Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Karyeranı yönəltmək», sayfa 3

Kollektif
Yazı tipi:

yenidən müəyyən edilmişdir.

Bu cür ssenari aramızda olan ən güclülər üçün belə müəyyən çətinliklər yarada bilər. Ancaq bu mənzərənin bir aydın tərəfi də var: şirkətlər özlərini yenidən qurmağa çalışdıqca bir neçə il öncə

kimsənin xəyal edə bilməyəcəyi yeni inkişaf imkanları da ortaya çıxacaqdır.

Hər an dəyişməkdə olan bu zamanda sizin də effektli rol oynaya bilmək imkanınız var. Sual oluna bilər – necə? Cavab: Bunu karyera irəliləyişinizin məsuliyyətini öz üzərinizə götürməklə edə

bilərsiniz. Bu, fasiləsiz şəkildə növbəti olaraq nə etmək və nə öyrənmək istədiyinizi müəyyənləşdirmək, daha sonra bu fürsətləri əldən buraxmamaq və bu məlumatı əldə etmək üçün tələb olunan addımları atmaq anlamına gəlir.

Nəzərə alın ki, professional inkişaf karyeranızı və işinizi dəyişdirmək və ya iş qüvvəsinə yenicə

qatılan biri kimi ilk dəfə karyeranı kəşf etmək demək deyildir. Bu, indiki vəzifənizdə və professional yolunuzda daxili məmnunluğu inkişaf etdirmək və artırmaq anlamına gəlir. Və bu, illər boyu eyni işləri görmək və işin hərəkətsizliyi içərisinə qapanıb qalmaqdan daha faydalıdır. Eyni zamanda da daha perspektivlidir və sizi şirkətiniz üçün daha dəyərli işçi halına gətirə bilər.

11

Karyeranın inkişafını pillələr kimi deyil,

hörgü kimi görün

Müasir cəmiyyətdə karyeranın inkişafı – sektorunuz, iş mövqeyiniz, ya da yaşınız nə olursa-olsun, hər kəs üçün vacibdir.

Bu günün və dünənin çalışma “qaydaları” arasındakı fərqli cəhətləri qavramaq üçün karyera-pillələr fikri ilə karyera-hörgü fikrini “Karyera-pillələri və karyera-hörgüsü düşüncələri üçün örnəklər” lövhəsində göstərildiyi kimi müqayisə edin.

12

Karyera pillələri və ya karyera hörgüsü düşüncələri üçün

örnəklər

Karyera pilləsi

Karyera hörgüsü

“Şirkətin

pillələri

ilə “Yuxarı, ya da aşağı və ya

yuxarı, ya da aşağı hərəkət yana doğru hərəkət edə

edirəm”

bilirəm”

“Bütün sualların cavabını “Məsələləri həmkarlarımla

şef bilir”

birlikdə

mən

həll

etməliyəm”

“Şirkətdə nə qədər uzun “Məlumatımı, töhfəmi və

müddət qalsam, bir o performansımı

qədər

qədər

mükafata

layiq artırsam, o qədər mükafat

olaram”

əldə edərəm”

“Şirkətim öz uğurlarına “Mən və iş yoldaşlarımın

özü məsuldur”

hər

biri

müəssisənin

uğurlarında

məsuliyyət

daşıyırıq”

Karyeranı strategiya kimi düşünmək

Şirkətiniz aid olduğu iqtisadi sektorda öz mövqeyi, buraxdığı məhsullar, göstərdiyi xidmətlərin dəyəri haqqında, əlbəttə ki, strateji rakursdan çox düşünür. Həmçinin siz də şirkətdəki yeriniz, professional maraq sahələriniz və bacarıqlarınızın dəyəri üzərində fasiləsiz olaraq strateji rakursdan düşünə bilərsiniz.

Karyera pillələrində irəliləyişinizlə nizamlı şəkildə maraqlanaraq və bacarıqlarınızı aktuallaşdıraraq şirkətiniz üçün get-gedə daha dəyərli işçi məqamına qalxmağınız mümkündür.

Bunu etməklə siz işinizdən daha artıq dərəcədə razı qalar və eyni zamanda özünüzdə şövq duyarsınız.

Bəs kiçik bir şirkət üçün çalışır və ya öz işinizi qurursunuzsa, onda necə? Yenə də karyera üzərində strateji rakursdan düşünməyiniz lazımdır. Hətta çox güman ki, professional cəhətdən inkişafınız üçün özünüzü daha məsuliyyətli hiss edəcəksiniz. Sual edə bilərsiniz ki, nə üçün? Ona görə ki böyük şirkətlərdə çoxsaylı əməkdaşın professional inkişafı ilə müqayisədə, sizin müəssisədaxili karyera mərkəzinə və ya şirkət tərəfindən məsrəfləri qarşılanan professional inkişaf proqramına üz tutmanız lazım gəlməyəcək. Yəni karyera pillələrində irəliləyişiniz bütövlükdə öz əlinizdə olacaq.

