Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Cümhuriyyət dövrü Gürcü qaynaqlarında», sayfa 2

Kollektif
Yazı tipi:

Yeni il münasibəti ilə bir-birimizi təbrik edirik. Missiyamıza Ermənistandan gələn bir neçə kan qadın və kişi daxil idi. Ermənistan onların heç xoşuna gəlməyib. Şübhəsiz, Bəkir bəy, Sami bəy, Şevkət bəy, Bodrero və bir də pianoda ifa etmək üçün dəvət etdiyimiz iki nəfər italyan da var idi. Onlardan biri gəminin bərbəri imiş. Amma ikisi də özlərini yaxşı aparırdılar.

Kolonel Bodrero qədəhi doldurdu. İtaliya kralının, sonra isə Türkiyənin və Gürcüstanın şərəfinə içdi. Bəkir bəy bizim hamımızı dəvət edərək dedi: “Növbəti yeni il mənim evimdə olacaq. Bir-birimizlə Konstantinopolda görüşək”. General Eristavi, Rostomaşvili və mən saat üç radələrinədək tənbəki çəkilən otaqda qaldıq. Rostomaşvili Sibirdəki həbsxanasının tənha kamerasına necə düşdüyünü, kameranın divarlarının səsi yox etmək üçün yapıncı ilə örtüldüyünü, yalnız 8 aydan sonra Dünya Müharibəsinin başlaması xəbərini eşitdiyini bizə nəql edirdi.

1 yanvar 1921-ci il.

Saat 10 radələrində Samsuna çatdıq. Mehmanxanadan kolonel Bodrero ilə İtaliyanın qeyri-rəsmi nümayəndəsi qraf Semekrin yanına getdim. Mən onan Batumidən avtomobillərin göndərilməsini sürətləndirmək üçün, İtaliya Miqrasiya Cəmiyyətinə teleqram göndərməsini xahiş etdim. Elə həmin mehmanxanada Ankaraya gedən bolşevik missiyası vardı. Onun başçısı milliyyətcə abxaz Eşbadır. Qəribə vəziyyətdir: bolşeviklər kamalçıların müttəfiqidirlər, lakin türklər onlara hörmətlə yanaşmırlar. Xəbər çıxdı ki, onların avtomobillərini əllərindən almaq istəyirlər. Lakin Bəkir bəyin gəlişi onları xilas etdi. Bolşeviklərə hər yerdə əngəllər törədirdilər. Bəkir Sami bəy yalnız ya onun, ya da bizim camaatın buraxıldığı salonda həmişə bizimlə birlikdə oturur. Bizim mühitimizdə əhval-ruhiyyəsi çox yaxşıdır. Bolşeviklər öz otaqlarında otururlar və yalnız nahar etmək üçün ümumi salona gəlirlər. Hamı bluz və köhnə üslubda frenç geyinib,yanlarından mauzer və ya başqa hər hansı böyük bir revolver asıblar.

Onlarla bizim aramızda əlaqə yaratmaq leytenant Səfər bəyə tapşırıldı.

Nahar edən general Eristavi və mən şəhəri dolandıq. Reji (dövlət monopoliyasının) tütün fabrikinə daxil olduq. Fabrikin direktoru Türkiyə Milli Məclisinin üzvüdür. Lakin Ankaranın sərt iqliminə uyğunlaşa bilmədiyindən, burada vəzifəyə təyin olunub. Gündüz Emuxvari Eşbadan məktub aldı. O, öz otağında görüş xahiş edir. Onlar uzun müddət söhbət apardılar. Eşba Emuxvarinin qardaşının qətlində iştirak edib. Güman ki, özünü təmizə çıxarırdı. Otaqlar çatışmadığından, Karsivadze, Emuxvari və mən qəbul otağında, tarla çarpayılarında yatırıq.

2 yanvar 1921-ci il.

Səhər mülki qubernatorun görüşündə idik. Ankaraya doğru yolu öyrənmək üçün evdə qaldım. Nahar edən Svimon Mdivani ilə birlikdə diviziya başçısının görüşünə getdik. Yaxşı görüş idi. O, Avropa təhsili almış bir insandır. Maraqlı mühakimələri var. Qafqazda zabitlər və əsgərlər çiyinlərində yalnız qumaşzolaqlar gəzdirdiyi bir vaxtda, burada hərbi şəxslərin hələ də paqonları var. Trapezundda, Girəsunda jandarmalar və polislər paqonlarla gəzirdidi. Hərbçilərdən fərqli olaraq, heç bir əlamətləri yox idi. Yeni forma qaydaya salırlar. Bununla da silahın keyfiyyəti və növü yaxalıqda qeydə alınacaq.

