Kitabı oku: «Himətli sözlər», sayfa 3
Gələcək müvəqqəti surətdə deyil, daimi şəkildə, yalnız dahi şəxslərə məxsusdur.
Viktor Hüqo
Cavanlığın məziyyəti var. O, inanır, o səmimidir, alicənabdır, təmiz və fədakardır.
Mərd, böyük qəlbli, minnətdardır.
Cavanlığın məziyyətlərini qorumağa çalışın.
Viktor Hüqo
Müdrik adam yetişir, püxtələşir, amma qocalmır.
Viktor Hüqo
Heç vaxt başqalarını özünüzdən ağılsız hesab etməyin.
Oskar Uayld
21
Aqil o kəsdir ki, vəfadar ola.
Nizami Gəncəvi
Ağıllı adam hər şeydə ölçü və əndazəni gözlər.
Mahmud Şəbüstəri
Müdrik adam üçün fakt həm əsl poeziya, həm də nağılların ən gözəlidir.
Con Uesli Emerson
İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti, malı.
Nizami Gəncəvi
Əgər güruh özünün sağlam əql sahibi olduğunu fərz etsəydi, sağlam əql öz əhəmiyyətini itirmiş olardı.
Jan Bol
Məhəbbətin həyatı bahardır
və məhəbbət baharın həyatıdır.
Jan Bol
Əgər məhəbbətlə yaşasan, bahar səninlə əbədi yaşar.
Jan Bol
Məhəbbət gənclik illərində daha fırtınalı olur.
Henrix Heyne
22
Məhəbbətsiz həyat ola bilməz.
Onore de Balzak
Gənclikdə məhəbbət çox coşqundur. Amma sonrakı illər o qədər güclü, çox sürən olmur. Çünki gənclikdə
bədən sevir, bədən arzulara hakim kəsilir.
Onu qanın bütün gücü müşayiət edir. Sonralar bu güc zəifləyəndə, qan damarlarda daha yavaş
cərəyan edəndə, bədən daha sevmədikdə, qəlb sevməyə başlayır. O, daha uzun sürən, daha dərin, fövqəlbəşər şəkildə sevir.
Peter A. Ediger
Dirilik suyudur sevgi zülmətdə
Böyük müəmmalar var məhəbbətdə.
Sədi Şirazi
Məhəbbət ölümdən və ölüm qorxusundan güclüdür.
Həyatı hərəkətə gətirən yalnız məhəbbətdir.
İvan Turgenev
Məhəbbət ölümə qalib gəlir, o, ölümdən güclüdür.
İvan Turgenev
23
Bizim məhəbbətimiz ayı, ulduzu hərəkətə gətirir.
Qoy onların atəşi məhəbbət və həyat mehrabında alovlansın.
Mirzə Şəfi Vazeh
Qüssə və kədər məhəbbətin mükafatıdır.
İordan
Mən sənin məhəbbətinlə güclüyəm, inan, Bütün yer üzünün krallarından.
Vilyam Şekspir
Yaşamaq üçün sevmək lazımdır.
Onore de Balzak
Məhəbbət daimi olmasa əgər,
Gəncliyin bir şəhvət oyununa dönər.
Məhəbbət odur ki, odu sönməsin,
İnsan yaşadıqca üzü dönməsin.
Həqiqi məhəbbət bir məhəbbətdir,
İlki də, sonu da əbədiyyətdir.
Nizami Gəncəvi
Sevmək üçün püxtələşmək lazımdır.
Molyer
24
Eşqdir mehrabı uca göylərin Eşqsiz, ey dünya, nədir dəyərin.
Nizami Gəncəvi
Eşqdir hər iki dünyaya zinət,
Eşq ilə dolanır bütün təbiət.
Eşqsiz məqsədə yetişmək olmaz,
Eşq ilə tapılar düzlük, həqiqət.
Məhəmməd Füzuli
Vurulmaq hələ sevmək deyildir.
Nifrət edərkən də vurulmaq olar.
Fyodor Dostoyevski
Mən həmişə çılğınlıqla sevmişəm. Heç vaxt, hətta xəyalən, fikrən də ona xəyanət etməmişəm.
Fyodor Dostoyevski
Gecə yasəmən öz rayihədar ətrini ətrafa saçarkən, ulduzlar parlarkən, bütün dünya yuxuya qərq olarkən, bütün ətraf sakitkən yalnız məhəbbət oyaqdır.
Molla Pənah Vaqif
Eşqsiz bir ürək heçliyə varsın,
Onu qəm selləri yuyub aparsın.
Nizami Gəncəvi
25
Məhəbbət zəifləri bərkidib, güclüləri zəiflədə bilir, yüksəyi alçaldıb, alçağı yüksəldə bilər.