13

Özünüzü tanımaq

14

Karyeradakı irəliləyişinizi idarə etmək üçün ən önəmli addım özünüzü tanımaqdır. İstər karyeranıza yeni başlamış olun, istər qurduğunuz karyeranı bəzi yönlərdən dəyişmək fikrinə düşmüş

olun, istərsə ürəyinizcə olan iş yerinin bəzi bucaqlarını inkişaf etdirmək niyyətinə düşün – bu xüsusiyyətiniz bütün hallarda keçərli olacaqdır.

Kim olduğunuza açıqlıq gətirmək

Özünüzü tanımaq hansı işləri sevdiyiniz, hansı şəraitdə işləməyə üstünlük verdiyiniz, hansı xarakterli insanlarla çalışmaqdan xoşlandığınız, hansı qabiliyyətlərə sahib olduğunuz və onlardan hansını inkişaf etdirməyinizin lazım gəldiyi kimi şeyləri özünüz üçün bütün açıqlığı ilə üzə

çıxarmaqdır. Başqa sözlə, karyera yolunuza yeni gözlə baxmaq və onu uğurla inkişaf etdirmək üçün daha çox həvəs duyduğunuz başlıca professional sahələri, həmçinin ən dərin iş dəyərlərinizi və ən güclü bacarıqlarınızı yəqin etməlisiniz.

Bunlari yəqin etmək üçün nədən başlamalısınız? Üç məlumat qaynağınız var: öz içinizə

boylanmaq, başqalarından soruşmaq və rəsmi dəyərləndirmə vasitələrindən istifadə etmək.

Öz içinizə “boylanmaq”

Özünüzdən informasiya qaynağı kimi istifadə etmək üçün başlıca mövzuları yəqinləşdirmək əsas məqsəddir. Buna nail olmaq məqsədilə bütün dərinliyi ilə öz içinizə boylanın. Siz bu işi başlıca maraq sahələrinizi, dəyər və bacarıqlarınızı üzə çıxarmanıza kömək edəcək test vərəqləri və

lövhələrdən istifadə etməklə də görə bilərsiniz. Özünüzü daha yaxşı tanımaq üçün kiçik intellektual testlərə üz tutmanız da mümkündür. Buna bir neçə örnək göstərək:

Sizi əvəzsiz edən cəhəti müəyyən edin. Özünüzdən ən çox nəyə dəyər verdiyiniz xüsusiyyət haqqında soruşun. Sizcə, ən məxsusi tərəfiniz hansıdır? Sizə verilmiş əvəzolunmaz vergilər, istedadlar haqda nə deyə bilərsiniz?

Özünüzə bənzər birini arayın. Bir neçə dərgini vərəqləyin və sizi ən yaxşı şəkildə təmsil etdiyini düşündüyünüz rəsm əsəri tapın. Sonra özünüzə “nə üçün məhz bu rəsmi seçdin”, deyə sual verin.

Bütün həyatınızı göz önünə gətirin. Həyatınızın sonuna gəldiyinizi və geriyə dönüb bütün iş

həyatınıza nəzər saldığınızı xəyal edin. Sonra da bu cümlələri tamamlamağa çalışın: “Ən çox-___________ dan qürur duyuram“. “Kaş bu _______________dan daha çox yaratsaydım”.

Bunların nəticələrinin maraq sahələriniz, dəyərləriniz və bacarıqlarınız haqqında nələri ağla gətirdiyinə mütləq diqqət edin.

Başqalarından soruşmaq

Sizi yaxşı tanıyan insanlar professional maraq sahələriniz, dəyərləriniz və qabiliyyətləriniz haqda ən yaxşı məlumat resurslarıdır. Əslində, özünüzü professional inkişafınızın “idarə heyətinin sədri”

kimi düşünə bilərsinizsə, bu insanları da idarə heyəti üzvləri kimi təsəvvür etmək olar.

Özünüzü daha yaxşı tanımaq üçün şəxsi qaydalara riayət etməklə aşağıdakı addımları atın:

Həmkarlarınıza müraciət edin. Böyük, ya da kiçik bir müəssisədə çalışırsınızsa, həmkarlarınızdan

“Sizcə, şirkət içində etibarım nə haldadır?”, “Məni ən çox hansı cəhətimə görə tanıyır və

dəyərləndirirsiniz?” – suallarını ünvanlayın.

15

Dostlarınızla söhbətlərdə bu barədə söz salın. Sizi yaxşı tanıyan beş, ya altı adam seçin. Onlara bu məzmunda suallar verin: “Mənim şəxsiyyətimi təsvir etmək üçün hansı dörd sözdən istifadə

edərdin?”, “Əgər ən yaxın dostun ona mənim haqqımda danışmağını istəsə, nə deyərdin?”, yaxud

“Səncə, məndə təkanverici qüvvə nədir?”, və ya “Mənə qarşı antipatiya doğuran xüsusiyyətim hansıdır?”

Sizi yaxşı tanıyan insanlardan haqqınızda münasibətlərini açıq şəkildə bildirmək üçün sizə

Ücretsiz ön izlemeyi tamamladınız.

₺41,86