabah oxuyaram”.

Çalışqan deyər: “Bu gün oxuyaram, sabah oynaram”.

Mərdlik və igidlik haqqında

1. Ağalıq verimlədir, igidlik vurumla

2. Ağac əyildi, sındı, igid əyildi, öldü

3. Aydan arıyam, sudan duru

4. Alıcı quş dimdiyindən bilinər.

5. Alnım açıq, üzüm ağ.

6. Araba qoş, çarxa dur, Mərd igidə arxa dur.

7. Aslanın nə erkəyi, nə dişisi.

8. Asta vur, Rasta vur.

9. At ət ilə, igid don ilə.

10. At ölər nalı qalar, İgid ölər namı qalar.

11. Beş günün yarağı, bir günün gərəyi.

12. Bir igid qırx ildə meydana gələr.

13. Bir mıx bir nalı, bir nal bir atı, bir at bir igidi, bir igid bir eli qurtarar.

14. Bir qorxaq bir ordunu bada verər.

15. Vura bilməyən, daşın böyüyünü götürər.

16. Vuran igid dayısına gəyişməz.

17. Vuraram ölər, kiş deyərəm getməz.

18. Vur qırxı, gedər qorxu.

19. Vur deyənlə, vuran yarıdır.

20. Qapan it dişin göstərməz.

21. Qaçanı qovmazlar.

22. Qılıqlı min evi yeyər, qılıqsız bir evi də yeyə bilməz.

23. Qorxaq qaçar hay gəlməmiş, çırmanar keçməyə çay gəlməmiş.

24. Qorxaq gündə yüz yol ölər, igid ömründə bir yol.

25. Qorxaq nə zərər eylər, nə mənfəət.

26. Qorxaq hər şeyi dörd görər.

27. Qorxaq öz kölgəsindən də qorxar.

28. Qorxan gözə çöp düşər.

29. Qorxan öküz cütə getməz.

30. Qorxu adama yalan söylədər.

31. Qorxu başa bəladır.

32. Qorunan baş salamat olar.

33. Qorxursansa pişikdən, niyə çıxırsan deşikdən.

34. Qoçdan qoç törər.

35. Qoç döyüşünə qoç dözər.

36. Qoç igid qurddan çəkinməz.

37. Qurbansız bayram olmaz.

38. Qurddan qorxan qoyun saxlamaz.

39. Quş var ətin yeyərlər, quş var ət yedirdərlər.

40. Quşqun olub quyruq altına keçincə, yüyən ol başa keç.

41. Dağlar başına qış, igid başına iş.

42. Zəri də var, zoru da.

43. İgid arxasında igid gizlənər.

44. İgid ağzını açmaz, əlini açar.

45. İgid qovğasız olmaz.

46. İgid igidə xor baxmaz.

47. İgid ilqarından, dəvə ovsarından.

48. İgidin başı qalda gərək.

49. İgidin əli işdə gərək.

50. İgidin yaraşığı sınaqdır.

51. İgidin süfrəsi açıq olar.

52. İgidin ürəyi haça olar.

53. İgid min yaşar, fürsət bir düşər.

54. İgidlik döyüşdə məlum olar.

55. İgidlik ondur: biri zordur, doqquzu fənd.

56. İgid oğul düşmənə əyilməz.

57. İgid odur atdan düşə atlana, igid odur hər yaraya qatlana.

58. İgid ölər, adı qalar.

59. İgid ölər adı qalar, müxənnətin nəyi qalar?

60. Yanında igid olsun, kol dibi evin olsun.

61. Keçmə namərd körpüsündən qoy aparsın sel səni,

Yatma tülkü daldasında, qoy yesin aslan səni.

62. Mərddən bir xəta, namərddən min.

63. Mərd əli kasad olmaz.

64. Mərdi qova-qova namərd eləmə.

65. Mərd igidlər süfrə açar, ad alar.

66. Mərd ilə gəzən mərd olar, namərdlə gəzən biyabangərd olar.

67. Mərdin gözü tox olar, namərdin gözü ac.

68. Mərd gördüyün deməz.

69. Mərd mərdi qanar, bərkdə oduna yanar.

70. Mərd özündən bilər, namərd yoldaşından.

71. Mərd çörəyini daşdan çıxardar.

72. Namərddən keç, mərddə dur.

73. Namərdə yaxa vermə, mərdə arxa ol.

74. Namərdi bir gördüm, bir də görsəm namərdəm.

75. Namərdin otağından, mərdin ağac kölgəsi.

76. Namərdin plovundan, mərdin qaşıq aşı.

77. Namərdə tuş gələnin işi düyünə düşər.

78. Pis iş mərdə ar olar, namərd gözü dar olar.

79. Təkədə qoç hünəri olmaz.

Birlik və dostluq haqqında

1. Ağıllı düşmən nadan dostdan yaxşıdır.

2. Arxalı köpək qurd basar.

3. Baş-başa verməyincə daş yerindən qalxmaz.

4. Birisi minə bağlıdır, mini də birə.

5. Bir gün duz yediyin yerə, qırx gün salam ver.

6. Birlik harada, dirilik orada.

7. Bir su ki girdi qaba, oldu içməli.

8. Vəfalı dost yad olmaz, görməsə yüz il səni.

9. Qarı düşmən dost olmaz.

10. Qoyun quzusunun ayağını basmaz.

11. Qonşu qonşuya baxar, canını oda yaxar.

12. Qonşu qonşunun itini bayatı çağıra-çağıra tapar.

13. Qonşu iti qonşuya hürməz.

14. Qonşu qonşu olsa, kor qız ərə gedər.

15. Qonşu muncuğunu götürən onu ancaq gorda taxar.

16. Qonşum sağ olsun, ocağından od verməsin.

17. Qonşunu iki inəkli istə ki, özün bir inəkli olasan.

18. Qonşunun haqqı axirət haqqıdır.

19. Qonşu payı dolu gələr, dolu gedər.

20. Qonşu paxıl olmasa, bağ çəpəri neylər?!

21. Dağ dağa qovuşmaz, insan insana qovuşar.

22. Doğru dostluq qərəzsiz olar.

23. Dost başa baxar, düşmən ayağa.

24. Dost dost ilə tən gərək, tən olmasa gen gərək.

25. Dost dosta yaman gündə gərəkdir.

26. Dost dar gündə tanınar.

27. Dost ziyankar olmaz, ziyankar da dost olmaz.

28. Dost yaman gündə tanınar.

29. Dost yolunda boran olar, qar olar.

30. Dost yolunda can qurban.

31. Dostluqla tutub, düşmənliklə yıxma.

32. Dost min isə azdır, düşmən bir isə çoxdur.

33. Dostun versə qum, al ovcunda yum!

34. Ev alma, qonşu al.

35. Əli ələ vurarsan, səs çıxar.

36. Ət ilə dırnaq arasına girən iyiyər, çıxar.

37. Yaxşı dostu yaman gündə sına.

38. Yaxşı gündə düşmən gələr dost olar, igid odur yaman gündə dayansın.

39. Yeməklə dost olan illərlə küsülü qalar.

40. Yoldaşını nişan ver, özünü tanıt.

41. Örtülü bazar dostluğu pozar.

42. Özgə atına minən tez düşər.

43. Özgə buzovunu güdənin çatısı əlində qalar.

44. Özgə qapısını bağlı istəyənin öz qapısı bağlı qalar.

45. Özgəyə quyu qazan özü düşər.

46. Özgəsinə göz qoyan özününkünü itirər.

47. Sidq ilə dost olan ürəkdən də bir gərək.

48. Tək əldən səs çıxmaz.

49. Hər şeyin təzəsi, dostun köhnəsi.

50. Çox qarışqa bir şiri öldürər.

51.Çörək itirən çörək tapmaz.

Vətən və el haqqında

1. Ağac dibindən su içər.

2. Ağacı içindən qurd yeyər.

3. Ağac meyvəni dəyənə qədər böyüdər

4. Ağac olan yerdə budaq sınar.

5. Ağac səmtinə yıxılar.

6. Ağac sınanda budaq nəyə gərəkdir?!

7. Ana kimi yar olmaz, Vətən kimi diyar.

8. Anasından ayrı düşən quzunu qurd yeyər.

9. Asılsan da uca budaqdan asıl.

10. Bağa baxarsan bağ olar, baxmazsan dağ olar.

11. Bu dünyada şirin şey bir anadır, bir Vətən

12. Bülbülü saldılar qəfəsə dedi: “Ay Vətən, ay Vətən”.

Buraxdılar, qondu tikan koluna, dedi: “Can Vətən, can Vətən”.

13. Vətən viranə də olsa, məsəldir, məhz cənnətdir.

14. Vətəndən ayrı düşsəm viran ollam, talannam.

15. Vətənə gəldim, imana gəldim.

16. Vətən həsrəti çəkdim, gözlərimə qan gəldi.

17. Qoçun buynuzu qoça ağırliq eləməz.

18. Qürbətdə xan olunca, Vətənində dilən, gəz.

19. Dağ yeri – duman yeri, yurd yeri – guman yeri.

20. Dam dirək üstə durar.

21. Doğma yurd şirin olar.

22. Dünyada Vətəndən əziz nə var?

23. Ey öz-özünü bəyənən, qoy səni el bəyənsin.

24. El ağzını bağlamaq olmaz.

25. El ağzı faldır.

26. El arxası çəmən olar.

27. El atan daş dağdan aşar.

28. El atan daşa güc düşməz.

29. El tutanı ər tutar, ər atanı el atar.

30. El qapısı həm gec, həm güc açılar.

31. El bir olsa zərbi kərən sındırar.

32. El dəlisini çölə atmaz.

33. El elə sığışar, ev evə sığışmaz.

34. El elin aynasıdır.

35. Elə arxalanan igidin, arxası yerə dəyməz.

36. Eli dağlamaq olmaz, ağzın bağlamaq olmaz.

37. Elimə qalsın, günümə qalmasın.

38. Elin eybini saxlamayan, sənin də eybini saxlamaz.

39. Elin gözü sərraf olar.

40. Elin gücü bir olsa, düşməni dara çəkər.

41. Elin oğlu yumurtaya qulp taxar.

42. El keçən körpüdən qorxma, sən də keç.

43. El köçdü, oba qaldı.

44. El gözündən düşən boy atmaz.

45. El gözündən düşən gözsüz qalar.

Ücretsiz ön izlemeyi tamamladınız.

Народное творчество (Фольклор)
Metin
₺37,48

Türler ve etiketler

Yaş sınırı:
6+
Litres'teki yayın tarihi:
09 mart 2023
Hacim:
81 s. 82 illüstrasyon
Telif hakkı:
Hədəf nəşrləri
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 5, 1 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 5, 1 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre