Kitabı oku: «Rüstəm Behrudinin özü haqqında bilmədikləri»

Kollektif
Yazı tipi:

RÜSTƏM BEHRUDİNİN ÖZÜ HAQQINDA BİLMƏDİKLƏRİ

Xanım Sultanova

(Filologiya üzrə fəlsəfə doktoru)

KİMLİK

80-ci illərdə ədəbiyyata gəlmiş istedadlı şair, geniş dü-şüncə və böyük fikir adamı Rüstəm Behrudi fəlsəfi, publi-sistik yazıları, həmçinin, mənəviyyatımıza nur çiləyən şeir-ləri ilə oxucusunun qəlbini çoxdan fəth etmişdir.

Rüstəm Hidayət oğlu Behrudi 1957-ci ilin sentyabrın 12-də Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu-nun Behrud kəndində ziyalı ailəsində dünyaya göz açmış-dır. Rüstəm doqquz uşaqdan ibarət olan böyük bir ailənin ilk övladıdır. Atası Alməmmədov Hidayət Həsən oğlu bö-yük ailəsini dolandırmaq üçün kənd məktəbində azərbay-can dili və ədəbiyyatı müəllimi işləməklə bərabər dülgərlik edirdi.

Şair ilk təhsilini 1964-1973-ci illərdə doğma kəndində almış, 9 və 10-cu sinifləri isə qonşu kənd olan Biləv kənd or-ta məktəbində oxumuşdur. Gilan çayının sahilində, göz ox-şayan mənzərə, dağlar qoynunda uşaqlığını keçirən şairin təfəkkürünün inkişaf etməsində, eyni zamanda babasının nağılları, həyati hekayələri, repressiya qurbanları haqqında söhbətləri böyük rol oynamışdır. Kiçik yaşlarından Rüstəm türk dünyasının möhtəşəmliyini dədə adlandırdığı babası Həsən kişinin dəyirmanında, çax-çax sədası altında elə onun söhbətlərindən anlayıb, sevdi. Bu haqda şair dəfələrlə öz xatirələrində qeyd edir.

Orta məktəbi bitirdikdən sonra şair əvvəlcə Baramaçı-lıq fabrikində usta, kolxozda fəhlə, Naxçıvan şəhərində ti-kinti idarəsində fəhlə işləmiş, 1974-cü ildə isə sənədlərini Naxçıvan Dövlət İnstitutuna təqdim edərək Tarix-ədəbiy-yat fakültəsinə qəbul olunmuşdur. Birinci kursda oxuyar-kən “Yeni Ordubad” qəzetində ilk şeiri, “Şərq qapısı” qaze-tində isə ikinci şeiri dərc olunmuşdur. 1980-ci ilin əvvəllə-rində “Ulduz” və “Azərbaycan” jurnalında, “Ədəbiyyat və incəsənət” qəzetində dərc olunan şeirləri onu böyük oxucu kütləsinə tanıtmışdır. Tələbəlik illərindən istedadlı qələm sahibi kimi tanınan şair İnstitutu bitirdikdən sonra təyinatla 1979-cu ildə Kələki və Unus kəndlərinə ədəbiyyat müəllimi kimi göndərilmiş və 7 il bu məktəblərdə müəllim vəzifəsin-də çalışmışdı. Şairin sevə-sevə söz açdığı pedaqoji fəaliyyəti məhz bu məktəblərlə bağlı olmuşdu. Sonralar isə o, Ordu-bad tarix-diyarşünaslıq muzeyində elmi işçi vəzifəsində ça-lışmışdır.

Azad düşüncə, fərqli təfəkkürə, türkçülük ideyalarına görə şair hələ tələbəlik illərindən müvafiq orqanlar tərəfin-dən nəzarətə götürülmüşdü. İnstitutda həmfikir olduğu tə-ləbələri bir araya toplayıb yaratdığı “Azadlıq” tələbə təşki-latında türkçülük və azərbaycançılıq ideyalarına görə Milli Təhlükəsizlik Komitəsinin təqiblərinə məruz qalmış, dəfə-lərlə sorğu-suala çəkilmişdi. Lakin heç bir təzyiq şairi öz amalından, ideyalarını təbliğ etməkdən çəkindirə bilmə-miş, əksinə, daha da türk olduğu qədər türk olmayana da təsir edəcək qüdrətində olan sənət əsərləri yaratmağa ruh-landırmışdı. 1984-cü ilin bir payız günü özü qeyd etdiyi ki-mi, qatarın sonuncu vaqonunda Bakıya gəlmiş və burada qalmağı qərarlaşdırmışdı.

Bütün həyatı keşməkeşlər içində keçən şairə qohumlar-dan kənar, kimsəsiz bir şəhərdə yaşamaq heç də asan olma-mışdı. Burada o, Sabir Rüstəmxanlı, Əjdər Xanbabayevin köməkliyi ilə işə düzəldi. Şair ilk vaxtlar, “Yazıçı” nəşriy-yatında gecə qarovulçu, gündüzlər fəhlə kimi (maaddi ehti-yac üzündən nəşriyyatda çap olunan kitabları maşınlara yükləyib lazımi ünvana çatdıraraq boşaldırmış), sonralar isə bu nəşriyyatda redaktor oldu. Sabir Rüstəmxanlı ilə “Azərbaycan” qəzetini bərpa etdi. O vaxtlar Azərnəşrin di-rektoru olan mərhum Əjdər Xanbabayev onun həyatında xüsusi rol oynadı. Uşaqlıqdan Ə. Elçibəylə dostluğu, Xudu Məmmədovla, Azad Mirzəcanzadə ilə, Mirəli Seyidovla, Zi-ya Bünyadovla tanışlığı şairin vətənpərvərlik notları ilə köklənmiş ruhunda işıqlı bir dünya açdı. 80-ci illərin so-nunda Allah vergisi olaraq ilahi ilhamla söylənən şeirləri dillər əzbəri oldu. Azərbaycanın üstünü qara buludlar alar-kən azad fikirli, sərbəst düşüncəli şair vətənin istiqlalı üçün qeyrət kəmərini qurşayan öncüllərdən biri oldu. Azərbay-canda ilk mitinqə rəhbərlik etdi. 1988-ci il fevralın 19-u Azadlıq meydanında özünü tək şair deyil, həm də istedadlı siyasətçi, ideoloq kimi təsdiqlədi. Rüstəm Behrudinin bü-tün həyatı ədəbi fəaliyyəti kimi təlatümlər içində keçmişdir. Antisovet, Turançı, türkçü damğaları vurulan şair təqiblərə məruz qalmış, 1989-cu ildə çap olunmuş, “Şaman duadı” kitabı çapdan sonra qadağan olunmuşdu. Kitab Türkiyədə nəşr olunandan sonra Azərbaycanda nəşr olunmuşdur. Rus ordusu Azərbaycana girən günü Bakının komendantı döv-lət televiziyası ilə ilk çıxışında şairə millətçilik damğası vu-raraq həbs olunmasını tələb etdi. Səhərisi Rüstəm Behrudi həbs olundu.

Onun yaratdığı əsərlər 80-ci, 90-cı illər Azərbaycan mil-li düşüncə tərzinin formalaşmasında xüsusi rol oynadı. “Sa-lam, dar ağacı” şeiri vətən sərhəddinin hüdudlarını aşıb bü-tün türkdilli xalqların azadlıq marşı səviyyəsinə yüksəldi.

Türk dünyasının möhtəşəmliyi, bu dünya içindəki yük-sək dəyəri və əyilməz xalqın gerçək dünyagörüşünün tə-məlini özündə əks etdirən bu şeir əsrlər keçsə də Rüstəm Behrudinin tək Azərbaycanın, Türkiyənin deyil, Böyük Tu-ran şairi olduğunu təsdiqləyəcək. Bundan başqa “Şaman duası”, “Boz qurd”, “Vətən”, “And olsun”, “Ata dili” və s. kimi şeirləri eyni səviyyədə şairin oxucu kütləsi arasında populyarlığını artırdı. Bütün bu şeirlər bir-biri ilə sıx bağlı-dır və onların hamısında aparıcı xətti vətənpərvərlik möv-zusu təşkil edir. Lakin eyni mövzu təzadlı rəmzlər siste-mindən uğurla istifadə olunmaqla fərqli rakurslardan araş-dırılır ki, bu da şairin böyük ustalığına dəlalət edir.

1986-cı ildə “Yaddaşlara yazın” adlı ilk şeir kitabı “Ya-zıçı” nəşriyyatında çap olundu. Sonralar şairin 14 kitabı həm Azərbaycanda, həm də xarici ölkələrdə nəşr olunaraq işıq üzü gördü.

1989-cu ildə “Şaman duası” kitabı “Yazıçı” və Ankara-da “Ural-Altay dərnəyi” nəşriyyatlarında çap olundu. 1992-ci ildə “Salam, dar ağacı” “Gənclik” nəşriyyatında, 1993-cü ildə “Tənhalıqda ölüm qorxusu yoxdu” Ankarada “Ural-Altay dərnəyi” nəşriyyatında, 1996-cı ildə “Bitəcək hər şey bitməlidi” “Atilla” nəşriyyatında, 1997-ci ildə “İblis mələk-dən gözəldi” “Dünya” nəşriyyatında, 1999-cu ildə “Yer üzü görüş yeridi” “Atilla” nəşriyyatında, 2003-cü ildə “Din sev-dim din üstünə” “Orxan” nəşriyyatında, 2007-ci ildə 2 kita-bı: “Göz yaşlarından baxan Allah”, “Salam, dar ağacı” və 2012-ci ildə yenə 2 kitabı: “Yeddi rəng bir rəngdi daha”, “Qanlı kölgə” “Azərnəşrdə”, “Bir dəli ayrılıq kimi” “Qa-nun” nəşriyyatında, “Salam dar ağacı” yeni variantda An-karada çap olundu, onun şeirlərindən seçmələr bu günlərdə “Görən niyə susub Allah” adı ilə Almaniyada alman dilin-də işıq üzü görüb.

Rusiyanın paytaxtı Moskva şəhərində A.Axundovanın tərcüməsində şeir kitabı çapa hazırlanır. Son 2 ildə Tehran-da 2 kitabı işıq üzü gördü.

Dünya Azərbaycanlıları Konqresinin Mədəniyyət Aka-demiyasının fəxri üzvü, “Türk Dünyası Uluslararası” şeir festivalının böyük ödülün (qızıl mükafatın) sahibi, Azər-baycanın bütövlüyü uğrunda “Qızıl qılınc” mükafatçısı R.Behrudinin şeirləri əsasında hazırlanmış tamaşa 1989-cu ildə Rusiyanın Leninqrad (indiki Sankt-Peterburq) şəhərin-də keçirilən Beynəlxalq folklor festivalının qalibi oldu. Rüs-təm Behrudinin şeirləri Dünya şeir antologiyalarında al-man, rus, fars, fransız, ingilis dillərinə tərcümə olunmuş-dur. 3 cildli Azərbaycan Antologiyasında Rüstəm Behrudi-nin müxtəlif şeirləri rus dilində dərc olunmuşdu. Şeirləri dərsliklərə salınmışdır.

