Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Əcaib canlı», sayfa 3

Kollektif
Yazı tipi:

onun bütün bədəninə yayıldı. Rəngarəng duman çəkildi. Cizgilər görünməz oldu. Daha bir an sonra o, ekrandan keçdi. O, güldü – səsi olduqca incə idi – və dərhal da ciddiləşdi.

– Oyananda vəziyyət mənim üçün maraqlı göründü, – o, dedi. – Fikirləşdim ki, indi mən si-zə neyləyim?

Ölü planetin səhər havasında bu sözlər İneş

üçün taleyin hökmü kimi səsləndi. Sükutu elə

boğuq və qeyri-təbii səs pozdu ki, onun kapitan Qorsidə məxsus olması İneşə dərhal çatmadı.

– Öldürün onu!

Alovun dilləri zəifləyib çəkiləndə heç bir xətər dəyməmiş varlıq yenə də onların qarşısında durmuşdu. O, yavaş-yavaş yaxınlaşdı və ən yaxındakı gzneyalının altı addımlığında dayandı.

İneş hamıdan arxada idi. İnsan tələsmədən sözə

başladi:

– İki qərar vermək olar: birincisi, məni dirilt-diyinizə görə minnətdarlıgımla bağlıdır, digəri isə məsələnin həqiqətən necə olması ilə…

– Sizin kim olduğunuzu və sizə nə lazım olduğunu mən bilirəm. Bəli, bilirəm, sizin bəd-bəxtliyiniz də bundadır. Rəhmdil olmaq çətindir.

Amma bir cəhd edək.

24

– Deyək ki, – o, sözünə davam etdi, – siz lokatorun sirrini açırsınız… Bir halda ki sistem mövcuddur, biz bir daha axmaqcasına tələyə

düşmərik.

İneş tam diqqət kəsildi. Onun beyni mümkün fəlakətin nəticələrini elə əhatələmək istəyirdi ki, sanırdın ki, onda başqa heç bir şeyə yer qalmayıb. Bununla belə, yenə də fikrini tam cəmləyə

bilməmişdi.

– Nə baş vermişdi? – o, soruşdu.

İnsan tutuldu. O uzaq gün haqqındakı xati-rələr onun səsini kallaşdırdı.

– Atom tufanı, – o, dedi. – Başqa ulduz dün-yasından gəlmişdi; bizim qalaktikanın bu tərəfini tutdu. Atom burulğanının diametri doxsan işıq ilindən, bizim qət edə biləcəyimizdən xeyli çox idi. Xilas olmaq mümkün deyildi. O vaxta kimi bizim ulduz uçaqlarına ehtiyacamız olmamışdı və çatdırıb heç nə düzəldə bilmədik. Bundan başqa, bizə məlum planetli yeganə ulduz Kastor da burulğana düşmüşdü.

O susdu. Sonra sözünün əvvəlinə qayıtdı.

– Beləliklə, lokatorun sirri… Nədədir?

İneşin ətrafındakı müşavirlər rahat nəfəs aldılar. İndi onlar xalqlarının məhv ediləcəyindən qorxmurdular. İneş özlüyündə qürurla qeyd etdi 25

ki, ən təhlükəli məqam arxada qalandan sonra gzneyalıların heç biri özünü düşünmədi.

– Deməli, siz sirri bilmirsiniz? – Yoal üsullu-ca dedi. – Siz olduqca yüksək inkişafa çatmısı-nız, amma qalaktikanı yalnız biz fəth edə biləcə-yik. – O, bic-bic gülümsünüb ətrafındakılara baxdı və əlavə etdi: – Cənablar, həqiqətən də, gzneyalıların böyük kəşfləri ilə fəxr edə bilərik. Təklif edirəm uçağa qayıdaq. Bu planetdə bizim daha heç bir işimiz yoxdur.

Onlar sferik qondolalarına girincəyədək İneş

həyəcanla fikirləşirdi ki, ikiayaqlı varlıq onları saxlaya bilər. Amma geri baxanda o gördü ki, insan arxasını onlara tərəf çevirib küçə boyunca gedir. Ulduz uçağı hündürlük yığanda da bu obraz İneşin gözləri qarşısında idi. Və daha bir şey onun yaddaşına həkk oldu: bir-birinin ardınca şəhərə atılan atom bombaları partlamadı.

