Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Məktəb lətifələri»

Народное творчество (Фольклор)
Yazı tipi:
***

Müəllim:

– Uşaqlar, muzeydə sizin ən çox xoşunuza gələn nə oldu?

– Kamalın pilləkəndən aşmağı.

***

– Sən niyə kitabı ancaq yarıya qədər oxumusan? – deyə kitabxanaçı oğlandan soruşur.

– Siz bunu nədən bildiniz?

– Kitabın ikinci yarısı təmizdir!

***

– Sən niyə kitabı ancaq yarıya qədər oxumusan? – deyə kitabxanaçı oğlandan soruşur.

– Siz bunu nədən bildiniz?

– Kitabın ikinci yarısı təmizdir!

***

Məktəbdə ilk dərs günüdür. Müəllim birinci sinfə müraciət edir:

– Uşaqlar, siz məktəbə gəlmisiniz. Burada sakit oturmaq lazımdır. Bir söz soruşmaq istəsəniz, əlinizi qaldırın.

Uşaqlardan biri əlini qaldırır.

– Nəsə soruşmaq istəyirsən, oğlum?

– Yox, sadəcə sistemin necə işlədiyini yoxlayıram.

***

Yoxlama yazı dərsidir. Müəllim şagirdləri diqqətlə izləyir. Vaxtaşırı kiminsə köçürdüyünü hiss edib sinifdən çıxarır. Bu zaman sinfə dərs hissə müdiri baş çəkir.

– Belə… Yoxlama yazırıq? Yəqin, köçürmək həvəskarı olanlar çoxdur, hə?

Müəllim cavab verir:

– Yox, həvəskarlar artıq qapı arxasındadırlar. Burada yalnız professionallar qalıb.

***

Tarix dərsində müəllim şagirddən soruşur:

– De görüm, yer üzərində ilk insan kim olub?

– Adəm.

– Bəs Allah ona hansı dəhşətli fəlakəti göndərib?

– Həvvanı.

***

Tarix dərsində müəllim şagirddən soruşur:

– De görüm, Yuli Sezar nə vaxt ölüb?

– Ölüb? Mən heç onun xəstə olduğunu bilmirdim!


***

Müəllim:

– Uşaqlar, deməliyəm ki, riyaziyyatdan vəziyyətiniz ağırdır. 90 faiziniz yekun yoxlama imtahanını verə bilməyəcək.

Uşaqlardan biri:

– Bizim sinifdə heç bu qədər şagird yoxdur!

***

Qoca müəllim ölür və cəhənnəmə düşür. Bir həftə keçir. Cəhənnəmin baş nəzarətçisi ona yaxınlaşır:

– Bizi bağışlayın, səhvə yol vermişik. Siz cənnətə düşməliydiniz.

– Yox, lazım deyil, mənim üçün bura da xoşdur, – deyə müəllim cavab verir. – Məktəbdən sonra mənə cəhənnəm də cənnət kimi görünür.

***

Gənc valideynlər balaca Muradı məktəbə yola salırlar. Yeni forma, ütülü köynək, çiçək dəstəsi… Ata-ana onun qayıtmasını səbirsizliklə gözləyir. Nəhayət, Murad məktəbdən gəlir. Çantasını atıb deyir:

– Siz heç mənə bu həngamənin on bir il çəkəcəyini deməmişdiniz!

***

Balaca oğlan televizorda yüngül atletika üzrə çempionata baxan atasına yaxınlaşıb soruşur:

– Ata, bu əmilər nə üçün qaçırlar?

– Ona görə qaçırlar ki, onlardan birinci gələnə priz verəcəklər.

– Bəs onda qalanları niyə qaçırlar?

***

– Oğlum, sən «iki»lərini nə vaxt düzəldəcəksən?

– Ata, mən hər gün bunu etməyə çalışıram. Amma müəllim jurnalı bir an belə nəzarətsiz qoymur.


***

– Ana, olar, mən kinoya gedim?

– Bəs dərslərin?

– Kinodan sonra hazırlayaram.