Şairin illər boyu yazdığı yüksək dinamikaya, gözəl yazı üslubuna, zəngin dilə malik sənət nümunələri daima ədəbi irsimizin zənginləşməsinə xidmət etmişdir. Şairə uğur gəti-rən hər bir əsər Azərbaycanın bütövlüyü naminə oxunan nəğmələrdi.

Əhməd Bican Ərculasun

(professor)

Rüstəm Behrudi… Bir şaman nəvəsi. Hüseynzadə Əli, Ziya Göyalp, İsmayıl Kaspıralı, Yusif Akçura… Bunların ha-mısı birər “şaman nəvəsi” deyilmi?!

İsa Həbibbəyli

(akademik)

BÜTÖVLÜK VƏ GENİŞLİK

Azərbaycan ədəbiyyatının yeni dövrünün tanınmış nü-mayəndəsi Rüstəm Behrudini gənclik illərindən yaxşı mə-nada iddialı görmüşəm. İlk növbədə o, XX əsrin yetmişinci illərində Naxçıvan Dövlət Universitetində tələbə ikən dərs-lərdə, iclaslardakı yerindən danışmaq iddiası ilə yadımda qalıb. Danışmağı dərsi bilib-bilməməsindən asılı deyildi. İlk baxışda “intizamı pozmaq” kimi nəzərə çarpan bu danışıq-da tələbə yoldaşlarından ucada durmaqdan çox, sıradan bi-ri deyil, müəllimləri ilə dialoq qurmaq, hətta bəzən onların tərəf müqabili olmaq iddiası ilə diqqəti cəlb edirdi. Əslində isə bu, Rüstəm Behrudinin köksündəki ədəbiyyat ətrafında öz sözünü demək ehtiyacından doğurdu. İndi otuz beş il əvvəlki illərə qayıdıb həmin anları düşünəndə Rüstəm Beh-rudinin tələbəlik dövründəki “icazəsiz” danışıqları mənim təsəvvürümdə bədii yaradıcılıq düşüncəsinin ilkin məşqləri təəssüratı doğurur. Danışmaqdan da çox sual vermək və suallarında alacağı cavabın əsas tezisini qabaqcadan səs-ləndirmək niyyəti onun “söz demək” iddiasının ifadəsi ki-mi səslənirdi. Bu, Rüstəm Behrudinin “başına bəla gətirə bi-lən”… şeir adlı yolçuluğunun başlanğıcı idi. Və həmin illər-də yazdığı “XXI əsrə xitab” şeiri də o zaman üçün “xatalı” sayılan yaşadığı dövrandan şikayət notları da olan gənc qə-ləm sahibinin gələcəyə iddialı baxışlarını əks etdirirdi. Öz sözləri ilə desək, çox qısa bir zaman içində ayılıb gördük ki, Rüstəm Behrudi artıq şair olub. Rüstəm Behrudinin “ruhu-nun yeganə əzabkeşi” olan söz tələbəlik dövründən onun bədənindən şeir yazmaqla çıxmağa başlamışdı. Rüstəm Behrudi üçün söz yalnız ədəbiyyat yaratmaq deyil, həm də yazdığı şeirlərdən boylanan tərcümeyi-halıdır. Artıq keçən əsrin səksəninci illərində o, “bakirə bir söz dəlisi” olan id-dialı cavan şair kimi meydanda idi. Tələbəlik illərində şeir-lər yazsa da, içindəki istəyi “illərlə çəkib dara” nəhayət, qarşısı alınmayan bir gücə çevriləndən sonra, səksəninci il-lərin ikinci yarısında şairlik iddiası ilə “sözün dalınca” hə-mişəlik yolçuluğa başlamışdır. Nehrə kimi çalxalanan sək-səninci illərin sonlarının hadisələri böyük ədəbiyyatda Rüstəm Behrudi şeirlərinin təkanverici qüvvəsinə çevril-mişdir. Etiraf etmək lazımdır ki, XX əsrin axırlarının siyasi-ləşməmiş milli azadlıq hərəkatının şeirdə böyük əks-səda-sını yaradanların sırasında Rüstəm Behrudinin xüsusi xid-məti vardır.

Rüstəm Behrudinin 1989-cu ildə yazılmış “Salam, dar ağacı” şeiri müstəqillik ərəfəsi Azərbaycan vətəndaşlıq po-eziyasının möhtəşəm proloqu idi. Bu, xalqın milli azadlıq təşnəsi haqqında istedadla və cəsarətlə yazılmış kəskin po-etik nümunədir:

Yolumu gözlədin hər səhər, axşam,

Salam, dar ağacı!

Əleyküm-salam.

Əcəllə ölməyə doğulmamışam,

Salam, dar ağacı!

Əleyküm-salam!

Eli yağmalanan, bölünən, bölən,

Çayları quruyan, gölləri ölən,

Haq-hesab çəkməyə gələn mənəm, mən,

Salam, dar ağacı!

Əleyküm-salam!

Ey darın ağacı! Kimdən kəməm, kəm?!

Ya səni yendirrəm, ya sənə yennəm.

Ya da budağında yarpağa dönnəm,

Salam, dar ağacı!

Əleyküm-salam!

Qəbul et, növbəti qurbanın mənəm,

Mənim canım səndə, bil, canın mənəm.

Eylə qürrələnmə, hər yanın mənəm,

Salam, dar ağacı!

Əleyküm-salam!

Rüstəm Behrudi hələ Sovet hakimiyyəti dövründə ca-van yaşlarında “Salam, dar ağacı” şeirini yazmaqla azadlıq-dan danışmaq qorxusunu böyük ədəbiyyatın canından çı-xarmışdır. Məhz Həmin illərdə yeni ədəbi nəslin əsl vətən-daşlıq ruhunu daşıyan nümayəndəsi kimi yazdığı “Salam, dar ağacı” şeiri ilə Rüstəm Behrudi azadlıq uğrunda müba-rizədən açıq şəkildə və qətiyyətlə danışmağın mümkünlü-yünü isbat etmişdir. Bu, XX əsr ərzində yazılmış ilk “Sa-lam, dar ağacı” şeiri kimi də əhəmiyyətlidir.

“Salam, dar ağacı” şeirində Dar ağacı müstəmləkəçili-yin, müstəbidliyin, “qırmızı qaranlıqların” mənfur bir ka-busudur. Bu, Azərbaycan ədəbiyyatında Dar ağacına mey-dan oxuyan üsyankar şeirdir. Bu, Rüstəm Behrudinin hələ tələbə ikən yazdığı “XXI əsrə xitab”ının alt qatında çırpınan poetik notların ədəbiyyat meydanına ayaq açıb gəlməsi, oradan da azadlıq meydanlarında marş səviyyəsində səslə-nən bədii nümunəyə çevrilməsi demək idi. Üsyankar Mey-dan ədəbiyyatında “Salam, dar ağacı” şeiri Dar ağacına po-etik ittiham meydanı açan, ona hökm oxuyan nadir ədəbiy-yat məhkəməsi nümunəsidir. Azadlıq hərəkatı meydanla-rında oxunan, dillərdə əzbər olan “Salam, dar ağacı” şeiri xalqın böyük istiqlal naminə, ölümü mərdanə şəkildə qəbul etməklə, qorxmadan mübarizə aparmaqla, idealına çata biləcəyinin mümkünlüyünə inam yaradan mübariz vətən-pərvərlik poeziyası örnəyidir.

Milli azadlıq hərəkatı dövrü Azərbaycan şeirində Rüs-təm Behrudinin “Salam, dar ağacı” şeiri ilə müqayisə edilə biləcək poetik örnək göstərmək cətindir. Sovet hökumətinin hələ mövcud olduğu son illərdə baş verən ictimai-siyasi ha-disələrin dalğasında Sabir Rüstəmxanlının "Ömür kitabı" meydan hərəkatı dövrü ədəbiyyatının bayrağı, Rüstəm Behrudinin “Salam, dar ağacı” şeiri isə poetik andı idi. Azərbaycan xalqının müstəqillik uğrunda apardığı müba-rizəsinə “Ömür kitabı” poetik-publisist dastanı və “Salam, dar ağacı” şeiri böyük hərəkətverici, təkanverici qüvvə kimi əhəmiyyətli dərəcədə xidmət göstərmişdir. "Salam, dar ağa-cı" şeiri ilə Rüstəm Behrudinin ədəbiyyata gəlişindəki söz demək iddiası şairlik andına çevrilmişdir. Bunun ardınca meydana çıxmiş “Ölüm, xoş gəldin” şeiri böyük And qar-şısında gerçək poetik etirafdır". Ölüm, xoş gəldin" şeiri “Sa-lam, dar ağacı”nın davamı deyil, cavabıdır. “Ölüm, xoş gəl-din” deməyə hazır olmayan şair "Salam, dar ağacı" – deyə gerçək şeir yaza bilməzdi. Hər ikisi sanki bir nəfəsə yazıl-mış bu şeirlər eyni ruhun qüdrətinin poetik tərcümanıdır:

Ocaq daşı tərsə dönən

Tərsə çönüb sonra sönər

Qayıdıb özünə dönən

Elim, xoş gəldin, xoş gəldin !

Vaxtında gəlmir gözlənən

Dərdimdir belə sözlənən.

İçində qoru gözlənən

Külüm, xoş gəldin, xoş gəldin!

Dərdimi dil-dil ötməyə,

Sözə bəndəlik etməyə,

Vacib tanrıya getməyə,

Dilim, xoş gəldin, xoş gəldi

Alçaq da sən, uca da sən,

Cavan da sən, qoca da sən,

Sən hər şeydən ucadasan,

Ölüm, xoş gəldin, xoş gəldin!

Yenə doxsanıncı il şeirlərindən olan" 33 yaşımda, ya-xud anamın adı Zəhra" şeirlərindəki ölüm-həyat fəlsəfəsi-nin açılışı Rüstəm Behrudi yaradıcılığının mahiyyətinə işıq salır:

Bu yaşda ölümə tövbə, din dedim,

Ölümü ucaltdım ucalıqlara.

Ölümə ilk dəfə "xoş gəldin" dedim

Çalxalanan bir elin sevdaları başımda

Dar ağacına salam verdim

Otuz iki yaşımda.

Dar ağacına salam verib,

Ölümdən qaçmaq nədir?

Ölümü gəzdirirəm,

Ölüm mənim içimdə.

Axı ölüm-həyatdır,

Həyat-ölüm biçimdə!

Rüstəm Behrudinin “Salam, dar ağacı” şeirində onun yaradıcılığı üçün xarakterik olan milli-mənəvi bütövlük və genişlik anlayışları da öz əksini tapmışdır. Ümumiyyətlə, Rüstəm Behrudi Azərbaycanı böyük türk dünyası ilə birlik-də dərk və vəsf edir. “Salam, dar ağacı” şeiri də Azərbay-canın azadlıq arzusunu türk dünyası xalqlarının böyük ümidləri səviyyəsində bütün genişliyi ilə ifadə edən bilən, mühüm ümumiləşdirmə imkanlarına malik olan mükəməl şeirdir.

