Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Bir Daha Gelmeyecek»

Yazı tipi:

BİRKAÇ SÖZ

Reşad Mecid’i 1990’lı yıllarda tanıdım. Karabağ’ın bu yağız delikanlısı ile aramızda sarsılmaz bir dostluk bağı oluştu ve bu bağ ömrümün sonuna kadar giderek güçlenecektir. Onun yüreğinin meyvesi olan şiirlerini orijinalini bozmadan, Anadolu insanı tarafından tam anlamıyla bilinmeyebilir kaygısıyla bazı kelimelerin ve ifadelerin anlamlarını her sayfada dipnot şeklinde vererek hazırladım. İnşallah maksat hasıl olmuştur düşüncesindeyim.

Reşad Mecid 1964 yılında Karabağ’ın füsunkâr beldesi Ağcabedi bölgesinde dünyaya geldi. Bakü Devlet Üniversitesi Gazetecilik Fakültesi mezunudur. Şu anda Azerbaycan Yazarlar Birliği’nin Genel Sekreterliği ve “525-ci Qәzet”in genel yayın yönetmenliği görevlerini yürütmektedir.

Henüz 11-12 yaşlarında şiir yazmaya başlayan Mecid’in ilk şiiri 17 yaşında iken Hüseyin Arif’in genel yayın yönetmenliğini yaptığı “Uğurlu Yol” ve “Azәrbaycan Gәnclәri” gazetelerinde yayımlandı.

1985 yılından başlamak kaydıyla “Elm vә Hәyat” dergisinde düzeltmen olarak çalışmaya başladı, 1990 yılına kadar bu dergide muhabir olarak çalıştı. 1990-1991 yıllarında “Azәrbaycan Bәdii Tәrcümә vә Ədәbi Əlaqәlәr Mәrkәzi”nde başkan yardımcısı olarak görev yaptı. 17 Kasım 1992 yılında “525-ci Qәzet” adlı Azerbaycan’da çok sevilen ve geniş kitleler tarafından okunan gazeteyi kurdu.

“10 Sentiyabr”1 adlı hikâyesi birçok dile tercüme edildi. “Hәlә ki Vaxt Var”, “Dәlicәsinә”, “Çiyәlәk2 Qadın”, “Bir Dә Gәlmәyәcәk”, “Roman” onun okuyucularla buluşan eserleridir. Reşad Mecid’in birçok şiiri bestelenmiş ve Azerbaycanlı sanatçılar tarafından ifa edilmektedir.

Reşad Mecid, şiirlerini “Bir Dә Gәlmәyәcәk” adlı eserinde toplamıştır.

Sevgili dostum, can kardeşim Reşad Mecid’in bu eserini oğlum Eldar Avşin Altaylı ile birlikte hazırlayarak yayına takdim ettiğimizden dolayı mutluyum, gururluyum.

Azerbaycan alfabesinin, Türkiye’de kullanılan Latin karakterli alfabeden Ə, ә; X, x; Q, q olmak üzere üç farklı harfi vardır.

Ə, ə: Türkiye Türkçesindeki E, e sesinden daha açık, A, a’ya doğru seslenmelidir.

X, x: Birçok Anadolu ağzında bulunan hırıltılı H, h sesini verir.

Q, q: Arap alfabesindeki gayın ‬sesini verir; galip kelimesindeki kalın G, g gibi okunmalıdır.

Bunlardan başka K, k harfinin de -Rusça kelimeler hariç sadece ince seslendirildiğini hatırda tutmak gerekir. Bu sebeple kar, kor, kuy vb. kelimeler, a, o, u üzerinde şapka varmış gibi okunmalıdır.

Avrasya Yazarlar Birliği Başkanı sevgili kardeşim Yakup Ömeroğlu telefon ederek, Reşad Beyin bu eserini yayına hazırlamamı istediğinde çok sevinmiştim. Türkiye’de, bu tür çalışmaların yayımlanması önemli bir olgudur. Sevgili kardeşim Reşad Mecid Beye güzel bir armağan olan bu çalışmada bir tutamcık tuzumuzun bulanmasına vesile olduğundan dolayı Yakup Bey kardeşime, canım oğlum Eldar Avşin ve kendi adıma ne kadar teşekkür etsem yine de azdır.

Azerbaycan yazım kurallarında soru ekleri kelimelerden ayrı yazılmaz, özel isimlerin de aldıkları ek ayrılmaz, ancak bizde öyle değildir. Bu durum karışıklığa neden olur kaygısıyla ve Reşad Mecid beyin affına sığınarak soru eklerini bizde olduğu gibi ayırdım, lakin özel isimlerin eklerine dokunmadım.

Okurların, gözümüzden kaçan hataları veya kendileri için hata veya yanlış olarak kabul ettikleri durumları tenkit etmelerini altayli_s@yahoo.com adresine yollamalarını özellikle rica ediyorum. Tenkidin olmadığı yerde gelişmenin olmayacağı düşüncesine sahip bir insanım ve hatamı yüzüme söyleyen insanların da benim can dostum olduğunu kabul eden bir erdeme sahibim.