Lüdviq Feyerbax
O şeyi ki biz həqiqətən sevirik, əvəzedilməzdir və
o şeyi ki biz əvəz edilən hesab edirik, həqiqətən onu heç zaman sevməmişik.
Aleksandr Puşkin
İztirab adamı bərkidir, möhkəmlədir, məhəbbət isə dayaq olur.
Karl Marks
Məhəbbət – əsl həqiqi məhəbbət olsa, sənə böyük məziyyətlər öz-özünə qismət olar.
Lüdviq Feyerbax
Ucalığa doğru meyil et, amma qoy meylinə mə-həbbət istiqamət versin.
Yohann Volfqanq Höte
Bir könül məhəbbət eylərsə izhar,
Çox şeylə seçilər ondakı rəftar.
Nizami Gəncəvi Gəncəvi
26
Məhəbbət fili də qoyar piyada,
Ona diz çökənlər mərddir dünyada.
Nizami Gəncəvi
Sevib sevgilini itirmək, bütün ömrünü məhəbbət dərdi duymadan keçirməkdən daha yaxşıdır.
Denissin
Zəmanənin gəncliyi o qədər bədbəxtdir ki, ya gərək dinclik bilməyən məhəbbət seçsin, ya məhəbbətsiz dinclik.
Henrix İbsen
Əvvəlcə öz qəlbinin açarını tap, onu tapsan, elə o açarla hamının qəlbini aça bilərsən.
Nikolay Qoqol
Məhəbbətlə dolub çağlarkən bahar,
Sevgisi yaşayan xəta iş tutar.
Nizami Gəncəvi Gəncəvi
Eşqsiz olsaydı xilqətin canı,
Dirilik sarmazdı böyük cahanı.
Eşqsiz bir adam bir neydir qırıq,
Yüz canı olsa da ölüdür, artıq.
Nizami Gəncəvi Gəncəvi
27
Məhəbbət bərabərlik yaradır, lakin onu axtarmır.
Stendal
Demə məhəbbətə qılıncdan iti,
Ürəkdir yaradan bu məhəbbəti.
Nizami Gəncəvi
Ey məhəbbətdə sabitqədəm olan!
Məhəbbətdən başqa yolla getmə, məndən qəmzədən yarın üzündən başqa ayrı bir şey soruşma.
Mənim ürəyimin məhrəmi və sirri ancaq məhəbbətdir.
Mirzə Şəfi Vazeh
Güclü od üzərində şiddətli qaynayan su, məhəbbət qədər qaynar ola bilməz.
İsmayıl bəy Qutqaşınlı
Sevgi elə bir ali, vahid və təbii hissdir ki, bütün çətinliklər onun qarşısında əriyərək məhv olur.
Şiller
Məhəbbət dünyanın ən böyük qüvvəsidir.
Cek London
Məhəbbət ürəyin içində olan diş ağrısıdır.
Henrix Heyne
28
Məhəbbətlə sıxılmayan əlin hərarətini anlamaq çətindir.
Fridrix Engels
Sən öz “mən”indən, öz şəxsindən nə qədər uzaq olsan, məhəbbətin o qədər daha böyük və daha mətin olar.
Lüdviq Feyerbax
Məhəbbətinə cavab almayan qadın hərarətsiz günəş, yaxud yağışsız buluddur.
Sergey Cilaya
Məhəbbəti heç bir dövlətlə almaq mümkün deyil.
Şiller
Hörmət hissindən məhrum olan məhəbbət çox davam etməz və yüksəlməz.
Belə məhəbbət təkqanadlı pəriyə oxşayır.
Aleksandr Düma
Qadın ləyaqəti haqqında mühakimə etmək lazım gəldikdə, onun gözəlliyini itirənə qədər gözləmək lazımdır.
Miç Liber
29
Sevən qadın ya kölədir, ya zülmkar.
Vusnarq
Qadın kainatın nümunəvi istehsalıdır.
Doris Lessinq
Qadınlarda məhəbbət, əzab-işgəncədən çox ülvi məziyyətlər doğurur.
Klod Adrian Helvetsi
Qadının xarici gözəlliyi deyil,
namusu mənim məhəbbətimə layiq ola bilər.
Vilyam Şekspir
Azad və sərbəst qadınların məhəbbət, utancaqlıq, ləyaqət haqqında özünəməxsus anlayışları var və onlar acı qüsurlarına mətanətlə dözürlər.
İvan Qonçarov
Qadınlar özgəsinə mənsub olan kişi üzərində
qələbə çalmağı sevirlər.
Onore de Balzak
Qəribədir, gözəl qadınlar lap qədimdən gec ərə gedirlər.
Yohann Volfqanq Höte
30
Gözəlliyi qurtarandan sonra qadınların böyük əksəriyyətinin təvazökarlığı başlayır.
Ücretsiz ön izlemeyi tamamladınız.