Bu mənada “Salam, dar ağacı” şeiri konkret tarixi epo-xada yovşan ətirli Böyük Çölün oyanışının və üsyankar ru-hunun Azərbaycanda yaranan mərdanə poeziyasıdır. Şeir yazıldığı illərdə Bakıda olduğu kimi Daşkənddə, Alma-Atada, Aşqabadda, Bişkekdə də oxunmuş, azadlıq meydan-larında səslənmişdir. "Salam, dar ağacı" şeiri türk dünyası-nı siyasi-mənəvi əsarətdən xilas olub, müstəqillik uğrunda mübarizəyə səfərbər edən böyük ədəbiyyat nümunəsidir:

Xəzəri, Baykalı, Aralı gördüm,

Gördüm can üstədir, yaralı gördüm,

Tanrını bəndədən aralı gördüm,

Salam, dar ağacı! Əleyküm-salam!

Qırğızam, özbəyəm, qazax, türkmənəm,

Başqırdam, türkmənəm, elə görk mənəm.

Sənin gözlədiyin qərib türk mənəm:

Salam, dar ağacı! Əleyküm-salam!

Qeyd etdiyimiz kimi, Rüstəm Behrudi üçün Vətən an-layışının sərhədləri Azərbaycandan Altaylara qədərki mə-safələri ifadə edən geniş bir məfhumdur. Onun içində də, şeirlərində də böyük Turan sevdası yaşayır. O, “Turana Vətən” deyir, “bir ucu günbatan, biri gündoğan” olan bu böyük coğrafiyanın şeirini yazır. Onun bu silsilədən olan ən uğurlu şeirləri “ Obu, Yeniseyi, İdili keçib”, “Altaytək, Ağrıtək dağ aşıb gəzən,” “bölünə-bölünə yox olub itən”, “Tanrı dağlarına qədər uzanıb gedən” yovşan ətirli, ağzı atəş kimi boz qurdu ulaşan, “On uyğur, Doqquz oğuz elini” özündə cəm edən “sevgili bir yurd”un hayqırtısıdır, at kiş-nərtisidir. Rüstəm Behrudinin şeirləri oğuz-türk ellərinin bütövlük düşüncəsinin və genişlik çırpıntısının bənzərsiz poetik əks-sədasıdır. O, “mənim Buntürk, Saq babam, Hun babam, Oğuz babam” – dedikdə ayrılıqların yox, bütövlü-yün və genişliyin dərinliyini və miqyasını nəzərə çarpdırır. Son yüz ilin Azərbayacan şeirində Rüstəm Behrudinin ya-radıcılığında olduğu qədər heç bir sənətkarın əsərlərində türk dünyasının taleyi bu qədər dərinlikdə və genişlikdə öz əksini tapa bilməmişdir. Rüstəm Behrudi tərənnüm etdiyi Turanın genişliyi ilə birlikdə tarixi proseslərdəki çətinliklə-rini, bəzi yanlışlıqlarını da ədəbiyyat mövzusuna çevirib, müasirlərinə ibrət dərslərini çatdırmağı şair-vətəndaş bor-cu olaraq yerinə yetirir.

O, Turan dünyasının ən müxtəlif səbəblərdən “yadlara qızıl taxt ucaldaraq” bölünməsinin səbəbini “mənəmlik” duyğusu ilə, fərqli niyyətlərə xidmət edən hərbi-siyasi məq-sədlərlə əlaqələndirir. Burası da son dərəcədə əhəmiyyət-lidir ki, Rüstəm Behrudi 1990-cı ildə türk dünyasına həsr olunmuş şeirlərini yazıb, tarixin keşməkeşli səhifələrini diq-qət mərkəzinə çəkəndə hələ tarix kitablarımızdan “pantür-kizm” və “xalqlar dostluğu” sözləri çıxarılmamışdı:

Göy Tanrı, Qara xan, Oğuz, Güntəkin…

Tənəsi içdiyim bir anddan gəlir

Mənim ruhumdakı bu üsyan, qiyam

Tanrıqurt Metedən, Gürşaddan gəlir.

Buna görə də Rüstəm Behrudi hərəsi bir tarixi səhifə açan Teymurləngi, Xətaini, İldırım Bəyazidi, Sultan Səlimi haqq-ədalət divanına çağırmaqla oxucusunu keçmişin acı dərslərindən ibrət çıxararaq irəli baxmağa çağırır. Bunun əksinə olaraq, Rüstəm Behrudi Böyük çöl ruhunu tam ifadə edən Atillanı və Dədə Qorqudu bütövlük və genişlik rəmzi kimi son nəfəsinədək vəsf edir. O, yurdunu və elini qoru-maqla Qalın Oğuz eli üçün canını fəda etməyi böyük and kimi qəbul etmiş Beyrəyin qanlı köynəyini türk dünyasının döyüş bayrağı kimi mənalandırır. O, Hun türklərinin qüd-rətli hökmdarı və sərkərdəsi Atilladan da böyük tarixi şəx-siyyət olmaqla bərabər, həm də “nə vaxtsa dünyaya gəlib" insanlığa mənəvi bütövlük və genişlik bəxş edəcək ideal olaraq söz açır. Bütün bunlarla birlikdə, Rüstəm Behrudi-nin yaradıcılığındakı Turan anlayışı dünyanın reallıqları, yeni dövrün prinsipləri nəzərə alınmaqla hərbi-siyasi deyil, mənəvi-ruhi birliyi əks etdirir. Turan-onun üçün “üz tut-duğu tarixin” ibrət kitabı, ortaq köklərin bütövlüyünün rəmzi, etnik tarixi-coğrafi genişliyin göstəricisidir. Şairə gö-rə Tanrı dağına and içmək ümumiyyətlə Vətənə, idellara, torpağa ən üstün andın ifadəsidir. “And içsəm nəyəsə inan-ma heç vaxt, ağacdan, çiçəkdən, yarpaqdan özgə” misrala-rında şair torpağa və məmləkətə bəslədiyi dərin münasibəti nəzərə çarpdırır. O, “mən içdiyim andlardan yuxarıdayam” – deyərkən də ideala sədaqətin münasibətlərdən ucada da-yandığını bəyan edir. Bununla belə, Rüstəm Behrudi onu da aydın görür və dəyərləndirir ki, böyük türk dünyasında “hər xalq özünə layiq torpağın sahibidir, hər xalq özünə la-yiq yurd seçib, yuva qurub”.

Ona görə də Rüstəm Behrudinin türk dünyasına həsr edilmiş şeirlərində Azərbaycan faktoru xüsusi çəkiyə ma-likdir. Daha doğrusu, Rüstəm Behrudi ümumiyyətlə dün-yaya, o cümlədən də türk dünyasına Azərbaycandan baxır. Rüstəm Behrudi şeirlərində Azərbaycan ağırlıqlı türk dün-yasını tərənnüm edir. Türk dünyası haqqındakı şeirləri ge-niş baxışlara malik bir Azərbaycan şairinin qavrayışında ifadə olunan üfüqlərin poetik ifadəsidir. Avropanın və Asi-yanın diğər ölkələrinə həsr etdiyi şeirlərində də planetar baxış milli düşüncənin süzgəcindən keçərək obrazlı şəkildə mənalandırılır. Buna görə də onun Vətən anlayışı ümumi (türk dünyası, yaxud dünya) ilə xüsusinin (Azərbaycanın) nəinki ayrılmaz vəhdətindən, hətta zərurətindən yoğrul-muşdur. Rüstəm Behrudi şeirlərində ölkə anlayışını şair Fü-zuli və ya Göyçə, Qarayazı kimi yer adları ilə yanaşı, həm də "əyilməyən çinarlar", yaxud “Kitabi-Dədə Qorqud” das-tanlarından gələn “qarşı yatan qara dağ” məfhumlu ilə, qan yaddaşına hopmuş mifoloji təsəvvürlərlə ifadə edir. O, hələ sovet hakimiyyəti illərində Vətəndən bəhs edərkən yazmışdı ki, “sən qızıl almasan devlər əlində”. Rüstəm Beh-rudinin 1985- ci ildə qələmə alınmış. “Vətən” şeiri isə Azər-baycan ədəbiyyatında milli-mənəvi bütövlüyün və etnik-coğrafi genişliyin vüsətini özündə əks etdirən fərqli və əhə-miyyətli poetik örnəkdir:

Qarşı yatan qara dağı-yaylağım,

Düzənləri, ormanları oylağım.

Əyilməyən çinarları-bayrağım, –

      Vətən!

Ağ alnıma Araz qara yazıdı,

Varaq, yol uzaqdı – qar ayazıdı.

Kərkükdü, Göyçədi, Qarayazıdı,

       Vətən!

Hər ağrılar, hər acılar, ötəndi,

Əl uzatsam, Ərzuruma yetəndi,

Füzulinin məzarı da Vətəndi –

             Vətən!

Rüstəm Behrudinin şeirlərində Gürşad obrazı mənəvi-ruhi varlığın və bütövlüyün rəmzi kimi çıxış edir. Şairin nə-zərində Gürşad onu – yerlə-göylə bağlayan, müqəddəslik nümunəsi ola bilən, sevgi və azadlıq haqqındakı mətləblə-rini ifadə edən ümumiləşmiş obrazdır. Gürşad –geniş mə-nada Rüstəm Behrudinin estetik idealının təcəssümü olan surətdir. Gürşad-Rüstəm Behrudi üçün günahkar bədəndə əziyyət çəkən təmiz və uca ruhun ideal obrazının poetik ifa-dəsidir. Gürşadın adının əksər məqamlarda Tanrı dağları ilə birlikdə çəkilməsi də bu obrazı böyük ideallarının təcəs-sümü kimi ilahiləşdirmək-müqəddəsləşdirmək mənalarını ifadə edir:” Tanrı dağda Gürşad ilə mən də sənnən qoşaca-ğam”, “Mən Gürşadın ruhuyam, dözmədim Tanrı dağdan” misraları Rüstəm Behrudinin Gürşadı “yeddi rəng bir mə-nadı daha”-deyə bilməyəcəyi qeyri-adi bir ucalıq kimi tə-səvvür və tərənnüm etdiyini göstərir. “Ey Gürşad, gəl qəlb-lərə dol, "Qəlblərə dol, and yeri ol, Kim səni görsə bircə yol, İmandan, dindən keçəcək" – misraları da Gürşada “and yeri” səviyyəsində poetik münasibəti aydın şəkildə məna-landırır. Aşkar şəkildə görünür ki, şair danışdıqda-məişət-də işlədilən andlardan cox idealı simvollaşdıran uca And yerinə inanır “Mən Gürşadın ruhuyam” desə də “Nə yap-sam günah, səhv ilə, keçdiyin yola əfv elə” sözləri ilə Rüs-təm Behrudi ona – idealına inandığını ürəkdən bağlı oldu-ğunu, ümid etdiyini, hesabat verdiyini də ifadə edir. Bütöv-lükdə Gürşad obrazı Rüstəm Bəhrudinin sevgi və azdlıq idealının daşıyıcısıdır. Bundan başqa, Gürşadlirik poeziya-da simvolik bədii obraz yaratmaq baxımından da Rüstəm Behrudi şeirinin özünəməxsusluğunun ifadəsidir. Doğru-dur, dünya və Azərbaycan şeirində az da olsa buna bənzər örnəklər vardır. Lakin bu, Rüstəm Behrudinin Gürşadıdır: sevgidən və inamdan da uca Gürşad! Gürşad – “Çiçəklər – başdaşım, göy üzü-qəbrim; yarpaqlar kəfənim, ağac tabu-tum”, yaxud "əcəllə ölməyə doğulmamışam" – deyən, “ge-cələr könüldən qurd kimi ulamaq keçən”, yalqızlıqda özü-nü tapmış darıxan lirik mənin özü ilə idealları arasındakı elçisidir, ona dərin ümidlərinin daşıyıcısıdır:

Təkcə sən bilirsən mən kiməm axı,

O nur da, Gürşad da sənə bəllidir.

Mənim tək o nuru görüb sevməyin

Ruhuma ən böyük bir təsəllidir.

Bu mənada Gürşadla Rüstəm Behrudinin yaradıcılığın-dakı Şaman obrazı arasında yaxınlıq vardır. Gürşad – Rüs-təm Behrudinin dualarındakı ümidlərin, işığın, idealın, bə-dii obrazıdır. “Şaman duası” – Rüstəm Behrudinin müasir Azərbaycan ədəbiyyatında möhkəmləndirdiyi motivdir. Şa-man duası Rüstəm Behrudi üçün türk dünyasının varlığını ruhunda yaşadan, onun ucalığını və bütövlüyünü hər şey-dən uca tutan, böyük gələcəyə doğru ümidlərini ifadə edən poetik monoloqdur. “Şaman duası” ahəngində poetik təh-kiyəni də yeni dövr Azərbaycan şeirinə Rüstəm Behrudi gətirmişdir. Bu, əslində Dədə Qorqud şeirlərindəki ritmin poeziyadakı yeni improvizasiyasıdır. Rüstəm Behrudi ən müasir mətləbləri Dədə Qorqud təhkiyəsi əsasında “Şaman duası” ilə özünəməxsus poetik səviyyədə səsləndirmək və-zifəsini layiqincə yerinə yetirmiş, nəticədə özünün fərdi üs-lubunu yarada bilmişdir. “Şaman Daştəkənin sonuncu du-ası” şeiri artıq məhz Rüstəm Behrudinin poetik sözüdür.

Eşit, ey tanrı, dözümüm,

Bizi lap yordu, vaxtıdır.

Varıban getmək gərəkdir,

Göndər Boz qurdu, vaxtıdır.

Bədoy atları çapdığım,

Qan bahasına yapdığım,

Vətən deyib tanıdığım,

Torpaq bir gordü, vaxtıdır.

Nəyim var can kimi dadlı?!

O da Tanrım, döyüş aldı.

Bi igid göndər – ağ atlı,

Hifz et bu yurdu, vaxtıdır.

Rüstəm Behrudinin yaradıcılığında peyda olmuş İblis motivi onun tənhalıq şeirlərinin üzvü tərkib hissəsidir. Özüynən tənha qalanda, yalqızlıq hislərini yaşayanda üz tutub ürəyini boşaltdığı iblis şairi ənənəvi mövzularından bir qədər kənara çıxara bilən, təsəvvürlərini genişləndirən məfhumdur. Bu mənada Rüstəm Behrudinin İblisi ədəbiy-yatda yüksək klassik səviyyədə əksini tapmış “cümlə xəya-nətlərə bais” olan iblisdən fərqli olaraq, çox da vahiməli bir məfhum deyildir.

Şairin fikrincə, “hər kəsin şeytanla ortaq yanı var”. Rüstəm Behrudiyə görə, ümumiyyətlə insan "yarı iblis, yarı mələkdir". Əgər insanın gözündəki pərdə çəkilərsə, orada hər kəs öz içindəki iblisi görə bilər. Bu mənada Rüstəm Behrudi iblisi mürəkkəb bir məfhum olmaqdan uzaqlaşdı-raraq adiləşdirmişdir. O, ədəbiyyatda İblis xofunun sındıra bilmişdir. Buna görə də Rüstəm Behrudi o fikirdədir ki, hə-yat var olduqca qiyamət gününə qədər insanlığın bətnində iblis yaşayacaq və nəhayətdə cəhənnəmə tək gedəcəkdir. İblis mövzusunda yazdığı şeirlərində Rüstəm Behrudi də “cəhənnəmdən qovulmuş iblis” motivindən istifadə edər-kən:

Söylə, ən gözəli nədi dünyada

Baxtın verdiyindən beş əlli tutmaq?

Dərdiynən barışıb bu yer üzündə

Qalı b unudulmaq? Yoxsa ki, yerdən

Başını götürüb gedib unutmaq?

Suallarına Cavab axtarmış, bir qədər dərinliklərə baş vurmalı olmuşdur. Ancaq bütövlükdə Tənhalıq dərgahında iblislə danışmaq, bölüşmək, onun da yalqızlığı ilə barışmaq Rüstəm Behrudinin İblisini fərqləndirir. Buna görədir ki, o,şeirlərində "İblis mələkdən gözəldir", hətta “mən iblisə qardaş” – deyir. Rüstəm Behrudinin "İblislə qol-boyun" adlı şeir yazması cəmiyyətin tarazlı inkişafında, “qınından çı-xan” haq yolu uğrunda mübarizədə "qanadlarından qan sü-zülən" iblisin də varlığının reallığının qəbul edilməsi zəru-rəti nəzərə çarpdırılır. Bu, ədəbiyyatdakı ənənəvi xeyirlə şə-rin mübarizəsi motivinin ifadəsi demək deyildir. Şairə görə, bəşəriyyətin harmoniyası naminə onsuz insanın içində onunla bir yerdə olan iblislə mələyin dinc yanaşı yaşadıl-ması daha çox fayda verə bilər. Onun fikrincə, İblis xofu ol-mazsa, “dua, tövbə, savab, günah” tərəziləri itən təkbaşına həyat “sərsəm” kimi mövcud olar. Bütövlükdə İblis haqqın-da yazılmış şeirləri ilə, Rüstəm Behrudi dünya ədəbiyyatı-nın əbədi motivi olan bu mövzunun üzərindən mövcüd pərdəni çəkmiş, ona yeni məna verməyi bacarmışdır. İblisə həsr olunmuş şeirlərində Rüstəm Behrudi şair-filosof kimi çıxış edir. Ümumiyyətlə, Rüstəm Behrudinin yaradıcılığın-da insana və cəmiyyətə fəlsəfi baxışın poetik ifadəsi üstün mövqedədir. Onun üslubunda fəlsəfə şeirdən çıxarılan ümumiləşmiş nəticədən çox, şeirin açarıdır. Rüstəm Behru-dinin yaradıcılığının tam mahiyyətini açmağın yolu onun şeirlə ifadə olunmuş fəlsəfəsini aydınlaşdırmaqdan keçir.

Ölüm-ruh-həyat, İblis-mələk münasibətlərinin təzadı və ya vəhdəti Rüstəm Behrudinin poetik fəlsəfəsinin ümu-miləşmiş mahiyyətini özündə əks etdirir. Bu, çoxəsirlik ənə-nəsi olan Azərbaycan fəsəfi lirikasının təzə səhifəsidir.

İlin fəsillərinə həsr edilmiş şeirləri Rüstəm Behrudinin özünəməxsus poetik ovqatını mənalandırmağa xidmət edir. O, qışdan soyuqluq, ilk bahardan oyanış, yay fəslindən qız-mar mühit, payızdan isə ayrılıq kimi söz açır. Bundan baş-qa, fəsillərdən hər birinin poetik baxımdan mənalandırıl-masında da Rüstəm Behrudi orijinal təşbehlər və epitetlər işlətməklə təbiətə bənzərsiz şairanə münasibətini meydana qoyur. Onun təqdimatında qış-“soyuq ulduzların sevgisi” kimi mənalandırılır. O, ilk bahar yağışlarını yalnızlığın göz-yaşlarına bənzədir. Şair yaz fəslini "açan almaların qırmızı çiçəklərinin" rəngində görür. Onun üçün yay fəsli darıxdı-rıcı qızmar cəhənnəm kimidir. Bu, şübhəsiz ki, tənhalığın yay fəslindəki assosiasiyasıdır. Rüstəm Behrudini Azərbay-can ədəbiyyatına cəlbedici payız şeirləri silsiləsi gətirmiş-dir. Şair bir neçə baxışdan payızın çalarlarını axtarmışdır. O, “dörd fəslə sığmaz halını” əslində bir fəsildə-payızda tapmışdır. Rüstəm Behrudinin özünü "Sonbaharın övladı" adlandırması, tez-tez "Sonbahardan gəlmişəm" sözünü səs-ləndirməsi sadəcə onun payızda dünyaya gəlməsini, tərcü-meyi-hal faktını deyil, ruhundakı romantik payız çalarla-rını, ayrılıqları və bütövlüyə can atmaları ifadə edən obrazlı bir qavrayışdır. Onun payız şeirlərinin romantikası da, poe-tikası da fərqli və düşündürücüdür:

Sevəcək hər şeyi payız bir azdan,

Neyləsin bahardan yanmamışlar?

Gecikib payızda açan gülləri,

Sonuncu xəbərdi köçəri quşlar.

Buludlar sonuncu xəbərdir dolub,

Göydən ismarıcdı yağan yağışlar.

Köçən durnalarla, dönər dumanla

Divanə könlümün payızı başlar.

Qoymaz oğlum, qızım, qadınım məni

Bir salan yarpağa qoşulum gedim.

Qoymazlar qoşulum durnalar ilə

Bu yerdən köçəri quş olub qedim.

Gedim mən üz tutub olacaqlara,

Ruhumu köçürüm özümə bir də

Mən qaçım özümdən, görüm, ilahi,

Dönə bilərəmmi özümə bir də.

XX əsrin səksəninci illərinin yaddaqalan şeirlərindən olan "Söz necə mənə oxşayır" şeiri Rüstəm Behrudinin özü-nü təbiətdə tapmasının bənzərsiz poeziyasıdır. Daha çox cəmiyyət hadisələrindən yazan Rüstəm Behrudi təbiətə həsr olunmuş şeirlərində də incə mətləbləri böyük istedad-la poetikləşdirir. "Gör necə mənə oxşayır" şeirindəki, təbiət-dəki dəqiq və aydın müşahidələrin poeziyası sözün böyük mənasında əsl şairlik istedadının gerçək göstəricisidir:

Qışda yer üzünə ələnib yağan,

Məzar daşlarını itirən ilk qar,

Bir yaz gecəsində səhərə kimi

Təpədən dırnağa açan gilənar,

Ay Allah, gör necə mənə oxşayır…

Dağda bizim kənddə, qardaş payızda

Baş tutmaz tələsib ikinci dəfə

Açan almaların o çiçək qəmi;

Payız gecələri ay işığında

Çılpaq ağacların qərib görkəmi

Ay Allah, gör necə mənə oxşayır…

Yağışı yağmayan yay axşamları

Ləçəklər qurusa, arı azandı…

Sarala-sarala sozalıb batan

Günəş də üfüqdə tale yazandı

Nədi bu oxşayış mənnən nə bilim?

Bu günəş gör necə mənə oxşayır;

Ay Allah, o tale mənim taleyim

Rüstəm Behrudi lirik-fəlsəfi şairdir. Onun şeir yaradıcı-lığında publisistika elementləri yoxdur. Lakin Rüstəm Beh-rudinin kitablarında publisistika nümunələri də az deyildir.

Rüstəm Behrudi şeirlərində lirik-poetik və fəlsəfi dü-şüncələrini, publisistikasında isə əsasən mənəvi-ictimai fi-kirlərini ifadə edir. Rüstəm Behrudinin şeirləri də əsasən ic-timai mətləblər üstündə köklənmişdir. Onun yaradıcılığın-da sirf sevgi şeirləri cox azdır. Hiss olunur ki, o, poetik şə-kildə lirika üstündə ifadə edilməyə sığmayan ictimai mət-ləbləri publisistika vasitəsi ilə təqdim edir. Rüstəm Behru-dinin publisistikasında da ictimai-fikirlər sadəcə hadisələri və təfərrüatları təsvir edən cümlələrlə deyilir, çox vaxt həm də obrazlı ifadələrlə mənalandırılır. Əksər publisistika nü-munələri də şeirləri kimi yığcamdır. Bütün bunlara görə Rüstəm Behrudinin bir çox publisistika nümunələri mən-sur şeir təsiri bağışlayır. Bu mənada onun publisistikasında əksər hallarda şeir parçalarının olması məqalədən poeziya-ya keçidi yox, mövzunun publisist həllinin obrazlı şəkildə şeirləşməsi təəssüratı yaradır. Yaxud da Rüstəm Behrudi-nin ayrı-ayrı şeirlərindən seçilmiş bəndlərdən publisistika-sında istifadə olunması şeirlə axıradək deməyin çətin ol-duğu eyni notları publisistika vasitəsi ilə dərinləşdirərək davam etdirməsi ehtiyacından yaranır. Hətta Rüstəm Beh-rudinin bəzən şeirləri ilə eyni adda məqalələr yazması poe-tik baxımdan obrazlı şəkildə mənalandırılan həmin möv-zuya daha qüvvətli ictimai fikir demək cəhətdən yenidən qayıdışın təzahürüdür.

Onun bəzi publisistika nümunələrini nəğmə, məktub adlarıyla təqdim etməsi bu yazıların məqalə cildində “şeir” olduğuna işarə kimi səslənir. “Baş daşından çiçək gözəldi” – deyənlərin nəğməsi” silsiləsinə daxil olan mətnlərdən iki-si şeir, dördü isə şeir kimi səslənən publisistikadır. Burada publisistikanı şeirdən yalnız vəzn və qafiyənin olmaması fərqləndirir. “Ölüm doğulacaq uşaq kimidi. Kim doğulma-dı ki, ruhum mənim. Hər kəsin ölümü öz bədənindədi. Kim nə vaxt doğulacağını bilmədiyi kimi, öldüyünü də bilmir, ruhum mənim.

Olmayan olandan daha gözəl, gedən qalandan daha xoşbəxtdi, ruhum mənim. Olmayan olmağa, gedən qayıt-mağa can atır həmişə. Canatmalardan ibarətdi bu dünyada hər şey”.

"Payız yağışına islanmış sözlər" publisistika silsiləsi məktublardan ibarətdir. “Nəğmə”lərlə müqayisədə “mək-tublar” bir qədər həm də janrın xarakterindən doğan senti-mentaldır. “Məktublar” bir çox hallarda Gürşada məhəb-bətdən yağan gözyaşlarını xatırladır: “Bax, elə bu gecəyə və gecənin içində məndən uzaqda sahilə sığınmaq istəyən lə-pələnən dənizə yağan yağış içində köçəri quş kimi uçan sözləri isladır… Sən ağacın, otun, çiçəyin dərdini, mən ağa-cın budaqlarının, otun qoxusunun, çiçəyin ləçəklərinin dər-dini çəkən adamam.

Biz eyni dərdin bütöv və yarımçıq adamlarıyıq. Bütöv olmağın və yarımçıqlığın qorxusu var içimdə. Mənim ölü-müm bir dəlinin xoşbəxtliyi, sənin xoşbəxtliyin bir divanə-nin ölümüdür. Divanələr günlərinin üstünə yağış yağan pa-yız kimi…Payız təpədən dırnağa ayrılıqdı…Payızdı. sözlə-rimdən yağış yağır… Mən sonbahar adamıyam. Məni səndə açıb, məndə solacaq çiçəklərə bağışla”.

Yaradıcılığının əsas motivlərindən olan tənhalıq dü-şüncələrinin publisist ifadəsinə həsr olunmuş yazılarda icti-mai motivlər güclənmişdir. Bu silsilədə insanın, günahın, tövbənin, ölücünün, ağılın, divanəliyin mahiyyəti haqqında aydınlaşdırıcı mülahizələr öz əksini tapır. Bu məqamda Rüstəm Behrudi idealist filosof kimi görünür: “Tövbə-qa-yıtmaqdı. Tövbə günahı yumaz. Hər bir günahın çəkiləsi bir əzabı var… Tövbə-yeni bir günah işləmək istəyi, yeni bir günaha yol qoymaq hiyləsidi. Tövbə-günahı zaman ölçü-sünə sığdırmaqdı…Yalnızlıq və tənhalıq ən böyük tövbədi. Tənhalığa çəkilən adam günah işlədə bilməz. Çünki tənha-lığa çəkilən adamın andları duaya, hönkürtüsü pıçıltıya çevrilir.

Rüstəm Behrudinin “Ruhumuzun sərhədləri”, “Mən də bir vaxt adam idim”, “Paylaşılan yalnızlıq-yalnızlıq de-yil” publisistika silsilələri təsirli və mənalı esselərdir. Es-selər daha bədii və obrazlıdır. Kamal Abdullaya yazılmış “Kədərli seçmələr, yaxud seçilmişlərin kədəri” yazısı tanın-mış yazıçının “unutmağa kimsə yox” fəlsəfəsində ifadə olunan tənhalığın həmrəylik essesidir. Alim Qasımova ba-xış haqqındakı düşüncələrinə həsr edilmiş “Səs-tənhalığın rəsmidi” essesində ilahi səsi ilə “göy üzünün boşluğuna” rəsm çəkən böyük sənətkarın obrazı canlandırılır. Vaqif Cəbrayılzadədən bəhs edən "Vaqif, sənə deyiləsi sözlərimə yağış yağır” essesi məzmunlu bir poetik-publisistika nümu-nəsidir. “Son bahardan oğluma məktublar” silsiləsindəki esselər ictimai-məzmunu, qayəsi, mahiyyəti və hədəfləri etibarilə Rüstəm Behrudinin təkcə publisistikasının yox, ümumiyyətlə yaradıcılığının əsas tezislərini səsləndirir. Fikrimizcə, qızı Ayselə üz tutaraq yazılmış “Görüntü” es-sesi də “Son bahardan yazılmış məktublar”ın tərkib hissəsi olub, bir daha Rüstəm Behrudinin yaradıcılıq qayəsini ay-dınlaşdırır: “Gələcəyə yüyürməkdən gözəl şey yoxdu bu yer üzündə”. Bu işıqlı və nikbin motivin essesinin Rüstəm Behrudi yaradıcılığının səsinə çevrilməsi, onu artıq kifayət qədər orijinal şəkildə mənalandırdığı ölüm-ruh-iblis dairə-sindən ayırıb, həyat eşqinin fəlsəfəsini, bu günlərin sabit və nikbin ritmlərini daha qabarıq ifadə edən əsərlərin cazibəsi-nə dəvət edir. Bəli, Azərbaycanda müasir inkişaf prosesləri-nin, günəşi yaradanların böyük ədəbiyyatı doğulmalıdır.

Yaradıcılığının sönməz poetik enerjisi, yeni həyata və insana baxışlarındakı dərinlik və müasirlik, xüsusən, ən ye-ni şeirlərindəki Vətən notları, indiki qayğıların əks-sədası Rüstəm Behrudinin “sonsuz zaman içindəki” düşüncələr selinin yer kürəsi dayanacağından bizim günlərin “gələcə-yə yürüyən” böyük ədəbiyyatının yaradılması proseslərinin içərisində olduğunu göstərir. Rüstəm Behrudinin böyük və-təndaş yazıçı Cəlil Məmmədquluzadənin yaradıcılıq ideal-larına dərin inam və ehtiram bəslənməsinin, qüdrətli sənət-kara üz tutaraq “Ustad Mirzə Cəlilə” epiqrafı ilə şeirlər yaz-masının cövhərində dayanan iki əsas mətləbdən birincisi milli azadlıq, digəri isə yüksək vətəndaşlıq mövqeyidir. Rüstəm Behrudinin “Ölüm, xoş gəldin” şeiri dahi Cəlil Məmmədquluzadənin məşhur “Ölülər” tragikomediyasın-dan, kefli İsgəndərin od püskürən monoloqundan diksinib oyanmış xalqın seçdiyi siyasi-mənəvi əsarətdən xilas olmaq yolunun mərdanə poetik etirafıdır. Milli azadlıq ideyaları dalğasında ədəbiyyatda möhkəmlənmiş Rüstəm Behrudi-nin şeirləri yeni epoxada Məlikməmməd kimi işığa, irəlilə-yişə, milli-mənəvi bütövlükdən etnik-coğrafi genişliyə qə-dərki bütün uca dəyərlərin daha da inkişaf etdirilməsinə xidmət edir. 1986-cı ildə yazılmış Cəlil Məmmədquluzadə-yə həsr etdiyi “Daha gülə-gülə ağlamaq olmur” adlı publi-sist poemasında da böyük demokrat ədibin apardığı ümu-milli mübarizədən doğan müasir vəzifələr yüksək vətən-daşlıq səviyyəsində təqdim olunur. Bu poema Cəlil Məm-mədquluzadə və Vətən mövzusunda yazılmış mənalı, dü-şündürücü böyük poetik monoloqdur. Cəlil Məmmədqu-luzadədən bəhs edilən poemalar sırasında Rüstəm Behru-dinin “Daha gülə-gülə ağlamaq olmur” poeması yüksək idealı orijinal əsər kimi mühüm əhəmiyyətə malikdir. “Da-ha gülə-gülə ağlamaq olmur” publisist poeması Cəlil Məm-mədquluzadənin dilindən müasir dövrə xitabdır:

Kefli İsgəndərə deyin bu günkü

Nazlını, Zeynəbi nə gözlər sabah,

Sonra da yollanım şərab dalınca,

Baxıb keyf eləsin Şeyx Nəsrullah.

Vədələr verilir: Kimdə hünər var,

Bu günkü qızımın xətrinə dəyə.

Elə bil Kəbini yazıq Zeynəbin

Təzədən kəsilib Xudayar bəyə.

Qılıncda kəsər yox, de qın neyləsin,

“Özümüz” deyilik, budur əngəli

Bəlamın birisi söz yox özgədən,

Böyüyü, ay ustad, özümdən gəlir.

Mənim işim başqa, istəyim özgə,

İndi şair çoxdur qəm ovutmağa.

Mən isə bu günün “Ölülər”inin

Gəlmişəm ruhuna ayna tutmağa.