Teşekkürlerimle.

16. 4. 2015
Dr. Seyfettin ALTAYLI
Gölbaşı-Ankara

BAYRAĞIM

 
Səni ən çətin
Günlərimdə qorudum,
Beynimə həkk edib3
Ürəyimə sarıdım.
Mahnımda4,
Nəğməmdə gizlədim.
Aya baxıb xatırladım,
Ulduzunu sevdim.
Üç rənginə öyrəndim5,
Hər üzünü6 sevdim.
Hücumdan, həmlədən qorudum,
Küləkdən7, tufandan keçirdim,
Bir gün qaldırdım başımın üstünə,
Saxladım,
Әymədim.
Zaval yox indən belə8,
Başımın üstündən
Qoymaram yerə.
Sənə təşnəyəm9, acam -
Әlim-qolum yorulsa,
Dişimlə saxlayacam.
Gücü çatmaz
Daha nəsə tərpədə10,
          kimsə əyə…
Dalğalan, Әs, Açıl yelkən kimi
Gedək11 gələcəyə!
 

TANRININ BƏXŞİŞİ Dastan 2011-2014

Xilaskarım 12

Bu şiir 5 Ekim 2011 tarihinde Ankara’da “Riksos” otelində, gece yarısında Yesevi Üniversitesi’nin verdiği bir bloknota yazılmıştır. Bu şiirin adresinin sigara olduğu konusunda şimdi de emin değilim. Ancak sigara bu ve bundan sonra yazdığım bir sürü şiirimde benim sadık arkadaşım olduğundan dolayı onun kastettiği anlamı değiştirmedim.

 
Sən – dərdin qənimi13!
Sən – qüssənin14 cəlladı!
Sən – ağrıların keyidicisi15!
Sən gerçək – yalan,
Artan, çoxalan,
Yüzə, minə vurulan
Bəd16 xəbərlərin qovucusu!
Valerianım!
Korvalolum!
Validolum!
 
 
Sən – ən kədərli anımın sirdaşı,
Әn kefli17 halımın yoldaşı!
Sən olmasaydın,
Canıma mikrobtək
Düşən,
Qanıma işləyən
Bu fəlakət virusları,
Bu ölüm epidemiyaları18,
Bu bəd xəbərlər
Çoxdan yayılmışdı beynimin hər küncünə19,
Ürəyimin içinə!
Sən saxladın onu damarlarımın divarlarında,
Beynimin qapaqlarında!
Qoymadın yayılmağa!
Boğazımdakı qəhərdən20 qalxıb
Beynimdə insulta21,
Ürəyimdə infarkta22 keçməyə qoymadın!
 
 
Sən, ən böyük rahatlığım!
Ona görə yeyirəm ki,
Dadına dad artıracaq!
İçirəm ki, səni şirinləşdirəcək!
Ən uzun öpüşlərim
Səndəndir!
Dırnaqlarım dayanmır23, sığallayır24
Tellərinin ucunu…
Sənə görə yeriyir,
Sənə görə gəzirəm!
 
 
Səhər tezdən yanındayam –
Bir qurtum25 su ilə,
Bir qaşıq balla!
Axşam səninlə bağlanır26 göz qapaqlarım!
Xilaskarım!
 
 
Kimdi səni anlayan -
Barmaqla sayılan azlar!
Çörəyi dizinin üstə olan
Әtəyindən tutub qalxan
Sonra səni söyən27,
Tapdalayan dayazlar28,
Anlamazlar!
Amma ən çətin anlarında
Barmaqlarını aralayıb –
Birin ver – deyərlər!
 
 
Üstünə yüyürür29 bəşər!
Səni göydələnlərdən çıxarıb
Bomj30 kimi
Qapı ağzına atırlar,
Təyyarələrdən,
Otellərdən qaçaq salırlar!
Səni hava limanlarında bir küncə sıxdılar,
Səni qatarlarda
Әn kirli vaqonlarda qapatdılar!
Dözdün31, dayandın!
Sakit32 baxdın!
 
 
Üstünə yüyürdü
Qanunlar, yasalar!
Orda onun, burda bunun bəyanatı!
Birinin gur,
Birinin yumşaq səsi.
Bizdə də Qənirə xanımın33 qanun layihəsi!
Qapalı alanlar!
«No smokinq»lər,
“Ne kurit”lər,
«İçiləməz»lər,
«Çəkmək olmaz»lar!
 
 
Sən olmasaydın,
Bəşər uşaqlıq çağında qalmışdı hələ!
Sənsən dünyanın ən böyük kəşfi,
Әn böyük kəşflərin cığır açanı!
Ən gözəl musiqinin,
Әn ilahi sözün qanad verəni!
Yarım gün
Ayrı düşəndə səndən
Gizildəyir34 damarlarım,
Çığırışır hüceyrələrim!
Sakitliyim,
Rahatlığım,
Süstlüyüm!35
Həm də
Coşqum,
Üsyanımsan!
 
