Kitabı oku: «Beynəlxalq Münasibətlər üzrə bələdçi»
Redaktordan və tərcüməçilərdən
İngiliscə adı «Handbook of International Relations» olan bu kitabın adını Azərbaycan dilinə həm masaüstü kitab, həm dərs vəsaiti, həm də sorğu kitabı kimi tərcümə etmək olardı. Lakin tərcümə işi irəlilədikcə bu kitiabın adını «Beynəlxalq münasibətlər üzrə bələdçi» qoymağın daha düzgün olduğu qənaətinə gəldik. Çünki kitabın hər bir fəslinin müəllifləri Beynəlxalq münasibətlərin müstəqil akademik bir fənn kimi formalaşdığını vurğulamaqla bərabər, oxucuya özünə aid olan bölmə üzrə fudamental anlayışlardan mövcud problemlərə qədər bələdçilik etməyə çalışır.
Müəlliflərin də göstərdiyi kimi, fənnin əhatə dairəsi, predmeti, anlayışları, terminologiyası sahəsində mübahisələr hələ də davam etməkdədir. Ona görə də, belə qeyri-müəyyənliklərin, çoxmənalılığın tərcüməyə təsir göstərməməsi mümkün deyildi. Bu mənada kitabda müşahidə ediləcək qüsurlara mülayim yanaşılacağına və onlar haqqında qeydlərin bizə çatdırılacağına ümid edirik.
Ümumilikdə Bələdçinin həm tələbələr, həm mütəxəssislər, həm də bu sahə ilə maraqlananlar üçün faydalı bir mənbə olacağı bizdə şübhə doğurmur. Ön söz ümumi olduğundan tərcümənin redaktoru gördükləri çətin işə görə tərcüməçilərə, tərcüməçilər redaktora, onların hamısı isə bir yerdə, bu kitabın ənənəsinə uyğun olaraq anonim qalmağı üstün tutmuş məsləhətçiyə təşəkkürlərini bildirirlər.
Müəlliflər haqqında
Emanuel Adler Toronto Universitetində Israilin Öyrənilməsi üzrə Andrea və Charles Bronfman kafedrasının müdiri və Yerusəlimdəki Hebrew Universitetinin professorudur. The Power of Ideology (1987), Progress in Postwar International Relations (Beveriy Crawford-la birlikdə, 1991), Security Communities (Michael Bamett-lə birlikdə, 1998) kitablarının və International Organization, European Journal of International Relations və Review of International Studies jurnallarında məqalələrin müəllifidir. Cari layihələri Aralıq dənizi regionunda pluralist inteqrasiya, qlobal idarəetmə və Beynəlxalq münasibətlərin təsisatlanmasının konstruktivist nəzəriyyəsi ilə əlaqədardır.
David A. Baldwin World Order Studies-in Ira D. Wallach professoru və Kolumbiya (Columbia) Universitetinin (Nyu-York) Hərb və Sülh Tədqiqatları İnstitutunun (Institute of War and Peace Studies) üzvüdür. Onun güc haqqında məqalələri World Politics, Journal of Politics, Journal of Conflict Resolution, International Organization, American Political Science Review, International Security və Security Studies-də dərc edilmişdir.
Thomas J. Biersteker Thomas J. Watson Jr-un Beynəlxalq Tədqiqatlar İnstitutunun (Institute for International Studies) direktoru və Brown Universitetində Transmilli Təşkilatların (Transnational Organizations) Henry R. Luce professorudur. Onun tədqiqatları başlıca olaraq Beynəlxalq münasibətlər nəzəriyyəsi və inkişafın beynəlxalq siyasi iqtisadı üzərində cəmləşmişdir. State Sovereignty as Social Construct (Cynthia Weberlə birlikdə redaktə edilmişdir, 1996), Argument without End: In Search of Answers to the Vietnam Tragedy (James G. Blight, Robert K. Brigham, Robert S. McNamara və Herbert Y. Schandler ilə birlikdə yazılmışdır, 1999) və The Emergence of Private Authority in Global Governance (Rodney B. Hall ilə birlikdə redaktə edilmişdir, çapa verilmişdir) onun ən son kitablarındandır.