– Kinodan sonra gec olar.

– Oxumaq, ana, heç vaxt gec deyil!

***

– Oğlum, sən «iki»ni düzəltmisən?

– Hə, ata.

– Göstər, görüm… Belə də düzəltmək olar?! Ver bura, özüm düzəldərəm!

***

Müəllim:

– Uşaqlar, sizcə, ideal məktəb necə olmalıdır?

– Qapıları həmişə bağlı, müəllim!

***

– Oğlum, bu gün məktəbdə nə oldu?

– Müəllim dedi ki, mən riyaziyyatdan heç nə bilmirəm və gündəliyimə nə isə bir rəqəm yazdı.

***

Biologiya dərsində şagirdlərdən biri deyir:

– Timsahın uzunluğu başından quyruğuna qədər 5 metrdir, quyruğundan başına qədər isə 7 metrdir.

– Əvvəl fikirləş, sonra danış, – deyə müəllim onun sözünü kəsir. – Belə şey ola bilər?

– Olar, – deyə şagird cavab verir. ‒ Məsələn, bazar ertəsindən çərşənbəyə qədər 2 gündür, çərşənbədən bazar ertəsinə qədər – 5 gün!

***

Ata oğlundan soruşur:

– Sizə nə tapşırıblar?

– Heç nə.

– Heyif! Deməli, yenə qabları yumalı olacağam.


***

Ata oğlundan soruşur:

– Məktəbdə işlərin necə gedir?

– Əla! 5-ci siniflə saziş bir il də uzadıldı.

***

– Əhməd, sən niyə dəqiqəbaşı saata baxırsan?

– Müəllim, çox qorxuram ki, zəng vurular və bu dəhşətli dərəcədə maraqlı dərs yarıda qalar.

***

Müəllim Nicatdan soruşur:

– Sən niyə dərsə gecikmisən?

– Məktəbə gələrkən yolda mənə quldurlar hücum etdilər və soydular.

– Doğrudan?! Bəs səndən nə aldılar?

– Ev tapşırıqlarını yazdığım dəftəri.

***

– Ay oğlan, niyə ağlayırsan?

– Revmatizmə görə.

– Nə! Sən ki hələ balacasan! İndidən revmatizmin var?

– Yox, imlada “rivmotizm” yazdığıma görə “iki” almışam.

***

– Solaxaylığın sənə mane olmur ki?

– Yox, hər kəsin qüsuru ola bilər. Bax, sən, məsələn, çayı hansı əlinlə qarışdırırsan?

– Sağ əllə!

– Bax, görürsən! Normal adamlar isə qaşıqla qarışdırırlar.

***

Müəllim:

– Toğrul! Daha səbrim tükəndi! Sabah məktəbə atasız gəlmə!

– Bəs birigün?

***

Müəllimlər otağında zəng.

– Alo! Danışan Rəfiqə müəllimədir? Sizi narahat edən Nicatın anasıdır.

– Kimin? Mən pis eşidirəm.

– Nicatın! Hərfbəhərf deyirəm: Nadir, İradə, Camal, Arif, Təranə.

– Nə? Hamısı da mənim sinfimdə oxuyur?!


***

– Niyə gülürsən? Mən, şəxsən, burada gülməli bir şey görmürəm!

– Heç görə də bilməzsən! Axı sən mənim cemli buterbrodumun üstündə oturmusan!

***

– Əli, sizin sinifdə neçə əlaçı var?

– Məndən başqa dörd nəfər.

– Məgər sən əlaçısan?

– Yox. Mən ki belə də dedim – məndən başqa!

***

Müəllim yoxlama yazı dəftərlərini paylayır. Şagirdlərdən biri ona yaxınlaşır.

– Müəllim, burada, aşağıda nə yazmısınız? Mən xəttinizi başa düşmədim.

– Yazmışam: “Aydın xətlə yaz!”

***

Müəllim:

– Sizin qanınızı qaraltmalı olacağam, əziz valideynlər, sizin oğlunuz heç nə bilmir!

