Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Daşdəmirin nağılı», sayfa 3

Народное творчество (Фольклор)
Yazı tipi:

Daşdəmir sevincək dedi:

– Onu tapmağa nə var ki? Aparıb bu qılınc tiyəsini şaha verərik. Özü tapar ki, kimindi.

Mirzə Möhsün dedi:

– Yox, oğlum! Bu, çox qorxulu yoldu. Bəlkə, bu qılınc tiyəsi padşahın çox yaxın adamlarından birinindi. Onda padşah öz adamını ələ verməmək üçün bizim başımızı batıra bilər. Belə işləri ancaq səbir və tədbirlə açmaq olar.

Mirzə Möhsün qılıncı evdə gizlətdi, özü də durub padşahın yanına getdi. Daşdəmir də evlərinə qayıtdı.

Daşdəmir gəlib gördü ki, padşahın qoşun böyüyü Abas bəy bunların həyətindədi. Özü də anası Fatı qarı ilə deyişir. Soruşdu:

– Nə var? Nə olub?

Abas bəy dedi:

– O olub ki, gərək bu evdən çıxıb gedəsiniz. Bu ev də, bu bağça da bizimdi.

Daşdəmir dedi:

– Yaxşı, bu ev nə vaxtdan sizin olub?

Abas bəy dedi:

– Bu gecədən.

Daşdəmir dedi:

– Mən başa düşmürəm. Bu ev mənim atamdan qalmadı. Necə olub ki, bu gecədən o, sizin olur?

Abas bəy dedi:

– Mən işi məhkəməyə vermişəm. Sabah gəlib orada bilərsən.

Abas bəy bunu deyib çıxıb getdi. Daşdəmir gözlədi, elə ki gecə oldu, durub Mirzə Möhsüngilə getdi ki, əhvalatı ona desin. Amma Mirzə Möhsünü evdə tapa bilmədi. Mirzənin çox ağıllı, çox da gözəl bir qızı var idi. Adı Nardan idi. Nardan qabağa çıxıb dedi ki, Mirzə Möhsün hələ qayıtmayıb. Daşdəmir evə döndü.

Səhər iki nəfər silahlı gəlib Daşdəmiri məhkəməyə apardılar. Abas bəy də öz adamları ilə gəldi, məhkəmə başlandı. Abas bəy dedi:

– Mən bu gecə yuxuda görmüşəm ki, evi bağça ilə bərabər mənim atam bunun atasına vermiş. İndi mən istəyirəm ki, bağı da, evi də geri qaytarsınlar.

Abas bəyin bu sözünə Daşdəmir qəhqəhə çəkib güldü. Öz ürəyində dedi: “Gör, bu nə qədər ağılsız adamdı. Özü axmaqdı, elə bilir ki, hakim də axmaqdı, heç yuxuda görməklə də bir adamın evini alıb bir başqasına verərlər?”

Daşdəmirin gülməyinə hakim hirsləndi:

– Niyə gülürsən? Yaxşısı budu ki, get, evini, bağını qaytar onun özünə.

Daşdəmirin gözləri kəlləsinə çıxdı, dedi:

– Hakim sağ olsun, belə də iş olar? Nə olsun ki, o yuxuda görüb? Məgər hər adamın yuxuda gördüyü şey elə doğru olar?

Hakim hirslənib dedi:

– Hər adamın yuxuda gördüyü doğru olmaz. Amma Abas bəyin gördüyü doğru olar. O, hörmətli adamdı. Padşahın qoşun böyüyüdü. Belə adam yalandan yuxu görməz ki… İndi ki görüb, demək doğrudu, sənə üç gün möhlət verirəm. Üç günə qədər evi də, bağı da təhvil verməlisən.

Daşdəmir nə qədər danışdısa, heç bir şey çıxmadı. Qayıdıb evlərinə gəldi, bir ərizə yazıb padşaha göndərdi. Sabahısı ərizəsinin cavabı gəldi. Padşah məhkəmənin qərarını təsdiq eləmişdi. Daşdəmirin ərizəsi rədd olunmuşdu.

Daşdəmir birbaş getdi Mirzə Möhsüngilə ki, əhvalatı ona xəbər versin. Amma Mirzə Möhsüngilin qapısını nə qədər döydüsə cavab verən olmadı. Axırda bir qonşu çıxıb dedi ki:

– Mirzə Möhsüngildə heç kəs yoxdu. Mirzə özü üç gündü itib. Qızı da iki gün bundan qabaq köçüb gedib.

Ücretsiz ön izlemeyi tamamladınız.

Daşdəmirin nağılı
Народное творчество (Фольклор)
Metin
₺22,66
Yaş sınırı:
12+
Litres'teki yayın tarihi:
15 aralık 2022
Hacim:
23 s. 1 illüstrasyon
Telif hakkı:
Hədəf nəşrləri