Kitabı oku: «Sinifdənxaric oxu», sayfa 2
Oğlan gəlib bunları padşaha danışır. Padşah soruşur:
– Sən bunları haradan bilirsən?
Cavan oğlan deyir:
– Padşahım, o gün ki siz əmr etdiniz qocalar yola da-vam etməsin, mənim öz atama ürəyim yandı, onu da özüm-lə götürdüm. Bütün bunları ona danışdım, o da bu danış-dıqlarımı məsləhət gördü.
Padşah əmr edir ki, qocanın dediyi kimi bir madyan gə-tirsinlər.
Rəvayətə görə, İskəndər zülmətə girərkən atını Xızır peyğəmbərə verir ki, ona yol göstərsin. Xızır Peyğəmbər hə-mən yola düzəlir və hər yanda həyat suyunu axtarmağa başlayır. Nəhayət, bu çeşmə tapılır. Bu elə bir çeşmə idi ki, tərifə gərək yox idi. Xızır həyat suyunu tapınca gözlərinə işıq gəlir. O, həyat suyuna enərək həm orada yuyunur, həm də bu sudan içir. Sonra bir qədəhdə su ayırır ki, gələndə İs-kəndərə versin. Lakin bir az sonra Xızır görür ki, çeşmə yox oldu. Xızır anlayır ki, sudan İskəndər içə bilməyəcək, çox pis olur. Sonra Xızır da gözlərdən itir.
Lakin bu əhvalatları rumlular başqa cür danışırlar. On-lar belə rəvayət edirlər ki, Xızırla İlyas bir-biriləri ilə getdik-ləri yolda yoldaş idilər. Onlar çeşməyə yetişəndə atdan enib, bulaq başında süfrə açırlar. Süfrədə yemək üçün balıq da var idi. Onlardan biri su içmək üçün bulağa əyilir və əlindəki balıq suya düşür.
O balığı sudan götürmək istədikdə görür ki, balıq diridir. Onlar anlayırlar ki, bu dirilik suyu imiş. O bu sudan doyunca içir və dostuna da xəbər verir ki, bu əbədi həyat suyundan iç-sin.
Ərəblər isə bu haqda başqa bir rəvayət danışırlar. Ərəb rə-vayətində belə deyilir ki, qədim zamanlarda yolunu azmış rumlu dəstəsi bu dirilik suyunun yerini tapıbmış. Xızır və İl-yas bu sudan içirlər, amma heç kimə bu haqda heç nə demir-lər. İskəndər də bu çeşməni ələ keçirmək üçün zəhmətlə at ça-pır. O, dirilik suyuna yetişmək dilərkən gəlib sulu bir çəmənə çatır. Çeşməyə çatmaq üçün İskəndər qırx gün, qırx gecə yol gedir və nəhayət yorulub bir kölgəlikdə dincəlir. İskəndər gö-rür ki, get-gedə kölgəlik zülmətə çevrilir. Bundan qorxan şah geri dönməyin yollarını axtarır. Bu zaman onun qarşısına bir mələk çıxır və deyir:
– Sən bu dünyanı ələ keçirmisən, amma hələ də doyma-mısan?
Sonra mələk şahın əlinə pul boyda daş qoyaraq deyir:
– Bu daşı gözün kimi qoru. Çalış bu dünyada bu daş ağır-lığında daşlar ələ keçir. Qəlbində minlərlə dilək olsa da bu daş qədəriylə kifayətlən.
İskəndər bu daşı əlinə alan kimi mələk yox olur. Bir qədər getdikdən sonra ona hatifdən səs gəlir:
– İnsanın qismətini yazısıdır verən. İskəndər çeşməni zül-mətdə ararkən bu, Xızıra qismət oldu.
Bu səsi dinlədikdən sonra İskəndər anlayır ki, artıq dirilik suyunu axtarmaq əbəsdir. O, mənasız bir şeyə maraq göstərdi-yini başa düşür və orduya fərman verir ki, geri dönsünlər. Qis-məti olmayan şeyə həvəs göstərdiyi üçün İskəndər dirilik su-yunu əldə edə bilmir. O gəldiyi yol ilə də geri dönür. Bu yolda ona madyan rəhbər olur.
Nizami Gəncəvi
ZALIM PADŞAHLA DÜZ DANIŞAN
KİŞİNİN DASTANI
(“Sirlər xəzinəsi”ndən)
Höcətdə, dirəşkənlikdə Həccacı mat qoyan, ürəklə-ri sındıran bir zülmkar şah vardı. Bir də hər səhər onun sarayında gündüz-dən gecəyə hər pıçıltını, hər xəbəri çatdıran aytək, gün-tək itigöz bir xəfiyyəsi var-dı. O, gizlin işləri, şübhəli məsələləri ustalıqla açma-ğı bacarırdı.
Bir gün o, gəlib şahın önündə qüssələnərək, baş əyib de-di:
– Bir qoca gizli bir yerdə sənin dalınca çox deyindi. Səni zalım, qaniçən adlandırdı.
Hökmdar casusun xəbərindən qeyzə gəldi. Fikrində qo-canı məhv etməyə qərar verdi. O, çölə palaz sərdirərək üs-tünə qum tökdürdü. Belə vəziyyətdə divlər də divanə taci-dardan qaçardı.
Bu vaxt yel sürətli bir cavan çaparaq qocanı tapdı. Qo-caya dedi:
– Şah səni xain bilir. Amandı, oyan, ehtiyatlı ol! O şey-tan səsli, məkrli zalım səni çağırmamış, özün onun yanına get. Şahı yola gətir, inandırmağa çalış. Öz dərdinə bir əlac et!