Walter Carlsnaes Uppsala Universitetində Hökumət İdarəçiliyi professorudur (Professor of Government), habelə Norveç Beynəlxalq münasibətlər İnstitutunda (Norwegian Institute of International Affairs) Adyunkt (Adjunct) Professordur. O, həmredaktoru olduğu iki cild də daxil olmaqla beş kitab nəşr etdirmiş və European Journal of International Relations-un təsisçi redaktoru olmuşdur. Onun əsas tədqiqat maraqları BƏ nəzəriyyəsi və ictimai elmlərin fəlsəfəsi, AB (Avropa Birliyi) –nin xarici əlaqələri, İsveçin xarici və təhlükəsizlik siyasətidir.
James D. Fearon Stanford Universitetində Siyasi elmlər professorudur. Onun tədqiqatları demokratiya və beynəlxalq mübahisələr, dövlətlərarası müharibələrin izahı, son zamanlar isə mülki və xüsusən etnik zorakılığın səbəbləri üzərində cəmlənmişdir. Nəşrlərindən 'Domestic Political Audiences and the Escalation of International Disputes' (American Political Science Review, September 1994), 'Rationalist Explanations for War' (International Organization, Summer 1995) və 'Violence and the Social Construction of Ethnic Identity'-ni (David Laitin-lə birlikdə, International Organization, Autumn 2000) nümunə gətirmək olar.
Peter Gourevitch San Diego-dakı California Universitetində Siyasi elmlər professoru, SDCU-nun Beynəlxalq münasibətlər və Sakit okean regionu tədqiqatları Diplomlu mütəxəssis məutəbinin (UCSD's Graduate School) təsisçi dekanıdır. O, David Lake ilə birlikdə International Organization-un redaktoru və Politics in Hard Times: Comparative Responses to International Economic Crises –də daxil olmaqla Beynəlxalq münasibətlər və müqayisəli siyasət haqqında məqalə və kitabların müəllifidir. O, Amerika İncəsənət və Elmlər Akademiyasına üzvü seçilmişdir, Xarici Əlaqələr Şurasındakı Xarici ölkələrdən təqaüdçü tədqiqatçıların seçilməsi Komitəsinin sədridir.
Richard K. Herrmann Ohayo (Ohio) Ştatının Universitetində Siyasi elmlər professoru və Mershon Center-in direktorunun müavinidir. O, Beynəlxal əlaqələrin nəzəriyyəsi, siyasi psixologiya ilə maraqlanır, ABŞ və Rusiyanın xarici siyasəti, Orta Şərqdə siyasi münaqişələr haqqında yazılar yazmışdır. Onun tədqiqatları dünya işlərində qavramanın oynadığı rol, xüsusən də obrazlar nəzəriyyəsi üzərində cəmlənmişdir. Onun cari tədqiqatı mənsubiyyət və emosiya, onların qavramayla münasibəti, habelə çoxqat sosial mənsubiyyətlərlə siyasi təsisatlar arasındakı əlaqələr haqqındadır.
Andrew Hurrell Oxford Universitetinin Beynəlxalq münasibətlər fakultəsində universitet mühazirəçisi (University Lecturer) və Oxford-dakı Nuffield kollecinin təqaüdçü tədqiqatçısıdır. Onun maraqlandıran əsas məsələlər, beynəlxalq hüquqa və təsisatlara xüsusi diqqət yetirilməklə, Beynəlxalq münasibətlərin nəzəriyyəsi, Braziliyanın xarici siyasəti və, ABŞ-Latın Amerikası münasibətlərinə xüsusi fikir verilməklə, Latın Amerikasının Beynəlxalq münasibətləridir. Dərc etdirdiyi son işləri Regionalism in World Politics (Louise Fawcett ilə birlikdə redaktor, 1995), Inequality, Globalization and World Politics (Ngaire Woods ilə birldikdə redaktor, 1999) və Hedley Bull on International Society-dir (2000).
Christer Jönsson Lund Universitetində (İsveç) Siyasi elmlər professorudur, 1996-99-cu illərdə Nordic International Studies Association (NISA)-nın Prezidenti olmuşdur. Onun tədqiqat maraqları beynəlxalq danışıqlardan əlavə beynəlxalq təşkilatları və transmilli şəbəkələri əhatə edir. O, Soviet Bargaining Behavior (1979), International Aviation and the Politics of Regime Change (1987), Communication in International Bargaining (1990), co-author of International Cooperation in Response to AIDS (1995) və Organizing European Space (2000) işlərinin müəllifidir. O, habelə redaktə etdiyi kitablar və elmi jurnallar üçün çoxlu sayda məqalələr yazmışdır.
