Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Himətli sözlər», sayfa 2

Kollektif
Yazı tipi:

Həyatın mənası gözəlliyə və məqsədə meyil etməklə

güclüdür. Həyatın hər bir anının öz böyük məqsədi, məramı olmalıdır.

Maksim Qorki

Axmaqcasına çiyinlərini zərbə altına verənləri həyat əzir.

Aleksandr Şirvanzadə

Vaxtı qoruyun, bu, həyatdan

düzəldilmiş bir toxumadır.

Semuel Riçardson

Sənət həyatın dərsliyidir.

Nikolay Çernışevski

11

Həyat dediyimiz o gözəl məna,

Tale dediyimiz müqəddəs dünya.

Yaranır insanın arzularından,

Hər təmiz vicdanın ilk baharından.

Səməd Vurğun

Həyat bizi kart kimi qarışdırır. Öz yerimizə yalnız təsadüfən, həm də qısa müddətə düşürük.

Maksim Qorki

Həyat gedir: kim onunla ayaqlaşa bilmirsə, tənha qalır.

Maksim Qorki

Zəhmət həyatdır, fikir dünya.

Viktor Hüqo

Ölüm var ki, həyat qədər dəyərli;

Həyat var ki, ölümdən də zəhərli.

Hüseyn Cavid

Hamı üçün həyat qiymətlidir, təmiz adam üçün namus həyatdan da qiymətlidir.

Vilyam Şekspir

12

Yaşamağın üsulunu kitab oxumaqla yox, daha çox həyat məktəbində öyrənirlər.

Moli

Ümidsiz həyat – bir anlıq ölümdür.

Vilyam Şekspir

Mübarizə həyatın şərtidir.

Mübarizə qurtardıqda isə həyat məhv olur.

Vissarion Belinski

Kitab ölü candır. Onu necə istəyirsən götür, cır, kəs, doğra; o, səs çıxartmaz. Amma elə ki həyatda səhv bir addım atdın, qanunsuz olaraq özünə bir yer tutdun, etiraz səsi eşidirsən, ya da səni döyər, başına vurarlar.

Maksim Qorki

Həyatı uzunluğuna görə deyil,

mənasına görə qiymətləndir.

Anne Seneka

Həyat əbədiyyətdır, ölüm az qala bir an.

Mixail Lermontov

Dünyada ən uzun və eyni zamanda ən qısa şey bizim həyatımızdır.

Mardeno

13

Görmək, hiss etmək – düşüncə,

dərindən fikirləşmək isə həyatdır.

Vilyam Şekspir

Həyatın mənasız şeylərinə çox böyük əhəmiyyət verməsəniz, yaxşı qalarsınız.

Oskar Uayld

Faydasız həyat – vaxtsız ölümə bərabərdir.

Yohann Volfqanq Höte

Biz üç şəkildə təhsil alarıq. Birinci təhsili valideynlərimiz, ikincisini müəllimlərimiz, üçüncünü isə həyat verir. Sonuncunun dərsləri əvvəl öyrəndiklərimizin hamısını yalana çıxarır.

Şarl Lui Monteskyö

Həyat daha çox romana bənzəyir,

nəinki roman həyata.

Aleksandr Puşkin

Sənətin nümunəsi və zövqün ilk məhəbbəti təbiətdir.

Henrix İbsen

14

Təbiət öz hərəkətində dayanmaq bilmir və hər cür fəaliyyətsizliyi edam edir.

Yohann Volfqanq Höte

Təbiət də zərurətə tabe olmalıdır.

Vilyam Şekspir

Təbiətdə təsadüflər yoxdur.

Dorris Lessinq

Təbiət ən kamil sənət əsəridir.

Toro

Təbiət gizləməyi sevir.

Heraklit

Təbiət qanunlarının öyrənilməsi – elm adlanır.

İmmanuel Kant

Təbiətdə hər kəs üçün yer, yaşamaq, varlıq vasitələri tapılar.

Vilyam Şekspir

Elmsiz, biliksiz öldürür insan.

Sənai Qəznəvi

15

Tanrı da düşməndir “mənəm” deyənə, Elmini əməldə göstərməyənə.

Sənai Qəznəvi

Elmlər kitabın yox, kitablar elmin nəticəsi olmalıdır.

Frensis Bekon

Elm – güc deməkdir.

Frensis Bekon

Elmin təhsilini fürsət varkən əldən buraxma.

Abbasqulu Ağa Bakıxanov

Elmdə hər şey mümkündür.

Henrix Heyne

Elmin öyrənilməsi azaddır.

Alman Meeli

Elm məntiqi cəhətdən sistem halında birləşmiş və

ideyası olan biliklərdən ibarətdir.

Mixail Kutorqa

16

Ağıl gözəlliyi ona deyirlər ki, istər tədqiqat, istərsə

kəşfdə həqiqət necədirsə, həmin hədd və kəmiyyətdə

qorunub saxlanılsın, nə daxili ehtimala, nə də xarici təsirə yol verməsin.