 
Hava limanlarında
Ziyarətə gələntək
Sıxışdırıldığın
Balaca otağa
Tələsir36
3-5 saat sənsiz qalan
Insanların ağı-qarası,
Qocası-cavanı37
Sənsən susduran acı söhbəti,
Durduran qəliz38 davanı
 
 
Dünən on adama ağız açdım
Qapısında “içiləməz” yazılan odamda
Sənə bir tabaq tapılanacan!39
İncimə, küsmə!
Bu şeirdi mənim sənə
Təşəkkürüm, sədaqətim!
Tütünüm!
Nikotinim!
Tüstüm!
Siqaretim!
 

YAZDIRIR

 
Olsun ki, şeiri Allah adama
Yaşadıb ömründə tufan yazdırır.
Birinə Məsnəvi, birinə Xəmsə,
Birinə sevgidən roman yazdırır.
 
 
Birinə yetmişə yaxınlaşanda
Bir ulduz yollayır ömrün qışında.
Qoyub cavabların axtarışında,
Eyləyib sunami40, boran yazdırır.
 
 
Mənə də lütf edib öz kərəmini
Yenidən yolladı öz qələmini,
Yaşlı gözlərimin silib nəmini,
Oturdub diz üstə dastan yazdırır.
 
 
Tanıdım üzünü, duydum rəngini,
Hiss etdim göylərin bu ahəngini.
Ardarda düzülən söz çələngini -
Özüm yazmıram ki, yazan yazdırır.
 
11.10.2011

ON GÜN

 
Əzab41 verib düz on gün,
On gün də əvəz42 verir!
Hisslərini yazmağa
İlahi nəfəs verir.
 
 
Yanına qaldırıbdı,
Uca buludlardasan!
Boylan43, bir də bax indi,
Anla, bir gör hardasan?44
 
 
Bu işığın içində,
Az zamanın var sənin!
Çox da yuxarı qalxma
Ruhlar aparar45 səni.
 
 
İlahi qüdrətini
Bax, göndərir yazmağa.
Cəmi46 onca günün var
Yüz on şeir yazmağa!
 

İKİ İL ÖNCӘ

 
İlahi tərəfə yol alacağım,
Yuxuma gəlməzdi iki il öncə.
Onu ki Allahım bəxşiş eylədi,
Yaxına gəlməzdi iki il öncə.
 
 
Qarşımda yox idi belə ucalıq,
Durub gözləyirdim – gəlir qocalıq.
Çayından ayrılan bu qızılbalıq47,
Arxına48 gəlməzdi iki il öncə.
 
 
Üzdüm tərs tərəfə, axına49 deyil,
Baxdım uzaqlara, yaxına deyil.
Gördüm ki, bu xına o xına deyil50,
Bu xına gəlməzdi iki il öncə!
 
 
Ömrün hər məqamı olmur ki dərin,
Üzürəm içində neçə dərd-sərin51,
Qarşıda yaşayıb-görəcəklərim
Ağlıma gəlməzdi iki il öncə.
 

YAXŞI 52

 
Günlərdən bir adi53 gün idi,
Sonra tarixə çevrildi.
Yaxşı mı? Yaxşı!
Üstü torpaqlanmış köhnə duyğular
Yenidən dirildi.
Yaxşı mı? Yaxşı!
 
 
Sakit baxışlarda – tufan coşması,
Qəzəbli gözlərin salamlaşması,
Bu incə, bu dərin söz sataşması,
Havayı deyildi.
Yaxşı mı? Yaxşı!
 
 
Bu gizli çarpışma, bu səssiz döyüş,
Nə bir xoş təbəssüm, nə bir şux gülüş.
Sonra bilinəcək bu qısa görüş -
Bir tufan, bir seldi.
Yaxşı mı? Yaxşı!
 

DONDUM

 
Gördüm ürək yıxan baxışlarını,
Bu hay-küy54 içində, bu gur axında55.
Tərpənə bilmədim56, dinə bilmədim
Dondum bir otelin çıxacağında.
 
 
Niyə daşa döndüm, niyə buz oldum? -
Xəbəri olmadı solun, sağın da.
Yapışıb divara söykəli57 qaldım,
Dondum bir otelin çıxacağında.
 
 
Getdi məğrurluğum, itdi58 şuxluğum,
Ömrümün nəşəli, çılğın çağında.
Dəyişən havanın xoş mehi59 vurdu -
Dondum bir otelin çıxacağında.
 
 
Beləcə başladı dərd də, sevinc də,
Mənim bu qarışıq həyat bağımda.
Bir tilsimə düşdüm heyrət içində,
Dondum bir otelin çıxacağında.
 

GӘRӘK

 
Mən niyə gedirdim, niyə dönmədim,
Niyə qayıtmadım60 geriyə, Allah?
Bəlkə indi buna cavab verəsən,
Bəlkə cavabından kiriyəm61, Allah!
 