Rüstəm Behrudi “Ata dili” şeiri ilə Cəlil Məmmədqu-luzadənin “Anamın kitabı” dramındakı “Atanın öz əli ilə yazdığı kitabı”ın milli-mənəvi bütövlük ideyasını seçilmiş mövzu əsasında fərqli baxışlar ilə yenidən dilə gətirmişdir. “Ata dili” şeirində böyük Mirzə Cəlil Məmmədquluzadə-nin öz sözləri ilə desək “beşikdə yad millətlərin südünü əmmiş, vətənimizdən yadırğamış və millətimizin ruhundan xəbərsiz”lərin Ana dili deməyə haqqının çatmadığı ideyası irəli sürülür. Şairin fikrincə, anası əcnəbi millətlərdən olub, yad tərbiyə alanların milli-mənəvi dəyərləri axıradək qoru-yub saxlaya, yaşada və daşıya bilməmələri cəmiyyəti ciddi çətinliklərlə üzləşdirir. Bütövlükdə Cəlil Məmmədquluzadə irsinə və ideallarına müraciət Rüstəm Behrudiyə ədəbiyyat-da yüksək vətəndaş sözü deməyə də geniş imkan yaradır.

Qeyd etdiyimiz kimi, Rüstəm Behrudinin otuz illik bədii yaradıcılığı bütövlük andı üstündə köklənmiş geniş bir tarixi-coğrafi genişliyin ədəbiyyatıdır. Görkəmli şair və ictimai xadim Oljas Suleymenova açıq məktub kimi 1984-cü ildə yazılmış “Hər şey ayrılıqdan başladı” şeiri Rüstəm Behrudinin həm tarixi-coğrafi genişlik anlayışının miqyası-nı, həm də bütövlük andının mahiyyətini və həmrəylik ide-yasının əhəmiyyətini dolğun şəkildə ifadə edir. O, eyni za-manda, oxucusunu “qızıl alma timsalı Vətən” üçün, dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsi yollarında həmişə Məlikməmməd misalı səməndər quşuna çevrilməyə çağırır. Rüstəm Behrudinin poeziyası min illərin ruhunu və yeni əsrin çağırışlarını vəhdətdə əks etdirən mənəvi bütöv-lüyün və genişliyin kamil sənət nümunəsi olaraq tarixi mis-siyasını davam etdirməkdədir.

19.08.2015

Sabir Rüstəmxanlı

(şair, millət vəkili)

TÜRK RUHUNUN KEŞİKÇİSİNƏ

ÖN SÖZ ƏVƏZİ

Əzizim Rüstəm! Bu gün sənin ad günün və yubileyin-dir! Otuz illik dostluğumuzun və ədəbi tale bağlılığımızın məntiqinə görə, ürəyimin istəyinə, yaradıcılığının doğma-lığına görə bu gün mən sənin yanında olmalı, haqqında söz deməli, məclisinin başında oturmalıydım. Təəssüf ki, həyat-da hər şey bizim istədiyimiz kimi olmur və biz buna öyrəş-məliyik! Öncədən planlaşdırsaq da, sənə bəlli olan səbəb-dən bu gözəl gününə çata bilmədim! İnanıram ki, inciməz-sən!

Sənin haqqında ürək sözümü deməyə, yubiley məcli-sini gözləməyə ehtiyac yoxdur! Əzizim Rüstəm! Özün də yazdığın kimi, ilk tanışlığımız günü, ilk şeirlərini, "Yazıçı" nəşriyyatına mənim yanıma gətirib, fikrimi öyrənmək istə-yəndə "bu şeirlər gözəl şeirlərdir, sən də gənc şair deyil-sən, böyük şairsən!" demişdim! Onda sən hələ çox gənc idin! Sevinirəm ki, ötən illər sözümün doğruluğunu təsdiq-lədi! Biz elə həmin gündən dostuq! Tezliklə sənin ilk kita-bın nəşr olundu. Çox az qələm əhli tapılar ki, onun ilk kita-bı ədəbi hadisəyə çevrilsin, onu oxucuların sevimlisinə çe-virsin!

Sən ruhən, daha dəqiq desəm milli təəssübünə, türk-çülük məfkurənə görə mənə əziz adamsan! Sən ədəbiyyatın millətə xidmət vasitəsi olduğunu ilk addımlarından hiss eləmisən! Şeirə döyüş kimi baxmısan, evdarlıq kimi yox!

Sonra yollarımız ayrılmadı! Auditoriyaları bir yerdə ayağa qaldırdıq. Meydan kürsülərinə ilkin çıxdıq, azad mətbuatımızın ilk qaranquşu olan “Azərbaycan” qəzetinin ilk nömrəsinə Sənin "Salam, dar ağacı!" şeirinin böyük və-təndaşlıq havasını qatdıq! Milli azadlıq mübarizəsində bir-gə addımladıq, əldəqayırma siyasətçilərdən olmadıq, düz yolun yolçusu olduq! İlk tanışlığımızda sənə böyük şairli-yini qabaqcadan dediyim kimi, Azərbaycanın rus əsarətin-dən qurtaracağına inamımı da demişdim! İkisi də oldu! Bu falabaxanlıq deyildi, şair intuisiyasının diqtəsiydi! İndi hə-min hissiyyat mənə deyir ki, biz güneyli qardaşımızın da azadlığını görəcəyik! Və orda da Rüstəm Behrudinin şeiri milləti səfərbər edən əsas güclərdən biri olacaq!

Əzizim Rüstəm! Bu gün Azərbaycan-Türk düşmənçili-yi geniş bir cəbhə boyu, hətta sovet dövründəkindən də qorxulu bir şəkildə üstümüzə gəlir. Torpaqlarımızın işğalı bir yana, düşüncəmizi də işğal etməyə çalışırlar, yazı-pozu adamlarımızın böyük bir hissəsi yenilik adına mənəvi də-yərlərimizi dağıtmaqla məşğuldurlar, bu cür proqramlaşdı-rılıblar! Ən böyük işğal ruh işğalıdır! Sən bu millətin bu günkü Azərbaycan sərhədlərindən çox böyük olan ulu Türk ruhunun keşikçisisən! Parlaq poeziyanla, kəsərli pub-lisistikanla! Bircə şey qalır: Hər şeyə daha ciddi yanaşmaq!

Əziz qardaşım! Qardaşların dişlə-dırnaqla bir "Behrud" şirkəti də açmışlar və çox vaxt özlərini olduğundan daha böyük göstərirlər! Allah orda da işlərinizə rövnəq versin! O da balaca kəndinizi böyük dünyaya çıxarmaq yoludur! İnşallah nəsliniz durduqca böyüyər! Ancaq dünyada bir "Behrud" şirkəti də var! Sənin ürəyində! Sahibi də, işçisi də sənsən və tək bir əmlakı var – Söz! "Behrud" şirkətinin tale-yi bizim iqtisadi monopolistlərin insafından asılıdır! Amma sözdə artıq sən özün monopolistsən və zaman keçdikcə bu söz yaşayacaq, səni də yaşadacaq və yüz-yüz "Behrud" şir-kətlərindən daha artıq iş görəcək! Bu söz inflyasiya bilmə-yəcək, ildən ilə bahalaşacaq!

Əzizim Rüstəm! Sən mənim gözümdə həmişə kənddən yenicə gəlmiş o gənc, çılğın, tələskən, haqsızlığa dözməyən, senzurasız dahisən, mübariz həm də etibarlı, saf oğlansan! Vaxt çoxlarının astarını üzünə çıxartdı, sən dəyişmədin! Dəyişilən və böyüyən sözünün kəsəri və coğrafiyası, sənə olan sevgi oldu! Belə də davam edər inşaallah! Səni bu gö-zəl günündə ürəkdən təbrik edir, sənə can sağlığı, yeni-ye-ni yaradıcılıq uğurları arzulayıram, öpürəm.

Praqa

15.09.2012

M. Seyidov

(mifoloq)

Türk mifik düşüncə tərzi, Turan ideyası və türk milliy-yətçiliyi XX əsrin sonlarında Rüstəm Behrudinin şeirləri ilə yenidən həyat qazandı.

Kamal Abdulla

(şair-yazıçı, professor, dövlət müşaviri)

ÜÇ SÖZÜN TİLSİMİ

… Mən Rüstəm Behrudini düşünürəm. Bütün yaradı-cılığı ilə özünü ədəbiyyata salan – var. Bir şeiri ilə özünü ədəbiyyata salan – var. Misra ilə – var. 4 söz ilə ədəbiyyata düşən – var. Rüstəm, hələlik yeganə şairdi ki, 3 söz ilə ədə-biyyatın düz göbəyinə salıb özünü. “Salam, dar ağacı” ən müxtəlif yaş dövrlərinin, əhvallarının, pessimizm-optimizm qütblərinin hər birində cövlan edən şeirdir. Elə bil ki, bu üç söz paroldu, onu kimə desən ən bağlı ürəklərin də qıfılı açı-lıb öz-özünə ayaqlar altına düşəcək və sən istədiyin qəlb evinə girəcəksən. Azərbaycan poeziyasının bu sehrli 3 sözü nağılların “sim-sim”i kimi təhtəl şüurumuzda arzu və ümidlər aləminə keçidi irahlayır. Bu üç sözün sahibi yer üzündəki bütün sirlərin sahibi ola bilərdi. Olmayıb. Bir sə-bəb – insanlara acıyıbdır, demək. İkinci səbəb..

Bəxtiyar Vahabzadə

(şair)

“Rüstəm Behrudi 9 mərtəbəli bir binaya bənzəyir. Yük-sək binanın gözəlliyi yaxından görünmədiyi kimi, onun gö-zəlliyini sonradan görəcəklər”.

Dünya Behrudi

AVQUSTDA PAYIZ

Həyatımın heç unudamadığım günlərindən biri – ilk iş günüm. Yadımdadı, yağışlı, çiskinli bir payız günü idi. Hə-yəcandan ürəyim titrəyə-titrəyə qapını döyüb, içəri keçdim. Heç kimin əhəmiyyət vermədiyini görüb, özümü itirdim, çaşkın-çaşkın “mən də bu şöbədə işləyəcəyəm” dedim. Qar-şı tərəfdə oturan qadın qəribə əda ilə gözlərini süzdürüb üzümə baxdı, yəni neynəyək ki.

Otağın ortasında donub qalmışdım. Birdən sanki, mö-cüzə baş verdi, otağa cavan bir oğlan daxil oldu, gülümsə-yərək: “təzə gələn qız sənsən və cavab gözləmədən xoş gəl-misən, mən qərib, kimsəsiz, didərgin ruham,” – dedi. Bu qəribə adamın, qəribə təqdimatı mənə qeyri-adi bir güc ver-di. Bir az əvvəl suya düşən xəyallarım yenidən canlandı. Və o gün bütün günü bu misranın ovsunundan çıxa bilmədim.

…"Mən qərib, kimsəsiz, didərgin ruham". O uzaq payız günü bu misraların müəllifinin kimliyini bilməsəm də, dün-yanın ən çox darıxan ən qəribə adamı olduğuna əmin idim. İş yerimə artıq yavaş-yavaş alışırdım. O kədərli misranın müşayiəti ilə o payız da ötüb keçdi. Günlərin bir günü ba-cımgildə oturub söhbət edirdik. Televizor seyr edən bacı-mın yoldaşı “gəl, gör, bu şairi tanıyırsan”, dalınca da, “çox maraqlı danışır” dedi. Qulaqlarıma inanmadım, “Mən qə-rib, kimsəsiz, didərgin ruham”. Bu o idi – bir payız günü iş yoldaşım Azərdən eşitdiyim, ruhumuzun vizit kartına çev-rilən bu məşhur misranın müəllifi. Nə danışacağını ağzını açmamış belə təxmin etdiyimiz gözümüzün alışdığı ölçülü-biçili şairlərdən fərqli, hər halı ilə dəyişik olan bu qəribə adam ikimizi də ovsunlamışdı. O heç kimə məhəl qoyma-dan dərdli-dərdli şeir oxuyurdu.