Diviziya başçısından sonra şəhərin mouravına baş çəkdik. Orada alayarımçıq mədəni türklər vardır. Onlar arasında biri fransız dilində çox qıra-qıra danışır. Vaxtilə şəhər işləri üzrəişləmiş Svimon Mdi-vani şəhər təsərrüfatı barədə mübahisəni çox uzatdı. Və dedi: “Mənim üzərimə təkcə siyasi missiya deyil, həm də Türkiyəni hərtərəfli öyrənmək işi düşür”.

Səhər şəhərin mouravı bizi görüşə dəvət etdi.Və axşam bizi çaya qonaq etdi. General Eristavi və mən oraya getdik. Orada Avropa koloniyasının azsaylı nümayəndələri, o cümlədən Yaxın Şərqin yardım komitəsindən iki nəfər amerikan qadın da var idi. Söhbət üç gün bundan əvvəl fransız məktəblərinin bağlanmasından gedirdi. Sonra Bəkir Sami bəyin bizə izah etdiyinə görə, türklər bu qərarı fransızların tətbiq etdikləri (məncə Suriyada) repressiyalara qarşı qəbul ediblər. Uzun müddət burada yaşayan bir amerikan bizə nəql edir ki, bolşeviklərin yinin yerlilər arasında mühüm təsiri vardır. Fransız levantlı (Levant – Fransada yer adı) onunla mübahisə edir və bolşeviklərin burada heç cür təsiri olmadığını sübut edir. Mən sonuncuya daha çox inanıram. Osmanlı zəngindir, hər şeyi tapa bilər. Yerli əhaliyə görə bahalıq on dəfə artıb. Belə ki, bolşevizm üçün hələlik zəmin kifayət qədər deyildir. Doğrudur, valyutanı pis xırdaladığımızdan, yaşayış bizə baha başa gəlir. Tiflisə nisbətən, hər şey on dəfə bahadır.

Axşam Şövkət bəy, Emuxvari və mən matoqrafa getdik. Köhnə kadrlı, miskin bir şeydir.

3 yanvar 1921-ci il.

Şevkət bəylə şey-şüy almaq üçün şəhərə çıxmışdıq. Nahardan sonra, Emuxvari istisna olmaqla, bütün missiya tütünün hazırlandığı zavoda getdi. Bura səhmdar cəmiyyətə verilən dövlət monopoliyasıdır, yükü tam daşımaq hüququ ilə. Başqa xırda cəmiyyətlər yalnız Türkiyə hüdudları daxilində tənbəki ticarəti apara bilərlər. Səfir Svimon Mdivaniyə Gürcüstandan kiminsə burada gözəl qurulmuş tənbəki işini öyrənmək üçün vasitəçilik etmək istəyində olduğunu bildirir. Bu zavodda gündəlik olaraq bir milyona yaxın papiros hazırlayırlar. Bir çox şöbələrdə yalnız və yalnız uşaqlar işləyirlər. Hava tütün tozu ilə doludur. Mexaniki olaraq, çox böyük sürətlə işləyirlər, əllərinə də baxmırlar. Hər bir hərəkət hesablanıb. İş günü -12 saat! Ağır təəssüratdır! Bu uşaqların çox hissəsi həlak olub. Bundan əvvəl böyüklər işləyirdilər. Lakin onları müharibəyə aparıblar. Onları uşaqlar ilə əvəz ediblər. Doğrudur, lisə nisbətən,burada onlara yaxşı muzd verirlər. Lakin yaxşı işlədiklərindən, bu muzda dəyər. Hazırda tənbəkinin çıxarılıb daşınması qadağandır. stantinopola da vermirlər. Çünki boykot olunub. Yaxşı papiros üçün təxminən on gün lazımdır. Bunu Bəkir bəy bilirdi. Buna görə də teleqramla vaxtında həm özü, həm də bizim üçün böyük ehtiyat sifariş verib.

