Kitabı oku: «Qar altındakı çiyələk»

Народное творчество (Фольклор)
Yazı tipi:

QAR ALTINDAKI ÇİYƏLƏK

yapon nağılları

+testlərlə

KİOTO VƏ OSAKALI İKİ QURBAĞA

Yayın gəlməsi ilə qeyri-adi istilər düşmüşdü. Günlər keçdikcə günəş yeri daha çox yandıraraq isitməyə başlamışdı. Yağış isə hələ də yox idi.

Kioto şəhərində dəhşətli quraqlıq başladı. Hətta qurbağa yaşayan quyu da qurudu. Bunu görən qurbağa çox fikirləşdi ki, nə etsin. Başqa yerə köçməyi qərara aldı.

– Deyirlər, Osaka şən, səs-küylü yerdir, dəniz də şəhərə yaxındır!

Kiotolu qurbağa dənizi görmək istəyi ilə Osaka şəhərinə üz tutdu. Amma bu şəhərdə də quraqlıq hökm sürürdü. Lotosov gölünün suyu qurumuş, orada yaşayan qurbağa da təşvişə düşmüşdü. Bir gün qurbağa göydə bulud görməyib peşman halda dilə gəldi:

– Artıq Osaka şəhərində qalmaq olmaz! Yaponiyanın paytaxtına – Kiotaya getməliyəm, orada Səmanın doğma oğlu yaşayır. O şəhərdə yaşamağa dəyər: nə olsa, elə oralarda olacaq.

Bunu deyən osakalı qurbağa üz tutdu Kiotaya sarı.

Kioto ilə Osakanın arasındakı məsafə on kilometr idi. Hər iki qurbağa bir-biri ilə sözləşmiş kimi erkəndən eyni vaxtda yola çıxdılar: biri Kiotodan Osakaya, o biri isə əksinə…

Onlar hoppana-hoppana getməyə başladılar. Xeyli gedəndən sonra onların belləri sızıldadı, günortaya yaxın möhkəm acdılar.

Yorğunluqlarını çıxarmaq üçün dal ayaqları üzərində getməyə başladılar. Güclə yeriyirdilər. Yolun yarısında Tetnodzan dağı yerləşirdi. Dağ keçidinə çatanda bir-birini görən qurbağalar salamlaşıb tanış oldular.

Biri o birinə yaşadığı şəhər haqqında danışmağa başladı. Osakalı qurbağa dedi:

– Şəhərdə böyük quraqlıq var. Yağış da yağmaq bilmir ki, bilmir.

Kiotolu qurbağa bu xəbərdən kədərlənib məyusluqla dedi:

– Elə mənim yaşadığım şəhər də bu gündədir.

İşin belə olduğunu görəndə bir-birinin şəhərinə baxmağı qərara aldılar. Osakalı qurbağa bildirdi:

– Qoy dağın başından Kiotaya göz gəzdirim, görüm vəziyyət necədir.

– Mən də Osakaya baxaram, – o biri qurbağa quruldadı.

Beləliklə, hər iki qurbağa dal ayaqları üstə qalxıb gözlərini böyük açaraq baxmağa başladılar.

Kiotolu qurbağa da, osakalı qurbağa da çox, lap çox cəhd etdilər. Çalışdılar, nə isə yeni, maraqlı bir şey görsünlər, amma alınmadı. Buna görə kədərləndilər.

Qəfildən kiotolu qurbağa acıqla quruldadı:

– Bu nədir? “Bəh-bəh”lə təriflənən bu iki şəhər eyni su damcısı kimi necə də bir-birinə oxşayır! Boşboğazlar! “Orada dəniz”, “burada dəniz”, “hər yerdə dəniz”, nə bilim, nə! Amma dənizdən əsər-əlamət yoxdur!