Nəsrəddin Tusi

Ağlın məhsulunun mənbəyi yalnız əql deyil.

Bütünlükdə onların meydana gəlməsinə insan özü kömək edir. İnsanın təbiəti, təhsili və həyatı, keçmişi və indisi, qabiliyyət və ehtirası, fərdi keyfiyyət və

xəstəliyi, qəlbinin və yaradıcılığının bütün hissələri, onun düşüncələri, yazdıqları – öz möhürüdür.

Odur ki, bir müəllifi başa düşmək və təhlil etmək üçün onun həyatı və təbiəti ilə tanış olmaq lazımdır.

Henrix İbsen

Ağıl nüfuzdan yüksəkdir.

Abelnar

Bəllidir baş kasası ağıla yurd olduğundan, Hər köhnə bir beyni, qəbul etməz hər zaman.

Nizami Gəncəvi

Ağıllı adamdır dünyada o kəs,

Gözü görməyəni heç qəbul etməz.

Nizami Gəncəvi

17

Ağıllı adam özündən güclüyə meydan oxumaz.

Nizami Gəncəvi

Susmaq heç də həmişə ağıllı olmağı sübut etmir Lakin ağılsızlığın büruzə verilməsinin qarşısını alır.

Pier Buast

Ağıl əmr edəni dil bəyan edir.

Əfzələddin Xaqani

Ağıllı adamın ilk bayramı ilk baxışdan kimlə işi olduğunu başa düşə bilməsidir.

Abbasqulu Ağa Bakıxanov

Ağılsız adam həmişə hünərsiz olur.

Abbasqulu Ağa Bakıxanov

Ölmək – ağılsız adamla həmnişin olmaqdan yaxşıdır.

Abbasqulu Ağa Bakıxanov

Əlbət ki, ağıllı bir qulaq asan,

Yaxşıdır həmişə yüz şüursuzdan.

Nizami Gəncəvi

Ağıllı işlə, axmaq güclə isbat edir.

Hind məsəli

18

Ağıllı insanlar bəzən çox axmaq olduqları kimi, axmaqlar da bəzən çox ağıllı olurlar.

Henrix Heyne

Ağıllı adam hərdən tələssə də, tələsik iş görmür.

Fillip Çesterfild

Başla ürək mənəvi əkizlərdir. Onlardan hər birinin ixtisara düşməməsi qayğısına qal.

Viland

Zehni təkmilləşmə üçün çox elm öyrənmək lazım deyil, bəlkə, daxili düşüncəyə (mühakiməyə) müraciət etmək lazımdır.

İqnatiy de Loyola

Elmin tərəqqisi alimlərin əsərləri və kəşflərinin dəyəri ilə təyin olunmur.

Lui Paster

Ucalmaq istəsən bir kamala çat,

Kamala ehtiram göstərir həyat.

Öz adına layiq işlər gör ki, sən,

Axırda utanma xəcalətindən.

Nizami Gəncəvi

19

Ağıllı zəhər də versə sənə, iç,

Namərdin balından, şərbətindən qaç.

Ömər Xəyyam

Həmişə öyrənmək, hər şeyi bilmək lazımdır.

Nə qədər çox bilsən, bir o qədər güclü olarsan.

Maksim Qorki

Kamil təhsilin ilk şərti nümunədir.

Vasiliy Kamenski

Yoxluq pərdəsindən varlıq aləminə qədəm qoyan hər bir insan sağlam əqlin hökmü ilə tam azadlıq nemətindən istifadə etməlidir.

Mirzə Fətəli Axundov

Az bildiyini etiraf etmək üçün gərək çox öyrənəsən.

Mişel de Monten

Ağıllı adamla dost ol, söhbət aç,

Namərddən uzaq ol gündə min ağac.

Ömər Xəyyam

Ağıllı adamlar uzaqgörən olurlar.

Fridrix Şiller

20

Ağıl və qəlb iki paralel dairədir. Biri genişlənəndə, o biri açılır. Sənətkar mədəniyyətinin gücü insan qəlbini həyəcana gətirib tərpətməsindədir.

İnsan nə qədər həssas və qüdrətlidirsə, o qədər də

böyük işlərə və qəhrəmanlıq hünərinə qabildir.

Sarsılmaz mənəvi igidlikdən qabaq çox vaxt acı gözyaşları baş verir. Qəhrəman Vətən haqqında düşünərkən ağlayır. Həqiqi qüdrətin öz devizi olmalıdır. Zorla heç nə ələ gətirilməməlidir.

₺34,07
Yaş sınırı:
0+
Litres'teki yayın tarihi:
16 kasım 2022
Hacim:
60 s. 1 illüstrasyon
Telif hakkı:
Hədəf nəşrləri
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Ses
Ortalama puan 5, 1 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin, ses formatı mevcut
Ortalama puan 5, 1 oylamaya göre
Dreamer
Kate Austin
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 2, 1 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
444
Kollektif
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 5, 1 oylamaya göre