Lisa L. Martin Harvard Universitetində Hökumət İdarəçiliyi professorudur (Professor of Government). Dərc etdirdiyi işlərə Coercive Cooperation: Explaining Multilateral Economic Sanctions (1992) and Democratic Commitments: Legislatures and International Cooperation (2000) daxildir.
Thomas Risse Frankfurt Universitetinin Fəlsəfə doktoru (PhD), Berlin Free Universitetinin Beynəlxalq Siyasət fakultəsinin professorudur. O, əvvəllər İtialiyanın Florensiya şəhərindəki Avropa Universiteti İnstitutunda (European University Institue), Almaniyanın Konstanz Universitetində, Comell, Yale, və Stanford da daxil olmaqla ABŞ-ın müxtəlif universitetlərində dərs demişdir. O, Cooperation among Democracies: The European Influence on US Foreign Policy (1995) kitabının müəllifi, The Power of Human Rights: International Norms and Domestic Change (1999) (Stephen C. Ropp və Kathryn Sikkink ilə birlikdə), və Transforming Europe: Europeanization and Domestic Change (2001) (Maria Green Cowles və James Caporaso ilə birlikdə) kitablarının redaktorudur. World Politics, International Organization, International Security, European Journal of International Relations, və digər jurnallar üçün məqalələrin müəllifidir. O, International Organization-un redaktorunun müavinidir. Onun tədqiqat maraqları Beynəlxalq münasibətlərin nəzəriyyəsi, müqayisəli xarici siyasət, beynəlxalq siyasətdə normalar (qaydalar) və mənsubiyyət, Avropa inteqrasiyası, transmilli idarəçilik sahələrini əhatə edir.
Brian C. Schmidt New Paltz New York Universitetində (New Paltz) Siyasi Elmlər və Beynəlxalq münasibətlər fakultəsinin dosentidir (Assistant Professor). Onun bu kitabdakı fəslinin son variantı Wales Universitetində (Aberystwyth) məzuniyyətdə olarkən bitirilmişdir. O, The Political Discourse of Anarchy: A Disciplinary History of International Relations (1998) kitabının müəllifidir və sahənin tarixi haqqında müxtəlif jurnal məqaləlri dərc etdirmişdir. Onun tədqiqat maraqları dairəsi Beynəlxalq münasibətlərin nəzəriyyəsi və fənnin tarixi sahəsindədir.
Beth A. Simmons California Universitetində (Berkeley) Siyasi elmlər fakultəsinin dosentidir. Onun Who Adjusts? Domestic Sources of Foreign Economic Policy during Interwar Years (1994) kitabı 1995-ci ildə Amerika Siyasi Elmlər Assosiasiyasının Woodrow Wilson mükafatını qazanmışdır. O, həmçinin Beynəlxalq münasibətlərə sahəsindəki tədqiqatlarına görə 2000-ci ildə Beynəlxalq Tədqiqatlar Assosiasiyasının Karl Deutsch mükafatına layiq görülmüşdür. Onun maraq dairəsi beynəlxalq siyasi-iqtisad, beynəlxalq qurumlar və beynəlxalq hüquq sahələrində yerləşir.
Duncan Snidal Chicago Universitetində Siyasi elmlər və Dövlət siyasəti fakultəsinin Adyunkt-professoru, Beynəlxalq Siyasət, İqtisadiyyat və Təhlükəsizlik Proqramının (PIPES) direktorudur. Onun əvvəllər apardığı tədqiqatları beynəlxalq əməkdaşlığın nəzəri problemləri üzərində cəmlənmişdi. Hal-hazırda o, beynəlxalq leqallaşma və beynəlxalq təsisati layihələndirmə mövzuları üzərində işləyir. Onun bu mövzularda tədqiqatları American Political Science Review, Journal of Conflict Resolution, Journal of European Public Policy, Journal of Theoretical Politics, International Organization, International Studies Quarterly, and World Politics jurnallarında işıq üzü görmüşdür.
