Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «İşdən çıxarmaq», sayfa 3

Kollektif
Yazı tipi:

şirkətinizin hüquq müşavirlərinin hər addımda sizə bələdçilik etməsinə çalışın.

1

İŞDƏN ÇIXARMAQ PROBLEMİ NƏ QƏDƏR UĞURLU ŞƏKİLDƏ HƏLL EDƏ BİLƏR?

İstər işçinin zəif performansından, istərsə də komandanın performansını ciddi şəkildə axsadan problemli davranışlarından qaynaqlansın – fərq etməz, çünki işdən çıxarmalar problemi əsasən kökündən həll edər. Ancaq işdən çıxarmalar bəzən problemli işçiyə vaxtında və lazımi şəkildə

məlumat və dəstək təklif edə bilməmiş idarəçinin bacarıqsızlığından da qaynaqlana bilər.

İpucu: İşçinin inkişafı üçün onu işdən çıxarmazdan əvvəl, nəyi daha yaxşı edə biləcəyini təxmin edərək, dərs almasına şərait yaradın. Əgər bunu etməsəniz, komandanızda, ya da şöbənizdə lazımsız yerə işdən çıxarılma faktları intensivləşə bilər.

1

İŞDƏN ÇIXARMA ZAMANI ÖZÜNÜZƏ DİQQƏT

ETMƏK

1

Bir işçini işdən çıxarıb-çıxarmamağa qərar vermək idarəçi üzərində önəmli şəkildə duyğusal basqı yaradır – nə qədər təcrübəli olursa-olsun. Bu işin çətin tərəflərini bilsəniz, duyğularınızı və

stress vəziyyətini daha düzgün şəkildə idarə edə bilərsiniz.

Duyğusal təsirlər haqda məlumatlı olmaq

Qərar vermə müddətində aşağıdakı duyğulardan birini və bir neçəsini yaşaya bilərsiniz:

 İşdən çıxarma qərarının düzgün qərar olub-olmaması mövzusunda narahatlıq. Görəsən, haqqında danışılan şəxsin performansı, ya da davranışlarıyla bağlı problemi çözmək üçün daha çox şey edə bilərdinizmi?

 Müsbət şəxsi keyfiyyətlər daşıdığı və ya dostunuz olduğu üçün o işçini itirmə ehtimalı qarşısında üzüntü;

 Problemə daha düzgün həll tapmadığınız üçün yaranan bacarıqsızlıq duyğusu;

 İşdən çıxarılan adamın bundan sonra ciddi maddi çətinliklər yaşayıb-yaşamayacağı ilə bağlı nigaranlıq;

 İşdən çıxarılacaq işçinin intiqam fikrinə düşməsi, ya da şirkətə qarşı hüquqi prosedurlara müraciət etməsi mövzusunda qorxu;

 Xroniki problemləri olan bir işçidən nəhayət ki, xilas olmağınızla bağlı rahatlanma; 1

İpucu: İşdən çıxarma prosesində mənəvi dəstək verməsi üçün istənilən bir ünsiyyət məsləhətçisindən məsləhət almağa çalışın. Peşəkar münasibətlərlə bağlı məsləhətçi belə vəziyyətlərdə

yaşanan mənəvi narahatlıqları təsnif etməyinizə kömək edə bilər. Eyni zamanda, ehtiyacınız olan baxış bucağının təminatı üçün sizə kömək edə, yalnız dinləyərək enerjinizi yeniləyə bilər.

ANLAŞILMAZLIĞI HİSS ETMƏK

Hansısa işçini işdən çıxarıb-çıxarmamağa necə qərar verəcəyinizə və ya əgər vəziyyət o nöqtəyə

gələrsə, işdən çıxarmanı necə gerçəkləşdirəcəyinizə dair nigarançılıq, ya da anlaşılmazlıq yaşaya bilərsiniz. Məsələn, bunlardan narahat ola bilərsiniz:

 Kimisə işdən çıxarmaq nə zaman hüquqi cəhətdən doğrudur?

 Bu qərarı vermək üçün yetərli faktımız varmı?

 İşçiyə necə və nə zaman məlumat veriləcək?

 Qanunlara və şirkət siyasətinə uyğun şəkildə işdən çıxarma necə baş tutmalıdır?

 İşdən çıxarma qərarını müzakirə edəcək və işdən çıxarılan adamın dostlarının olduğu komandada ruh yüksəkliyi və etibar necə qorunacaq?

 Haqqında danışılan şəxs işdən çıxdıqdan sonra onun mükəlləfiyyətinin düzgün şəkildə davam etdirilməsi üçün iş rolları, sistem və müddət yenidən hansı formada nizama salınacaq?

SİZ OLSANIZ NƏ EDƏRDİNİZ?