Qoca dəstəmaz alaraq kəfənini əyninə geyindi. Şahın önünə gəlib ədəblə salam verdi. Qara niyyətli şah qızmış halda yumruğunu sıxdı. Arxasında dayanan qocaya kinlə baxaraq dedi:
– Qoca, eşitmişəm dalımca danışmısan. Məni qəddar, yelbeyin adlandırmısan. Bilirsən, mən Süleyman mülkünün sultanıyam? Mənə hansı cürətlə zalım, div deyirsən?
İxtiyar qoca cavab verdi:
– Mənim ağlım başımdadır. Nə dediyimi yaxşı bilirəm. Sənin dediklərindən beş qat artığını demişəm. Qocalar da, gənclər də əlindən qan ağlayır. Bütün ölkə, kəndbəkənd, şəhərbəşəhər sənin əməlindən dad çəkir. Mən sənin eyiblərini bircə-bircə sayanam. Bir ayna kimi sənin yaxşını, yamanını göstərirəm. Ayna səni özünə necə varsan eləcə də göstərirsə, onda özünü qır, günah səndədir. Güzgünü qır-maq sənə yaraşmaz. Ağıl deyəni dinlə, mənim sözlərimi gö-tür-qoy et. Əgər düz demirəmsə, əmr et, məni dara çəksin-lər.
Qoca öz sözünü şahın üzünə şax və mərdanə söylədi. Onun düz sözü məğrur şaha bir az da təsir elədi.
Hökmdarı işin yaxşı, yaman tərəfi yumşaltdı. Qocanın haqlı, özünün haqsız olduğunu müəyyən edərək belə bir hökm verdi:
– Qocanın əynindən kəfəni çıxarıb ona xələt geyindirin. Bu ədalətli qocanın başına ətir səpin.
Şah o gündən istibdaddan, zülmdən əl çəkdi. O, xalqını əziz tutaraq, dərdindən hali oldu.
Şahın dürüst işini və qərarını heç kəs inkar etmədi. Axı doğruluğu danmağa kim cəsarət edə bilər?
Hər acıdan, ağrıdan ancaq düzlüklə qurtarmaq olar. Qoy düzlük və ədalət sənin məramın olsun. Çaldığın hər zəfər Tanrıdan gəlsin.
Halva da olsa, haqq söz haqsız üçün acıdır. Haqq acıdır-sa, fəqət hamı həqiqətin möhtacıdır.
Kim ki sözü yerli-yerində, mətləbi isə düz söyləyirsə, həqiqətin hamisi Tanrı da onun əlindən tutar.
Nizaminin ki qəlbi, xilqəti düzlükdür. Onun, inşallah, hər işi, mətləbi başa çatar.
Cəlil Məmmədquluzadə
(1869-1932)
YAN TÜTƏYİ
Cavan vaxtlarımda mən İrəvanda naçalnik divanxa-nasında qulluq edirdim. Qulluğumun adı dilmanc-lıq idi; yəni şikayətə gələn kəndlilərin sözünü naçalni-kə rusca tərcümə elərdim, naçalnikin də cavabını türk-cə yetirərdim kəndlilərə. Şi-kayətçi olmayan vaxtda da naçalnik tərəfındən pristav-lara və yüzbaşılara hökmlər və qeyri kağızlar yazardım və kağızları öz əlimlə yazandan sonra verərdim naçalnik qol çəkərdi, göndərərdik öz yerinə.
Bir gün divanxanada oturub yazı yazırdım. Yoldaşları-mın çoxu ruslar idi; ancaq bir-iki nəfər müsəlman mirzələri hərə öz işinə məşğul idi. Günorta vaxtı idi. Burada birdən mənim başıma bir iş gəldi; oturduğum yerdə akoşkadan gördüm ki, divanxana həyətinə çoxlu kənd camaatı gəl-məkdədir. Bu təbiidir. Yaraşar ki, qəza naçalniki divanxa-nasında həmişə kəndli olsun, amma məni təəccübləndirən iki şey oldu. Biri bu idi ki, kəndlilərin çoxunun əlində bir şey görürdüm: uzaqdan çubuq sapına oxşadırdım, amma akoşkaya yavıq gəldim və diqqətlə baxıb gördüm ki, kəndlilərin əlindəki yan tütəyidir.
Təəccüb! Məgər bunlar hamısı çobandırlar?! Və əgərçi çobandırlar, tütəklərini niyə əllərində gətiriblər və nə mü-nasibətlə buraya bu gün cəm olublar və kim bunları çağı-rıb?..
Mən, – necə ki naçalnik dilmancı, – borc bildim, çıxam həyətə və bu əhvalatdan xəbərdar olam, həyətə çıxan kimi camaat töküldü üstümə və başladı şikayətə:
– Ay ağa, bizə naçalnik ağanın rəhmi gəlsin. Biz Gərmə-çataq camaatındanıq. Həyə bu tütəkləri istəyirsiniz, bax, beş-on dənə yığıb gətirmişik.Vallah, billah tapılmır, çoban-ların çoxu dağdadır; hərə öz tütəyini götürüb aparıb. Sar-vanlar kəndinə də adam göndərmişik deyirlər: orda ustası var, olsa qayırtdırıb gətirəcəklər. Yoxsa İrəvanı vurduq bir-birinə, ancaq beş-üç dənə tapdıq.
Mən bir şey başa düşmədim; çünki nə qədər fikir eləyir-dim, yadıma düşmürdü ki, naçalnik divanxanası Gərməça-taq camaatından yan tütəyi istəmiş olsun və niyə istəsin? Mən bu fikrimi camaata deyəndə qabaqda duran kəndlilər belə bəyan etdilər ki, guya naçalnik divanxanasından hökm göndərilib Gərməçataq yüzbaşısına ki, bu gün, yəni iyun ayının ikisində, İrəvandakı kazak qoşunundan ötrü əlli dörd dənə yan tütəyi camaatdan yığıb göndərsin.
Mən daha da təəccüb elədim və soruşdum ki, bəs hanı naçalnik hökmü və yüzbaşı özü haradadır?
Bu heyndə bir kazak böyüyü, yanında bir neçə kazak, onların dalınca Gərməçataq yüzbaşısı Əbdül Kərim, əlində şallaq, onun dalınca yasovulu Heydərli və bunların da yan-larınca bir neçə nəfər Gərməçataq ağsaqqalı hücum çəkdilər divanxanaya və kazak böyüyü qeyzli, uca səslə naçalniki soruşdu və cavab almayıb, soxuldu naçalnikin kabinəsinə, yanındakılar da bunun dalınca.
Burada məni təəccübləndirən bu oldu ki, indi gələn ka-zakların birinin əlində dörd dənə “fleyta”, yəni yan tütəyi vardı. Bunlar, daha çobanlar çaldığı sadə yan tütəyi deyil-dilər; çünki “fleyta” dedikdə düyməli, uzun və şəvə kimi qara tütəklərdi ki, əsgəri musiqi dəstəsində bunun öz yeri var.
Çox qəribə! Kəndlilər bir yandan, bu kazaklar da bir yandan, bunlar hamısı bu gün bizə yan tütəyi daşıyırlar.
Mən məəttəl qalmışdım və heç macal eləmədim ki, hu-şumu başıma yığam, burada naçalnikin çox uca və çox acıq-lı səsini eşitdim:
– Mirzə Abbas! (Məni çağırırdı.)
Cəld özümü yetirdim naçalnikin otağına və gördüm ki, kazak böyüyü əyləşib naçalnikin yanında, o qalan adamlar da kənarda səf çəkib durublar. Naçalnik elə bir halətdə mə-nim üzümə baxırdı ki, deyirdim bu saat durub məni yeyə-cək. Hirsindən kişinin gözləri qızarmışdı və mənə bir qədər dik-dik baxandan sonra əlini stolun üstə tərəf uzatdı və so-ruşdu:
– Bu nədi?
Mən kefli adam kimi, qabaqca stolun üstündə bir şey görmədim; amma stolun üstündəkilər haman dörd dənə fleyta idi (yəni yan tütəkləri idi) ki, bayaq kazakların əlində görmüşdüm.
Naçalnik bir də dedi:
– Bu nədi?
Mən cavab verdim ki, bunlar fleytadır, yəni yan tütəyi-dir. Naçalnik belə giley-güzara başladı:
– Bəs sən ki, keflənməyə adətkərdə imişsən, nə cürət eləyib mənim idarəmə qulluğa gəldin?
Mən cavab verdim:
– Cənab naçalnik, bizim şəriətimizdə keflənmək nədir və siz cənabın hüzurunda mən o qələti eləmərəm və eləyə də bilmərəm.
Elə ki bu söz mənim ağzımdan çıxdı, naçalnik yerindən dik atıldı, stolun üstündən bir yazılmış kağız götürdü və mənə tərəf bir qədər əyilib az qaldı kağızı soxa mənim ağ-zıma və çığırdı:
– Oxu!
İndi mənim yadımda deyil ki, mən o kağızı necə oxu-dum; çünki gözlərimi tor bürümüşdü. Amma kağızın məz-munu belə idi:
“Hökm. Gərməçataq yüzbaşısına, İrəvan qəza naçalniki tərəfindən. Hökm edirəm, əlbəttə və əlif əlbəttə iyun ayının ikisində İrəvan şəhərinə Cəfərabad məhəlləsində olan kazak qoşununun böyük əfsəri polkovnik Afanasyevin hüzuri-şə-riflərinə əlli dörd dənə yan tütəyi (fleyta) camaatdan yığıb göndərəsən; çünki haman qoşunlar haman tarixdə haman yan tütəklərinə minib Kənakir kəndinə yaylağa gedəcəklər və məbada-məbada bu işi, təxirə salasan ki, məsuliyyət altı-na düşəsən. Vəssalam.
İrəvan naçalniki Petrov”.
Demək, həmin hökm yazılıb bizim divanxanadan, hök-mə qol çəkib həmin bizim naçalnikimiz Petrov və hökmü də öz dəst-xətti ilə yazan kimdir? Mən bədbəxt, mən yazıq, mən başıbəlalı Mirzə Abbas Fərzəliyev, yəni İrəvan naçal-nikinin dilmancı.
* * *
Hə, yavaş-yavaş huşum başıma cəm olur və indi yuxu ilə həqiqəti seçirəm. İndi bilirəm ki, günah kimdədir, kimdə deyil. Və ancaq indi qanıram ki, mətləb nə üstədir və indi görürəm ki, bu fəsadı törədən kim imiş.
Vallah-billah, əgər naçalnikin yerinə mən olsaydım, ya-pışardım bu lənətə gəlmiş dilmanc Mirzə Abbasın boğazın-dan (yəni özümü deyirəm ha) və o qədər sıxardım ki, boğu-lardı və boğulub öləndən sonra ağlı başına gələrdi.
Əhvalat belə imiş: hər kəs istəyir həmin qilü-qalın əs-lindən xəbərdar olsun, aşağıda yazılan bir neçə sətri zəhmət çəkib oxusun.
***
İki ay bundan qabaq naçalnikdən izn alıb getmişdim kəndimizə anamın ziyarətinə. Orada mən bir həftə qaldım, amma necə qaldım? Əmoğlum Pirverdinin bərəkətindən, elə yadıma gəlir ki, kəndimiz, behiştin bir guşəsi idi. Pir-verdi bir məharətlə yan tütəyi çalırdı ki, onun çalmağına qulaq asanda mənim yemək-içmək yadıma düşmürdü. Əmoğlumun peşəsi qoyun saxlamaq idi və qoyunları da kürd çobanlarına tapşırmışdı. Bununla belə, özü də həmişə qoyunlarının yanında olardı və qeyri çobanlar kimi bu da yan tütəyini çalmağı adət eləmişdi. Amma Pirverdinin çalmağı özgə bir çalmaq idi və çox ittifaq düşərdi ki, qonşu kəndlərdən bunun yan tütəyi çalmağına qulaq asmağa gələrdilər və mənim özümün bu çalğıya o qədər həvəsim vardı ki, daha doya bilmirdim. Axırda özüm də belə eşqə düşdüm ki, özümə bir yan tütəyi ələ gətirib başlayım yavaş-yavaş çalmağa ki, bəlkə, pənah Allaha; mənə də elə xoş-bəxtlik üz verdi ki, Pirverdi kimi çalan oldum. Əmoğlum bu xəyalımı bilən kimi öz yan tütəyini bağışladı mənə və mənim bir həftə məzuniyyətim qurtarandan sonra tütəyi səliqə ilə basdım pambığın arasına, qoydum bir balaca qu-tuya ki, yolda arabada sınmasın və gəldim İrəvana. Burada mənzilimdə qutudan tütəyi çıxartdım və üst-başımın tozu-nu silməmiş və yoldan rahat olmamış, başladım tütəyi çalmağa.
Amma heyif, nə qədər püfləyirəm, tütək heç bir səs ver-mir. Dodağımı gah belə tuturam, gah elə tuturam, yavıqdan çalıram, gah bir az uzaqdan üfürürəm. Tütək körük kimi fı-sıldayır, ancaq bir səs çıxartmır.
Daha yorulub bir qədər məyus oldum. Tütəyi qoydum stolun üstünə, çıxdım getdim divanxanaya. Qulluğumu qurtarıb gəldim evə və çörəkdən qabaq genə götürdüm tü-təyi və genə istədim çalam. Xeyr, çalınmır.
Dedim bəlkə tütək yolda xarab olub. Diqqətlə o tərəf-bu tərəfə baxdım. Xeyr, salamatdır; amma çalınmır. “Allahü-əkbər”. Genə yoruldum və qoydum kənara. Çörək yedim və çıxdım getdim gəzməyə və qayıdıb gələndən sonra genə is-tədim imtahan eləyəm. Xeyr, çalınmır. Bari pərvərdigara, bu nə bədbəxtlik?! Niyə sən məni elə bir nemətdən məh-rum qılırsan ki, o neməti sən hər bir çobana kəramət eləmi-sən? Mən nə günahın sahibiyəm! Və belə-belə Allahı çağır-maq genə bir fayda bağışlamadı; çünki bu xeyir-duadan sonra nə qədər əlləşdim, tütəyim çalınmadı.
Yada salıram Pirverdinin çalmağını: tütəyi belə tuturdu, sağ əlini belə qoyurdu, sol əlilə belə yapışırdı, barmaqları burada olurdu, dodaqlarını belə yumurdu. O ki bunları belə eləyirdi, mən də belə eləyirəm, bəs niyə bu şoğərib tütək onun əlində çalınsın, mənim əlimdə çalınmasın?..
Bir gün səhər yerimdən durdum, geyindim, tez bir stə-kan çay içdim ki, gedim divanxanaya qulluğuma və ehtiyat üçün tütəyi götürdüm, dayadım dodağıma. Aha!.. Qurban olduğum tütək çalındı; yəni bundan bir səs çıxdı. Haman səs idi ki, Pirverdinin kəndimizdə çalmağını yada salırdı. Ax, haradasan əmoğlu, səni bir qucaqlaya idim və basa idim bağrıma, doyunca öpə idim!..
Saata baxdım: qulluğumun vaxtından yarım saat keçir-di. Tütəyi bir neçə dəfə öpdüm, səliqə ilə qoydum qutuya və qaçdım küçəyə.
Pəh-pəh, nə gözəl dünya! Günün istisi, küçənin tozu; adamların yaxşı, ya pis hərəkəti, dağ, daş; otlar və ağaclar, guya bunların hamısı bu gün dilbir olublar ki, mənə müba-rəkbadlıq versinlər ki, bu gün mənim tütəyimin səsi çıxıb-dır.
Divanxanaya yetişdim, yoldaşlarımın hamısına salam verdim və bir-ikisinin qulağına pıçıldadım ki, bu gün mə-nim tütəyim çalınıbdır. Oturdum, kağız-kuğuzu çıxartdım, başladım yazmağa. Amma hər nə ki yazıram, – heç bilmi-rəm nə yazıram, hər kəslə danışıram, – bilmirəm nə danışı-ram; çünki fikrim tütəyin yanındadır. Saatı çıxardım qoy-dum stolumun üstə ki, görüm saatın şümarələri nə vaxt gəlib, 3-ün üstündə duracaqlar ki, börkümü götürüb qaçım evə.
Bu arada naçalnik məni çağırdı və belə dedi:
– Götür, bu saat bir hökm yaz Gərməçataq yüzbaşısına ki, iyun ayının ikisində əlbəttə və əlif-əlbəttə Cəfərabad mə-həlləsində olan kazak qoşununun böyük əfsəri polkovnik Afanasyevin hüzuri-şərəfinə əlli dörd dənə araba camaat-dan yığıb göndərsin; çünki qoşunlar haman tarixdə, haman arabalara minib Kənakir kəndinə yaylağa gedəcəklər və bu işi məbada təxirə salasan ki, məsuliyyət altına düşərsən. Vəssalam.