 
Bəlkə də bu qədər arxayın62 olub
Mənə güvənməkdə səhv eləmişdin?63
Sən məni bir otel həndəvərində64,
Yenidən yaradıb məhv eləmişdin.
 
 
Gərək gözləyəydin sonacan65 məni,
Gərək buz donumu sən tez açaydın.
Gərək zamanında ardına düşüb,
Yüyürüb66 o tinə67 doğru qaçaydım.
 
 
Bəlkə dəyişərdi çərxi fələyin,
Bu qəfil əzabı çəkməzdim onda.
Sənin zərrə-zərrə yaratdığını,
On günün içində sökməzdim onda.
 
 
Bəlkə günahkardım, əvəz çıxırdın68,
Həm kədər, həm sevinc bəxş eləyirdin.
Bəlkə də sən o gün həm şux, həm də ki
Kədərli bir nəğmə bəstələyirdin?
 
 
«Yazacaq» deyirdi dayanıb69 tində70,
Sənsə yollarımı haçalamışdın71.
Sən məni o tindən uzaqlaşdırıb,
Xoşbəxt günlərimi parçalamışdın.
 
 
Sən bilən ən doğru qərardı, Allah,
Sən verən qismətə şəkk eləməzlər72.
Şükür verdiyinə, sevinclə dərdi
Bir yerdə yaratdın axıra qədər.
 

YADDAŞIMI 73 SİL

 
İlahi, sən mənim yaddaşımı sil,
İlahi, sən mənə bir sovqat eylə74.
Bilgisayar kimi, telefon kimi
Beynimi təzələ, ya format eylə.
 
 
Yerit yaddaşıma antivirusu,
Qır bu qurd püskürən həşəratları.
Çıxar hamısını75 yaxşılı-pisli
Lap76 başdan, sıfırdan başlayım barı.
 
 
Bəndənə rəhm edib bir də düşünsən,
Yenidən yaratsan məni, ilahi!
Lütfünü yenə də əsirgəmə gəl,
Çıxar qabağıma77 onu, ilahi!
 
 
Yenə də Cənnəti Yerə gətirib,
Yenə də göylərdə yaşatsın məni!
Yenə də aldatsın, yenə də atsın,
Yenə əzab versin, ağlatsın məni.
 
 
Bircə taleyimi78 başdan yazanda
Məni onsuzluğa düçar etmə sən!
Məni susuz dodaq, çiçəksiz bahar,
Məni kilidi yox açar79 etmə sən!
 

KİMSӘN?

 
Sən kimsən, hardan gəlmisən,
İblismisən, mələk misən?
Dediyin nə, etdiyin nə,
Doğrumusan, kələk misən?80
 
 
Bu gəlişin, bu gülüşün,
Bu öpüşün mənimdi mi?
Qara gözün, uzun saçın,
Bu ağ dişin mənimdi mi?
 
 
Kim sənə şübhə eləyər,
Kim sənə yanakı baxar81?
Bu duruluq, bu saflığa,
Kim səhv edib qara yaxar?82
 
 
Bircə sənin hər sirrini,
Hər sehrini bilən mənəm.
Sevə-sevə qucağında
Qəzəbindən ölən mənəm!
 

MÜMKÜNSÜZLÜK

 
Səni qram-qram yeyəcək bu hiss,
Səni zərrə-zərrə məhv eləyəcək.
Səni yaşamağa qoymayacaq o,
Yaxandan yapışıb silkələyəcək.
 
 
Ən xoşbəxt anında birdən görünər,
Tüstünü təpəndən çıxarar qəfil83.
Coşqulu nitqində84 kəkələyərsən,
Sözlərin dilində burxular qəfil.
 
 
Bəlkə vodka ilə, ya şərab ilə
Bir günlük, on günlük keyidərsən də85.
Adamlar içində gülüb-danışıb,
Zarafat içində əridərsən də.
 
 
Elə bilərsən ki, unutdun daha,
Daha üzməyəcək səni o ağrı.
Qəfil görərsən ki, dayanıb86 tində,
O tanış küçədən87 səni çağırır.
 
 
Heç qaça bilməzsən onun əlindən,
Bu doğma88 şəhərdən getsən də belə.
Bütün beynindəki xatirələri
Təzə sevgilərlə ütsən də89 belə.
 
 
Ölüm yatağında son damla yaşla
Süzülüb cismindən getməyənədək.
Bu hiss qram-qram yeyəcək səni,
Səni zərrə-zərrə məhv eləyəcək.
 

SÖZ OYUNU

 
Başlayanda macəradı,
Dəcəllikdi90, zarafatdı91.
Bir də gördün ciddiləşdi,
Yaxın gəldi addım-addım -
             söz oyunu.
 
 
Söz-sözə söykək92 olanda,
Ürəklər kövrək93 olanda
Ağlı başdan çıxaracaq,
Düşünmə ki, bir yalandı
             söz oyunu.
 
 
Qaydası94 yox, düsturu yox,
Yüz yerə aparar95 səni.
Orbitindən aralayıb,96
Oxundan qoparar səni
             söz oyunu.
 
 
Kimində qulaqda bitər,
Kimində yataqda bitər.
Çox dalsan dərinliyinə
Bu qara torpaqda bitər
             söz oyunu.
 

YAZMAĞA NƏ VAR Kİ…

 
O sənə göylərdən gələn ruh kimi
İşıq bağışlayıb, nur bağışlayıb.
Soyuq vücuduna təlaş gətirib,
Sönən gözlərinə qor bağışlayıb.
 
 
Görmədin onuntək sirri-xudanı,97
Adlayıb bu ahıl yaşına gəlib.
Gör neçə röyanı gerçəkləşdirib,
Yuxuna gələnlər başına gəlib.
 
 
Ömür varağını98 qatlayan zaman
Saxlayıb, bir təzə həyat yaşadıb.
Sənə duymadığın Cənnət qoxusu,
Sənə bilmədiyin bir dad yaşadıb –
Yazmağa nə var ki, sənin halını.
 
 
Sən mənim halımı görəsən gərək,
Görən çəkdiyimə dözə bilərsən?99
Mənim boğazıma çıxan dənizin
Ən dayaz100 yerində üzə bilərsən?
 
 
Bu cızdağı çıxan101 xatirələri
Söyləsəm bir sapa102 düzə bilərsən?
Sənə zülm verən, gözdağı verən
Qaynar cəhənnəmə bir də gələrsən?
Yazmağa nə var ki, sənin halını,
Sən mənim halımı yaza bilərsən?
 

GETMƏK

 
Orda dayanmağın nəyinə gərək,
Burda oturmağın nə mənası var?
Gözünü zilləyib103 uzaq nöqtəyə,
Heykəltək104 durmağın nə mənası var?
 
 
Tapıb105 bir cavabı sevinən kimi
Yüz-yüz təzə sual yaylıq yelləyir.106
Hər yüzün altında min biri yatır
Dolu döyəcləyir, leysan selləyir.107
 
 
Getmək! – tək xilasın108, tək yolun budur,
Getmək bir növbəti109 yalana kimi.
Yenə «göydən gəldim» söyləyən kəsi110
Bir qapı dalında111 bulana kimi.
 

ATMARAM SƏNİ

 
Mən heç çürük dişimi çəkdirmirəm,
Səni hara atıram?
 
Qulu Ağsəs

 
Yolumun üstündə hər gün gözləyən
Günəşim, ulduzum, ayım olsa da,
Mənə lütf eləyib, rəhm112 göstərən
Tanrıdan təzə bir payım olsa da –
Atmaram səni!
 
 
Qızıl taxt quralar buludlar üstə,
İstə, qışda günəş, yayda113 qar istə.
Desələr qəlbində hər nə var istə –
Atmaram səni!
 
 
Yol getdim Hicridən Milada kimi,
Əzildim, sağ çıxdım, duydun səsimi.
Qırram hər cadunu114, çətin tilsimi –
Atmaram səni!
 
 
Yenə zülm etsən də,
Yox olub itsən də115,
Sən atıb getsən də,
Atmaram səni!
 

SÖZ

 
Heç onu bu qədər günahkar, aciz,
İşıqsız görmədim, saxta116 görmədim.
Dənizə atılan daştək117 mənasız,
Bu qədər təsirsiz vaxtda görmədim.
 
 
«Azərcell»in şablon təbrikləritək
Hamı yollayacaq – yiyəsi yoxdu.
Ən isti118 kəlmə119 də çox işlənibsə,
Kəsəri120 qalmayıb, tiyəsi121 yoxdu.
 
 
Sən sözü dəyərdən elə saldın ki,122
Nə desən yalandı sən mənə indi!
Qımışıb123 baxıram dünən dediyin -
Gözümü yaşardan kəlmənə indi.
 

ÇARӘ

 
Bunun bircə çarəsi var –
Sən bu yolu qısalt, getsin!
Apendisidin, ödün kimi
Çıxart getsin, kəs at getsin!
 
 
Üzündəki ziyil124 kimi
Kislatanı125 tök, yandırsın.
Hər gün əzab verməkdənsə,
Bircə dəfə bərk126 yandırsın.
 
 
Aman Allah, bu nə çarə,
Bu nə əlac?127 – sızıldadım.
İcazə128 ver bu ağrıdan
Uzaqlaşım addım-addım.
 

EYNİYİK 129

 
Yerinə olsaydım bəlkə özüm də,
Atardım atdığın o addımları.
Keçərdim keçilməz qadağaları,130
Sevərdim sevdiyin o adamları.
 
 
Qoparıb göydəki ulduzları da,
Onların başına səpələyərdim.131
Bir isti132 kəlməylə, işıqlı133 sözlə
Məhəbbət, səadət bəxş eləyərdim.
 