ÇƏTİN QƏRAR ÜÇÜN CƏSARƏT TOPLAMAQ

Kia Marşalı işə götürəndə enerjisindən və qabiliyyətindən çox təsirlənmişdi. Marşal olduqca həvəsliydi və məhsulları çox sürətli şəkildə öyrənə bilmişdi. Bir neçə ay sonra Kia Marşalın satış

hesabatlarını araşdırdı. Məlum oldu ki, o, planı doldura bilməyib. Hətta “satılmalı” olan rəqəmə heç yaxınlaşmayıb da. Şöbədə ondan başqa hamı gəlir planını doldurmuşdu. Üstəlik Marşalın hesabatları nizamsız və yarımçıq idi. Bəziləri isə ümumiyyətlə, yox idi!

Kia üzgün halda başını buladı. Necə olmuşdu ki, bu qədər səhv etmişdi? Marşal satış işi üçün özəlliklərə sahib ola bilərdi, amma həqiqətən uğur qazanmaq üçün lazım olan intizamı və təşkilati bacarıqlarında nöqsan vardı. Bəlkə də zərərin qarşısını almaq üçün Marşalı çıxarmağın vaxtı çatmışdı? Başqa bir seçimi var idimi?

SİZ olsanız nə edərsiniz? Məsləhətçiniz “Bacara bilərsiniz” başlığı altında sizə bir çözüm variantı təklifi edəcək.

ÖZÜNÜZÜ İDARƏ ETMƏK

Bu cür çətin zamanlarda özünüzə diqqət ayırmaq üçün yollar tapmağınız çox önəmlidir. Ancaq bundan sonra işdən çıxarma prosesini uğurlu şəkildə həll etmək üçün özünüzü ehtimal edilən ən yaxşı formaya sala bilərsiniz. Bu məqsədlə aşağıdakı addımlardan başlayın:

Birini işdən çıxarmağın hamı üçün – siz, bundan təsirlənən işçilər və yerdə qalan komanda üzvləri – pis nəticələrinin ola biləcəyini anlayın. İşdən çıxarma nəticəsində şirkətdənkənar 1

insanlarla belə problemlər yaşana bilər. Məsələn, bu prosesdən təsirlənən işçi ilə peşəkar əlaqə

yaradan hansısa müştəri, ya da tədarükçü onun niyə işdən çıxarılması ilə maraqlana, ya da komandanın performansından şübhələnə bilər.

İşçinin performans və davranış problemlərini həll etməyə kömək etmək üçün həqiqətən hər şeyi sınaqdan keçirmisinizsə, ona geniş imkan yaradaraq düzəlməsi üçün əlinizdən gələni etdiyinizi qəbul edin. Eyi zamanda, işdən çıxarılmanın çıxarılan insan üçün rahatlıq olduğunun fərqinə varın. Hər halda çox nadir insanlar işlərinin yaxşı getmədiyi işdə qalmaq istəyərlər.

Təşkilatdan kənar dəstək şəbəkənizlə – ailə üzvləriniz, dostlarınız, məsləkdaşlarınız və yaxşı dinləyici olan başqaları ilə vəziyyət haqqında düşüncələrinizi bölüşün və onlardan sizin yerinizə

olsalar, bu cür hissləri necə idarə edəcəklərini soruşun..

1

BELƏ EDƏ BİLƏRSİNİZ

KİANIN DİLEMMASINA GERİ QAYIDAQ

Təlimçiniz belə bir həll yolu təklif edir:

Hansısa işçini işdən çıxarmaq problemin yeganə çözümü kimi görünsə də, digər çözüm variantları da araşdırıla bilər. Məsələn, Kia gözlədiyi performansı aydınlaşdırmaq üçün Marşala məsləhətçilik edə bilər. Eyni zamanda, satış bacarıqlarını artırmaq üçün Marşalı satış təlimlərinə də göndərə

bilərsiniz. Əgər vəziyyət düzəlməsə, o zaman Marşala rəsmi xəbərdarlıq etməyə, ya da onu nəzarət altında saxlamağa qərar verə bilərsiniz. Marşalın zəif performansını sənədləşdirmək və düzəlməsi üçün atdığı addımları qeyd etmək Kia üçün vacibdir. Bu müddət ərzində Kia şirkətin siyasət və

prosedurlarını düzgün şəkildə izlədiyindən əmin olmaq üçün kadrlar şöbəsi və ya hüquq müşavirliyi ilə danışmalıdır.

1

İŞDƏN ÇIXARMANIN ƏSASLARINI BAŞA DÜŞMƏK

Ücretsiz ön izlemeyi tamamladınız.

₺42,25

Türler ve etiketler

Yaş sınırı:
0+
Litres'teki yayın tarihi:
16 kasım 2022
Hacim:
60 s. 1 illüstrasyon
Telif hakkı:
Hədəf nəşrləri
Metin
Ortalama puan 5, 2 oylamaya göre
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 5, 1 oylamaya göre
Metin PDF
Ortalama puan 5, 1 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre