Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Daşdəmirin nağılı», sayfa 2

Народное творчество (Фольклор)
Yazı tipi:

Aylar keçdi, illər dolandı, Daşdəmir on beş, on altı yaşlarına çatdı.

Həm ağıllı, həm də igidliyi ilə ətrafda şöhrət qazandı.

Günlərin bir günündə məhəllə cavanları içərisində mübahisə düşdü ki, kim özünü igid bilir, gedib xaraba dəyirmana mıx vursun. Daşdəmir yerindən durdu ki:

– Mən gedirəm.

Cavanlar gətirib Daşdəmirə bir mıx verdilər, bir də bir balta. Daşdəmir o qədər gözlədi ki, qaranlıq düşdü. Mıxı, baltanı, bir də zoğal ağacını götürüb dəyirmana getdi. Daşdəmir qorxmurdu. Amma xaraba dəyirman haqqında o qədər danışmışdılar ki, içəriyə girəndə onu vahimə basdı. Odur ki, ağacı çiynində hazır tutub fit çala-çala içəriyə girdi. Elə qaranlıqda yavaş-yavaş irəliləyirdi ki, arxadan bir səs eşitdi:

– Kimsən, dayan!

Daşdəmir geri döndü. Baxdı ki, dəyirmanın qapısını bir adam kəsib, amma bu adamın üzü qara bir dəsmalla örtülüdü, ancaq iki gözü görünür. Daşdəmir yavaşca çiynindəki ağacdan möhkəm yapışıb bir addım geri çəkildi.

Üzüörtülü adam dedi:

– Bəs sən bilmirsən ki, bura cinlərin məskənidi? Bəs sən bilmirsən ki, buraya quş gəlsə qanad salmamış, qatır gəlsə dırnaq tökməmiş, adam gəlsə başını verməmiş qurtara bilməz?

Daşdəmir dedi:

– Bəli. Mən çoxlarından eşitmişəm ki, bura cinlərin məskənidi. İndi sən də deyirsən. Ancaq indi başa düşürəm ki, bunlar hamısı yalan imiş. Çünki sən cin deyilsən, adamsan.

Üzüörtülü adam dedi:

– Əgər sən məni cin bilsəydin, mən səni bəlkə, buradan sağ buraxa idim. İndi ki sən mənim adam olduğumu bilibsən, gərək səni boğam ki, bu sirri heç kəsə deməyəsən.

Bunu deyib üzüörtülü adam Daşdəmirə hücum elədi. Daşdəmir onu yaxına buraxmayıb təpəsinə bir ağac ilişdirdi. Üzüörtülü adam geri çəkilib qılıncını siyirdi. Daşdəmirin üstünə gəldi. Daşdəmir ağacla, üzüörtülü adam qılıncla bir müddət vuruşdular. Axırda üzüörtülü adam vurub ağacı yerə saldı. Daşdəmiri silahsız görüb qılıncı onun başından endirmək istəyəndə, Daşdəmir cəld o biri əlindəki baltanı qabağa verdi. Qılınc baltaya elə güclü dəydi ki, qəbzəsindən qırılıb yerə düşdü. Üzüörtülü adam işi belə görəndə dəyirmanın dibinə tərəf qaçdı. Orada nə isə bir şaqqıltı eşidildi, üzüörtülü adam yox oldu. Daşdəmir nə qədər axtardısa, heç kəsi tapa bilmədi. Bir istədi ki, haray salıb camaatı buraya töksün. Amma fikirləşdi ki, belə işin üstü açılsa, tapmaq çətin olar. Bu gərək sirr olub qala.

Tez əlindəki mıxı yerə çaldı. Ağacını, baltanı, bir də vurub yerə saldığı qılıncı götürüb evlərinə gəldi. Gecəni səhərə qədər Daşdəmir yata bilmədi ki, bu işin axırına necə çatsın? Bu sirri necə açsın? Axırda bu qərara gəldi ki, gedib əhvalatı Mirzə Möhsünə danışsın. O, ağıllı adamdı. Məsləhət verib, yol göstərə bilər. Elə də etdi. Səhər Mirzə Möhsüngilə getdi. Əhvalatı, necə ki, olmuşdu, danışdı. Mirzə Möhsün diqqətlə qulaq asdı, qılınca baxıb dedi:

– Oğlum, cin-zad deyirlər, bunlar hamısı yalandı. Oradakılar adamdırlar. Dəyirmançını da arvadı ilə onlar boğublar, yetim atanı da onlar öldürüblər. İndi də səni öldürmək istəyirmiş ki, sirr açılmasın. Ancaq sən yaxşı eləyibsən ki, bu barədə heç kəsə heç bir söz deməyibsən. Bu cür sirləri ancaq səbirlə, tədbirlə açmaq olar. Qulaq as, gör sənə nə deyirəm. Bizim şəhərin padşahı cavan bir adamdı. Amma onun çox hiyləgər bir vəziri var. Çoxdandı ki, bizim şəhərdə böyük bir quldur dəstəsi əmələ gəlib. Ayda bir dəfə, iki dəfə karvanların qabağını kəsib soyurlar. Padşah nə qədər əlləşirsə bu quldurları tapa bilmir. Axırda padşah bu qərara gəlib ki, şəhərin dünyagörmüş ağıllı adamlarını çağırıb bu barədə onlarla məsləhətləşsin. İki gün bundan qabaq məni də çağırmışdı. Mən ona dedim ki: “Padşah sağ olsun, əgər bu quldur dəstəsi şəhərin böyük adamları ilə əlaqədar olmasaydı, çoxdan tapılmışdı. Çox güman var ki, bu quldurlar saraydakı adamlarla əlbirdirlər”. Mənim bu sözlərim onun çox xoşuna gəldi. İndi baxıram ki, mən elə bu sözü deməkdə haqlıymışam. Bu qılıncı ki sən vurub qırıbsan, bu, şahanə qılıncdı. Bax, burada padşahın nişanı da var. Belə qılıncları padşah ən yaxın adamlarına bağışlayır. İndi tapmaq lazımdı ki, bu qılınc kimindi.

Daşdəmirin nağılı
Народное творчество (Фольклор)
Metin
₺22,66
Yaş sınırı:
12+
Litres'teki yayın tarihi:
15 aralık 2022
Hacim:
23 s. 1 illüstrasyon
Telif hakkı:
Hədəf nəşrləri