Kitabı oku: «Vəzifə həvalə etmək», sayfa 3
və qərarlı olmağımı arzulayır.”
“Gözləntiləri doğruldun. Sizin vəzifəniz özbaşına qərar ala bilməsi üçün işçini dəstəkləməkdən ibarətdir. Bu təəssüratı dəqiqləşdirin. Bundan başqa, işçinizin bunu yeni və diqqətçəkici işlər görmə fürsəti kimi qəbul etməsinə şərait yaradın. İşi tamamladığınıza əmin olun.”
Üçüncüsü, işçiniz həvalə olunan işi yerinə yetirərkən qarşılaşdığı problemləri həll edərək özünü inkişaf etdirə və sizdən daha yüksək səviyyəli iş bacarığı göstərə bilər. Bu isə istər-istəməz sizdə rəqabət duyğusu yaradacaq. Unutmayın ki, vəzifə həvalə etmək başqalarının da mütəxəssis olmasına icazə vermək anlamına gəlir.
Dördüncüsü, uğurlu iş bölgüsü aparmaq həm də yeni iş öyrənmək deməkdir. Gündəlik işlər və başqa insanların problemləri ilə maraqlanmaq yerinə, işçilərinizin strateji baxımdan hara daha lazımlı olduğuna diqqət yönəltməlisiniz. Bu, işçilərinizə həmişə işlək vəziyyətdə qalmağa şərait yaradar, şirkətinizi isə bu istiqamətdə inkişaf etdirər. Amma unutmayın ki, bu, yeni iş öyrənmək, rahatlığınızı tərk etmək anlamına da gəlir. Eyni zamanda, liderliyə yiyələnmək deməkdir.
Xüsusilə naşı idarəçilər üçün bütün bunlar “meydan oxuma” kimi görünə bilər. Ancaq bu “meydan oxuma”lara baxmayaraq aşağıdakı məsləhətləri tətbiq etməklə uğurlu iş icra edə bilərsiniz
Ən yaxşısını işə götürün.
Qrupunuz birlikdə, həqiqətən də, böyük insan qaynağıdır, bu da yüksək keyfiyyətli insanlara istinad edərək şirkətə öz xidmətini göstərə bilər. Şirkət daxilində öz vəzifənizi yerinə yetirmək üçün qrupunuz ən yaxşı işçilərə – yeni vəzifə ala, bundan nəticə çıxara və etibarlı qərarlar verə biləcək insanlara ehtiyac duyur. Buna görə də yüksək keyfiyyətli insanları seçmək üçün mümkün olan hər şeyi edin. Bir az yaradıcı olmaq lazım gələ bilər. Məsələn, tədarükçüləriniz və müştərilərinizdən işə götürə biləcəyiniz insan təklif etməsini xahiş edə bilərsiniz. Yaddan çıxarmayın ki, onlar sizin üçün mükəmməl qaynaqdırlar. Çünki sizin sahədə çalışanları tanıyırlar.
“Nə və nə üçün” prinsipini tətbiq etmək.
Onlardan nə tələb olunduğunu aydın anlamayan işçilər həvalə olunmuş vəzifəni uğurla reallaşdıra bilməzlər. Onların bu vəzifənin qrup və şirkətiniz üçün nə üçün vacib olduğunu da öyrənmələri gərəkdir. Unutmayın ki, yalnız işin icra səbəbini anlayan insanlar bəlli qaydalar daxilində daha çox motivasiya olurlar. Çünki hər kəs etdiyi işə inanmaq və vacibliyini bilmək istəyir. “Nə üçün”ü bilmək məhz bu ehtiyacla bağlıdır.
Fəal şəkildə düşünün.
Vəzifə bölgüsü vasitəsilə öz vaxtınızın böyük bir hissəsini “boşaltdığınız” vaxt mütəmadi olaraq özünüzə bu sualı ünvanlayın: “Sıradakı nədir?”
Qrupunuz qarşıya qoyulan hədəfi rəsmən bilməsə, özünün ən yaxşı qabiliyyətlərini nümayiş etdirməyəcək. Qrupun gələcəyini planlaşdıranda bu görüntünü komandanızla da paylaşa bilərsiniz. Bu, yüksək bacarıqları meydana çıxaran və təşviqedici qüvvəyə malik ortaq məsələdir. Və fəal şəkildə düşünmək, toplantılara qatılmaq, hesabatlar yazmaq, yaxud digər gündəlik məsələlərlə məşğul olmaqla əlaqəli deyil. Şirkətiniz və sektorunuzda baş verənlər haqqında dərin düşünmək, əvvəllər diqqət etmədiyiniz fikirləri gündəmə gətirmək və gələcəyin imkanlarından həyəcan duymaqla əlaqəlidir. Bu məqsədlə ən məhsuldar saatlarda belə, düşünmək üçün özünüzə kifayət qədər zaman ayırın. Hətta bu, uzun və fasiləsiz zaman bölümləri proqramlaşdırmaq anlamına gəlsə belə. Məsələn, əgər həftənin başı sizin üçün “prime time”dırsa12, bazar ertəsi səhərini düşünmə vaxtı kimi proqramlaşdırın. Bundan başqa, düşünmə vaxtının çoxunu düşüncələrinizi qeyd etmək, qruplaşdırmaq və “yaddaşda saxlamaq” üçün istifadə edin. Unutmayın ki, təşkilatınızın və kollektivinizin gələcəyinə dair fikirlər ehtiva edən bu qovluqlar ən etibarlı məlumat mənbəyinizdir.
VƏZİFƏ HƏVALƏ ETMƏK VƏ SƏLAHİYYƏT VERMƏK
Səlahiyyət vermək termini son beş-on ildir ki, ağızdan-ağıza dolaşmaqdadır. Bu termin vəzifə həvalə etməklə sinonimdirmi? Əgər deyilsə, ondan nə ilə fərqlənir?
Vəzifə bölgüsü idarəçinin səlahiyyət, nəzarət və cavabdehliyi öz əlində tutduğu anlamına gəlir. Ancaq bu, hər şeydən imtina demək deyil. “Səndən tələb olunan budur” – deyən idarəçi istifadə ediləcək vasitələri açıq bildirmədən istənilən nəticəni təsvir etsə belə, böyük ehtimalla işçinin planını yenidən gözdən keçirməli olacaq və bacarığını yoxlayacaq. Səlahiyyət, nəzarət və məsuliyyətin yoxluğu vəzifə icrası zamanı geriyə addım atmaq deməkdir.
Digər tərəfdən, kiməsə səlahiyyət həvalə etmək, ona güc və məsuliyyət də vermək deməkdir. Səlahiyət verilmiş adam və ya komanda işin icrası vasitələrini müəyyən etmək baxımından da səlahiyyətlidir; bu zaman nəticə ilə bağlı məsuliyyəti də öz üzərinə götürmüş olur. Belə olduqda o öz intizam və hesab vermə xüsusiyyəti ilə idarəçi nəzarətini də yerinə yetirmək məcburiyyətindədir.
VƏZİFƏ BÖLGÜSÜ BACARIQLARINIZIN İNKİŞAFA
EHTİYACI VARMI?
Vəzifə bölgüsünü daha uğurlu şəkildə aparmağı öyrənməyə ehtiyacınız olub-olmadığını göstərən bir neçə əsas xəbərdarlığa baxaq.
– Poçt qutunuz həmişə doludur. Sadəcə sizin başa gətirə biləcəyiniz işlər ucbatından mütəmadi artıq zaman sərf etməli olursunuz.
– Başqaları öz vəzifələrini uğurla icra etmədiyindən, iş prosesində boşluq yarandığından və rəhbərliyin tələbilə tez-tez müxtəlif sahələrdə işləməli olursunuz.
– İşçiləriniz özlərini “kənara atılmış” və vəzifəni icra etmək üçün gərəkli avtoritetdən məhrum hesab edirlər.
– İşçiləriniz onlara verilən vəzifəni yerinə yetirmək üçün yetərincə hazırlıqlı olmadıqlarını düşünürlər.
– Tez-tez işçilərə həvalə edilmiş vəzifə və ya layihələrə müdaxilə edirsiniz.
– Qrupun aldığı qərarları ikinci dəfə gözdən keçirir və sizi təmin etməyən işlərlə bağlı yeni vəzifə bölgüsü aparırsınız.
– İşçiləriniz onlara həvalə etdiyiniz vəzifə və ya layihələrin icrası üçün öz üzərlərində heç bir məsuliyyət hiss etmirlər.
Ücretsiz ön izlemeyi tamamladınız.