Mən naçalnikə “baş üstə”, – deyib getdim. Hökmü yaz-dım və gətirdim naçalnikin qabağına qoydum. O da bir-iki sətir başdan və bir-iki söz axırdan oxudu və qələmi götürüb qol çəkdi, qaytardı mənə; amma bircə bunu dedi ki, “tez, tez, bu saat göndər”.
Hökmü haman dəqiqə dəftərə saldılar, qoydular paketə və göndərdilər.
Amma araba nədir, zad nədir? O gün mənim beynimə belə-belə sözlər çox çətin girə bilərdi; çünki o gün mənim fikrim-zikrim məhz yan tütəyinin yanında idi. Və o gün məndən ötrü yan tütəyindən savayı heç bir şey yoxdu və ola da bilməzdi. Və gör o günü məndə olan yan tütəyinin eşqi nə qədər qəliz imiş ki, naçalnikin hökmündə “araba” əvəzinə “yan tütəyi” yazmışam. Hökm də gedib Gərməça-taq yüzbaşısına çatandan sonra, o da hökmü verib mirzəsi-nə oxudub və camaata xəbər veriblər ki, naçalnik camaat-dan əlli dörd dənə fleyta, yəni yan tütəyi istəyir. Hamı mə-əttəl qalıb, aya, bu qədər yan tütəyini haradan yığmaq mümkündür və aya, görəsən qoşuna bu qədər yan tütəyi nə lazımdır; çünki axı yan tütəyini minmək olmaz! Bu at deyil, eşşək deyil. Və axırda yüzbaşı və kənd mirzəsi ki, camaat içində hamıdan çox bilən imişlər, camaatı başa salırlar ki, yəqin qoşunların musiqi dəstəsinin çalğılarının xərcini hö-kumət istəyir kənd camaatının öhdəsinə qoysun.
Bir qədər də danışdıqdan və məsləhətdən sonra belə qə-rar qoyurlar ki, camaat içindən üç nəfər ağsaqqal seçib gön-dərsinlər şəhərə ki, bazarı gəzib nə qədər tapsalar, yan tütə-yi alsınlar və çobanlardan da hər nə bacarsalar yığıb apar-sınlar. Bundan əlavə qubernata da bir ərizə yazdırsınlar ki, bundan sonra qoşunların musiqi dəstəsinin xərcini cama-atın üstünə yıxmasınlar; çünki Gərməçataq camaatı çox ka-sıbdır.
***
İrəvanda Cəfərabad məhəlləsində oturan kazak qoşun-ları iyunun ikisində Kənakir dağına yaylağa gedəsi idilər və İrəvan naçalnikindən haman gün əlli dörd araba istəmişdi-lər və naçalnikdən kazak böyüyünə cavab gəlmişdi ki, lazı-mi qərardad olunub və vəqti-müəyyəndə əlli dörd araba ha-zır olacaq.
Haman iyunun ikisində arabalar gözlənilən vaxt kazak böyüyü polkovnik Afanasyevə ərz edirlər ki, Gərməçataq yüzbaşısı dörd dənə fleyta gətirib. Polkovnik bu işə təəccüb edir və fleytaları qəbul etməyib, arabaları soruşur. Yüzbaşı-nın da ki, arabadan xəbəri yox. O da naçalnikin hökmünü nişan verir. Hökmdə də araba yazılmayıb, yan tütəyi yazı-lıb.
Polkovnik bir neçə dəfə ayaqlarını yerə döyəndən sonra və yüzbaşının atasını və anasını bir neçə dəfə söyəndən son-ra yüzbaşını da, onun yasovulunu da və gətirdikləri yan tü-təklərini də götürüb, bir neçə kazak əsgərləri də onların da-lınca gedirlər naçalnik divanxanasına ki, görsünlər bu nə əməldir.
Xülasə.
Amma naçalnikin və mənim başıma bu mərəkəni açan yan tütəyindən də axırda elə bir mətləb hasil olmadı; axırda belə məlum oldu ki, yan tütəyi çalmaqda əmoğlum kimi məharət göstərmək və qulaq asanları valeh etmək mənə xu-dayi-taaladan qismət deyilmiş.
Bir qədər keçəndən sonra musiqiyə olan həvəsim o qə-dər azaldı ki, başıbəlalı tütəyi bilmərrə gözdən saldım.
Əbdürrəhim bəy Haqverdiyev
(1870-1933)
OVÇU QASIM
Ovçuların yalan danış-maları hər bir yerdə məlum-dur. “Ovçu yalanı” zərbi-məsəldir. Bununla belə, vay o şəxsin halına ki, ovçunun hekayələrinə inanmayıb ba-şını bulaya və yainki çiyin-lərini qısa, yaxud dodağı al-tında təbəssüm edə; ovçu o saat inciyib hekayətlərin da-lısını söyləməyəcək və deyə-cək:
– Doğrudur, ovçu çox yalan danışan olar və mənim yol-daşlarımın arasında da qurama-qarışıq söyləyən çoxdur. Amma mən ömrümdə yalan söyləməmişəm.
Xeyr, əfəndim, nə buyurursunuz?! Biz heç vaxt sizin söhbətlərinizin doğruluğuna şəkk gətirmirik. Bizdə gördü-yünüz halət, ancaq heyrət əlamətidir, başqa bir şey deyil və ola da bilməz.