– Biz bu planetdən elə-belə imtina etməyəcəyik, – kapitan Qorsid dedi. – Təklif edirəm, bu əcaib varlıqla bir də danışaq.

Onlar – İneş, Yoal, Viid və gəminin kapitanı

– bir də şəhərə enmək qərarına gəldilər. Kapitan Qorsidin səsi onların qəbuledicisində səsləndi:

– Mənə elə gəlir… – İneş ətrafında enməkdə

olan şəffaf qondolaların səhər dumanı arasında 26

bərq vurduğunu görürdü. – Mənə elə gəlir ki, biz onu həqiqətən olduğu kimi dərk edə bilmirik; məsələn, xatirinizdədirmi, o, dirilən kimi yoxa çıxdı. Nə üçün? Çünki qorxdu. Əlbəttə ki! O, və-ziyyətə nəzarət etmirdi. O, özü özünü hər şeyə

qadir hesab etmir.

Bu, inandırıcı səslənirdi. Kapitanın dəlilləri İneşin ürəyincə oldu. Və onun özünün belə asanlıqla təlaşa düşməsi özünə qəribə gəldi. İndi təhlükə ona başqa cəhətdən açılırdı. Bütün planetdə

cəmi bircə nəfərdir. Əgər onlar həqiqətən istəsə-lər, onun burada olmasını nəzərə almadan kolo-nistlərin köçürülməsinə başlaya bilərlər. Planetlərin çoxunda yerli əhalinin balaca qrupları radi-asiyanın öldürücü təsirindən qurtulub ucqar yerlərdə gizlənmişdi. Hər yerdə kolonistlər onları tədricən tutub məhv etmişdilər. Onun bildiyinə

görə, iki halda yerli əhali planetlərinin cüzi bir hissəsini öz əllərində saxlamışdı. Hər iki halda onları radiasiya ilə məhv etməmək qərarına gəlmişdilər, çünki radiasiya gzneyalıların özlərinə

də xətər yetirə bilərdi. Orada kolonistlər sağ qalmış avtoxtonların mövcudluğu ilə barışmalı ol-muşdular. Burada isə cəmi bir sakin idi, o, çox yer tutmayacaqdı.

27

Onlar əcaib varlığı axtarıb tapanda o, bir evin birinci mərtəbəsini cidd-cəhdlə süpürürdü.

O, süpürgəni bir tərəfə qoyub çölə, onların yanına çıxdı. İndi onun ayağında səndəl, əynində isə

par-par yanan parçadan sərbəst biçimli köynək var idi. O, tənbəl-tənbəl onlara baxdı və heç nə

demədi.

Danışıqları kapitan Qrsid başladı. Onun mexaniki tərcüməçiyə nə dediyini eşidəndə İneş

heyrətə gəldi. Ulduz uçağının kapitanı əvvəldə

qərara aldıqları kimi, hər şeyi aşkar dedi. O bildirdi ki, gzneyalılar planetin digər sakinlərini diriltmək flkrində deyillər. Belə altruizm qeyri-təbii olardı, çünki sürətlə artan gzneyalılara daim yeni dünyalar lazımdır. Və əhalinin hər yeni artımı eyni bir problemi irəli sürürdü ki, onu da yalnız bir yolla həll etmək mümkündür. Amma bu halda kolonistlər könüllü olaraq söz verirlər ki, planetin yeganə sağ sakininin hüquqlarına toxun-mayacaqlar. Bu yerdə əcaib varlıq kapitan Qorsidin sözünü kəsdi:

– Bu sonsuz ekspansiyanın məqsədi nədir?

Elə gəlirdi ki, o, həqiqətən maraqlanır.

– Hə, deyək ki, siz bizim qalaktikanın bütün planetlərini məskunlaşdırdınız. Bəs sonra?