Janice Gross Stein Toronto Universitetində Beynəlxalq Tədqiqatlar üzrə Munk Mərkəzinin Direktoru, Münaqişələrin İdarə edilməsi fakultəsinin Harrowston Professoru və Kanada kral Cəmiyyətinin üzvüdür. Onun ən axırıncı nəşrləri Networks of Knowledge: Collaborative Innovation in International Learning (2001), The Cult of Efficiency (2001), and Street Protests and Fantasy Parks: Globalization, Culture, and Society (2002) kitablarıdır. Hal-hazırda o, qlobal və yerli səviyyələrdə məsuliyyətin ictimai dərki mövzusu üzərində işləyir.
J. Ann Tickner Cənubi California Universitetində Beynəlxalq münasibətlər Məktəbinin professoru və USC-nin Beynəlxalq Tədqiqatlar Mərkəzinin Direktorudur. O, Self-Reliance Versus Power Politics: The American and Indian Experiences in Building Nation States (1989); Gender in International Relations: Feminist Perspectives on Achieving Global Security (1992) və Gendering World Politics: Issues and Approaches in the Post-Cold War Era (2001) kitablarının müəllifidir. O, feminist Beynəlxalq münasibətlər nəzəriyyəsi mövzusunda çoxlu sayda məqalə və kitab fəsilləri yazmışdır.
Alexander Wendt Chicago Universitetində Siyasi Elmlər fakultəsinin adyunkt-professorudur. O, Social Theory of International Politics (1999) kitabının, International Organization, Review of International Studies, International Security, və American Political Science Review jurnallarında bir sıra məqalələrin müəllifidir.
Colin Wight Wales Universitetində (Aberystwyth) Beynəlxalq Siyasət fakultəsinin Mühazirəçisidir. Onun tədqiqat maraqları ictimai elmələrin fəlsəfəsi, sosial nəzəriyyə və BƏ nəzəriyyəsinin kəsişdiyi müstəvidədər. O, hal-hazırda BM-nin akademik fənn kimi formalaşmasında «elm ideyasının» oynadığı rolu tədqiq edir. Onun məqalələri Philosophy of the Social Sciences, International Studies Quarterly, European Journal of International Relations və Millennium jurnallarında dərc olunmuşdur.
Michael Zürn hər ikisi Bremen Universitetində yerləşən Siyasi Elmlər İnstitutunun Millətlərarası və Beynəlxalq münasibətlər fakultəsinin professoru və Mədəniyyətlərarası və Beynəlxalq Tədqiqatlar İnstitutunun (InIIS) Direktorlarından biridir. O, Zeitschrift fur International Beziehungen kitabının redaktoru, Regieren jenseits des Nationalstaates (1998), Gerechte Internationale Regime (1987) və Interessen und Institutionen (1992) kitablarının müəllifidir. O, World Politics, International Studies Quarterly, European Journal of International Relations, Politische Vierteljahresschrift, Zeitschrift fur Internationale Beziehungen üçün məqalələr, beynəlxalq təsisatlar, qloballaşma və demilliləşmə, Beynəlxalq münasibətlər nəzəriyyəsi mövzularında çoxlu sayda kitab fəsilləri yazmışdır.