Bəkir Sami bəy Qafqazdan Türkiyəyə köç edən, məşhur general Kunduxovun oğludur. O, Fransada təhsil alıb. Bir vaxtlar Türkiyənin Peterburqdakı səfirliyində çalışıb. Sonra isə Tripolisdə və Trapezundda qubernator olub. Mədəni insandır. Məncə, Türkiyədə onun kimilər çox azdır. Onun oğlu Şövkət bəy Macarıstanda aqronomluq fakültəsini bitirmişdir…

Axşam saat 7 radələrində şəhərin özünüidarəetməsində bayramdır. Şəhər sovetinin binası çil-çırağa bürünüb. Yerli sakinlər və ictimaiyyətin nümayəndələri buradadır. Yemək hər halda dadlı deyil. On nəfərdən ibarət nəfəsli orkestr çalır. Şam yeməyinə salona endik. Yarım saat burada qaldıq.

Şam yeməyi zamanı və ondan sonra da mülki qubernator, şəhərin mouravı, Bəkir Sami bəy və Svimon Mdivani arabir nə isə danışırdılar. tor və mourav gürcü missiyasını alqışlayırdılar. Bəkir bəy bolşevizmi tənqid edirdi. Mənim yanımda yə Xarici İşlər nazirliyinin şöbəmüdirlərindən biri əyləşmişdi. O, mənə dedi: “Bu, bolşevizmin bu cür söyüldüyü ilk haldır!” Svimon Mdivani deyirdi: “Gürcüstan ilə Türkiyə arasında mehriban qonşuluq münasibətləri qurulmalıdır. Çünki bizim ümumi düşmənimiz vardır – şimaldan və qərbdən bolşeviklər, Avropa imperialistləri! Türkiyənin öz müstəqilliyini qoruyub saxlamaq üçün olan qüvvəsi qədər Gürcüstanın gücü yoxdur. Lakin böyük təcrübəmiz vardır. Biz Rusiyanın boyunduruğu altında olduğumuzdan, bilirik ki, yad dövlətə tabe olmaq nə deməkdir. Türkiyənin gücü ondadır ki, ordu və xalq bir-birinə bağlıdır. Türkiyə ilə Gürcüstanın işi təkcə özlərinin deyil, eləcə də üçüncünün də xilas edilməsidir!” Və Svimon Mdivani bu “üçüncü”nün adını çəkməyi artıq hesab edirdi(bu, Azərbaycan və Şimali Qafqaz idi).

Səfir Svimon Mdivani fransız dilini bilir. Lakin uzun cümlələri deyəcək qədər yox. Buna görə də gürcü dilində danışır. Aristo Cumbadze fransız dilinə tərcümə edir. Kimsə türkcə danışır. Və daha tez-tez Bakir Sami bəyi özü türkcə danışır. Buna görə də, sözlər qırılır və təəssüf doğurur. Çünki Svimon vani yaxşı danışır.

Şam yeməyindən sonra təhsil haqqında söhbət oldu. Svimon Mdivani “Avropadan hələ çox şey öyrənməliyik”,– deyir. Bəkir Sami bəy ona cavab verir: “Əgər bizim biliyimiz yoxdursa, əvəzində avropalılarda olmayan çox istedamız vardır”.

4 yanvar 1921-ci il.

General Eristavi, Şövkət bəy, Emuxvari və mən xidmətçilərin müşayiəti ilə atlarla gəzməyə çıxdıq. Gərək ki, romalılar tərəfindən salınan cıdır yerini və dambanın qalıqlarını gözdən keçirdik. Bura dəhşətli dərəcədə bahalıqdır. Tiflisdə buna öyrəncəliyik və heç nə bizi təəccübləndirmir. Lakin burada bahalıq nağılvari idi!

Bu gün Bəkir Sami bəy Svimon Mdivaniyə dedi ki, gürcü missiyasının tərkibində Ziya bəyin iştirakı Ankara hökuməti üçün ürəkaçan olmayacaqdır. Məsələ ondadır ki, Ziya bəy (milliyyətcə acardır) Batumi qəzetində “Müsəlman Gürcüstan” adlı yazı yazıb. Bu yazıda o, kamalçı hərəkatını tənqidi şəkildə müzakirə edirdi. Ziya bəy hələ də Batumidədir. O oradan bizim avtomobilləri göndərməlidir. Svimon Mdivani ona yazdı: “Sən özün gəlmə”.

5 yanvar 1921-ci il.