28

Kapitan Qorsid təəccüblə Yoala, sonra İneşə

və Viidə baxdı. İneş inkaredici tərzdə bədənini yırğaladı. Onun bu canlıya yazığı gəldi. İnsan ba-şa düşmür və görünür, heç vaxt başa düşməyə-cək. Köhnə məsələdir. Həyat qabiliyyətli və sön-məkdə olan iki xalq fərqli baxışlara malik idi: bi-ri ulduzlara can atır, digəri isə taleyin qaçılmaz-lığı qarşısında təslim olurdu.

– Niyə də inkubatorlarınız üzərində nəzarət qoymayasınız? – İnsan soruşdu.

– Və hökumətin süqutuna səbəb olaq? – Yoal kinayə ilə dedi.

O, bunu iltifat göstərirmiş kimi dedi və İneş

o birilərin də insanın sadəlövhlüyünə gülümsə-diklərini gördü. O, aralarındakı intellektual uçu-rumun necə dərinləşdiyini hiss etdi. Bu varlıq dünyanı idarə edən həyat qüvvəsinin təbiətini başa düşmürdü.

– Yaxşı, – yenə insan dilləndi. – Əgər siz öz çoxalmanızı məhdudlaşdırmaq iqtidarında deyilsinizsə, bunu sizin yerinizə biz edərik.

Araya sükut çökdü.

Gzneyalılar yavaş-yavaş əsəbiləşməyə başla-yırdılar. İneş bunu özündə hiss edir və əlamətlə-rini o birilərdə də görürdü. Onun baxışları bir-bir yoldaşlarının üzündə gəzir, sonra əvvəlki kimi 29

yenə də qapının yanında dayanan ikiayaqlı varlığın üzərinə qayıdırdı. Artıq neçənci dəfə idi ki, İneş rəqiblərinin tamam zəif görünməsi barədə

fikirləşirdi.

– Mən indicə, – o, düşündü, – onu qısqacları-mın arasına alıb əzə bilərəm!

Nüvədaxili proseslər və qravitasiya sahələri üzərində fikirlə nəzarət sırf mexaniki, makrokos-mik hücumu dəf etmək qabiliyyəti ilə uzlaşırmı?

İneş düşündü ki, çox güman, uzlaşır. Onların tə-zahürünü iki saat əwəl gördükləri gücün, əlbəttə

ki, müəyyən bir həddi olmalıdır. Amma onlar bu həddi bilmirlər. Necə olsa da, bunun indi əhəmiyyəti yox idi. Onların daha güclü və ya zəif ol-masının indi əhəmiyyəti yox idi. Ən ağır sözlər deyilmişdi: "Siz özünüz məhdudlaşdırmaq iqtidarında deyilsinizsə, bunu sizin yerinizə biz edərik!" Bu sözlər hələ də İneşin qulaqlarında səslənirdi və onların mənası onun şüurunun dərinliklərinə işlədikcə o, özünü daha az təcrid olunmuş

və təklənmiş hesab edirdi. Hətta sonrakı dirilt-mələrə qarşı çıxanda belə İneş hadisələrə kənardan göz qoyan, baş verənlərdə iştirak etməyib, onları kənardan izləyən maraqlı olmayan kəs ki-mi hərəkət edirdi. O, nə üçün həmişə güzəştə

getdiyini və son nəticədə başqaları ilə razılaşdığı-30

nı yalnız indi anladı. O, indi keçmişi, ən uzaq günləri xatırlayanda gördü ki, heç vaxt özünü yeni planetlərin ələ keçirilməsi və başqa xalqların məhv edilməsinin əsl iştirakçısı hesab etməyib.

O, bu hadisələr baş verəndə, sadəcə, orada olub.

Düşünüb, onun üçün əhəmiyyəti olmayan həyat haqqında mülahizələr yürüdüb. Bu anlayış hazırda onun üçün konkretləşmişdi. O daha onu çul-ğayan güclü ehtiraslar dalğasına müqavimət göstərə bilmirdi, göstərmək istəmirdi. İndi o, saysız-hesabsız gzneyalılar kütləsi kimi düşünür və hiss edirdi. Xalqın bütün gücü və istəkləri onun qa-nında tüğyan edirdi.

