Çalıquşu
Kitap hakkında
«Çalıquşu», «Bir qadın düşməni», «Yaşıl gecə», «Acımaq», «Yarpaq tökümü», «Qızılcıq dalları», «Göy üzü», «Əski хəstəlik», «Atəş gecəsi», «Dəyirman», «Miskinlər təkkəsi», «Хarabaların çiçəyi», «Qovaq yelləri» kimi 19 roman və bir çox müxtəlif əsərlərin müəllifi olan, qələmi ilə Türk ədəbiyyatına rəng və ahəngdarlıq gətirən Rəşad Nuri Güntəkin 1889-cu ildə İstanbul şəhərində anadan olub. Əsərləri dünyanın bir çox xalqlarının dillərinə çevrilərək geniş oxucu auditoriyası qazanıb. Yazıçının əsərlərinin ssenarisi əsasında çəkilmiş filmlər isə həm Türkiyədə, həmçinin göstərildiyi bütün ölkələrdə tamaşaçıların rəğbətini qazanıb, ən böyük reytinqli filmlərə çevrilib.
İlk dəfə 1922-ci ildə nəşr olunan «Çalıquşu» romanında müəllif əsərin qəhrəmanı Fəridənin – Çalıquşunun simasında çətin və məşəqqətli həyat tərzinə baxmayaraq, öz məhəbbətinə sədaqətini qoruyub saxlayan əsl türk qadınının obrazını ustalıqla qələmə almışdır.
Romanda çoxlu tarixi məqamlar da var…