 
Nə qədər eynidi134 addımlarımız,
Bəlkə günəş mənəm, bəlkə kölgə sən?
Kişi135 görkəmində sənəm bəlkə mən,
Cildini dəyişmiş mənsən bəlkə sən?
 

CAVABINI TAPMADIĞIM 136 SUALLAR

 
Zamanında döyülmədi dəmirin,
Hələ çox su aparacaq xəmirin137.
Topalaşıb138 məni qurdtək gəmirir139
Cavabını tapmadığım suallar.
 
 
Biri sönmür, mayak140 kimi hey141 yanır,
Üçü burda, beşi orda oyanır.142
Gah divandan, gah mətbəxdən143 boylanır:
Cavabını tapmadığım suallar.
 
 
Düşünməkdən yağmalandım, talandım
Bəlkə elə uydurmadı, yalandı?
Belə getsə axirətə qalandı –
Cavabını tapmadığım suallar.
 

GETDİN

 
Bütün keçənləri alt-üst elədin,
Bir ümid qalmadı gələcəyə də.
İndi tapınmağa nə kitab, nə din,
Hardasa bir işıq axtarmaq hədər.144
 
 
Yaxşı nə vardısa, səndə göründü,
Huri də, mələk də sən oldun ancaq.
Bürüdün ömrümü sehirlə, sirlə,
Dörd yanımda təkcə sən oldun ancaq.
 
 
Sən məni təklədin145, hər kəsdən etdin,
Açdın adamlara savaş dünyada.
Axırda146 özün də qeyb olub getdin,
Yalqız ulayıram147 bu boş dünyada.
 

NƏ BİLƏYDİN

 
Tanrı sənə həmin şənbə,148 həmin gün
İki üzlü tale149, qismət yazırdı.
Öz əlinlə beşiyini yellədib,150
Öz əlinlə məzarını qazırdı.
 
 
Nə xəbərin olacaqdan, olandan,
Açıq qollar nə bilirdin nə deyir?
Nə biləydin göydən gələn mələk var,
Nə biləydin indi kimi izləyir?
 
 
Heyran gözlər nə şövq ilə baxışıb,
Nə biləydin nə xəyallar uydurur?
Kimin tale gülümsəyir üzünə,
Kimə görən yaşıl bahar duydurur?
 

NEYNİRDİN 151

 
Əgər bir nağıl152 vardısa,
Təzə nağılı neynirdin?
Söz-söz girib ürəyimə,
Alıb ağılı, neynirdin?
 
 
O qanadlı kəlmələrin,
Sevgi adlı kəlmələrin,
O xoş, dadlı kəlmələrin
Buysa axırı,153 neynirdin?
 
 
Qurdun pillə-pillə154 məni,
Ovundurdun dillə məni,
Sökdün qüllə-qüllə məni
Dünyam dağıldı, neynirdin?
 

ALDATDIN MƏNİ

 
De, mən sənə neyləmişdim? -
Balacam155, aldatdın məni.
De, haçan156 düzünü157 dedin,
De, haçan aldatdın məni?
 
 
Mən oldum bir dəli aşiq,
Ruhum ruhuna sarmaşıq.
Bədəndə od, gözdə işıq,
Dildə «can» aldatdın məni.
 
 
Nə dur dedin, dayan158 dedin,
Nə yuxudan oyan dedin,
Sonacan159 yüz yalan dedin,
Sonacan aldatdın məni.
 

SƏNƏ SARI 160

 
Sənə sarı əl yellədim161,
Gülüşlərimi yolladım,
Son qərarımı qolladım –
Mən sənə baxdım, mən sənə.
 
 
Barmaqlarım döyəclədi162
Telefonun düymələrin163.
Dalınca boylanıb164 baxdım
Uçub gedən kəlmələrin, -
Mən sənə yazdım, mən sənə.
 
 
O arxayın165 baxışlara
Meyl etmədim, vəd vermədim.
Heç kimsəyə hədd vermədim166,
Mən səni tutdum, mən səni.
 

BİR AZDAN…

 
Bir azdan göydə olacaqsan,
Buludlardan yuxarıda,
Ulduzlara yaxın,
Orda rahat olur
         düşünmək,
         qərar vermək!
Sən – göylərin hədiyyəsi,
               Allahın bəxşişi,
On gün əvvəlki səsim
Yəqin oralarda
10 min metr yuxarıda dolaşır.
 
 
Bir az dinşə167,
               sızıltılarımı
               eşidəcəksən.
 

BURA Kİ…

 
Sən indi uçursan,
Sən indi gedirsən,
Sən indi göydəsən…
Yadıma düşür168 sözlərin.
– Gedək?
– Uçaq?
Kosmosa.
Ulduzlara sarı169.
 
 
Bədənində buludların yumşaqlığı,
Əl atıb
Bir ovuc Günəş götürüb
Yudum üzümü.
 
 
İlahi! Bura necə gözəldi,
                    nə rahatdı!
Bu nə gözəl səyahətdi,
Bura ki lap cənnətdi!
 

