Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Vəzifə həvalə etmək», sayfa 2

Kollektif
Yazı tipi:

VƏZİFƏ BÖLGÜSÜNÜN ƏHƏMİYYƏTİ

Uğurlu vəzifə bölgüsünün sizə, işçilərinizə və şirkətinizə xüsusi əhəmiyyəti var. Sizinlə başlayaq. Başqalarının da görə biləcəyi hansısa işi öz icraatınızdan çıxararaq iş yükünüzü və stress səviyyənizi aşağı sala bilərsiniz. Bu bəlli bacarıq və qabiliyyət tələb edən layihələrə diqqət artırmaq üçün istifadə edəcəyiniz zamanı artıracaq. Bundan başqa, işləri planlaşdırmaq, analiz aparmaq, qaynaqları təmin etmək və işçilərin problemləri ilə maraqlanmaq kimi daha yüksək səviyyəli vəzifələri reallaşdırmağa imkan verəcək.

Vəzifə bölgüsü sizinlə qrupunuz arasındakı inamı da artıracaq. İnamlı şəxsə çevrilmək üçün əvvəlcə inam aşılamalısınız, bunun bir yolu da vəzifə bölgüsündən keçir. Vəzifə bölgüsünün verdiyi mesaj budur: “Sənin bu işi bacaracağına inanıram”. Bu da ortaq çalışma vasitəsilə hədəflərə yetişməyin yollarını hamının öyrənməsinə yardımçı olacaq.

Vəzifə təyinatı – işçini irəli çəkilməzdən əvvəl, onun bacarıqlarını sınamaq üçün vasitədir. Əgər hansısa işçiyə vəzifə həvalə edirsinizsə, qısa müddətdə onun zəif və güclü tərəfləri haqda məlumatlı olacaqsınız.

Yaxşı işçilər vəzifə və layihələri adətən özləri icra edirlər. Hər vəzifə təyinatı işçinin məsuliyyət hissinin necə artacağını, işin necə planlaşdırılacağını, başqalarının iş birliyini necə həyata keçirəcəyini öyrənmək üçün fürsətdir. Əslində, təyinat işçilərə rəhbərliyin tapşırıqları əsasında işləmək təcrübəsi qazandırır. Nəzərə alın ki, işçilərin inkişafı da sizin vəzifənizin bir parçasıdır.

“Vəzifə bölgüsünün əhəmiyyəti” başlıqlı lövhə vəzifə təyinatının sizə, işçilərinizə və şirkətinizə verdiyi başlıca üstünlükləri ümumiləşdirir.

?

SİZ OLSANIZ, NƏ EDƏRDİNİZ?

Narahatlıq yaradan vəzifə bölgüsü

T

reyvis öz qrupunun Jardin Əmlak Komitəsinin inkişaf proqramını qazandığı barədə imeyl alır. Treyvisin fikrinə görə, qrupda bu layihəni həyata keçirə biləcək heç kim yoxdur və əlbəttə, eyni düşüncə özü üçün də keçərlidir. Qrupdakı vəzifə yüklərinin vəziyyəti haqda qısa toplantıdan sonra Jill gülümsəyərək Treyvisin ofisinə gəlir və bu işin məsuliyyətini öz üzərinə götürmək üçün könüllü olduğunu söyləyir. Travis şübhə içərisindədir. Jill parlaq təfəkkür sahibi və həvəslidir. Amma cəmi iki illik təcrübəsi var. Treyvis Jilin, yaxud qrupun bacarıqsız olduğunu qəbul etmək istəmir. Xüsusilə də bu cür vacib müştəri qarşısında. Sizcə, necə olmalıdır? Treyvis işi Jillə həvalə etmək üçün riskə getməlidirmi? Yaxud başqa yol varmı?

Siz olsanız, neylərdiniz? Təlimçiniz “Belə edə bilərsiniz” başlığı altında sizə məsləhət verəcək.

VƏZİFƏ BÖLGÜSÜ İLƏ BAĞLI İDARƏÇİLƏRİN

ƏSAS ÇƏTİNLİKLƏRİ

Vəzifə bölgüsü bəzi idarəçiləri narahat edir. İdarəçilər qrup və layihə üzərində işi aparmaqdan qorxur, məsuliyyət məsələsində narahat olurlar. Bəzən işi yalnız özlərinin icra etməsini daha məqsədəuyğun hesab edirlər. Ancaq bu cür qorxu və inanclar nadir hallarda özünü doğruldur. “Vəzifə bölgüsünə qarşı çıxmağın əhəmiyyətli səbəbləri” başlıqlı lövhədə ən çox müşahidə olunan etirazlar və onlara məntiqli cavab variantları yer alıb.

Vəzifə bölgüsünün faydaları

Kimə faydalıdır?

Vəzifə bölgüsü necə faydalı ola bilər?

Sizə

Sizinlə işçilər arasındakı etibar və ünsiyyət

səviyyəsini yüksəldir.

Ortaq qrup çalışmalarına aparan hədəflərə çatdırır.

İşçilərinizə

Sizinlə işçilər arasında etibar və ünsiyyət səviyyəsini yüksəldir.

Ortaq qrup işi sayəsində qarşıya qoyulan hədəflərə çatdırır.

Şirkətinizə

Vəzifələrin düzgün səviyyədə və lazımlı adamlara verilməsi işin uğurunu təmin edir və pul qazandırır.

Təşkilati qaynaqların ideal səviyyədə istifadəsini təmin edir, bu da məhsuldarlığı və gəliri artırır.

Vəzifə bölgüsü ilə bağlı narahat olan bir çox idarəçilər dörd problemi həll etmək məcburiyyətindədirlər. Əvvəla, verilən vaxtın yarısını sərf etməklə asanlıqla sizin həll edəcəyiniz işi başqası görəcək, siz də bunu izləmək məcburiyyətindəsiniz. Sakit dayanaraq müşahidə etməyə çalışın, çünki etdiyiniz müdaxilələr işçinizin əsəblərini poza bilər. Zaman qazanmaq istəyirsinizsə, deyinməyə gərək yoxdur!

İpucu: İşin necə tamamlanacağı məsələsində söz sahibi olmaq arzunuzu bir kənara qoyun. Vəzifə bölgüsünü işçilərinizin bacarıqlarının inkişaf etdirilməsi və yüksək səviyyəli idarəçiliyə uyğunlaşdırılması vasitəsi kimi düşünün. Və işçilərin işi tamamlaya biləcəyinə inanın.

İkincisi, vəzifə bölgüsü idarəçilərdə mənəvi böhran da yarada bilər. Bu, maliyyə, alqı-satqı, yaxud başqa sahələr üzrə mütəxəssis rolundan hər sahə üzrə məlumatı olan başçı roluna keçmək anlamına gəlir. Əslində bu, lider olmaq deməkdir. Lider vəzifələrinin isə konkret tərifi yoxdur. Unutmayın ki, uğurlu vəzifə bölgüsü aparmaq üçün bəlli bacarıqlar və onları uyğunlaşdırmaqdan əldə etdiyiniz məmnunluq hissindən də vaz keçməlisiniz.

Vəzifə bölgüsünə etiraz etməyin ən çox müşahidə edilən səbəbləri

Tezislər

Cavablar

“Mən bunu işçimdən daha yaxşı və daha tez edə bilərəm.”

“Ehtimal ki, edə bilərsiniz, ancaq məqsəd işin aparılması məsələsində işçilərinizi dəstəkləməkdir.”

“İşçimə güvənmirəm.”

“Mərhələ-mərhələ inamın yaranmasını təmin etmək üçün kiçik vəzifə və layihələr verərək işə başlayın.”

“İşi təşkil, izah və nəzarət etməkdənsə, bunu özüm daha asan həyata keçirərəm.”

“Bu qısamüddətli yanaşmadır. İzaha və planlaşdırmaya sərf etdiyiniz zaman öz bəhrəsini verəcək, vaxt keçdikcə işçiləriniz öz vəzifələrini icra etmə və planlaşdırma məsələsində daha çox məsuliyyət daşıyacaqlar.”

“İşlərin mənim idarəçiliyimə uyğun şəkildə həll edilməsindən məmnunam.”

“Enerjinizi işə diqqətli nəzarətə sərf etməkdənsə, seçiminizi və keyfiyyət standartlarınızı anlatmağa diqqət yetirin.”

“İşçim ona verilən əlavə işə hirslənə bilər”, ya da “İşçim mənim problemi həll etməyimi

₺41,49

Türler ve etiketler

Yaş sınırı:
0+
Litres'teki yayın tarihi:
16 kasım 2022
Hacim:
54 s. 8 illüstrasyon
Telif hakkı:
Hədəf nəşrləri

Bu kitabı okuyanlar şunları da okudu