Bu gün məktəbləri gözdən keçirdik. Liseydə və qızlar gimnaziyasında, ticarət məktəblərində olduq. Şagirdlər şeirlər oxuyurdular, məsələlər həll edirdilər və s. Liseydən qayıdanda şagirdləri dəhlizə düzdülər. Onlar nəisə oxuyaraq, sultanı mədh edirdilər. Bəkir bəy onlara dedi: “Bu mahnını belə başa düşməlisiniz: indiki sultanı deyil, prinsipin özünü mədh edirik!” Şövkət bəy isə“kamalçılar indiki sultanın əleyhinədir və Konstantinopolu tutsaq, taxta onun varisini çıxaracağıq”,–dedi.

Liseyin binası kasıbdır. Divar əvəzinə, adi larla arası kəsilmiş otaqlardır. Buna görə də bir otaqda danışılan o biri otaqda eşidilir. Direktor ladır, şagirdlərin sayı azdır, bəzi siniflərdə yalnız iki nəfər şagird oturur, skamyalar köhnədir, qara lövhələr solub, rəngi itib, şagirdlərin baxışları miskindir.

Məktəbin müfəttişi bizimlədir. O, fransız dilində kifayət qədər tez-tez, bütün müəllimlər kimi pedantcasına və bütün türklər kimi bir az mədəni danışır.

Liseydən qızlar məktəbinə yollandıq. Qızların hamısı avropasayağı geyinmişdi, lakin üzləri örtülü idi. Ticarət məktəbini yenə də gözdən keçirdik və evə qayıtdıq.

6 yanvar 1921-ci il.

Bəkir bəy Ankaraya tələsir. Artıq qalmaqistəmir. Bizimkinin nə vaxt gələcəyini bilmədiyimizdən, onunla birlikdə amerikan avtomobilində yola düşürük. Bir neçə dəfə teleqram göndərdik, lakin heç birinə bir cavab almadıq.

Dudarov bu gün hamamda olub və orada kisəçi ilə də mübahisə edib. Kisəçi ona deyib ki, mən bolşevikləri gözləyirəm, mən kasıb bir adamam və bolşeviklərdən mənə lazım olan hər şeyi alacağam.

Burada bir qədər rus qaçqını var. Onlardan biri keçmiş zabitdir və amerkanların yanında sürücü kimi xidmət göstərir. Onun dediyinə görə, sadə camaat kamalçı hərəkatına və bolşevizmə soyuqqanlılıqla yanaşır. Camaatı yalnız gündəlik məişət məsələləri və yemək maraqlandırır. Ruslardan başqa, yaşamaq üçün yenə heç nəyi olmayan Şimali Qafqaz əhalisi də vardır. Trapezundda mən Kotsevlə rastlaşdım. O, başqaları kimi deyildi, onun çoxlu pulu olmalıdır.

Yanvarın 4-də bolşevik missiyası Ankaraya yollandı. Yalnız bir üzvünü Samsunda saxladı.

Kəsə yol avtomobil üçün yararsız olduğundan, biz dolama yol ilə gedəcəyik.

7 yanvar 1921-ci il.

Səhər saat 7 radələrində çıxırıq. Biri yük, o biri isə yarı yük avtomobilidir. Bütün gecəni yığıb yığışdırmışıq, hazırlaşmışıq. Azuqəni arabalarla yolladıq– kəsə yol ilə. Bakir bəy Ankaradan teleqram gözləyir. Şövkətin sözündən aydın olur ki, onun işləri hər halda yaxşı deyildir. O, burada olmadığı vaxt bolşeviklər ilə sıx əlaqənin tərəfdarı olan rəqib partiya möhkəmlənib və o, daha Ankarada necə qarşılanacaqlarını bilmir.

8 yanvar 1921-ci il.

Böyük mübahisədən sonra, nəhayət, saat 7-də deyil, saat 10-un yarısında tərpəndik. Şəhərdən, təxminən bir kilometr uzaqlaşmışdıq. Avtomobillər balaca yoxuşu çıxa bilmədiklərindən, geriyə qayıtdıq.

Bu gün Mikeladzenin yaxtası gürcü bayrağı ilə Samsuna yan aldı. O, axşam bizimlə vaxt keçirdi. Özü ilə bir Tiflis qəzeti gətirmişdi. Köhnə olsa da, məmnuniyyətlə onu oxudum. Şam yeməyində Şövkət bəylə onun nömrəsində idim. Burada onun fransız dilində danışan bir türk tanışı da var idi. Sabah yenə yola düşməli idik. Bir avtomobili daha güclüsü ilə əvəz etdik…