Ovçu üzrləri qəbul etməyib hekayətinin dalısını söylə-məyəcəkdir.
Bizim qonşumuz ovçu Qasım da bu qəbil ovçulardan-dır.
Qış gecələrində bikar adamlar onun başına cəm olub söylədərlər. O da uzun-uzadı öz ovçuluğundan, hünərin-dən, dörd ayını bir gündə öldürdüyündən, gecə vaxtı darı zəmisində qırğı ilə bildirçin ovladığından, tüfəngsiz gedər-kən yolda yüz tülkü gördüyündən və bu qəbil söhbətlərdən edib, vaxtın xoş keçməsinə səbəb olur.
Bu da qeyd edilməlidir ki, ovçu Qasımın uydurma söh-bətləri fəqət ova dairdir, Qasım, iş yalanı deməz.
Qış gecəsi idi. Qasım kənddə isti buxarının kənarında başıaçıq əyləşib bizim üçün söhbət edirdi. Buxarının içinə yığılmış palıd kötüyü çırtaçırt yanmaqda idi, samovar da bir tərəfdə segah oxuyurdu. Buxarının bir tərəfində bir bö-yük pişik dörd ayağını və quyruğunu uzatmış, xorultu ilə yatmışdı. Qasımın istəkli tulası “Gümüş” də qapının ağzın-da “şonqutma” əyləşib sahibinin söhbətinə qulaq asırdı.
Bayırda şiddətli külək qarı səhra qumu tək havaya so-vururdu, damın taxtalarının arasından keçdikdə fabrik bo-rusu tək fit verirdi.
Yoldaşlardan birisi küləyin vıyıltısını eşidib dedi:
– Belə gecəninki belə-belə söhbətlərdir. İsti otaqda, isti buxarının kənarında əyləşib vaxt keçirəsən.
Qasım bu sözə şərik olmadı.
– Yox, qardaş, səhvsən, görünür, ovçu deyilsən, qışın belə günləri ayı ovu üçün çox müsaid olur. Mən belə bir gündə iki sənə bundan əqdəm dörd ayını Hacı Samlı meşə-sində öldürdüm. Ayıların cəmdəklərini meşədə qoyub gəl-dim ki, səhər araba aparıb gətirim. Yerlərini və yolu da ni-şanlamışdım. Səhər araba ilə gəldim, gördüm, kürdlər zalım uşaqları cəmdəklərin dördünü də oğurlayıb aparıblar.
– Qasım, ayının dördünü də tək özün öldürdün?
– Mən ova tək gedirəm. Həmişə yoldaşım bircə bu Gü-müş olar.
Bu halda Gümüş öz adını eşidib “ham” elədi. Gümüşün nə demək istəməsini yəqin bir sahibi bildi, bir də özü. Qa-sım söhbətinə davam elədi:
– Qırqovul vurmaq üçün, dovşan ovuna, tülkü ovuna, çaqqal və canavar ovuna getmək üçün belə hava çox yara-yan olar. Həmçinin ördək ovu üçün qış fəsli yaxşı olar. “Ör-dək” dedim, bir şey yadıma düşdü, sizə nağıl edim.
– Buyur.
– Bir sübh tüfəngi götürüb kənddən çıxdım. Kəndin kə-narından ötərkən gördüm Allahverən kişinin bağının çəpə-rinə altı ördək qonubdur.
Yoldaşlardan birisi Qasımın sözünü kəsdi:
– Ay Qasım, axı ördəyin çəpərə qonduğunu biz anadan olandan görməmişik.
Qasım hirsləndi.
– Sən öz bazarından dəm vurursan. Ördəyin xasiyyətini biz ovçular bilərik. Hər yerin ördəyində bir xasiyyət olur. Sizin kəndin ördəkləri ola bilsin ki, çəpərə qonmasınlar. An-caq bu yerin ördəkləri başqadır: buranın ördəkləri çəpərə də qonarlar, hələ desən, ağaclarda yuva da tikərlər.
Gümüş “ham” eləyib sahibinin sözlərinə şərik oldu. Qa-sımın pərt olmağını görüb, hamımız etiraz edən yoldaşı mə-zəmmət edib sakit etdik.
– Qasım, söhbətini elə, görünür, bu adam xamdır.
Qasım davam etdi:
– Bəli, gördüm Allahverən kişinin bağının çəpərinə altı ördək qonubdur… Yox… Nələt yalançıya, altı deyildi, beş idi.
Gümüş “ham” edib hürdü.
– Mən baxdım ki, tüfəngi ördəklərə boşaltsam, biri qalıb qalanı uçub gedəcək. Bəs necə edim ki, ördəklərin beşini də ələ gətirim. Bir qədər fikirdən sonra tüfəngin sünbəsini çıxa-rıb saldım lüləsinə. Tuşlayıb necə atdımsa, ördəklərin beşi də kabab kimi sünbəyə keçdilər. Götürüb gəldim evə.
Biz buna bərk gülüşdük və Gümüş də “ham” edib hür-dü. Pişik ayağa qalxıb çırpınıb, belini dikəltdi, gərnəşib evin küncünə tərəf getdi.
Hamımız Qasımın hünərini tərif etdik.
Qasım durub, çay töküb, öz əli ilə hər adamın qabağına bir stəkan çay qoyub dedi:
– Sizə qırqovuldan söyləyim.
– Buyur, Qasım.
Atalarımızın məsəli var: “Yüz gün yaraq – bir gün gə-rək”. Bir gün Qarabağırlıya getməli oldum. Səhər atı minib yola düşdüm. Nədənsə tüfəngi də götürmədim və halon ki, mən tüfəngsiz evdən çıxmaram. Adamın bəsarəti bağlanan-da bağlanır. Gümüş də yanımda idi.
Gümüş “ham” edib cavab verdi.
– Hacı Cabbarın kolluğundan keçərkən atın ayağının al-tından bir qırqovul toyuğu pırtlayıb qalxdı. Baxdım tüfən-gim çiynimdə yox. Qamçını qırqovulun dalınca atdım, qam-çının qol halqası keçdi qırqovulun boğazına və bu halla quş uçub getdi. Bu əhvalatdan bir ay keçmiş yolum yenə həmin kolluqdan düşdü. Bir də gördüm həmin qırqovul toyuğu kolların arasında gəzir və mənim qamçım da boğazındadır. İndi bir söz deyəcəyəm, inanmayacaqsınız: sizin hamınızın meyidini görüm ki, bir zərrə yalanı yoxdur. Baxdım ki, qır-qovulun dalınca on və ya on iki cücə gedir və hər cücənin boynunda bir balaca qamçı var.
Biz bu hekayətə qəhqəhə ilə ucadan güldük. Gümüş üç dəfə “ham, ham, ham” edib bayıra çıxdı.
Yusif Vəzir Çəmənzəminli
(1887-1943)
ƏZİZ
Ballı xala qabı eşib, bir qızarmış iri kələm dolması tapıb, oğlu Qulunun ağzına uzatdı.
– Qurbanın olsun anan, buncuğazı ye!
Qulu cavabında “iştaham yoxdur”, – dedisə də, Ballı xa-la dolmanı bir az da irəli uzatdı:
– Yox, vallah yeyəcəksən!
– A kişi, yemirəm!
– Yox, yeyəcəksən!
Qulunun iştahası yox idisə də, axırda əlacı kəsilib, rəng-siz dodaqlarını aralayıb, dolmanı içəri ötürdü.
Ballı xalanın dul qızı Güldəstə dolma qabına bir tikə vu-randa əlinə bir qırmızı üzək keçib, cəld qovzadı:
– Qulu, bunuca ye!
– A kişi, yemirəm!
– Bıy, ədə bir ağzını aç!
Qulu istədi saralmış üzünü turşaldıb, bacısına acıqlan-sın, bir vaxt gördü üzəyin ucu ağzına yetib, yağı damcılayır. Əlacı kəsilib, yenə rəngsiz dodaqlarını araladı və üzəyi içəri ötürdü.
Qulu üzəyi bir əngindən o biri ənginə aparıb, asta-asta çeynəyirdi, bir də gördü xalası kor Qızxanım qabdan bir sü-mük tapıb, apardı qıpıq gözlərinin qabağına və bir az o yan-bu yana çöndərib zənn ilə baxdıqdan sonra çığırdı:
– Qulu, xalan kor olsun, bircə bu sümüyü gəmir!
Qulu dolu ağzını çöndərib, ütük qaşlarını qovzuyub; al-tı-üstü şişmiş gözlərini süzməkdə xalasına nə deyəcək idi-sə, beş-altı yerdən onun sözünü kəsib çığırışdılar:
– Bıy, bəs adam şikəst xalasının sözünü yerə salar?! Ye, nədir ki, bir sümükdür, dayna!
Qulu səsini xırp kəsib, sümüyü qapdı.
Ballı xalanın əri evindən döyülüb qovulmuş qızı Xırda bir yaxşı tikə tutub, gözləyirdi ki, Quluya versin. Qulu bunu görcək ağzında əzilmiş üzəyi bir ənginə yığıb, bacısının üs-tünə çığıranda üzəyin bir parçası gedib boğazında qaldı və öskürməyə başladı.
Bir dəqiqədə ev səs ilə doldu:
– Su, su! Gədəcik öldü!
Ballı xala Qulunun dalına əli ilə döyəcləyib deyirdi:
– Hamısı sənin! Hamısı sənin!
Əri Kərbəlayı Gülüməli karıxdığından elə barmaqlarını yalaya-yalaya qalmışdı; dul bacı su gətirirdi; döyülüb qo-vulmuş bacı o baş-bu başa yüyürüb çığırırdı.
Xala başını Qulunun üzünə yavıqlaşdırdı ki, ağzını ta-pıb, əlini soxsun…
Xoşbəxtlik üz verdi – üzək Qulunun boğazından ötüb getdi və külfət sakit olub, öz xüsusi işlərinə məşğul oldu.
Yatmaq vaxtı yetişdi; həyətə yüz mütəkkə getdi. Ağac-ların altında yatacaqlar salındı. Qulunu dörd-beş adam ya-tırmağa apardı. Ballı xala irəlilədi və – “başına dönüm, çöl soyuqdur”, – deyib Qulunun üstə bir qış yorğanı saldı; dul qız nənəsinin sözünü təsdiq edib, birini də o saldı; qovul-muş qız da bir cecim tapıb gətirdi. Xala gözünün üstə əlini qoyub, bir göyə baxdı və sonra nə fikir elədisə gödək tuma-nı atıla-atıla yatacağına tərəf getdi və əlini sürtüb, dəstə ilə çıxmış yeddi-səkkiz tumanı tapıb, Qulunun üstə saldı.
Kərbəlayı Gülüməli gecə papağını geyib, bərk səslə:
– Ay uşaq, Qulu rahat oldumu? – soruşdu.
Elə ki beş-altı yerdən, – “rahat oldu”, – deyə səs gəldi, Kərbəlayı aftafanı götürüb, öskürə-öskürə həyətin dibinə getdi. Qulu gecə sabaha kimi istidən yata bilməyib, o yan-bu yana çöyrükdü və hər çöyrükəndə də üstündən bir yorğan sürüşüb düşdü. Belə oldu ki, axırda üstünü tamam açdı və bu surətlə yuxuya getdi.
Sabah evə qarışıqlıq düşmüşdü. Qulu azarlamışdı. Kər-bəlayı Gülüməli ağ tumanlı həkim dəlləyin yanına yüyü-rürdü. Ballı xala keçi piyi axtarırdı ki, Qulunu piyləsin; qız-lar ağlaşırdılar. Xala da üzərlik yandırıb, Qulunu tüstüyə verirdi.
Süleyman Sani Axundov
(1875-1939)
QAN BULAĞI
İyulun isti günlərinin birində dağların arası ilə uzanan əyri-üyrü, eniş-yoxuş yol ilə iki atlı gedirdi.
Bunların biri iyirmi yaşında gənc, digəri yetmiş sinninə varmış bir qoca idi. Bu iki şəxsin yaşlarında bu qədər böyük fərq olduğu halda, zahirlərində bir o qədər fərq görünmə-yirdi. Hər birisinin əynində pişmət, çərkəzi çuxa, belində kəmər, xəncər və qılınc, başında dəri papaq, çiynində qara yapıncı və boynunda ağ başlıq var idi. Qocanın at üstündə əyləşməsi, əzasının hərəkəti, alıcı quş kimi baxışı gəncdən seçilməyirdi. Lakin qocalıq nişanəsi üzünün qırışından və uzun ağ saqqalından görünürdü.
Yol getdikcə daralırdı. Dağlardan enib, indi qayadöşü incə bir yol ilə gedirdilər. Onun yuxarı tərəfi divar kimi uca-lan sıldırım qayalar, alt tərəfi göz qaraldan uçurum dərələr idi. Bu qorxulu yol ilə səfər etmək qeyrilərə namümkün ol-duğu halda, Dağıstan əhalisinə və onların atlarına adi bir şeydir.
Vaxt günortaya yaxınlaşmışdı. Susuzluqdan hər iki sü-vari yanırdı. Ələlxüsus susuzluq gəncə daha artıq təsir elə-yirdi. Onun gözləri səbirsizlik və iztirab ilə su arayırdı. Bu halda gəncin qulağına su şırıltısı gəldi.
– Baba, muştuluq olsun, irəlidən su səsi gəlir, – deyə ca-van atını sürdü.
Qoca təbəssüm ilə ona nəzər salaraq, başını yırğaladı. Gənc bulağa çatdıqda gördü ki, suyun rəngi qırmızıya çalır. Buna baxmayaraq susuzluğunu tezcə rəf etmək üçün bir qurtum su içər-içməz:
– Bu nə cür sudur? – deyə ayağa qalxdı. Bu halda qoca gəlib ona çatdı və gülümsəyərək dedi:
– Susuzluğunu rəf etdinmi, oğlum?
– Xeyr, baba, bu bulağın suyu içməli deyil, zəfir dadı verir, rəngi də qana bənzəyir, – deyə cavab verdi.
– Elədir, oğlum, bu “Qan bulağı”dır, bunun suyu dəmir ilə qarışmış, bu su qansızlara və bəzi naxoşlara dərmandır…
Cavan sordu:
– Bu “Qan bulağı” adını nədən almış, baba?
– Bir az səbir et, oğlum, bulağın hekayəsini sənə söylə-rəm. İndi isə ardımca sür, bu yaxında içməli su var, – deyə qoca atını sürdü.
Bir qədər getdikdən sonra gözəl bir bulağa rast gəldilər, atdan endilər. Cavan xurcunundan yemək çıxarıb, süfrə sal-mağa məşğul oldu. Nahardan sonra qoca yapıncısını yerə sərib üstünə uzandı. Cavan onun “Qan bulağı” barəsində verdiyi vədəyə müntəzir, qarşısında əyləşmişdi. Qoca göz-lərini yumub bir müddət sükuta getdi. Gənc elə fikir etdi ki, qoca vədəsini unudub yuxuya daldı. Lakin fikri yanlış idi. Bir azdan sonra qoca gözlərini açdı, başlığını büküb dirsə-yinin altına qoydu və dərindən bir ah çəkib dedi:
– Ulu Qafqaz, ulu dağlar! Hər bir daşın bir tarixdir. Kimlər gəlib sinəndən keçmədi, çaylarını qızıl qana dön-dərmədi!.. Oğlum, bu dərə, bu torpağı iki yerə təqsim edir. Belə rəvayət edirlər ki, qədim zamanda bu dərənin o tərəfində böyük bir qəbilə, başında Misir xan adında bir rəis və bu tərəfində digər bir silsilə Surxay xanın rəisliyi ilə sa-kin olurmuşlar. İttifaqən bu iki xanın arasında qan davası düşür, bunlar bir-birlərini tələf etməyə başlayırlar. Bir müd-dət keçmiş, Misir xan və Surxay xan bir də baxıb görürlər ki, cəmi oğlanları və yaxın əqrəbaları bu qan davasında qırı-lıb tələf olmuşlar. Ədavət isə yenə yatmayıb baqi qalır. La-kin hər iki rəis yeni övladlarının dünyaya gəlməsinə müntə-zir olur ki, onların köməkliyi ilə düşməndən intiqamını al-sın. İttifaqən bunların bir gecədə iki övladı təvəllüd edir. Surxay xanın oğlu, Misir xanın qızı olur. Bu ittifaqdan nə qədər Surxay xan şad olursa, bir o qədər Misir xan qəmgin və məyus olur. Misir xanın anası, oğlunu belə məyus və qəmgin gördükdə deyir:
Ücretsiz ön izlemeyi tamamladınız.