– Bura bax, ikiayaqlı! – o, nərildədi. – Öz ölü xalqını diriltmək fikrindəsənsə, bu fikirdən əl çək!

İnsan ona baxdı, amma dinmədi.

– Əgər sən bizim hamımızı məhv edə bilsəy-din, çoxdan bunu etmişdin, – İneş sözünə davam etdi. – Amma məsələ burasındadır ki, sənin buna gücün çatmır. Bizim gəmi elə düzəldilib ki, onda heç bir zəncirvari reaksiya mümkün deyil. Potensial aktiv materiyanın hər bir hissəciyinə kritik kütlənin yaran masına imkan verməyən antihis-səciklər qarşı qoyulmuşdur. Sən bizim mühər-riklərdə partlayış edə bilərsən, amma bu partla-31

yışlar da təcrid olunmuş qalacaq, onların enerjisi isə mühərrikin təyinatına uyğun olaraq hərəkətə

çevriləcək.

İneş Yoalın ona toxunmasını hiss etdi.

– Ehtiyatlı ol! – tarixçi pıçıldadı. – Sən qızışıb sirlərimizdən birini aça bilərsən.

İneş onun qısqacını kənara itələyib hirslə de-di:

– Uşaq-uşaq danışma. Bizim xalqın bütün sirlərini başa düşmək üçün ona bir dəfə bizə baxmaq kifayətdir. Onun bu vəziyyətdə öz şansları-nı və bizim imkanlarımızı götür-qoy etmədiyini düşünmək axmaqlıqdır.

– İneş! – kapitan Qorsid qışqırdı.

Kapitanın səsindəki sərtliyi duyan İneş geri çəkildi və dedi:

– Eşidirəm.

Onun qəzəbi tez alışdığı kimi, tez də söndü.

– Mənə elə gəlir ki, – kapitan Qorsid davam etdi, – sizin nə demək istədiyinizi bilirəm. Mən sizinlə tamamilə razıyam, amma Geyna hökumə-tinin ali nümayəndəsi kimi ultimatum verməyi lazım bilirəm.

O döndü. Onun buynuzlu bədəni insan tərəfə meyilləndi.

32

– Sən elə sözlər deməyə cəsarət etdin ki, onları bağışlamaq mümkün deyil. Sən dedin ki, siz Geynanın böyük ruhunun hərəkətini məhdud-laşdırmağa cəhd edəcəksiniz.

– Ruhunun yox, – insan onun sözünü kəsdi və sakitcə güldü. – Ruhunun yox!

Kapitan Qorsid onun sözlərinə məhəl qoy-madı.

– Buna görə də, – o, sözünə davam etdi, – bizim seçimimiz yoxdur. Biz hesab edirik ki, lazımi materialları toplayıb, müvafiq alətləri düzəltdik-dən sonra sən dirildicini hazırlaya bilərsən. Bizim hesablamalarımıza görə, bunun üçün sənə, ən azı, iki il vaxt lazım olacaq… Əgər hər şeyi bi-lirsənsə. Bu olduqca mürəkkəb aparatdır və məh-vindən min illər əvvəl maşından imtina etmiş

xalqın yeganə nümayəndəsi üçün onu düzəlt-mək çox-çox çətin olacaq. Sən ulduz uçağı düzəltməyə imkan tapmayacaqsan. Və biz də sənə

dirildici düzəltməyə vaxt imkanı verməyəcəyik.

Ola bilsin ki, sən özündən müəyyən məsafədə

Ücretsiz ön izlemeyi tamamladınız.

₺43,42

Türler ve etiketler

Yaş sınırı:
0+
Litres'teki yayın tarihi:
16 kasım 2022
Hacim:
90 s. 1 illüstrasyon
Telif hakkı:
Hədəf nəşrləri
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 5, 2 oylamaya göre
Metin
Ortalama puan 5, 1 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 5, 1 oylamaya göre
Metin PDF
Ortalama puan 5, 1 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre