Kitabı oku: «Günəşin nağılı», sayfa 3
– Nə deyim, bəlkə də, sən haqlısan, ancaq yerimdən qalxmağa həvəsim gəlmir.
– Onda rəngin solacaq, sönüb gedəcəksən. Lap kotan kimi. Yadındadır, kəndlinin kotanı da işsiz qaldığından tamam pas atmışdı.
– Elədir, elədir, sən haqlısan.
– İndi gördün, adamlar olmasa, dünyaya zülmət çökər? Sən isə insan əli ilə düzəldilən hər şeydə bərq vuran minlərlə günəşi görə bilməzsən.
Günəş fikrə getdi:
– Ay xoruz, nəğmələrin çox şirindir, ancaq başa düş ki, mən özümçün yaşamaq, dincəlmək istəyirəm.
– E, e, e, tənbəl Günəş, yalnız özü üçün yaşayan hər kəs başqaları üçün ölmüş kimidir. Yalnız yaxşı işləyənlər, yaxşı da dincəlir.
Günəş yataqdan qalxdı, var-qüvvəsi ilə yeri işıqlandırdı. O vaxtdan bəri Xoruz hər səhər gün doğmamış yataqdan qalxıb öz nəğməsini oxuyur. O, əvvəlcə üzünü Günəşə tutub deyir:
– Quqquluqu, quqquluqu, oyan, işə başlamaq vaxtıdır.
Sonra o, torpağa müraciət edir:
– Oyan, öz şirənlə toxumlara və köklərə qüvvət ver.
Xoruz üçüncü mahnısını adamlar üçün oxuyur:
– Yerinizdən qalxın, oyanın, gün çıxıb, torpaq sizi gözləyir, oyanın.
GÖYƏRÇİN VƏ QARIŞQANIN NAĞILI
Biri varmış, biri yoxmuş. Bir yaz günü meşə Göyərçini su içməyə gedir. Görür ki, bir Qarışqa suya düşüb çapalayır. Göyərçin tez Qarışqanın köməyinə gəlir. Dimdiyinə bir yarpaq alıb suya atır. Amma yarpaq Qarışqadan xeyli uzağa düşür. Çayın axarı Qarışqanı xeyli uzağa aparır. Bu dəfə Göyərçin caynağına çöp alıb onu suya atır. Qarışqa tez çöpə dırmaşır. Beləliklə, ölümdən xilas olur. Sahilə çıxanda Qarışqa Göyərçinə deyir:
– Məni ölümdən qurtardın. Bir gün olar, mən də sənə kömək edərəm.
Göyərçin Qarışqanın sözünə gülür.
– Sən çox kiçiksən, mənə necə kömək edəcəksən?
Göyərçin uçub gedir.
Həmin vaxtdan xeyli vaxt keçir. Bir gün Göyərçin ağacın başındakı yuvasında rahatca yatmış olur. Bir ovçu onu çoxdan güdürmüş. İstəyirmiş ki, Göyərçini yatdığı yerdən götürsün. Ayaq barmağının ucunda ağaca yaxınlaşır. Tətiyi çəkmək istəyəndə Qarışqa ovçunun boynundan bərk dişləyir. Ovçu tətiyi çəksə də, Göyərçini vura bilmir. Tüfəngin səsinə Göyərçin oyanır. Qarışqanı görüb deyir:
Ücretsiz ön izlemeyi tamamladınız.