– Bax elə buna görə də biz onu məktəbə verdik!

***

Müəllim:

– Beləliklə, biz keçən dərsimizdə yaxınmənalı sözlərdən düzələn mürəkkəb sözlərlə tanış olduq. Məsələn, dost-tanış, qoyun-quzu, çəngəl-bıçaq, … . Kim başqa nümunə gətirə bilər?

Zaur əlini qaldırır və deyir:

– Pomidor-yumurta!

***

– Səməd, de görüm, çox danışan və hətta ona qulaq asan olmayanda da susmayan adamı necə adlandırmaq olar?

– Müəllim!


***

– Əhməd, necə fikirləşirsən, balıqlar niyə danışmırlar?

– Müəllim, Siz bir sınayın: başınızı akvariuma salıb mənə həmin sualı verə bilərsinizmi?

***

Müəllim şagirddən soruşur:

– Sən böyüyəndə kim olmaq istəyirsən?

– Alim-ornitoloq.

– Mən heç bilmirdim sən quşlarla belə maraqlanırsan!

– Yox, mən sadəcə olaraq göyərçinlə tutuquşunu birləşdirmək istəyirəm.

– Nə üçün?

– Axı göyərçinlər bəzən çox uzağa uçurlar. Birdən azsalar, yolu soruşa bilsinlər.

***

Dörd şagird dərsə gecikir. Müəllim birincidən soruşur:

– Sən niyə gecikmisən?

– Anam xəstələnmişdi, mən də aptekə dərman almağa getmişdim.

– Bəs sən? – deyə müəllim ikinci şagirddən soruşur.

– Bizim isə saatımız xarab olmuşdu.

Müəllim üçüncü şagirddən soruşur:

– Yaxşı, bəs sən niyə gecikmisən?

– Mənim başım bərk ağrıyırdı.

Dördüncü şagird bərkdən ağlamağa başlayır.

– Sən niyə ağlayırsan? – deyə müəllim təəccüblənir.

– Nə üçün gecikdiyimə səbəb uydura bilmirəm… Onlar hamısını dedilər…

***

– Paşa, faydalı qazıntılardan nələri tanıyırsan?

– Dəmir, mis, kömür … eləcə də kök, çuğundur və kartof.

***

Müəllim:

– Sən niyə dərsliyin vərəqlərini qoparırsan?

– Mən hamısını qoparmıram. Yalnız oxuduğum vərəqləri qoparıram ki, səhvən eyni şeyi iki dəfə oxumayım.


***

Müəllim:

– Yemək qalıqları ilə qidalanan ev heyvanının adını çəkin.

Şagird:

– Tarakan!

***

Müəllim Aqilə deyir:

– Heç bilmirəm sənə rüblük qiymət neçə yazım… Sənin iki dənə “iki”n, iki dənə də “üç”ün var.

– Siz də ortaq qiymət çıxardın. Bu “iki”ləri, “üç”ləri toplayın və ikiyə bölün…

***

Şagird müəllimə deyir:

– Söz verirəm ki, sabahdan ev tapşırıqlarının hamısını yerinə yetirməyə başlayacağam!

– Mən bunu səndən dəfələrlə eşitmişəm.

– Amma indi qəti söz verirəm. Mənim babam təqaüdə çıxıb!

***

– Əhməd, mənə uzun bir söz de.

– Uzun söz? Rezin.

– Rezin? Bu ki elə də uzun söz deyil.

– Amma onu nə qədər istəyirsən uzatmaq olar.

***

Əli oyuncaq dükanına gəlib pulu satıcıya uzadır:

– Xahiş edirəm, mənə o yumşaq ayını verin.

– Oğlum, axı bunlar doğruçu pullar deyil.

– Bəyəm sizin ayı doğruçudur?

***

Ata qara toyuğu oğluna göstərib deyir:

– Çər dəymiş daha yumurtlamır, onu kəsmək lazımdır.

– Elə bilirsən ki, ondan sonra yumurtlayacaq?


***

– Saat neçədir?

– 6-nın yarısı.

– Daha de ki, üçdür dəə…

***

İki şagird imtahana gedir. İmtahan qurtarandan sonra biri digərindən soruşur:

– Necə yazdın?

– Boş vərəq verdim. Bəs sən?

– Mən də heç nə yazmadım, boş vərəq verdim.

– Eee, onda elə biləcəklər ki, bir-birimizdən köçürmüşük.


***

– Bilirsən, dünən məni zooparka pulsuz buraxdılar.

– Burda qəribə nə var ki? Qəribə orasıdır ki, səni oradan çıxmağa qoyublar.

***

Akvariuma baxan oğul qəzet oxuyan atasından soruşur:

– Ata, balıqlar nəfəs alır?

– Bilmirəm, oğlum.

– Ata, balıqlar gülür?

– Bilmirəm, oğlum.

– Ata, balıqlar danışır?

– Bilmirəm, oğlum.

– Ata, səni narahat etmirəm ki?

– Yox, oğlum, soruş ki, öyrənəsən.

***

– Oğlum, sən niyə daha kamançanı çalmırsan? Axı mən sənə kamança çalmağın üçün hər gün iki manat verirəm.

– Atacan, yuxarıdakı qonşumuz da mənə hər gün üç manat verir ki, kamança çalmayım.

***

Üçüncü dərsin ortasında içəriyə başı bintlə sarınmış şagird daxil olur.

– Yaxşı, bu dəfə nə baş verib?

– Mən beşinci mərtəbədən yıxılmışam.

– Belə de! Özü də düz iki dərs uçmusan, eləmi?

***

– İradə, mənə beş dənə ev heyvanı saya bilərsən?

– Üç pişik və iki it.

***

Uşaq deyir:

– Ata, bu gecə yuxuda gördüm ki, sən mənə balaca şokolad almısan.

Ata:

– Çox yaxşı, oğlum, özünü yaxşı aparıb sözümə baxsan, bu gecə yuxunda sənə lap böyük şokolad alacağam.

***

Ata oğluna:

– Sən o gün mənə söz vermədin ki, yaxşı oxuyacaqsan?

Oğul:

– Verdim, ata.

Ata:

– Bəs mən söz vermədim ki, oxumasan, səni yaxşıca kötəkləyəcəyəm?

Oğul:

– Verdin, atacan. Amma mən sözümün üstündə durmadım. Sən də durma.

***

– Anacan, sən bilirsən, mən müəllimimi nə qədər çox istəyirəm?

– Bilirəm, bilirəm.

– Elə bax ona görə də mən bu il sinifdə qaldım. Bildim ki, ondan ayrılsam, çox darıxacağam.


***

Müəllim Rasimin sağ əlini yuxarı qaldırıb deyir:

– Rasim, bu sinifdə mənə bundan çirkli əl göstər, sənə “afərin” deyim.

Rasim dərhal sol əlini qaldırıb deyir:

– Müəllim, indi “afərin” deyin.

***

Müəllim:

– Fərid, elə bir heyvan adı deyə bilərsən ki, indi mövcud olmasın?

– Bəli! Fondik!

– Bu hansı heyvandır?

Ücretsiz ön izlemeyi tamamladınız.

Народное творчество (Фольклор)
Metin
₺34,83

Türler ve etiketler

Yaş sınırı:
6+
Litres'teki yayın tarihi:
07 ekim 2022
Hacim:
34 s. 57 illüstrasyon
ISBN:
9789952242959
Telif hakkı:
Altun Kitab
Metin, ses formatı mevcut
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 5, 4 oylamaya göre
Metin
Ortalama puan 5, 2 oylamaya göre
Metin, ses formatı mevcut
Ortalama puan 4,8, 4 oylamaya göre
Metin
Ortalama puan 4,5, 8 oylamaya göre
Metin PDF
Ortalama puan 5, 3 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 2,8, 4 oylamaya göre
Metin
Ortalama puan 5, 3 oylamaya göre
Metin
Ortalama puan 3,8, 4 oylamaya göre