Osakalı qurbağa da deyinməyə başladı:

– Demək, deyilənlər yalanmış. Çərənləyirdilər ki, “Ah belə, ah elə, Kiotoda hər şey var, ora paytaxtdır”. Mən də elə bilirdim, bu şəhərin gözəl bağları, qəşəng evləri var. Yox, əgər Kioto da Osakaya bənzəyirsə, buranın maraqlı nəyi var ki, fərqlənsin?

Yeni və yaxşı bir şey olmadığından hər ikisi yolu davam etdirmək fikrindən daşındı. Nəhayət, qurbağaların biri Kiotoya, o biri Osakaya qayıtmaq qərarına gəldi. Ayrılmaq üçün bir-biri ilə vidalaşıb yola düşdülər. Amma qurbağaların heç biri əsl həqiqəti başa düşməmişdi. Dal ayaqları üstə qalxarkən gözləri bellərində olduğundan onlar yalnız arxanı görə bilmişdilər. Qabağı görməmələrinin səbəbi elə özləri idi. Qarşı tərəfə baxdıqlarını sansalar da, əslində, hərəsi öz ölkəsini seyr edir, öz şəhərlərinə, yaşadıqları yerə baxırmış.

Kiotolu qurbağa öz yerinə – doğma quyusuna qayıdıb başına gələnləri dostlarına danışdı:

– Heç orda dəniz görmədim. Bu yalan boşboğazların uydurması imiş!

Osakalı qurbağa isə öz yurdu Lotosov gölməçəsində yaşamağa davam etdi. O, sonralar öz balalarına belə öyüd-nəsihət verirdi:

– Kioto da bizim Osaka kimi yerdir! Bir dənə paytaxt olduğu üçün şöhrət qazanıb. Əslində, elə bura kimi dumanlı şəhərdir!

Nağıl ağacının budaqlarına öz fikirlərini yaz

Nağılın mövzusu nədir?

Nağılda adı çəkilən şəhərlər haqqında nə bilirsən?

Nağıldan çıxardığın nəticəni bura yaza bilərsən?

Nağılın qəhrəmanlarının adlarını sadala:

Nağılda ən xoşuna gələn cümlə hansıdır?

Kiotolı və osakalı qurbağaların oxşar cəhəti nədir?

Nağılda xoşuna gələn cümlə hansıdır? Nağılın ideyasını necə ifadə edərdin?

Hadisələrin baş verdiyi məkanları qeyd et:

Səncə, obrazları mənfi və müsbət olaraq ayırmaq olar?

Nağılın sonluğunu necə dəyişərdin?

“Kioto və Osakalı iki qurbağa” nağılına aid testlər

1. Kiotolu qurbağa hansı şəhərə getmək istəyirdi?

a) Osaka

b) Tokio

c) Seul

2. Kioto ilə Osakanın arası neçə kilometr idi?

a) beş

b) on beş

c) on

3. Osakalı qurbağa hansı şəhərə getmək istəyirdi?

a) Tokio

b) Kioto

c) Pxenyan

4. Qurbağalar yorğunluqlarını çıxarmaq üçün necə gedirdilər?

a) dal ayaqları üzərində

b) qabaq ayaqları üzərində

c) suyun üzü ilə

5. Dal ayaqları üstə qalxan qurbağalar hansı tərəfi görə bilmişdilər?

a) sol tərəfi

b) yuxarı tərəfi

c) arxa tərəfi

6. Hər iki qurbağanın gəldiyi nəticə nə oldu?

a) Kioto ilə Osakanın arasında heç bir fərq yoxdur.

b) Kioto Osakadan gözəldir.

c) Osaka Kiotodan gözəldir.

DƏNİZ SUYU NİYƏ DUZLUDUR?

Lap qədim zamanlarda Yer üzündə iki qardaş yaşayırdı.

Kiçik qardaş kasıb, böyük qardaş isə çoxlu var-dövlət sahibi idi.

Yeni il ərəfəsində kiçik qardaş borc almaq üçün böyük qardaşın evinə gəldi. O, borca bir girvənkə düyü istədi.

Böyük qardaş onu acıqla təhqir edib qovdu. Kiçik qardaş kor-peşman geri qayıdarkən dağ cığırında qabağına saçları qar kimi ağ olan nurani qoca çıxdı. O, kiçik qardaşdan soruşdu:

– Haradan gəlirsən?

– Təzə ilin astanasında bir ovuc düyüyə möhtac olduğuma görə böyük qardaşımın evinə getdim. Heç nə verməyəcəyini bilə-bilə ondan borc almaq istədim, amma bir ovuc düyü də verməyib məni qovdu. İndi isə əliboş evimə qayıdıram.

– Eybi yoxdur, qəm yemə. Doğrudan da, belədirsə, mən sənə kömək edərəm. Bu kökəni götür, meşədəki məbədgaha get. Onun arxasındakı mağarada yaşayan balacaboy adamlar kökənin əvəzinə çoxlu qızıl dağı vəd edəcəklər. Razı olma! Kökəni heç bir şeylə dəyişmə. Təkcə daşdan olan əl dəyirmanından başqa. Dediklərimi unutma ha-a!

Kiçik qardaş kökəni alıb nişan verilən yerə getdi. Doğrudan da, meşədə dağın tən ortasında mağara göründü, ətrafında isə balacaboy adamlar dolaşırdılar.

Kasıb qardaş seyr edərək fikirləşdi:

– Görəsən, onların burada nə işi var?

Onlar yıxılıb-duraraq, büdrəyə-büdrəyə nazik qamış gövdəsini dartıb qaldırır, çətinliklə mağaraya aparmağa çalışırdılar. Kasıb qardaş onlara kömək etmək qərarına gəldi.

– Dayanın, sizə kömək edərəm.

O, qamış gövdəsini götürüb mağaraya tərəf qoydu. Birdən ayağı altında nə isə elə bil mığmığa səsiylə ciyildədi:

– Kömək edin. Soyğunçular adamımızı öldürdülər!

Yoxsul qardaş ayaqqabısının altlığının arasında qalan, az qala, əzilən cırtdanı xilas etdi. İki barmağı ilə ehtiyatla çıxarıb kənara qoydu. Cırtdanın gözü kasıb qardaşın əlindəki kökəyə sataşdı.

– Gəl bu kökəni bizə ver, əvəzində nə istəsən, sənin olsun.

Cırtdanboylu adamlar o dəqiqə qızılı xırda-xırda, zərrə-zərrə mağaranın yanına yığdılar.

– Mənə qızıl lazım deyil. Sizdə əl dəyirmanı var, onu mənə verin.

Cırtdanboy gördü ki, nə desə, onu fikirindən döndərə bilməyəcək. Kasıb qardaşı mağaraya çağırıb küncdəki dəyirman daşını göstərdi.

– Bu dəyirman daşı bizim ən qiymətli sərvətimizdir. Ondan ayrılmaq bizimçün çətindir. Amma sənin kökəndən çox xoşumuz gəldi, ona görə heç bir şey demirik, sənin olsun. Götür dəyirman daşını, get.

Dəyirman daşı çox möhkəm idi. Cırtdanboy söylədi:

– Onun qulpunu sağa fırlatsan, nə istəsən, üyüdüb verəcək. Amma sola fırlatsan, dayanacaq. Bunu etməsən, sonsuza qədər onu dayandıra bilməzsən.

Kasıb qardaş dəyirman daşını götürüb evə gətirdi.

Arvadı onun yolunu gözləyirdi. Kişini qapının astanasında görəndə qışqırıb dedi:

– Düyü tapa bildin? Gətirdinmi?

– Heç nə söyləmə, tez palaz gətir, yerə sal.

Arvad yeri döşədi, əri dəyirman daşını palazın üstünə qoyub fırlatdı.

– Bizə duzlu balıq ver!

Birdən palazın üstü əvvəlcə iri ağ düyülərlə doldu, sonra isə bir neçə balıq düşdü. Dəyirman daşı bir neçə dəfə fırlanıb dayandı, müxtəlif ləzzətli yeməklər peyda oldu.