SӘBR

 
O yerə ki, qaldırdın,
O şövqü ki, yaşatdın,
O zövqü ki, bəxş edib
Gözlərimi yaşartdın.
 
 
Titrədib bədənimi,
Hisslərimi oyatdın.
Vücudumda paslanan
Ruhumu ki ayıltdın.
 
 
Sənə bir neçə ömrü
Həsr etməyə dəyərdi.
Min il də, milyon il də
Səbr etməyə dəyərdi.
 

DARIXANDA

 
Mən sakit170 darıxmıram171,
Adam kimi darıxmıram,
Hüceyrələrim
Ağzını açıb çığırır.
Damarlarım
Qanımdakı aclığı
         Bütün vücuduma yayır.
Beynim qollarımda
Döyünür -
İlikləriməcən darıxıram.
 
 
Əllərim, barmaqlarım
Uzanır, uzanır,
         Girir torpağın
              altına,
Mən sənsiz darıxanda
Min il əvvəlki
         Sümüklərim
               Sızıldayır.
 

YANAŞI 172 GETMӘK

 
Səninlə yanaşı yerimək,
Yanaşı oturmaq,
Su içmək!
Və baxmaq gözlərinin
Dərinliyinə.
Sonra addımlayıb
Keçmək sərhədi.
Sonra təyyarəyə minmək,
Sonra çiyninə toxunub
                  Titrəmək, əsmək.
Göyün onuncu qatında
                  Dua etmək:
-İlahi, sən bu titrəyişi
                  Məndən alma!
 

O SӘSİN

 
Çəkilmir o səsin qulaqlarımdan,
Od kimi nəfəsin yanaqlarımdan!
Ağlımı başımdan çıxarıb alan
Məni tamam dəli eləyən səsin
Zarıyan, sızlayan, düşüb-qırılan,
Ah-nalə fışqıran, lələyən səsin.
 
 
O səsi canımda, beynimdə tutub
Ardınca yeridim mən addım-addım.
O səsin çıxardı məni bu haldan,
Yoxsa yarı yolda azıb qalardım.
Hayqıran, çığıran, «Sən» deyən Səsin
Yadımdan çıxmayan –
                 inləyən Səsin!
 

MƏLƏYİM… İBLİSİM…

 
Hamıdan çətinsən, hamıdan asan,
Əzabın məşəqqət, sevincin dərman.
Gah həyat verirsən, gah qətlə fərman,
Əzizim, ən yaxşım, ən pisim mənim.
 
 
Gah geniş çəmənsən, gah qara zindan,
Gah qatil olursan, gah da ki qurban.
Gah göydə yaşadan, gah yerə çırpan,
Ruhum, azadlığım, məhbəsim mənim.
 
 
Gördüm gecəsini, gündüzünü də,
Yaxşının, yamanın hər üzünü də.
Axır bircə dəfə gəl düzünü de,
Allahım, mələyim, iblisim mənim.
 

SIRADAN BİRİSİ

 
Ağrılar, acılar selində idim,
Gözlərim danışan dilində idi,
Taleyim tək sənin əlində idi,
Sıradan birisi etmədin məni.
 
 
Gördün o darıxan lal173 baxışları,
Hiss etdin gözlərdən axan yaşları,
Duydun səssiz, fağır174 yalvarışları
Sıradan birisi etmədin məni.
 
 
Tükdən asılmışdı175 bu ruhsuz bədən,
Dağlar titrəyirdi dərdi-sərimdən176.
Yapışdın o anda biləklərimdən
Sıradan birisi etmədin məni.
 

GÖRMӘDİM

“Sən də artıq hər kəs gibisin”

Nazım Hikmət

 
Töküldü üstümə
           Әzablar, ağrılar.
Qəlbim, əsəbim
Cövlan elədi177,
           Hirsim biləklərimə
                 Sıxılıb meydan oxudu –
                 Səni hər kəs kimi görmədim yenə.
 
 
Gözümə yazılsa da,
Acı səhnələr,
Ruhumu titrətsə də,
Oxşar kəlmələr,
Əzsə də məni gördüklərim,
Üzsə də məni bildiklərim,
Dönmədim, sönmədim,
                 Dinmədim -
Səni hər kəs kimi
                 Görmədim yenə.
 
 
Uçurdun öz əlinlə
Qurduğun xanimanı,
Viran qoydun, dağıtdın
                İşıqlı kəhkəşanı,
Çırpdın üzümə
Bütün yaşananları,
Diyirlənib178 hərəsi179 bir yana dağıldı
                Әn ülvi xatirələr –
Yenə dözdüm,
Səni hər kəs kimi
           Görmədim yenə.
 