“Tənhalığım, yalnızlığım səndən qopan, qərib səsəm”, – “Sənin gözlədiyin qərib türk mənəm, Salam dar ağacı, Əleykum Salam!”. “Hər gecə, hər gecə yuxularımda, ağzı atəş kimi bir qurd…”. Bir-birinin ardınca düzülən bu gözəl nəğmələri dinlədikcə, ürəyimdə hislərimin məni yanıltma-dığını düşünürdüm. O şeiri mütləq bu qəribə adam yaz-malıydı.

Düz 30 ildi bizimlə birgə yol gedən, gah dayanıb, gü-nahlarımızın bağışlanması üçün hamımızın yerinə tək başı-na Tanrıya üz tutub dualar oxuyan, gah da mən istəsəm, Allahın mələklərini belə tutub əlindən alaram, deyib Al-lahla Allahlıq edən, gah dar ağacına salam verib, ölümə xoşgəldin deyən, günlərin bir günündə ziyalılarımızın mər-hum prezidentimiz Heydər Əliyevlə görüşəndə bütün yal-taq və məddah şairlərin yerinə Azərbaycan xalqından üzr istəyən, gah iblis mələkdən gözəldi deyib iblisi öyən, ayrı-lıqların vüsallardan gözəl olduğuna inanan, gah sevə-sevə öydüyümüz, gah da dar ağacına çəkdiyimiz, ortabab bir həmvətənimizdən fərqlənməyən maddi durumunu qəzet səhifələrinə çıxarıb, gecə-gündüz asıb kəsdiyimiz, canından artıq sevdiyi qardaşı Mehmanın, atası Hidayət kişinin ruh-larının uyuduğu, bir payız günü uçurumun üstündə oturub dizlərini qucaqlayaraq göy üzünə baxan 10 yaşlı uşağı əma-nət etdiyi, doğma kəndindən söz açan kimi yerlipərəst damğası vurduğumuz qəribə adam, olay adam.

Düz 35 ildir bu qəribə adam bizimlə yol gedir. Bu dəli-dolu sözünün əvvəli-sonu bəlli olmayan, Allahla Allahlıq eləyən, iblisə haqq qazandıran, ayrılıqlara qucaq açan, ağrı-nı, dərdi, ölümü sevən, tənhalıqdan həzz alan bu qəribə adam gerçəkdənmi özüdü?

Mən özüm deyiləm o uzaq mənəm…

Bəlkə də onu daha yaxından tanıdığı üçün dostu Sabir Rüstəmxanlı “O bizim aramızda gəzən görmədiyimiz ada-mdı” deyirdi.

Onu yaxından tanıyanlar deyir ki, qəribə adamın bu dünyada ən çox can atdığı bir yer var – doğulduğu kənd.

Hətta kəndə o qədər çox tez-tez gedər ki, yenidən get-mək üçün bəhanə tapammaz. Onda da dinməz-söyləməz, xəbərsiz çıxıb gedər. Özü də oraya tək başına, kənddə bir kimsənin olmadığı vaxt gedər.

Mən sonralar anladım ki, o qəribə adamın o uzağı kənddə uçurumun kənarında qoyub gəldiyi əli qoynunda, kədərli üzü göy üzünə baxan 10 yaşlı o uşaqdı – yəni gör-mədiyimiz Rüstəm.

Vədə tamamdı dönəcəm,

Gəlim qarışım tüstünə.

Gələcəm dua oxuyaq,

Ölən bir şairin üstünə,

Məzarlıqda bitən yovşan.

Ayrılıq fəsli gəldi, hardasan görmədiyimiz adam?

Tofiq Hacıyev

(akademik)

“Dədə Qorqud” kitabından sonra etnik tariximiz heç kəsdə R. Behrudidə olduğu qədər, bu genişlikdə bədiilik predmetinə çevrilməyib.

Tofiq Hacıyev

(akademik)

“DƏDƏ QORQUD” KİTABINDAN

“SALAM, DAR AĞACI”NACAN

Əli Kərimin cığırı uzanıb gəlir: bu cığırda Ramiz Röv-şənin yerişi iz saldı – təzə söz, obrazlarıyla yadda qaldı. Bu cığırda bir çəhlim də görünür – bu, Rüstəm Behrudinin sö-züdür:

İnanmıram, nə vaxtsa

bezsin, doysun, usansın

Yaşıl yosun dənizdən,

mavi dəniz balıqdan.

Yalnızlıq – ölən dəniz,

ölüm də tənha yosun.

Biz ölümdən qorxuruq,

ölüm də tənhalıqdan.

İndi dəb düşüb, car çəkirlər ki, gəlin birləşək. Balıq, ör-dək və xərçəng kimi hərəsi bir yana dartanlar da, separat-çılar da, xalqın düşmənləri də, bəlkə elə, doğrudan birləş-mək istəyənlər də qışqırırlar. Ancaq səmimi birləşmə çağırı-şı budur: bir halda ki, tənhalıqdan ölüm də qorxur, demək, xalqın ölməməsi üçün birliyi vacibdir. Bu sözü R.Behrudi kimi səmimi, inandırıcı demək gərəkdir, bağıra-bağıra yox, həzin, hətta pıçıltıyla söyləmək lazımdır. Bu çağırışda bir ağı həzinliyi var. Bu həzinlik şairin bütöv sənətini əhatə edir. Oğuz xandan, Atilladan, Əmir Teymurdan danışanda da, sözündən qılınc səsi gələndə də bu həzinlik onun şeri-nin ruhu olur.

R.Behrudinin şair səsində, poeziya nəfəsində bu gü-nümüz üçün çox gərəkli olan iki aydın çalar var, bu iki ça-lar – türklük və Nəsimiçilik – oxucunun duyğularını, zeh-nini iki qol kimi qucaqlayır.

Türklük qədim tarixi (boz qurdu, şamanı, Oguz xanı, Atillası) və geniş coğrafiyası ilə (Baykaldan, Tanrı dağı – Tyanşandan Qara dənizə, Saxa-Yaqustandan Kərkükəcən bütün Turan şəklində) onun sənətində şeirləşir. Şirin xatirə kimi anılır, əziz ağı kimi oxşanır.

“Dədə Qorqud kitabı”ndan sonra heç kəsdə etnik tari-ximiz bu genişlikdə, bu fəallıqda bədiilik predmetinə çevril-məyib. Şair türkün qədim tarixini yada salır və kədərlə öyünür:

Mayası qurddan gələn

Özgə bir dinə gəlməz…

Şamanam – içim köz-köz…

Düşmənə doğubdu dan,

Bağırır bir ağızdan:

Metedən, ya Oğuzdan

Bir də Turana gəlməz.

Nədir bu ulu tarixin qənimi, niyə türk bu günə düşüb:

Nallı kəhər atları

cilovsuz qoymağımız,

Sonra ardınca dil

deyən bayatımız,

qan ağlayan ağımız –

Hər şey ayrılıqdan başladı…

Divin canı şüşədə olan kimi türkün canı birlikdədir. Şairin incə diaqnozu ilə bu yaman azarın bir virusu da tapı-lır:

Oğlumun anası dilimi bilmir…

Babək öz oğlunun xəyanətini

Yad eldən aldığı

qadına yazdı …

Atası Məhəmməd,

adı Oğuzdu…

Soruşuram:

– Ananın adı?

– Dillənir:

– Veradır. Sənin?

Anuşdur…

Bu, şairin ən siqlətli mirası, ən böyük tapıntısıdır ki, türkün dilinə ana dili deyil: …sən mənim ana dilim yox, sən mənim müqəddəs “ata dili”msən (və qəribədir ki, soy kö-kündən türkün iştirak etdiyi ruslar Ana Vətənə atanın adı ilə “Oteçestvo” deyirlər və XIX əsrdə ana dili dərsliklərinin üstündə “Yazık Oteçestvo” yazılardı.) Mən şairin “Ata dili” şerini M.Sabirin “Fəxriyyə” satirası ilə müqayisə edərdim. “Hər şey ayrılıqdan başladı” və “Ata dili” şerləri günümü-zün tarix dərsliyidir. İş budur ki, etnik tarix terminləri, qu-ru sözlər şeirdə şirəli-emosional dil vahidlərinə çevrilir və oxucusuna duyğu aşılayır:

Mənim buntürk, sak babam,

Hun babam, Oğuz babam…

Göy Tanrı,

Qara xan, Oğuz, Gültəkin…

Hərəsi içdiyim

Bir anddan gəlir…

Mənim qərib-qərib

ulayan sözüm

Atilla gözləyən

boz Qurddan gəlir.

Vətənin bu günündə şair həsrətlə Qalın Oğuz dövlətini arzulayır. Beyrəyi öldürüb, eli niqablı qəhrəmansız qoyma-ğa çalışan, İç Oğuzla Dış Oğuzu, Üç oxla Boz oxu parçala-yan At Ağızlı Aruz qocaları tarixin məhkəməsinə verir. Qa-zan xanı çağırır. Bu günün tale yolunu cızmış adlı-sanlı ta-rixi şəxsiyyətləri günahlandırır: Əmir Teymuru, İldırım Bə-yazidi, Xətaini, Soltan Səlimi, Qacarı… tarixin haqq divanı-na çağırır və deyir:

“İttihamım: Bu mənəmlik qovğasında nə günahı məm-ləkətin?” Ancaq sakitcə, həzin, ağı melodiyası ilə danışır. Çünki onlar Ruhdur – Ruhu qışqırıqla yox, ağı ilə çağırmaq olar. Ruh oxşamağı sevir, oxşamaq üçün sevinməyə gələn kimi gəlir.

R.Behrudi hələ 1987-ci ildə yazırdı ki: “Bu yurdun oğlu var, dədəsi yoxdur”. Və günahı həmin Ruh – Dədələrdə gö-rür – oğullarda yox, Aruzlarda görür – Beyrəklərdə yox. Türkün qılıncını qında paslanmağa qoymayan Dədələr ölüb; Dədə Qorqud qəhrəmanlarını anaraq şair qılıncın dər-dinə şeir deyir: “Bilirsinizmi nə çəkir, Bir igid qılıncı qın-da?” Bu gün türkün adına sığınıb əsl sifətini gizlədən qeyri-türklərin və antitürklərin baş alıb getdiyi, hətta təntənə et-diyi zamanda bu poeziya bizə mənəvi dərmandır.