Önsöz
Yeni minilliyin başlanğıcı Beynəlxalq münasibətlərin (BM) keçmiş nailiyyətləri və müasir vəziyyətini araşdırmaq üçün xüsusilə uyğun bir məqamdır. Lakin fənnin qısa tarixi ərzində onun daxilində belə inventarlaşmanın təəccüblü dərəcədə az aparılması kimi daha intellektual yönümlü əlavə səbəblər də vardır. Bir neçə son onillik ərzində dərc edilmiş belə işlər ya fənnin mövzusuna qısa səyahətdən (Groom və Light, 1994; Light və Groom, 1985), ya da təkcə BM fənninin əsas analitik nailiyyətlərini deyil, müasir Beynəlxalq münasibətləri təcrübi sahə (domen) kimi xarakterizə edən, bütün mühüm siyasi inkişafı, hadisələri və şəxsləri əhatə etmək kimi ensiklopedik iddiada olan nəşrlərdən (Krieger, 1993) ibarət olmuşdur. Əlbəttə, fənn üzrə biliklər və toplanmiış müdrikliyin anbarı olan belə nəşrlər (və ya onlara bənzər digərləri), rəflərimizdə tutduqları yerə layiqdirlər. Lakin redaktorlarının öz qarşılarına qoyduqları vəzifələrə uyğun xüsusi təyinata malik olan bu nəşrlər, diplomsuz və diplomlu mütəxəssis olan qabaqcıl tələbələrin, habelə bu sahədə və ya ondan kənarda işləyən qabaqcıl tədqiqatçıların müasir BM tədqiqatlarının əsas nəzəri və analitik məsələlərinə daha dərindən nüfuz etməyə, onların tənqidi müzakirəsinə olan ehtiyacını nəzərə almır. Başqa sözlərlə, bu Bələdçinin (Handbook) təyinatı, fənnin müxtəlif alt-sahələrindəki vəziyyətin hərtərəfli, sistemli və nüfuzlu qısa xülasəsini bir cild daxilində vermək vasitəsilə, bizim hazırda fənnin daxilində müəyyən boşluq kimi təqdim etdiyimiz yeri doldurmaqdan ibarətdir.
Fred Greenstein və Nelson Polsby-nin nüfuzlu Handbook of Political Science (Greenstein və Polsby, 1975a) kitabı bu iddianı təmin etmək sahəsində təsirli bir nümunə rolunu oynamışdır. Bununla belə, bu silsilədən sonra nəşr olunmuş bircildlik New Handbook of Political Science (Goodin və Klingemann, 1996) kitabının redaktorlarının səmimi etirafına görə, onların ümumilikdə doqquz cilddən ibarət mərzləmə cəhdi bugün təkrar edilməsi mümkün olmayan qəhrəmanlıqdır. Lakin, əhəmiyyətli dərəcədə daha kiçik miqyasda fəaliyyət göstərilən halda belə, onlardan götürülə biləcək şey, onların nailiyyətlərinə nüfuz etmiş intellektual tonun ciddiliyidir, və biz ümid edirik ki, hazırki Bələdçini bu tembrə kökləmək kimi incə bir məsələdə heç olmazsa müəyyən qədər uğur əldə etmişik. Bir əsas cəhət üzrə – BM-in akademik fənn kimi bütün spektrini əhatə etmək məsələsində digər nəşrlərdən daha müvəffəq olmaq üçün biz həqiqətən də çalışırıq. Belə ki, Greenstein və Polsby-nin International Politics (Greenstein and Polsby, 1975b) kitabı yalnız altı fəsildən (qeyd edilməlidir ki, onlardan biri sonradan Kenneth Waltz-un epoxal Theory of International Politics-ə çevrilmişdir) ibarət idisə, New Handbook BM-ə yalnız dörd fəsil ayırmışdısa, biz, müasir BM tədqiqatları icmasını xarakterizə etdiyini güman etdiyimiz, əsas tədqiqat və ziddiyyət sahələrinin on altı fəsillik təqdimatına yer ayırmışıq.
Mövzuları seçmək, hansını kitaba daxil etmək, deməli hansını çıxarmaq məsələsində razılığa gəlmək üç redaktorun üzləşdiyi, lakin əvvəl güman edildiyindən daha az mübahisəyə səbəb olan başlıca vəzifə olmuşdur. Bizim seçdiyimiz təməl struktur, ümumi sahə daxilində analitik cəhətdən müxtəlif olan üç intellektual domen arasında fərq qoymalı, bizim təsəvvürümüzə görə tədqiqat mülahizələrinin üç növünü təşkil edən şeyi müəyyən etməlidir. Birincisi, fənnin intellektual tarixinə, eləcə də BM haqqında müasir təsəvvürləri ayrıca tədqiqat sahəsi kimi xarakterizə edən meta-nəzəri, nəzəri və normativ məsələlərə aiddir. Burada biz mərkəz kimi daha çox «rasionalizm» və «konstruktivizm» arasındakı cari müzakirələri seçmişik, baxmayaraq ki, bu fərqin özünün mübahisəli xarakter daşıdığından tam mənada xəbərdarıq. Cari BM tədqiqatlarını xarakterizə etməyə istifadə olunan müxtəlif analitik məsələləri, perspektivləri və kontekstləşdirmələri əhatə edən, müasir tədqiqatların nüvəsində yerləşən müxtəlif problem sahələrini və müstəqil sulları əhatə edən ikinci fəsillər qrupu fövqəladə konseptual vurğuya malikdir. Biz bilərəkdən Bələdçini BM-in realizm, liberalizm, institusionalizm və s. kimi ənənəvi müstəqil nəzəriyyələri istiqamətində fikirləri möhkəmləndirmək əvəzinə, müəlliflərimizi bu növ üsulları ilk növbədə problem əsaslı empirik tədqiqat üçün analitik faydalılıq baxımından yoxlamağa şirnikləndirəcək qaydada təşkil etdik. Üçüncü, sonuncu və ən geniş fəsillər qrupunda diqqət, demək olar ki, Beynəlxalq münasibətlərin əsas empirik sahəsini müəyyən edən, müxtəlif substativ proseslər, təsir və qarşılıqlı təsirlər üzərində cəmlənmişdir. Aydındır ki, müstəqil problem sahələri ilə İkinci Hissədə işıqlandırılmış analitik və bir-biri ilə kəsişən konseptual təsəvvürlər arasında dəqiq sərhəd qoymaq o qədər də asan deyildir. Bununla belə, bu Bələdçinin gözlənilən oxucuları baxımından biz bir tərəfdən «suverenlik», «güc» və «qloballaşma» kimi konseptual mövzular, digər tərəfdən isə «xarici siyasət», «müharibə» və «sülh» axtarışları kimi müstəqil məsələlər haqqında ayrıca və fəsilboyu müzakirələr təqdim etmək imkanını vacib hesab etdik. Bir-biri ilə dərin əlaqələri olmasına baxmayaraq onlar BM daxilindəki müxtəlif mühakimə sahələrinə aiddir.
Bizim müəllifləri seçmək üsulumuz, ən yaxşı mütəxəssisləri iştiraka cəlb etmək və BM-in güman edilən xarakterinin fövqəladə dərəcədə «Amerikan sosial elmi» olmasına baxmayaraq (Hoffmann, 1977; Waever, 1998), bu tədbiri həqiqətən beynəlxalq (və ya ən azı transatlantik) etmək kimi iki rəhbər prinsipə əsaslanmışdır. Ona görə də, biz belə məşhur və beynəlxalq alimlər qrupunun bu layihədə iştirak etməyə razılıq verməsindən çox məmnunuq. İlkin təyinatı bu olmasa da, biz ümid edirik ki, Bələdçi BM-in bir akademik peşə kimi daha da beynəlmiləlləşməsinə öz töhfəsini verəcəkdir. Kitabın nəşrinin hansı nəticələrə gətirəcəyindən asılı olmayaraq, bu prosesin yeni minilliyin üzümüzə gələn illərində genişləndirilməsi, həqiqətən bu Bələdçinin redaktorları və müəllifləri arasında baş tutmuş intensiv və qarşılıqlı transatlantik işbirliyinin dolğun əlavə məhsulu ola bilər.
İqtibaslar
Goodin, Robert E. and Klingemann, Hans-Dieter (eds) (1996) The New Handbook of
Political Science. Oxford: Oxford University Press.
Greenstein, Fred I. and Polsby, Nelson W. (eds) (1975a) Handbook of Political Science, vols 1-8. Reading, MA: Addison-Wesley.
Greenstein, Fred I. and Polsby, Nelson W. (eds) (1975b) Handbook of International
Relations, Volume 8: International Politics. Reading, MA: Addison-Wesley.
Groom, A.J.R. and Light, Margot (eds) (1994) Contemporary International Relations: A Guide to Theory. London: Pinter Publishers.
Hoffmann, Stanley (1977) 'An American Social Science: International Relations',
Daedelus, 106: 41-60.
Krieger, Joel (ed.) (1993) The Oxford Companion to Politics of the World. Oxford: Oxford University Press.
Light, Margot and Groom, A.J.R. (eds) (1985) International Relations: A Handbook of
Current Theory. London: Frances Pinter.
Waever, Ole (1998) 'The Sociology of a Not So International Discipline: American and European Developments in International Relations', International Organization, 52: 687-727.