1.Eylül
2.Çilek
3.Kazıyıp
4.Şarkımda, türkümde
5.Alıştım
6.Durumunu, hâlini
7.Rüzgardan
8.Bundan sonra
9.Hasretim, susuzum
10.Hiçbir şey yerinden kımıldatamaz
11.Gidelim
12.Kurtarıcım
13.Düşmanı
14.Kederin
15.Dindiricisi
16.Kötü
17.Neşeli, keyifli
18.Bulaştırıcıları
19.Köşesine
20.Kederden
21.Beyin kanamasına, felce
22.Kalp krizine
23.Durmuyor
24.Sıvazlıyor
25.Yudum
26.Kapanıyor
27.Sana küfür eden
28.Çiğneyen sığ akıllılar
29.Saldırır
30.Evsiz barksız, sokaklarda aylak aylak dolaşan sahipsiz kimse
31.Katlanmak
32.Sessizce
33.Ganire Paşayeva
34.Sızlıyor
35.Uyuşukluğum
36.Acele ediyor
37.Yaşlısı-genci
38.Çetrefilli
39.Bulunana kadar
40.Tsunami
41.Azap
42.Karşılık
43.Bakın
44.Nerdesin
45.Götürür
46.Toplam
47.Avrupa alabalığı
48.Kanalına
49.Akıntı yönünde
50.Durum kötü, vaziyet önceki gibi değil
51.Dert kederin
52.İyi
53.Sıradan, normal
54.Gürültü, şamata
55.Gür akıntıda
56.Kıpırdayamadım
57.Yaslanmış biçimde
58.Kayboldu
59.Esintisi, meltemi
60.Dönmedim
61.Susayım
62.Rahat
63.Hata yapmıştın
64.Etrafında
65.Sonuna kadar
66.Koşturup
67.Köşeye
68.Karşılığını veriyordun, öcünü alıyordun
69.Durup
70.Köşede, köşe başında
71.İkiye ayırmıştın
72.Şüphe etmezler
73.Hafızamı
74.Armağan ver
75.Hepsini
76.En
77.Karşıma
78.Talihimi
79.Kilitsiz anahtar
80.Yanlış mısın
81.Yan yan bakar
82.Kötüler
83.Aniden
84.Konuşurken
85.Uyuşursun da
86.Durup, bekleyip
87.Tanıdık sokaktan
88.Yakın, tanıdık bildik
89.Yaksan da
90.Yaramazlıktır
91.Şakadır
92.Dayanak
93.Hassas
94.Kuralı
95.Götürür
96.Yörüngenden uzaklaştırıp
97.İlahi sırrı, Tanrı gizemini
98.Sayfasını
99.Katlanabilir misin?
100.Sığ
101.Kakırdağı çıkan, yanıp kavrulan
102.İpliğe
103.Gözünü dikip
104.Heykel gibi
105.Bulup
106.El sallıyor, orada bulunduğunu bildiriyor
107.Dolu vuruyor, sel basıyor
108.Kurtuluşun
109.Sonraki
110.Adamı, kimseyi
111.Ardında, arkasında
112.Merhamet
113.Yazda
114.Muskayı
115.Kaybolsan da
116.Sahte
117.Taş gibi
118.Sıcak
119.Kelime
120.Keskinliği
121.Bıçağın, hançerin gövde kısmı
122.Öyle değersizleştirdin ki
123.Gülümseyerek
124.Siğil
125.Asiti
126.Çok şiddetli
127.İlaç
128.İzin
129.Aynıyız
130.Yasakları
131.Serperdim
132.Sıcak
133.Ferahlatıcı
134.Aynıdır
135.Erkek
136.Bulamadığım
137.Çok su götürür
138.Toplanıp
139.Kurt gibi kemiriyor
140.Deniz feneri
141.Durmadan
142.Uyanıyor
143.Mutfaktan
144.Yararsız, boşuna
145.Yalnızlaştırdın
146.Sonunda
147.Yalnız ağlıyorum
148.Aynı cumartesi
149.Talih
150.Sallayıp
151.Niye istiyordun
152.Masal
153.Sonu
154.Adım adım
155.Küçüğüm
156.Ne zaman
157.Doğrusunu
158.Dur, bekle
159.Sonuna kadar
160.Doğru
161.El ettim, el salladım
162.Dokundu, gezindi
163.Tuşlarına
164.Kafamı uzatıp
165.Kendinden emin, rahat
166.Sonucu bildirmedim
167.Dinle, kulak kabart
168.Aklıma geliyor, hatırlıyorum
169.Doğru
170.Sakin, sessiz
171.Sıkılmıyorum
172.Birlikte, beraber, yan yana
173.Dilsiz
174.Mazlum
175.Çok hassas durumda idi
176.Dert kederimden
177.Dolaşıp durdu
178.Yuvarlanıp
179.Her biri
₺56,54

Türler ve etiketler

Yaş sınırı:
0+
Litres'teki yayın tarihi:
01 ağustos 2023
Hacim:
1 s. 2 illüstrasyon
ISBN:
978-625-6853-77-5
Yayıncı:
Telif hakkı:
Elips Kitap
Metin
Ortalama puan 5, 1 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 5, 3 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 5, 1 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre