Читайте только на Литрес

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Ləlin nağılı», sayfa 3

Народное творчество (Фольклор)
Yazı tipi:

– Çoban, düzün de, bu quzu hardandı ki, qonaqlarım yemədi?

Çoban dedi:

– Şah sağ olsun, bu quzunun anası ölmüşdü, mən bu quzuya it südü verib böyütmüşəm.

Padşah əmr elədi ki, məclis dağılsın. O ki, bağbanın qızı var idi, gətirib evində saxlatdırdı.

Eşit padşahın qızından. Padşahın bir qızı var idi. Qız ona dedi:

– Ata, niyə bikefsən, nə olub sənə?

Padşah dedi:

– Qızım, üç nəfər oğlan gəlib, özləri də söz tapandılar, amma öz aralarında ləl itib tapa bilmirlər. Mənə deyirlər tap, mən də tapa bilmirəm.

Qız dedi:

– Ata, gəl, onları bir gecəliyə ver mənə. Mən ləli tapım.

Axşam oldu. Aradan pərdə çəkildi. Qız gəlib pərdənin dalına dedi:

– Gəlin, sizə bir şey nağıl eləyim, əgər bu şeyin axırını tapsanız, mən bilirəm ki, siz söz tapansınız.

Günlərin bir günündə bir əmiqızı, bir əmioğlu var idi. Bir gün əmiqızıya toy eləyirdilər. Bəli, kəcavə gəldi. Qoydular bu qızı kəcavəyə, köçürdülər. Yolda qız kəcavədən düşüb, bir az dincəlmək istədi. Birdən kəcavə tərpəndi, qız nə illah elədi, kəcavəyə çata bilmədi. Yolda qıza bir şir rast gəldi. Şir bunu görən kimi, ağzın açıb qızı yemək istədi. Qız əlin qoydu şirin döşünə dedi:

– Ey şir, mən gəlinəm, məni əmim oğluna gəlin aparırdılar, yolda başıma bu əhvalat gəldi.

Qız başına gələni şirə danışdı, dedi:

– Gəl, sən məni burax, gedim əmim oğlunu görüm, sonra gəlim bura.

Şir dedi:

– Qız, buraxsam yenə qayıdıb gələrsənmi?

Qız dedi:

– Gələrəm.

Şir dedi:

– Mən insanda vəfa görməmişəm. Nə deyirəm, get!

Qız şirdən ayrıldı, başladı getməyə. Gördü ki, bir çoban yolnan gedir. Çoban qızı görən kimi bir könüldən min könülə aşiq olub dedi:

– Qız, hardan gəlib, hara gedirsən?

Qız bütün başına gələni danışdı, dedi:

– İndi gedirəm vətənə sarı.

Çoban dedi:

– Buraxmaram səni. Gəl, gedək qazının yanına, kəbinini kəsdirim.

Qız dedi:

– İzn ver mənə, gedib öz əmim oğlunu görüm, sonra gəlim yanına, nə eləyirsən elə, ixtiyar sənindi.

Çoban dedi:

– Qız, buraxsam qayıdıb gələrsənmi?

Qız dedi:

– Gələrəm.

Çoban razı oldu. Qız bundan da qurtardı. Az qalmışdı şəhərlərinə çatsın, gördü ki, qabağına bir dəstə yolkəsən çıxdı. Yolkəsənlər apardılar bunu böyüklərinin yanına.

Başçıları xəbər aldı:

– Ay qız, hardan gəlib, hara gedənsən?

Qız başına gələn müsibəti quldurbaşına danışdı. Quldurbaşı dedi:

– Yaxşı düşmüsən əlimizə, səni daha burdan buraxdı yoxdu.

Ücretsiz ön izlemeyi tamamladınız.

Народное творчество (Фольклор)
Metin
₺29,54

Türler ve etiketler

Yaş sınırı:
12+
Litres'teki yayın tarihi:
15 aralık 2022
Hacim:
19 s. 1 illüstrasyon
Telif hakkı:
Hədəf nəşrləri
Metin PDF
Средний рейтинг 0 на основе 0 оценок
Ses
Средний рейтинг 5 на основе 1 оценок
Ses
Средний рейтинг 5 на основе 1 оценок
Ses
Средний рейтинг 0 на основе 0 оценок
Sinifdənxaric oxu
Народное творчество (Фольклор)
Metin
Средний рейтинг 0 на основе 0 оценок
Koroğlu
Народное творчество (Фольклор)
Metin, ses formatı mevcut
Средний рейтинг 5 на основе 2 оценок
Çoxbilmiş
Народное творчество (Фольклор)
Metin
Средний рейтинг 5 на основе 1 оценок
Dədə Qorqud dastanları
Народное творчество (Фольклор)
Metin
Средний рейтинг 0 на основе 0 оценок
Uşaqlar üçün hekayələr
Народное творчество (Фольклор)
Metin
Средний рейтинг 5 на основе 1 оценок
Britaniya adalarının xalq nağılları
Народное творчество (Фольклор)
Ses
Средний рейтинг 0 на основе 0 оценок
Mirzə Ələkbər Sabir haqqında xatirələr
Народное творчество (Фольклор)
Ses
Средний рейтинг 5 на основе 1 оценок
Азербайджанские сказки
Народное творчество (Фольклор)
Ses
Средний рейтинг 0 на основе 0 оценок
Mari xalq nağılları
Народное творчество (Фольклор)
Ses
Средний рейтинг 0 на основе 0 оценок
Türk ədiblərindən seçmələr
Народное творчество (Фольклор)
Ses
Средний рейтинг 0 на основе 0 оценок