Səhər açıldı kişi arvadına dedi:

– Artıq bəsdir, ay arvad, bu qədər sərgərdan gəzdik, dolandıq. Ey dəyirman, bizə yeni, yaxşı ev, bir dənə anbar, at saxlamaq üçün tövlə, tövlədə yan-yana bağlanmış yetmiş dörd at ver. Mənə də çoxlu kökələr ver; düyü kökəsi ver, bir də içki ver.

Kəndin bütün kasıblarını, qohum-əqrəbalarını qonaq çağırdı. Böyük qardaşını da yaddan çıxartmadı. Kəndin ən kasıb adamının qonaqlığına çağırılmaq hamını təəccübləndirdi. Böyük qardaşı ora gələndə gözlərinə inanmadı. Süfrədə hər cür naz-nemət vardı. Böyük qardaş düşündü: “Bu necə oldu? Dünən məndən borc düyü istəyən bu deyildi? Necə birdən-birə belə varlandı? Kəndin ən varlı adamına çevrilib qonaqlıq verir. Burda nə isə sirr var. Bu sərvət ona hardan gəlib? Ölsəm də, bunu öyrənməli, bu sirri hökmən almalıyam”.

Böyük qardaş yemək-içməklə məşğul olsa da, diqqətini ətrafdan çəkmirdi.

Qonaqları evə yola salanda kiçik qardaş onlara sovqat vermək istədi. Yavaşca yan otağa keçərək dəyirmanı fırladıb qonaqları üçün şirniyyat istədi. Böyük qardaş qapının arasından hər şeyi görürdü. Nəhayət, o arzusuna çatıb sirri öyrəndi:

– Ha-ha-ha, belə də bilirdim! Yoxsa lüt adamda pul nə gəzir ki, var-dövlət sahibi ola?!

Ev sahibləri qonaqları gülərüzlə yola salıb yatdılar. Ara sakitləşən kimi böyük qardaş dəyirmanı böyük bir torbaya salıb oğurladı. Hələ acgöz olduğu üçün qalan şirniyyatı da özü ilə götürdü. Böyük qardaş dəniz sahilinə çıxdı. Xoşbəxtlikdən orada bir qayıq dirəyə bağlanmışdı. Torbanı da qayığa qoyub oradan açıq dənizə çıxdı.

“Uzaq adaya üzüb gedim, dəyirman da yalnız mənə xidmət eləsin, məni varlandırsın!” – deyə düşündü. Qayıq xeyli üzmüşdü ki, böyük qardaş acdığını hiss etdi. Amma torbada olan şirniyyatdan yox, duzlu nə isə yemək istədi. Torbada yalnız bir kökə və şirniyyat qalmışdı.

“Kökəni duzlayıb yeyərəm. Gəlsənə dəyirman daşından bunun üçün duz istəyim” – deyə düşündü. Dəyirmanın qulpunu fırladıb bağıraraq duz istədi:

– Ey dəyirman, mənə duz ver. Dəyirmandan duz tökülməyə başladı, nə başladı: lap ağ su kimi aramsız axdı. Dəyirmandan tökülən duz bir göz qırpımında qayığın dibinə qədər doldu. Duz axını böyük qardaşın topuğuna çatanda dəyirmanı saxlamaq üçün əlləşdi. Elədiklərinin faydasız olduğunu görüb bağırmağa başladı.

Artıq gec idi. Duz dizə qədər gəlib çatsa da, dəyirman daşı dayanmaq bilmirdi. Qayığın kənarları suya batmışdı.

Ücretsiz ön izlemeyi tamamladınız.

Народное творчество (Фольклор)
Metin
₺37,78
₺75,56
−50%
Yaş sınırı:
0+
Litres'teki yayın tarihi:
16 kasım 2022
Hacim:
28 s. 1 illüstrasyon
Telif hakkı:
Hədəf nəşrləri
İndirme biçimi:

Benzer kitaplar