Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Unudulmaz sevgi şeirləri», sayfa 3

Kollektif
Yazı tipi:

Məni inandır ki, məhəbbət budur

– Səadət başlanır bu ayrılıqdan…

Məni inandırma…

Tutarlı söz gəzmə özünü yorub,

Məni bilirsən ki, aldatmaq asan…

Desələr: "Ay səni qonaq çağırıb,

Marsla evlənəcək", inanasıyam.

Desələr göyləri şum eləyiblər,

Günəşdən su alıb suvaracaqlar;

Vallah, bu yalanı doğru deyiblər,

Vallah, olasıdır bu olacaqlar.

Deyirsən, "qorxum yox qorxularından,

Özünə də yadsan, yadın da mənəm".

Gözünü yumdunmu – yuxularında,

Gözünü açdınmı – yanında mənəm.

Dilinin ucundan tökülənləri

Qaytarıb dilinin dibinə əksən,

Bir yarpaq istisi tapsa əllərin,

Bir insan kölgəsi itirəcəksən.

Nə yaxşı çox sözə qəlbim inanır,

Nə yaxşı ürəyim hələ uşaqdır.

Hardasa qəlbimin bir damla qanı

Riyadan, çamırdan, lildən uzaqdır.

Baxma bu dənizə üzü düz kimi,

Çölünü içinə bükən nəhəngdi.

Mən də ilk baxışda o dəniz kimi…

Hamarım, tumarım görünəcəkdir.

Düz sözdür dünyada hər şeydən baha

Ocaq halaldırsa, mən yanasıyam.

Yalanı yalana bələmə nahaq,

Onsuz da nə desən inanasıyam…

Sənin etibarın…

Sənin də etibarın bura qədərmiş, heyif… Dözümünün dözümü çatmadı sona qədər.

Mən aldadım özümü:

Qəzaya-qismət deyim,

Sən aldat ki, özünü, "naxışdı yanlış qədəm"…

Kimsə bilməz kim olub ilk yolçusu bu yolun,

Xəyanət sellə yaşıd,

Boranla-qarla yaşıd…

Bilmirəm bu kəlamı kim yonub,

Yaxşı yonub:

Qohum badalağından cəllad bıçağı yaxşı!

Üzünün üzü gülür, astarı qapqaradır,

Orda bir ağ kölgəni

Bir qara kölgə udur.

Kölgələr tutaşanda təzə kölgə yaranır:

Nə ülfət duyğuludur,

Nə hörmət duyğuludur!

Dil felə qoşulanda baş əldə diyircəkdi,

Dilin behişt vədləri-

Bihuşdarı olarmış.

Bir qarış səddimizi gör zaman hara çəkdi…

Zirvə qarı bildiyim -

Güney qarı olarmış.

Şərəfli tanımıram

şərəf tapdaya bilə,

Alçaqlardır -

Alçaqlıq axtaran ucalara.

Deyin ki: "göyərçindən, leyləkdən ismət dilə,

Bir qəlbi viran qoyub, bir qəlbə uçanlara".

Ələdim, dənələdim ötən günləri bir-bir,

Harayından dikəldim:

Ərlərin, ərənlərin.

Bir xatirə təsbehə zor-güclə düzə bildim.

Yadıma gələnləri,

Yanıma gələnləri…

İlk qədəmdə öpüşdü,

son qədəmdə tüpürcək,

Bir qeyri mükafatın olacaqmı, nə deyim?..

Peşə süpürmək isə,

Axtar qızıl

Sənin də etibarın bura qədərmiş, heyif!

Vaqif Bayatlı Odər

Bir qızın telləri əsdi üzümə

Gizlicə-gizlicə gəldi buludlar,

Gizlicə-gizlicə döndü ümidlər,

İndiki buludlar beləcə gəlmir,

İndiki yağışlar beləcə yağmır.

İllərin o başından

bir qız yaylığı üstdə

bir ipək xatirə döndü qəlbimə,

bir qızın telləri əsdi üzümə.

Gülüm yağış!

Çiçəyim yağış!

O ipək illərdən,

atlaz günlərdən,

Gilənar göylərdən dolan yağışım,

yollarda yorulub

gözümdə,

könlümdə qalan yağışım,

bir çinar üstündə

qoyub gəlmişdim səni,

çinarın altında bir gilənar qız.

Ücretsiz ön izlemeyi tamamladınız.

₺22,50

Türler ve etiketler

Yaş sınırı:
0+
Litres'teki yayın tarihi:
16 kasım 2022
Hacim:
22 s. 1 illüstrasyon
Telif hakkı:
Hədəf nəşrləri
Metin
Ortalama puan 4,5, 8 oylamaya göre
Metin
Ortalama puan 5, 2 oylamaya göre
Metin PDF
Ortalama puan 5, 3 oylamaya göre
Metin
Ortalama puan 4,4, 14 oylamaya göre
Metin
Ortalama puan 5, 2 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 5, 1 oylamaya göre
Ses
Ortalama puan 5, 2 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 5, 1 oylamaya göre