Nəsimiçilik ideyası Behrudi şeirinin tarixilik məzmu-nunu tamamlayır. Nəsimi deyirdi: “Məndə sığar iki cahan, mən bu cahana sığmazam”. R.Behrudi belə söyləyir: Əbə-diyyət andan keçir, Zaman sığan o an mənəm. Bu nədir? Behrudi özünü Nəsimiyə bənzədir? Bu, Nəsimi qarşısında ağız-burun bəhəm etmək deyilmi? Yox. Bu, dərvişlik fəlsə-fəsidir və dərvişlik Nəsimi hürufiliyi ilə əkizdir. Behrudi hətta az sonra Nəsimi ilə həmrəyliyini daha aşkar deyir: “Bu məkana sığışmayan, Dövr eyləyən zaman mənəm”. Söhbət Nəsimi ilə müqayisədən getmir. Nəsimi öz sözü və hərəkəti ilə ölçüsüzlük səviyyəsinə yüksəlir. Fəlsəfi nəsi-miçilik anlayışından Nəsimi özü hamıdan yüksəkdə durur, bu mənada onun simvolu Füzuli, Sabir rəmzlərindən də güclüdür. Və məqsəd Nəsimi ilə Behrudini müqayisə et-mək, riyazi böyüklük və ya kiçiklik işarəsi işlətmək deyil. Həqiqət budur ki, onilliyin şeiri hüququ qazanan “Salam, Dar ağacı” Nəsimi səsinin tarixin dərinliyindən keçərək dövrümüzə çatması əsrimizin siyasi binasının atom-nüvə divarında əks-sədası deməkdir. Bu misralar nə deməkdir:

Səni mən əkmişəm…

Mənə sən qənim,

Səni suvarmağa

halaldır qanım.

Yarpağın rəng alsın

qanımdan mənim…

…budağında yarpağa dönnəm…

Mənim canım səndə,

bil, canın mənəm…

Salam, Dar ağacı.

Bu nə dar ağacıdır ki, əkilir, suvarılır (qanla), yarpaq gətirir, canı var (insanı öldürüb canını özünə götürür). De-məli, bu, xalqın oğullarının əkdiyi ağacdır. Deməli, xalqın oğlu olarsa, bu, “həyat ağacı”na dönər, yox – onda “dar ağacı” bitər, meşə kimi ölkəni bürüyər.

Şair “Elə qürrələnmə… hər yanın mənəm”, “Salam dar ağacı” deyərkən, əlbəttə, asılmalı günahkarların bolluğunu demir, asılmağa gələn Nəsimilərin çoxaldığını söyləyir, Nə-similiyi, mərdliyi təlqin edir. Dərvişlik notları da bu təlqinə xidmət göstərir:

Dərdini sevəni

sevər Tanrı da;

Sən hər şeydən ucadasan,

Ölüm, xoş gəldin,

xoş gəldin.

Bu Yunus İmrədəki açıq ölüm təbliğidir. Ancaq Behru-di dərvişliyində şerin gücü ondadır ki, mənasız, mübarizə-siz yaşamaqdansa, ölüm gözəldir: “Bu “ol”umla nə bul-dum. Olmamaqdır bu olmaq”. Artıq bu Yunus yox, Nəsimi idealıdır. Bu gün düşmənlə vuruşda ölümdən qorxmamaq üçün dərvişlik fəlsəfəsini qavramağın gündəlik əhəmiyyəti var.

Öz müasir ideyasını təsirli bədii dillə, oyadıcı, cəlbedici sözlərlə, əlikərimcəsinə yenilikçi təşbeh – obraz – ifadələrlə söyləyir. Bu ifadələr təzədir, təravət mülayimliyi var, eyni zamanda onlarda barıt qoxusu duyulur, ox-kaman iniltisi eşidilir: bayraqlıq köynək, ata dili, içimdə iman evi – kədər-dən minarəsi (deməli, içindəki dərd bu minarədən Azan ve-rir), pəncərəyə yalnızlıq əkmək, sevincdən süzülən kədər, ölüm sevdası (həyat sevdası var, ölüm sevdası dərviş dü-şüncəsinin sintaksisidir), yalnızlığın anası, kədər bala, vətə-nin əyilməyən çinarları – bayrağım, dağından-daşından-adamlarından-otundan qəriblik yağmaq, əkilən toxumdan ayrılıq bitmək, dərdləri ləpə-ləpə danışmaq, tabut söz… Ay-rıca Dədə Qorqud ifadələri var – bunlar Dədə Qorqudun qəhrəmanlarını, əxlaqını, tarixi ab-havasını yada salır: Qarşı yatan qaradağı – yaylağım: Ağ alnıma Araz qara yazıdı; Mənim andım “ya bütövlük, ya qandı” – Qara başım bu yol üstə qurbandı; Eli yağmalanan, gölləri ölən – mən; Qara qazlıq atların kişnərtisi gəlir misralarımdan; qaba ağac tək uğruna çıxmaq…

Bu ideya – məzmunu, bu dil ifadələri ilə bu şeir bu gün bizə çox gərəkdir. Vətənin dar günüdür. Bu şeirlər dar gü-nün şeirləridir. “Ölüm də, olum da birmiş dünyada” deyər-kən şair təlqin edir ki, çalışmayan, vuruşmayan ölüdür, və-tən – xalq yolunda ölən diridir. Bu gün “olum, ya ölüm” su-alı hər hansı fərd üçün deyil, vətənin taleyi üçündür. Ona görə şair şaman duası ilə yalvarır: “Tanrı, sən bu milləti yox olmaqdan hifz elə”. Tanrı şairin duasını eşitsin, ancaq dua oxumaqla donuz darıdan çıxmaz. Buna görə də şairin son sözü budur: “Yurd uğrunda yurd daşına axmayan qanı neyləyim?”. “Özgə bir çarəmiz yox, Ümid qalır qılınca”. Bu çağırış, bu təlqin məhz bu ayın, lap bu saatın dərdi-əhvalı-dır.

Ahmet B. Erculasun

(professor)

ZAMANLAR ÜSTÜNDƏ YAŞAYAN ŞAİR

Son yıllara kadar doğu ve kuzey-doğu sınırlarımızda dünyanın bittiğini sanıyorduk. Aradaki sınırlar o kadar ka-tı, o kadar geçilmezdi! Acaba Kafkaslarda, acaba Urallarda, Hazar`ın ötesinde insanlar yaşıyor muydu? Yaşıyorsa kim-di bu insanlar? Niyahet sınırlar gevşedi, sisli perdeler ya-vaş-yavaş açıldı, dumanlar arasında bize benzeyen insanlar görmeye başladık. Dilimizin, kültürümüzün, kanımızın, sı-nırlarımız ötesinde de devam ettiğini hayretle fark ettik. Si-birya`ya, Moğolistan içlerine, Çin`e kadar uzayan bir ulu çı-narın dallarıydık biz. Meğer tarihlerde okuduğumuz Kaf-kaslar, Orta Asya bir masal değilmiş; canlı kanlı insanlar bu tarihin devamı olarak bugün de yaşarlarmış. Derin bir uy-kunun ardından şimdi güneş parıltılı işıklarını bu dünyaya saçıyor. İşıkların altından bir hoş, bir tatlı ülke görüyoruz. Bu ülkede çağıldayan boz bulanık sular, gür sesler var. Yayda yaylağım, kışta oylağım, yazın seyrangahım olan dağlar var. Bu ülkenin bir tarafı Bahri Hazer, her yanında hayalim dolanıp gezer. Saz üste, tel üste durur bu ülke. Mü-ziki ile, şiir ile yaşayır bu ülke. Karabağ şikestesi ile yürek tellerini sındırır bu ülke… Artık hepimiz biliyoruz, bu şirin ülke Azerbaycandır.

El bilir ki sen menimsen,

Yurdum, yuvam, meskenimsen,

Anam doğma vetenimsen!

Ayrılar mı könül candan?

Azerbaycan, Azerbaycan!

Şimdi acıyla hissediyoruz ki, canımızın bir parçası o taydadır, bir parçası bu tayda. Ve canımızın o parçasından bize acı tatlı nağmeler gelip durmaktadır. Ve bu nağmeler bir kor gibi yüreğimizi dağlayıp durmaktadır. Fakat Rüs-tem Behrudi bir başka köz olarak düştü yüreğimize:

Saraltsa da yarpağtek

Derd gem menim sözümü,

Misralarım ağlayıb,

Hönkürse de ağıtek;

Zaman menim kül örtmüş

Ocağdakı közümü,

Min il bele keçse de…

Söndüre bilmeyecek!

Bin yıl kül altında kalmış olan köz, daha bin yıl geçse de sönmeyecek. Rüstem şiirlerinde, işte yüreyindeki bu kö-zü dillendirir. Aslında o yüreğindeki duyguyu tam olarak ifade edebildiğine inanmaz. “Benim asıl şiirlerim, hissedip de yazamadıklarımdır” diyen dahi şairimiz Abdülhak Ha-mid gibi düşünür.

Neğmeye dönmeyen ağrılarım var

Dilim, içimdeki sözüme hesret

Gezebim, nifretim şere dönmür

Tesellim iki soz: “yazaram”, “sabah”…

Hissimi sözlere yüklemir dilim

Belke gaçag düşüb ilhamım, Allah!

diye Tanrıya şikayette bulunurken Hamid gibi sözün, keli-menin kifayetsizliğini anlatmk ister. Fakat yine de o bizi şuur altımızın derin köklerine götürmeyi başarır. Bana öyle geliyor ki, Rüstem Behrudi zamanlar üstünde yaşayan bir şairdir. Öyle bir yerde yaşamaktadır ki, orada dün, bugün yarın yoktur. Yalnız Tanrı Karahan`la su vardır:

Bir vaht,

Dünya dediyimiz bu yer küresi

Üzürdü sularda başına yalgız.

Tanrı Garahanla sular üzbeüz,

Bir Tanrı varıydı, bir de su yalnız…

Şairimiz sanki, o suyun üzerindedir ve oradan dünya-ya bakmaktadır. Rüstemin şiirinin en dipteki kökü işte bu mısralarda gizlidir. O, milletimizin destan ve masal devrini yaşamaktadır.

Kah Göktürkleri türeten dokuz budaklı ağacın altında, kah Oğuz Kağan`a oğullar veren kutsal ışığın içindedir. Ba-zan canı şişeye hapsedilen devrdir, bazan kurşun üzerine atılan yılan. Kimi zaman Babek, kimi zaman Dede Korkut; çok defa ağzı dualı bir Bozkurttur. Aslında o kopuzuyla, davuluyla, duasıyla zamanı tılsımlayan bir Şaman nevesi-dir. Sihirli mısralarıyla zaman düğümlenmiş, zamanın akı-şı durdurulmuş. Şimdi Tanrı Karahan`ın üzerinde kaz olup uçtuğu sularda, şimdi dokuz budaklı ağacın altında, şimdi gökten inen mavi ışıkta, şimdi bu masal çağında Türk, yeni-den yoğrulacak, yeniden oluşacaktır. “Ya ölüm, ya olum” diyor Rüstem; sihirli düğüm ellerinde; “Olum, oluşum” ta-mamlanınca sihri bozacak, düğümü açacak, zamana yol ve-recektir. O zaman ne beden, ne yürek yarım olacaktır, ne de vatan. Ah bu yurdun, bu elin “sıra neferi” Rüstem! Sen orada, ben burada zırhımızı giyib kılıcımızı kuşanmadık mı? Bilirmisin bu kılıcı bize kim kuşattı? Sen Atsız`ı mutla-ka işitmiş olmalısın. Yoksa nasıl Bozkurt`un bu kadar ru-hundan seslene bilirdin? Yoksa nasıl

Ücretsiz ön izlemeyi tamamladınız.

₺53,23
₺106,46
−50%